Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


«Alimlər həyatın yol göstərənidir»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə21/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   17   18   19   20   21   22   23   24   ...   174
«Alimlər həyatın yol göstərənidir» Zərdüştün  bu  kəla­
mı min illərin sınağından keçib.
Azərbaycanımızda,  eləcə də dağlar  gözəli  Qusarımız­
da, eyni  zamanda  onun  ən  böyük,  ən qədim  tarixə malik 
olan  Hil  kəndində  -   bu  qədim  odlar  diyarımızda  dünya 
üfüqlərinə  çıxan  görkəmli  alimlər,  mütəfəkkirlər  olmuş 
və  indi  də vardır.  Bu  gün elmimizin  müxtəlif sahələrində 
yüzlərlə istedadlı alimlər çalışır. Onların hər biri öz sahə­
sində böyük  uğurlar qazanıb, elmimizə yeni-yeni töhfələr 
verib.
Təfəkkür  sahibləri  başqalarından  fərqli  olaraq  dün­
yanı,  cəmiyyət  hadisələrini  daha  düzgün  dərk  edib  düz­
gün  dəyərləndirdikləri  üçün  müdriklik  məqamına  yük­
səlir.  Eyni  zamanda  insan  təfəkkürün  nuru  ilə  ictimai- 
siyasi  həyatımızda  haqsızlığa  qarşı  çıxır,  öz  iradəsini  və 
elmi  bar-bəhrəsini  ona  qarşı  qoyur  və  getdikcə  ətrafına 
işıqlı simalar toplaya bilir.
'Elbrus Şahmar 
_____________________________________
56
Şəxsiyyətin  formalaşmasında  bir  sıra  amillər  -   ilk 
növbədə  onun  təmiz  mənəviyyatı,  əxlaqı,  idrakı  və  mü­
barizliyi  önəmli  rol  oynayır.  Nəzərə  almaq  zəruridir  ki, 
şəxsiyyət  müxtəlif  hadisələr  fonunda  ictimai  həyatda 
formalaşır və özü də ictimai həyata təsir göstərir.
O  baxımdan  hər bir dövrün,  zamanın özünün  sayılıb 
-  seçilən tanınmış alimləri, qələm sahibləri olub. Şübhəsiz 
bütün  dövrlərdə  insan  biliyə,  öyrənməyə  təşnədir  və  o 
təbiətin  sirlərini  əxz  etməyə  can  atır.  Bu  amal  yolunda 
hər kəs ömrü boyu zəhmətə qatlaşır,  məqsədyönlü  fəaliy­
yət göstərir.  Xoşbəxt o kəsdir ki, öz məqsədi yönümündə 
istəyinə çata  bilir,  gördüyü  işdən  təkcə özü  deyil,  çoxları 
faydalanır.  Ona  görə  ilk  növbədə  insandan  böyük  baca­
rıq,  səriştə,  əməksevərlik,  elmi  dərindən  bilmək  gücü 
tələb olunur.
Əgər  həyata  keçirmək  istədiyin  məqsəd  möhkəm  tə­
məl  üzərində qurulursa,  uğur qazanacaqsan.  Onu  da  de­
yim ki, möhkəm təməl  üzərində qurulan sağlam düşüncə, 
aydın təfəkkür illərin, əsrlərin sınağından çıxa bilir.
istedad  Allah  vergisidir  və  onu  cilalayan  da  əmək, 
zəhmət, gördüyün  işə inam və məhəbbətdir.  Şübhəsiz heç 
kim  böyük  mütəfəkkir  və  müdrik  doğulmur.  İstər  alim 
ol, istər böyük vəzifə sahibi, yaxud sadə peşə adamı, fərqi 
yoxdur,  ürəyi  el-obası,  xalqı  və  vətəni  ilə  döyünsün,  ya 
sözü,  ya  silahı,  ya  var-dövləti,  ya  da  ki,  qələmi  ilə.  Onda 
elə  şəxslər el-oba gözündə  uca  olur,  hər yerdə  hörmət  və 
ehtiramla qarşılanır.
Bu  yöndə  ilk  öncə  islam  dininin  yaradıcısı  Məhəm­
məd peyğəmbərin dediklərini xatırladıram:
«Əgər islamı  gözəl  və  möhtəşəm  bir  binaya  oxşatsaq, 
alimlər o binanın sütunlarıdır.  Bir alim  dünyadan gedən­
də bir sütun sınır və onu heç nə əvəz edə bilməz.»
____________________________________ Qusar beşiyim rmnim
57


•Etonis Şahmar
Peyğəmbərlərdən  sonra  Allah-təala  yanında  alimlər­
dən  fəzilətli  adam  yoxdur.  Elmi  məsələlər  müzakirə  olu­
nan  məclisdə  bir  saat  oturmaq  bir  il  gündüzlər  oruc 
tutmaqdan, min  nəfər şəhidin cənazəsinə hazır olmaqdan 
və  hər  birində  min  rükət  namaz  qılman  min  gecəsindən, 
cihaddan  və  Quranı  12  min  dəfə  xətm  etməkdən  üstün­
dür, irəlidir.
Alimləri  eşidin,  onlar dünyanın  çırağı,  axirətin  nuru­
dur.  Elmi  beşikdən  qəbrədək  öyrən,  elmin  fəziləti  iba­
dətin  fəzilətindən  əfzəldir.  İnsanlar  elə  bir  sədəqə  verə 
bilməzlər  ki,  öyrənilən,  yayılan,  elmdən  üstün  ola.  Alim 
öldü,  aləm  öldü.  Bir  saatlıq  elm  öyrənmək  60  illik 
ibadətdən xeyirlidir.
Hər  kəs  evdən çıxıb  elmdən  bir  qism  öyrənmək  üçün 
getsə,  Allah-təala  onun  hər  qədəmi  üçün  bir  peyğəmbər 
savabı yazar.  Elm dalınca gedən  şəxsi  Allah da,  mələklər 
də,  peyğəmbərlər  də  dost  tutar.  Alimin  üzünə  baxmaq, 
min qul azad etməkdən yaxşıdır.
Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanı ilə 
tərəziyə  qoyulub  çəkilər  və  alimlərin  mürəkkəbi  şəhidlə­
rin qanına nisbətən üstün olar.
Cahillərin  arasında  alimlər,  ölülər  arasında  olan  di­
rilər  kimidir...  Elm  dalınca  gedin,  o,  sizinlə  Allah-təala 
arasında bir vasitədir...
Elm kimi şərafət yoxdur.
Allah bir bəndəni rəzil edəndə elmi ondan əsirgər.
Şeylərin ən şərafətlisi elmdir.
Allah özü alimdir, bütün alimləri dost tutur.
Elmi  istəmək  hər  bir  müsəlman  kişi  və  qadının  bor­
cudur.
«Elm Çində də olsa onun dalınca get»
58
Bu  baxımdan  Həzrət  Əlinin  dedikləri  də  dəyərlidir: 
«Alimlər yer üzündə Allahın çırağıdır.»
Nadanlar alimlərə qarşı münasibətdə düşməndirlər.
Allah sevdiyi bəndələrə qabiliyyət bəxş edər.
Elmlə dirçəliş tapmayan ölüdür.»
Zərdüşt  isə  «Avesta»da  deyir  ki,  alimlər  həyatın  yol 
göstərənidir.
Nizami Gnəcəvi isə deyirdi: -
Alimdir gözümdə ən ali insan 
Qüvvət elmdədir,  başqa cür heç kəs,
Hər kəsə üstünlük eləyə bilməz.
Hər uca rütbədən biliniz fəqət.
Alimin rütbəsi ucadır, əlbət.
9
Alimləri  dəyərləndirmək  baxımından  iqtibas  etdiklə­
rimizi yetərli bilib mövzuya qayıdıram.
Yazıda  qeyd  etdiyim  kimi  Hil  kəndindən  elmin 
zirvəsinə yüksələn onlarca alim olub.  Onlardan bir neçəsi 
barədə qısa da olsa məlumat verməyi zəruri bildim:

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin