Bədəlova Tahirə Xəliddin qızı



Yüklə 14.21 Kb.
PDF просмотр
səhifə11/20
tarix07.06.2017
ölçüsü14.21 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

Qulam Sultanov 
 
Qulam Həmid oğlu Sultanov 1901-ci ildə keçmiş Zəngəzur 
qəzasının Danzaver kəndində varlı sahibkar ailəsində anadan 
olub. 
Danzaverlilər  Qubadlının  Bəxtiyarlı  kəndindən 
getmədilər.  
Qulam Sultanovun nəsilləri Qubadlının Bəxtiyarlı kəndinin 
yaxınlığındakı  Danzaver  kəndini  pulla  alıb  ora  köçüblər. 
Qulam  Sultanov  İsmayıl  Sultanovun  nəslindəndir.  Nəzər 

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  136  – 
Heydərov  “Zəngəzur  dağlarında”  kitabında  yazır  ki, 
Danzaver,  Mac,  Ağbulaq,  Qurdqalağı,  Şamsız,  Ağvanlı 
kəndlərinin əhalisi vaxtilə Qubadlıdan köç ediblər. Danzaverli 
Sultanovların Qafan mis mədənində payları olub.  
Qulam  ilk  təhsilini  Qubadlı  realını  məktəbində  alıb. 
Məktəbin  bir  çox  müəllimləri  qadağalara  baxmayaraq, 
dövlətçilikdə monarxiyadan daha üstün olan respublika dövlət 
üsul  –idarəçiliyindən  söhbət  açar,  yeniyetmələri  Xarkovda, 
Kiyevdə,  Odessada,  Peterburqda,  Moskvada,  Kiyevdə  və 
imperiyanın  digər  şəhərlərində  təhsillərini  davam  etdirməyi 
məsləhət bilərmişlər.  
Qulamın  da  hələ  aşağı  siniflərdə  oxuyandan  Avropa 
ölkələrində  təhsilini  davam  etdirmək  həvəsi  yaranır.  O, 
Şuşadakı  məktəbi  də  əla  qiymətlərlə  bitirib  təhsilini 
Peterburqda davam etdirir.  
Qulam Sultanov təhsilini başa vurub Bakıya qayıdır. Həmin 
illərdə  Bakıda  kino  çəkilişi  hələ  böyük  vüsət  almamışdır.  O, 
bu  sahədə  işləməklə  Moskvanın  İqtisadiyyat  İnstitutunu  da 
bitirir.  
Sultanov  20-ci  illərdə  Bakının  Lenin  rayon  partiya-sovet 
orqanlarında, sovet ordu hissələrində təbliğat işlərini qurmaq 
və. s. işlərdə işləyir. Azərbaycan KP MK-nin I katibi olarkən 
S.  M.  Kirov  Q.Sultanovu  mahir  natiq  adlandırmaqla,  onu  da 
əlavə  edib  ki,  Azərbaycanda  Q.  Sultanov  kimi  rus  dilində 
təmiz danışan ikinci bir şəxs yoxdur.  
Q.  Sultanov  otuzuncu  illərdən  Bakı  kino-foto  sənayesi 
idarəsinin rəisi olub. Ailə üzvlərinin dediyinə görə, 30-illərdə 
“Kəndlilər”,  “Sevil”,  “Bakılılar”  kinolarının  çəkilişi  onun 
rəhbərliyi dövründə olub.  

___________________________________________________VƏTƏNİ TANI 
 
–  137  – 
Qulam  müəllim  həm  də  böyük  ziyalı,  yaradıcı  şəxs  idi. 
Ruhulla  Axundovla  çox  yaxın  dost  və  yaradıcılıq  əlaqələri 
olub. K. Markısın “Kapital” əsərini hər ikisi birlikdə tərcümə 
ediblər.  
Ailəli olub, iki qız övladı var.  
 
Sultan Sultanov 
 
Sultan  Qəhrəman  oğlu  Sultanov  1870-ci  illərdə  bəy 
ailəsində  dünyaya  gəlmişdir.  Atası  Qəhrəman  bəy  (O, 
tanınmış  dövlət  xadimi  Çingiz  İldırımın  atası  İldırım  bəyin 
doğma  qardaşıdır.)  özünə  məxsus  torpaq  sahəsi,  sürüləri, 
ilxısı  varmış.  Sultan  bəy  özü  çox  zəhmətkeş,  dövrünün  çox 
məlumatlı  bir  şəxsi  idi.  O,  ərəb,  fars  və  rus  dillərində  təmiz 
danışır,  ədəbiyyatımızı,  tariximizi  dərindən  bilirdi.  Elə  ona 
görə də məntiqli, duzlu-məzəli söhbətlərini eşidən, ona qulaq 
asmaqdan yorulmazdı.  
Başqa  bəylər  kimi,  sovet  rejimi  dövründə  onun  da  mülkü 
əlindən çıxmışdır. O, sovet qanunlarına tabe olmuş, müxtəlif 
sahələrdə  çalışmışdır.  (O,  buna  məcbur  idi,  həm  öz  ailəsi, 
həmdə  erkən  rəhmətə  getmiş  kürəkəni  Əli  bəy  və  bacısı 
Tovuz  xanımın  kiçik  yaşlı  dörd  övladı  da  onun  himayəsində 
idi.  Uzun  illər  məsul  vəzifələrdə  işləyən  Xasay  əli  oğlu 
Şahmuradov 
Sultan 
bəyin 
bacısı 
oğludur. 
Xasay 
Şahmuradovun  qızı  Mahirə  xanım  Əliyeva  Qubadlı 
rayonundan  qadınlar  arasından  çıxan  ilk  elmlər  doktoru, 
professordur.)  O,  həmişə  çalışırdı  ki,  adı  o  “qara  siyahıya” 
düşməsin. Uzun müddət yaxşı işlərdə işləməsinə baxmayaraq 
həmişə çəkinmiş, camaat böyük evlərdə yaşadığı halda Sultan 
bəy darısqal bir evdə yaşayırdı.  

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  138  – 
Sultan  Sultanov  keçən  əsrin  20-ci  illərindən  uzun  müddət 
rayonda  “Komxoz”un  müdiri  işləyib.  İşlədiyi  müddətdə 
tabeçiliyində  olanlara  atalıq  qayğısı  göstərib,  rayonun 
abadlaşması üçün maksimum işlər görüb, rayon qəsəbəsində, 
kəndlərdə  məktəblər,  yaşayış  binaları,  inzibatı  binalar,  eləcə 
də  iaşə  binaları  tikdirtdirib,  Həkəri  və  Bərgüşad  çaylarının 
üstündən  körpülər  saldırıb.  Raykomun,  prokurorluğun, 
kombinatın 
köhnə 
binaları, 
Qubadlı 
qəsəbəsindəki, 
Muradxanlı,  Alaqurşaqdakı  məktəb  binaları  onun  vaxtında 
istifadəyə  verilmişdir.  Qubadlı  qəsəbəsinə  Xələc  kəndindən 
gələn  dəmir  su  borusu  da  onun  təşəbbüsü  hesabına 
çəkilmişdir.  
Soltan  bəyin  həyat  yoldaşı  Gülüm  xanım  Əhməd  bəyin 
qızıdır.  Onun  babası  Fətəli  xan  olub.  Fətəli  xanın  övladları 
Ata xan, Xudayar xan və Cavad xandır. Gülüm xanımın atası 
Əhməd  bəy  də  Xudayar  xanın  oğludur.  Zəngəzurda, 
Qarabağda Əhməd bəy var-dövlətinə görə seçilirdi.  
Əhməd  bəyin  bacısı  Minə  xanım  böyük  filosofumuz  Həsi 
Abdullayevin  anasıdır.  Behbud  bəy  isə  Həsi  müəllimin 
atasıdır.  
Qubadlıda  olan  polis  şöbəsinin  köhnə  binası  Gülüm 
xanımın dayısı İsgəndər bəyə məxsusdur.  
Sultan bəy 1975-ci ilin 14-noyabrında dünyasını dəyişib.  
 
Xosrov bəy Sultanov 
 
Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu il martın 10-da 
Zəngəzur qəzasının Kürdhacı kəndində anadan olub. Gəncədə 
Klassik gimnaziyada orta təhsilini, Odessa Universitetində isə 
ali 
təhsilini  alıb.  Xosrov  bəy  Azərbaycan  Xalq 

___________________________________________________VƏTƏNİ TANI 
 
–  139  – 
Cümhuriyyətinin  ilk  müdafiə  naziri,  1919-cu  ilin  15 
yanvarından  1920-ci  il  aprelin  son  günlərinə  kimi  Şuşada 
Qarabağın  general-qubernatoru  olub.  1919-cu  il  21-30 
martında  Əsgəran  döyüşündə  daşnak generalı  Dronu  məğlub 
edib.  Həmin  ilin  iyununda  gizli  şəkildə  Şuşada  ermənilərin 
silah  gətirənləri,  erməni  Milli  Şurasının  üzvlərini  həbs 
elətdirib.  O,  Zaqafqaziya  Seyminin  və  Azərbaycan 
Parlamentinin  üzvü,  həmçinin  Hərbi  naziri  olub.  1918-20-ci 
ildə  qardaşı  Sultan  bəylə  birlikdə  Andronikin  qoşununu 
Qarabağa buraxmayıb. O, cəmi 23 ay ömür sürən Azərbaycan 
Demokratik  Respublikasının  yaşarlı  olması  üçün  əlindən 
gələni etmişdir.  
1919-cu  il  yanvarın  15-də  ADR  hökumətinin  keçirilən 
iclasında  əsas  məsələ  Zəngəzur  və  Qarabağda  yaranmış  ağır 
vəziyyətlə  əlaqədar  hər  iki  bölgənin  eyni  general-
qubernatorluğunun  yaradılması  olur.  Bu  isə  nədən  irəli 
gəlirdi?  Həmin  ərazidə  yaşayan  ermənilər  daşnakların 
yaratmış  olduğu  siyasi  və  hərbi  vəziyyətlə  əlaqədar,  eyni 
zamanda  ermənilər  ingilislərin  havadarlığı  ilə  Azərbaycan 
hökumətinə  tabeçilik  göstərməməsi  və  həmin  bölgədə 
özlərinin  inzibati  vahidliyini  yaratmaq  istəməsi  olmuşdur.  O 
vaxt  Andronikin  rəhbərliyi  ilə  olan  qoşun  hissələri 
Zəngəzurda  məskunlaşır,  yerli  ermənilərdən  ibarət  silahlı 
dəstələr  yaradır,  azərbaycanlılar  yaşayan  ayrı-ayrı  kəndlərə 
hücumlar  edirdi.  Nəticədə  həmin  regionda  olan  160-dan  çox 
Azərbaycan  kəndləri  dağıdılmış  və  əhalisi  uzaq  yerlərə  üz 
tutmuşdu.  
ADR  özünün  həm  15,  həm  də  29  yanvar  tarixli  iclasında 
yekdilliklə  belə  bir  qərar  qəbul  etdi  ki,  Qarabağ  general-
qubernatorluğu yaradılsın və həmin vəzifə o regionu yaxından 

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  140  – 
tanıyan  Xosrov  bəy  Sultanova  həvalə  edilsin.  Qərarla  X. 
Sultanov  Zəngəzur,  Cavanşir,  Şuşa  və  Cəbrayıl  inzibati 
ərazisi üzrə general-qubernator təyin olunur və Çingiz İldırım 
da onun müavini vəzifəsini daşıyır. Onlar 1919-cu il fevralın 
12-də quberniyanın mərkəzi Şuşa şəhərinə gəlmiş və özlərinin 
ilk  müşavirəsini  fevralın  15-də  keçirmişlər.  İlk  iclasda  polis 
orqanlarının  fəaliyyətinin  gücləndirilməsi,  qaçqınların  öz 
yerlərində 
məskunlaşdırılması, 
əkin 
sahələrinin 
gücləndirilməsi,  təhsil,  tibbi  işlər,  poçt  və  teleqraf,  hərbə 
çağırış və cari məsələlər diqqət mərkəzində olmuşdur.  
Zəngəzur  qəzasının  rəisi  Camal  bəy  öz  çıxışında  qəzada 
olan  ağır  vəziyyəti  şərh  edərək  göstərmişdir  ki,  ingilislər 
Andronikə  həm  hərbi,  həm  də  maddi  yardım  göstərir. 
Nəticədə qəzada 166 Azərbaycan kəndi yerlə-yeksan olunub. 
O  kəndlərdə  yaşayan  37000  azərbaycanlı  isə  qaçqın  olub, 
dağıdılmayan Azərbaycan kəndlərinə isə ermənilər köçürülüb. 
Onu  da  göstərirdi  ki,  daşnaklar  bu  bölgədə  fəaliyyət 
göstərdiyi  belə  bir  vaxtda  onlara  qarşı  zor  tətbiq  edilməsə, 
ermənilər 
Azərbaycan 
Respublikasına 
tabe 
olmaq 
istəməyəcək. Bu məsələdə gecikmək isə barəsində söz açılan 
bölgələrin  itirilməsi  demək  olar.  Geciksək  Zəngəzur 
erməniləri dağlıq Qarabağ erməniləri ilə birləşər, bununla da 
Azərbaycanda hərc-mərclik yaranar və Qarabağ itirilə bilər.  
1920-ci  il  aprelin  28-dən  sonra  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  bir  çox  rəhbər  xadimləri  kimi  Xosrov  bəy 
Sultanovun  da  ömür  yolu  1923-cü  ildən  mühacirətdə-
Fransada,  Almaniyada,  Türkiyədə  keçmişdir.  Xosrov  bəy 
mühacirət  illərində  də  siyasi  fəaliyyətini  dayandırmamış, 
Azərbaycanın  müstəqilliyə  çatması  üçün  ciddi  cəhdlər  etmiş 

___________________________________________________VƏTƏNİ TANI 
 
–  141  – 
və  bu  yöndə  heç  vaxt  müharibəsini  və  ümidlərini 
kəsməmişdir.  
Xosrov  bəy  və  qardaşı  Sultan  bəyin  xalqımızın  qarşısında 
xidmətləri  böyükdür.  Sultan  bəy  1955-ci  ildə  Ərzurumda 
əbədiyyətə qovuşmuşdur.  
 
Çingiz İldırım oğlu Sultanov 
 
“Çingiz İldırım bəşər deyil, oddur, alovdur, ildırımdır”. 
Maksim Qorki.  
Respublika  Müdafiə  Naziri,  Azərbaycan  Hərbi  Dəniz 
Donaması  komandiri,  Ali  Xalq  Təsərrüfatı  Şurasının  və 
Dövlət  Plan  komitəsinin  sədr  müavini  işləyib.  Maqnitoqorsk 
və  Krivoy-Roq  metallurgiya  kombinatının  tikintisinə 
rəhbərlik edib. Bu şəhərlərin salınması onun adıyla bağlıdır.  
Çingiz  İldırım  bəy  oğludur.  Zəngəzurun  Qubadlı  kəndində 
doğulub  (1890-cı  il).  Atası  İldırım  bəy  dünya  malında  gözü 
olmayan,  idraklı,  insaflı,  həm  də  ayıq  düşüncəli,  arif  bir  kişi 
olub.  İldırım  bəy  qeyd  etdiyimiz  kimi  böyük  bəy-sahibkar 
olan Hüseynqulu Sultanın nəslindəndir ki, Zəngəzurda böyük 
torpaq sahələri, kəndləri olub. Ata-babadan mülkədar olublar. 
Məmər,  Hal, Davudlu,  Mahmudlu,  Zeyvə kəndləri,  Qızıldaş, 
Çayzəmi əraziləri İldırım bəyə məxsus olub.  
Sultanovların  ulu  babası  Nəcəf  bəy  hələ  lap  farsların 
hakimiyyəti dövründə Bəxtiyarlı kəndində yaşayırdı. O, Nəsir 
Sultanın nəslindən idi. Nəcəf bəy Gürcülü kəndinin ilk feodal 
ağası olub. Nəcəf bəyin dörd oğlu var idi. Əsgər bəy, Niftalı 
bəy,  Qasım  bəy,  Abdulla  bəy  (N.  Heydərov  “Zəngəzur 
dağlarında” səh. 20).  
İldırım bəyin üç oğlu vardı. Üçünü də oxutmaq istəyirdi.  

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  142  – 
...  İlk  təhsilini  doğulduğu  Qubadlı  kəndində  alan  Çingiz 
1898-1905-ci  illərdə  Şuşa  realını  məktəbində,  1906-1909-cu 
illərdə  Vladiqafqazda  orta  məktəbdə  oxuyur.  1916-cı  ildə 
Petroqrad  Politexnik  İnstitutunun  dağ-mədən  şöbəsini  bitirib 
mühəndis-metallurq  diplomu  alır.  1917-ci  ilin  axırınacan 
Petroqraddakı  “Ayvar”  zavodunda  mühəndis  işləyir.  Və  elə 
bu  şəhər  də  onu  inqilaba  sarı  sürükləyir  –  fevral  burjua 
inqilabı  çar  hökumətini  devirir  və  bu  cavan  oğlan  da  istər-
istəməz  dönüb  “yeni  dünyanın  adamı  olur.  1917-ci  ilin 
aprelində  Finlandiya  vağzalında  dinlədiyi  Lenin  nitqi  onu 
özünə,  nümayəndəsi  olduğu  ağayana  adamlar  sinfinə  qarşı 
amansız  döyüşlərə  atır.  Böyük  Oktyabr  silahlı  üsyanının  ən 
fəal iştirakçısı olur.  
1918-1920-ci illərdə daşnakların (başçı general – Andronik 
Ozanyan,  Dro,  Njde  və  s.)  Dağlıq  Qarabağı  Ermənistana 
birləşdirmək  səylərinə  qarşı  Çingiz  İldırım  Laçın,  Qubadlı 
ərazisində xeyli iş aparır. O, bu ərəfədə dəfələrlə Qubadlıda, 
Əliyanlıda,  Kürdhacıda,  Məzməzəkdə  və  s.  kəndlərdə  olur, 
təşkilatlanma işləri aparır...  
Sarıyataqlı  artilleriyaçı  mayor  İsmayıl  Abışovun  general 
Xosrov  bəy  Sultanov  tərəfindən  Şuşaya  çağırılıb  ermənilərə 
qarşı  cəbhəyə  komandir  təyin  olunması  da  Ç.  İldırımın 
təşəbbüsü ilə olub.  
Xatırladıram  ki,  Çingiz  də,  Həsən  bəy  də,  Xosrov  bəy  də 
eyni familiyalı olmaqla bir nəslin törəmələridir.  
... Elin dərdini çəkəcək – qoruyacaq insanlara başa salır ki, 
Andronikin  başçılıq  etdiyi  erməni  hərbi  hissələri  Gorusda, 
Xinzirəkdə,  İrsəvənnikdə,  Dığda,  Gərəvincdə  və  digər 
kəndlərdə  yerləşiblər.  Və  istənilən  vaxtda  ermənilər 
Qubadlıya,  Laçına  hücuma  keçə  bilərlər.  Ç.  İldırım  deyirmiş 

___________________________________________________VƏTƏNİ TANI 
 
–  143  – 
ki,  bu  sözü  məsuliyyətimlə  deyirəm  ki,  yəqin  bilin  ki,  hücm 
gözləyirik, bunu bizə erməni agentlərimiz xəbər verir.  
Bəli,  sonralar oxuyub öyrənirik ki, həqiqətən,  Ç.  İldırımın, 
Xosrov bəyin Ermənistanda (Gorusda) ermənilərdən agentləri 
varmış.  Bunu  1919-cu  ilin  yanvar-mart  aylarında  Şuşa 
Quberniyasından Mərkəzə göndərilən teleqramlar da bir daha 
təsdiq edir.  
Çingiz  İldırım  (1920)  Azərbaycan  Müdafiə  Naziri, 
Azərbaycan  Hərbi  Dəniz  Donaması  komandiri,  Ali  Xalq 
Təsərrüfatı  Şurasının  və  Dövlət  Plan  Komitəsinin  sədr 
müavini vəzifələrində işləmişdir.  
Respublika  Xalq  Komissarları  Sovetinin  və  MİK-in  ərzaq 
vergisi  üzrə  fövqəladə  müvəkkili,  Naxçıvanda  və  Qubadlıda 
partiya-sovet  işləri  üzrə  məsul  təhkimçi,  SSRİ  Sindikatlar 
Şurası  Azərbaycan  bürosunun  sədri,  Ali  Xalq  Təsərrüfatı 
Şurası  sədrinin  müavini,  Fövqəladə  Hərbi  Avtomobil 
Nəqliyyatı  komissarı,  Hava  Donanması  Cəmiyyətinin  sədri, 
Azərbaycan  Yükvurma  Cəmiyyətinin  rəisi,  Azərbaycan 
xüsusi  aviakimya  idarəsinin  sədri,  Azərbaycan  K(b)  PMK-
nin,  Zaqafqaziya  Ölkə  Partiya  Komitəsinin,  Azərbaycan  və 
Zaqafqaziya  MİK-lərinin  daimi  üzvü  və  s.  vəzifələrdə 
işləmişdir.  
Ç.  İldırım  Peterburqdakı  “Ayvaz”  zavodunda  işləyərkən 
elmi  işlə  də  məşğul  olurmuş.  Politexnik  institutunun 
“Metallar texnologiyası” kafedrasının müdiri, texnika elmləri 
doktoru,  professor  Nadir  Qasımzadənin  dediklərindən: 
“Leninqrad  Metallurgiya  İnstitutunda  tədqiqatlar  apararkən 
Çingizin  elmi  işinin  izinə  düşdüm...  belə  bir  alim  zəkalı 
insanı,  təfəkkürlərdə  -  həyatda  inqilabi  ruh  yaradanı,  və 
nəhayət Azərbaycanın ən qeyrətli oğlu Çingizi xalq düşməni, 

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  144  – 
vicdansız  Bağırov,  Orconikidze  məhv  etdilər”.  (Y.  Fətiyev 
“Dağların dağın gətirmişəm” kitabı, səh. 188).  
1917-ci  ildən  tikintisi  dayanmış  Bakı-Culfa  dəmiryolu 
çəkilib  qurtardı.  Bakı-Sabunçu  elektrik  dəmir  yol  xətti  işə 
salındı. SSRİ-də ilk sovet – Bakı şəhər elektrik tramvay xətti 
istifadəyə  verildi.  A.  P.  İ-də  dəmir  yol  şöbəsi  açılması,  bu 
sahədə ixtisaslı kadırlar və elmi işçilər yetişdirilməsi də onun 
təşəbbüsüdür.  
Ona daha bir vəzifə həvalə olunmuşdu. 1921-ci il oktyabrın 
4-də  RCFCP  Əmək  və  Müdafiə  Şurası  Muğan  müvəkkilinin 
müaviniydi.  Mandatı  Lenin  imzalamış  və  yazmışdı:  “... 
Muğanda işlərin gedişi haqqında hər ay hesabat versin.” 
Ç.  İldırım  “Muğan  haqqında”  məqaləsində  deyirdi:  “... 
Bizim  ən  birinci  vəzifəmiz  ancaq  Muğanı  suvarmaqdan 
ibarətdir...”  Kür,  Araz,  Tərtər  çayları  üzərində  su-elektrik 
stansiyaları 
tikdirmək, 
xəyalıyla 
yaşayan 
komissar 
müvəkkilinin  respublikada  təbii  sərvətlər  axtarış  ideyası  da 
maraq  doğurur  –  o,  Gədəbəydə  tükənməz  mis  və  kükürd, 
Daşkəsəndə  dəmir  filizi  yatağı  ehtiyatı  olduğunu 
aşkarlamışdı.  
Daşkəsəndə  dəmir  filizi  ehtiyatlarını  nəzərdə  tutan  Serqo 
Orconikidze və Stalin 1920-ci illərin 2-ci yarısında Rustavidə 
metallurgiya kombinatının tikintisi üçün qərar verirlər. Serqo 
o vaxtlar SSRİ Ağır Sənaye Naziri idi.  
Çingiz  İldırım  bəyan  edir  ki,  Gürcüstanda  dəmir  filizi 
ehtiyatı  yoxdur,  Rustavi  kombinatı  hansı  filizlə  işləyəcək? 
Onu  da  deyir  ki,  biz  Şamxor  yaxınlığında,  dəmir  yolu 
kənarında  filizsaflaşdırma  kombinatı  tikib,  filizi  də  asma 
kanat yolu ilə ora daşıyacağıq.  

___________________________________________________VƏTƏNİ TANI 
 
–  145  – 
Bunları  nəzərə  alaraq  Baş  Nazir  Stalin  belə  bir  qərara  qol 
çəkir  ki,  hər  bir  müttəfiq  respublika  özünün  metallurgiya 
sənayesini yarada bilər. Amma sual olunmur ki, hansı filizlə? 
Bəli,  bu  pərtliyi  açıq  saxlamaq  olmazdı.  Odur  ki,  Serqo 
Çingizi Moskvaya çağırıb yeni tikilməkdə olan Maqnitoqorsk 
metallurgiya  kombinatı  və  şəhər  tikintisinə  rəis  göndərir. 
Şəhəri də, kombinatı da, digər fabrik, zavodları da Ç. İldırım 
tikdirir.  Bu  nəhəng  tikintini  seyr  edən  proletar  yazıçısı 
Maksim  Qorki  Ç.  İldırımı  vəsf  edərək  yazır:  - 
“Maqnitoqorskdə nəhəng tikinti gedir. O, bəşər deyil, oddur, 
alovdur,  ildırımdır...”,  “Naşı  dostijenin”  jurnalının  1936-cı 
ildə  çıxan  8-ci  nömrəsində  “Konovor  və  qonşuları”  adlı 
məşhur  povestində.  Ç.  Ildırım  1929-34-cü  illərdə 
Maqnitoqorsk, 
1934-37-ci 
illərdə 
isə 
Krivoy-Roq 
metallurgiya kombinatının tikintisinə rəhbərlik edib.  
1922-ci  ildə  SSRİ  yarananda  Ç.  İldırım  təklif  edib  ki, 
müttəfiq  respublikaların  müstəqil  müdafiə  sistemləri  – 
nazirlikləri saxlanılsın. Hər vaxt Baş Siyasi İdarə rəisi (indiki 
KQB)  Mir  Cəfər  Bağırovu  tənqid  edərmiş.  Bağırov  da 
Əliyanlı  qaçaqlarının  bütün  günahlarını  qubadlılara  aid 
edərmiş  ki,  nə  qədər  ki,  Zəngəzurun  Sultan  bəyləri 
(Sultanovları  nəzərdə  tuturmuş)  yer  üzündən  silinməyib 
sosializmin Azərbaycanda tam qələbəsindən danışmaq olmaz.  
Belə  mübahisələrin  birində  Ç.  İldırım  KQB  rəisi  M.  C. 
Bağırova  şillə  vurur  və  deyir:  Hökumətin  qərarı  var  ki,  heç 
kəs valideynlərinin var-dövlətinə görə cəzalana bilməz.  
Kremldə  1933-cü  ildə  Azərbaycan  KPMK-yan  I  katibliyi 
namizədlərin  müzakirəsi  gedir.  Təbii  ki,  Kreml  Çingizin 
namizədliyindən  yan  keçə  bilməzdi.  Ç.  İldırım  və  M. 

Bədəlova Tahirə Xəliddin qızı_________________________________________  
 
–  146  – 
Bağırovu  Kremlə  dəvət  edirlər.  Orconikidze,  Beriya,  Stalin 
səlahiyyətliləri Çingizin üstündən qara xətt çəkirlər.  
Ölkədə  1936-1938-ci  illərdə  repressiya  başlayanda  vaxtlar 
Rusiyada  yaşayan,  işləyən  Ç.  İldırım  səbəbsiz  olaraq  həbs 
edib, 1938-ci ildə güllələyirlər. Səbəbi də bu olur ki, atası çar 
hökuməti vaxtında varlı olub...  
Çingiz İldırım dövrünün qabaqcıl ziyalısı olub. Ziyalılıq heç 
də  oxumaqla  yaranmır.  Millətin,  vətənin  ağır  vaxtlarında 
ayağa durmaq, fəal mövqe tutmaq üçün əlavə olaraq gendən 
gələn təpər də gərəkdir...  
Çingiz bütün ömrünü Vətənin çiçəklənməsinə həsr edib. O, 
ailə həyatı qurmayıb.  
 
Cabbar İldırım 
 
Çingiz  İldırımın  qardaşı  Cabbar  isə  respublikamızın  ilk  ali 
təhsilli səhiyyə işçilərindən biri idi. 20-ci illərin əvvəllərində 
respublika Səhiyyə Nazirliyinin müavini olmuş, daha sonralar 
bir sıra məsul vəzifələrdə işləmişdir.  
Cahangir İldırımzadə 
 
Çingiz  İldırımın  qardaşı  oğlu  -  Cahangir  Şamil  oğlu 
İldırımzadə.  
Cahangir  1929-cu  il  sentyabr  ayının  12-də  anadan  olub.  1954-cü 
ildə  Lomonosov  adına  Moskva  Dövlət  Universitetinin  jurnalistika 
fakültəsini  bitirib.  Cahangir  müəllim  bir  sıra  məsul  vəzifələrdə 
çalışıb.  Müxtəlif  illərdə  “Azərnəşr”in  redaktoru  MK-da  Mətbuat  və 
radio-televiziya  bölməsinin  Təbliğat-təşviqat  şöbəsinin  Nazirlər 
Sovetində şöbə rəisi, Azərbaycan Dövlət Mətbuat komitəsinin sədri 
işləmişdir.  C.  İldırımzadə  1981-ci  ildə  Respublika  Nazirlər  kabineti 

___________________________________________________VƏTƏNİ TANI 
 
–  147  – 
yanında  mətbuatda  və  digər  informasiya  vasitələrində  dövlət 
sirlərini  mühafizə  edən  Baş  İdarənin  rəisidir.  O,  IX  və  X  çağırış 
Respublika  Ali  Sovetinin  deputatı  seçilmiş,  “Əməkdar  Mədəniyyət 
işçisi,  “Qırmızı  Əmək  bayrağı”,  ordenləri  və  “Fədakar  əməyə  görə” 
medalı ilə təltif edilmişdir. Qulu Əbdüləzimov 
 
Qulu  Bədəl  oğlu  Əbdüləzimov  1897-ci  ildə  Qubadlı 
qəzasının  Eyvazlı  kəndində  anadan  olub.  Atası  onu  aparıb 
molla  yanına  qoyur,  amma  oğlunun  təkidindən  sonra 
Gorusdakı rus məktəbinə göndərir.              V sinifdən təhsil 
haqqını  ödəyə  bilmədiyinə  görə  Qulu  Bakıya  gedir.  1919-cu 
ildə  daşnakların  kəndləri  vəhşicəsinə  yandırdığı,  taladığı  bir 
vaxtda  tale  Bədəl  kişinin  də  (başqa  soydaşlarımız  kimi) 
qaçqınlıq  sınağına  çəkir.  1920-ci  ildə  Zəngəzurda  güclü 
partizan hərəkatı başlayır. Qulu da bir dəstə özü kimi qeyrətli 
oğullarla birgə Nigey, Dro, Tevanın daşnak ordularıyla qanlı 
döyüşlərə atılır. Bir dəfə hətta üç maksim pulemyotu və 10-15 
atı  ərzaq  və  sursat  qarışıq  qənimət  götürür.  Qubadlı  Qəza 
Firqə  Komitəsinin  dərin  təşəkkürünü  qazanır,  partiya  işinə 
cəlb  olunur.  Xocahan,  Mollu,  Həmzəli,  Muradxanlı,  Xanlıq 
kəndlərinə  gedib  orada  özək  təşkil  edir,  iclas  keçirir,  katib 
seçir.  
1921-ci  ildə  Qəza  İctimai  Təminat  Şöbəsinin  müdiri  təyin 
olunur. Zəngəzur qaçqınlarına yardım komissiyasının sədrliyi 
ona  etibar  edilir.  Həkəri  və  Bərgüşad  çayları  boyu  kəndlərdə 
minlərlə  Sisiyan,  Qafan,  Məri  və  Qubadlı  qaçqınlarını 
yerləşdirir.  Sonra  Mərkəzi  Şura  Firqə  məktəbində  oxuyan 
Qulu  yenidən  Qubadlıya  qayıdır.  Sonra  Qəza  kommunal 
təsərrüfat  şöbəsinin  müdiri,  1925-1927-ci  illərdə  Kürdüstan 
Qəza Firqə Komitəsində təlimatçı işləyir.  
1   ...   7   8   9   10   11   12   13   14   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə