Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası 2009



Yüklə 333.14 Kb.
Pdf просмотр
tarix22.05.2017
ölçüsü333.14 Kb.

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

 

           Təbiət elmləri seriyası   2009 

 

 



 

ABŞERON YARIMADASINDA YARIMSƏHRA FİTOSENOZLARIN, ƏSAS 

YEM BİTKİLƏRİNİN BİOKİMYƏVİ TƏRKİBİ VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ 

 

E.M.QURBANOV, A.A.AXUNDOVA  

Bakı Dövlət Universiteti 

elshad_g@rambler.ru 

 

Abşeron yarımadasının qış otlaqlarında fitosenoloji tədqiqatlar aparılmış yarımsəhra 

fitosenozunda yayılmış yem bitkiləri biokimyəvi analiz edilmiş, onların tərkibindəki proteinin, 

sellülozanın, yağların və kül elementlərinin miqdarı  təyin edilmişdir. Alınan nəticələrə görə 

fitosenozların məhsuldarlığı, yem vahidi və s. parametrləri nəzərə alınaraq qış otlaqlarının 

keyfiyyəti və tutumu müəyyənləşdirilmişdir. 

Tərəfimizdən ilk dəfə olaraq Abşeron yarımadasındakı  qış otlaqlarından səmərəli 

istifadə və onların yaxşılaşdırılmasına dair tədbirlər hazırlanmışdır. 

 

Azərbaycanda heyvandarlığı mütərəqqi üsullarla inkişaf etdirməklə  məhsul-

darlığı yüksəltmək və otlaqların səmərəli istifadəsini gücləndirmək üçün respublika 

prezidentinin 2004-cü il 22 may tarixli sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan Res-

publikasının yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması  və  səhra-

laşmanın qarşısının alınmasına dair Dövlət Proqramı»nda göstərildiyi kimi geobo-

taniki tədqiqatların nəticələrinə istinad olunması mühüm əhəmiyyət kəsb edir. 

Bu baxımdan Abşeron yarmadasında yerləşən qış otlaqlarının mühafizəsi, 

qorunması və bitki örtüyünün bərpası elmi əsaslarla həyata keçirilməlidir. 

Odur ki, 2006-2008-ci illərdə Qaradağ rayonu hüdudlarında yayılan və Dövlət 

mülkiyyətinə (torpaqlarına) aid qış otlaq sahələrində təbii fitosenozların növ tərkibini, 

quruluşunu çöl tədqiqatlarında qeydə alınmış məhsuldarlığı, yem keyfiyyəti (qidalılı-

ğı) və yükü müəyyən edilmiş, səmərəli istifadəsi üçün zəmin yaratmaq və yaxşılaş-

dırılması məqsədilə tədbirlər hazırlanmalıdır [1]. 

Yarımsəhra fitosenozlarının biokimyəvi tərkibi və  məhsuldarlığı haqqında 

R.Ə.Əliyev, V.C.Hacıyev, Ə.İ.Mayılov, V.V.Hətəmov, R.K.Məlikov və başqalarının 

əsərlərində məlumatlar vardır [5, 6, 7]. 

Tədqiq etdiyimiz Abşeron yarmadasında seçilmiş «obyekt»lərdə bitki örtüyünün 

yeyilən fitokütləsindən məhsuldarlığı  və qidalılığının araşdırılması  məqsədilə  əsas 

dominant yem bitkilərinin çiçəkləmə fazasında nümunələr yaz və payız mövsümündə 

götürülmüşdür. Bu zaman nümunə əl ilə 1m

2

-də 3 dəfə təkrarla biçilmiş, habelə botaniki 



qruplara görə yaş  və quru biokütlə  çəkilmiş  və  məhsuldarlıq təyin edilmişdir. Belə ki, 

ərazidə geniş yayılan yovşanlı-gəngizlik, yovşanlı-qarağanlı-efemerlik, yovşanlı-

efemerlik və efemerli-gəngizlik formasiyaları üzrə yem bitkiləri çiçəkləmə fazasında 

analiz olunmuşdur. O cümlədən, mütləq quru maddədə kül-yandırma üsulu ilə, xam 

protein Keldal üsulu ilə, xam yağ-Sokslet aparatı ilə, xam sellüloza Hanniberq-Ştomana 

görə və hiqroskopik nəmlik termik üsulu ilə aparılmışdır. Alınmış müvafiq göstəricilərə 

əsasən azotsuz ekstaktiv maddələr (AEM), yem vahidi və  mənimsənilən, yaxud həzm 

olunan protein hesablanma yolu ilə müəyyənləşdirilmişdir [8]. 

 

79


Qaradağ rayonu ərazisində yerləşən 11 saylı qış otlaqlarının (17,15,18,19 və s. 

saylı) Dövlət Torpaq Fondu ilə birlikdə ümumi sahəsi 11722,0 hektar olub, heyvan-

darlığın yem bazası kimi fiziki və hüquqi icarəyə verilməklə istifadə edilir. 

Regionda müxtəlif relyefdə  və  dəniz səviyyəsindən 26 m-dən 400 m-ə  qədər 

yayılan boz-qonur torpaqlarda yarımsəhra fitosenozları formalaşmışdır. Buranın ot-

laqaltı torpaqları qranulometrik tərkibinə görə gilli, gillicəli və qumsal olur [2]. Ya-

ğıntının orta illik miqdarı 129-268 mm və havanın temperaturu 13,5-14,4

0

C arasında 



tərədüd edir [4].  

Müəyyən olunmuşdur ki, fitosenozlardan istifadə və otarma müddəti təxminən 

165 gündən 210 günə qədər (10 oktyabrdan-15 mayadək) hesab edilir. Bəzən otarma 

müddəti iqlim amilindən və bitkilərin bioekoloji xüsusiyyətlərindən asılı olaraq də-

yişir. Bununla yanaşı otlaq sahələrinin şorlaşması, şorakətləşməsi, eləcə də eroziyaya 

uğraması səbəbindən (yarımadanın 68,2% ərazisi həmin prosesə məruz qalmışdır) tor-

paq örtüyünün deqradasiyası davam edir [3]. Məhz belə neqativ təsirlərin ucbatından 

tədqiq olunmuş  qış otlaq sahələrində ot örtüyü seyrəkləşmiş, qiymətli yem bitkiləri 

sıradan çıxmış və onların yerinə qoyunların yemədiyi zəhərli və zərərli bitki növləri 

geniş yayılmışdır. Eyni zamanda fitosenozların məhsuldarlığı aşağı düşmüş və qida-

lılığı pisləşmişdir. Belə ki, qış otlaq sahələrində həddindən artıq davar sürüləri ilə bir-

gə iribuynuzlu mal-qara otarılır. Buna görə fitosenozlarda bitkilərin populyasiyaları 

seyrəkləşir, həmçinin zərərli, zəhərli alaq bitkilərinin bolluğu artır və arealı genişlənir.  

Aparılmış  tədqiqatlar nəticəsində Qaradağ rayonu ərazisindəki yarımsəhra 

fitosenozlarında bitki növləri və formasiyaların biokimyəvi tərkibi, məhsuldarlığı, 

yem keyfiyyəti, istifadə müddəti və tutumu müəyyən edilmişdir. 

Cədvəl 1-dən göründüyü kimi fitosenozlarda ən geniş yayılmış yem bitkiləri 

ətirli yovşan, dağ  şorangəsi, ağacvari  şorangə,  şərq bozağı, bərk quramit, yapon 

tonqalotu, dovşan arpası və sivri əzgəndir.  

Biokimyəvi tərkibinə görə  ətirli yovşan (Artemisia lerchiana Willd.), dağ  şo-

rangəsi (Salsola nodulosa Pall.) çiçəklənmə fazasında (mütləq quru maddədə)-xam 

proteinin miqdarı müvafiq olaraq 11,26% və 14,05%; ağacvari  şorangədə  (Salsola 



dendroides Pall.) 14,5%; şərq bozağında (Eremopyrum orientale (L.) Janb. et. Spach.) 

10,26%; bərk quramitdə  (Lolium rididum Candin.) 10,63 %; yapon tonqalotunda 

(Bromus japonicus Thunb.) 12,93%; dovşan arpasında (Hordeum leporenum Link.) 

15,88% və sivrim əzgəndə (Kochia prostrata (L.) Schrad) isə 16,53% təşkil etmişdir. 

 

Cədvəl 1 



Yarımsəhra fitosenozunda yayılmış əsas yem bitkilərinin biokimyəvi tərkibi 

mütləq quru maddədə, %-lə 

sıra 

sayı 


bitki növləri hiqroskopi

k nəmlik 

xam 

protein 


xam 

sellüloza 

xam 

yağ 


xam 

kül 


azotsuz ekstrak-

tiv maddələr 

Ətirli yovşan 



9,87 

11,26 


36,17 

3,79


10,71

38,07 


2 Gəngiz (dağ şorangəsi) 

6,67 


14,05 

35,75 


2,35

10,09


37,84 

3 Ağacvari şorangə 

8,62 

14,15 


37,16 

2,66


14,03

32 


Şərq bozağı 

8,37 

10,26 


36,39 

2,09


13,46

37,8 


5 Bərk quramit 

7,96 


10,63 

35,48 


2,5 

9,46 


41,93 

6 Yapon 


tonqalotu 

8,89 


12,93 

30,23 


2,48

10,87


43,49 

7 Dovşan arpası 

8,03 

15,88 


36,49 

2,16


11,07

34,4 


8 Sivrim 

əzgən 


8,75 

16,53 


39,45 

3,14


6,82 

34,06 


Fitosenozların biokimyəvi analizlərinin nəticələrinə əsasən müəyyən olunmuş-

dur ki, yovşanlı-qarağanlı-efemerlik və yovşanlı-efemerlik formasiyalarını təşkil edən 

dominant və subdominant yem bitkilərinin tərkibində orta hesabla 8,92-8,62% protein 

 

80



vardır və protein azlığına görə yovşanlı-gəngizlik, efemerli-gəngizlikdən fərqlənir 

(cədvəl 2).  

Cədvəl 2 

Boz-qonur torpaqlarda yayılan yarımsəhra bitkiliyinin biokimyəvi tərkibi 

mütləq quru maddədə %-lə 

100 kq yemdə 

ra say



ı 

fo

rmasiy



ala

üm



um



mlik 

hiqr


osko

pik 


mlik, 


kül protein yağ sellü-

loza 

AEM 


yem

 vahidi 


m

ənim


nil


ən 

pr

otein



 

1 yovşanlı-

gəngizlik 

30,56 


10,41 

14,12 


9,66 

3,77 


37,94 

34,51 


35,85 

4,8 


2 yovşanlı-

qarağanlı- 

efemerlik 

 

37,65 



 

10,66 


 

13,12 


 

8,92 


 

3,97 


 

37,89 


 

36,09 


 

37,52 


 

4,5 


3 yovşanlı-

efemerlik 

33,67 

10,65 


13,38 

8,62 


3,64 

38,3 


36,06 

35,95 


4,3 

4 efemerli-

gəngizlik 

31,43 


10,24 

14,05 


9,03 

3,7 


37,15 

35,81 


34,12 

4,1 


 

Cədvəldən göründüyü kimi yağın, sellülozanın, külün, azotsuz ekstraktiv mad-

dələrin miqdarı da formasiyalar üzrə fərqlənmişdir.  

Aparılmış biokimyəvi analizə görə bitki formasiyalarının məhsuldarlığı, isti-

fadə müddəti, otlaq yükü və tutumu aşkar edilmişdir. Bunun üçün formasiyaların 

məhsuldarlığı (quru kütlədə), yem vahidi, istifadə müddəti və otlaq sahəsinin hektarda 

yükü və tutumu dəqiqləşdirilmişdir (cədvəl 3). Məhsuldarlığa görə müəyyən etmişik 

ki, yaz və payız fəsilləri üzrə yovşanlıq-gəngizlikdə 7,2 sent/ha, yovşanlı-qarağanlı-

efemerlikdə 9,4 sent/ha, yovşanlı-efemerlikdə 8,4 sent/ha və efemerli-gəngizlikdə isə 

5,3 sent/ha olmuşdur. Belə ki, formasiyaların otlaq yükü orta hesabla hektarda 

məhsuldarlığa görə müəyyən edilmiş yaz və payız fəsilləri üzrə yovşanlı-gəngizlikdə 

7,2 sent/ha, yovşanlı-qarağanlı-efemerlikdə 9,4 sent/ha, yovşanlı-efemerlikdə 8,4 

sent/ha və efemerli-gəngizlikdə isə 5,3 sent/ha olmuşdur. Alınan nəticələrə görə for-

masiyaların otlaq yükü orta hesabla hektarda 1,1 baş davar hesab edilir. 

Cədvəl 3 

Fitosenozların məhsuldarlığı, yem keyfiyyəti,  

istifadə müddəti və otlağın yükünə dair göstəricilər 

 

100 kq yemdə 

sıra 

sayı 


formasi-

yalar 


məhsuldarlıq 

quru kütlədə 

(sent/hektar) 

Yem vahidi 

mənimsənilən 

protein 


istifadə 

müddəti 


(günlə) 

otlaq sahələrinin 

yükü, xırdabuy-

nuzlu heyvanlar 

baş hesabı ilə 

1 yovşanlı-

gəngizlik 

7,2 


35,85 

4,8 


165 

1,2 


2 yovşanlı-qa-

rağanlı- 

efemerlik 

4,9 


37,52 

4.5 


210 

1,3 


3 yovşanlı-

efemerlik 

8,7 

35,95 


4,3 

210 


1,1 

4 efemerli-

gəngizlik 

5,3 


34,12 

4,1 


150 

0,9 


 

Tədqiqatın nəticəsinə  və fitosenozların məhsuldarlığı, yem vahidi və s. Para-

metrlərinin təhlilinə  əsaslanmaqla  ərazinin yarımsəhra bitkiliyini orta və  aşağı 

keyfiyyətli (kateqoriyalar) otlaqlara aid etmək olar.  

Aparılmış fitosenoloji tədqiqatlardan müəyyən edilmişdir ki, yarımsəhra bitki 

örtüyünün məhsuldarlığı aşağı düşmüş və yem keyfiyyəti pisləşmişdir. Bunun başlıca 

səbəbi antropogen və texnogen təsirlərlə yanaşı otlaq sahələrindən səmərəli, yaxud 

 

81



düzgün istifadə olunmaması  və yaxşılaşdırma tədbirlərinin həyata keçirilməməsidir. 

Bununla bağlı tərəfimizdən aşağıdakı tədbirlər tövsiyə olunur (cədvəl 4). 

Cədvəl 4 

Qış otlaq sahələrinin səmərəli istifadəsi və yaxşılaşdırılmasına dair tədbirlər 

 

otarma 



müddəti 

səpin üçün yem bitkiləri 

ra say


ı 

fo

rmasiy



ala

tədbirin 



adı 

ba

şlan



ır 

qur


tar

ır

 



8 küzl

ə 

otar



m

an

ın t



ətbiqi 

məhv ediləcək zərərli və 

zəhərli bitkilər 

adı 


miqdarı 

kq/hektar 

yov


şanl

ı-g


əngizlik 

thi yax



şı

la

şd



ırma, 

kökü


nd

ən yax


şı

la

şd



ırma

 

15/X 



15/IV

- qırmızıcıq soğan, 

başcıqlı lalə, 

qızılyarpaq birəotu,  

çöl qanqalı,  

tikanlı pıtraq, 

ətirli yovşan, 

mavi 


qarayonca, 

bərk quramit, 

 soğanaqlı 

dişə, 


 yapon 

tonqalotu,  

dağ şorangəsi, 

 



2-4 

4-7 


5-7 

 

6-8 



8-12 

yov



şanl

ı-q


ar

a-

ğanl



ı efe

m

er



lik 

m



ər

əli istifad

ə 

10/X 


10/V 

+ sikuta 

durnaotu, 

yaz xoruzgülü, 

səhra çuğundurotu, 

şober şorgiləsi, 

boz bələgun, 

tüklü ulaq qanqalı  

buğdayı 

bozaq, 


qarağan, 

bərk quramit, 

sivrim əzgən, 

uzunsov ayrıq 

8-10 

10-12 


6-7 

4-6 


7-9 

yov



şanl

ı-

efemerlik 



m

ər



əli istifad

ə, 


thi yax


şı

la

ş-



rma


 

10/X 


10/V 

+ tikanlı ödotu 

dilimli güllücə 

sünbüllü bozyarpaq çiçək 

ağ məryəmnoxudu 

adi üzərrik 

oxlu bozalaq 

ətirli yovşan 

mavi 

qarayonca 



daraqlı ayrıq 

bərk quramit 

 

5-7 


 

4-6 


5-8 

8-10 


7-9 

efemerli



-g

əngizlik 

əsasl

ı yax


şı

la

şd



ırm

10/XI



10/V 

- sünbüllü bozyapraq 

çiçək, 

Rusiya itüzümü, 



dilimli güllücə, 

Kanada xırdaləçəyi, 

çöl qanqalı, 

İsfahan südləyəni 

 

sivrim əzgən, 



mavi 

qarayonca, 

səhra ayrığı, 

bərk quramit, 

ətirli yovşan, 

şərq bozağı 

10-12 

 

8-10 



6-8 

5-7 


4-6 

10-12 


 

Cədvəldən göründüyü kimi tədqiq edilmiş qış otlaqlarının səmərəli istifadəsi, otarma 

müddəti, səthi və kökündən yaxşılaşdırılması  tədbirləri, o cümlədən zərərli və  zəhərli bitki 

növlərinin məhvi və səpin üçün yem bitkilərinin səpin norması şərh olunmuşdur. 

Qaradağ rayonu ərazisindəki qış otlaqlarının bitki örtüyündən səmərəli istifadə etmək 

üçün növbəli otarmaya, otlaq sahələrinin 1-2 illik müddətində hissə-hissə dincə qoyulmasına, 

otlağın yükünə görə otarmaya və optimal otarma müddətinə riayət edilməlidir. 

Ümumiyyətlə, qış otlaqlarından səmərəli istifadəsi tədbirlərinin tətbiqini elmi-

praktiki  əsaslarla həyata keçirməklə otlaqları yaxşılaşdırmaq və  mədəni otlaq 

yaratmaq lazımdır. Buna görə də tədqiq etdiyimiz fitosenozların ekoloji-geobotaniki 

göstəricilərinə istinad olunmaqla Abşeron yarımadasının yarımsəhra bitkiliyini aqro-

fitosenozlara çevirməklə  ərazidə heyvandarlığın inkişafı üçün zəngin yem mənbəyi 

yaratmaq mümkündür. 

Qaradağ rayonunun 11721,9 hektar qış otlaq sahəsində səmərəli tədbirlər irəli 

sürülməklə uzun müddət 13129 baş xırdabuynuzlu mal-qara otarmaq tövsiyə edilir. 

 

82



 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan Respublikasının təbii yem sahələrinin irimiqyaslı geobotaniki tədqiqatına dair 

təlimatı. Bakı: Elm, 2002, s.142.  

2.

 

Azərbaycan torpaqlarının ekoloji qiymətləndirmə  xəritəsi M: 1:600000. Azərbaycan 



Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı, 2002. 

3.

 



Cümşüdova N.İ. Abşeron  ərazisində eroziya proseslərinin öyrənilməsi // Ətraf mühit və 

ekologiya (elmi-metodik konfransın materialları) məcmuəsi. Bakı: Ozan, 1977, s. 198-199. 

4.

 

Hətəmov V.V. Azərbaycanın otlaq ekosistemləri və qorunması. Bakı: Elm, 2000, s. 184. 



5.

 

Məlikov R.K. Şirvanın yarımsəhra fitosenozlarının bəzi dominant növlərinin kimyəvi tərkibi 



və qidalılığı / Azərb.SSR EA-nın Xəbərləri (Biologiya elmləri seriyası), 1984, №1, s. 22-26. 

6.

 



Понятовская В.М. Учеты обилия и особенности размещения видов в естественных 

растительных сообществах / «Полевая геоботаника» М.:

−Л.: 1964, т.3, с.209-289. 

7.

 



Разумов  В.А.  Справочник  лаборанта-химика  по  анализу  кормов.  М.:  России – 

хоз.издат. 1996, с. 304. 



 

БИОХИМИЧЕСКИЙ СОСТАВ ОСНОВНЫХ КОРМОВЫХ РАСТЕНИЙ,  

УРОЖАЙНОСТЬ, КАЧЕСТВО КОРМОВ И РАЦИОНАЛЬНОЕ ИСПОЛЬЗОВАНИЕ 

ПОЛУПУСТЫННЫХ ФИТОЦЕНОЗОВ АБШЕРОНСКОГО ПОЛУОСТРОВА 

 

Э.М.ГУРБАНОВ, А.А.АХУНДОВА  

 

РЕЗЮМЕ 

 

В  статье  излагаются  результаты  биохимического  анализа  некоторых  основных 

кормовых растений и растительных формаций полупустынь Абшеронского полуострова 

на территории Карадагского района. 

Нами  установлено,  что  максимальное  накопление  наиболее  питательного  веще-

ства – протеина  у  полыни  душистой  происходит  в  стадии  цветения,  а  у  эфемеров – в 

фенологической фазе плодоношения. 

Изучение урожайности и качества основных кормовых угодий дает возможность 

определить  нагрузку  зеленых  пастбищ,  а  также  правильного  рационального  использо-

вания и улучшения фитоценозов региона. 



 

BIOCHEMICAL COMPOSITION OF MAIN STERN PLANTS, PRODUCTIVITY,  

THE QUALITY OF FEED AND EFFICIENT UTILIZATION OF HALFDESERTED  

PHYTOCENOSIS OF ABSHERON PENINSULA 

 

E.M.GURBANOV, A.A.AKHUNDOVA  

 

SUMMARY 

 

In this article we expounded the results of the biochemical analysis of some main stern plants and 

plant formations of the half desert of Absheron peninsula on the territory of Garadagh region. 

We have established that the maximal accumulation of the most nutritious substance – 

protein in Artemisia lerchiana goes on during the blossom-time and at ephemeris – during the 

phonologic phase of the fruit-bearing. 

The study of the productivity and quality of main stern fields gives us the opportunity 

to determine the loading of green pastures, as well as the right efficient utilization and the 

amelioration of the phytocenosis

 

of the region. 



 

 

83



Каталог: Xeberler%20Jurnali
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə