Bədəlova Tahirə Xəliddin qızı



Yüklə 14.21 Kb.
PDF просмотр
səhifə12/20
tarix07.06.2017
ölçüsü14.21 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  148  – 
Cavanlar üçün özəklər yaradır, Nəzər Heydərovun sağ əlinə 
çevrilir.  1932-34-cü  illərdə  Moskvada  Xalq  Daxili  İşlər 
Komissarlığının xüsusi məktəbini əla qiymətlərlə başa vurub 
doğma  Azərbaycana  dönür.  Masallı,  Tərtər  rayonlarında 
siyasi büro rəisi vəzifələrində işləyir. Tərtərdə tamahına qılınc 
çaldığı  namərdlər  onun  özünə  bir  şey  edə  bilməyib  böyük 
oğlunu  vəhşicəsinə  qətlə  yetirirlər.  Qulu  bu  dərdə  sınıb, 
əyilmir,  xalqın  qanını  soran  zəlilərə  qarşı  daha  inadla 
mübarizə  aparır.  1937-ci  ildə  onu  Daxili  İşlər  Nazirliyində 
məsul işə irəli çəkirlər.  
1942-64-cü  illərdə  Bakı  şəhər  Polis  İdarəsində  ikinci 
şöbənin rəisi olur. Yüzlərlə yeniyetmənin, gəncin düzgün yola 
qaytarılmasında  qocaman  çekistin,  təcrübəli  polis  rəisinin 
məxsusi əməyi olub 
 
Qara İlyasov 
 
Qara  İlyas  oğlu  İlyasov  1884-cü  ildə  Zəngəzur  qəzasının 
Müskanlı  kəndində  (indiki  Qubadlı  rayonunda)  anadan  olub. 
Atası  İlyas  kişi  kasıbçılıq  üzündən  yaşayış  yerini  bir  neçə 
dəfə  dəyişir,  Müskanlıdan  Qubadlıya,  oradan  da  Şuşaya 
pənah gətirir və orada vəfat edir. Qara da oradan Bakıya gəlib 
neft  kontorlarında  işə  başlayır.  Sonra  1905-ci  il  tətillərində 
iştirak  etdiyinə  görə  işdən  qovulur.  O,  yenidən  Qubadlıya 
qayıdır.  1906-1909-cu  illərdə  meşə  gözətçisi,  meşə  məmuru, 
1910-cu  ildə  isə  meşəbəyi  təyin  olunur.  1917-ci  ildə  bir  də 
baxıb görür ki, bolşeviklərə qoşulub, olub inqilabçı... Amma 
özü  çox rəhmdil  olub  Qara İlyasov üzdəniraq qolçomaqların 
fitvasına  uyub  quldurluğa  qurşanan,  dinc  əhalinin  ev-eşiyini 
odlayan,  mal-qarasını  talan  edən  yüzlərlə  adamı  üzə  çıxarıb, 

___________________________________________________VƏTƏNİ TANI 
 
–  149  – 
onlara  zamin  durub,  halal  zəhmətə  alışdırıb.  1920-23-cü 
ilərdə  Nahiyə  İnqilab  Komitəsinin,  Nahiyə  İcraiyyə 
Komitəsinin  sədri,  Qəza  Polis  İdarəsinin  sədri,  1923-24-cü 
illərdə  Kürdüstan  Qəza  Firqə  Komitəsinin  təşkilat  şöbə 
müdiri,  1924-25-ci  illərdə  Kürdüstan  Qəza  İcraiyyə 
Komitəsinin  sədri,  daxili  işlər  idarəsinin  rəisi,  maliyyə  şöbə 
müdiri,  1926-27-ci  illərdə  Ağdam  Siyasi  Büro  İdarəsinin, 
1927-28-ci  illərdə  Qarayagın  Siyasi  Büro  İdarəsinin  rəisi 
işləyib.  1928-ci  ildə  qaçaqçılıq  edən  bir  bəyin  gülləsinə  tuş 
gəlir.  
O  yolu  onun  oğlanları  –  Qüdrət  İlyasov,  Hidayət  İlyasov 
qardaşları layiqincə davam etdirdilər...  
 
Baba Məmmədov 
 
Baba  Məhəmməd  oğlu  Məmmədov  Qubadlının  Fərcan 
kəndində boya başa çatıb. Atası Zəngəzurda yüzbaşı olub, heç 
vaxt  haqqı  nahaqqa  verməyib,  imkansızlara  əl  tutub,  kömək 
edib.  Belə  bir  mühitdə  böyüyən  Babanın  iç  dünyası  mərdlik 
və  xeyirxahlıq  üstə  köklənib.  El  içində  çox  böyük  hörmətli 
olan  Məhəmməd  kişi  ölərkən  hələ  həddi-buluğa  çatmayan 
Babanı  camaat  yüzbaşı  seçirlər.  Bu  inamın  nəticəsidir  ki, 
çarizm  devriləndən  az  sonra  (1918-ci  ildə)  xalq  onu  ADR 
parlamentinə  deputat  seçir.  O  illər  həm  Bakıda,  həm  də  bir 
çox  rayonlarda  erməni  silahlı  dəstələri,  mütəşəkkil  orduları 
hərəkət  edir,  qırğınlar  törədirdilər.  Belə  bir  vaxt  da  Türkiyə 
sultanı  Ənvər  Paşa  öz  sərəncamıyla  qardaşı  Nuru  Paşanın 
ordusunu  Azərbaycana  köməyə  göndərir,  tez-tez  öz  qoşunu 
ilə  müxtəlif  bölgələrdə  savaşa  atılıb,  erməniləri  geri  oturdur. 
O,  bir  neçə  dəfə  Zəngəzurda-Qubadlıda  və  eləcə  də,  Baba 

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  150  – 
Məmmədovun kəndində, Fərcanda olur. Nuru Paşa Fərcanda 
olarkən B. Məmmədovla yaxından tanış olur, onun cəsurluğu, 
qocalığını, millət sevgisi, torpaq sevgisini ürəkdən bəyənir və 
onun  dəstəsinə  xeyli  silah  verir.  B.  Məmmədov  1918-20-ci 
illərdə  parlamentdə  üzv  olarkən  xalqımızın  böyük  oğlu 
H.Z.Tağıyevlə  də  yaxşı  münasibəti  olub.  Müharibənin 
gətirdiyi  bəlanı  görüb  aclıq  çəkən  xalqa  kömək  edən  Hacı 
Zəngəzura  göndərdiyi  maddi  yardımı  Məmmədovun  əli  ilə 
camaata çatdırardı, ona inanardı...  
Qəribə  burasındadır  ki,  çarizm  vaxtında  xalqın  yüzbaşı  və 
deputat seçdiyi Babanı bolşeviklər də irəli çəkib. O vaxt üçün 
ən  məsul  vəzifələrdən  biri  polis  rəisi  vəzifəsini  on  etibar 
ediblər. Ümumiyyətlə, onun yaşadığı, fəaliyyət göstərdiyi və 
mübarizə  apardığı  dövrü  6  mərhələyə  ayırmaq  olar. 
Yüzbaşılıq dövrü, parlament üzvü, polis rəisi, qaçaqlıq dövrü, 
həbsxana, qürbət...  
Baba  Məmmədov  1920-24-cü  illərdə  polis  rəisi  işlərkən 
Qubadlı bölgəsində yeni hökumətdən narazı qalan dağ vüqarlı 
neçə-neçə  kişi  silaha  sarılıb  etiraz  səsini  ucaltmışdı.  Bu 
dəstələrdən  birinin  başında  igidlikdə  ad  çıxarmış  əliyanlı 
Qaçaq  Qabil  dururdu.  Maraqlı  burasıdır  ki,  müxtəlif 
cəbhələrdə  duran  Baba  və  Qabil  heç  vaxt  bir-birlərini  ələ 
verməmiş, o buna, bu ona silah çəkməmişdir. M. C. Bağırov 
başının dəstəsilə Əliyalın kəndlərinə gəlir və ona müqavimət 
göstərənlərdən  17  nəfəri  tora  salıb  qonşu  kəndlərin  birində 
heç  bir  istintaq  aparılmadan  güllələtdirir.  Bu  vaxt  M.  C. 
Bağırov  Baba  Məmmədovla  da  rastlaşır,  həmsöhbət  olur, 
lakin bu vüqarlı, qorxmaz adamdan ağlı bir şey kəsmir. Ona 
görə  M.C.Bağırov  Bakıya  qayıdandan  az  sonra  B. 
Məmmədov işdən götürülür, 1929-cu ildə isə həbs edilib Şuşa 

___________________________________________________VƏTƏNİ TANI 
 
–  151  – 
türməsinə  göndərirlər.  Lakin  B.  Məmmədov  türmədə  çox 
qalmır. Bir vaxt onun katibi işləmiş, indi isə yeni hökumətin 
inanılmış  adamlarından  biri  Hüsü  Hacıyev  Babanı  həbsdən 
azad  etdirir.  Ancaq  Baba  Məmmədova  göstərilən  bu  iltifat 
onu  yeni  hökumətə  qulluq  etməyə  sövq  etmir.  Ona  görə  də 
başına  böyük  bir  silahlı  dəstə  toplayan  Baba  dağlara  çəkilir. 
Onun  bir  düşməni  vardısa,  o  da  Şura  Hökuməti.  Beləcə  bir 
müddət qaçaqlıq edir, tez-tez İrana keçir, Zəngəzur dağlarını 
dolaşır. Sonra o bu həyatdan bezir, dağ-daş həyatından usanır. 
Xoşu  gəlməyən  hökumətə  öz  xoşuyla  təslim  olur.  Baba  kişi 
“Bağışlanacam” deyə al dilə onu dağlardan endirən bolşevik 
divanı  tələm-tələsik  hökm  çıxarıb  təkcə  Babaya  yox,  yaxın 
silahdaşlarına da ölüm cəzası verir və öz səhvini özü düzəldir. 
Stalinin (vaxtilə) qaçdığı Bayıl türməsindən qaçır. Bu, 1931-
ci  ilin  payızında  ölüm  hökmünün  icrasına  iki-üç  gün  qalmış 
olub.  Birbaşa  ata-bab  ocağına  gəlir  (bunun  qorxulu  olmasına 
baxmayaraq)  ailə  üzvləri  ilə  görüşüb  Arazın  o  üzünə,  İrana 
adlayır. 15 ilə yaxın orada yaşayandan sonra Türkiyəyə gedir. 
B.  Məmmədov  İstanbulda  Nuru  Paşa  və  Xosrov  bəy 
Sultanovla  rastlaşır.  Ona  yaşayış  şəraitinə  köməklik  edirlər. 
B.Məmmədov burada 2-ci dəfə ailə qurur. Qəriblikdə uzun bir 
ömür yaşayaraq Qubadlı dağlarına baxa-baxa 1974-cü ildə 87 
yaşında dünyadan köçür.  
B.  Məmmədovun  özünə  layiq  övladları,  nəvələri  var.  Oğlu 
Rəsul müəllim 30-cu illərdə çox ağır məhrumiyyətlərə düçar 
olub.  Sürgün  həyatı  yaşayır.  Sankt-Peterburqda  Kənd 
Təsərrüfatı  Akademiyasını  bitirən  Rəsul  müəllim  elmlər 
namizədidir.  Oğlu  Baba  1959-cu  ildə  anadan  olub.  Orta 
təhsilini  Bakıda  alıb.  Sankt-Peterburqda  Texnologiya 
İnstitutunu  bitirib.  Sonralar  Moskvada  Xarici  Ticarət 

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  152  – 
Akademiyasına  daxil  olan  Baba  orada  oxuduqdan  sonra 
təhsilini  London  şəhərində  başa  vurub.  Fransanın  Nitsa 
Universitetində  müdafiə  edib  alimlik  adı  alıb.  İngilis,  fransız 
və  rus  dillərini  ana  dili  kimi  bilir.  Hazırda  Bakıdakı 
“İmproteks”  şirkətinin  baş  direktorudur.  İkinci  oğlu 
Fəxrəddin  Azərbaycan  Dövlət  Sənaye  Universitetini  bitirib. 
“Azər import-ekspert” şirkətinin prezidentidir. Qızı ADTU-də 
təhsil alıb, həkimdir.  
 
Nüşrəvan Kərimov 
 
Nüşirəvan  Kərim  oğlu  Kərimov  1898-ci  ildə  Qubadlı 
rayonunun  Xocamsaxlı  kəndində  anadan  olub.  Nuşirəvan 
müəllim 
xeyirxah 
el 
ağsaqqalı, 
Qubadlının 
ilk 
müəllimlərindən biri olmuşdur.  
Bir  də  onu  məşhurlaşdıran  qaynar  təbii  və  neştər  kimi  iti 
qələmiydi.  Nuşirəvan  müəllim  “Molla  Nəsrəddin”  jurnalının 
Zəngəzurdakı  oxucusu,  təbliğatçısı  və  fəal  müəllifiydi.  Özü 
də çox vaxt jurnalda satirik şeirlərlə çıxışlar edərdi. 1930-cu 
ildə  çap  etdirdiyi  “Yeni  ocaq”  şeiri  (“Molla  Nəsrəddin” 
jurnalı,  1930-cu  il.)  günün  havasına  köklənmişdir.  “Zəlili 
bulaq”,  “Molla  Lətif”,  “Ağlaşma”,  “Zəhmətkeşlərə”,  “Yeni 
pir”,  “Fırıldaqçı  molla”  və  “Görəsən,  nə  vaxt  başa  gələcək” 
başlıqlı  şeirləri  jurnalda  çap  olunmuşdur.  N.  Kərimov  1920-
1930-cu  illərdə  “Mola  Nəsrəddin”  in  ən  fəal  üzvü  olmuşdur. 
Onun  yazıları  “İstiot”  və  digər  məxfi  imzalarla  çap  edilərdi. 
Xidmətləri  yüksək  qiymətləndirilmişdir.  Lenin  ordeni, 
Qırmızı  Əmək  Bayrağı,  “Şərəf  nişanı”  orden  və  medalları, 
Respublika  Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri  Fərmanı  ilə 
təltif olunmuş, əməkdar müəllim adına layiq görülmüşdür.  

___________________________________________________VƏTƏNİ TANI 
 
–  153  – 
 
Göyüş Məmmədov 
 
Göyüş  Qulaməli  oğlu  Məmmədov  1898-ci  ildə  Qubadlı 
qəzasının  Qundanlı  obasında,  son  dərəcə  kasıb  ailədə 
doğulub.  19  yaşında  Gorusdakı  yeddi  sinifli  rus  məktəbini 
bitirib.  20-ci  ildə  əlinə  silah  götürüb  Qırmızı  Partizan 
dəstələrinə  qoşulub,  rəşadətlə  döyüşdüyü  (daşnaklara  qarşı) 
və savadlı olduğu üçün qısa müddətdə dəstə komandiri təyin 
olunub.  İki  il  meşə  idarəsinin  rəisi  kimi  sınaq  pillələrindən 
keçib.  1922-ci  ildə  firqə  üzvlüyünə  qəbul  olunub-Teymur 
Müskanlı kəndinə şura sədri göndərilib. 1924-cü ildə Püsyan 
Nahiyə Kənd Təsərrüfatı Bankına müdir axtaran Qəza İnqilab 
Komitəsi  məxsusi  təmizliyinə  görə  onun  adı  üstə  dayanıb. 
1928-ci  ildə  Kürdhacı  Nahiyə  İcraiyyə  Komitəsinə  sədr 
seçilir.  1929-30-cu  illərdə  katib  göndərilib  və  Qarabağ 
torpağının  hər  qarışında  silinməz,  pozulmaz  ömür  naxışları 
olub. 1930-cu ildə  Kəlbəcər Rayon İcraiyyə  Komitəsinə  sədr 
göndərilib. 1932-33-cü illərdə isə Rayon Partiya Komitəsinin 
katibi  olub.  Çox  böyük  quruculuq  işlərinə  başlayıb.  1934-cü 
ildə Qubadlıya RİK sədri təyin edilib. RİK sədri kimi Göyüş 
Məmmədov mərkəzdə üç məsələ qaldırdı: Qubadlı rayonunda 
taxta  zavodu  təşkili,  Bərgüşad  və  Həkəri  çayları  üzərində 
əsaslı  körpü  salınması  və  Qubadlı  ilə  Həkəri  stansiyası 
arasında daş yol çəkilməsi məsələsi.  
G. Məmmədovun Ağcabədidə, Kəlbəcərdə gördüyü abadlıq 
işləri  respublikaya  səs  salmışdı.  Qubadlıda  da  qurub 
yaratdıqlarının  da  səs-sorağı  gedib  Bakıdakı  yoldaşlara,  o 
cümlədən  Xalq  Komissarlar  Şurası  sədrinə  çatmışdı.  Göyüş 
Bakıda, ali rəhbərlik yanında sözü keçən, işinin xətrinə xətir-

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  154  – 
hörmət qoyulan rayon rəhbəri olub. 1937-ci ildə Azərbaycan 
Sənaye  Şurası  təşkilat  şöbə  müdiri  vəzifəsinə  irəli  çəkiləndə 
də bu keyfiyyətləri nəzərə alınıb.  
Uzun xəstəlikdən sonra onu xəstə kimi çıxartmağı heç cürə 
insafdan saymayıblar. Gön-dəri Sənaye İttifaqı Təşkilat şöbə 
müdiri,  Azərbaycan  Neft  Kombinatı  kadrlar  şöbəsinin, 
Respublika  Neft  maşınları  İdarəsi  kadrlar  şöbəsinin  rəisi, 
Azərittifaqın  sədr  müavini,  Azərbaycan  Mərkəzi  İcraiyyə 
Komitəsinin  (sonrakı  Ali  sovetin)  üzvü...  Bütün  bu  məsul 
vəzifələrdə  ağır  və  sağalmaz  xəstəliyilə  çarpışa-çarpışa 
işləyib,  ilk  növbədə  isə  şərəflə  işləyib  və  “Şərəf  nişanı” 
ordeniylə təltif olunub.  
 
Kərim Kərimov 
 
Kərim  Adıgözəl  oğlu  Kərimov  1906-cı  ildə  Eyvazlıda 
dünyaya göz açmışdı. 1918-ci ildə daşnaklar Zəngəzur ellərini 
yağmalayanda,  arvad-uşağı  süngüdən  keçirdən  Adıgözəl  kişi 
də ailəsini götürüb Ağdama köçür.  
İctimai  işlərdə  fitri  istedadı,  təşkilatçılıq  qabiliyyətilə  alın 
yazısını öz əliylə yazan komsomol Kərim dərin bilikli, elmli-
savadlı  gənc  kimi  özünü  göstərir.  Kərimin  şöhrəti  tezliklə 
bütün  Azərbaycana  yayılır.  Onu  Zaqatala  Komsomol 
Komitəsinə işləməyə göndərirlər.  
1937-ci  ildə  Laçın  Rayon  Partiya  Komitəsinin  katibi 
vəzifəsinə  seçilir.  İki  il  Laçında,  bir  il  isə  Qubadlı 
qəsəbəsində  İcraiyyə  Komitəsinin  sədri  işləmişdir.  Bir  ilin 
içində  yüzlərlə  cavanı  komsomola  keçirdi,  texnikumda 
oxumağa  göndərdi.  1940-cı  ildə  onu  Moskva  Ali  Partiya 
kurslarına  göndərirlər,  sonra  təhsildə  xüsusi  fərqləndiyinə 

___________________________________________________VƏTƏNİ TANI 
 
–  155  – 
görə  siyasi  idarənin  sərəncamında  saxlayırlar.  Elə  bu  vaxt 
müharibə başlayır.  
Kərim Kərimovu Kronştada Dəniz Donanması komandirləri 
məktəbinə  oxumağa  göndərirlər.  Təhsili  başa  vurub  könüllü 
döyüşən  orduya  gedir.  39-cu  diviziyada  batalyon  komissarı 
kimi  döyüşçüləri  siyasi  hazırlığını  artırır.  Diviziya  Kalinin 
cəbhəsində  döyüşçülərdə  çox  böyük  uğurlar  qazanır. 
Dağlarımızın  vüqar  bəxş  etdiyi  igid,  qeyrətli  dağlar  oğlu 
1942-ci ilin oktyabrında həlak olur.  
Kərim Kərimov Lenin ordenli, Həmkarlar Təşkilatı Mərkəzi 
Şurası sədri Zəhra Kərimovanın qardaşıdır.  
 
Göyüş Hümmətəliyev 
 
Göyüş Hümmət oğlu -1900-cü ildə Qubadlı rayonun Novlu 
kəndində anadan olub. 1916-cı ildə Gorusda məktəbi qurtarıb 
kəndə qayıdır. Dünyanın padşahı çar Nikolay da yıxıldı, yenə 
dünya  dəyişmədi  Zəngəzurda,  əksinə  daşnaklar  silahlanıb 
“qan-qan”  deməyə  başladılar,  Qubadlı  kəndlərinə  hücum 
etdilər. Ucaboy, sağlam vücudlu, qolunun zoruna zor, dizinin 
heyinə  hey  çatmayan  Göyüşün  qeyrəti  bu  namizədliyi 
götürmədi.  Abbas  Soltanov,  Qara  İlyasov,  Hüseyn 
Abdullayev, 
Nəzər  Heydərov,  Savalan  Şirinov,  Əli 
Əmiraslanov,  Kərim  İsgəndərov,  Qulu  Əbdüləzimov,  Salam 
Adıgözəlov,  Ələkbər  Abdullayev,  Göyüş  Məmmədov  kimi 
ərən  oğullar  bu  təhlükəni  irəlicədən  gözlədikləri  üçün  silaha 
sarılmışdılar.  18  yaşlı  Göyüş  bu  mübarizəyə  qoşulub.  Bu 
haqda  Əli  Vəliyev  “Zəngəzur  qartalları”  kitabında  çox  geniş 
işıqlandırılıb......  Göyüş  Eyvazlıdan  Xanlığa  şad  xəbərlə 
qayıtdı-Nijdeyin  başçılıq  etdiyi  daşnak  hökuməti  heç  yerdən 

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  156  – 
kömək ala bilmədiyinə görə Gorusdan Qafan dağlarına, ordan 
da İrana qaçıb (fars qardaşlar indi erməni himayədarı olduğu 
kimi,  elə  o  vaxt  da  “qəlbigeniş”  idilər)  1921-ci  ildə  Göyüşü 
partiyaya  keçirirlər.  Qubadlı  Qəza  Firqə  Komitəsində 
kargüzar  vəzifəsində  çalışır.  Daha  sonra  Qəza  Siyasi 
Bürosunda müvəkkil işləyir. 1924-cü ildə onu istedadlı çekst 
kimi  Bakı  gömrükxanasında  gözətçi  rəis  vəzifəsinə  təyin 
edirlər.  
1924-30-cu  illər  Göyüş  yenidən  Zəngəzur  dağlarındadır. 
Amma  bu  dəfə  daha  məsul  vəzifədə-Kürdüstan  qəzasının 
siyasi  büro  işçisidir,  qəza  polis  rəisidir.  1931-33-cü  illərdə 
Leninqradda  Baş  Komandirlər  Məktəbinin  tələbəsidir.  1935-
ci iləcən Ağdamda polis rəisi işləyir.  
1938-ci ildə Rayon İcraiyyə Komitəsinin sədri seçilir. 1939-
cu ildə təzədən şəhər sovetinə sədr qayıdır. 1941-ci ildə onu 
Kəlbəcərə  göndərirlər.  1942-45-ci  illər...  Göyüş  müxtəlif 
qoşun hissələrində xüsusi tapşırıqları yerinə yetirir. 1945-46-
cı  illərdə  İrana,  çox  məsul  bir  vəzifə  tapşırırlar  ona...  hərbi 
komandir...  
1946-cı ildə o yenidən Ağdama işə qayıdır. Görkəmli əmək 
qələbələrinə görə direktor “Qırmızı Əmək Bayrağı” ordeniylə 
təltif olunur.  
 
Əhliman Axundov 
 
Əhliman  Axundov  –  özü  öz  tərcümeyi-halını  belə  qələmə 
almışdır:  “1903-cü  il  sentyabrın  30-da  Yelizavetpol  mahalı 
Zəngəzur  nahiyəsinin  (indiki  Qubadlı  rayonu)  Alıquluuşağı 
kəndində anadan olmuşam. Atam Molla Əli Molla Səfər oğlu 
Axundzadə  kənd  mədrəsəsi  mollası  və  əkinçi  olmuşdur.  O, 

___________________________________________________VƏTƏNİ TANI 
 
–  157  – 
Azərbaycan,  fars  və  ərəb  dillərində  əvvəl  öz  kəndimizdə 
mədrəsədə,  sonralar  isə  Şuşada,  Təbrizdə  və  Tehranda  12  il 
camaat xərcinə təhsil görmüş və molla adını almışdır.  
Atamın  mədrəsəsində  25-dən  az  şagird  olmazdı.  Atam 
Əlinin  12  nəfərdən  ibarət  ailə  üzvü  vardı.  Anam  Səkinə 
Məhəmməd  qızı  1909-cu  ildən  1919-cu  ilə  kimi  atam  Molla 
Əlinin  mədrəsəsində  Azərbaycan,  fars,  ərəb  dillərində  təhsil 
almışdır.  
Həmid  Araslı,  Məmmədhüseyn  Təhmasib,  Əhliman 
Axundov  şifahi  xalq  ədəbiyyatımızın  Salman  Mümtazdan 
sonrakı toplayıcıları və qoruyucuları olub...  
Ə.  Axundov  xalqımızın  söz  incilərini,  ağız  ədəbiyyatını 
yorulmadan 
toplayan 
böyük  folklorşünas  idi.  Şəxsi 
kitabxanasına,  arxivinə  baxanda  üst-üstə  yığılmış  saysız-
hesabsız qovluqları görəndə adam qürurdan bir boy artır.  
Ə.  Axundov  folklorşünaslar  arasında  ən  məhsuldar 
tədqiqatçıydı. 150-dən çox kitabın müəllifi və tərtibçisiydi.  
İlk əvvəl Qaçaq Nəbi haqqında ağızlarda dolaşan əhvalatları 
toplayıb epos halına salmaq üçün yüzlərlə qocayla görüşmüş, 
Nəbinin sağ qalmış silahdaşlarını tapmış və nəhayət, 1941-cil 
ildə  C.Rəhimovun  redaktorluğu  ilə  “Qaçaq  Nəbi”  dastanını 
çap etdirə bilmişdir. Sonra gənc tədqiqatçı bir-birinin ardınca 
kitablar çap etdirir. “Yeddi qardaş nağılı”, “Qudurğan qaban”, 
“İsrafil pəhləvan”, “Tülkü və kəklik” işıq üzü görür. Sonra isə 
“Azərbaycan nağılları”, “Əsli və Kərəm”, “Telli saz ustaları”, 
“Sarı  Aşıq”,  “Aşığın  sözü”,  “Oyunlar”,  “Qaravəllilər”  və 
onlarca başqa kitabları əldən-ələ gəzir.  
1960-cı  illərdə  çap  edilmiş  “Azərbaycan  dastanları”nın  II, 
III,  V  cildlərindəki  dastanları  toplayıb,  tərtib  edir.  Eyni 
zamanda o, “Azərbaycan folkloru antologiyası” kitabının I, II 

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  158  – 
cildlərini  toplayıb  tərtib  etmiş  və  “Aşıq  Ələsgər”  (2  cild) 
kitabını çap etdirir. “Qaçaq Nəbi, “Əsli və Kərəm”, nəhayət, 
“Qatır Məmməd” yalnız onun zəhmətinin bəhrəsidir. İki dəfə 
Qatır Məmməd haqqında ağız ədəbiyyatı nümunəsini toplayıb 
ayrı-ayrı vaxtlarda dövrü mətbuatda çap etdirir.  
1944-cü  ildə  Ə.  Axundov  səfərbərliyə  alınıb  İrana  hərbi 
xidmətə  göndərilir  və  o,  müharibədən  qayıdandan  az  sonra 
“Dəli padşah” adlı pyes yazır. Həmin əsərə A. Şaiq rəy verir. 
Faşizm  əleyhinə  yazılmış  həmin  pyes  dəfələrlə  rayon 
teatrlarında  tamaşaya  qoyulmuşdur.  1946-cı  ildə  namizədlik 
dissertasiyası müdafiə etmişdir.  
O,  1927-ci  ildə  Şuşa  Pedaqoji  Texnikumunda  qiyabi 
oxumaqla  yanaşı,  həm  də  müəllimlik  etmiş,  1932-ci  ildə 
Bakıda  Ali  Pedaqoji  İnstitutunu  bitirmiş  və  aspiranturada 
saxlanılmışdır.  Aspiranturada  C.Xəndan,  M.  Rahim,  H. 
Araslı,  S.  Vurğun,  M.  Cəlal  və  başqaları  ilə  bir  yerdə  təhsil 
almışdır.  Elmi  rəhbəri  məşhur  dilçi,  professor  Bəkir 
Çobanzadə  olmuşdur.  Alimin  maarif  sahəsindəki  xidmətləri 
də  misilsizdir.  Xüsusən,  Kürdüstan  qəzasında  siyasi  maarif 
müdiri  işlərkən  savadsızlığın  ləğvinə  gərgin  əmək  sərf 
etmişdir.  
Əhliman  Axundovun  keçdiyi  şərəfli  həyat  yolu  çoxlarına 
örnək  ola  bilər.  150-dən  artıq  kitab  çox  şey  deyir.  Ondan 
sonra  gələn  neçə-neçə  ədəbiyyatşünas  üçün  qiymətli  ədəbi 
məktəbdir Ə. Axundov yaradıcılığı. Və o, bir sələf kimi daha 
yüksəkdə  dayanır.  Eyni  zamanda,  o,  vaxtı  qabaqlayan  alim-
folklorşünasdır.  
Ə.  Axundov  1977-ci  ildə  dünyasını  dəyişdi  və  özündən 
sonra böyük bir irs qoyub getdi.  

___________________________________________________VƏTƏNİ TANI 
 
–  159  – 
 
Cahanbaxış Abdullayev 
 
Cahanbaxış  Abış  oğlu  Abdullayev  1900-cü  ildə  Qarağac 
kəndində anadan olub.  
“Qarağac Qubadlının ən səfalı guşələrindən, Abış kişi isə o 
kəndin ən yoxsul sakinlərindən biriydi...” 
...  Namərd,  nankor,  kafir  qonşularından  xəyanət  görmüş 
qarağaclılar... O xəyanət XX əsrlə, Cahanbaxışla eyni gündə, 
saatda  dünyaya  gəlmişdi.  Amma  Qarağacda,  Qubadlıda, 
Zəngəzurda  yox,  daşnakların  şər-xəta  Allahlarının  qan-qada, 
qorxulu  evi  Eçmiədzində.  Qoltuğa  sığınıb  “əl  bizim,  ətək 
sizin,  elli”  deyən  ermənilər  özlərinə  yer  eləyən  kimi  gəmidə 
oturub gəmiçiylə dalaşmaq qərarına gəlmişdilər. Elliyinin də 
damağında qan dadı, beynində, başında “Böyük Ermənistan” 
adı...  
1905  belə  doğuldu.  Tarixə  erməni-müsəlman  davası  kimi 
belə  düşdü. Onda hələ  balacaydı  Cahanbaxış.  Amma  erməni 
sözünün  mənasını  anlayırdı.  O  ki  qaldı  dava  sözünə,  onu  da 
belə  anladı.  Ermənilər  Göyçədə,  Qafanda,  Gorusda 
müsəlmanları  qırırdı.  1915-ci  ildə  bir  də  quyruğu  qapı 
arasından  çıxdı  bu  xəyanətin.  Bu  dəfə  sədası  kimi  özü  gəlib 
Həkəri,  Bərgüşad  sahillərinə  çıxmışdı.  Cahanbaxış  bütün 
zəngəzurlular kimi  qubadlılıların  da bu xəyanətin  acısını  hər 
gün daddıqlarının şahidiydi. 1918-ci ildə Eçmiədzin xəyanəti 
təzədən  meydana  çıxdı.  Zəngəzurdan  Qarabağa,  oradan  da 
Bakıya,  Şamaxıya,  Qunabay  adladı.  Novruz  bayramı  ağ 
soyunub  qara  geyindi.  Bakı  üç  gündə  on  mindən  artıq  əl-
ayaqsız  azərbaycanlı  qətlə  yetirmişdi.  Bu  soyqırımın  başçısı 
isə  şaumyanlar  idi.  Cahanbaxışın  həyatında  Firudun  bəy 
1   ...   8   9   10   11   12   13   14   15   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə