Beynəlxalq tədbirin məqsədi Milli Tədris Planları və



Yüklə 1.33 Mb.
Pdf просмотр
səhifə1/3
tarix26.07.2017
ölçüsü1.33 Mb.
  1   2   3

Beynəlxalq tədbirin məqsədi Milli Tədris Planları və

Qiymətləndirmə Mərkəzinin iş fəaliyyəti, eləcə də 2011-2016-cı illərin

yeni Milli tədris planının, Milli qiymətləndirmənin, Mərkəzin layihələri

və proqramları haqqında geniş cəmiyyəti məlumatlandırmaq idi. 

Tədbiri Gürcüstan təhsil və elm naziri Dimitri Şaşkin açdı. Görüş

iştirakçılarını  Mərkəzin iş fəaliyyətinin əsas istiqamətləri ilə Milli

Tədris Planları və Qiymətləndirmə Mərkəzinin direktoru, Natiya

Coxadze tanış etdi. 

Görüşdə Parlamentin vitse-spikeri Rusudan Kervalişvili çıxış etdi və

Mərkəzin iş fəaliyyətini müsbət dəyərləndirdi. 

Milli Tədris Planları və Qiymətləndirmə Mərkəzinin layihələri və

proqramları barədə Mərkəzin direktor müavini Teya Paiçadze söhbət

etdi. Plürinqvist təhsil haqqında təqdimatı Mərkəzin humanitar və

ictimai elmlər idarəsinin rəhbəri Tamar Caxeli nümayiş etdirdi,

riyaziyyat elmləri  və texnologiyalarının rəhbəri Ekaterine Slovinskaya

isə beynəlxalq tədris planları kontekstində ümumtəhsil müəssisələri

üçün nəzərdə tutulan Milli tədris planı üzrə söhbət etdi.

Tədbirdə beynəlxalq məsləhətçilər məruzələrlə çıxış etdilər:

Hollandiyadan Henk Moelans - “Qiymətləndirmə nəticələrinə

əsaslanaraq kurrikulumun təkmilləşdirilməsi” mövzusu ilə və Frans

Kleyns -  “CİTO ilə əməkdaşlıq hüdudlarında qiymətləndirmə

keyfiyyətinin idarə edilməsi” (Maarifləndirilmənin Ölçü İnstitutu, CİTO

– Institute of measurment, Hollandiya). 

Milli Tədris  Planları və Qiymətləndirmə Mərkəzinin Milli

qiymətləndirmə, tədqiqatlar və analiz idarəsinin rəhbəri Mzia Tsereteli

toplantı iştirakçılarını Milli qiymətləndirmə məqsədləri və məsələləri ilə

tanış etdi.

Mərkəzin Gürcü dili və ədəbiyyatı üzrə eksperti Nino Doborcqinidze

Gürcü dili və ədəbiyyatı üzrə milli qiymətləndirmənin əsas məqsədləri

və oriyentirləri haqqında söhbət açdı.

Konfransda sözlə Gürcü dili və ədəbiyyatı qrupunun rəhbəri İrina

Samsoniya çıxış etdi. Onun məruzəsinin mövzusu “Gürcü dili və

ədəbiyyatı üzrə milli qiymətləndirmə və onun Milli tədris planı ilə

əlaqəsi” (nəticələr və qərarlar) idi.

Tədbirdə Gürcüstan Hökümətinin, Gürcüstan Parlamentinin,

Gürcüstanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq və qeyri-

hökümət təşkilatlarının, xarici ölkələrin (Moldova, Belorus, Estoniya,

Latviya, Azərbaycan, Ermənistan) təhsil nazirliklərinin nümayəndələri

iştirak edirdilər. Tədbirin sonunda  Gürcüstan təhsil və elm nazirinin

müavini İrina Kurdadze xüsusi mükafatlar və təşəkkürnamələr verdi:

Dünya Bankına  (THE WORLD BANK) və UNICEF-ə  ən yaxşı tərəf

müqabili və donor təşkilatı olaraq, eləcə də  xanım Mzekala Şanidzeyə

- 2011- 2016-cı dərs illərinin Milli Tədris planının işlənib

hazırlanmasında gördüyü işlər üçün, Zuqdidi təhsil resurs-mərkəzinə -

aktiv əməkdaşlığına görə; Mərkəzin iş fəaliyyətinin intensiv

işıqlandırılması üçün Gürcüstanın“Açıq Studiya” radio-verilişinə ;

“Rustavi 2” teleşirkətinin jurnalisti Qiqla Tumanişviliyə - Mərkəzin iş

fəaliyyətinin intensiv işıqlandırılması üçün; “Yol Təhlükəsizliyi üçün

Tərəf-Müqabili” Fonduna - əməkdaşlıq üçün; Rustavi şəhəri 24 saylı

ictimai məktəbin şagirdi Zurab Qaprindaşviliyə  - 2009-cu ildə Gürcü

dili və ədəbiyyatı üzrə keçirilən Milli qiymətləndirmədə aldığı ən yaxşı

nəticə üçün.



TƏHSİL ÜÇÜN ƏTRAF

MÜHİTİN ƏHƏMİYYƏTİ

səh.2

SADƏ CÜMLƏLƏRİN EYLER

XÜSUSİYYƏTİ  

səh. 3

UŞAĞIN MƏKTƏB ÜÇÜN

HAZIRLIQ PROBLEMLƏRİ

səh. 3-4

XARİCİ DİL DƏRSİNDƏ

KOMİKSİN 

OXU QAYDALARI VƏ ONUN

KODLARININ TƏDRİSİ 

səh. 5

RÜTUBƏT BOL OLAN

ƏRAZİLƏR 

səh. 6-7

BİOLOGİYA DƏRSİNDƏ

ŞAGİRDLƏRİN ELMİ

MARAQLARINI OYATMAQ

TƏHSİL ÜÇÜN ƏTRAF

MÜHİTİN ƏHƏMİYYƏTİ

səh.7-8

ianvari, 2011. #3

gazeTi vrceldeba ufasod

NOYABRIN 18-DƏ BEYNƏLXALQ TƏDBİR 

“MİLLİ TƏDRİS PLANLARI VƏ QİYMƏTLƏNDİRMƏ

MƏRKƏZİNİN İŞ FƏALİYYƏTİNİN HESABATI -2010”

BEYNƏLXALQ TƏDBİR KEÇİRİLDİ

åîëâíóäò ìïìùïâäë ãåãèåþòìï 

æï øåôïìåþòì úåíüîò


2

Tədrisin təşkili 

Davam edən tədris mühiti təlim-tədris üçün

çox əhəmiyyətlidir. Resurslar məktəbdə elə

yerləşdirilməlidir ki, şagirdlərə və

müəllimlərə rahat işləmək, oxumaq və

birlikdə işləmək imkanı verilsin. Uşaqlar

məktəbi bitirdikdən sonra, məktəb mühitində

iştırakçı olduqları və onlara xoş xatirələr

bağışlayan hadisələri və müxtəlif insidentləri

həvəslə xatırlayırlar. Uşaqlıqda alınan

təəssüratlar bəzən bütün ömür boyu onları

müşayiət edir.  

Şagirdlərə mühitin təşkil edilməsini və

onun yaxşılaşdırılmasını öyrətməliyik. Bəzi

alimlər hesab edirlər ki, uşaq biliyin ən azı

60%-ni vizual və təmas əsasında aldığı

təcrübənin əsasında toplayır.  Uşaqlarda

tədqiqat  istəyini oyatmaq və onlara

həyəcanlandırıcı, cəlbedici və praktiki mühit

yaratmaq həyat əhəmiyyətini kəsb edir. Bu

mühitdə uşaq işləyə və təhsil ala bilər. Bunun

üçün məktəb ona stimul verən və

həvəsləndirici təhsil resurslarını təklif

etməlidir. Məktəbdə və sinifdə fərdi və qrupda

iş üçün, tədqiqat üçün, istirahət və oyun üçün

lazımi şərtlər olmalıdır. Birlikdə müzakirə

etməklə və birlikdə iş zamanı şagirdlər

öyrənirlər ki, öz ideyalarını necə inkişaf

etdirsinlər və problemin həlli yollarını necə

tapsınlar. Müəllim əmin olmalıdır ki,

şagirdlərin öz işlərini divardan asmaq və

başqalarına göstərmək imkanları olduqda

məktəbdə və sinifdə yaranan mühit onların

işlərinə və dəyərlərinə şübhəsiz təsir

göstərəcəkdir. Bu zaman onların həm öz

şəxsiyyətlərinə qarşı, eləcə də başqalarına

qarşı hörmət hissləri artacaqdır. 

Şagirdlərin ətraf mühitə qayğı göstərmələri

olduqca önəmlidir. Əks halda, onlar özlərini

həmin mühitdən  uzaq hiss edirlər və onların

arasında sosial problemlər baş qaldırır:

soyuqqanlılıq, ətraf mühitin çirkləndirilməsi

və vandalizm. Şübhəsiz ki,ətraf  mühitə qayğı

göstərən və onun üzərində məsuliyyət daşıyan

şagirdlər  təbiəti daha çox dəyərləndirirlər.

Məktəbin dəhlizləri xoş göründükdə,

maraqlı resurslarla təqdim olunduqda

məktəbin xarici siması həm qonağı, eləcə də

məktəbin bütün işçilərini cəlb edir, şagirdlərdə

isə oxumaq əhval-ruhiyyəsini yaradır.

Məktəbdə mühiti yalnız məktəbin pərdələri

yaratmır.  Mühit təhsilin əsas tərkib hissəsidir

və təfəkkürə, tədqiqata, yaradıcılığa stimul

verən vasitələrdən biridir.

Uşaqların  işləri divardan asıldıqda onlara

işi nəzərdən keçirmək, onu tərifləmək imkanı

verilir.  Amma həmin işi yalnız “bitmiş iş”

kimi nəzərdən keçirmək lazım deyil, eləcə də

ona növbəti fikrə və əmələ olan yol kimi

baxmaq lazımdır.  Məktəbin mühiti şagirdlərə

əyani vəsaitlərdən və resurslardan istifadə

etməklə təhsil almaq imkanını verməlidir. Bu,

təfəkkürə, yaradıcılığa, estetik zövqün

inkişafına və ideyaların gələcəkdə

təkmilləşməsinə stimul verən kommunikasiya

vasitəsidir.  O, eləcə də diaqramlardan,

xəritələrdən, plakatlardan vizual informasiya

almağa və onu başa düşməyə, onun üzərində

müşahidə aparmağa, oxumağa, analiz etməyə,

tədqiqatların formalaşmasına və

ümumiyyətlə, şagirdlərdə  həyat vərdiş-

bacarıqlarının inkişafına imkan verir.

Tədris qazanılan təcrübənin, vizual

kommunikasiyanın və əyani vəsaitin istifadəsi

ilə daha yaxşı davam edir. Hamımız yaxşı

bilirik ki, reklam, vizual manipulyasiyalar

bizim gündəlik həyatımıza nə qədər böyük

təsir göstərirlər. Biz hər tərəfdən reklamlarla,

mağaza vitrinləri ilə mühasirəyə alınmışıq,

filmlərə baxırıq, müxtəlif növlü sərlövhələri

oxuyuruq, sərgilərə, muzeylərə, qalereyalara

gedirik və “böyük təcrübəyə” malikik. Fərqi

yoxdur ki, biz haradayıq: küçədə və ya evdə

hər yerdə əyani vəsaitlərlə və vizual

kommunikasiyalarla mühasirəyə alınmışıq.

Nə üçün bütün bunlardan məktəbdə daha az

istifadə edirik?

Əlbəttə ki, həm əyani vəsaitləri, eləcə də

məktəb mühitini bizim özümüz yaradırıq,

amma bunu necə etməliyik?

Birinci növbədə, məktəbi mütləq bir vahid

orqanizm kimi təsəvvür etməliyik. Məktəbin

kollektivi bir dəstə kimi işləməkdə və özünün

bütün təcrübəsini, vərdiş-bacarıqlarını və

güclü tərəflərini bir yerə toplamaqda razılıq

əldə etməlidir. Məhz kollektiv məktəbə necə

yardım etməyi və konkret işləri kimin yerinə

yetirməli olduğunu qərara almalıdır.

Mühitin inkişafı planını yaratmaq üçün, ilk

növbədə, müxtəlif strategiyalardan düzgün

seçmək lazımdır. Məsələn:

n

müzakirə edin ki, əyani vəsaitlər nə üçün



lazımdır və ətraf mühit məktəbin kollektivinə

və şagirdlərə hansı təsiri göstərir;

n

məktəbi bütövlükdə qəbul edin və ona



şagirdin, müəllimin, qonağın gözü ilə baxın;

n

mühitin yaxşılaşdırılması prosesi barədə



müntəzəm müzakirələr keçirilən görüş

cədvəlini tərtib edin.

Məktəb təhsil üçün mühitin və əyani

vəsaitlərin hansı əhəmiyyət kəsb etdiyini təhlil

etməli və məktəbin hansı sahəsinin inkişaf

olunması barədə razılıq əldə etməlidir.

Məktəbdə əyani vəsaitlərin yerləşdiriləcəyi

yeri seçdikdə düşünməliyik ki, bu, şagirdlər

üçün fayda gətirəcəkmi, uşaqlara yaradıcılıq

və praktiki layihələrini inkişaf etdirməyə

imkan veriləcəkmi.  Əgər işlərimizi yaxşı

planlaşdırsaq, o zaman o, məktəbin dərs

planının müxtəlif sahələrindən ibarət olacaq

və daha çox uşaqlar arasında problemin

həllində iştirak etmək istəyi baş qaldıracaqdır.

UŞAQLARIN DƏRS

MÜHITININ YARADILMASINA

CƏLB OLUNMALARI

Dərs mühitinin yaradılmasına şagirdlərin

cəlb olunmaları olduqca vacibdir. Aydındır ki,

böyüklər tərəfindən əyani vəsaitlərin

yaradılması təşəbbüsünün irəli sürülmə halları

vardır və bu zaman həlledici rol onlara həvalə

olunur.  Amma valideynlər, qonaqlar və

məktəbin başqa işçiləri tərəfindən hazırlanan

əyani vəsaitlər  də vardır.

Digər tərəfdən isə elə bir sərgilər var ki,

onlara yalnız uşaqlar cəlb olunurlar və onlar

bütöv layihə üzərində məsuliyyət daşıyırlar.

Təqdimat və əyani vəsaitlər üçün lazımi yerin

seçilməsinin əsas məqsədlərindən biri odur ki,

şagirdlərin materialla gündəlik təmasları

olsun. Kiçikyaşlı uşaqlar da bu prosesə cəlb

oluna bilər və onlar seçmək və fənləri

çeşidləndirmək-nizamlamaqda iştirak edə

bilərlər.

Sinif otağının dərs resursu olaraq

istifadəsinin əsas aspektləri;

2 əsas aspekti ayırırlar: 

n

yerin təşkili;



n

sərgi;


YERIN TƏŞKILI

Müəllimin yeni yanaşmalar əsasında tədris

etdiyi zaman nəzərə almalı olduğu

dəyişikliklərdən biri sinif otağını yenidən

təşkil etməkdir. Sinfin təşkili qarşıdakı tədris

məqsədlərinə nail olmağa şərait yaratmalıdır. 

Məsələn: əgər dərsin məqsədi şagirdlərin

birlikdə, əməkdaşlıq əsasında hər hansı bir

fənnin konkret aspekti üzrə tədqiqat

keçirməkdən ibarətdirsə, o zaman onları

qruplara elə ayırmaq lazımdır ki, onlar üçün

birgə iş münasib olsun. Müəllimin açıq və

aydın şəkildə dərk etməyi vacibdir ki,

şagirdlər nə üçün qruplarda işləməlidirlər və

bununla nəyə nail olmaq istəyirlər. Qrup işi

üçün müəllim münasib sinif mühiti yaradır.

Ənənəvi olaraq şagirdlər müəllimlə üzbəüz

əyləşirlər. Bu halda, onlar yalnız müəllimlə

əlaqədə olurlar və onların bir-birləri ilə

münasibətləri yoxdur. Sinfin bu cür təşkili

şagirdlərdə əməkdaşlıq vərdiş-bacarıqlarının

inkişafını istisna edir.



SƏRGI

Tədqiqatlar göstərir ki, şagirdlərdə

təfəkkür inkişafı, tədqiqat istəyini yaratmaq

üçün, yaradıcılıq, eksperiment aparmaq və

dizaynlaşdırmaq kimi vərdiş-bacarıqların

inkişafı üçün yaradıcılıq və interaktiv

sərgilərin böyük əhəmiyyəti vardır. 

Sərgi 6 əsas məqsədə xidmət edir: 

n

maraqlı və cazibədar mühitin yara 



-

dılmasına;

n

ideyaların  və informasiyaların aydın



şəkildə formalaşdırılmasına;

n

sualların verilmə istəyinin  və marağın



artırılmasına;

n

şagirdlər tərəfindən keçirilən işə qarşı



hörmətin ifadə olunmasına;

n

şagirdlərin maraqlarını qane etməyə;



n

məktəbin ideyasını qavramağa.

Əyani vəsait-stimul – yeni trimestrin və ya

yeni mövzunun başlanğıcında müəllim həm

vizual, eləcə də intellektual  yükü olan

stimulverici əyani vəsaitləri hazırlayır. Əyani

vəsait gələcək işlər haqqında  bir növ

informasiyanı təqdim edir. O, şagirdlərə fikir

üçün səbəb və vaxtın verilməsini nəzərdə

tutur. Bununla yanaşı, stimul verən əyani

vəsait müsbət emosiyalara səbəb olur. 

Əyani vəsaiti səylə seçmək lazımdır ki,

vizual təəssürat yaratsın. Əyani vəsaitin

yaradılmasına çoxlu vaxt gərək deyil. O, şəkil

(rəsm, fotoşəkil və ya plakat), maqnitofon

vasitəsilə   dinlənilən musiqi və ya mövzuya

əsasən seçilən hekayə ola bilər. O, otlarla,

şəkillərlə, suallarla tərtib oluna bilər.  Suallar

hazırkı mövzu və növbəti iş planına əsasən

seçilə bilərlər.

Stimul verən əyani vəsait şagirdləri sual

verməyə və mövzunu daha yaxşı təsəvvür

etməyə imkan verəcək, uşaqların təhsil

səviyyələrini aydın şəkildə göstərəcəkdir.

Müəllimlər növbəti mərhələdə şagirdlərə öz

fikirlərini daha yaxşı anlamaqda yardım edə

biləcəklər. 

Mövzuya əsasən kolleksiyaların

yaradılması uşaqların (valideynlərin və digər

şəxslərin) cəlb olunmasına yaxşı imkan verir.

Dərs mühitini uşaqlar şəxsi həyatları və geniş

ictimai həyatla, məktəbdən kənar təcrübə ilə

əlaqələndirirlər.

Milli Tədris Planları və Qiymətləndirmə

Mərkəzinin Tədris materialları və

tətbiqetmə

idarəsinin rəhbəri

Nana Dalakişvili

TƏHSİL ÜÇÜN ƏTRAF MÜHİTİN ƏHƏMİYYƏTİ


3

Metodoloji innovasiyalar

Pedaqoji yeniliklər

Gürcü qrammatikası üzrə məktəb dərsliyində belə bir qayda verilir:

Sadə cümlədə üzvlərin sayı sintaktik uzlaşmanın sayından bir sayla artıqdır.  

Çox riyazi səslənir, elə deyilmi?

Amma gəlin hələ burada istifadə olunan anlayışları müəyyənləşdirməyə çalışaq – “Cümlə üzvü”

və “Sintaktik uzlaşma”. Dərsliklərdə belə bir izahatı gördüm: 

“Cümləyə daxil olan tammənalı söz cümlə üzvü adlanır”.

“Əgər mənaca bir-biri ilə əlaqəlidirlərsə, o zaman iki cümlə üzvü sintaqmanı təşkil edir”.

Riyaziyyat nöqteyi-nəzərindən isə: “tammənalı”  və ya “məntiqi əlaqə” anlayışlarının nəyi

bildirdiyinin tam ciddi izahatları yoxdur. Bu zaman onlara ayrı-ayrı izahatlar gərəkdir və s. Amma

qrammatika riyaziyyat kimi dəqiq elm deyil. Burada intuisiya anlamı ilə qane olmalıyıq.

Cümlədəki hər söz cümlə üzvü hesab olunmur. İttifaqlar da, ədatlar və digər ikincidərəcəli sözlər:

“və”, “yaxud”, “isə”, “amma” və s. də cümlə üzvü hesab olunmurlar.

Sintaktik uzlaşmanı, yəni başqa cür desək, sintaqma anlayışını isə, gəlin, misallar üzərində təhlil

edək.

bavSvi midis skolaSi -  Uşaq məktəbə gedir



Bu cümlədə üç üzv vardır. Sintaqmaları təşkil edirlər: bavSvi–midis; midis-skolaSi.

Üçüncü cütdə bavSvi–skolaSi isə sintaqma yoxdur. Belə ki, bu cümlədə 3 üzv və 2 sintaqma

vardır. Beləliklə, qayda yerinə yetirilmişdir.  Düşünürük ki, sintaqmanın nəyi bildirdiyi intuisiya ilə

aydın olur, amma yenə də bir qədər qənaətbəxş izahat tapmağı istərdim.

Məsələn, belə bir dinamik izahat:

Əgər birinin formasının dəyişməsi (zaman, hallanma, tək, cəm şəkilçisi) ikincini dəyişdirirsə, o

zaman cümlənin iki üzvü sintaqmanı təşkil edir.

Məs., bavSvi-midis da bavSvebi-midian; midis-skolaSi da modis- skolidan.

Amma, təəssüflər olsun ki, sintaktik uzlaşmanın elə bir növü (idarə) var ki, bir üzvün dəyişməsi

ikincinin dəyişməsinə səbəb olmur. Məs., cxra-Zma, cxra-Zmas, cxra-ZmiT. Belə ki, intuisiya

əsasında izahatla razı düşmək üçün bu izahat yaramır.

Yuxarıda verilən qaydanı düstur şəklində yazaq: 



(Cümlə üzvlərinin sayı) – (Sintaqmaların sayı) = 1

Baxın, indi bu qaydanın Eyler xüsusiyyəti ilə əlaqəsinin olması riyaziyyatçı üçün məlum

olmalıdır.

Amma əvvəlcə üç sual vermək istərdim:

1. Cümləyə yeni üzvü elə artıra bilərikmi ki, o, iki köhnə cümlə üzvü ilə sintaqma yarada bilsin?

2. Cümlədə triada ola bilərmi, yəni hər iki sintaqmanı təşkil edən cümlə üzvlərinin üçlüyü? Bu

sualın daha ümumi olan şəkli belədir: Cümlədə mərhələ ola bilərmi, yəni üzvlərin elə bir ardıcıllığı,

hansında birinci üzv sintaqmanı ikinci ilə yaradır, ikinci-üçüncü ilə və s. Axırıncı – sonuncu ilə?

3. Cümlənin bəzi üzvü vasitəsiz olaraq sintaqma ilə, yaxud da hər hansı bir üzvlərdən (xəbərdən

başqa) keçməklə mübtəda ilə əlaqədədir. Biz onları mübtəda sinfinin üzvləri adlandırırıq. Eləcə də

xəbər sinfini də izah etmək olar, məsələn, qarşıdakı cümlədə:

bejiTi bavSvi skolaSi adre midis – Çalışqan şagird məktəbə tez gedir.

bejiTi sözü mübtəda sinfindədir, adre

isə - xəbər. Belə ki, sual verilir: mübtəda sinfinin

üzvünün xəbər sinfinin üzvü ilə sintaqma yaratması mümkündürmü və ya yox? 

Siz bu suala riyaziyyat xaricində cavab verə biləcəksinizmi? Bilmirəm, sınayın!

Birinci sualın cavabı mənfidir və o, asanlıqla qaydamızdan kənarlaşdırılır: belə bir əlavə ilə

üzvlərin sayı 1-lə artır, sintaqmaların sayı isə 2 ilə. O zaman, yeni cümlədə qaydanın tələb etdiyi fərq

bir olmayacaqdır, bu zaman fərq sıfır olacaqdır, bu isə qaydaya zidd olur. 

Baxın, mənim fikrimcə,  2-ci və 3-cü suallar da bir qədər dərin riyazi bilik tələb edir. Mən indi

onda keçid alacağam.

Qrafalar teoremində bizə bir neçə qayda və fakt lazım gələcəkdir. 

Qrafa nöqtələrin bitmiş çoxluğunu bildirir. Nöqtələrdən bəziləri düz xətt cütləri ilə birləşmişdir.

Bu nöqtələri qrafanın üzvləri adlandırırlar,  parçaları isə - tərəflər. Düz xətt tərəflərin ardıcıllığı

adlanır. Bu zaman hər növbəti tərəf əvvəlki tərəfin sonundan başlanır. Qapalı düz xətlər mərhələ

adlanırlar. Əgər hər hansı iki üzv düz xətlə birləşə bilərsə, o zaman qrafa uzlaşma adlanır.

Yəqin ki, uşaqlıqda qrafalar haqqında məsələləri görmüsünüz. Məsələn, əlinizi qaldırmadan zərf

çəkmək, yaxud da üç evi üç quyu cığırı ilə elə  birləşdirmək ki, cığırlar bir-biri ilə kəsişməsinlər. Bu

barədə yəqin ki, sizə nə vaxtsa danışacağıq. İndi isə mövzumuza qayıdaq.

Qrafanın Eyler xüsusiyyəti fərq adlanır.



e = (təpələrin sayı) – (yanların sayı)

(bu, ümumi qaydanın xüsusi halıdır)

e = a

0

– a



1

+ a


2

– a


3

+ …


hansında a

k

k-ölçülü yanların sayıdır).



Bu cədvəldə uzlaşma sütunları Eyler xüsusiyyətinə əsasən çeşidləndirilmişdir:

Burada e = 0  sütununda birmərhələli qrafalardır, e = -1 sütununda isə qrafalar iki əsas

mərhələlərdən ibarətdirlər.

e = 1  sütununa xüsusi diqqət yetirək.  Burada bütün qrafalar mərhələsizdir. Bu, mərhələlərin

olmadığını bildirir. Mərhələsiz qrafaları başqa cür “ağaclar” adlandırırlar (oxşayır, elə deyilmi?).

Əlbəttə ki, bu, təsadüfi deyil. Belə bir teorem var ki, Eyler xüsusiyyəti 1-ə bərabər olduqda, yalnız və

yalnız o zaman  uzlaşma qrafası mərhələsiz olur.

Bütün “yalnız və yalnız” və ya “mütləq və kifayət edən” teoremlərdə olduğu kimi, bu teoremin də

iki tərəfi vardır.

Birincinin



mərhələsiz uzlaşma qrafasının Eyler xüsusiyyəti 1-ə bərabərdir.

İsbat etmək asandır: bu qrafanı sökməyə başlayın – aşağı tilləri sökün, hər dəfə sökdükdən sonra

qrafanın bir tili və bir təpəsi azalacaqdır, yəni Eyler xüsusiyyəti dəyişməyəcəkdir, sonda isə bir nöqtə

qalacaqdır. Onun Elyer xüsusiyyəti, əlbəttə ki, birdir.

İkinci tərəfi,

əgər uzlaşma qrafasının Eyler xüsusiyyəti birdirsə, o zaman o, mərhələsizdir.

Bir qədər çətin isbat olunandır, sınamağa çalışın!

İndi qrammatikaya dönmə zamanı yetişdi.

Hər cümləyə cümlədə neçə üzv olduğu qədər tilləri olan və müvafiq cümlə üzvlərinin sintaqma

yaratdıqları tillərlə təpələri birləşən qrafanı uyğunlaşdırmaq olar.

Məsələn, 

bejiTi bavSvi skolaSi adre midis

cümləsinə belə bir qrafa uyğun olacaqdır

İndi isə suallarımıza cavab verə bilərik.

2. Sadə cümlələrin mərhələləri varmı?

Xeyr. Bizim qrammatik qaydamıza əsasən sadə cümlələrin müvafiq qrafasının Eyler xüsusiyyəti

1-ə bərabərdir. Amma: sadə cümlə əlaqəlidir (burada cümlələrin sadəliyi əhəmiyyətlidir) şərti də

şübhə yaratmır. Əgər bu şərti qəbul etsək, o zaman alınar:

sadə cümlələrə uyğun qrafa əlaqəli olduğundan və tərifə əsasən onun Eyler xüsusiyyəti 1-ə

bərabər olduğundan teoremə görə o, mərhələsizdir, yəni onda mərhələlər ola bilməz.



3. Mübtəda sinfinin üzvü xəbər sinfinin üzvü ilə sintaqma yarada bilərmi?

Yox. Mübtəda hər zaman xəbərlə sintaqma yaradır. Əgər mübtəda sinfinin hər hansı bir üzvü

xəbər sinfinin üzvü ilə sintaqma yaradırsa, o zaman sözsüz ki, mərhələ bağlanacaqdı. Bu isə

bildiyimiz kimi, sadə cümlədə ola bilməz.



Fizika-riyaziyyat elmləri doktoru, professor

Tornike Kadeişvili

SADƏ CÜMLƏLƏRİN 

EYLER XÜSUSİYYƏTİ

ÞÅÖÒÀÒ


ÞÏÂØÂÒ

ÈÒÆÒÌ


ÌÊËÄÏØÒ

ÏÆÎÅ


Məktəbdə təhsil almağa hazırlıq

mürəkkəb və uzunmüddətli bir prosesdir,

onun məqsədi uşağın çoxtərəfli inkişafıdır.

Ümumi və xüsusi hazırlığı ayırırlar. Xüsusi

hazırlıq uşaqda tədrisin əsasını qoyan uşaq

üçün biliyin çatdırılmasını, təsəvvür və

vərdiş-bacarıqların işlənib hazırlanılmasını

nəzərdə tutur. İlk növbədə, bunlar  ana dili,

riyaziyyat və s. kimi tədris fənləridir.

Ümumi hazırlıq, əsasən, uşağın fiziki və

psixoloji inkişafı səviyyəsi ilə müəyyən

edilir.


Məktəbdə təhsil almaq üçün hazırlığı

uşaqlar arasında şagird statusunun

formalaşması üçün vacib olan biliklər

birliyinin olması ilə təhlil edirlər. Xüsusilə

də bu biliklər arasında koqnitik (biliyə, dərs

vərdiş-bacarıqlarına sahib olmağa hazırlıq)

və sosial (məktəb həyatında aktiv iştirak

etmək üçün, həmyaşıdlarla münasibətlər

üçün) biliklərə diqqət verilir. Hazırlığın bu

tərəfləri hər zaman parallel olaraq və eyni

şəkildə inkişaf etmir: uşaq koqnitik

baxımdan təhsilə hazır ola bilər, amma

sosial baxımdan bunun üçün yetişməmiş ola

bilər. Bu cür vəziyyəti hər zaman nəzərə

almaq lazımdır ki, uşağın məktəbdə təhsil

almasına tam hazır olması üçün düzgün

təsəvvürümüz olsun. 

Uşağın tam hazırlığı formalaşdırıldıqda

həm uşaq bağçası və eləcə də ailə əsasən

xüsusi təhsili vurğulayırlar, ümumi fiziki

isə bir çox hallarda kölgədə qalır, bunun

üçün də məktəbəqədər uşaqların böyük

qisminin fiziki fəallıqları yerinə yetirmək,

fiziki xassələri və rasional qaməti

möhkəmləndirmək, fiziki həyat vərdiş-

bacarıqlarına sahib olmaq və s. üçün



Каталог: upload -> text -> geo
upload -> Fakültə İxtisas qrup Kurs fənn tarix baslanma vaxti otaq
upload -> Oitsning ma’nosi – Orttirilgan Immunitet Tanqisligi Sindromi. Bu dahshatli va bedavo kasallik hozirgi zamonning “vabosi” deb yuritiladi
upload -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
upload -> UŞaq anatomiyasi, FİZİologiaysi və GİGİyenasi analizatorlar- duyğU ÜzvləRİ
upload -> Uşağın fərdi psixoloji hazırlığı 20 azn ağız boşluğunun kompleks peşəkar gigiyenası 80 azn
upload -> Мisvak вя онун XXI ясрдя истифадяси
upload -> Klinik protokol Az ərbaycan Respublikas
geo -> Fİ zİ k İ təl İm 1
geo -> Dərsliklərin gender analizi Tbilisi 2012 il Mündəricat Tədqiqi məsələnin icmalı


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə