Baki 2015 Ağac emalı və mebel sənayesi üzrə Arayış



Yüklə 71.17 Kb.
Pdf просмотр
tarix22.05.2017
ölçüsü71.17 Kb.

 

 

 



 

 

 



 

BAKI 2015

 

Ağac emalı və mebel sənayesi üzrə 

Arayış 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

 

1

 

 



Ağac emalı və mebel sənayesi 

 

 

Dünyada meşə və ağac emalı sənayesi. Meşə və ağac emalı sənayesi tikinti 

materialları, sellüloz, kağız, süni lif, mebel və digər məhsulların istehsalını özündə 

cəmləşdirən  sənaye  sahəsidir.  İri  həcmlərlə  meşə  məhsulları  tədarük  edilən 

ölkələrdə meşə tədarükü ayrıca olaraq hasilat sənayesi qrupuna daxil edilir, hasilat 

həcmi  kiçik  olan  ölkələrdə  bu  istehsalat  sahəsi  taxta-şalban  məhsulların 

istehsalının tərkibində olur. 

Hesablamalara  əsasən,  hazırda  yer  kürəsi  səthinin  4  milyard  hektarını  (quru 

ərazinin  təqribən  31%-i)  meşə  sahəsi  əhatə  edir.  Meşə  sahələrinin  böyüklüyünə 

görə  dünyanın  aparıcı  ölkələri  Rusiya,  Braziliya,  Kanada,  ABŞ,  Çin  və 

Avstraliyadır. 

Ağac  emalı  sənayesi  meşə  təsərrüfatının  aparıcı  sənaye  sahələrindən  hesab 

olunur və ölkələrin ümumi daxili məhsul istehsalında özünəməxsus yerə malikdir. 

Aşağıdakı  cədvəldə  dünya  üzrə  ən  çox  ağac  məhsulları  ixrac  edən  ölkələrin 

siyahısı verilmişdir. Ümumilikdə, bu ölkələrin dünya bazarına ixracı 2012-ci ildə 

dünya üzrə ümumi ağac məhsulları ixracının 65%-ni təşkil etmişdir.  

 

Ölkə 



Dünya bazarına 

ixracda ölkənin payı 

Ölkənin ixracında 

payı 

Çin 


12,6% 

0,6% 


Kanada 

10,2% 


2,2% 

Almaniya 

8,5% 

1,0% 


ABŞ 

8,0% 


0,5% 

Rusiya 


6,5% 

1,8% 


Avstriya 

4,8% 


2,9% 

İsveç 


4,5% 

2,5% 


Polşa 

3,6% 


1,9% 

İndoneziya 

3,5% 

1,8% 


Finlandiya 

2,8% 


3,8% 

Cədvəl 1. Dünyanın ən böyük ağac məhsulları ixracatçısı ölkələri (2012-ci il) 

 

Dünya mebel sənayesi 

Emal  sənayesinin  aparıcı  sahələrindən  biri  olan  mebel  sənayesinin  dünya 

iqtisadiyyatındakı  rolu  ildən-ilə  artmaqda,  bu  sahədə  ölkələr  arasında  rəqabət  və 

bazar paylarının əldə olunması istiqamətində fəaliyyətlər genişlənməkdədir. 

Mebel  sənayesi  ənənəvi  olaraq  meşə  təsərrüfatı  və  ağac  emalı  sənayesi  ilə 

birbaşa  əlaqəli  sənaye  sahəsi  olsa  da,  son  illərdə  kimya  sənayesində  əldə  olunan 

elmi-texniki nailiyyətlər sahənin ağac emalı sənayesindən asılılığını azaltmışdır.  

Dünyada  mebel  istehsalı  sahəsində  aparıcı  ölkələr  Çin,  ABŞ,  İtaliya, 

Almaniya,  Yaponiya,  Fransa,  Kanada,  Birləşmiş  Krallıq,  Polşa  və  Türkiyə  hesab 

olunur.  



2

 

 



Mebel  istehsalı  üzrə  Çin  25%,  ABŞ  15%,  İtaliya  8%,  Almaniya  7%  bazar 

payına malikdir və 2010-cu ilin məlumatlarına əsasən, bu dörd ölkə dünya mebel 

istehsalının  yarıdan  çoxunu  həyata  keçirməkdədir.  Yaponiya,  Fransa,  Kanada, 

Birləşmiş Krallıq və Polşanın payına 3%, digər inkişaf etmiş ölkələrə 16%, inkişaf 

etməkdə olan ölkələrin payına isə 10% düşür.  

Çin, Polşa və Vyetnam ixraca üstünlük verməklə istehsal və dizayn sahəsində 

sürətlə  inkişaf  edən  ölkələrdir.  Ayrı-ayrı  üzv  dövlətlərin  dünya  mebel 

istehsalındakı payı ilə yanaşı, Avropa İttifaqının ümumilikdə mebel istehsalındakı 

payı  20%-dir.  Statistik  məlumatlara  əsasən,  2012-ci  ildə  dünyada  mebel 

istehsalının həcmi 450 milyard ABŞ dollar olmuşdur.  

 

 

 



Diaqram 1. Dünya mebel ticarətinin artım templəri (Mənbə: CSII 2012) 

 

Dünya idxalı 

Dünya  mebel  istehlakı  ilə  yanaşı,  mebel  ticarətində  də  inkişaf  etmiş 

dövlətlərin payı yüksək olaraq qalmaqdadır. 2012-ci ilin məlumatına əsasən, ABŞ 

hal-hazırda dünyada ən böyük mebel idxalçısıdır, Almaniya və Fransa isə müvafiq 

olaraq 2-ci və 3-cü yerdədirlər. 

İnkişaf  etməkdə  olan  ölkələrin  mebel  idxalı  isə  daha  aşağı  səviyyələrdə 

qalmışdır. Belə ki, 2011-ci il məlumatlarına əsasən, Hindistan 6%, Braziliya 5%, 

Çin isə 2% həcmində mebel idxal edən ölkələr sırasında olmuşlar.  

 

Dünya ixracı 

Dünya  üzrə  ən böyük  mebel  ixrac  edən  ölkələr  Çin, Almaniya, İtaliya, ABŞ 

və  Polşadır.  Ümumilikdə,  dünya  mal  ticarətinin  1%-i  mebel  sənayesinin  payına 

düşür.  

Proqnozlara  əsasən,  növbəti  illərdə  Asiya  və  Cənubi  Amerika  mebel 

bazarlarında  tələbatın  artacağı,  Şimali  Amerikada  az  da  olsa  artım  olacağı,  Şərqi 

Avropa  istisna  olmaqla,  Avropa  bazarında  durğunluğun  davam  edəcəyi  nəzərdə 



3

 

 



tutulur. Eyni zamanda inkişaf etməkdə olan ölkələrdə də mebel məhsullarına olan 

tələbatın  artacağı  və  istehsalçılar  üçün  bu  ölkələrə  ixrac  imkanlarının  yaranacağı 

proqnozlaşdırılır.  

 

Avropa İttifaqının mebel bazarı 

Avropa  İttifaqının  (Aİ)  rəsmi  statistik  orqanı  olan  “Avrostat”ın  məlumatına 

əsasən, Avropa mebel istehsalı 2003-2007-ci illər arasında 9%-dən çox artmışdır. 

2007-2009-cu  illər  arasında  iqtisadi  böhran  səbəbindən  istehsal  22%  geriləmiş, 

2009-2011-ci illər arasında isə yenidən istehsalda 7%-lik artım qeydə alınmışdır. 

Asiya-Sakit  Okean  hövzəsi  ölkələrindən  sonra  Qərbi  Avropa  qlobal  mebel 

istehlakının  20%-ni  və  mebel  istehsalının  20%-dən  çoxunu  özündə  cəmləşdirən 

regiondur.  Bazar  baxımından  növbəti  illərdə  Skandinaviya  bazarının  böyüyəcəyi, 

Mərkəzi  Avropa  və  Böyük  Britaniya  bazarının  sabit  qalacağı,  cənub  ölkələrinin 

bazarının isə kiçiləcəyi proqnozlaşdırılmaqdadır. İttifaqın mebel istehsalı sahəsində 

aparıcı ölkələri İtaliya və Almaniya hesab olunur. Böyük Britaniya, Fransa, Polşa 

və İspaniya da böyük mebel istehsalçılarındandır.  

Son illərdə İtaliyanın mebel sənayesində müəyyən durğunluq yaşansa da, ölkə 

yenə də Çin və ABŞ-dan sonra dünyanın üçüncü ən böyük istehsalçıdır. Son illərdə 

Şərqi Avropa ölkələrində də mebel istehsalı sahəsində artım qeydə alınmış, sektor 

Estoniyada  25%,  Litvada  24%,  Polşada  12%,  Macarıstanda  isə  2%  böyümüşdür. 

İspaniya və Yunanıstanda isə sektorda azalma olmuşdur.  

Aİ-nin mebel sənayesində istifadə olunan xammal əsasən 4 qrupa bölünür: 

-

 



Oduncaq (oduncaqdan hazırlanan məmulatlar); 

-

 



Metal məmulatları (alüminium, polad, dəmir); 

-

 



Plastik məmulatlar (termoplast və ploimer materialları); 

-

 



Digər məmulatlar (şüşə, daş, dəri, bambuk və s). 

 

İstehsal olunan mebel məhsulları növlərinə görə də fərqlilik göstərir: 



-

 

Üzlənmiş  oturacaqlar  (stullar,  divanlar,  dəri,  yun,  sintetik  məhsullarla 



üzlənmiş digər oturacaqlar); 

-

 



Üzlənməmiş  oturacaqlar  (stullar,  divanlar,  kreslolar  və  sair  oturacaq 

məhsulları); 

-

 

Ofis mebeli (oturacaqlar, kreslolar, masalar, lövhələr və s.); 



-

 

Mağaza mebelləri (şkaflar, saxlama qabları və s.); 



-

 

Mətbəx mebeli (mətbəx masa və stulları, şkaflar və s.); 



-

 

Yataq mebeli (çarpayılar, şifonerlər, bədənnüma ayna və s. avadanlıqlar); 



-

 

Digər mebellər (şkaflar, kitab şkafları, divar dəstləri və s.). 



 

2011-ci  ilin  məlumatlarına  əsasən,  Aİ-nin  mebel  idxalında  əsas  yeri  Çin 

(55,4%), Vyetnam (5,34%), Türkiyə (5,33%) və İndoneziya (4,0%) mebelləri tutur. 

Digər  idxalçı  ölkələr  isə  ABŞ,  İsveçrə,  Bosniya  və  Herseqovina,  Malayziya, 

Tayvan və Norveçdir. Avropa İttifaqının mebel məhsullarının  əsas ixrac bazarları 

isə İsveçrə (17,2%), ABŞ (15,3%,), Rusiya (12,4%) və Norveçdir (9,7%). 



4

 

 



Bu  sektorda  130  min  şirkət  fəaliyyət  göstərir  ki,  2014-cü  ildə  onların  illik 

dövriyyəsi 96 milyard avro olmuşdur. İşçilərin sayı isə 1 milyona yaxındır. Avropa 

İttifaqı dünya mebel bazarında yüksək keyfiyyətli məhsul istehsalına görə liderdir. 

Belə ki, dünyada satılan yüksək keyfiyyətli mebel məhsullarının hər üçündən ikisi 

Avropa İttifaqında istehsal olunur.  

 

İtaliya mebel sənayesi. İtaliya dünyanın ən böyük ikinci mebel ixracatçısıdır. 

2004-cü  ilə  kimi  İtaliya  mebel  ixracatında  lider  idi,  lakin  2004-cü  ildə  Çin  bu 

sahədə İtaliyanı üstələmişdir. Çin həm də dünyanın ən böyük istehsalçısıdır. İtaliya 

isə Çin və ABŞ-dan sonra 3-cü ən böyük istehsalçıdır (mənbə: CSİL, 2011).  

İtaliya mebel sənayesində 218 mindən çox işçi çalışır. 2011-ci ildə İtaliyadan 

Çinə  mebel  ixracatı  34%-dən,  Rusiya  və  İsveçrəyə  isə  10%-dən  çox  artmışdır. 

İtaliya mebelinin ən böyük idxalçıları Almaniya və Fransadır.  

Dünyanın ən böyük mebel istehsalçılarından  biri olan “İKEA” şirkəti Çin və 

Malayziyada  olan  bir  çox  zavodlarını  bağlayıb  İtaliyaya  investisiya  etməyə  qərar 

vermişdir. XXI əsrdə bir çox şirkətlər Avropada olan zavodlarını bağlayıb, istehsal 

müəssisələrini Asiyaya köçürdüyündən, bu hadisə qeyri-adi hesab olunur. 2011-ci 

ilin  avqust  ayında  İtaliya  “İKEA”  şirkətinin  ən  böyük  3-cü  təchizatçısına 

çevrilmişdir.  Çin  şirkətin  ən  böyük,  Polşa  isə  2-ci  ən  böyük  təchizatçısıdır 

(Economic Times, 2012).  

 

Türkiyənin  mebel  bazarı.  Türkiyənin  mebel  sənayesi digər  sənaye  sahələrinə 

görə  daha  çox  yaşı  və  ənənələri  olan  sənaye  sahəsidir.  Ölkədə  uzun  müddət 

atelyelər  şəklində  varlığını  qoruyan  bu  sektor  bir-birindən  müstəqil  və  kiçik 

sahələrdə fəaliyyət göstərmiş, insan  əməyinə dayanan bir sektor kimi  fəaliyyətinə 

davam  etmişdir.  Sektorun  məhsulunun  əsas  hissəsini  daxili  tələbata  yönəlik, 

insanların əsas ehtiyaclarını ödəyən kiçik ev əşyaları tipli mebellər tutmuşdur. 

Lakin  ötən  əsrin  80-ci  illərində  Türkiyədə  qəbul  edilən  ixraca  yönümlü 

iqtisadi inkişaf modeli digər sənaye sahələrində olduğu kimi, mebel sənayesinə də 

öz  müsbət  təsirini  göstərmiş,  sektor  son  20-25  il  ərzində  əhəmiyyətli  dərəcədə 

böyümüşdür. Türkiyə hazırda dünya mebel ixracında 1% hissəyə sahibdir. 

Coğrafi olaraq fəaliyyətlər əsas İstanbul və Kayseri şəhərləri olmaqla İzmir, 

Bursa,  Ankara  və  Adana  kimi  şəhərlərdə  cəmlənmişdir.  Türkiyənin  mebel 

sektorunda hazırda kiçik və orta miqyaslı sahibkarlıq subyektləri daha aktivdirlər. 

2011-ci  ilin  statistik  məlumatlarına  əsasən,  ölkə  1,6  milyard  ABŞ  dolları 

məbləğində mebel ixrac etmişdir. Türkiyənin mebel ixrac etdiyi əsas ölkələr İraq, 

Almaniya,  Azərbaycan,  İran,  Fransa,  Türkmənistan,  Hollandiya  və  Rusiya 

Federasiyasıdır.  Mebel  sənayesinin  əsas  ixrac  məhsulları  isə  oturma  qrupları  və 

onların  hissələrindən  ibarət  olmuşdur.  Sonrakı  yerləri  yataq  otağı  dəstləri,  tibb 

sahəsində  istifadə  olunan  avadanlıqlar,  baytarlıq  sahəsində  istifadə  olunan 

avadanlıqlar tutmuşdur. 

Türkiyə mebel sənayesinin məhsullarını ixrac edən ölkə olmaqla yanaşı, həm 

də bu sahədə idxal edən ölkələrdəndir. Mebel idxalı 2010-cu ildə 27%, 2011-ci ildə 

isə  26%  artım  göstərmişdir.  2011-ci  ildə  Türkiyənin  idxal  etdiyi  mebel 


5

 

 



məhsullarının  34%-ni  Çin  məhsulları  tutmuşdur.  Sonrakı  yerlərdə  isə  İtaliya, 

Almaniya, Polşa və Fransa məhsullarıdır. 

2001-ci  ildən  etibarən  davamlı  şəkildə  böyüyən  Türkiyə  mebel  sənayesi 

dünya  mebel  ixracında  2011-ci  ildə  21-ci  sırada,  Avropada  isə  6-cı  sırada 

qərarlaşmışdır və eyni ildə 214 ölkəyə 1,6 milyard dollarlıq məhsul ixrac etmişdir.  

 

Rusiyanın mebel bazarı. Rusiya mebel bazarı dünyanın ən sürətli böyüyən və 

rəqabətin  yüksək  olduğu  bazarlarından  biridir.  Buna  baxmayaraq,  qlobal  mebel 

bazarında ölkənin payı aşağı səviyyədədir (3%-dən az). 

2012-ci ilin məlumatlarına əsasən, bazarın həcmi 10-12 milyard ABŞ dolları 

həcmində  qiymətləndirilir,  lakin  əlavə  5  milyard  dollarlıq  həcmin  də  kölgə 

iqtisadiyyatı üzündən rəsmi qeydiyyatda olmadığı hesab olunur. 

Ölkə  dünyada  mebel  istehsalına  görə  2012-ci  ildə  15-ci,  idxalına  görə  9-cu 

yerdə olmuşdur. Digər ölkələrlə müqayisədə Rusiya  mebel bazarı yüksək tələbata 

malik  və  idxal  yönümlü  bazardır.  Yerli  istehsalın  rəqabət  qabiliyyətinin  aşağı 

olması  və  müştəri  məmnuniyyətinin  az  olması  mebel  sənayesinin  idxal  yönümlü 

olmasının  əsas  səbəblərindəndir.  Çin  və  Belarus  istehsalçıları  ölkədə  aktivdir. 

Yaşayış  standartlarının  yüksəlməsi  və  gənc  istehlakçıların  sayının  artması 

səbəbindən orta müddətdə ölkədə mebel istehlakının artacağı proqnozlaşdırılır.  

Bazar  seqmentinin  60%-ni  orta  təbəqə,  30%-ni  aşağı  təbəqə,  10%-ni  isə 

yuxarı  təbəqə  tutmaqdadır.  2013-cü  ilin  əvvəlinə  daxili  istehsal  42%,  istehsal 

həcmi  isə  3,9  milyard  avro  təşkil  etmişdir.  Coğrafi  yerləşməsinə  görə  ölkənin 

mebel istehsalçıları əsasən Avropa hissəsində cəmləşmişdir.  

Pərakəndə satışlarda idxalın payı 60% təşkil edir. Pərakəndə satış bazarının 7-

10%-i böyük şirkətlərin, qalan hissəsi isə kiçik biznesin payına düşməkdədir.  

Hökumət  tərəfindən  infrastruktura  yatırılması  nəzərdə  tutulan  investisiyalar 

nəticəsində  mebel  sənayesinin  2020-ci  ilədək  sürətlənəcəyi  proqnozlaşdırılır. 

Moskva,  Peterburq,  Samara,  Kazan  və  Nijniy-Novqorod  mebel  sənayesinin  aktiv 

olduğu və xarici şirkətləri cəlb edən şəhərlərdəndir.  

Ölkənin  iqtisadi  inkişaf  tempi  və  müştərilərin  zövqlərində  yaşanan 

dəyişikliklərlə  əlaqədar  olaraq  Rusiya  mebel  bazarında  minimalizm  cərəyanı 

üstünlük təşkil etməkdədir. Bu səbəbdən mebel istehsalçıları daha kiçik, kompakt 

və müasir dizaynlı mebellərin istehsalı və idxalı əsas yer tutur.  



 

 

Qazaxıstan  mebel  sənayesi.  Qazaxıstanın  mebel  sənayesi  yerli  və  xarici 

iştirakçıların  sayı,  eyni  zamanda  mənfəət  səviyyəsinə  görə  aşağı  səviyyədədir. 

Qazaxıstan  mebel  bazarının  həcmi  500  mln.  ABŞ  dolları  məbləğində 

qiymətləndirilir.  Ölkənin  mebelə  olan  tələbatının  60%-i  Aİ  ölkələri  və  MDB 

tərəfindən  ödənilir.  MDB  daxilində  mebel  sənayesi  sahəsində  ölkənin  ən  böyük 

ticarət tərəfdaşı Rusiya və Belarusdur.  

Aİ  ölkələrindən  əsasən  İtaliya  istehsalçıları  bazarda  aktivdirlər.  Buna 

baxmayaraq  İspaniya,  Almaniya  və  Fransa  istehsalçıları  da  bu  bazarda  öz 



6

 

 



mövqelərini  gücləndirmək  üçün  rəqabət  aparmaqdadırlar.  Çin  bu  ölkəyə  idxal 

olunan mebel və mebel sənayesi məhsullarının əsas istehsalçılarındandır. 

Coğrafi olaraq mövcud tələbatın 50%-i Almatı, 30%-i Astana, 20%-i isə digər 

şəhərlərin  payına  düşür.  Təyinatına  görə  ofis  mebeli  35%,  əhali  mebeli  25%, 

restoran, klub və otel mebeli 15% və 25% digər təyinatlı mebellərdir.  

Əhalinin artımı, inşaat sənayesindəki böyümə, neft-qaz gəlirlərinin artması və 

bununla yanaşı olaraq əhalinin gəlirlərinin artması səbəbindən Qazaxıstanın mebel 

sənayesi məhsullarına olan tələbatı artmaqdadır.  

 

 

Azərbaycanda ağac emalı və mebel sənayesi 



 

Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1.021 min hektardır ki, bu 

da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu göstərici Rusiya Federasiyasında 

44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.  

Ölkəmizin  meşə  ehtiyatının  49%-i  Böyük  Qafqaz  regionunun,  34%-i  Kiçik 

Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR 

ilə  birlikdə)  payına  düşür.  Azərbaycanda  adambaşına  0,12  ha  meşə  sahəsi  düşür. 

Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmişdir. 

Respublikada  meşə  ilə  örtülü  sahələrdə  bitki  örtüyü  cinslərə  görə  təqribən 

aşağıdakı  kimi  paylanmışdır:  fıstıq  31,68%,  palıd  23,4%,  vələs  26,01%,  göyrüş 

0,01%,  ağcaqayın  0,22%,  qovaq  3,58%,  ardıc  2,37%,  qızılağac  1,87%,  cökə 

1,71%, qarağac 1,16%, şam ağacı 0,04%və digər cinslər 7,95%.  

Bundan 

əlavə, 


sənaye 

qırıntılarının 

dayandırılması, 

regionların 

qazlaşdırılması,  meşələrin  mühafizəsi  və  qorunması  tədbirlərinin  gücləndirilməsi, 

o  cümlədən  KİV  və  QHT-lərlə  birgə  ictimaiyyət  arasında  aparılan  təbliğat 

tədbirləri hesabına qırıntı hallarının ilbəil azalması nəticəsində Beynəlxalq Ekoloji 

Fəaliyyətin  Nəticələrinin  İndeksi  (Environmental  Performance  İndex)  üzrə 

aparılmış beynəlxalq araşdırmanın yekunları barədə hesabatda Azərbaycan birinci 

yerə layiq görülüb. 

Son illərdə meşələrin mühafizəsi, bərpası, yeni meşə və yaşıllıqların salınması 

məqsədilə  bir  sıra  tədbirlər  görülüb.  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 

məlumatına  əsasən,  2014-cü  ildə  10.125  hektar  sahədə  meşəbərpa  tədbirləri,  o 

cümlədən  2.640  hektar  sahədə  meşə  əkini  və  səpini  işləri  yerinə  yetirilib  və  3,86 

milyon  ədəd  ağac  əkilib.  Meşələrin  təbii  bərpasına  kömək  tədbirləri  7.485  hektar 

sahədə aparılıb.  

 

Azərbaycanda ağac emalı 

Məlum olduğu kimi ağac emalı sənayesi əsasən aşağıda göstərilən bir neçə alt 

sənaye qruplarını özündə cəmləşdirir: 

-

 



Taxta-şalban istehsalı; 

-

 



Standart taxta evlərin istehsalı; 

-

 



Taxtadan tikinti blokların və lövhələrin istehsalı; 

-

 



Faner, taxta-yonqar lövhələrin istehsalı; 

7

 

 



-

 

Taxta taranın istehsalı; 



-

 

Sellüloz-kağız istehsalı; 



-

 

Mebel istehsalı; 



-

 

Digər  ağac  emalı  istehsalatları  (məsələn  kibrit,  diş  çöpü,  sıxac,  xırda 



mətbəx ləvazimatı və s.). 

 

Mebelin  istehsalında  ən  geniş  istifadə  olunan  xammal  oduncaqdır.  Eyni 



zamanda  əgər  əsrlər  boyu  mebel  üçün  birbaşa  oduncaq  istifadə  edildisə  də,  XX 

əsrdə  mebelə  artan  tələbatın  nəticəsində  kütləvi  istehsal  üçün  oduncağın  ikinci 

emal məhsulları istifadə edilməyə başlanıldı.  

Belə  ki, keçən  əsrin  60-cı  illərində  mebel  istehsalı  üçün  xammal  kimi  taxta-

yonqar  lövhələrindən  istifadə  olunmağa  başlandı.  1990-cı  illərdə  isə  plastik 

materialların, şüşənin, təbii və süni daşların, metalın xammal kimi geniş miqyasda 

istifadə olunmağa başlanılmışdır. 

 

Mebel istehsalı 

Azərbaycan mebel istehsalı emal sənayesinin alt-istiqamətləri arasında 13-cü 

yerdədir. Mebel sənayesi ən dinamik inkişaf tempinə malik sahədir. Belə ki, 2002-

2013-cü  illərdə  mebel  istehsalı  təqribən  10  dəfədən  çox  artmışdır  (4  milyon 

manatdan 43,9 milyon manata kimi).  

Sahədə  istehsal  edilən  dəyərlə  müqayisədə  mebel  istehsalına  son  illərdə 

kifayət qədər böyük investisiya yatırılmaqdadır.  Belə ki, 2012-ci ildə buraya 23,3 

milyon,  2013-cü  ildə  isə  27,5  milyon  investisiya  yatırılmışdır.  Qeyd  edilən 

investisiyalar yalnız daxili investorlar tərəfindən edilmişdir. 

Mebel istehsalı sahəsində işləyənlərin sayı 2013-cü ildə 4.200 nəfər, orta aylıq 

əmək  haqqı  isə  312,5  manat  təşkil  edir.  Dövlət  müəssisələrində  orta  aylıq  əmək 

haqqı 502,9 manata, özəl müəssisələrdə isə 278,6 manata bərabərdir. 



 

: content -> html
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> Sənaye klasterləri ilə bağlı Arayış I. Klasterin anlayışı
html -> Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> Baki 2015 Əczaçılıq sənayesi haqqında arayış
html -> Əczaçılıq fəaliyyəti haqqında azərbaycan respublikasinin qanunu
html -> Ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı Fəsil 1 Giriş
html -> Ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı
html -> Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə