Ramiz Qusarçaylı əslən Qusarın Yaşar kəndindəndir.
1958-ci ildə Qubanın Çartəpə kəndində anadan olub.
Azərbaycan Politexnik institutunun mexanika və Mosk
vada Dövlət Sosial Universitetinin hüquq fakültəsini
bitirib. O, bir sıra vəzifələrdə çalışıb. Hazırda Quba ra
yon İcra Hakimiyyətində işləyir. Ramiz Qusarçaylı Azər
baycan Yazıçılar Birliyinin üzvü və həmin birliyin Quba
bölməsinin sədridir. Eyni zamanda Qubada yerləşən «Ay
işığı» ədəbi məclisinə də rəhbərlik edir. 2009-2010-cu
illərdə Prezident təqaüdçüsü olan Ramiz Qusarçaylı bir
neçə kitabların müəllifidir. Və onun kitabları bir neçə
dildə də çap olunub. Onu da qeyd edim ki, şairin bir neçə
şeirinə mahnılar bəstələnib və tanınmış müğənnilər
tərəfindən ifa olunur.
Oxucu diqqətinə çatdırılan «Vətən oğlu» başlıqlı
yazıda isə Ramiz Qusarçaylı, Zeynəddin Çələbova olan
dostluq və qardaşlıq duyğularını böyük məhəbbət və
ehtiramla qələmə alıb. Gəlin tanış olaq:
«Uşaqlığım Qusarçayın sahillərində, təbiətin əsra
rəngiz guşəsi olan Qusarın ətrafındakı cənnətməkan
yerlərdə keçib. Tez-tez yolumu saldığım Qusarın mərkəzi
parkı, hər oxucunun könlündə bədii duyğular yaradan
_________________________________
Q u sa r b e ş iy im m a n im
3 0 3
kitab köşkləri, bazar ətrafı yamyaşıl meşələri, Hil -
Yasab yolunun ağzındakı güllü-çiçəkli yamaclar, Ləzə
yolunun hər iki tərəfində yerləşən zövq oxşayan mənzə
rələr, Qazan bulağına aparan yolların bənzərsiz lövhələri,
Qarabulaqla Qayabulağın qovuşuğundakı ürəkləri riq
qətə gətirən görüntülər həmişə məni valeh edib.
İlk misralarımın mayası yoğrulan bu ərazidə tarixən
dağ cüssəli, üzünün qırışlarında qədim tarixi əks etdirən
nişanələr gəzdirən ağsaqqal el adamları həmişə diqqətimi
cəlb edib. Belə ağsaqqallardan biri respublikanın ictimai-
siyasi həyatında özünəməxsus iz qoyan, sözün həqiqi
mənasında bir ziyalı kimi el adamına çevrilən Zeynəddin
müəllimdir.
Zeynəddin müəllimi ilk dəfə görəndə içimdə qəribə
hisslər baş qaldırmışdı, elə bilirdim ki, bu adam əsrlərin o
üzündən ədəb-ərkanı, qabiliyyəti, nadir mədəniyyəti,
uzaqgörənliyi, xalqın adət-ənənələrindən doğan xəlqiliyi,
sadəliyi, eyni zamanda sadəlik içində böyük və mürəkkəb
ideyalar toplumunu əsrlərin bu üzünə daşımaq üçün
yaranıb. Doğulub boya-başa çatdığı yurduna olan
məhəbbətini Vətənləşdirə biiərr, Vətənləşən sevdalarını
bəşəri hisslərə kökləyib dünvəviləşdirən bu çoxşaxəli
fəaliyyətə malik ziyalımız ötən əsrin 80-ci illərində nəinki
Qusarda, eləcə də bütün bölgənin ictimai, siyasi və
mədəni həyatında önəmli rol oynayırdı, bu fəaliyyət 90-cı
illərdə pik nöqtəsinə çatmışdı.
Ağsaqqallıq istənilmir, əldə edilmir, təqdim olunmur,
Allah tərəfindən əta edilir. Zeynəddin müəllimə əta edilən
ağsaqqallıq bir bölgənin xoşbəxtliyi, özü də Azərbaycan
da separat qrupların at oynatdığı bir dövrdə bir respub
likanın xoşbəxtliyi idi. Bu ağsaqqalın nüfuzu ətrafında
304
'Elbrus Şafumr
____ _____________________________
çox oyunlar öləzidi, çox siyasi tələlərə günahsız canlar
düşmədi, düşmənlərin məkr və fitvaları qısır qaldı,
şimaldan, eləcə də digər istiqamətlərdən bölgəyə göndə
rilən «siyasi kəndirbazlar»ın qara niyyətləri lillənib
ürəklərində qaldı, bölgənin vətənpərvər və hər cəhətdən
sağlam ailələri bu qara əməllərə bələnmiş imtahanlardan
kəsirsiz və üzüağ çıxdı. Çünki el ağsaqqalı Zeynəddin
müəllim doğma Azərbaycanımızın müstəqilliyini, ərazi
bütövlüyünü və işıqlı gələcəyini öz vicdan normalarına
çevirən digər qusarlılarla birlikdə bölgəni bu oyunlardan
qorumağı bacardı.
1992-ci ilin qışı idi. Bölgədə qarışıq siyasi hava ya
ratmaq istəyən qüvvələr fəallaşmağa cəhd edirdi. Zey
nəddin müəllimin rayon icra hakimiyyətinin başçısı
olduğu bu dövrdə rayonun inzibati orqan rəhbərlərindən
birinin nənəsinin erməni olduğu yerli ziyalılara məlum
idi. Vətənin dar günündə, Qarabağda qızğın döyüşlərin
getdiyi bir vaxtda həmin adam guya ləzgi xalqına olan
böyük məhəbbətini ləzgilərin əsgərliyə getməsinin qar
şısım almaqda görürdü. Bu mövqe təbii ki, yerli sakinlər
kimi Zeynəddin müəllimi də möhkəm qəzəbləndirmişdi.
Odur ki, tez bir zamanda ölkə rəhbərliyinin göstərişi ilə
həmin adam Qusardan uzaqlaşdırıldı.
Həmin dövrdə bölgənin kənd və qəsəbələrində ic
laslar, yığıncaqlar, müşavirələr keçirilirdi. Belə iclasların
bir neçəsində bir yazar və jurnalist kimi mən də iştirak et
mişdim, təbii ki, Zeynəddin müəllimin vasitəsilə. Qusarda
ezamiyyətdə idim. Zeynəddin müəllimlə birgə mərkəzi
televiziyanın əməkdaşları ilə rayonun kəndlərini gəzirdik.
Eyni gündə İmamqulukənddə, Bədişqala və Həzrədə
iclaslarda olduq. 15 dərəcə şaxtada, işıqların yanmadığı,
_________________________________
Q u sa r b e şiy im m ə n im
___________ 3 0 5
TJ
6
tus
Ş a h m a r
yolların buz bağladığı bir şəraitdə «Niva» markalı ma
şınla bağ və əkin sahələrindən keçib 25-30 sm qalınlığın
da qarın içi ilə adı çəkilən kəndlərdə çıxış etməyə tələsən
Zeynəddin müəllimlə yol yoldaşı olmaq ömrün unudul
maz səhifələrindəndir. Samur sahillərində rusların əli ilə
ermənilərin təbliğat vasitəsi olan müxtəlif araqarışdırıcı
qeyd kağızlarını bu taya keçirib su bulandırmaq istəyən
lərin qarşısını yerli ağsaqqallar ala bilərdi, bu doğrudan
da belə oldu. Zeynəddin müəllimi bütün kəndlərin
ağsaqqalları böyük hörmətlə qarşılayırdılar, onun məslə
hətlərinə ciddi reaksiya verirdilər, yüksək səviyyədə də
yərləndirirdilər. Bu iclaslardan sonra həm Qusarlı ziya
lılara, həm sadə camaata, ümumiyyətlə bütün Qusar
sakinlərinə bir daha valeh olan jurnalist həmkarlarımın
üzündəki sevincə baxıb içimdən qürur hissi keçirdim...
Zeynəddin müəllim rayon rəhbərliyinə pedaqoji
fəaliyyətdən gəldiyi üçün rayonda hamını gözəl tanıyırdı,
eyni zamanda onu da hamı gözəl tanıyırdı. Zeynəddin
müəllim həm də hamının dilini gözəl bilirdi. Ancaq...
onun dilini başa düşmək istəməyənlər də olurdu, istər
aşağı, istərsə də yuxarı səviyyələrdə. Ancaq Zeynəddin
müəllimin dili çox sadə idi, asan başa düşülən idi. O dil
hamını birliyə çağırırdı, müstəqil Azərbaycanı qorumağa
çağırırdı, düşmənlərin felinə uymamağa çağırırdı, - bu
çağırışın içində yenicə istiqlaliyyətini qazanmış Vətənimiz
boy verirdi, böyüyürdü.
Vətən öz oğullarının çiynində uca görünür. Zeynəd
din müəllim kimi oğulların çiynində bu Vətən bir az da
qəlbidir, bir az da ucalarda qərar tutub.
Zeynəddin müəllimin ədəbi-bədii keyfiyyətləri də
özünəməxsusdur. Onun mütaliə etdiyi şair və yazıçılar,
306
Qusar Seşiyim mənim
dinlədiyi xanəndələr, seyr etdiyi rəssam əsərləri dərin
sənətkarlıq
nümunələridir.
S. Vurğunu,
M.Ə.Sabiri,
Ü.Hacıbəylini, Niyazini, S.Bəhlulzadəni az qala bütün
söhbətlərində canlandırır, onları vəsf edir. Qusara gələn
söz-sənət adamlarına qucaq açır, qonaq saxlayır. Onun
qonaqpərvərliyi bütün bölgədə məşhurdur. Onun duzlu-
məzəli söhbətləri, mənalı və ibrətamiz tövsiyələri diqqə
təlayiqdir.
Zeynəddin müəllim təbiət vurğunudur, Qusarın
bütün bulaqları, meşə və yamacları, zirvə və yarğanları
onun izlərini yaşadır, onunla tez-tez təmasda olur. Təbiət
Zeynəddin müəllimin bir parçası kimi ona qaynayıb
qarışır. Bu ziyalıda nəinki bir bölgənin, bir ölkənin
təbiətinin saflığı var.
Mən sevinirəm ki, mənim bu simada, bu ucalıqda
ağsaqqal bir dostum var:
H ər gün salamlayır ellər oğlunu
Yenə görüşünə gəlmişəm, görək
Bağrına basırmı ellər oğlunu.
Yenə də şimaldan əsirmi külək,
Yenə oynadırmı yellər oğlunu.
Əzmində dağ yükü, qaya adı var,
Səsində, sözündə Vətən dadı var.
Qartalın öz qıyı, öz qanadı var
Ötür zirvələrdə dillər oğlunu.
Şəklini köçürüb suya, bulaqda,
Gözəllər telini saya bulaqda...
3 0 7
I l b n ı s Ş a f u m r
Hər səhər Suvarda, Qayabulaqda
Öpür şehli-şehli güllər oğlunu.
Çox da ömrü dərddən, əzabdan gəlib,
İmanı müqəddəs kitabdan gəlib.
Özü Hildən gəlib, Yasabdan gəlib
Hər gün salamlayır yollar oğlunu.
Coşur Qusar çayı nərədən keçib
Yarğandan adlayıb, dərədən keçib.
Çatdırar min adda bərədən keçib
Əbədi ümmana sellər oğlunu.
Dekabr 2011-ci il
*
*
*
Dostları ilə paylaş: |