Balalar-Az. Com Seyid Əzim Şirvani. Hekayətlər. Soltan Mahmudun bağı



Yüklə 6.86 Kb.
tarix10.06.2017
ölçüsü6.86 Kb.

Balalar-Az.Com

Seyid Əzim Şirvani. Hekayətlər.
Soltan Mahmudun bağı
Soltan Mahmud Qəznəvi1 bir qitə bağ saldırmışdı ki, rövzeyi-rizvan kimi dilguşa, firdövsi-bərin kimi behcətəfza idi. Bir gün öz atası Nasirəddini-Səbüktəkini o bağa dəvət elədi. Ənva və əqsam əkl və şürbdən sonra atasından soruşdu ki, ey pədəri-mehriban, səfheyi-aləmdə bundan dilguşa bağ olurmu?

Nasiriəddövlə dedi ki, ey oğul, bu bir bağdır nəhayətdə ziba və qayətdə dilguşa. Amma ərkani-dövlət və mülazimani-həzrətdən hər bir kəs xahiş qılsa, bu bağın mislin tərtib edə bilər. Padşahlar gərək bir elə bağ salsınlar ki, sairlər onun mislin əmələ gətirməkdən aciz qalsınlar və onun meyvələri heç bostanda əmələ gəlməsin.

Soltan ərz elədi ki, o hansı bağdır?

Cavab verdi ki, o bağ baği-tərbiyət və nihali-mədələtdir ki, hükəma və şüəralardan abad ola. Ta o bağdan bir səmərə hasil ola ki, sərd və gərm, zimistan və tabistandan məsnun və məhfuz ola.

Bu kəlam Soltan Mahmuda pəsəndidə gəldi.

 

_____________________


1Soltan Mahmud Qəznəvi (Səbuktəkin) - Qəznəvilər dövlətinin banisidir. O (997 - 1030), bir sıra ölkələri qarət edərək sarayına böyük sərvət toplamışdı. Firdövsi "Şahnamə"ni onun sifarişi ilə yazmışdır.



Balalar-Az.Com



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə