2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Şüşəməmulatının termiki davamlılığının təyini. Istehsal edilmiş şüşə məmulatlardan 1,0% miqdarında 100 dənədən az olmamaq şərtilə götürülmüş çay stəkanlarının, nəlbəkilərin, həmçinin mineral su üçün stəkanların termiki davamlılığını aşağıdakı kimi təyin edirlər. 20ºC temperaturu olan stəkan və nəlbəkiyə zəif şırnaqla temperaturu 95ºS olan isti su tökürlər. Tədqiq olunan məmulatın istiliyini termometrlə ölçürlər. Tədricən su 65º-dək soyuduqdan sonra onu boşaldırlar və məmulatı tez 20ºtemperaturlu suya salırlar.
Təsərrüfat qablarının termiki davamlılığını təyin etmək üçün onu 5 dəq müddətinə 55º-li suya salırlar, sonra onu 15ºtemperaturu olan suya keçirirlər. Bu zaman məmulat dağılmamalıdır və s.