Bank suallari 2021 Fənn: “CƏrrahi XƏSTƏLİKLƏr və otorinolarinqologiyanin əsaslari”


LOR orqanlarının peşə xəstəlikləri



Yüklə 27,62 Kb.
səhifə14/14
tarix01.01.2022
ölçüsü27,62 Kb.
#50620
1   ...   6   7   8   9   10   11   12   13   14
CƏR-TİBB .VƏ MÜAL.-sual.BANK 3 K5

15.LOR orqanlarının peşə xəstəlikləri.


  1. “Müğənni düyüncükləri “ zamanı hansı əsas klinik əlamət müşahidə edilir?

  2. İnsan rəqs tezliyi neçə hers olan səsləri qəbul edə bilər ?

  3. Kesson xəstəliyi zamanı hansı əlamət olmur ?

  4. Ürək qüsuru və səyrici aritmiyası olan 34 yaşlı xəstədə qəflətən sol baldır və ayaqda kəskin ağrılar başlayıb. Baxış zamanı ayaq və baldırın aşağı 1/3 hissəsi avazımış, soyuqdur. Baldır əzələlərinin palpasiyası kəskin ağrılıdır. Aşıq-baldır oynağında aktiv hərəkətlər yoxdur. Ayaqda taktil hissiyat azalıb. Ümumi bud arteriyasında nəbz təyin edilir. Ətrafın digər arteriyalarında nəbz müəyyən edilmir.

Hansı xəstəliyin əlamətləridir?

  1. 24 yaşlı xəstə travmatoloqa müraciət edib, sol bazunun vaxtaşırı çıxığından şikayət edir 6 ay əvvəl xəstədə bazunun çıxığı olub, çıxığı yerli anesteziya altında yerinə salıblar; 1 həftə ərzində ləçək sarğısı ilə immobilizayasiya olunub.

Hansı xəstəliyin əlamətləridir?

  1. Avtomobil qəzasından sonra xəstəxanaya yaşlı kişi çatdırılıb.Qasıq və aralıq nahiyyəsində ağrılardan şikayət edir. Ayaqlarla hərəkət etdikdə ağrı güclənir. Qaşığın palpasiyası hər iki tərəfdə ağrılıdır. Sidik kanalında damcı-damcı qan gəlir. Aralıqda hematoma var. Sidik kisəsi həddindən artıq doludur. Dibi qasıq üstündən çıxır. Sidiyə getmə cəhdi yandırıcı ağrı ilə müşahidə olunur.

Hansı xəstəliyin əlamətləridir?

  1. 24 yaşlı kişi cərəyanı 1000 V dan aşağı olan açıq elektirik naqilinə əli dəyib, travma alıb. Kontakt zamanı yuxarı ətrafda qıcolma qeyd edib. Xəstənin huşu aydındır, vəziyyəti kafidir. Sağ əlin tış səthində qara rəngli nekrozlaşmış toxuma sahəsi müşahidə edilir. Ətrafdakı toxumalarda şişkinlik, əzələlərin səyrilməsi müşahidə edilir.

Hansı xəstəliyin əlamətləridir?

  1. 25 yaşlı xəstə sol diz oynağı üstünə yıxılıb. Hərəkət zamanı güclənən ağrıdan şikayət edir. Obyektiv olaraq sol diz oynağının konturlarının hamarlaşması, şişkinlik. Gərginlik müşahidə edilir, hərəkətlər məhdudlaşmışdır.

Hansı xəstəliyin əlamətləridir?

  1. 18 yaşlı xəstə qaçış zamanı ayağı büdrəyib. Kəskin ağrı hiss edib. Zədələnmiş ayaq üstə dura bilmir. Gəzəndə axsayır. Baxış və palpasiya zamanı axilles vətəri nahiyəsində çuxurcuq qeyd edilir.

Hansı xəstəliyin əlamətləridir?

  1. 23 yaşlı kişi bərk əşya ilə başından zərbə alıb. Huşu qısa müddətli itib, 1 dəfə qusma olub. Başgicəllənmə, başağrısı və ürəkbulanmadan şikayət edir. Vəziyyəti kafidir. Nəbz 84. Ocaqlı nevroloji əlamətlər yoxdur.

Hansı xəstəliyin əlamətləridir?

  1. Xəstəxanaya yanğında zərərçəkmiş çatdırılıb. Vəziyyəti ağırdır. Nəbz 88. Üz nahiyyəsində dərinin hiperemiyası, suluqlar müşahidə edilir. Kürək, sarğı nahiyyələrində də suluqlar müşahidə edilir.

Hansı xəstəliyin əlamətləridir?

  1. 26 yaşlı qadın xizəklə sürüşərkən yıxılıb, çanaq nahiyyəsindən travma alıb. Xəstə sağlam böyrü üstə uzanır. Xəstələnmiş nahiyədə ayaqla aktiv hərəkətlər məhdudlaşmış, ağrılıdır. Qalça sümüyünün arxaya doğru yerdəyişmiş hissəsi palpasiya olunur.

Hansı xəstəliyin əlamətləridir?

  1. Xəstə partlayış zamanı qarın nahiyyəsindən yaralanıb. Qarının aşağı hisəsində artan güclü ağrılardan şikayət edir. Qasığın üstündə solda 0,4 sm yara qeyd edilir. Qarın aşağı şöbələrdə kəskin ağrılıdır. Sidiyə getmir. Nəbz 110, AT 95/60 mm cs Sidik kisəsinin kateterizasiyası zamanı bir neçə ml qanlı sidik alınıb.

Hansı xəstəliyin əlamətləridir?

  1. 27 yaşlı qadın cərraha müraciət edib, 1 il əvvəl sol baldır nahiyəsində səthi venada bir qədər genəlib. Doppleroqrafiya zamanı komminikant venalarda çatışmamazlıq müəyyən edilmir.

Hansı xəstəliyin əlamətləridir?

  1. Xəstə qışda şaxtada balıq tutmağa getmiş, spirtli içki içirmiş. Ayaqlarında keyləşmə, ayaq barmaqlarında yandırıcı ağrılar hiss edib . Ertəsi gün ayaqlarda ağrılar güclənib, göyərmə, keyləşmə olub. Ayaqlarını araqla ovuşdurub, isti istiqac qoyub. Hər iki ayaq göy qırmızı rəngdə, hissiyat və hərəkət yoxdur, rəngi siyanotik tək-tək hemorraqik möhtəviyyatlı suluqlar müşahidə edilir.

Hansı xəstəliyin əlamətləridir?

  1. 14 yaşlı yeniyetmə qarın nahiyəsinə iti əşya ilə yara alıb. Qarın ön divarında 5 sm. Yara qeyd edilir, mülayim qanaxma var. Yaradan nazik bağırsaq ilgəyi çıxıb.

Hansı xəstəliyin əlamətləridir?

  1. Avtomobil qəzası nəticəsində 42 yaşlı kişi başından ağır zərbə alır. Huşu itib, vəziyyəti ağırdır. Burundan, ağızdan, qulaqlardan qanaxma müşahidə edilir.

Hansı xəstəliyin əlamətləridir?
Yüklə 27,62 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin