Baki döVLƏt universiteti SƏRBƏst iŞ №2



Yüklə 153,03 Kb.
səhifə2/3
tarix02.12.2023
ölçüsü153,03 Kb.
#171262
1   2   3
Azərbaycan dilinin və Azərbaycan xalqının formalaşması.

Qədim Dövr
Azərbaycan ədəbi dilinin işlənildiyi areal öz miqyası ilə fərqlənir. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün ön Asiyada ədəbi dil rolunu oynamışdır. Həmin dövrün ədəbi dili yeni dövr Azərbaycan dilindən dilxarici və dildaxili xüsusiyyətləri ilə seçilir.
Dövrlər arasındakı fonetik fərqlər güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyəvidir. Birinci dövrə xas olan o//a sait, t//d, m//b, h//q//x samit müvaziliyi artıq birincilərin (o və t, m, h) qələbəsi ilə nəticələnir: av-ov; dutmaq-tutmaq; bən-mən; qanı-xanı-hanı və s.
Bu dövrdə əski Azərbaycan ədəbi dilinin Osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliyini itirməyə başlayır. Bu, türk ədəbi dillərinin ayrılmasının (diferensiasiyasının) başa çatmasının nəticəsi idi. Eyni zamanda, bu dövrdə əski Azərbaycan türkcəsi üçün fəal sayılan sözlər də (sayru – xəstə, güz-payız, görklü-gözəl, tanıq-şahid, uçmaq-cənnət, ayıtmaq-demək və s.) arxaikləşməyə başlamışdır.
Qrammatika sahəsində də oxşar vəziyyət özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin –yi, - yı, - yu, - yü// - ni, - nı, - nu, -nü müvaziliyi ikinci dövrdə aradan çıxmışdır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//- əcək, III şəxs –dürür şəkilçisi isə -dür (hökmdürür-hökmdür) şəkilçisinə vermişdir və s.
Sintaktik sahədə əski dövr Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb-fars izafətinə uyğunlamışdır. Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir: çeşmi-giryan-göz yaşı, saliki-rahi-həqiqət-həqiqət yolunun yolçuları və s. İkinci dövrdə isə əksinə, təyin edən söz təyin olunan sözdən bir qayda olaraq əvvəl gəlmişdir.
Qədim dövrdə əsasən iki üslub özünü göstərirdi: klassik-kitab və danışıq-folklor üslubu. Üslubların formalaşması və inkişafı baxımından bu dövrü iki yarımmərhələyə bölmək olar: 1) ən qədim dövrlərdən XII əsrin sonlarına qədər. Bu, Azərbaycan ədəbi dilinin formalaşmasının başlanğıcıdır. Şifahi dil abidəsi mövcuddur. Yazılı ədəbi nümunələr dolayı faktlarla təsdiq olunur. 2) XIII əsrdən XVII əsrin əvvəllərinə qədərki mərhələ. Bu mərhələdə kitab üslubu formalaşır. Onun dili əcnəbi dil ünsürlərinin çoxluğu ilə səciyyələnir. Azərbaycanda dövlət dili kimi ərəb və fars dilləri işləndiyindən bu üslub sürətlə inkişaf edir və aparıcı mövqeyə çıxır. Danışıq-folklor üslubu onun ardınca gəlir. Təbriz-Şirvan dialektləri ədəbi dilin konyesi kimi çıxış edir.


Yüklə 153,03 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin