II strategiya - Bazara əsaslı surətdə daxil olmaq stategiyası. Başqa firmalar çoxlu sayda alıcı cəlb etmək və bazarın böyük bir hissəsini tutmaq ümidi ilə öz yeni əmtəələrinə nisbətən aşağı qiymət müəyyənləşdirirlər. Aşağı qiymətin qoyulması aşağıdakı şərtlər imkan verir:
Bazar qiymətlərə qarşı çox həssasdır və ucuz qiymət onun genişlənməsinə imkan yaradır.
İstehsal həcmi artdıqca, onun xərcləri və əmtəənin bölüşdürülməsi üzrə xərclər ixtisar olunur.
Ucuz qiymət mövcud və potensial rəqiblər üçün cəlbedici deyil.