Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»


Cədvəl 2.6. Səhiyyənin maliyyələşdirilməsinə büdcə xərclərinin dinamikası



Yüklə 121,59 Kb.
səhifə5/26
tarix25.12.2016
ölçüsü121,59 Kb.
#3258
1   2   3   4   5   6   7   8   9   ...   26
Tədqiqatın məqsəd və vəzifəsi. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, makroiqtisadi sabitliyinin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, regionların davamlı və tərəzlı inkişafının təmin edilməsi eyni zamanda dövlətin sosial siyasətinin prioritetliyinin qorunub saxlanmasını, əhalinin sosial ehtiyaclarının daha təminatlı ödənilməsini və bu məqsədə dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını, tələb edir. Ona görə də tədqiqatın əsas məqsədi dövlətin sosial siyasətinin maliyyə təminatının mövcud vəziyətini əks etdirən statistik və hesabat məlumatlarını sistemli şəkildə öyrənmək, əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirtdiyi tədbirlər sistemini tədqiq etmək və bu vəzifələrin həyata keçirilməsində dövlət büdcəsinin rolunun artmasını müəyyən etməkdir.

Bu məqsədlə son illərdə ölkədə həyata keçirilən sosial siyasətin ayrı-ayrı sahələrinin inkişafını əks etdirən göstəricilər sistemini sistemli öyrənmək və əhalinin sosial ehtiyaclarının ödənilməsi üzrə həyata keçirilən tədbirləri hərtərəfli araşdırmaqla dövlətin sosial siyasətinin maliyyə təminatının daha da yaxşılaşdırılmasında büdcənin rolunun artırılması istiqamətlərini müəyyən etmək dissertasiya işinin əsas vəzifələrindən biridir.




Yüklə 121,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin