Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 255.59 Kb.
Pdf просмотр
tarix22.07.2017
ölçüsü255.59 Kb.

124 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 94"19/…" 

 

XX ƏSRİN 90-CI İLLƏRİNDƏ NATO-NUN ŞƏRQƏ DOĞRU 

GENİŞLƏNMƏSİ PROSESİ 

 

G.M.

MƏMMƏDOVA 

АМЕА-nın Tarix İnstitutu 

gullermamedova@mail.ru  

 

1994-cü ild

ə  NATO-nun Brüsseldə  keçirilən  sessiyasında  alyansın  Şərqə  doğru 

genişlənməsi haqda qərar qəbul edilir. XX əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq 

ABŞ  NATO-nun  genişlənməsi məsələsini öz xarici siyasətinin prioritet məqsədi elan edir. 

NATO-

nun genişlənməsi ABŞ-ın öz təsir dairəsini genişləndirmək istəyi ilə bağlıdır. 1997-ci 

ild

ən başlayaraq Rusiyanın nüfuz dairəsi hesab edilən MDB məkanının da NATO-nun maraq 

dair

əsinə  düşdüyü  elan  olunur.  1999-cu ildə  Polşa,  Çexiya  və  Macarıstan  NATO-ya qəbul 

edilir,  Albaniya,  Bolqarıstan,  Latviya,  Litva,  Makedoniya,  Rumıniya,  Slovakiya  və  Estoniya 

alyansa daxil olmaq üçün namiz

ədliklərini elan edirlər. 

 

Açar sözl



ər: NATO, Şərq, proses, genişlənmə, münasibətlər 

 

Soyuq müharib



ə dövründə Şimali Atlantika Təşkilatı beynəlxalq müna-

sib


ətlərə böyük təsir göstərmiş, sülhün, təhlükəsizliyin və beynəlxalq sabitliyin 

t

əmin edilməsində  mühüm  rol  oynasa  da  SSRİ-nin və  Varşava  Təşkilatının 



dağılması  NATO-nun  mövcudluğuna  ehtiyacı  azaldır.  Bir  zamanlar  dünyada 

yeni qüvv

ələr nisbətinin yaranması ilə əlaqədar meydana gələn hərbi təşkilat 

kimi Şimali Atlantika Təşkilatı ya buraxılmalı, ya da yeni vəzifələr icra etməli 

idi. Bir sözl

ə, uzun illər ərzində təşkilatın fəaliyyətini zəruri edən sovet təhlü-

k

əsi artıq aradan qalxdığı üçün, 90-cı illərdə NATO beynəlxalq münasibətlərə 



t

əsirini  saxlamaqla  yanaşı,  həm  də  öz  fəaliyyətini  və  strategiyasını  yeni 

geosiyasi 

şəraitə uyğunlaşdırmalı idi.  

1991-ci  ilin 

noyabrında  NATO  Şurasının  Romada  keçirilmiş  sessiya-

sında  alyansın  yeni  strateji  konsepsiyası  qəbul  edilir.  Sənədə  görə  NATO 

m

əhəlli  münaqişələrin  tənzimlənməsi,  Şərqi  Avropa  ölkələri  ilə  dialoqun 



genişləndirilməsi,  Avropa  təhlükəsizliyinin  təmin  edilməsi  kimi  vəzifələri 

yerin


ə yetirməli və Rusiya ilə yaxından əməkdaşlıq etməli idi (1, 482). 

NATO-nun  t

ərkibinin  Mərkəzi  və  Şərqi  Avropa  ölkələri  hesabına  ge-

nişlənməsi məsələsi ətrafında ciddi diskussiyalar isə əsasən 1993-cü ilin sonu-

1994-cü  ilin 

əvvəllərində başlayır.  Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan 



125 

sonra t


əşkilatın keçmiş üzvləri ciddi-cəhdlə ümumavropa strukturlarına inteq-

rasiyaya can 

atır və NATO-ya üzv olmaq barədə məsələni xarici siyasətlərinin 

əsas  məqsədinə  çevirirlər.  Bu  dövlətlərə  görə  məhz  alyansa  üzvlük  onların 

t

əhlükəsizliyinin təminatı olmalı idi.  



90-

cı  illərin  əvvəllərində  öz  xarici  siyasət  mənafelərini  yenidən  müəy-

y

ənləşdirən ABŞ və Qərbi Avropa dövlətləri isə hələlik Şərqi Avropanın işlərinə 



müdaxil

ə  etməkdən  ehtiyat  edirdilər.  Yeni  üzvlərin  təşkilatın  xərclərini  artı-

racağından çəkinən qərbdə bəhs edilən dövrdə bu məsələyə münasibət müxtəlif 

idi.  M


əsələn,  Almaniya  və  Fransaya  görə  Mərkəzi  Avropa  dövlətləri  Avropa 

İttifaqı çərçivəsində imzalanacaq müdafiə razılığı ilə kifayətlənməli idilər. Böyük 

Britaniya  is

ə alyansa üzv olmaq istəyən dövlətlərin məsələsini həll etməmişdən 

önc

ə, Mərkəzi Avropa dövlətlərində demokratik islahatların keçirilməsi və bazar 



iqtisadiyyatının yaradılmasının vacibliyini vurğulayırdı (2, 40-41). 

Bu  m


əsələdə  Rusiyanın  mövqeyi  isə  qeyri-müəyyən  idi.  Soyuq  müha-

rib


ədən  sonra  belə  bir  təsəvvür  yaranmışdı  ki,  Qərblə  Rusiyanın  münasi-

b

ətlərində qarşıdurma vəziyyəti keçmişdə qalıb və artıq demokratiya, sülh və 



dostluq dövrü 

başlayır. ABŞ ilə strateji əməkdaşlıq haqda illüziyalara qapılan 

B.Yeltsin d

ə hələ 1993-cü ilin avqust ayında Vaşinqtonda Polşanın NATO-ya 

q

əbul edilməsinə etiraz etmədiyini, bunun Rusiyanın dövlət maraqlarına zidd 



olmadığını  və  bu  qərarın  müstəqil  dövlətin  müstəqil  qərarı  olduğunu  elan 

etmişdi.  O  həmçinin  Rusiyanın  NATO-ya  daxil  olmasının  mümükünlüyü 

bar

ədə fikirlər də səsləndirmişdi. 



90-

cı illərin əvvəllərində (xüsusi ilə Corc Buşun prezidentliyi dövründə) 

ABŞ  bu  məsələyə  münasibətdə  bir  qədər  laqeyd  mövqe  nümayiş  etdirir  və 

Polşanın  NATO-ya  erkən  qəbulunun  Rusiyanı  məyus  edəcəyindən  ehtiyat-

lanırdı. Əvvəl NATO-ya yeni üzvlərin qəbulunun əleyhinə olan «Ağ ev» açıq 

şəkildə  təşkilatın  genişlənməsi  əleyhinə  fikirlərini  bildirir  və  xüsusilə 

vurğulayırdı ki, bu proses rusları incik sala bilər.  

90-


cı  illərin  I  yarısına  qədər  ABŞ-ın  NATO-nun  genişlənməsi  məsələ-

sin


ə  münasibətdə  nümayiş  etdirdiyi  mövqeyi  Rusiyadakı  siyasi  proseslərdən 

əyyən qədər asılı olduğu halda, sonrakı illərdə bu asılılıq tədricən zəifləyir. 



Soyuq müharib

ənin başa çatması, dünyada yeni beynəlxalq münasibətlər siste-

minin 

formalaşması,  ABŞ-da  1994-cü  ilin  noyabrında  konqres  seçkilərində 



NATO-nun 

genişləndirilməsinin tərəfdarları kimi çıxış edən respublikaçıların 

q

ələbəsi  ABŞ-Avropa  münasibətlərinə  böyük  təsir  göstərir  və  nəticədə 



Transatlantika  münasib

ətləri  ciddi  təkamülə  məruz  qalır.  Dünyanın  yeganə 

fövq

əldövlətinə çevrilən ABŞ üçün NATO-nun əhəmiyyəti daha da artır.  



1994-cü ilin  yanvar 

ayında NATO-nun Brüsseldə keçirilən sessiyasında 

aly

ansın  genişlənməsinin  əhəmiyyəti  haqda  məsələlər  müzakirə  edilməklə 



yanaşı  NATO-nun  təxirsiz  genişlənməsinə  alternativ  güzəştli  variant  hesab 

edil


ən «Sülhnaminə tərəfdaşlıq proqramı»nın hazırlanması haqda qərar qəbul 

edilir. 


Artıq NATO-nun genişləndirilməsinə tam dəstək verəcəyi haqda məra-

mını elan edən ABŞ-ın təşəbbüsü ilə qəbul edilmiş «Sülh naminə tərəfdaşlıq 



126 

proqramı»nın  məqsədi  keçmiş  sosialist  ölkələri  ilə  hərbi  sahədə  əməkdaşlıq 

etm

ək və onları NATO-ya daxil olmaq üçün hazırlamaq idi . NATO ilə hərbi 



əməkdaşlıq etmək istəyən keçmiş sosialist ölkələri proqramın çərçivə sənədini 

imzalamalı  idilər.  Bu  sənədi  imzalayan  hər  bir  ölkə  NATO  ilə  fərdi  əmək-

daşlıq proqramını hazırlaya bilərdi.  

Bu proqram, 

iştirakçılarına müştərək manevrlər, silahların konversiyası, 

NATO 


divarları  arasında  keçiriləcək  iclaslarda  iştirak  hüququ  verməklə 

b

ərabər  NATO-nun  yardımı  ilə  hər  bir  ölkənin  iqtisadi  inkişafını  və  hərbi 



potensialını  nəzərə  almaqla  məxsusi  əməkdaşlıq  proqramlarının  hazırlanma-

sını nəzərdə tuturdu (3). 

NATO  r

əhbərliyi  Brüsseldə  qəbul  edilmiş  qərarların  Rusiyaya  qarşı 



yön

əlmədiyini  bəyan  etsə  də,  Rusiya  rəhbərliyi  NATO-nun  şərqə  doğru  ge-

nişlənməsi  haqda  qərarını  etirazla  qarşılayır.  Rusiyanın  etirazına  məhəl  qoy-

mayan 


ABŞ  konqresi  1994-cü  il  yanvarın  27-də  NATO-nun  genişlənməsini 

b

əyənən qərar qəbul edir. ABŞ prezidenti Bill Klinton 1994-cü ilin yanvarında 



müsahib

ələrinin  birində  müasir  dövrdə  sovet  təhlükəsi  olmasa  da,  dünyada 

terrorizm,  kütl

əvi qırğın silahlarının yayılması, etnik təmizləmələr və s. kimi 

yeni  probleml

ərin meydana çıxdığını və bu şəraitdə məhz NATO-nun Avro-

pada  t

əhlükəsizliyin təminatçısı kimi çıxış etdiyini bildirir. NATO-nun Şərqə 



doğru  genişlənmə  məsələsini  dəstəkləyən  Klinton,  alyansın  mütləq  genişlə-

n

əcəyini və Rusiyanın alyansa üzv olmaq istəyən dövlətlərə əngəl törətməyə 



haqqının olmadığını bəyan edirdi (4).  

Artıq  90-cı  illərin  II  yarısından  başlayaraq  ABŞ-ın  bölgədə  lider  möv-

qeyini  t

əmin  etmək  məqsədi  ilə  Vaşinqtonda  NATO-ya  daxil  olmaq  istəyən 

Şərqi Avropa dövlətləri ilə intensiv danışıqlar formulu yaradılır. Vaşinqtonun 

NATO-nun 

genişlənməsi,  daha  təhlükəsiz  və  böyük  Avropa-Atlantik  cəmiy-

y

ətinin yaradılması haqda məsələni öz xarici siyasətinin prioritet məqsədi elan 



etm

əsi  Rusiya  ilə  siyasi,  hərbi-strateji  əlaqələrdə  dərin  böhran  yaradır.  Bu 

dövrd

ən başlayaraq Rusiya alyansın genişlənməsi ilə əlaqədar daha sərt mövqe 



nümayiş etdirirdi. Alyansın nüfuz dairəsinin və hərbi infrastrukturunun Rusiya 

s

ərhədlərinə  yaxınlaşması  nəticəsində  ABŞ-ın  qitədə  rəqib  kimi  Rusiyanın 



geosiyasi  v

ə  hərbi  potensialının  bərpasına  imkan  verməyəcəyini  anlayan 

Moskva  NATO-ya 

ABŞ-ın  rəhbərlik  etməsini  qəbul  etmirdi.  Rusiyaya  görə 

Avrasiyada 

ABŞ-a  yer  yoxdur və NATO-nun genişlənməsi məhz ABŞ-ın öz 

t

əsir dairəsini genişləndirmək istəyi ilə bağlıdır.  



1996-

cı il 23 iyulda ABŞ konqresi NATO-nun şərqə doğru genişlənməsi 

haqda  3364 

saylı qətnamə qəbul edir. Qətnamə ilə Polşa, Macarıstan və Çe-

xiyanın NATO-ya qəbul edilməsi istiqamətində aparılacaq işlərə yardım məq-

s

ədilə 60 mln. dollar vəsaitin ayrılması ilə yanaşı Ukrayna, Moldova, Baltik-



yanı  dövlətlərin  də  NATO-ya  dəvət  edilməsi  haqda  qərar  qəbul  edilir.  ABŞ 

bununla faktiki  olaraq,  NATO-nun 

genişləndirilməsi məsələsini həyata keçir-

m

əkdə nə qədər qərarlı olduğunu və Rusiyanın da bu prosesə heç bir vəchlə 



mane ola bilm

əyəcəyini nümayiş etdirmiş olur. 



127 

NATO-nun 

genişlənməsi və Rusiyaya qarşı sərt xətt siyasətinin yürüdül-

m

əsinin  tərəfdarı  kimi  tanınan  ABŞ-ın  yeni  dövlət  katibi  Madlen  Olbraytın 



1997-ci  ilin 

əvvəllərində  Avropaya  səfəri  ilə  NATO-nun  Şərqə  doğru  geniş-

l

ənməsi  məsələsi  ətrafında  aparılan  danışıqların  növbəti  mərhələsi  başlayır. 



Rusiyaya  s

əfəri  zamanı  Madlen  Olbrayt  Moskvanı  alyansın  genişlənməsinin 

Rusiya t

əhlükəsizliyini təhdid etməyəcəyinə inandırmağa çalışır (5, 302). 

NATO  nüv

ə  silahlarının  Mərkəzi  və  Şərqi  Avropa  ölkələri  ərazisində 

yerl

əşdirilməsi  məsələsi  danışıqlarda  əsas  mübahisə  obyekti  idi.  Bu  məsələ 



üzr

ə  ciddi  müzakirələr  hələ  1995-ci  ilin  əvvəllərində  başlamışdı.  Narahat 

Moskvanı  sakitləşdirmək  üçün  Vaşinqton  Şərqi  və  Mərkəzi  Avropada  nüvə 

si

lahlarının  yerləşdirilməsinə  ehtiyac  olmadığını  və  ABŞ  administrasiyasının 



doktrinl

ərində də bu məsələnin nəzərdə tutulmadığını elan edirdi.  

Madlen 

Olbraytın  Avropaya  səfəri  zamanı  NATO-nun  genişlənməsi 



m

əsələsinə  münasibətdə  Avropanın  ABŞ-dan  fərqli  mövqedə  olduğu  və  Av-

ropa dövl

ətlərinin NATO-nun genişlənməsi məsələsinə ehtiyatla yanaşdığı or-

taya 

çıxır. Onlar Vaşinqtonun bu məsələdə nümayiş etdirdiyi sərt mövqeyinin 



Avropa 

maraqlarına zərbə vurduğuna inanırdılar. NATO-nun genişlənməsinin 

Rusiyanın razılığı ilə baş verməsinə tərəfdar olan Almaniya və Fransaya görə 

Rusiyanın bərabərhüquqlu üzv kimi NATO-nun digər üzvləri ilə bərabər masa 

arxasında oturmasına imkan verən xüsusi komitə yaradılmalıdır. Məhz həmin 

masa 


arxasında  bütün  təhlükəsizlik  və  müdafiə  məsələləri:  müştərək  missi-

yalarda 


iştirak etmə, raket əleyhinə müdafiə sisteminin yaradılması sahəsində 

əməkdaşlıq,  hərbi  məlumatların  mübadiləsi  kimi  məsələlər  müzakirə  olun-

malıydı.  

Moskva  bu  ill

ərdə Avropa–ABŞ ziddiyyətlərindən maksimum dərəcədə 

istifad


ə etməyə çalışırdı. 1997-ci ildə B.Yeltsin Xarici İşlər naziri Y.Primako-

va NATO-nun 

genişlənməsinə qarşı cavab olaraq «tədbirlər paketi»ni hazırla-

mağı tapşırır. Avropanı ABŞ-ın hegemoniyasından qurtarmaq və NATO-nun 

Avropa

laşmaq  cəhdlərini  Rusiyanın  xeyrinə  istifadə  etmək  məqsədilə  Y.Pri-



makov  NATO-nun 

genişlənməsi  məsələsini  müzakirə  etmək  üçün  5  dövlət 

liderinin  (

ABŞ,  Fransa,  Almaniya,  Böyük  Britaniya,  Rusiya)  iştirak  edəcəyi 

sammitin 

çağırılması haqda Fransa Xarici İşlər naziri Erve De Şarettin fikrini 

d

əstəkləyir (6). Rusiya üç böyük Avropa dövlətinin ABŞ-a müqavimət göstərə 



bil

əcək  həmrəyliyinə  ümid  edir  və  bu  istiqamətdə  ciddi  diplomatik  fəaliyyət 

göst

ərirdi. Lakin tezliklə bu ideyanın reallaşmasının qeyri-mümkünlüyü Rusi-



ya üçün 

aydın olur. Belə ki, ABŞ ilə bütün ziddiyyətlərinə baxmayaraq Qərbi 

Avropa  dövl

ətləri  ABŞ-ın  iştirakı  olmadan  təhlükəsizliklərinin  təmin  edil-

m

əsinin qeyri-mümkün olduğunu gözəl bilirdilər.  



Şərqi  Avropada  hakimiyyətə  yeni  solçu  qüvvələrin  gəlməsi  Rusiyada 

əyyən ümidlər doğursa da, A.Kvasnevski, A.Brazauski kimi yeni liderlər də 



NATO  siyas

ətində  heç  bir  dəyişiklik  etmirlər.  Artıq  1997-ci  ildə  Qərb  də, 

Rusiya  da  etiraf  edirdi  ki  NATO-nun 

genişlənməsi  məsələsi  praktiki  olaraq 



128 

h

əll  edilib  və  indi  əsas  mübahisə  obyekti  hansı  ölkənin  hansı  ardıcıllıqla  bu 



alyansa q

əbul edilməsi məsələsi idi. 

Bel

əliklə,  NATO-nun  genişlənməsi  prosesinin  qarşısını  almaqda  aciz 



qalan  Rusiya  m

əcburiyyət  qarşısında  qalaraq  NATO  ilə  danışıqlara  girib, 

alyansın  genişlənməsinin  Rusiya  üçün  gələcəkdə  doğura  biləcək  mənfi 

n

əticələrini  minimum  səviyyəyə  endirmək  istiqamətində  fəaliyyətə  başlayır. 



G

ərgin danışıqlar nəticəsində Rusiya Federasiyası və NATO arasında «Əmək-

daşlıq  və  təhlükəsizlik  sahəsində  qarşılıqlı  əlaqələrin  hüquqi  əsası»nı  təşkil 

ed

əcək aktın mətni müəyyənləşdirilir. NATO-Rusiya əlaqələrinin strukturunu 



t

əsbit edən bu sənəd 1997-ci il mayın 27-də Parisdə B.Yeltsin, NATO-nun baş 

katibi Xavyer Solano v

ə 16 NATO üzvü tərəfindən imzalanır.  

NATO dövl

ətləri və Rusiya əməkdaşlıq mühitinin inkişafı üçün birlikdə 

f

əaliyyət  göstərmək  barədə  razılığa  gəlirlər.  Akta  əsasən  NATO  yeni  üzvlə-



rinin y

əni, Varşava Müqaviləsi Təşkilatının keçmiş üzvlərinin ərazisində nüvə 

silahlarını  və  silahlı  qüvvələrini  yerləşdirməmək,  bu  ərazidəki  hərbi  baza-

lardan  istifad

ə  etməmək  haqda  Rusiyaya  qarantiya  verir.  Razılığa  əsasən 

Rusiya-NATO Birg

ə Daimi Məşvərət Şurası yaradılmalı və ildə iki dəfə xarici 

işlər  və  müdafiə  nazirləri,  hər  ay  isə  səfirlər  və  NATO  Şurasındakı  daimi 

nümay

əndələr səviyyəsində məsləhətləşmələr keçirilməli idi. Bu Şurada iştirak 



ed

ən tərəflər tam hərəkət azadlıqlarını saxlayırlar, lakin Rusiya bu dəfə də can 

atdığı veto hüququnu ala bilmir (7). 

Əslində,


 

Rusiyada  NATO-nun 

genişlənməsini  təhlükə  hesab  edən 

müxalif


ətin güclənməsi ilə B.N.Yeltsinin nüfuzuna zərbə vurulacağından eh-

tiyat ed


ən Qərb hüquqi öhdəçilik xarakteri daşımayan bu siyasi aktın imzalan-

ması  ilə  Rusiyadakı  NATO  əleyhdarlarını  müəyyən  qədər  neytrallaşdırmaq 

ist

əyirdi.  



1997-ci il 8 iyulda Madridd

ə keçirilən NATO sammitində daimi üzvlərlə 

b

ərabər  alyansa  üzv  olmaq  istəyən  və  «Sülhnaminə  tərəfdaşlıq  proqramı»nı 



imzalayan  dövl

ətlər  də  iştirak  edirdilər. «Avro-Atlantik  Əməkdaşlıq  Proqra-

mı» çərçivəsində  keçirilən  sammitdə  NATO-ya  üzv  qəbul  edilməsi  üçün  iki 

illik 


sınaq müddətinin verildiyi Macarıstan, Polşa, Çexiya rəsmən alyansa də-

v

ət edilirlər. 



ABŞ-ın istəyi ilə seçilən bu üçlük Vaşinqton tərəfindən qərb demokra-

tiya


sına sədaqətini sübut etmiş dövlətlər kimi yüksək qiymətləndirilirdi. Mad-

ridd


ə  həmçinin  NATO-nun  1999-cu  ildə  keçiriləcək  növbəti  sammitində 

Rumıniya  və  Sloveniyanın  da  alyansa  qəbul  edilməsi  məsələsinin  müzakirə 

edil

əcəyi bildirilir. 



Madrid sammitind

ə NATO-Ukrayna arasında qarşılıqlı əlaqələrin əsasla-

rı haqda xüsusi xartiya da imzalanır. Saziş tərəflər arasında məsləhətləşmələri 

v

ə  hərbi  siyasi  əməkdaşlığı  nəzərdə  tuturdu.  Bu  xartiyanın  imzalanması 



əslində Rusiyanın nüfuz dairəsi hesab edilən MDB məkanının da NATO-nun 

maraq dair

əsinə düşdüyü haqda öncədən verilmiş xəbərdarlıq siqnalı idi. 


129 

ABŞ-ın  keçmiş  SSRİ  dövlətlərinə  marağı  onun  qitədəki  fəaliyyət 

strategiyasına tam uyğun idi. Hələ 1993-cü ildə NATO öz məsuliyyət zonasına 

bütün C


ənubi Qafqazın da daxil edildiyini bildirmişdi. 1994-cü ilin yanvarında 

Litva r


əsmi olaraq NATO-ya üzv olmaq istədiyini bəyan edərək, keçmiş SSRİ 

m

əkanında  bu  istiqamətdə  addım  atan  ilk  dövlət  olmuşdu.  Baltikyanı  döv-



l

ətlərin ardınca Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan da «Sülhnaminə 

t

ərəfdaşlıq  proqramı»nı  imzalamaqla  NATO  ilə  hərtərəfli  əməkdaşlığa  can 



atan dövl

ətlər sırasına daxil olurlar. 

Rusiya MDB dövl

ətlərinin Şərqi Avropa ərazisinə daxil olmadığını əsas 

g

ətirərək  bu  dövlətlərin  NATO-ya  qəbul  edilməsinə  etiraz  edirdi.  Lakin  XX 



əsrin  sonlarında  NATO-ya  qəbul  edilə  biləcək  Mərkəzi  və  Şərqi  Avropa 

ölk


ələrinin  sərhədlərinin  harada  qurtardığı  haqda  məsələ  yeni  politologiyada 

ciddi  müzakir

ə  mövzusu  olur.  Yeni  politologiyaya  görə  Mərkəzi  və  Şərqi 

Avropa 


anlayışı özündə keçmiş sosialist sisteminin üzvü olan Avropa dövlət-

l

ərini  də  birləşdirir.  Bura  3  Baltikyanı  dövlət  də  (Latviya,  Litva,  Estoniya) 



daxil edilirdi. 1994-cü ild

ə ABŞ dövlət katibliyində Mərkəzi və Şərqi Avropa 

əvəzinə, Mərkəzi Avropa termininin işlədilməsi barədə təlimat verilmiş və bu 

t

əlimatda Mərkəzi Avropa sərhədlərinə MDB dövlətlərindən olan – Ukrayna, 



Belorusiya, Moldova, h

əmçinin Gürcüstan və Azərbaycan da aid edilmişdi.  

1999-cu ilin 

martında lazımi proseduralardan sonra Polşa, Çexiya, Maca-

rıstan NATO-ya qəbul edilir. Beləliklə, rəsmi olaraq bu dövlətlərin NATO-ya 

üzv q


əbul edilmələri ilə alyansın sərhədləri 750 min km irəli çəkilir. Rusiyanın 

birinci  namiz

ədlər qrupunun NATO-ya qəbulundan sonra alyansın genişlənmə 

prosesinin 

dayandırılacağına bəslədiyi ümidləri isə özünü doğrultmur. 1999-cu 

ilin  23-24  aprelind

ə  Vaşinqtonda  keçirilən  NATO-nun  yubiley  sessiyasında 

Albaniya, 

Bolqarıstan,  Latviya,  Litva,  Makedoniya,  Rumıniya,  Slovakiya  və 

Estoniya da alyansa daxil olmaq üçün namiz

ədliklərini elan edirlər. 

Vaşinqton sammitində NATO-nun  yeni  geostrateji reallığa uyğunlaşdı-

rılmış strateji konsepsiyası qəbul edilir. XXI əsrdə NATO-nun yeri və rolunu 

əyyənləşdirən bu sənəddə NATO-nun əsas məqsədləri, öhdəlikləri, strateji 



perspektivl

əri,  həmçinin  onun  gələcəkdə  siyasi  və  hərbi  inkişaf  strategiyası 

d

əqiq müəyyənləşdirilmişdi. «Millətlərarası çevik qüvvələr» adlı yeni strateji 



konsepsiya  il

ə alyansın  fəaliyyət dairəsini coğrafi cəhətdən  genişləndirilməsi 

n

əzərdə  tutulurdu  (8).  Alyans  artıq  öz  funksiyalarını  üzv  dövlətlərin  ərazi-



sind

ən kənarda da həyata keçirməyə hazır olduğunu bəyan edir. Bu nəzəriyyə 

əsasən  Balkanlardakı  hadisələrlə  əlaqədar  qəbul  edilmişdi  və  NATO  üzvü 

olmayan Serbiyaya 

qarşı güc tətbiq etmək üçün hüquqi əsas yaradırdı.  

1999-cu  ilin 

martında  Kosovo  böhranını  özünün  uyğun  bildiyi  şəkildə 

h

əll edən NATO, özünü Serbiyanın müttəfiqi adlandıran Rusiyanın bu məsələ-



y

ə  müdaxiləsinə  imkan  vermir.  Bu  hadisə  NATO-nun  sülhün  qorunması  və 

beyn

əlxalq  təhlükəsizliyin  təmin  edilməsi  üçün  real  güc  olduğunu  göstərdi. 



Əslində, Kosovo böhranının həlli sırf ABŞ-ın qələbəsi idi. ABŞ bu böhranın 

130 

h

əll  edilməsində  nümayiş  etdirdiyi  qətiyyəti  ilə  bir  daha  NATO-nun  sözsüz 



lideri 

olduğunu təsdiq etmiş olur.  

Serbiya  il

ə əlaqədar NATO və Rusiya arasında yaranan gərginlik daha 

da 

artır. 1999-cu il Kosovo böhranında Rusiya serblərin vəkilinə çevrilməklə 



növb

əti  dəfə  NATO  ilə  əlaqələrində  mövcud  olan  qarşıdurmanın  aradan 

qaldırılması  imkanını  əldən  buraxır.  Belə  ki,  Rusiya  ABŞ-ın  sərt  siyasətinə 

cavab  jesti  kimi  müv

əqqəti olaraq  NATO ilə əlaqələrinin əsasını təşkil  edən 

aktla  n


əzərdə  tutulmuş  əməkdaşlığı  dayandıraraq,  Daimi  Hərbi  Məşvərət 

Şurasında iştirakdan imtina edir.  

Lakin 

Rusiyanın NATO-nun genişlənməsinin ikinci dalğasına mane ola bil-



m

əyəcəyi aydın idi, çünki bu prosesin XXI əsrdə dünyanın siyasi reallığına çev-

ril

əcəyi  məlum  olmuşdu. 2000-ci  ildə  Rusiyanın  yeni  Xarici  İşlər  naziri  İqor 



İvanov təhlükəsizlik məsələləri ilə əlaqədar strateji qərarların qəbul edilməsində 

Rusiyanın rəyi ilə hesablaşmayana qədər alyansla dialoq yaratmağın əleyhinə olan 

s

ərt  siyasət  tərəfdarlarının  əksinə,  alyansla  əlaqələrin  bərpasının  vacibliyini 



vurğulayır. Tezliklə, İqor İvanov NATO ilə əlaqələrin bərpasına nail olur.  

2001-ci ild

ən başlayaraq Rusiya və ABŞ əlaqələrində müəyyən qədər isti 

münasib


ətlər müşayiət (və ya belə təsəvvür yaranırdı) edilirdi. Rusiya 2001-ci 

il  11  sentyabr  hadis

ələrindən  sonra  ABŞ-a  müttəfiq  olduğunu  sübut  etmək 

m

əqsədilə,  problemsiz  olaraq  onun  Əfqanıstanda  hərbi  əməliyyatlar  üçün  öz 



hava m

əkanından istifadə etməsinə və Orta Asiyada bazalar yaratmasına icazə 

verir.

 

H



ərbi-siyasi  əlaqələrdə baş verən bu  yaxınlaşmanın ardınca, 2002-ci il 

28  mayda  Rusiya  NATO-nun  Romada  keçiril

ən  sammitinə  dəvət  edilir. 

Sammitin 

gedişində  rəsmi  olaraq  Rusiya-NATO  Şurası  adlı  xüsusi  orqanın 

yaradıldığını  elan  edən  bəyannamə  imzalanır.  Bu  orqan  çərçivəsində  tərəflər 

NATO v

ə Rusiyanın ümumi maraqlarına aid məsələlərin müzakirəsini nəzərdə 



tuturdular.  Beyn

əlxalq  təhlükəsizlik  məsələlərində  tərəflər  konsensus  qərar-

ların qəbul edilməsi üçün məsləhətləşmə metodu ilə işləməli idilər. Rusiyaya 

NATO-nun b

ərabərhüquqlu partnyoru statusunu verən bu müqavilə ilə faktiki 

olaraq Rusiya v

ə NATO arasında xüsusi əlaqələr yaradılır.  

 

ƏDƏBİYYAT 

1.

 



Стратегические  концепции  Североатлантического  Союза.  Справочник  НАТО. 

Брюссель, 2001, 670 с. 

2.

 

Барановский В. Микромодель европейской безопасности. // МЭ и МО, №6, 1996, с. 40-50. 



3.

 

Partnership for peace. Brussels, NATO Review, 1994 N4, August. 



4.

 

Clinton  W.  National  Security  of  the  United  States  1994-1995.  Engagement  and 



Enlargement, Wash., 1995. 

5.

 



Олбрайт М. Госпожа Госсекретарь (мемуары). М.: Наука, 2004, 566 с. 

6.

 



Примаков Е.М. Годы в большой политике. В 2-х т., т 1. М.: Наука, 1999, 247 с. 

7.

 



Основополагающий  акт  о  взаимных  отношениях,  сотрудничестве  и  безопасности 

между Российской Федерацией и Организацией  Североатлантического договора // 

Дипломатический вестник, 1997, 28 мая. 

8.

 



Стратегические  концепции  Североатлантического  Союза.  Справочник  НАТО. 

Брюссель, 2001, 670 с. 



131 

ПРОЦЕСС РАСШИРЕНИЯ НАТО НА ВОСТОК ВО II ПОЛОВИНЕ XX ВЕКА 

 

Г.М.МАМЕДОВА 

 

РЕЗЮМЕ 

 

В 1994 году на сессии НАТО в Брюсселе было принято решение о переходе аль-

янса  к  проведению  политики  расширения  на  Восток.  Со  II  половины  ХХ  века  США 

объявили приоритетной задачей своей внешней политики вопрос о расширении НАТО. 

Расширение НАТО непосредственно было связано с желанием США расширить сферу 

своего влияния. С 1997 года страны СНГ, считавшиеся сферой влияние России, также 

были объявлены сферой интересов НАТО. В 1999 году Польша, Чехия и Венгрия были 

приняты в НАТО, а Албания, Болгария, Латвия, Литва, Македония, Румыния, Словакия 

и Эстония выдвинули свои кандидатуры на присоединение к альянсу. 

 

Ключевые слова: НАТО, Восток, процесс, расширение, отношения 

 

NATO’S EXPANSION TO THE EAST IN THE SECOND  



HALF OF THE XX CENTURY 

 

G.M.MAMMADOVA 

 

SUMMARY 

 

In 1994, at NATO’s session in Brussells the decision on alliance transition to carrying 



out of a policy of expansion to the East was accepted. From the second half of the XX century 

USA declared a question of NATO’s expansion to be a priority problem of its foreign policy. 

NATO’s expansion has directly been connected with USA’s desire to expand its sphere of in-

fluence.  Since  1997  the  CIS  countries  considering  Russia  as  a  sphere  of  influence  have  also 

been declared as spheres of interests of NATO. In 1999 Poland, Czech Republic and Hungary 

have  been  accepted  to  the  NATO,  and  Albania,  Bulgaria,  Latvia,  Lithuania,  Macedonia, 

Romania, Slovakia and Estonia put forward the nominees on joining the alliance. 

 

Key world: NATO, East, process, expand, relations 

 

 



Каталог: Xeberler%20Jurnali -> Humanitar%20%202012%20%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Humanitar%20%202012%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml
Humanitar%20%202012%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə