Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 65.84 Kb.
Pdf просмотр
tarix26.12.2016
ölçüsü65.84 Kb.

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

UOT: 61(091) 

 

İBN-SİNA YARADICILIĞI, ONUN AZƏRBAYCAN  

TƏBABƏT VƏ DƏRMANŞÜNASLIĞININ İNKİŞAFINDA ROLU 

 

A.A.

BƏNDƏLİYEVA 

Azərbaycan Tibb Universiteti 

bandaliyeva@mail.ru 

 

Qədim  Azərbaycan  mədəniyyətin,  dinin  və  sivilizasiyanın  inkişaf  etdiyi  bir  ölkədir. 

Azərbaycanda təbabətin inkişafının intibah dövrü Orta əsrlərə təsadüf edir. Bu intibah isə VII 

əsrdə  islam  dininin  meydana  gəlməsi  və  bu  ölkələrdə  görkəmli  alim-mütəfəkkirlərin  yara-

dıcılığında əldə edilən nailiyyətlər nəticəsində mümkün olmuşdur. Belə şəxsiyyətlərdən biri də 

çox  gözəl  alim,  orta  əsrin  görkəmli  və  dünya  tarixində  birinci  həkimi  –  ensiklopedist, mü-

təfəkkir Abu Əli əl-Hüseyn ibn Abdullah ibn əl-Həsən İbn Əli Sina olmuşdur. İbn Sina (Av-

ropada Avisenna adlandırılırdı.  Buxara yaxınlığında yerləşən Afşan qəsəbəsində anadan ol-

muş dahi Əbu Əli İbn Sina (980-1037) dəfələrlə Azərbaycanda olmuş və buradan tibbi məlu-

matlar toplamışdır. O, “Qanun fith-tibb” («Tibb qanunları») əsərində Azərbaycanın Səburxast 

qəsəbəsinə səfərindən bəhs edir. İbn Sina uzun müddət Azərbaycanın sərhədlərində yerləşən 

Həmədan şəhərində yaşamışdır və “Tibb qanunları” əsərinin böyük hissəsini orada yazmışdır.  

 

XII  əsrdə  «Müalicə  elminin  qanunu»  ərəb  dilindən  latın  dilinə  tərcümə  edilmiş, 

çoxsaylı ərəb, Avropa və latın surətlərində bütöv Avropaya paylanılmışdır. Bir neçə yüzillik 

ərzində  Qərbi  Avropanın  universitetlərində  gələcək  həkimlər  tibbi  təhsil  alan  zaman 

«Qanun»dan və İbn Sinanın digər əsərlərindən xeyli bəhrələnmişlər. 

 

Əczaçılıq tarixi üçün «Qanun»un ikinci kitabları daha çox maraq kəsb edir. Belə ki, 

burada  farmakoloji  təcrübələr  əks  olunmuşdur.  Əczaçılıqda  istifadə  olunan  isə  təbii:  bitki, 

mineral və heyvan mənşəli müalicə vasitələindən bəhs olunur.  

 

İbn Sinanın «Müalicə elminin qanunu» (1030) əsəri – qədim dünyanın təbabət bilik-

lərinin,  qədim yunan, Roma,  hind və  Orta Asiya həkimlərinin  təcrübələri  və  dünyagörüşləri 

haqqında  ensiklopedik  külliyyatdır.  Onun  əlyazması  hazırda  Azərbaycan  Elmlər  Akademi-

yasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.  

 

Açar sözlər: təbabət, dərmanşünaslıq, müalicə vasitəsi, orta əsrlər, dərman maddəsi 

 

 

Tarixi araşdırmalar nəticəsində məlum olmuşdur ki, dünyada, o cümlə-



dən Azərbaycanda təbabət və dərmanşünaslığın inkişafının intibah dövrü Orta 

əsrlərə təsadüf edir. Bu intibah isə VII əsrdə islam dininin meydana gəlməsi və 

bu ölkələrdə görkəmli alim-mütəfəkkirlərin yaradıcılığında əldə edilən nailiy-

yətlər nəticəsində mümkün olmuşdur. Müasir tibb və əczaçılığın geniş istiqa-

mətdə  gələcək  inkişafına  nail  olmaq  üçün,  onun  qədim  inkişaf  tarixinin 

 

119 



öyrənilməsi son dərəcə zəruri və aktualdır. Bu baxımdan ötən əsrlərdə yaşamış 

alimlərin yaradıcılıqlarının öyrənilməsi böyük əhəmiyyət kəsb edir (1, 41).  

 

Qeyd etmək lazımdır ki, belə şəxsiyyətlərdən biri , çox gözəl alim, orta 



əsrin  görkəmli  və  dünya  tarixində  birinci  həkimi  –  ensiklopedist,  mütəfəkkir 

Abu Əli əl-Hüseyn  ibn  Abdullah  ibn əl-Həsən İbn Əli Sina olmuşdur. Mütə-

fəkkirlərin arasında onun yeri artıq müəyyən olunmuş və təsadüfi deyildir ki, 

hələ  sağ  ikən  onu  «Elm  Padşahı»  («Abu  Əli»)  adlandırmışlar.  İbn  Sina 

(Avropada  Avisenna  adlandırılırdı)  (980-1037-ci  illər)  Buxara  yaxınlığında 

yerləşən Afşan qəsəbəsində anadan olmuş və ana tərəfdən qədim yerli əhaliyə 

məxsus  idi.  İbn-Sina  təbabətlə  əvvəlcədən  məşğul  olmuşdur.  O,  tərcümeyi-

halında yazır ki: «Sonradan məndə müalicəyə dair kitablara maraq yarandı və 

ancaq onlara həsr edilmiş kitablar oxumağa başladım. …». 

 

İbn Sina (980-1037) 

İbn Sinanın yaşadığı dövrdə yazdığı yüzdən çox kitabları (ərəb və latın 

dillərində)  əsasında  minlərlə  həkimlər  Asiya,  Afrika  və  Avropada  Renessans 

döv

rünə  kimi  bir  neçə  yüzilliklər  ərzində  xəstələri  və  yaralıları  müalicə 



etmişlər (3, 5).  

İbn  Sina  20-dən  çox  əsərini  təbabət  məsələlərinə  həsr  etmiş  və  onların 

çoxları  geniş  əsərlərdir.  İbn  Sinanın  əsas  tibb  əsəri  olan  «Müalicə  elminin 

qanunu» ona dünya şöhrəti qazandırmışdır. Qeyd edilməlidir ki, bu əsəri müəllif 

1020-

ci  ildə  Azərbaycanda  yaşadığı  dövrdə  yazıb  tamamlamışdır.  «Müalicə 



elminin  qanunu»  əsəri  –  qədim  dünyanın  təbabət  biliklərinin,  qədim  yunan, 

roma,  hind  və  orta  asiya  həkimlərinin  təcrübələri  və  dünyagörüşləri  haqqında 

ensiklopedik külliyyat

dır. Onun əlyazması hazırda Azərbaycan Elmlər Akademi-

ya

sının Məhəmməd Füzuli adına Əlyazmalar institutunda saxlanılır. 



2005-ci il 

İbn Sinanın bu əlyazması, Əbdülqasım Zəhravinin və İsmayil 

Cürcaninin tibbi əlyazmaları ilə birlikdə YUNESKO-nun Dünya Yaddaşı Proq-

ramının siyahısına daxil edilmişdir (15, 56). İbn Sinanın əsəri təbabət və əcza-

çılığın  sürətlə  inkişafına  kömək  etdi.  XVI-XVII  əsrlərdə  Telodada  «Müalicə 

elminin  qanunu»  ərəb  dilindən  latın  dilinə  tərcümə  edilmiş,  çoxsaylı  ərəb, 

Avropa 

və  latın  surətlərində  bütöv  Avropaya  paylanılmışdır.  Mətbəəçilik 



yarandıqdan sonra isə əsər Avropada 30 dəfə çap edilmişdir. 1981-ci ildə İbn 

 

120 



Sinanın «Qanun» əsəri yenidən nəşr edilmişdir (4, 10). 

Bir  neçə  yüzillik  ərzində  Qərbi  Avropanın  universitetlərində  gələcək 

həkimlər tibbi təhsil alan zaman «Qanun»dan və İbn Sinanın digər əsərlərindən 

xeyli bəhrələnmişlər. Beləliklə də, bir çox nəsillərin tibbi düşüncəsi formalaş-

mışdır.  «Qanun»  beş  kitaba  bölünmüşdür.  Birinci  kitab  təbabət  anlayışından, 

anatomiya və xəstəliklər haqqında ümumi, onların yaranma səbəbləri, sağlamlı-

ğın qorunması və ümumilikdə müalicə üsulları haqqında məlumatlardan ibarət-

dir. İkinci kitabda sadə dərman vasitələri və onların təsirləri haqqında nəzəriy-

yələr şərh edilmişdir. Üçüncü kitabda şəxsi patologiya və terapiya, ayrı-ayrı xəs-

təliklər və onların  müalicə üsulları haqqında qeydlər əks edilmişdir. Dördüncü 

kitab  cərahiyyə  və  qızdırma  haqqında  ümumi  nəzəriyyələrə  həsr  edilmişdir. 

Beşinci kitabda mürəkkəb dərman vasitələri, zəhərlər və onlara qarşı padzəhrlər 

göstərilmişdir (5, 550). Əczaçılıq tarixi üçün «Qanun»un ikinci və beşinci kitab-

la

rı  daha  çox  maraq  kəsb  edir.  «Qanun»un  ikinci  kitabının  əhəmiyyəti  ondan 



ibarətdir  ki,  burada  farmakoloji  təcrübə  ilə  yanaşı  bütün  ölkələrin  və  əsrlərin 

təbabətinin çoxəsrli farmakoqnostik təcrübəsi birləşdirilmişdir (6, 832). 

Bundan başqa bəzi dərman vasitələrini İbn Sina əczaçılığa ilk dəfə daxil 

etmişdir. Onların arasında kafur, rəvənd və başqaları vardır (7, 792). 

«Qanun»un  dördüncü  kitabında  İbn  Sina  əsasən  padzəhrlərə  –  bir qrup 

dərman  vasitələrinə  yer ayırmışdır  və onların  bir çoxları  hal-hazıra kimi tibb 

elminə daxil edilmişdir (8, 704). Beşinci kitabda mürəkkəb dərmanlar haqqında 

şəxsi  qeydlər  tiryək  və  böyük  dərman  qatışıqlarından  bəhs  edilir.  İbn  Sina 

yazırdı:  «Tiryəkın  körpəlik,  yeniyetmə,  cavanlıq,  qocalıq  və  ölüm  dövrləri 

mövcuddur. O, 

altı ay və ya bir il keçdikdən sonra uşaq olur. Sonra o dayanana 

kimi böyüyür və genişlənir, yəni isti ölkələrdə doqquz ildən sonra və ya soyuq 

ölkələrdə  isə  iyirmi  ildən  sonra  baş  verir. Sonra o,  yerində  on  və  ya  iyirmi  il 

dayanır, daha iyirmi və ya qırx ildən sonra onun gücü zəifləyir və nəhayət otuz 

və ya altmış ildən sonra xassələri itir və tiryək təsirini itirmiş dərman qarışığına 

çevrilmiş olur» (9, 735). Ibn Sinanın bu əsərində təbii mənşəli müalicə vasitələ-

rindən böyük bir qrup təşkil edən mineral mənşəli vasitələr və qiymətli daşların 

əhəmiyyəti haqqında çox maraqlı məlimatlar da öz əksini tapmışdır (2, 425). 

«Qanun» kitabının on ikinci maddəsində hər bir simptoma (əlamətə) görə 

rəkkəb dərmanların siyahısı tərtib edilmişdir (10, 328). Bu kitablar həm əc-



zaçılıq, həm də kimya, botanika, zoologiya, mineralogiya və fəlsəfə sahəsində 

görkəmli və əvəzolunmaz mənbə kimi əczaçılar üçün əhəmiyyətlidir (12, 50). 

İbn Sina kimya ilə maraqlanmış və bu sahədə işləmişdir. Onu bu elmin 

əsasını qoyanlardan biri hesab edirlər. İbn Sina Cabir ibn Xəyanı öz müəllimi 

adlandırmışdır. İbn Sina mineralları öyrənmiş, onun tərəfindən kimyəvi maddə-

lərin və elementlərin keyfiyyəti haqqında nəzəriyyələrə əsasən mineralların təs-

ni

fatı işlənib-hazırlanmışdır (13, 28).  



IX-

XII  əsrlər  tibb  elminin  xüsusilə  təşəkkül  tapdığı  və  inkişaf  etdiyi 

dövrdür. Məşhur təbabət xadimi filosof Məhəmməd Zəkəriyyə-ər-Razi /ərəb/, 

Əbu Mənsur Müvəffəq /azərbaycanlı/, Əbu Reyhan Biruni, Ömər Osman oğlu 

 

121 


/azərbaycanlı/ və b. göstərmək olar (11, 88). Bu görkəmli alimlərdən digəri də 

ibn Sinanın müəllimi Əbu Səhl Məsihi Cürcani İsa ibn Yəhya idi /1003-cü ildə 

vəfat edib/. Dahi Əbu Əli İbn Sina (980-1037) da dəfələrə Azərbaycanda olmuş 

və buradan tibbi məlumatlar toplamışdır. O, “Qanun fith-tibb” («Tibb qanunla-

rı») əsərində Azərbaycanın Səburxast qəsəbəsinə səfərindən bəhs edir. İbn Sina 

uzun  müddət  Azərbaycanın  sərhədlərində  yerləşən  Həmədan  şəhərində 

yaşamışdır və “Tibb qanunları” əsərinin böyük hissəsini orada yazmışdır.  

 

“Qanun” əsərindən  başqa İbn Sinanın tibbə aid  olan tibbin  inkişafında 



mühüm rol oynayan bir sıra diğər qiymətli əsərləri də vardır. Bunlardan “Dər-

man  vasitələri”  əsərini  Həmədanda  yaşadığı  dövrlərdə  yazmışdır  ki,  bu  əsər 

büt

ünlüklə ürəyin funksiyasına, plevra və ürək xəstəliklərinin diaqnostikasına 



və  müalicə  vasitələrinə  həsr  olunmuşdur.  “Çaxırın  zərəri  və  xeyri  haqqında” 

əsəri İbn Sinanın ən qısa traktaktıdır. “Tibb haqqında poema”, “Nəbz haqqında 

traktat”,  “Səyyahlar  üçün  tədbirlər”  əsərləri  də  bu  qəbildəndir.  “Cinsi  zəiflik 

haqqında traktat”-ı cinsi zəifliklə bağlı xəstəlik, onun diaqnostikası və müali-

cəsinə  həsr  olunmuşdur.  “Sirkəli  bal  haqqında  traktat”  müxtəlif  sirkə  və  bal 

tərkibli qarışıqların hazırlanması və müalicəvi təsirlərindən bəhs edir. 

 

Ümumiyyətlə, İbn Sina yaradıcılığı Şərq ölkələrinin, həmçinin Azərbay-



can  təbabət  və  əczaçılığının  inkişafına  mühüm  təsir  ğöstərmişdir.  O,  özünün 

“Qanun”  əsərini  yazarkən  Azərbaycan  alimlərinin  əsərlərindən  bəhrələnmiş, 

kitabda əks olunan təbii mənşəli dərman vasitələrinin müalicəvi təsirlərini elə 

orada  öyrənmişdir.  Onun  bu  cür  fəaliyyəti  və  yazdığı  əsərlər  Azərbaycanda 

yeni  təbabət  alimlərinin  formalaşmasına  və  müalicə  mərkəzlərinin,  elm  evlə-

rinin yaranmasına təkan vermişdir. 

Qeyd  etmək  lazımdır  ki,  üstündən  uzun  əsrlər  keçsə  də,  bu  alim  və 

mütəfəkkirlərin yaradıcılıq nümunələri bu ğün də çox dəyərlidir. Lakin təssüf 

ki,  bu  nümunələrin  böyük  əksəriyyəti  bədii  cəhətdən  tərcümə  edilib  təhlil 

edilsə də, tibbi baxımdan yetərincə araşdırılıb öyrənilməmişdir. Bu baxımdan 

hesab edirəm ki, istər İbn Sina yaradıcılığının, istərsə də bu sıradan olan dəyərli 

alimlərin  elmi  yaradıcılıqlarının  tibbi  cəhətdən  ətraflı  şəkildə  təhlil  edilib, 

araçdırılması son dərəcə zəruridir. 

 

ƏDƏBİYYAT 

1.

 

Бяндялийева  А.А.  Азярбайcан  дярманшцнаслыьынын  тарихиндян.  Азярбайcанда  Тибб 



елминин тарихи проблемляри. Бакы 1-2 феврал 2005-cи ил, s. 41-44 

2.

 



Вялийева  М.Н.,  Бяндялийева  А.А.  Ябу  Яли  Ибн  Синанын  «Ганун  ЫЫЫ-Тибб»  ясяриндя 

минерал дашларын мцалиcяви ящямиййяти щаггында / Орта яср ялйазмалары вя Азярбайcан 

Мядяниййяти  тарихи  проблемляри  ХЫ  Республика  Елми  конфрансынын  материаллары.  Бакы: 

Нурлан, 2008, s. 425-428. 

3.

 

F



ərid  Ələkbərli.  Azərbaycanda  tibb  tarixinin  araşdırılmasına  dair  /  Azərbaycanda tibb 

elminin  tarixi probleml

əri,  I  Respublika  elmi  konfransının  materialları,  Bakı,  1-2 fevral 

2005 materialları, Bakı, 2005, s. 3-12. 

4.

 

Абу  Али Ибн Сина (Авиценна). Канон врачебной науки. 2-е изд., Ташкент:  ФАН, 



1979-

1982, 5 кн. 214 c.  

5.

 

Абу  Али  Ибн  Сина.  Канон  врачебной  науки.  т.1,  перевод  с  арабского  М.А.Салье, 



 

122 


У.Т.Каримова, А. Расулева, Ташкент: ФАН, 1981, 550 с. 

6.

 



Абу Али Ибн Сина. Канон врачебной науки. т.2, перевод с арабского Ю.Н.Завадов-

ского и С. Мирзаева, Ташкент: ФАН, 1982, 832 с.  

7.

 

Абу  Али  Ибн  Сина.  Канон  врачебной  науки.  т.3(1),  перевод  У.И.Каримова,  и 



М.А.Салье, Ташкент: ФАН, 1979, 792 с.  

8.

 



Абу  Али  Ибн  Сина.  Канон  врачебной  науки.  т.3(2),перевод  П.Г.Булгакова, 

М.А.Салье, Ташкент: ФАН, 1980, 704 с.  

9.

 

Абу  Али  Ибн  Сина.  Канон  врачебной  науки.  т.4,  перевод  М.А.Салье,  Ташкент: 



ФАН, 1980, 735 с.  

10.


 

Абу Али Ибн Сина. Канон врачебной науки. т.5, перевод У.И.Каримова, Ташкент: 

ФАН, 1980, 328 с.  

11.


 

Алекперов Фарид. Охрана здоровья в средневековом (Х-ХУП1 вв.) Азербайджане. 

Баку: Иршад, 1999, 88 с. 

12.


 

Петров Б.Д. Фармация Ибн Сины (к 1000 – летию со дня рождения) // Аптечное де-

ло, №5, 1952, с. 50-60 

13.


 

Петров Б.Д. Канон врачебной науки // Здоровье, №4, 1973, с. 28 

14.

 

Петров Б.Д. Али Ибн Сина (Авиценна). М.: Медицина, 1980, с. 151 



15.

 

Heydar Aliyev Foundation Medical Manuscripts of Azerbaijan,  Baku,  2006. 



Pub.Azerbaijan National Academy of Sciences, p. 25 

 

ПРОИЗВЕДЕНИЕ ИБН-СИНЫ И ЕГО РОЛЬ В РАЗВИТИИ  



МЕДИЦИНЫ И ЛЕКАРСТВОВЕДЕНИЯ В АЗЕРБАЙДЖАНЕ 

 

А.А.БАНДАЛИЕВА 

 

РЕЗЮМЕ 

 

Древний Азербайджан является одним из стран, где развивались религия, культура и 



цивилизация. Медицина в Азербайджане развивалась в эпоху возрождения средновековья. 

Медицина в средние века носила резко различный характер в Азербайджане. На этой основе 

оказались возможными достижения практической медицины и медицинской науки. Раз-

витие получили лекарствоведение, лечение заразных болезней, некоторые элементы ги-

гиены.  Виднейшим  на  Востоке  врачом,  оказавший  большое  влияние  на  европейскую 

медицину, был Ибн-Сина. 

Абу Али Хусейн ибн Абдаллах ибн Сина или Авиценна (Афшана близ Бухары, 

98

0  года-Хамадан, 1037)-средневековый  персидский  ученый,  философ  и  врач.  Расцвет 



деятельности Ибн-Сины относится к его пребыванию в начале 11 века в Азербайджане в 

городе Хамадан. 

Основные  медицинские  произведения  Ибн  Сины  «Канон  врачебной  науки»-

сочинение  энциклопедического  характера,  в  котором  предписания  античных  медиков 

осмыслены и переработаны в соответствии с достижениями арабской медицины. В «Ка-

ноне» Ибн Сина предположил, что заболевания могут  вызываться какими-то мельчай-

шими существами. 

В «Каноне» две книги из пяти посвящены описанию лекарственного сырья, спосо-

бам их изготовления и употребления лекарственных средств растительного, минерально-

го и животного происхождений.  

«Канон» распространился не только на Востоке; на протяжении многих веков в 

латинском переводе он был одним из основных руководств изучения медицины в уни-

верситетах Западной Европы. 

«Канон» Ибн Сина является сборником энциклопедических знаний всех римских, 

греческих, индийских и среднеазиатских врачей и хранится в Институте Рукописей име-

 

123 



ни Мухаммеда Физули Нацианальной Академии Азербайджана. 

 

Kлючевые слова: медицина, лекарствоведение, лечебные средства, средние века, 

лекарственное средство. 

 

THE CREATIVE WORKS OF IBN SINA AND HIS  

ROLE IN DEVELOPMENT OF AZERBAIJAN  

MEDICINE  

 

A.A.BANDALIYEVA 

 

SUMMARY 

 

Azerbaijan is a country at the crossroads of numerous cultures, religions and civiliza-

tions. Ancient inhabitants of Azerbaijan had certain knowledge in the field of medicine. New 

era in medicine began after the invasion of Arabs and the spread of Islam in Azerbaijan. The 

development of various sciences, including medicine in Azerbaijan, occured when Islam was 

intoduced (7th century AD). 

The blossming  of original thought in Azerbaijani  science began as the tenth century 

drew towards an end. The Famous Central Asian scholar, Abu Ali Ibn Sina repeatedly visited 

Azerbaijan during his stay in Hamadan –  a city between Southern Azerbaijan and Central 

Persia. Namely in Hamadan was written the main part of “Canon of Medicine”, the greatest 

book in the history of medicine. Ibn Sina had many students from Azerbaijan, and he mentions 

in his Canon that he visited the Azerbaijani town of Saburkhast to examine the quality of the 

local water. 

Avicenna, born in the town of Afshana nearby Bukhara, did much of his medical ob-

servations later on in Persia and Azerbaijan. “Canon”, an encyclopedic work in Arabic, is con-

sidered to be the single, most famous book in medical history - both in East and in the West. 

During the Middle Ages, the “Canon of Medicine” influenced the development of med-

ical sciences on the whole, Muslim World and Cristian Europe. In the 12

th

 century, the Canon 



was translated from Arabic to Latin by Gerard of Cremona and used as a medical, textbook at 

European universities. The second book is primarily devoted to pharmacology. It contains 

pharmaceutical descriptions of hundreds of natural medicines plants, minerals and animal sub-

stances. 

Manuscripts of the Azeribaijan National Academy of Sciencse is fortunate to have some 

real treasures in their collection. For example, it preserves one of the oldest copies of the se-

cond volume of 

“Canon of Medicine” by İbn Sina, known in the West as Avisenna (980-1037). 

 

Key wods: Medicine, medieval, preatment means, Middle Ages, drug 

 

124 



: Xeberler%20Jurnali -> Humanitar%20%20%202014%20%201
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml
Humanitar%20%20%202014%20%201 -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə