Baki universitetiNİn xəBƏRLƏRİ №3 Təbiət elmləri seriyası



Yüklə 120.43 Kb.
Pdf просмотр
tarix27.06.2017
ölçüsü120.43 Kb.

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Təbiət elmləri seriyası 

 

 

2014 

 

 

 

 

UOT 911:2; 911:52 

 

PİRQULU DÖVLƏT QORUĞUNUN  

TƏBİİ ŞƏRAİTİ VƏ EKOLOJİ PROBLEMLƏRİ 

 

T.O.

İBRAHİMOV, A.A.İSMAYILOVA   

Bakı Dövlət Universiteti 

tahiribrahimov46@gmail.com 

 

Məqalədə  Pirqulu  dövlət  qoruğunun  təbii  şəraiti  və  ekoloji  problemlərinə  və  qoruğun 

ekoloji vəziyyətinin yaxşılaşdırılmasının həlli yollarına baxılmışdır. 

 

            



Açar sözlər: landşaft, ekologiya, təbii dağıdıcı proseslər, sürüşmə, antropogen təsirlər, 

ekosistemlər. 

 

 

Pirqulu  dövlət  qoruğu  Azərbaycan  hökümətinin  25  dekabr  1968-ci il 



tarixli qərarı ilə yaradılmışdır. Azərbaycan  Respublikası  Prezidentinin  2006-

cı il 08 dekabr tarixli 1814 saylı sərəncamı ilə Şahdağ Milli Parkının tərkibinə 

daxil edilmişdir. Sahəsi 1520 hektardır, bu respublikanın ərazisinin 0,02%-nə, 

qoruqların ümumi ərazisinin isə 0,77-nə bərabərdir. Buradakı meşələr zəngin, 

füsunkar və gözəl mənzərələr yaratmaqla tanınır. 

Pirqulu  qoruğunun  yaradılmasında  məqsəd  tipik  dağ-meşə  landşaft-

larını, xüsusilə müxtəlif bitki örtüyünü, torpağın münbit qatını qorumaq, meşə 

örtüyü sahəsinin təbii artımını təmin etmət, qiymətli, nadir və sənaye əhəmiy-

y

ətli  heyvan  və  quşların  sayını  artırmaq,  elmi-tədqiqat  işləri  aparmaq  üçün 



daha əlverişli şərait yaratmaq və s.-dən ibarətdir. 

Pirqulu  qoruğunun  ərazisinin  93,9%-ni  meşə  sahəsi,  1,6%-ni  çəmən-

liklər, 4,5%-ni yarğan, uçqun, çay yatağı və yollar təşkil edir. 

Qoruğun ərazisi üç ayrı-ayrı hissədən ibarətdir. 

1. Araxçın sahəsi 1600-2000 m hündürlükdə  və 441 ha ərazidə yerləşir. 

Burada Avaxıl kəndindən şimal-qərbdə yuxarı dağ-meşə yarımqurşağının, qis-

mən də subalp çəmənliyi qurşağının landşaftı səciyyəvidir. Qart və Qırxbulaq 

dağlarının  müxtəlif  dərəcədə  meylli  cənub  və  qərb  yamaclarını  əhatə  edir. 

Meşələr  Qırxbulaq  çayının  dərəsində  və  Qart  dağının  şimal-şərq  və  qərb 

yamaclarında yayılmışdır. Bu dağın Qırxbulaq çayına baxan yamacında geniş 

 

190 


uçqunlar,  çayın  dərəsində  isə  tez-tez bir-birini  əvəz  edən  sürüşmələr  qəribə 

mənzərə yaratsa da meşə massivinin bütövlüyünü pozmuş və bitki örtüyünün 

zəif inkişafına səbəb olmuşdur. Qart dağının cənub-şərq yamacında sıx meşələr 

içərisində keçmiş yaşayış məskəninin – qədim qalaların, kənd xarabalıqlarının, 

qəbiristanlığın olması bu yerlərdə keçmişdə az meşə sahəsi olduğunu göstərir. 

Deməli,  indiki  meşə  sahəsi  son  yüz  –  iki  yüz  ildə  təbii  yolla  xeyli  geniş-

lənmişdir. [2] 

2. Pirqulu sahəsi 529 hektar olub, 1000-1500 m hündürlükdə günbəz-

vari Pirqulu dağında  yerləşir; bu sahə əsasən orta dağ-meşə  yarımqurşağının, 

qismən  də  bozqırlaşmış  dağ-çəmən  landşaftlarının  təbiəti  üçün  səciyyəvidir. 

Pirqulu dağının hündürlüyü 1483 m olub, mürəkkəb formaya malikdir. O, eləcə 

də orta meyilli yamaclarla Ağsu çayına (cənub-qərbdə), onun qolları Cic (cə-

nub-

şərqdə)  və  Mərmərdaxar  (şimal  və  şimal-qərbdə)  çaylarına  enir;  yamac-



ların uzunluğu şimal-şərqdə və şərqdə 120-150, cənub-şərqdə 200-300, şimal 

və şimal-qərbdə  400-500, cənub və cənub-qərbdə 550-600 m-ə çatır. Belə bir 

hündürlük  fərqli  sahənin  kiçik  olmasına  baxmayaraq  onun  iqlim,  torpaq  və 

bitki  örtüyünün  müxtəlifliyinə  əsaslı  təsir  göstərir:  cənub  yamacın  aşağı 

hissəsində  zirvəyə  nisbətən  iqlim  istidir  və  veğetasiya  dövrü  10-15 gün tez 

başlayır, diğər tərəfdən dağın ətəklərində vələsli palıd meşələri və qəhvəyi dağ-

meşə torpaqları, yuxarı hissələrində isə vələsli fıstıq meşələri və qəhvəyi dağ-

meşə  torpaqları,  yuxarı  hissələrində  isə  vələsli  fıstıq  meşələri  və  qonur  dağ-

meşə  torpaqları  inkişaf  etmişdir.  Pirqulu  dağının  geomorgoloji  xüsusiyyətləri 

çox  müxtəlifdir;  ərazi  ekzogen  qüvvələrin  təsirilə  xeyli  parçalanmış,  yamac-

larda yarğanlar (şimalda), uçqunlar (şimal-qərbdə), sürüşmələr (cənub-şərqdə) 

və daş yığımları (cənubda) əmələ gəlmişdir. [9] 

3.

Cəngi  sahəsi  aşağı  dağ-meşə  yarımqurşağında,  800-1100 m hündür-



lükdə  yerləşib,  551  hektar  sahəyə  malikdir.  Ərazi  əsasən  Cənği  çayının  höv-

zəsinin sol (Cəngi dağının şimal yamacı) və qismən də sağ hissəsini əhatə edir. 

Nisbi hündürlük müvafiq hissələrdə 400 – 500 və 200 – 250 m-ə çatır. Mezo-

relyef yaxşı nəzərə çarpır, lakin sürüşmələr və uçqunlar olmadığı üçün meşələr 

bütün sahələri əhatə edir. [8] 

 

Pirqulu qoruğu aşağı, orta və yuxarı 800 – 2000 m hündürlükdə dağ – 



meşə yarımqurşaqlarının bütün təbiət müxtəlifliklərini özündə təcəssüm etdirir. 

Nialdağın  cənub  yamacında  yerləşən  ərazi  Qırxbulaq,  Qart,  Əlifdağ,  Pirqulu, 

Cəngi və s. dağların müxtəlif istiqamətli suayrıcıları və dərələri ilə parçalan-

mışdır. Burada bəzən çay dərələrinin dərinliyi 500 – 600 m-ə çatır. Bu dağlar 

əsasən Tabaşir və üçüncü dövrlərin karbonatlı şistləri, qumdaşları və gilləri ilə 

örtülüdür. 

 

Ərazinin yerləşdiyi hündürlük onun iqliminin müxtəlifliyinə, bitki örtü-



yünün, torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmiş-

dir. Burada kifayət qədər Günəş işığı və istilik vardır. Günəşli saatların miqdarı 

2000  –  2200-

dən  artıqdır,  ümumi  günəş  radiasiyası  isə  125–133 kkal/sm

2

 

arasında  tərəddüd  edir.  Hündürlüyə  qalxdıqca  havanın  orta  illik  temperaturu 



 

191 


10

0

-



dən  5

0

-



yə  qədər  azalır.  Onun  miqdarı  Şamaxı  şəhərində  (750  m  hün-

dürlükdə) 11

0

-

yə, Pirqulu stasionarında (1400 m hündürlükdə) isə 8



0

-

yə çatır. 



Orta yanvar və orta iyul temperaturu isə müvafiq olaraq Şamaxıda – 0,6 və 23

0



Pirquluda  isə  -  4  və  19,7-dir.  Şaxtalar  noyabrın  əvvəlindən  aprelin  ortasına 

qədər davam edir. [cədvəl 1] 

Cədvəl 1 

Pirqulu qoruğunun əsas iqlim göstəriciləri 

(

Şamaxı meteostansiyası) 

Göstəricilər 

 



II 

III 

IV 



VI 

VII 

IX 



XI 

XII 

İllik 

Ümumi rad, 

kkal/sm

2

-



lə 

4,6 


5,8 

8,9 


11,4 

13,6 


17,2 

17,2 


16,0 

11,9 


7,7 

4,2 


123,7 

Rad.


balansı 

kkal/sm


2

-

lə 



-0,6 

1,1 


3,4 

4,7 


5,9 

7,9 


7,2 

6,7 


4,7 

2,3 


-0,2 

44,0 


Orta 

tempratur, C

0

 

ilə 



-0,5 

0,4 


3,3 

9,2 


15,5 

19,8 


23,2 

23,2 


18,0 

12,2 


2,0 

11,1 


Mütləq 

min.tempratur, 

C

0

 



ilə 

-19 


-15 

-12 


-6 





-5 

-15 


-19 

Mütləq maks. 

tempratur, C

ilə  



17 

21 


26 

30 


30 

35 


38 

38 


34 

30 


20 

38 


Nisbi 

rütubət, 

%-

lə 


81 

81 


82 

74 


68 

56 


50 

49 


65 

79 


80 

71 


Yağıntı, mm 

ilə 


42 

48 


64 

63 


59 

56 


24 

25 


48 

67 


40 

591 


Mümkün 

buxar, mm 

ilə  

22 


21 

32 


51 

77 


119 

170 


163 

94 


45 

25 


845 

Qarla örtülü 

günlər 

11 


11 







41 


 

 

Pirqulu statsionarındakı müşahidələr göstərir ki, 1961 – 1981-ci illərdə 



orta  dağ-meşə  qurşağında  mütləq  minimum  temperatur  –  24

0

-



yə  enmişdir. 

Buna baxmayaraq qaraçöhrədən başqa (yalnız meşəsiz sahələrdəki və kolluq-

lardakı qaraçöhrə kollarını şaxta müəyyən qədər qurutmuşdur) bütün ağac və 

kollar özlərini yaxşı hiss etmişlər. Yağıntıların orta illik miqdarı hündürlükdən 

aslı  olaraq  600  –  900  mm  olur.  Yaz  və  payız  ayları  daha  yağıntılı  keçir,  ən 

quraq iyul və avqust aylarıdır. Qəribədir ki, 1961 – 1983-cü illərdəki 23 ilin 19 

ilində  avqustun  birinci  onilliyində  yağışlar  olmuş  və  16  ilində  ilk  dumanlı 

havalar avqustun 19-

22 günlərindən başlamışdır. Leysan yağışlar tez-tez təkrar 

olunur  ki,  bu  da  eroziya  prosesinə,  torpağın  münbit  qatlarının  yuyulmasına 

səbəb  olur,  lakin  meşə  örtüyü  yağışların  bu  cür  mənfi  təsirinin  əhəmiyyətli 

dərəcədə zəiflədir. Pirqulu qoruğu ərazisində yağıntıların miqdarı, leysan yağış 

halları və ərazinin ümumi meyilliyi az olduğundan Zaqatala qoruğuna nisbətən 

sel hadisəsi az baş verir və onun şiddətli mənfi təsiri müşahidə olunmur. Bu-

rada yağıntıların 25%-ni qar təşkil edir. Aşağı dağ-meşə yarımqurşağında qarlı 

günlərin  sayı  40  –  50,  qar  örtüyünün  qalınlığı  isə  20  –  30 sm oldugu halda, 

 

192 


yuxarı  dağ-meşə  yarımqurşağında  bu  rəqəmlər  müvafiq  olaraq  100-120  günə 

bə 60-100-ə çatır. Bu ərazidə havanın nıibi rütubəti bütün il müddətində sərfəli 

həddə (50-60%) dəyişir. Qoruğun aşağı sərhədində buxarlanma ilə yağıntıların 

miqdarı  bir-birinə  təxminən  bərabər  olduğu  halda,  yuxarı  sərhədində  onların 

nisbəti 1,8-ə çatır. [4]  

 

Böyük Qafqazın cənub – şərq hissəsində 6 iqlim tipi hakimdir ki, onun 



da  3  tipi  qoruğun  ərazisini  əhatə  edir.  Bunlar  yayı  quraq  keçən  mülayim-isti 

(ərazisinin  aşağı  dağ-meşə  yarımqurşağında),  qışı  quraq  keçən  mülayim-isti 

(orta və yuxarı dağ-meşə yarımqurşaqlarının şərq hissəsində) və təxminən ya-

ğıntıları  bərabər  paylanan  mülayim-isti  (orta  və  yuxarı  dağ-meşə  yarım-

qurşaqlarının qərb hissəsində) iqlim tiplərindən ibarətdir. Qoruğun ərazisi kifa-

yət  qədər  rütubətli  və  meşə  ilə  örtülü  olduğu  üçün  burada  sıx  hidroqrafiya 

şəbəkəsi vardır. Bu da 20-dən artıq çaylardan, yüzlərlə bulaqlardan və tək-tək 

kiçik göllərdən ibarətdir. Qoruğun çayları Ağsu çayı və onun  Qırxbulaq,  Ava-

xıl,  Mərmərdaxar,  Sis,  Cəngi  və  s.  qollarıdır.  Ərazinin  yaxınlığından  Pirsaat 

çayının qolu Cənud çayı keçir. 

 

Relyefin  şaquli  dəyişməsi  və  parçalanması,  mürəkkəb  iqlim  şəraiti  və 



torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. 

Hətta 15 – 20 m

2

 

sahədə 20 – 25 ağac və kol, 60 – 70 ot bitkisi növünə rast 



gəlinir. 

 

Qoruğun ərazisində çəmən bitkilərinin sayı çox az olub, 25 ha (1,6%) 



təşkil edir. Meşənin  yuxarı sərhədində (1800 – 2000 m hündürlükdə)  yüksək 

məhsuldar    subalp    çəmənləri  yayılmışdır.  Ardıc,  qaraçöhrə  kolları  fonunda 

ətirli  çiçəklərlə  bəzənmiş  çəmənliklər  dağ  yamaclarını  örtür.  Qoruğun  ərazi-

sində  (əsasən  orta  dağ-meşə  qurşağında)  meşəaltı,  seyrək  meşəliklərdə  boz-

qırlanmış,  aşağı  dağ-meşə  qurşağının  meşəsiz  sahələrində  isə  dağ-bozqır  ot 

bitkiləri  yaxşı  inkşaf  etmişdir.  Belə  sahələrdə  ot  bitkisinin  yerüstü  hissəsinin 

fitokütləsi 3 – 5 t/ha-ya (mütləq quru çəkidə) çatır. Dağ çəmənlikləri tədricən 

seyrək  meşəliklərlə  əvəz  olunur.  Bu  meşələr  ağcaqayın,  palıd,  tozağac,  qara-

çöhrə qarışıqlı fıstıq və vələs meşələrindən ibarətdir.  

 

Qoruğun ərazisi üçün yüksək meşəlik səciyyəvidir. Burada meşə ilə örtülü 



sahə 1309 ha və ya 86,1 %-ə çatır; ərazinin 7,8%-i isə seyrək meşəlikdir. [4] 

 

Azərbaycanda  yayılmış  107  ağac  növünün  30-dan  artığına  Pirqulu 



qoruğunun  ərazisində  rast  gəlinir,  bunlardan  sayca  11-i  üstünlük  təşkil  edir. 

Meşələr,  əsasən  iberiya  və  şərq  palıdından,  şərq  fıstığından  və  Qafqaz  vələ-

sindən əmələ gəlmişdir. Bunlar həm təmiz, həm də qarışıq meşələr təşkil edir. 

Bu meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, ağ ağcaqayın, söyüd, 

qoz,  gilas,  alma,  armud  və  s.  ağaclar,  dəmirqara,  əzgil,  yemişan,  böyürtkən, 

itburnu, zirinc və kol bitkiləri yayılmışdır.  

 

Sahəcə birinci yeri vələs (476 ha və ya 36,4%), ikinci yeri palıd (458 ha 



və  ya  34,0%),  üçüncü  yüri  isə  fıstıq  (321  ha  və  ya  24,5%)  meşələri  tutur. 

Nisbətən  təmiz  ağcaqayın  (43  ha  və  ya  0,07  %)  meşələrində  təsadüf  edirlir. 

Cəngi meşəsində 1910-cu ildə salınmış 0,3 ha adi şam meşəliyi vardır. 

 

193 



Bu meşələr orta və yüksək sıxlığı (0,65 – 0,80) və bonitetlidir (II -III). 

Əsas meşə sahələri yüksək məhsuldarlığa malikdir. Qoruğun meşələrinin illik 

orta artımı 3060 m

3

 



və ya 2,2 m

3

/ ha təşkil edir. Pirqulu stasionarında aparılan 



elmi-

tədqiqat  işlərinin  nəticəsində  müəyyən  edilmişdir  ki,  palıd  meşələrinin 

fitokütləsi orta dağ-meşə qurşağında aşağı dağ-meşə qurşağına nisbətən 134 t/ 

ha (mütləq quru çəkidə) çoxdur. Yuxarı və orta dağ-meşə qurşaqlarının  fıstıq 

meşələrinin  kütləsi arasındakı  fərq isə çox azdır (21 t\ ha). Ən çox fitokütlə 

vələs (377 t/ha), ən az isə göyrüş (183 t/ha) meşələrində müəyyən edilmişdir. 

Pa

lıd  və  fıstıq  meşələri  bu  cəhətdən  orta  mövqe  tutur.  Fitokütlənin  18%-dən 



(vələs) 25 %-ə (göyrüş) qədərini kök sistemi təşkil edir. Bu meşələrdə illik ümumi 

artım 7,8 – 10,3, həqiqi artım isə 3,6 – 4,9 t/ha arasında tərəddüd edir [5].   

                                                                                               

Cədvəl 2 



Pirqulu qoruğunda meşə ilə örtülü ərazinin ağac cinsləri üzrə sahəsi və 

əsas taksasiya göstəriciləri (Щ.Ялийев вя б. 1993) 

 

Meşələr 



 

Sahəsi 


O

rta


 y

, i



O

rta



 b

o

n



ite

O



rta

 sıx


lıq

 

 



Oduncaq ehtiyatı 

 

İllik orta artım 



ha

 ilə


 

%

-lə



 

Ü

m



u

m



sah

əd

ə,



 

m

in



 m

3

 



ilə

 

1 ha



-d

a, 


m

3

 ilə



 

Ü

m



u

m



sah

əd

ə,



 

m

in



 m

3

 



 

1 ha


-d

a, 


m

3

 ilə



 

Vələs 


Palıd 

Fısdıq 


Ağcaqayın 

Göyrüş 


476 

458 


321 

  43 


  11 

36,4 


34,0 

24,5 


  4,1 

  0,8 


70 

70 


65 

60 


50 

III,1 


III,5 

III,0 


 II,4 

III,0 


0,66 

0,65 


0,71 

0,71 


0,80 

60,5 


56,4 

59,2 


  5,1 

  1,1 


127 

123 


184 

119 


100 

1,21 


0,81 

0,93 


0,09 

0,02 


2,54 

1,77 


2,90 

2,09 


1,82 

Cəmi (Orta) 

1309 

100 


63 

III,0 


0,71 

182,3 


131 

3,06 


2,22 

 

Tozağacı 1000-2200 m hündürlüyü olan ərazidə əsasən vələs, qismən də fısdıq 



meşələrinin çay yatağı hissələrində inkişaf edir. Çöl ağcaqayını orta dağ-meşə, 

sivri yarpaq ağcaqayın isə yuxarı dağ-meşə qurşaqlarında yaxşı inkişaf edir.  

Pirqulu qoruğunda Azərbaycan meşələrinin bir sıra qiymətli ağac növləri 

inkişaf edir.  Floramızın həmin nümunələrindən  biri meyvəli qaraçöhrədir, bu 

ağac  meşələrimizin  həmişəyaşıl  nümunələrindəndir.  Azərbaycanda  qaraçöhrə 

ilə qarışıq olan meşələrin ən geniş sahəsi (800 hektar) buradadır. 1300-2000 m 

hündürlükdə  şimal  və  şərq  yamaclarda  fısdıq  və  qismən  də  vələs  meşələri 

altında,  900-1400  m  hündürlükdə  isə  cənub,  şərq  və  qərb  yamaclarda  palıd 

meşələri  altında  inkişaf  edir.  Qaraçöhrə  bəzi  yerlərdə  ikinci  yarus  (orta  dağ-

meşə  qurşağında)  əmələ  gətirir,  bəzi  yerlərdə  isə  kol  formasında  olur  (bütün 

qurşaqlarda). Kol  formasında ona, hətta dağ çəmən-meşə  (1900-2000)  qurşa-

ğında  və  aşağı  dağ-meşə  yarımqurşağının  palıd  meşəsində  (800-900)  də  rast 

gəlinir.  Yüksək  məhsuldar  qaraçöhrə  ağacları  Pirqulu  massivində  və  Çənud 

çayının  dərəsində  saxlanılmışdır,  onlar  meşənin  tərkibinin    20-50%-ni  təşkil 

edir. Burada hər  hektarda 100-140 qaraçöhrə ağacı var (11). 

 

194 



Qoruğun  əsas  məqsədlərindən  biri  də  buradakı  qaraçöhrə  ağaclarının 

qorunması  və  onun  təbii  bərpası  üçün  tam  şərait  yaratmaqdır.  Bu  nadir  ağac 

keçmişdə meşələr şəklində inkişaf etmişdir. Keçən əsrə qədər Pirsaat çayı ilə 

Altıağac  kəndi  arasındakı  sahələrdə  müxtəlif  ağaclarla  yanaşı,  qaraçöhrə 

meşəliyi də geniş  yayılmışdır. Qaraçöhrə meşələrinin və nəhəng ağacların izi 

indi  də  qalır.  Avaxıl  kəndinin  yaxınlığında  Ağsu  çayının  dərəsində  sıx  qara-

çöhrə kolları, 50-60 il bundan əvvəl kəsilmiş və öz formasını itirməmiş 60-70 

santimetr diametrində qaraçöhrə ağacının kötüklərinə hələ də rast gəlinir. Buna 

əsasən  əlaqədar  təşkilatlar  qaraçöhrənin  qorunması  və  çoxaldılması  haqqında 

lazımi tədbirlər görməlidirlər.  

Böyük  Qafqazın cənub  yamacının  cənub-şərq hissəsində meşələrin və 

ayrı-ayrı ağac cinslərinin yayılmasında qərbdən şərqə doğru müəyyən qanuna-

uyğunluqlara  rast  gəlinir.  Bununla  əlaqədar  olaraq,  xüsusilə  meşənin  yuxarı 

sərhədinin  aşağı  enməsi,  fısdıq  meşələrinin  vələs  və  palıd  meşələri  ilə  əvəz 

olunması, meşələrin məhsuldarlığının azalması daha səciyyəvidir. Bu dayişik-

liklər  isə  həmin  istiqamətdə  rütubətin  azalması  ilə  əlaqədardır.  Qoruq  təşkil 

edilənə qədər bu ərazidə meşələr ciddi qorunmamış, xeyli hissəsi qırılmışdır. 

Ona  görə  də  ərazinin  vələs  meşələrinin  394,  palıd  meşələrinin  101,  fısdıq 

meşəsinin isə 70 hektarı kökdən bitmədir.  

Quş və heyvanların sayı və sıxlığı qoruq ərazisində çox deyildir. 1990-cı 

ilin payızında müəyyən edilmişdir ki, ərazidə 70-ə qədər çöl donuzu, 42 cüyür, 

4 köpgər, 16 qonur ayı vardır. Cüyür və qırqovulun sayı onların optimal nor-

ma

sından xeyli  azdır. Qoruğun əməkdaşları digər landşaft komponentləri kimi 



qiy

mətli heyvanların qorunmasına və artırılmasına da xüsusi qayğı göstərmə-

lidirlər.  

Pirqulu  dövlət  qoruğunda  Qırmızı  kitablara  adı  düşən  heyvanlardan 

qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur.  

Azərbaycan təbiətinin canlı incilərindən biri də cüyürdür. O, Avropanın 

xeyli  hissəsində,  Asiyanın  qərbində,  Qafqazda,  Orta  Asiyada,  cənubi  Sibirin 

dağlarında,  Monqolustanda,  Uzaq  Şərqdə  məskunlaşmışdır.  Vaxtilə  Azərbay-

can ərazisində olan bütün meşələrdə və kolluqlarda bu heyvana rast gəlinirdi. 

Hətta  Kür  çayının  sahilindəki  meşələrdə  də  geniş  yayılmışdı.  İndi  Kür-Araz 

ovalığında cüyürün kökü çoxdan kəsilmişdir. Hazırda yalnız B.Qafqaz, K.Qaf-

qaz və Lənkəran dağlarındakı meşələrdə cüyürə rast gəlinir.  

M

ürəkkəb  ekoloji  şərait-dağlıq  relyef,  hündürlük  istiqamətində  dəyişən 



iqlim amilləri, müxtəlif bitki örtüyü və dağ süxurları qoruğun ərazisində şaquli 

qanunauyğunluğa  tabe  olan  müxtəlif  torpaq  tiplərinin  əmələ  gəlməsinə  şərait 

yaratmışdır. Burada əsasən dağ-çəmən (sıx-çimli və becərilən yarımtiplər), dağ 

çəmən-meşə, qonur dağ-meşə (tipik, karbonat-qalıqlı, çəmənləşmiş və bozqır-

laşmış yarımtiplər), çürüntülü-karbonatlı dağ-meşə (tipik, tündrəngli və bozqır-

laşmış  yarımtiplər),  qəhvəyi  dağ-meşə  (tipik,  karbonatlı,  bozqırlaşmış  yarım-

tipləri) və s. torpaq tipləri yayılmışdır. Bütün  torpaq tip və  yarımtipləri  fiziki-

kimyəvi  xüsusiyyətlərinə görə bir sıra oxşar və fərqli əlamətlərə malikdir, bu-

 

195 


nunla  da  onlar  ərazinin  bitki  örtüyünə  və  su  balansına  xeyli  müxtəlif  təsir 

göstərir. 

Qonur  dağ-meşə  torpaqlarında  ən  çox  fıstıq  və  vələs  meşələri,  çürüntülü-

karbonatlı  dağ-meşə  torpaqlarında  əsasən  fıstıq  və  vələs,  qismən  də  palıd 

meşələri,  qəhvəyi  dağ-meşə  torpaqlarında  palıd  və  vələs  meşələri  daha  çox 

inkişaf  etmişdir.  Yuxarı  dağ-meşə  yarımqurşağında  Araqçın  sahəsində  qonur 

dağ-meşə  torpaqları,  orta  dağ-meşə  yarımqurşağının  Pirqulu  sahəsində  qonur 

dağ-meşə  və  çürüntülü-karbonatlı  dağ-meşə  torpaqları,  aşağı  dağ-meşə 

yarımqurşağının Cəngi sahəsində isə çürüntülü-karbonatlı dağ-meşə torpaqları 

daha  çox  yayılmışdır.  Deməli,  qoruğun  ərazisində  meşə  örtüyü  kimi,  torpaq 

tiplərinin də şaquli yayılması aydın görünür. Qeyd edilən bütün torpaq tip və 

yarımtipləri orta və yüksək meşəbitirmə xüsusiyyətinə malikdir. 

 

Respublika əhəmiyyətli Şamaxı meşələrinin mühafizəsi üçün mövcud qoruq 



sahəsi  çox  azdır.  Buradakı  meşələrin  vəziyyəti  və  yerləşdiyi  mövqe  onun 

müəyyən hissəsini qoruq sahəsinə çevirmək zəruriyyətini yaratmışdır. Hazırda 

Cənud  çayının  hövzəsindəki  və  Əlifdağdakı  meşələrin  Ağsu  və  Pirsaat 

çaylarının  hövzəsindəki  bir  sıra  kolluqların,  dağ-çəmən  qurşağının  meşələrin 

 

196 


yuxarı  sərhədinə  yaxın  hissəsinin,  Qırxbulaq  ətrafının,  qoruğun  üç  əlahiddə 

sahələri arasındakı meşə sahələrinin qoruğa verilməsi mühüm tədbir olardı. Bu 

meşələrin qoruğa çevrilməsinin bir sıra aşağıdakı zəruri səbəbləri mövcuddur: 

Pirsaat  çayı  hövzəsində  Şamaxı  meşə  təsərrüfatının  1067  hektar  meşə  sahəsi 

var.  Bu  meşələrin  ətrafında  Dəmirçi,  Ərçiman,  Talışnuru,  Qonaqkənd  və  s. 

kəndlər yerləşir. Həmin kəndlərin əhalisi meşələrə çox ciddi zərər vurur. Meşə 

təsərrüfatı,  xüsusilə  də  keçmiş  kolxozlar  Pirsaat  meşələrinin  qorunmasına 

lazımi qayğı göstərməmişdir. Son zamanlar bu meşəyə ilin bütün vaxtlarında 

müxtəlif  yerlərdən  əhalinin  və  turistlərin  kütləvi  gəlməsi  meşənin sakitliyini 

pozmuşdur.  Bu,  heyvanların  azalmasına,  bitkilərin  məhv  olmasına,  atılmış 

tullantılarla  meşənin  çirklənməsinə,  torpağın  həddən  artıq  tapdalanmasına  və 

ətraf  mühitin  çirklənməsinə  səbəb  olur.  Belə  vəziyyət  ölkəmizin  böyük  elmi 

müəssisələrindən  biri  sayılan  Şamaxı  astrofizika  rəsədxanası  üçün  əlverişli 

olmayan  astroiqlim  yaradır.  Bu  meşələrin  B.Qafqazın  cənub-şərq  hissəsinin 

meşəsiz  yamaclarının,  Qobustanın  sərhədlərində  son  meşə  sahəsi  olması  da 

onların tam qorunması zəruriyyətini artırır. 

Ağsu  çayı  dərəsindəki  meşə  sahələrinə  nisbətən  Pirsaat  çayı  hövzəsindəki 

meşələrin  ərazisi  qış  aylarında  isti  keçir,  qar  örtüyünün  qalınlığı,  qarlı  və 

dumanlı günlərin sayı xeyli az olur. Bununla əlaqədar payız və qış aylarında 

rayonun  başqa  ərazilərindən  buraya  çoxlu  heyvan  və  quşlar  miqrasiya edir. 

Ərazi isə qorunmadığından onlar qanunsuz olaraq ovlanır və məhv edilir. Bu 

ərazi çoxdan qoruq sahəsinə çevrilməli idi! 

Qoruğun ərazisi bir-birindən  xeyli  aralıda yerləşən 3 hissədən ibarətdir. Bu 

hissələrin  ən  böyüyü  551  hektardır.  Belə  kiçik  ərazilər  heyvanların  ciddi 

mühafizəsi üçün kifayət deyildir. Gün ərzində  yem ardınca qaban 30-35 km, 

cüyür 15-

20  km  yol  gedərək  bəzən  qoruqdan  kənar  sahəyə  çıxırlar  ki,  bu  da 

onlar üçün təhlükə törədir. Qoruğun hissələri arasındakı ərazilər isə qorunma-

yan 

sahələrdir. Heyvanlar həmin sahəyə keçdikdə bəzən yerli əhali tərəfindən 



ovlanır.  Qoruğa  birləşdirilməsi  zəruri  sayılan  və  Şamaxı  meşə  təsərrüfatının 

25-35-


ci meşə kvartallarını əhatə edən Əlifdağ meşə sahəsi qiymətli və nadir 

fauna və flora ilə zəngindir. Bu sahədə adları Qırmızı kitablara düşmüş qonur 

ayı, qarapaça və s. heyvanlar daha çox məskunlaşmışdır. Burada onların lazı-

mınca qorunmaması bu cür qiymətli növlərin atrıb qonşu sahələrə keçməsinə 

mane  olur,  hətta  ərazinin  özündə  belə  sayca  azalır.  Qoruğun  ayrı-ayrı 

hissələrini birləşdirmək məqsədilə onların arasında yerləşən əraziləri də qoruğa 

çevirmək  zəruridir.  Bu  800-2200  m  hündürlükdə    şaquli    istiqamətdə    geniş  

əraziləri tam qorumağa imkan verərdi.  

Qoruğun  yay  otlaqlarının  sərhədində  yerləşən  Qırxbulaq  sahəsinin  qorun-

ması mühüm əhəmiyyətə malikdir. Burada onlarla durna gözlü dağ çeşməsinin 

yerləşdiyi  əraziyə  nəzarət  edilmədiyindən,  həddindən  artıq  otarıldığından,  ət-

rafı köç yerinə və heyvan yatağına çevrildiyindən ərazinin təbii halı pozulmuş, 

meşələri  məhv  edilmiş,  ot  bitkiləri  xeyli  azalmış,  torpaq  örtüyünün  şiddətli  

eroziyaya uğramasına şərait yaranmış, güclü sürüşmələrin baş verməsinə səbəb 

 

197 


olmuş,  bulaq  sularının  bakterioloji  və  gigiyena  təmizliyi  pozulmuşdur.  Nəti-

cədə  bulaqların  suyu  azalmağa  və  çirklənməyə  başlamış,  sürüşmələr  isə 

bulağın “azmasına” və su kəmərlərinin dağılmasına səbəb olmuşdur. Bunların 

qarşısını almaq üçün dağ meşə-çəmən qurşağında və onun sərhədində yerləşən 

Qırxbulaq ərazisini də qoruğa çevirmək lazımdır. 

Qoruğun  fəaliyyətini  daha  da  yaxşılaşdırmaq  üçün  orada  idarə  və  muzey 

binası tikdirmək, dağ-meşə, dağ-çəmən və dağ-bozqır landşaft komplekslərini 

əksetdirən  zəngin  muzey  yaratmaq,  qoruğun  Pirqulu  sahəsində  zəngin  dağ-

meşə dendrologiya bağı salmaq mühüm tədbirlərdəndir.  

Təbiət  gözəlliyinin  rəngarəngliyi,  bitki  və  heyvanlar  aləminin  zənginliyi 

həmişə  əhalinin  diqqətini  buraya  cəlb  edir.  Bütün  ili  istər  isti  yay,  istərsə  də 

şaxtalı, qarlı qış günlərində Azərbaycanın müxtəlif şəhərlərindən (Bakı, Sum-

qayıt, Şamaxı, Ağsu, Göyçay, Kürdəmir və s.) kəndlərindən turistlər və alimlər

fəhlələr, tələbələr və məktəblilər, təqaüdçülər və uşaqlar tez-tez buraya gəlirlər. 

Onlar  meşələrin  füsunkar  yerlərində,  durna  gözlü  bulaqların  üstündə,  yalçın 

qa

yaların  altında,  cüyür  və  qırqovulların  qonşuluğunda,  yaşıl  örpəkli  dağ 



çəmənlərinin, ağ örpəkli qar örtüyünün üzərində istirahət edir, sağlamlıqlarını 

bərpa  edib,  gümrah  əhvali-ruhiyyə  və  yeni  qüvvə  ilə  işə  qayıdırlar.  Şamaxı 

rayonunda da yerləşməsi nəzərdə tutulan Milli Park hissəsi əhalinin istirahətini, 

turizmi,təbiətin  mühafizəsini  və  qoruğun  qoruq  rejimini  daha  da  yaxşılaşdır-

mağa  geniş  imkan  verəcəkdir.  Buradakı  Pirqulu  qoruğu,  Uludüzü  dövlət 

ovçuluq təsərrüfatı, qorunan bir sıra təbiət abidələri, yaradılması planlaşdırılan 

milli park hissəsi Şamaxı rayonunun, Ağsu və Pirsaat çayları hövzəsinin təbiət 

kompleksinin  və  təbii  sərvətlərinin  qorunmasında,  habelə  səmərəli  istifadə 

edilməsində mühüm rol oynayır. 

 

ƏDƏBİYYAT 

1.Budaqov B.Ə. Azərbaycan SSR-in təbii landşaftları və onların qorunması. Bakı: Elm, 1974, 

71 с. 

2.Budaqov B.Ə. Təbiəti qoruyaq. Bakı: Elm, 1977, 73 s. 



3.Daşdıyev R.H. Landşaftın ekologiyası. Bakı: MBM, 2010, 140 s. 

4.Əliyev H.Ə, Həsənov X.N. Təbiətin keşiyində. Bakı: Maarif, 1993, 312 s. 

5

.Əliyev H.Ə, Həsənov X.N. Təbiətin yaşıl libası. Bakı: Gənclik, 1988, 174 s. 



6. Ясядов К.С.,  Ибращимов Т.О. Азярбайъанын Милли Парклары, Б

akı: Елм вя тящсил, 2013, 

336 с.  

7

.Əsgərov Ə.A. Təbiətin mühafizəsi. Bakı: Maarif,  1983, 205 s. 



8.Göyçaylı Ş.Y. Coğrafi ekologiyasının əsasları. Bakı, 2010, 406 s. 

9.İbrahimov T.O. Azərbaycan qoruqları. Bakı: BDU, 2008, 155 s. 

10.İbrahimov  T.O.  Azərbaycan  qoruqlarının  ekoloji  problemləri.  I  hissə.  Bakı:  Mars-Print, 

2011, 255 s. 

11.İbrahimov T.O. Landşaftı qoruyaq. Bakı: Mars Print, 2003, 173 s. 

12.Məmmədov Q.Ş, Xəlilov M.Y. Azərbaycan meşələri. Bakı: Elm, 2002,472 s. 

 

 

198 



ПРИРОДНЫЕ УСЛОВИЯ И ЭКОЛОГИЧЕСКИЕ ПРОБЛЕМЫ  

ПИРКУЛИНСКОГО ГОСУДАРСТВЕННОГО ЗАПОВЕДНИКА 

 

Т.О.ИБРАГИМОВ, А.А.ИСМАИЛОВА 

 

РЕЗЮМЕ 

 

В  данной  статье  рассматриваются  экологические  проблемы  современных  ланд-



шафтов Пиркулинского заповедника. В статье даются рекомендации по улучшению эко-

логического состояния данного заповедника. 



 

Ключевые  слова:  ландшафт,  экология,  природные  разрушительные  процессы, 

оползни, антропогенные  воздействия, экосистемы  

 

 

NATURAL CONDITIONS AND ENVIRONMENTAL PROBLEMS  



OF PIRGULU STATE RESERVE 

 

T.O.IBRAHIMOV, A.A.ISMAYILOVA 

 

SUMMARY 

 

This article discusses the environmental problems of modern landscapes of Pirgulu re-

serve. Some natural processes and anthropogenic effects influence to ecological conditions of 

the reserve. The article provides recommendations to improve the ecological status of this re-

serve. 

 

Key words: landscape, ecology, natural destructive processes, landslip, anthrophogenic 



impact, ecosystem.  

 

Redaksiyaya daxil oldu: 08.10.2014-cü il. 



Çapa imzalandı: 05.11.2014-cü il. 

 

 



 

 

199 



Каталог: Xeberler%20Jurnali
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə