106
Şair ”Sirlər xəzinəsi”ndə sözün həm incə, həm də kəsərli vasitə
olduğuna qeyd edərək sözdən məqamında, düzgün istifadəni zəruri
sayır, bunu müasirlərinin və kələflərinin diqqətinə çatdırırdı:
Yeniliklər törədən bu qoca kainatda,
Sözdən incə, kəsərli heç nə yoxdur həyatda.
Sözün ecazkar qüdrətinə dərindən inanan, onu insan qəlbinə yol
tapan ən təsirli vasitə sayan Ş.İ.Xətayi yazırdı:
Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı.
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.
M.Füzuli sözün təsirindən bəhs edərkən deyilən sözə məsuliy-
yətli yanaşmanı vacib sayaraq yazırdı:
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü,
Kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz.
S.Şirazi şirin, təsirli sözün qüdrətli bir vasitə olduğunu qeyd
edirdi:
Kimin olsa əgər bir şirin dili,
Tük ilə çəkər o, dalınca fili.
1
L.N.Tolstoy yazırdı ki, söz böyük nemətdir.
Ona görə böyükdür
ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət
də qazanmaq olar, ədavət və düşmənçilik də
2
.
Akademik T.Hacıyev diqqəti sözdən istifadənin məsuliyyətinə
cəlb edərək yazır: “...Hər danışıq məqamında sözü necə gəldi
işlətmək olmaz. Deyək ki, hökmdar qarşısında
bir yersiz, münasib
olmayan söz insana həyatı bahasına başa gələ bilər. Yaxud da
söhbətdə elə sözlər işlədərsən ki, həmsöhbətini incidərsən, yəni
seçib münasib ifadə formasını tapmalı, zərif,
nəzakətli söz işlət-
məlisən”.
3
İfaçı bədii əsərin ideya-məzmununu səslənən sözlə çatdırmaqla
1
Şirazi S. Gülüstan. Bakı: Azərnəşr, 1987, s. 14.
2
Ağıla və qəlbə işıq saçan sözlər. Bakı: Nurlar, 2011, s. 399.
3
Mən Laçınam. Tərtib edəni Şəfəq Cabbarova. Bakı: Sabah, 2006. s. 119.
107
yanaşı, həm də dinləyiciyə təsir edir, onda dinlədiklərinə müəyyən
münasibət formalaşdırır.
Dinləyicilərdə əsərin ideya-məzmununa uyğun emosional ovqat
yaratmaq, onu həyəcanlandırmaq, estetik zövq vermək üçün ifaçının
nitqi canlı, təsirli, fəal olmalı, konkret məqsəd izləməlidir.
Müşahidələr göstərir ki, məktəblilərin nitqi, cavabları, sözlərin
tələffüzü bir sıra hallarda mexaniki səciyyə daşıyır, sönük, təsirsiz
olur. Belə mənfi nitq təzahürləri aradan qaldırılmalıdır. Şagird mət-
nin məzmununu, sözləri,
fikirləri, obrazları, müəllif niyyətini elə
çatdırmalıdır ki, dinləyicilər söylənilənləri başa düşsün və qiymət-
ləndirsin.
Sözlə müəyyən təsirə nail olmaq üçün tələffüz zamanı cüm-
lənin ayrı-ayrı üzvləri vurğulanmalı, müxtəlif intonasiya çalarların-
dan,
səsin tonundan, dilin zəngin fonetik, leksik, qrammatik
ifadəlilik imkanlarından istifadə olunmalıdır.
Bu prosesdə müəllimin metodik ustalığı, şəxsi nümunəsi böyük
rol oynayır. Müəllimin sözdən istifadə məharəti, nitqinin ifadəliliyi,
cəlbedici olması, səsini idarə etmək bacarığı
təlim prosesində çox
əhəmiyyətlidir. Əgər müəllimin ifası sönükdürsə, onun söylədikləri
şagirdlərə təsir etməyəcəkdir. Belə nitqi başa düşmək şagird üçün
çətinlik törədir. Müəllimin emosional, təsirli ifası mətnin,
təlim
materialının şagirdlər tərəfindən başa düşülməsini, yadda qalmasını
asanlaşdırır.
Dostları ilə paylaş: