BİBLİoqrafiya on cilddə III ciLD



Yüklə 2.31 Mb.
Pdf просмотр
səhifə1/51
tarix19.06.2017
ölçüsü2.31 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   51

 

 

 



                     

 

 



 

 

Azərbaycan  

kitabı  

 

 

 

BİBLİOQRAFİYA 

 

ON CİLDDƏ 

 

III CİLD 

(1941 - 1950)  

 

 



BAKI - 2014 

 

 



Áèáëèîãðàôèéà 

KBT  Я12 

UOT  017 

 

 

 

Tərtibçilər: 

 

 

L.Talıbova 

  

 

B.Orucova 

  

 

V.Məmmədova 

  

 

N.Hüseynova 

 

  

 

G.Hüseynova 

 

 

Baş redaktor, ön söz və 

müqəddimənin müəllifi:       

K.M.Tahirov, 

 

 



 

professor, 

 

 

 

Əməkdar mədəniyyət işçisi 

 

  



Redaktorlar:              

 

Z.Qulamova, 



  

 

L.Bağırova 

 

 

 

 

 



 

Azərbaycan kitabı: biblioqrafiya [10 cilddə] /baş red., ön söz və müqəd. 

müəl. K.Tahirov; tərt.: L.Talıbova [və b.]; red.: Z.Qulamova, L.Bağırova.- 

Bakı, 2014.- C.III: (1941-1950).- 488 səh. 

 

Oxuculara təqdim olunan “Azərbaycan kitabı” fundamental biblioqrafiya-

sının 3-cü cildində 1941-1950-ci illərdə Azərbaycan  ərazisində bütün elm 

sahələrinə dair çap olunan, eyni zamanda keçmiş Sovetlər birliyinin ərazisində 

digər müəlliflər tərəfindən Azərbaycan haqqında yazdıqları kitab və kitabçalar 

öz əksini tapmışdır. Göstəricidə ümumilikdə 4897 ədəbiyyatın biblioqrafik təs-

viri verilmiş  və materiallar şöbələr üzrə universal onluq təsnifat  əsasında ayrı-

ayrı elm sahələrinə uyğun olaraq tərtib olunmuşdur. 

 

 

ISBN 978-9952-460-42-1 



 

 Azərbaycan Milli Kitabxanası, 2014 



 

 

3



Àçÿðáàéúàí êèòàáû 

 

 

 

 

 

 

Ön söz 

 

Bəşəriyyətin ən mütərəqqi kəşfi hesab olunan kitab çapının meydana gəlmə-



sindən bugünümüzədək neçə əsrlərdir ki, əlahəzrət kitab mənəvi və əqli sərvət-

lərimizin nəsillərdən-nəsillərə ötürülməsində əvəzsiz rol oynamaqdadır. İldən-ilə 

kitab çapının genişlənməsi də öz növbəsində külli miqdarda kitab dənizində in-

sanların düzgün istiqamətlənməsinə  və bu barədə dolğun informasiyanın veril-

məsinə ehtiyac yaratmışdır. Bütün bunlar isə milli kitab repertuarının yaranması-

na gətirib çıxarmışdır.  

Milli kitab repertuarı  və başqa sözlə desək, milli biblioqrafiya dilindən, 

mövzusundan, formasından, növündən asılı olmayaraq ölkə ərazisində dərc olu-

nan bütün çap əsərlərini əhatə edir. Azərbaycanda milli kitabın tam repertuarının 

və daha dəqiq desək universal xarakterli fundamental milli biblioqrafiya vəsaitlə-

rinin tərtibi ideyası  hələ XX əsrin 40-ci illərində yaranmışdır. Lakin Böyük 

Vətən müharibəsinin başlanması bu işi yarımçıq qoymuşdur və müharibə qurtar-

dıqdan sonra 50-ci illərdə bu iş davam etdirilərək ilk universal xarakterli funda-

mental milli biblioqrafiya vəsaitimiz olan “Azərbaycan kitabı” biblioqrafiyası 

1963-cü ildə  nəşr olunmuşdur. Bu vəsait həmin dövrdə Azərbaycan kitabının 

arxivini yaratmaq missiyasını yerinə yetirən Azərbaycan Dövlət Kitab Palatası-

nın, M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının, Elmlər Akademi-

yasının Əlyazmaları İnstitutunun işçilərinin birgə səyləri və dünyanın iri kitabxa-

nalarında gərgin axtarışları nəticəsində meydana gəlmişdir. 1870-ci ildən 1920-ci 

ilədək olan dövrü əhatə edən I cilddə ümumiyyətlə 1329 adda Azərbaycan, rus, 

ərəb, fars və fransız dillərində yazılan kitablar öz əksini tapmışdır.  

1780-ci ildən başlayaraq bugünümüzədək Azərbaycan çap kitabının tam re-

pertuarını yaradacaq bu ilk milli biblioqrafiya göstəricisinin üç cilddə çap olun-

ması nəzərdə tutulsa da, müəyyən çətinliklər səbəbindən onun sonrakı cildlərinin 

nəşri gecikir və yalnız 1982-ci ildə II cildin birinci kitabı  işıq üzü görə bilir. 

“Azərbaycan kitabı” biblioqrafiyasının II cildi iki kitabdan ibarət olmalı idi və 1-

ci kitabda 1920-1940-cı illərdə Azərbaycanda çap olunan humanitar elmlərə dair 

kitablar, 2-ci kitabda isə həmin dövrdə təbiət elmlərinə, texnika və kənd təsərrü-

fatına dair dərc olunmuş kitablar öz əksini tapmalı idi. Lakin bizə  məlum 


 

 



Áèáëèîãðàôèéà 

olmayan qeyri-müəyyən səbəblər üzündən ikinci kitab çap olunmamışdır. II 

cildin birinci kitabında cəmi 7063 adda humanitar profilli kitab və kitabçaların 

biblioqrfik təsviri verilmişdir. 

2000-ci ildə Dövlət Kitab Palatasının ləğvi milli biblioqrafiya vəsaitinin tər-

tibini və  nəşrini demək olar ki, dayandırmış olur və yalnız 2003-cü ildə onun 

funksiyalarının M.F.Axundov adına Milli Kitabxanaya verilməsindən sonra milli 

kitabımızın repertuarının tərtibi işlərinə başlanılır. Artıq 2005-ci ildən “Birillik 

Azərbaycan Kitabiyyatı”nın və “Yeni kitablar” annotasiyalı biblioqrafik infor-

masiya bülleteninin nəşri bərpa olunur və repertuar üzərində işlər davam etdirilir. 

Lakin çox təəssüflər olsun ki, “Azərbaycan kitabı” biblioqrafiyasının II cildinin 

80-ci illərdə çapa hazırlanmış ikinci kitabının materiallarını tapıb üzə çıxarmaq 

mümkün olmur və bu səbəbdən də ölkə ərazisində dərc olunan ədəbiyyatın milli 

biblioqrafiyasını tərtib etmək missiyasını öz üzərinə götürən M.F.Axundov adına 

Azərbaycan Milli Kitabxanası hazırda II cildin ikinci kitabına daxil olacaq mate-

rialların yenidən toplanması işlərini davam etdirir. 

Digər tərəfdən Milli Kitabxana son 5 il ərzində “Azərbaycan kitabı” biblioq-

rafiyası üzərində işi davam etdirmək məqsədilə 1941-1950-ci illərdə çap olunan 

ədəbiyyatı əhatə edən III cild üçün və 1951-1960-ci illərdə respublikamızda çap 

olunan ədəbiyyatı özündə əks etdirən IV cild üçün materialların toplanması işini 

həyata keçirmişdir. 

Hazırda oxuculara təqdim olunan “Azərbaycan kitabı” fundamental biblioq-

rafiyasının 3-cü cildində 1941-1950-ci illərdə Azərbaycan ərazisində bütün elm 

sahələrinə dair çap olunan, eyni zamanda keçmiş Sovetlər birliyinin ərazisində 

digər müəlliflər tərəfindən Azərbaycan haqqında yazdıqları kitab və kitabçalar 

öz əksini tapmışdır. Göstəricidə ümumilikdə 4897 ədəbiyyatın biblioqrafik təs-

viri verilmişdir və materiallar şöbələr üzrə universal onluq təsnifat əsasında ayrı-

ayrı elm sahələrinə uyğun olaraq tərtib olunmuşdur. Şöbələr daxilində yarımböl-

mələr və lazım gəldikdə (kifayət qədər material olduqda) rubrikalar ayrılmışdır. 

Hər bir bölmə və yarımbölmə daxilində əvvəlcə Azərbaycan dilində ədəbiyyat, 

sonra isə rus dilində olan ədəbiyyat daxili əlifba sırası ilə qruplaşdırılmışdır. 

Hazırki biblioqrafiyaya öz siyasi, tarixi və bədii əhəmiyyətini itirmiş kitab-

çalar daxil edilməmişdir.  

Fundamental biblioqrafiyanın universal xarakter daşıdığı nəzərə alınaraq on-

dan oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə  vəsaitin sonunda köməkçi 

göstəricilər tərtib olunmuşdur. Biblioqrafiyada materiallar elm sahələrinə görə 

şöbələr üzrə qruplaşdırıldığına görə “Müəlliflərin əlifba göstəricisi” və vəsaitin 

mətnində sərlövhə üzrə təsvir olunmuş ədəbiyyatın əlifba göstərici verilmişdir.  

On illik bir dövr ərzində Azərbaycanda bütün elm sahələri üzrə çap olunan 

bütün  ədəbiyyatın  əhatə olunması kimi çox geniş bir mövzunu əhatə etdiyinə 

görə bu fundamental milli biblioqrafiya vəsaitində  təbii ki, çatışmazlıqlar da, 


 

 

5



Àçÿðáàéúàí êèòàáû 

əhatə dairəsindən kənarda qalan nəşrlər də ola bilər. Tərtibçilər bütün bunlara 

görə əvvəlcədən oxuculardan üzr istəyir və əlavələrini və təkliflərini Milli Kitab-

xanaya göndərmələrini xahiş edirlər (Ünvan: AZ-1000, Bakı  şəh., Xaqani küç. 

57; E-mail: contact@anl.az; URL: www.anl.az). 

Ümid edirik ki, Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının uzunmüd-

dətli gərgin əməyinin və axtarışlarının nəticəsi olan bu biblioqrafiya tədqiqatçı-

alimlərin, mütəxəssislərin və bütün oxucu kütlələrinin dərin marağına səbəb 

olacaq, onların stolüstü kitabına çevriləcəkdir.  

 

Kərim Tahirov, 

M.F.Axundzadə adına Azərbaycan Milli  

Kitabxanasının direktoru, professor 

 


 

 



Áèáëèîãðàôèéà 

 

 

 

 

 

 

Müqəddimə 

 

XX  əsrin 40-cı illərinin  əvvəlləri Azərbaycan tarixinə  ən mürəkkəb və 

ağır, həm də mübariz, qəhrəmanlıqla dolu böyük sınaq dövrü kimi yazılmışdır. 

1941-1945-ci illərdə II Dünya müharibəsində Azərbaycan hərbi  əməliyyat 

meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak 

etmiş, bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı mühari-

bəyə  cəlb edilmişdi. Azərbaycan xalqı  İkinci Dünya müharibəsində ölkənin 

qalib çıxmasında öz layiqli töhfəsini vermiş, adı XX əsrdə faşizmə qarşı müba-

rizə salnaməsinə  qızıl hərflərlə yazılmışdır. Müharibə illərində “arxa cəbhə” 

adı altında Azərbaycanın sosial-iqtisadi, siyasi və  mədəni həyatı müharibənin 

tələblərinə uyğun  şəkildə qurulmuşdu. Fəhlə  və qulluqçuların iş günü rəsmi 

olaraq 11-12 saata qaldırılmış, məzuniyyətlər ləğv olunmuşdu, hətta işdən ya-

yınanlara və ya gecikənlərə cinayət maddəsi müəyyən edilmişdi. Müharibə illə-

rində yaradıcı ziyalılar-yazıçılar,  şairlər, bəstəkarlar, rəssamlar qələbə naminə 

əllərindən gələni  əsirgəməmişdilər. Onlar öz əsərlərində insanlarda Vətənə 

məhəbbət, düşmənə nifrət hissləri aşılamış, əsgərlərdə vətənpərvərlik hisslərini 

qüvvətləndirmiş, qələbə əzmini və faşizm üzərində qələbəyə inam yaratmışdı-

lar. Bundan başqa onlar vaxtaşırı döyüş cəbhələrinə getmiş, əsgərlər və zabitlər 

qarşısında çıxışlar edərək onları qələbəyə ruhlandırmış, qələbə əzmini qüvvət-

ləndirmişdilər. Bu sahədə Azərbaycanın görkəmli şair və yazıçılarından Səməd 

Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mir Cəlal Paşayev, Rəsul Rza, 

Əli Vəliyev və başqalarının unudulmaz xidmətləri olmuşdur. Müharibədə qələ-

bənin başlıca rəhnini xalqın ordu ilə birgə olması, ön cəbhə ilə arxa cəbhə 

arasında əlaqənin möhkəmliyi təşkil etmişdi. Arxa cəbhə daim ön cəbhə üçün 

möhkəm dayaq olmuşdu. Əhali ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, 

cəbhəyə  təmənnasız köməyini də  əsirgəməmişdi. Belə ki, müharibə illərində 

Azərbaycanın fəhlə və kəndliləri, ziyalıları müdafiə fonduna şəxsi əmlakların-

dan 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milyon manat pul, 15 milyon manatlıq 

qızıl istirqaz vermişdilər. 

Müharibənin ilk günlərindən başlayaraq bütün idarə, müəssisə və təşkilat-



 

 

7



Àçÿðáàéúàí êèòàáû 

lar öz işlərini hərbi şəraitə uyğunlaşdırdıqları kimi, bütün mətbaquat, nəşriyyat 

və  mədəni-maarif müəssisələri də öz işlərini müharibə ilə  əlaqədar qarşıya 

çıxan mühüm vəzifələrə tabe etmişdilər. Ölkədə hökm sürən iqtisadi çətinlik 

üzündən nəşriyyat işi də xeyli zəifləmişdi. Bu çətinlik özünü hərşeydən əvvəl 

kağız çatışmazlığında göstərmişdi. Kağız istehsalının zəifləməsi, başqa təchizat 

vasitələrinin xeyli azalması, müəllif, redaktor, çapçı  və digər mütəxəssislərin 

cəbhəyə səfərbər olunması kitab çapının ümumi həcminə mənfi təsir göstərməyə 

bilməzdi. Eyni zamanda kitabların bədii tərtibat səviyyəsi xeyli aşağı düşmüş, 

formatı kiçilmişdi. Kitablar keyfiyyətsiz kağızlarda və cildsiz buraxılırdı. Nəşriy-

yatlar tərəfindən nəşr edilən kitabların mövzu istiqaməti və  məzmun  əhatəliyi 

xarakter baxımından da xeyli dəyişmişdi. Artıq müharibə dövrünün tələbinə uy-

ğun olaraq nəşriyyatlarda əsasən ictimai-siyasi, təbliğat və vətənpərvərlik xarak-

terli  əsərlər çap edilirdi. 1941-1945-ci illərdə xalqı faşist işğalçılarına qarşı 

mübarizəyə və “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarının həyata keçi-

rilməsinə səfərbər edən əsərlər çap məhsulu içərisində üstünlük təşkil edirdi. Bu 

illərdə kiçik həcmli kitabçaların buraxılmasına daha çox diqqət yetirilirdi. 

Böyük Vətən müharibəsi illərində Azərbaycan Dövlət Nəşriyyatı (Azər-

nəşr) ilə yanaşı, Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı (Uşaqgəncnəşr), Azər-

baycan Dövlət Musiqi Nəşriyyatı, Azərneftnəşr, SSRİ Elmlər Akademiyası 

Azərbaycan filialının nəşriyyatı, habelə müxtəlif elmi müəssisə və idarə nəşriy-

yatları fəaliyyət göstərirdi. 

Müharibə illərində Azərbaycanda siyasi plakatların nəşr edilməsinə xüsusi 

diqqət yetirilir, mərkəzi nəşriyyatlardan respublikamıza külli miqdarda plakat 

göndərilirdi. Bu dövrdə Azərbaycan Birləşmiş Qəzet-jurnal Nəşriyyatı tərəfin-

dən Azərbaycan dilində 350 min təbliğat vərəqəsi, 47 min kitabça, 116 min 

“Mübariz vərəq”, rus dilində 8100 kitabça, 24500 vərəqə buraxılmışdır. Ümu-

miyyətlə, 1941-1945-ci illərdə  nəşriyyatlarımız tərəfindən 1,5 milyon nüsxə 

tirajla 3178 adda kitab nəşr edilmişdir.

1

 Cəbhəyə göndərilən kitabların əksəriy-



yəti Azərnəşrdə çap olunurdu. Nəşriyyat cəbhədə kitaba olan ehtiyacı ödəmək 

üçün xalqımızın tarixi qəhrəmanlığından, Azərbaycanın igid oğullarının 

düşmənə qarşı apardığı mübarizədən bəhs edən, döyüşçüləri qələbəyə ruhlandı-

ran hərbi mövzuda kitabların nəşrinə xüsusilə geniş yer vermişdi. “Azərbaycan 

xalqının yadelli işğalçılara qarşı mübarizə tarixindən” (1941), “Faşizm insan 

mədəniyyətini məhv edir” (1941), “Faşizm bəşəriyyətin qəddar düşmənidir” 

(1941), “Hərbi və dövlət sirrini göz bəbəyi kimi saxlamalı” (1941), “Böyük 

Vətən müharibəsi və ictimai elm” (1942), “Biz qalib gələcəyik” (1942), “Qaf-

                                                 

1

 Xələfov A. XX əsrin birinci yarısında Azərbaycanda kitabxana işinin tarixi : Azərbaycanda 



kitabxana işinin tarixi: üç hissədə: dərslik /Red: K.Aslan; Rəyçilər. R.Kazımov, E. Əhmədov.- 

II hissə.-Bakı, 2007.-S.441. 



 

 



Áèáëèîãðàôèéà 

qaz uğrunda vuruşmalar” (1942), “Qələbənin rəhni-mərdlikdə, cəsarətdə arxa 

ilə cəbhənin birliyindədir” (1942), “Azəbaycan xalqının azərbaycanlı döyüşçü-

lərə  məktubu” (1943), “Zəfər bizimlədir!” (1944), “Sovet İttifaqı  Qəhrəmanı 

İdris Süleymanov” (1944) və s. belə nəşrlərdəndir. Təkcə müharibənin ilk iki 

ili  ərzində  cəbhəyə göndərmək üçün Azərnəşrdə 300 adda təxminən 227 min 

manatlıq ədəbiyyat çap edilmişdi.

2

  



Məzmun baxımından ictimai-siyasi nəşrlər, o cümlədən marksizm-lenini-

zm ədəbiyyatı bu dövrdə üstünlük təşkil edirdi. Xüsusən də elmi kommunizm 

nəzəriyyəsinin yaradıcısı və liderlərindən F.Engels, K.Marks, kommunist parti-

yasının qurucusu və lideri olan V.İ.Leninin  əsərləri,  İ.V.Stalinin  əsərləri çox-

cildliklə  həm Azərbaycan, həm də rus dilində  nəşr edilmişdi. Ümumiyyətlə, 

1942-1945-ci illərdə marksizm-leninizm klassiklərinin 33 adda əsəri nəşr 

olunub oxuculara çatdırılmışdı. 

1941-1945-ci illərdə  nəşr edilmiş kitablardan danışarkən demək olar ki, 

müharibə dövründə Azərbaycanın qəhrəmanlıq tarixindən, mərd oğul və qızla-

rından, tariximizin əvəzsiz sərkərdələrindən, Sovet İttifaqı Qəhrəmanlarından, 

generallarımızdan bəhs edən həm Azərbaycan, həm də rus dilində tarixi kitab-

ların nəşrinə geniş yer verilmişdi. Tarixə dair hər biri 5000-10 000 nüsxə ilə 

təxminən 200 adda kitab nəşr edilmişdi. Bu kitablardan “Azərbaycanın  şanlı 

oğulları” (1942), İbrahimov Z. “Azərbaycan xalqı döyüşkən xalqdır” (1942), 

“Əsir və yaralı qızıl əsgərlər üzərində faşistlərin vəhşilikləri” (1942), Qazıyev 

M. “Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizə tarixindən”(1942), 

“Sovet İttifaqı Qəhrəmanı kiçik leytenant İsrafil Məmmədov”(1942), “German 

faşistlərinin vəhşilikləri” (1942), Cabbar M. “İgid qızlar” (1943), “Azərbaycan 

tarixi” (1943), Hüseynov İ. “İsmayıl Səfəvi” (1943), Petruşevski İ.P. “Azərbay-

can xalqının XIII-XIV əsrlərdəki qəhrəmanlıq mübarizəsindən” (1943), 

Şükürzadə Ə. “Qacar işğalçılarına qarşı mübarizə tariximizdən” (1943), “Azər-

baycanın qəhrəman oğlu Həzi Aslanov” (1943), “Sovet İttifaqı  Qəhrəmanı 

Qafur Məmmədov” (1943), Axundov B. “Azərbaycanlılar doğma Qafqaz uğ-

runda vuruşmalarda” (1943), Aleksandrov Q.F. “Vətən müharibəsinin hədələ-

yici dövrü”( 1943), Aslanova X. “Azərbaycan oğulları Stalinqrad uğrunda 

vuruşmalarda”(1943), “Azərbaycan xalqının igid oğulları  vətən müharibəsin-

də” (1944), Barsukov E.Z. “Əliağa Şıxlinski” (1944), Hüseynov H. “Azərbay-

can ziyalıları  vətən müharibəsi günlərində” (1944), İbrahimov Z. “Babək” 

(1944), “Azərbaycan SSR-nin XXV illiyi” (1945) və başqalarını nümunə gös-

tərmək olar. 

Böyük Vətən müharibəsi illərində Bakı döyüşkən ordunun cəbhəxanaların-

dan birinə çevrilmişdi. Burada “Katyuşa”raketi, “Şnakin”pulemyotu, “YAK-3” 

                                                 

2

 Həsənov H. Azərbaycan kitabının inkişaf mərhələləri.-Bakı, 1989.- S.143. 



 

 

9



Àçÿðáàéúàí êèòàáû 

qırıcı təyyarələri yığılaraq düzəldilirdi. Ümumiyyətlə, Bakıda 130 növ silah və 

hərbi sursat istehsal olunurdu. Neft maşınqayırma zavodlarının çoxu hərbi sur-

sat istehsal edən müəssisələrə çevrilmişdilər. Leytenant Şmidt adına zavodda 

minamyot, pulemyot və tank hissələri hazırlanırdı. Gəncə şəhərində 12 sənaye 

müəssisəsi müharibənin tələblərinə uyğun olaraq yenidən qurulduqdan sonra 

26 adda hərbi məhsul istehsal etmişdi. Neft sənayeçiləri cəbhəni neft məh-

sulları ilə təmin etmək üçün gecə-gündüz çalışmış, 1941-ci ildə 23,5 min ton 

neft və 26 min kub metrə yaxın qaz istehsal etmişdilər. Məhz neftçilərin fəda-

kar əməyi sayəsində Azərbaycan 1941-1945-ci illərdə SSRİ-yə 75 milyon ton 

neft vermişdi. Bu da SSRİ-də hasil olunan neftin 82,5 faizini təşkil edirdi. 

Azərbaycanın digər sənaye sahələri də öz işlərini müharibənin tələblərinə 

uyğun qurmuşdular. Yüngül sənaye müəsssisələri 1942-ci ildə cəbhə ehtiyacla-

rı üçün 30-a qədər məhsul növü istehsal etmişdilər. Bakıda əsgərlər üçün keçə 

ayaqqabı, paltar, kimyəvi silahlar əleyhinə geyim, hərbi xəstəxanalar üçün 

mebel, yanğın əleyhinə alətlər və s. ləvazimatlar istehsal edilirdi. Belə bir şəra-

itdə milyonlarla insan, o cümlədən qadınların və yeniyetmələrin  əksəriyyəti 

cəbhəyə getmiş  işçiləri  əvəz etmək məqsədilə  sənaye və  kənd təsərrüfatının 

ayrı-ayrı sahələrində yeni peşələrə yiyələnmişdilər. Odur ki, dövrün tələbinə 

uyğun olaraq istehsalat-texniki ədəbiyyat üzrə kitab nəşrinə olan tələbat günbə-

gün artırdı. Bunu nəzərə alaraq nəşriyyatlar kitabların nəşrində  həm ümumi 

istehsalat xarakterli, həm də müdafiə əhəmiyyətli sənaye müəssisələrində, za-

vodlarda çalışan mütəxəssislərin, həm də sıravi oxucuların ehtiyaclarını nəzərə 

alırdı. Neft və qaz yataqlarının işlənməsi, öyrənilməsi və inkişafının nəticələri 

alimlərin, geoloqların, qazmaçıların, istismarçıların elmi əsərlərində  və  məc-

muələrində öz əksini tapmışdır. Bunlara misal olaraq Y.Cəfərovun “Qazmada 

gilli məhlullar” (1941), Ə.Əlizadə  və M.Ağabəyovun “Azərbaycan neft səna-

yesinin yeni qüvvətli yüksəlişi uğrunda” (1941), A.A.Linevski “Neft quyuları-

nın mürəkkəbləşmiş şəkildə qazılması” (1941) adlı nəşrləri sadalamaq olar. 

Bu sahədə Azərnəşrlə yanaşı Azərneftnəşr nəşriyyatının fəaliyyəti diqqəti 

çəkirdi. Ümumilikdə, 1942-1945-ci illərdə sənaye və texnikanın müxtəlif sahə-

lərinə aid Azərbaycan və rus dillərində 150 addan artıq kitab çap olunmuşdu: 

“Qaldırıcı traktorların və avtomobillərin neft qazına keçirilməsi” (1942), “Yer-

altı təmir briqadasının çilingər və fəhləsinə kömək” (1943), “Neft necə çıxarı-

lıb emal edilir” (1943), “Neftçıxaran operator və operator köməkçisi” (1944), 

“Neft-mədən işlərində kainatların yaraqlandırılması” (1944), eləcə də rus dilin-

də  “Резолюция  научно-технической  сессии  по  вопросам  промысловой 

техники  и  геологии” (1941), “Памятка  агитатора  о  борьбе  за  экономию 

топлива  и  электроэнергии” (1942), “Глубокое  бурение  на  море” (1943), 

“Нефтепромысловое  хозяйство” (1943) “Электроснабжение  нефтяных 

промыслов”(1944), “Оборудование  электроцехов  автохозяйств  нефтяных 


 

 

10 



Áèáëèîãðàôèéà 

районов” (1944), “Обслуживание нефтезаводского электрооборудования” 

(1944) kitablarını nümunə göstərmək olar. 

Kənd təsərrüfatının müxtəlif sahələrində  məhsuldarlığı artırmaq və aqro-

zootexniki üsulları geniş tətbiq etmək məqsədilə bir sıra nəzəri və təcrübi ədə-

biyyat nəşr edilmişdir. 1941-1945-ci illərdə respublikada bitkiçilik, aqrotexni-

ki, torpaqşünaslıq, baytarlıq və başqa sahələrə dair 120-dən çox kitab və kitab-

ça çap olunub yayılmışdır: “Azərbaycan SSRİ-də pambığın becərilməsinə dair 

aqronomik göstərişlər”, V.Sidorovun “Dirrik və bostan bitkilərinin sortları və 

yüksək məhsul götürmək üsulları”, T.İ.Əliyevin “Azərbaycanın suvarılan 

rayonlarında hind darısı bitkisi”, F.Ə.Məlikovun “Azərbaycanda qoyunların 

törəməsini sürətlə artırmaq yolları”, A.H.Qədimov və H.M.Hacıyevin “Nafta-

lan nefti baytarlıq təcrübəsində”, “İribuynuzlu mal-qarada taun xəstəliyinin 

qarşısını almaq və onu aradan qaldırmaq tədbirləri haqqında” və s. kitabları 

göstərmək olar. 

Baxmayaraq ki, 1943-cü ildə Azərnəşrdə 694 adda 3 684 000 nüsxə kitab 

nəşr etmək planlaşdırılmışdı, ancaq mövcud şərait planın xeyli kəsrlə, yəni 370 

adda 1 917 000 tirajla yerinə yetirilməsinə  səbəb olmuşdu. Lakin partiya və 

hökumətin gördüyü tədbirlər sayəsində vəziyyət tezliklə normallaşmış, 1944-cü 

ildə elmin müxtəlif sahələrinə dair 605 adda 3 570 000 nüsxə kitab çap olunub 

oxucuların istifadəsinə verilmişdir.

3

  Həm də bu kitabların bir çoxu böyük 



həcmli ictimai-siyasi və elmi kitablar idi. Siyasi, hərbi, ictimai və iqtisadi sahə-

lər üzrə  nəşriyyat planı artıqlaması ilə, bədii, kənd təsərrüfatı, tibb və  uşaq 

ədəbiyyatı üzrə plan isə kəsirlə yerinə yetirilmişdir. 

Müharibə  şəraitində  məktəbdə aparılan təlim və  tədrisdə  uşaqların ideya-

siyasi tərbiyəsi ciddi əhəmiyyət kəsb edirdi. Bunun üçün isə təlim-tərbiyə işlə-

rini müharibə tələblərinə müvafiq olaraq qurmaq, bütün məktəb fənlərinin təd-

risində  və  tərbiyə  məsələlərində bu tələbləri həyata keçirmək qarşıda duran 

əsas məqsədlərdən idi. Vətənpərvərliyinin gücləndirilməsi hər  şeydən  əvvəl, 

məktəb fənlərinin tədrisini, onun quruluşuna xələl gətirmədən, yenidən qurma-

ğı tələb edirdi. Bu işdə ana dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, tarix, coğ-

rafiya, və başqa fənlər daha böyük rol oynayırdı. 

Çap edilmiş tədris kitablarından ən çox yeddillik və orta məktəblər, eləcə 

də yaşlılar və azsavadlılar məktəbləri və məktəbdənkənar təhsil üçün müxtəlif 

fənlər üzrə dərsliklər və dərs vəsaitləri nəşr edilmişdi: “1941-ci ildə Azərbay-

can Dövlət Tibb İnstitutuna daxil olanlar üçün məlumat kitabı” (1941), Abel-

skaya, R.S. “Ata-analar şagirdlərin evdə  dərs hazırlamalarına necə kömək 

etməlidirlər” (1941), “Azərbaycan SSR-də savadsızlığın və azsavadlılığın ləğvi 

üzrə kultəsgər işlərinin təşkili və aparılması qaydaları haqqında instruksiya” 

                                                 

3

 Mirəhmədov Ə. Sovet Azərbaycanının kitab mədəniyyəti.- Bakı: Aərnəşr, 1975.- S.46. 



 

 

11



Àçÿðáàéúàí êèòàáû 

(1941),  Əfəndiyev R. “Şagirdlərin fiziki tərbiyəsi və  hərbi hazırlığı” (1942), 

“Orta məktəb proqramları: fizika və astronomiya” (1942), “Səpgili yatalaq: II-

IV siniflər ücün diktant nümunəsi” (1942), İsaxov M.İ. “Müharibə  şəraitində 

məktəblilərin kənd-təsərrüfat işlərində iştirakı” ( 1942), “İbtidai, natamam orta 

və orta məktəblərin I-IV sinif şagirdlərinin hərbi-fiziki hazırlığı haqqında” 

(1943), “Orta məktəb proqramları: matematika” (1943), “Buraxılış siniflərilə 

işləmə qaydaları haqqında” (1944), “Kamal attestatı imtahanları  və yeddiillik 

məktəblərdə buraxılış imtahanları haqqında” (1944), “Məktəblinin təmiz və 

səliqəli olması uğrunda müəllim üçün yaddaş” (1944), “Orta və yeddiillik mək-

təblərin IV siniflərində buraxılış imtahanlarını kecirmək üçün biletlər” (1945). 

Bu dövrdə ibtidai, yeddillik və orta ixtisas məktəbləri üçün 630.000 nüsxə-

yə yaxın ümumi tirajla cəmi 58 adda dərslik və dərs vəsaiti nəşr edilmişdi. Bu 

ədəbiyyatın çox hissəsini Azərbaycan dilində buraxılan kitablar və rus dilindən 

tərcümələr təşkil edirdi. Müharibə illərində azərbaycanlı müəlliflərin ibtidai, 

natamam orta və orta məktəblər üçün ana dilində,  ədəbiyyata, tarixə, coğra-

fiyaya dair orijinal dərslikləri çap olunsa da, yeddillik və orta məktəblər üçün 

riyaziyyat, fizika, kimya, rəsmxətt və s. texniki sahələr üzrə dərsliklər təəssüf 

ki, yox idi. Dövrün kitab nəşrinin təhlili göstərir ki, 1942-1945-ci illərdə 

Azərbaycan dilində 41 adda 500.000 nüsxə ümumi tirajla ibtidai və orta mək-

təblər üçün tədris kitabları  nəşr olunmuşdu. Bu dərsliklərin hər birinin tirajı 

orta hesabla 15.000 - 20.000 nüsxə idi. Bu dövrdə nəşr olunan və geniş yayılan 

dərsliklərdən Abasov Ə. “Azərbaycan dilinin qrammatikası” (1941), “Yazı 

qaydalarından çalışmalar” (2-ci çapı, 1941), Araslı H. “Qədim ədəbiyyat. Azər-

baycan və dünya ədəbiyyatı” (1941), Kosminski E.A. “Orta əsrlər tarixi” 

(1941), Baranski N.N. “SSRİ fiziki coğrafiyası” (1941), Abdullayev A. “Azər-

baycan dili: Qrammatika və yazı qaydaları” (1942), Barkov A.S. “Fiziki coğra-

fiya” (1942), Pobedinski B.Q. “Hərbi topoqrafiyanın əsas məsələlərinin öyrə-

nilməsinə orta məktəb rəsmxətt və riyaziyyat kursunun tətbiqi” (1942), Rəfili 

M. XIX əsr ədəbiyyatı: “Azərbaycan və dünya ədəbiyyatı” (1941), “SSRİ tari-

xi” (1942), Terexova L.Q. “Coğrafiya” (1943), Vsesvyatski B.V. “Botanika” 

(1944), Berezanskaya Y.S. “Hesab məsələ və misalları” (1944) və başqalarını 

nümunə göstərmək olar. 

Ümumiyyətlə, Azərbaycan SSR Xalq Maarif Komissarlığı, İbtidai və Orta 

Məktəblər İdarəsinin göstərişi ilə 1942-ci ildə 42 adda 456 600 nüsxə, 1943-cü 

ildə 81 adda 358 min nüsxə, 1944-cü ildə 219 adda 1.669 000 nüsxə, 1945-ci 

ildə isə 382 adda 9 453 000 nüsxə Azərbaycan və rus dillərində dərslik və dərs 

vəsaiti çapdan buraxılmışdı.

4

 

                                                 



4

Xəlilov A. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda uşaq ədəbiyyatının nəşri //Elmi 

əsərlər: kitabxanaşünaslıq və biblioqrafiya seriyası /ADU.-Bakı,1973.- №1.-S.33. 


 

 

12 



Áèáëèîãðàôèéà 

Böyük Vətən müharibəsi illərində ali və ali texniki məktəblər üçün respub-

lika nəşriyyatları bir neçə adda tədris kitabı çapdan buraxmışdı. “Arqanik kim-

yadan praktiki məşğələlərə  rəhbərlik” (1941), K.A.Putilovun “Fizika kursu” 

(1941 və 1942-ci il nəşrləri), Y.Cəfərovun “Qazmada gilli məhsullar” (1945); 

Ə.Əbdürrəhimanovun “Kimyadan əyani vəsait və onun istifadə üsulları” 

(1942); X.Şirinovun “Elektrik” (əlyazması hüququnda 1942); M.Q.Məmmədə-

linin “Neft kimyası texnologiyası üzrə praktiki məşğələlər üçün qısa rəhbər” 

(1942); A.Şıxızadənin “Kimya müəllimlərinə metodik kömək” (1943) və s. 

əhəmiyyətli tədris vəsaitlərindən hesab olunurdu. Ali məktəblər üçün çap edil-

miş dərslikərin hər birinin tirajı orta hesabla 1.000-2.000 nüsxə olmuşdur. Bu 

dərsliklərin bir çoxu elmi cəhətdən yüksək səviyyədə olmuş və təkrarən müxtə-

lif illərdə çapdan buraxılmış və xeyli müddət istifadə edilmişdir. 

Böyük Vətən müharibəsi illərində görkəmli  şair və yazıçılarımız, drama-

turq və jurnalistlərimiz cəbhədə düşmənə qarşı vuruşmaqla bərabər, müharibə-

nin qanlı döyüş  səhnələrini təsvir edən, Vətəni müdafiəyə çağıran yeni-yeni 

əsərlər, cəbhə şeirləri və qalibiyyət dastanları yaradırdılar. Nəşriyyatlar faşizm 

zülmünün ifşası, hitlerçi qəsbkarlara qarşı qəzəb və nifrət mövzusunda yazılmış 

kitabları təcili olaraq nəşr edib arxa cəbhənin oxucularına və habelə döyüşçülə-

rə çatdırırdılar. Müasir şair və yazıçıların aktual mövzularda əsərləri daha geniş 

ölçüdə, kütləvi tirajla buraxılırdı. Çünki onlarda Vətəni müdafiə mövzusu qa-

barıq şəkildə əks olunurdu: Nizami Gəncəvi “Xosrov və Şirin” (1941), “İsgən-

dərnamə” (1941), Mir Cəlal “Xalqın ürək sözü” (1941), “Vətən hekayələri” 

(1942), “Vətən yaraları” (1943), “Vətən” (1944), “Həyat hekayələri” (1945), 

Əbdürrəhim bəy Haqverdiyev “Hekayələr” (1941), Rəsul Rza “Vətən” (1942), 

“İntiqam!  İntiqam!” (1943), Mehdi Hüseyn “Vətən çiçəkləri” (1943), Əbül-

həsən “Görüş yeri” (1943), Cəfər Xəndan “Cəbhə şeirləri” (1942), “İlk ayrılıq” 

(1944), Məmməd Rahim “Qüdrət nəğmələri” (1942), Vətən sevgisi (1943), 

Süleyman Rüstəm “Ana və poçtalyon” (1943), “Gün o gün olsun ki...” (1943) 

və başqaları belə ədəbi nümunələrdəndir. 

Müharibə şəraiti olmasına baxmayaraq nəşriyyatlarımız gənc nəslin milli-

mənəvi dəyərlərinin formalaşmasına xüsusi diqqət yetirmiş Azərbaycan xal-

qının qəhrəman keçmişini, adət-ənənələrini, tarixini əks etdirən folklor nümu-

nələri də çap etmişdir: “Koroğlu” (1941), “Böyük Vətən Müharibəsi haqqında 

aşıq  şeirləri” (1942), “Bayatılar” (1943), “Dədə Qorqud” (1943), “Koroğlu 

qoşmaları” (1943), “El sözləri” (1944), “Qaçaq Nəbi” (1941), “Azərbaycan na-

ğılları” (Azərbaycan və rus dillərində) və s. çap olunmuşdu. Nəşriyyatlar oxu-

cuları rus və xarici ədəbiyyatın görkəmli nümayəndələrinin əsərləri ilə tərcümə 

kitabları vasitəsilə tanış edirdilər ki, bu həm oxucuların dünya ədəbiyyatı 

nümunələrinə yaxından bələd olmasına imkan yaratmış, eyni zamanda da ölkə-

lərarası ədəbi əlaqələrin inkişafına öz yüksək töhfəsini vermişdi: İ.Franko “Se-


 

 

13



Àçÿðáàéúàí êèòàáû 

çilmiş əsərləri” (1941), H.Heyne “Seçilmiş şeirlər” (1942), Ö.Xəyyam “Rüba-

ilər” (1944), Ostrovski N. “Polad necə bərkidi” (1941), A.S.Puşkin “Poltava” 

(1942), V. Şekspir “Kral Lir” (1941), Qaydar A. “Timur və onun komandası”  

(1941), M.Qorki “Cəsurlara eşq olsun” (1942) “Sərçə balası” (1941), “Uşaqlar” 

(1945), A.S.Puşkin “Balıqçı və balıq nağılı” (1945) və s. 

Düşmən geri çəkildikcə arxa cəbhədə təsərrüfatın bütün sahələrində oldu-

ğu kimi nəşriyyat və poliqrafiya işlərində də müəyyən irəliləyiş hiss olunurdu. 

Təkcə Azərbaycan Dövlət Nəşriyyatı (Azərnəşr) 1944-cü ildə elmin müxtəlif 

sahələrinə dair 605 adda 3570 nüsxə kitab çap etmişdir. 1945-ci ilin planında 

693 adda 4187 000 nüsxə kitab nəşr etmək nəzərdə tutulmuşdur. Maddi və tex-

niki çətinliklərə baxmayaraq 1945-ci ildə nəşriyyat ictimai-siyasi, elmi-texniki, 

bədii və kütləvi kitablar, habelə çoxlu miqdarda dərslik və  dərs vəsaiti çap 

edərək planı, əsasən yerinə yetirmişdir.

5

 

Həmçinin Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı (Uşaqgəncnəşr) müharibə 



illərində  uşaqları yaddan çıxarmamış, çətinliklərə baxmayaraq qəhrəmanlıq, 

mərdlik, vətənpərvərlik mövzusunda yazılmış müasir və klassik Azərbaycan 

yazıçılarının əsərlərinin, folklor nümunələrinin və eləcə də dünya ədəbiyyatının 

görkəmli nümayəndələrinin  əsərlərinin nəşrinə geniş yer vermişdir. Nəşriyyat 

həm də buraxılan kitabların keyfiyyətcə gözəl və  nəfis olmasını  təmin etmək 

məqsədilə Azərbaycanın görkəmli rəssamlarından Qəzənfər Xalıqovu,  Əmir 

Hacızadəni, Həsənağa Mustafayevi və başqalarını  işə  cəlb etmişdir ki, bunun 

da sayəsində bir sıra gözəl illüstrasiyalı kitablar meydana gəlmişdir. Bunlardan 

Nizami Gəncəvinin “Sehirli üzük” (1941), “Fitnə” (1941), “İsgəndər və çoban” 

(1941), Abdulla Şaiqin “Tıq-tıq xanım” (1942), “Yaz gəlir” (1945), Cəlil 

Məmmədquluzadənin “Buz” (1943), Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm, 

Məngülüm” (1943), “Şir və siçan” (1945), Mirmehdi Seyidzadənin “Ceyran” 

(1941), “Bizim əllər” (1944), Mirzə Ələkbər Sabirin “Məktəb uşaqlarına töhfə” 

(1943), “Qarğa və tülkü” (1945), “Uşaq və buz” (1945), “Yaz günləri” (1945), 

Mikayıl Rzaquluzadənin “Ağ dana” (1945), Nigar Rəfibəylinin “Balaca qəhrə-

man” (1942), “Günəşin cavabı” (1942), “Nağıllar” (1941), Mirvarid Dilbazinin 

“Uşaqlar üçün döyüş mahnıları (1942), “Vətən eşqi” (1942), Süleyman Sani 

Axundovun “Qaraca qız” (1943) adlı kitablarını nümunə göstərmək olar. 

Qeyd edək ki, Uşaqgəncnəşrdə təkcə 1943-cü ildə 71 adda 29 000 nüsxə 

tirajla, 1944-cü ildə isə 87 adda 424 min nüsxə tirajla uşaq ədəbi-bədii əsərləri 

çapdan buraxılmışdır.

6

 



Müharibə şəraitində digər idarə və müəssisələr kimi kitabxanaların da qar-

                                                 

5

Həsənov H. Azərbaycan kitabının inkişaf mərhələləri.- Bakı, 1989.- S.152. 



6

 Xəlilov A. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda uşaq ədəbiyyatının nəşri //Elmi 

əsərlər: kitabxanaşünaslıq və biblioqrafiya seriyası /ADU.-Bakı.-1973.-№1.-S.34. 


 

 

14 



Áèáëèîãðàôèéà 

şısında böyük vəzifələr dururdu. Onlar öz fəaliyyətini ucsuz-bucaqsız döyüş 

meydanlarında baş verən hadisələri, Azərbaycan oğullarının igidliklərini, fa-

şistlərə qarşı böyük xalq qəzəbini ifadə edən dövri mətbuat səhifələrində çap 

edilən bədii və publisist yazıları  təbliğ etmək, geniş oxucu kütləsini düşmən 

üzərində qələbə naminə fədakar əməyə ruhlandıran siyasi-kütləvi tədbirlər təş-

kil etmək istiqamətində aparmağa başlamışdı. Kitabxanaların Böyük Vətən 

müharibəsi illərindəki fəaliyyətini daha da yaxşılaşdırmaq, kitabxananın işini 

dövrün tələbinə uyğun olaraq təkmilləşdirmək məqsədilə nəşriyyatlarımız xü-

susilə Azərbaycan Dövlət Kitab Palatası kitabxana işini, biblioqrafik fəaliyyəti 

də diqqətdən kənarda qoymayaraq biblioqrafiyalar, çap kataloqları,  ədəbiyyat 

göstəriciləri, təlimat xarakterli nəşrlər çap etmişdir. “Azərbaycan Kitab Palata-

sının periodik nəşriyyatının kataloqu” (1941), “Azərbaycan SSR-nin kitab 

məhsulu illiyi-1939” (1941), “1941-ci ilin 2-ci yarısına qəzet və jurnalların ka-

taloqu” (1941), “Nizami Gəncəvinin yubileyi üçün nəşr edilmiş kitabların kata-

loqu” (1941), “Üzeyir Hacıbəyov: biblioqrafik məlumat” (1941), Rzaquluzadə 

M.H. “İkirəqəmli cədvəl: “Ketter” sistemi üzrə” (1941), Tropovski L.N. 

“Onluq klassifikasiya: kütləvi kitabxanalar üçün qısa cədvəllər” (1941), “Köh-

nəlmiş  ədəbiyyatın kitabxanadan çıxarılması qaydaları haqqında instruksiya” 

(1942), rus dilində isə  “Библиография  малярии  в  Азербайджане” (1941), 

Вартапетов Л.Д. “Нафталан: библиографический указатель” (1941), “При-

мерный  тематический  план  лекций,  докладов  и  бесед,  рекомендованных 

отделом пропаганды и агитации ЦК КП(б) Азербайджана: библиография: 

в помощь лекторам, агитаторам и пропагандистам” (1942), “Инструкция о 

порядке исключения из библиотек устаревшей литературы” (1942), ümu-

mi xarakterli məlumat nəşrlərindən isə “Справочник по городу Баку” (1941), 

“1941-ci ilin kalendarı” (1941), “1943-cü ilin kalendarı” (1942) çap edilmişdi. 

Müharibənin sonuna doğru qələbənin yaxınlaşması, mətbuat və  nəşriyyat 

idarələrini ruhlandırmışdı. 1945-də Azərnəşrin məhsuldarlığı yüksəlmiş və nəş-

riyyat, bütün çətinliklərə baxmayaraq, gənc nəsil üçün onlarca yeni, məzmunlu 

və yüksək ideyalı kitab nəşr etmişdi. Bu çap məhsulu içərisində başlıca yeri 

vətənpərvərlik mövzusunda əsərlər tuturdu. Bu kitablar “Komsomolun hərbi 

kitabxanası”, “Böyük Vətən müharibəsi qəhrəmanları”, “Məktəblinin hərbi 

kitabxanası”, “Müdafiəyə hazır ol!” və başqa seriyalarla çap olunurdu. 

Böyük Vətən müharibəsi xalqımızın qələbəsilə başa çatdıqdan sonra bütün 

qüvvələr xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsinə yönəldilmişdir. 

1946-cı il mart ayının 18-də SSRİ Ali Sovetinin birinci sessiyasında SSRİ xalq 

təsərrüfatının bərpa və inkişaf etdirilməsinə dair dördüncü beşillik plan (1946-

1950) qəbul edilmişdi. Bu beşillikdə elmin, maarifin, mədəniyyətin xüsusilə ki-

tab nəşrinin, poliqrafiya sənayesinin inkişafına qayğı və diqqət artmışdı. Kom-

munist partiyası və Sovet hökuməti müharibə qurtaran kimi dərhal kitab nəşri 


 

 

15



Àçÿðáàéúàí êèòàáû 

sahəsindəki geriliyi aradan qaldırmaq üçün bir sıra tədbirlər hazırlayıb həyata 

keçirməyə başlamış  və bir neçə  qərar qəbul etmiş, müşavirələr keçirilmişdir. 

Bunlardan 1945-ci ildə “Kitabın poliqrafik tərtibi haqqında”, 1946-cı il noyabr 

ayının 28-də “Azərbaycan SSR-də poliqrafiya sənayesini və  nəşriyyat işini 

inkişaf etdirmək tədbirləri haqqında”, 1948-ci il avqustun 2-də “Azərbaycan 

SSR-də kitab ticarətini yaxşılaşdırmaq haqqında”, 1950-ci il may ayının 25-də 

“Kənddə kitab satışını yaxşılaşdırmaq tədbirləri haqqında” adlı qərarlar qəbul 

edilmişdir. Bu qərarlarda kitabların poliqrafik və bədii tərtibatında ciddi nöq-

sanlar olduğu göstərilmiş  və bunların aradan qaldırılması üçün konkret vəzi-

fələr irəli sürülmüşdü. Mərkəzi Komitə kitabların poliqrafik və bədii tərtibatını 

yaxşılaşdırmaq üçün nəşriyyatların və mətbəələrin keyfiyyətli materiallarla ki-

fayət qədər təmin edilməsini, yüksək ixtisaslı bədii tərtibatçıların, qravyura və 

cild ustalarının, fototexnik, mürəttib və çapçıların hazırlanmasını təşkil etməyi 

əlaqədar komissarlıqlardan, idarə  və  təşkilatlardan tələb etmişdi. Nəşriyyatlar 

tərəfindən buraxılan kitab məhsulunun maya dəyərini aşağı salmaq, mağazalar-

da kitabların yığılıb qalması hallarını aradan qaldırmaq tədbirləri ilə yanaşı, 

mətbəələrin texniki vəziyyətini və mətbəə işçilərinin maddi-məişət vəziyyətini 

yaxşılaşdırmaq sahəsində də konkret vəzifələr irəli sürülmüşdü. Həmçinin ki-

tab ticarətini yaxşılaşdırmaq üçün ilk növbədə kitab nəşrini inkişaf etdirmək, 

bu sahədəki nöqsanları dərhal aradan qaldırmaq üçün qarşıya mühüm vəzifələr 

qoyulmuşdu. Bu mühüm tədbirlərin nəticəsi olaraq 1946-1950-ci illərdə res-

publikamızda kitab nəşrinin və ümumiyyətlə poliqrafiya sənayesinin inkişafın-

da  əsaslı dönüş yaranmışdı. Hər  şeydən  əvvəl kitab nəşrinin mövzu əhatəsi 

müəyyən qədər genişləndirilmiş, ad və tiraj səviyyəsi xeyli artırılmışdı. Kitab 

nəşrinin həm kəmiyyət, həm də keyfiyyət səviyyəsi xeyli yüksəlmiş, onların 

həcmi ildən ilə artmağa başlamışdır. Əgər 1940-cı ildə respublikada 1141 adda 

4 974 000 nüsxə ümumi tirajla kitab çap olunurdusa, 1950-ci ildə 1030 adda 7 

967 000 nüsxə ümumi tirajla kitab buraxılmışdır ki, bu da 1940-cı ildəki göstə-

ricilərə nisbətən ad etibarilə müəyyən qədər azdırsa tiraj etibarilə 3 000 000 

nüsxəyə  qədər çoxdur. Təkcə Azərbaycan dilində 1940-cı ildəki 614 adda 3 

941 000 nüsxə kitab əvəzinə, 1950-ci ildə 720 adda 6 453 000 nüsxə ümumi 

tirajla kitab çap olunmuşdur ki, bu da 1940-cı ildəkindən 106 adda 2 mln 512 

min nüsxə çoxdur.

7

 

1945-1950-ci illərdə  nəşriyyatlarda kənd  əməkçiləri üçün məzmunlu və 



sadə dildə yazılmış bir çox kitablar çap edilmişdir: Şahverdov A.A. “Traktor-

çuya kömək” (1947), “Müharibədən sonrakı dövrdə kənd təsərrüfatını yüksəlt-

                                                 

7

 Həsənov H. Böyük Vətən Müharibəsindən sonra xalq təsərrüfatının bərpa və inkişafı uğrunda 



mübarizə dövründə Azərbaycanda kitab nəşri):(1945-1952) //Elmi əsərlər: kitabxanaşünaslıq 

və biblioqrafiya seriyası /ADU.-Bakı, 1973.-№2.-S.23. 



 

 

16 



Áèáëèîãðàôèéà 

mək tədbirləri haqqında” (1947), Qromaçevski V.N. “Azərbaycanın dənli bitki-

lərinin  əsas sortları” (1948), Seyidov H.Ə. “Azərbaycanın kənd təsərrüfatını 

daha da yüksəltmək uğrunda” (1948), “Kənd təsərrüfatı artelinin nümunəvi 

Nizamnaməsi” (1950), “Toxumların keyfiyyətini təyin etmək üsulları” (1950), 

“Kolxozlarda sudan istifadə planını  tərtib etmək və yerinə yetirmək üzrə 

müvəqqəti göstərişlər” (1950) və s. 

Müharibədən sonrakı dövrdə elmi əsərlərin nəşri geniş miqyas almış, onla-

rın nəşri müharibədən  əvvəlki səviyyəni ötüb keçmişdi. 1945-1949-cu illərdə 

elmi nəşrlərin tirajı 285 milyon nüsxə  təşkil etmişdir.  Əgər 1940-cı ildə 179 

min nüsxə 82 adda elmi ədəbiyyat buraxılmışdırsa, 1950-ci ildə 465 min nüsxə 

ümumi tirajla 102 adda kitab və kitabça nəşr olunmuşdur.

8

  

Müharibədən sonrakı illərdə xalq təsərrüfatını  bərpa və inkişaf etdirmək 



məqsədilə sənaye və texnikanın müxtəlif sahələrinə dair kitabların nəşri davam 

etmiş və “Quyularda yeraltı təmir briqadaları üçün təhlükəsizlik texnikasına aid 

təlimat” (1946), “Hava və kabel şəbəkələrinin montaj elektromontyorları üçün 

təhlükəsizlik yaddaşı” (1947), “Burma qazımada işləyən fəhlələr üçün təhlükə-

sizlik texnikasına aid yaddaş” (1947), “Neft çıxarılmasında təhlükəsizlik texni-

kasına dair təlimat” (1947), “Qaz qaynaqçısı üçün təhlükəsizlik texnikasına aid 

yaddaş” (1948), “Maşınqayırma zavodunun fəhlələri üçün təhlükəsizlik texni-

kasına aid yaddaş” (1948), “Dərin nasos quyularının yeraltı təmiri zamanı təh-

lükəsizlik texnikasına dair təlimat” (1948), “Elektrik stansiyalarının istilik sex-

ləri və istilik şəbəkələrində çalışan işçilər üçün təhlükəsizlik qaydaları” (1949), 

“Avtonəqliyyatda etilli benzin daşıyan işçilər üçün təhlükəsizlik texnikasına 

dair yaddaş” (1950), “Benzin etilləşdirən qurucuların işçiləri üçün təhlükəsizlik 

texnikasına dair yaddaş” (1950) və başqa dəyərli kitablar işıq üzü görmüşdür. 

Beləliklə, 1940-1950-ci illərdə Azərbaycanda kitab nəşrinin vəziyyətinin 

təhlili göstərdi ki, dövrün və şəraitin xüsusiyyətlərinə uyğun olaraq kitab nəşri-

nin vəziyyəti yüksələn xətlə inkişaf etmiş, müharibə dövründə kitab çapı sahə-

sində qarşıya çıxmış problemlər, müharibədən sonrakı bərpa və quruculuq illə-

rində  tədricən aradan qaldırılmış, nəşriyyatların fəaliyyəti təkmilləşdirilmiş, 

çap məhsulunun keyfiyyəti getdikcə daha da yaxşılaşmış və çap olunmuş kitab-

lar məzmun baxımından elmin, texnikanın, ictimai-siyasi, sosial-iqtisadi həya-

tın bütün sahələrini əhatə etmişdir.  




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə