Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix21.04.2017
ölçüsü213,05 Kb.
#15063
  1   2   3   4   5   6   7

BEYNƏLXALQ 
İNFORMASİYA MÜHİTİ 
VƏ ELMİ-MƏDƏNİ 
İNTEQRASİYA
Babaxanova Nigar Xan qızı 
Bakı şə hə  rində ziyalı
ailə sin də anadan ol muş dur. Azər bay can Dövlət Dillər Uni-
versiteti və Fran sanın Stras burq şəhə rin də yer ləşən Mark
Blok Uni ver sitetində təhsil almış, fran sız dili və ədə  biyyatı
ixtisası üzrə bakalavr  və magistr pil  lə lərinə yiyələn miş dir. 
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar  İns ti -
tutun da şöbə müdiri vəzifəsində çalışır. 
3 ki tabın, 30-dan artıq elmi məqalənin mü əlli fi dir.
Əl  yaz malar  İnstitutunun doktoranturasını bitirmiş və ta -
rix üzrə fəlsəfə doktoru elmi də rə cəsi almaq üçün dis ser -
ta  si  ya  müdafiə et mişdir.
Qərb dilləri üzrə mütəxəssis-poliqlotdur (fran sız,
ingi lis və s.).
Hüseyn Cavidin şeirlərini ilk dəfə fransız və ingilis
di l lərinə çevirmiş, bu mövzuda “Məhəbbətdir ən böyük
din” və “Cavid aforizmi” adlı kitabları nəşr olunmuşdur.
N.Babaxanova Azər baycanda ilk “Fransızca-Azərbaycanca
fra zeoloji lü ğət”in də müəllifidir.
N
.X
.B
A
B
A
X
A
N
O
V
A
.
B
E
Y
N
Ə
L
X
A
L
Q
 İN
F
O
R
M
A
S
İY
A
 M
Ü
H
İT
İ V
Ə
 E
L
M
İ-
M
Ə
D
Ə
N
İ İ
N
T
E
Q
R
A
S
İY
A
MÜASİR ELMİ 
ƏDƏBİYYAT
KİTABXANASI

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU
BEYNƏLXALQ 
İNFORMASİYA MÜHİTİ 
VƏ ELMİ-MƏDƏNİ 
İNTEQRASİYA
Bakı - 2017

Elmi redaktor:
Aybəniz Əliyeva-Kəngərli
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar 
İnstitutunun elmi işlər üzrə direktor müavini, 
filologiya üzrə elmlər doktoru
Elmi rəyçilər:
Paşa Kərimov
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar 
İnstitutunun elmi işlər üzrə direktor müavini, 
filologiya üzrə elmlər doktoru
Fərid Ələkbərli
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar 
İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, 
tarix üzrə elmlər doktoru, professor
Beynəlxalq elmi-mədəni 
proqramlar üzrə məsləhətçi:
Maykl Şauqnessi
ABŞ Şərqi Nyu-Mexiko Universitetinin beynəlxalq 
əlaqələr və xüsusi təhsil üzrə professoru
Babaxanova Nigar. 
Beynəlxalq informasiya mühiti və elmi-mə -
dəni inteqrasiya. “Zər da bi” Nəşriyyatı, Bakı, 2017, 256 səh.
Monoqrafiya qlobal informasiya mühitinin təşəkkül və inkişaf  tarixinə, in-
tellektual inteq ra siyanın elmi-təşkilati məsələlərinə həsr olunmuşdur. Beynəlxalq
münasi bət lərin və mədəniyyətlərarası kom munikasiyaların ayrılmaz tərkib hissəsi
olan  elmi-mə dəni  əlaqələr,  o  cümlədən  informasiya-kitab  mübadiləsi  müəllifin
apardığı tədqiqatın əsasını təşkil etmişdir.
ISBN: 978-9952-8176-3-9
© Babaxanova Nigar, 2017
UOT: 021.852
B13

MÜNDƏRİCAT
GİRİŞ.............................................................................................................................................5
BEYNƏLXALQ ELMİ KOMMUNİKASİYA 
MÜSTƏVİSİNDƏ İNFORMASİYA MÜBADİLƏSİ.
Beynəlxalq informasiya mühiti: 
təşəkkül və inkişaf tarixi.............................................................................................17
AZƏRBAYCAN BEYNƏLXALQ İNFORMASİYA 
MÜHİTİNDƏ: İnformasiya və çap məhsullarının 
mübadiləsi sahəsində əməkdaşlığın 
yaranması və inkişafı 
(1929-1955-ci illər).............................................................................................................41
(1956-1991-ci illər).............................................................................................................58
(1992-2015-ci illər).........................................................................................................129
ELMİ-MƏDƏNİ İNTEQRASİYA: 
TARİXİ VƏ ELMİ-TƏŞKİLATİ ASPEKT...............................................................168
BEYNƏLXALQ STANDARTLAR VƏ ONLARIN 
İNFORMASİYA MÜBADİLƏSİ PROSESİNDƏ TƏTBİQİ......................186
BEYNƏLXALQ ELEKTRON ELMİ İNFORMASİYA 
RESURSLARI VƏ ONLARDAN 
İSTİFADƏ MƏSƏLƏLƏRİ......................................................................................204
NƏTİCƏ............................................................................................................................225
ƏDƏBİYYAT......................................................................................................................234

QISA OXU ÜÇÜN 
KİTABDAN SİTATLAR:
Tarixin axarında obrazlı informasiya məkanından müasir, sürətlə
yenilənən biliklər mühitinə çevrilmiş çağdaş cəmiyyət durmadan inkişaf
edir.  Belə  bir  cəmiyyətdə  “kommunikasiya  və  ya  informasiya  mühiti”
dedikdə in sanın yaratdığı çoxəsrlik yaşayış modelinin mübadilə vasitələri
deyil,  ilk  növbədə  yeni  texnologiyalar  vasitəsilə  yaradılan  interaktiv
münasibətlər, virtuallaşmış ünsiyyət və sərhədsiz əlaqə şəbəkəsi nəzərdə tu-
tulur.
***
İnformasiya cəmiyyəti qloballaşmanın meydana gətirdiyi əsas so-
sium kimi daha sürətli mübadilə münasibətlərinin mövcudluğunu və qar -
şı lıqlı inteqrasiya şəbəkəsinin davamlı inkişafını tələb edir. Öz növbəsində,
qloballaşmanın  kökündə  xalqlar,  mədəniyyətlər,  təşkilatlar,  sistemlər
arasında informasiya mübadiləsinin durması, informasiyayüklü cəmiyyəti
bir növ sosial, mədəni imploziyadan -qapalı məkana istiqamətlənmiş part -
la yışdan-qoruyur. Beləliklə, informasiya cəmiyyəti ilə qloballaşma prosesi -
nin bu cür simbiozu, geniş bir məkanın-informasiya mühitinin inkişafı üçün
başlıca amilə çevrilir.
***
İnformasiyanın biliyə və əksinə, biliyin informasiyaya çevrilməsi in-
formasiya ilə işləmə səviyyəsindən, ona yanaşma metodundan asılı olduğu
üçün informasiyanın seçilməsi, toplanması, emal olunması, mühafizə edil -
məsi və yayılması bütöv bir idarəetmə prosesinin meydana gəlməsini zəruri
edir.







GİRİŞ
“Elm hər dildə birdir.” 
(Hüseyn Cavid)
B
ilik lər əsrində cəmiyyətin alternativ təkamül for -
ma  sı olan qlo ballaşma dünyanı təkcə etnik və sub -
et nik qütblərə ayır maq üçün deyil, həm də xalqlar arasında
elmi, mədəni, iq ti sa  di və siyasi əməkdaşlığı intensiv şəkildə
inkişaf et dir mək üçün olduqca böyük əhəmiyyətə malikdir.
Kantın 
“əbədi  dün ya” fəlsəfəsinin  başlıca  subyekti  olan
“ümum  dün ya və təndaşı” bu ideyanın daşıyıcısı kimi illər əvvəl
maraq və inam oyat madığı halda, bugün artıq bir çox ger çək -
lik lər-dün yanın “çox kiçik olması” ilə bağlı iddialar, vətən -
daş  lıq fe no me ninin ki fayət qədər qloballaşması və s. bö yük
ək səriyyət tərəfindən bir mənalı şəkildə təsdiq və qə bul ol-
unur. Bütün bunların   baş lı ca səbəbi isə dünya düzə ni nin ye -
ni  sistemə  trans for ma si ya sı,  bəşəriyyətin  dinamik  inkişaf
mər hələsinə qədəm qoy    masıdır. Əsas prinsipi ölkələri “sər -
həd   siz ləşdir mək” olan bu proses bilik və informasiya kimi
qey ri-maddi aktivlərin in tellektual əmtəəyə çevril mə si ni və
ki fayət qədər dəyərli ol ma sını təmin edir. Bu da öz növ bə -
sin  də, post-kapitalizm ça ğı nın, informasiya və bilik cəmiy -

yə ti nin yeni konturlarını və is tiqamətlərini müəy yən ləş dirir.
İnformasiya cəmiyyəti qloballaşmanın meydana gə tir -
di yi əsas sosium kimi daha sürətli mübadilə mü na sibət lə -
rinin  mövcudluğunu  və  qarşılıqlı  inteqrasiya  şəbəkəsinin
davamlı inkişafını tələb edir. Öz növbəsində, qloballaşmanın
kö kündə xalqlar, mədəniyyətlər, təşkilatlar, sistemlər ara sın -
da informasiya mübadiləsinin durması, informasiya yüklü
cə miyyəti bir növ sosial, mədəni imploziyadan (qapalı mə -
ka na istiqamətlənmiş partlayış) qoruyur. Beləliklə, informa -
siya cəmiyyəti ilə qloballaşma prosesinin bu cür simbiozu,
geniş bir məkanın-informasiya mühitinin inkişafı üçün baş -
lı ca amilə çevrilir.
Artıq yeni dövrün informasiya mühiti birareallı, lokal
de yil. O, fəzanı (peyk vasitəsilə), yeri (telekommunikasiya
və İnternet vasitəsilə) və yerin təkini (müxtəlif uzaqməsafəli
in formasiya kanalları vasitəsilə) əhatə edir. Bu trayektoriyada
in formasiya o qədər sürətlə mübadilə olunur ki, kilo metr lər -
cə dərinlikdə və yaxud, hündürlükdə baş verən hər hansı pro -
ses  barədə  anındaca  məlumat  almaq  mümkün  olur.  Bu
mə nada, informasiya mühiti beynəlxalq substansiyadır və
onun dəyəri istər kosmopolit, istərsə də fundamental baxışlar
kon tekstində eynidir.
Beynəlxalq informasiya mühitinin əsas komponentləri
ara sında kitabxanaların özünəməxsus yeri və rolu var. Ki -
tabxa nalar  qlobal  informasiya  axınının  formalaşmasında,
idarə olunmasında, istiqamətləndirilməsində kifayət qədər
ciddi əhəmiyyətə malik təsisatlardır. Çünki onlar təkcə in -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
6

for ma si ya  cəmiyyətinin  deyil,  onun  fövqündə  duran  və
yaxud, onun növbəti mərhələsi olan biliklər cəmiyyətinin
əsasını təşkil edir lər. Bilik qədər dəyərli informasiya resur-
suna malik bu kitab məbədləri istənilən şəraitdə və dövrdə
cə miyyətinin intellektual nəbzini tənzimləmək iqtidarın da -
dırlar.  Məhz  buna  görə  də,  kitabxanaların  informasiya
mühitində iştirakı cə miy yət lərarası, mədəniyyətlərarası elmi-
mədəni münasibətləri, dialoqu qorumaq və inkişaf etdirmək
ba xımından olduqca vacibdir. Bu münasibətləri forma laş dı -
ran başlıca proses ki tab  xanalararası beynəlxalq kitab və in-
formasiya müba di lə si dir. 
Kitab mübadiləsi mədəniyyət tarixi üçün yeni mövzu
deyil.  Hesab  etmək  olar  ki,  kitab  istənilən  form-faktorda
mövcud olduğu dövrdən mübadilə obyektidir və bu proses
ancaq artan xətt üzrə inkişaf etmişdir. Kitabxanaların inkişafı
və bu missiyanı öz üzərinə götürməsi ilə kitab mübadiləsi
bey nəlxalq miqyas almış və sistemli şəkildə həyata keçiril -
mə yə başlamışdır. Xüsusən də, bu sahənin tənzimlənməsi
üçün hələ ötən əsrin 50-ci illərində dünya ölkələri tərəfindən
birgə, beynəlxalq normativ sənədlərin qəbul edilməsi, eləcə
də məsələnin BMT və IFLA (Beynəlxalq Kitabxana Asso si -
a  siyaları Federasiyası) səviyyəsində həlli, kitabxanalararası
ki  tab mübadiləsinin inkişafı baxımından həyati əhəmiyyət
da şımışdır. 
Kitabxanalar arasında qlobal kitab mübadiləsi bey nəl -
xalq münasibətlərin ayrılmaz tərkib hissəsidir. Dövlətlərarası
bey nəlxalq əlaqələrdə elmi-mədəni əməkdaşlıq, o cümlədən
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
7

bilik, kitab, informasiya mübadiləsi vacib yerlərdən birini
tutur və istənilən dövlətin uğurlu xarici siyasəti, beynəlxalq
arenadakı mövqeyi həmin dövlətin kitabxanalarının apardığı
kitab mübadiləsinə birbaşa təsir edir. Bu mənada, Azər bay -
can kitabxanalarının fəaliyyətini qiymətləndirmək üçün öl -
kə mizin  balanslaşdırılmış  və  düşünülmüş  xarici  və  daxili
siya sətini adi vətəndaş mövqeyindən anlamaq və təhlil etmək
kifayətdir.
Azərbaycanda kitab mübadiləsinin kökləri orta əsrlərə
söy  kənsə də, proses XX əsrin 30-40-cı illərindən təşkilati və
sistemli xarakter almış, kitabxana və nəşriyyatların sayının
art  ması ilə kitab mübadiləsinin forma və metodları dəyiş -
miş  dir.  Ötən  əsrin  50-ci  illərindən  etibarən  mütəmadi
bey nəl   xalq kitab mübadiləsinə qoşulmuş Azərbaycan ki tab -
xanaları son 60 ildə bu sahədə kifayət qədər təcrübə və uğur
qazanmışlar. Ümummilli Lider Heydər Əliyevin Azər bay ca -
na ikinci rəhbərliyi dövründə Azərbaycan kitabxanaları 80-
ci illərin sonu 90-cı illərin əvvələrində itirilmiş beynəlxalq
əla qələrini bərpa və inkişaf etdirmişlər. 
Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə qəbul olun -
muş “Kitabxana işi haqqında” Qanunda kitabxanaların bey -
nəl xalq kitab mübadiləsinə qoşulması vacib məsələlərdən
biri kimi təsbit olunmuşdur. Azərbaycan kitabxanalarının
beynəlxalq  informasiya  mühitindəki  mövqeyi  Prezident
cənab  İlham  Əliyevin  hakimiyyəti  illərində  bir  qədər  də
möh kəmlənmiş, bu sahəyə ciddi önəm və əhəmiyyət veril -
miş dir. Cənab Prezidentin təşəbbüsü və imzası ilə elm, təhsil
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
8

və mədəniyyət sahəsində qəbul olunan demək olar ki, bütün
sənədlərdə kitabxanalara, onların inkişafına və beynəlxalq
aləmə inteqrasiyasına xüsusi diqqət yetirilmişdir. “Azər bay -
can  Respublikasında  kitabxana-informasiya  sahəsinin
2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı”nda,
“Azər   baycan Respublikasında kitabxana-informasiya şəbə -
kə sinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi
üzrə Dövlət Proqramının (2015-2020-ci illlər) layihəsi”ndə,
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında,
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Stra -
te giyası”, “Azərbaycan Respublikasında informasiya cəmiy -
yə tinin  inkişafına  dair  2014-2020-ci  illər  üçün  milli
stra     tegiya”da və digər sənədlərdə kitabxanaların beynəlxalq
in  fomühitə çıxışının təmin olunması ilə bağlı müddəaların
mövcudluğu söylənilənləri bir daha təsdiq edir. Bu, eyni za-
manda, kitab mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığın
dövlət üçün, cəmiyyət üçün əhəmiyyətini, aktuallığını mü -
əy yənləşdirməyə imkan verir. Təqdirəlayiq haldır ki, 60 il sis-
temli şəkildə davam edən beynəlxalq kitab mübadiləsi və
onun inkişaf etdirilməsi, prosesin yenilənməsi, mo dern ləş -
di rilməsi bu gün də dövlətin mədəniyyət siyasətində prior-
itet məsələ olaraq qalır və aktuallığını itirmir. Digər tərəfdən,
Azərbaycan  kitabxanalarının  yarım  əsrdən  artıq  zaman
çərçivəsində həyata keçirdiyi beynəlxalq kitab mübadiləsi
fəaliyyətinin hələ də kompleks şəkildə elmi-nəzəri təhlilə
cəlb edilməməsi bu tədqiqatı aktuallaşdırır.
Monoqrafiya Azərbaycan kitabxanalarının, o cümlədən
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
9

respublikada beynəlxalq kitab mübadiləsi mərkəzi hesab ol-
unan  AMEA  Mərkəzi  Elmi  Kitabxanasının  beynəlxalq
əlaqələrinin tarixi aspektdə öyrənilməsinə həsr olunub. Mə -
sə ləyə bu cür yanaşma, başqa sözlə Mərkəzi Elmi Ki tab xa -
nanın nümunəsində Azərbaycan kitabxanalarının beynəlxalq
kitab mübadiləsi tarixinin araşdırılması bu sahənin müasir
və ziyyətini və gələcək inkişaf perspektivlərini müəyyən ləş -
dir mək, öyrənmək və təhlil etmək üçün də real zəmin ya ra -
dır.
Sistematik və kompleks şəkildə olmasa da, Azərbaycan
kitabxanalarının  beynəlxalq  kitab  mübadiləsi  prosesində
iştirakı müxtəlif əsərlərdə öz əksini tapıb. Professor A.Xə -
ləfovun [38-46] əsərlərində iri Azərbaycan ki tab xa na la rının
beynəlxalq  təşkilatlarla  əməkdaşlıq  məsə lələrinə  yer  ve -
rilmişdir. Filol.ü.e.d. A.Əliyeva-Kən gərlinin [20-32] əsər lə -
rində AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq ki tab
sərgiləri və layihələrdə iştirakı, yeni texnologiyalar va sitəsilə
milli-mədəni irsin təbliği problemləri araşdırıl mış dır. 
Professor M.Qasımlının [59-60; 103], İ.İsmayılovun
[52-54], M.Manafovanın [62-64] əsərlərində Azərbaycan
kitabxana, nəşriyyat və kitab cəmiyyətlərinin kitab mü ba di -
ləsi sahəsindəki fəaliyyətinə müxtəsər tarixi nəzər salın mış -
dır. 
M.Muradovanın [70-72], L.Vassermanın [99], p.ü.f.d.
R.Ka zımovun [124-125], L.Ağacanovanın [4, 84-90], K.Ta -
hi rovun [80] kitab və məqalələrində AMEA Mərkəzi Elmi
Kitabxanasının və digər iri kitabxanaların müxtəlif illərdə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
10

həyata keçirdiyi beynəlxalq əməkdaşlıq fəaliyyətlərinə yer
ve rilmişdir.
Beynəlxalq kitab mübadiləsi tarixinin araşdırılması ba -
xı mından isə qərb alimlərindən C.S.Parker [186], P.Havard-
Uilyams [168], C.P.Danton [160-161], P.C.Lor [179-182],
R.V.Reyvard [188-189], rus alimlərindən K.Bakulin [96]
Q.Yevstiqneyeva [110-111], Q.M.Kruqlik [122], V.M.Su-
vorova [146], S.M.Qrişina [107-109] və O.İ. Talalalkinanın
[147] əsərləri diqqəti cəlb edir. Bu əsərlərdə “beynəlxalq ki -
tab mübadiləsi” anlayışı terminoloji cəhətdən şərh edilmiş,
pro sesin inkişaf tarixi və mövcud problemləri araşdırılmış,
kitab mübadiləsinin sosial-iqtisadi, tarixi, təşkilati aspektləri
tədqiq olunmuşdur. Bununla yanaşı, qeyd olunan əsərlərdə
bey nəlxalq kitab mübadiləsinin zəruriliyi elmi-nəzəri cəhət -
dən əsaslandırılmış, kitabxana fondlarının komplekt ləş diril -
mə sində müstəsna əhəmiyyət kəsb edən mübadilə işinin əsas
istiqamətləri müəyyənləşdirilmişdir.
Bütün bunlara baxmayaraq, hazırkı monoqrafiyaya qə -
dər  Azərbaycan  kitabxanalarının,  o  cümlədən  AMEA
MEK-nin beynəlxalq elmi-mədəni əla qə lərinin tarixi, kitab
mübadiləsi  sahəsindəki  beynəlxalq  fə aliyyətləri  və  infor-
masiya mühitinə inteqrasiya problemləri ayrıca elmi təhlilə
cəlb olunmamışdır. Azərbaycan kitabxanalarının kitab və in-
formasiya  mübadiləsi  sahəsindəki  çoxillik  təcrübəsi  yerli
müəlliflərin sadalanan əsərlərində geniş və ümumiləşdirilmiş
şəkildə deyil, səthi formada əks olunduğundan, aparılmış bu
tədqiqat işi yenidir.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
11

Monoqrafiyada AMEA Mərkəzi Elmi Kitabxanasının
və Azərbaycanın digər iri kitabxanalarının arxiv materialları
və hesabatları araşdırılmış, A.A.Xələfovun [38-46], A.İ.Əli -
ye va-Kəngərlinin [20-32], M. Qasımlının [59-60; 103] və
di gər tarixçi və kitabxana işi mütəxəssislərinin son illərdə
nəşr etdirdiyi əsərlərdən mənbə kimi istifadə edilmişdir. 
Məqsədimiz  Azərbaycan  kitabxanalarının,  xüsusilə,
AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq kitab mü-
ba diləsi prosesində iştirak tarixini araşdırmaq, tarixin müx -
tə lif mərhələlərində kitabxanaların əldə etdiyi təcrübələri
təh lil etmək, həmin təcrübə əsasında davam edən müasir
əmək daşlıq əlaqələrinin nəzəri-təşkilati əsaslarını müəy yən -
ləş  dirmək, kitabxanaların beynəlxalq informasiya mühi tin -
dəki rolu və yerini təyin etmək, müvafiq sahədə mövcud olan
prob lemləri  nəzərdən  keçirmək  və  onların  həlli  yollarını
göstərmək, mübadilə işində beynəlxalq təcrübədən istifadə
səviyyəsini öyrənmək və milli kontentin dünya informasiya
mühitinə inteqrasiya perspektivlərini açmaqdan ibarətdir. 
Bu məqsədlə  müəyyənləşdirdiyimi vəzifələr 
“beynəl -
xalq kitab mübadiləsi” və “informasiya mühiti” an la yışlarını
el mi cəhətdən şərh etmək; beynəlxalq kitab mü ba diləsi tar-
ixini araşdırmaq; Azərbaycan kitabxanalarının bey  nəlxalq
əməkdaşlıq tarixini faktiki materiallar əsasında təd qiq etmək;
tədqiqata cəlb olunmuş problemin nəzəri cə hət dən öyrə nil -
mə səviyyəsini müəyyənləşdirmək; AMEA Mər  kəzi Elmi
Kitab xanasının beynəlxalq elmi kommuni ka si ya mühitin də -
ki funksiyalarını və yerini təyin etmək; Azər bay can ki tab xa -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
12

na larında müvafiq sahə üzrə beynəlxalq təc rü bələrdən is ti -
fadə imkanlarını öyrənmək, o cümlədən, mil li kitabxana işi
sa həsində beynəlxalq standartların tətbiqi vəziyyətini araş -
dır maq; kitab və informasiya mübadiləsi sahəsində bey nəl -
xalq  əməkdaşlığın  zəruriliyini  əsaslandır maq;  müvafiq
sa  hədə mövcud olan problemləri və onların həl li yollarını,
əsas yanaşma və istiqamətləri, iş üsullarını mü əy y  ən ləş dir -
mək; kitabxanaların beynəlxalq kitab mübadiləsi sahəsində
qa zandığı təcrübələri tarixi aspektdən təhlil et mək, ümu mi -
ləşdirmək və əldə olunan təcrübələrə müxtəlif stan dart lar
kon tekstində yanaşaraq gələcək perspektivləri mü əyyən ləş -
dirməkdir. Bu mənada, monoqrafiyanın əsasını təşkil edən
təd qi qatın obyekti Azərbaycan kitabxanaları və onların bey -
nəlxalq fəaliyyətidir. Azərbaycan kitabxanalarının, o cüm lə -
dən AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq kitab
mübadiləsi fəaliyyətinin tarixi aspektdə öyrənilməsi isə təd -
qiqatın predmeti olaraq müəyyənləşdirilmişdir.
Monoqrafiyanın metodoloji əsaslarını biliklər cə miy -
yə ti ilə qloballaşmanın simbiozu şəraitində beynəlxalq infor-
masiya mühitinin kitabxanalara və əksinə, kitabxanaların bu
mü hitə təsir imkanlarının tarixi, nəzəri və konseptual cəhət -
dən öyrənilməsi təşkil edir. Azərbaycan kitabxanalarının bey -
nəl xalq informasiya mühitində iştirak tarixini, beynəlxalq
ki tab mübadiləsinin müasir vəziyyətini və inkişaf perspek -
tiv lərini öyrənmək məqsədilə tərəfimizdən elmi-nəzəri ədə -
biy yatın təhlili aparılmış, kitabxanaların müvafiq sahədəki
fə aliyyəti təhlil edilmiş, əldə edilən nəticələr qarşılıqlı şəkildə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
13

müqayisə olunaraq, ümumiləşdirilmişdir. Bunun üçün elmi-
ta rixi ümumiləşdirmə və tarixi təhlil, təsvir, müşahidə, elmi-
nəzəri analiz, müqayisəli-təhlil, terminoloji təhlil kimi elmi
tədqiqat metodlarından istifadə olunmuşdur.
Monoqrafiyanın elmi yeniliyi ondadır ki, ilk dəfə olaraq
AMEA Mərkəzi Elmi Kitabxanasının və onun timsalında
digər Azərbaycan kitabxanalarının beynəlxalq kitab və infor-
masiya mübadiləsi sahəsində münasibətlər tarixi, onun mü -
asir  vəziyyəti  və  inkişaf  perspektivləri  kompleks  şəkildə
öy  rənilərək ümumiləşdirilmiş, milli tarixşünaslıq və kitab xa -
naşünaslıq kontekstində müstəqil tədqiqata cəlb olun muş -
dur.  Əldə etdiyimiz elmi yeniliklər isə bunlardır:
- İlk  dəfə  olaraq  beynəlxalq  informasiya  mühitində
Azər baycan kitabxanalarının yeri və funksiyaları müəyyən -
ləş dirilmiş və nəzəri təhlil edilmişdir. 
- Tarixi təhlil və elmi-tarixi ümumiləşdirmə metod la -
rın dan istifadə etməklə AMEA Mərkəzi Elmi Kitabxanasının
beynəlxalq informasiya mühitində iştirak tarixi və onun bey -
nəl xalq əlaqələrinin təkamül mərhələləri ilk dəfə öyrənilmiş,
müasir inkişaf istiqamətləri araşdırılmışdır;
- Azərbaycan kitabxanalarının beynəlxalq elmi infor -
ma  siya  mühitinə  inteqrasiya  imkanları  təhlil  edilmiş,
möv cud  problemlər  təsnifləşdirilmiş  və  onların  həlli  is ti -
qamətində görülə biləcək işlər müəyyənləşdirilmişdir;
- Azərbaycan kitabxanalarının beynəlxalq kitab mü ba -
di ləsi prosesində iştirak reytinqinə təsir edən amillər müəy -
yən ləşdirilmiş və onların konkret göstəricilərə və şərtlərə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
14

adap tasiya imkanları öyrənilmişdir;
- Azərbaycan kitabxanalarının beynəlxalq qurumlarla
əmək daşlığının elmi-təşkilati aspektləri, o cümlədən beynəl -
xalq tədbirlərdə milli irsin təbliği məsələləri mövcud elmi-
mə dəni münasibətlər prizmasından araşdırılmışdır;
- Beynəlxalq kitab və informasiya mübadiləsi sahəsində
Azərbaycan kitabxanalarının inkişaf prioritetləri irəli sürül -
müş dür.
Monoqrafiyada qaldırdığımız məsələnin nəzəri əhə -
miy yəti Mərkəzi Elmi Kitabxananın nümunəsində iri Azər -
bay can kitabxanalarının beynəlxalq münasibətlər tarixinin
və beynəlxalq fəaliyyət imkanlarının arxiv sənədləri əsasında,
ətraflı şəkildə tədqiq olunmasındadır. Tədqiqat nəticəsində
kitab mübadiləsi üzrə beynəlxalq əməkdaşlığın inkişaf tarixi,
cari vəziyyəti, kitabxanalararası çap məhsulu mübadiləsinin
nəzəri-təşkilati prinsipləri və perspektivləri müəy yən ləş diril -
miş və tarixi aspektdə təhlil olunmuşdur. 
Tədqiqatımızın təcrübi əhəmiyyəti ondadır ki, kitabxa -
na lararası  beynəlxalq  əməkdaşlığın  inkişaf  etdirilməsi,
Azər bay can milli-mədəni sərvətlərinin təbliğinin ge niş lən -
dirilməsi, beynəlxalq elmi informasiya massivləri vasitəsilə
oxu cuların xarici elmi informasiya təminatının yaxşılaş dı rıl -
ma sı, xarici ədəbiyyatın komplektləşdirilməsinin koordina -
si ya  olunması  və  beləliklə,  bu  prosesə  çəkilən  xərclərin
azal  dılması,  beynəlxalq  təcrübədən  səmərəli  istifadənin
təmin edilməsi üçün irəli sürülən metod və təkliflər Azər bay -
can kitabxanalarının beynəlxalq informasiya mühitinə daha
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
15

peşəkar və uzunmüddətli inteqrasiyasını təmin edəcəkdir.
Monoqrafiyada əldə etdiyimiz nəticələrindən respub -
li kanın bütün kitab xanalarında və BDU-nun Kitabxanaçılıq-
informasiya  fakültəsində,  “Azər baycanda  kitabxana  işinin
tarixi”,  “Dünya  kitabxanalarının  tarixi”,  “Dünya  Milli
kitabxanaları”,  “Kitabxanaşünaslığın  müasir  prоblemləri”,
“Beynəlxalq  kitabxana  təsnifatı”,  “ABŞ  və  Qərbi  Avrоpa
ölkələində kitabxana və infоrmasiya işinin müasir prоb lem -
ləri”, “Azərbaycançılıq milli ideologiyasının kütləvi kitabx-
analarda təbliği” və s. fənlərinin tədris olunmasında, həmin
fənlər üzrə dərslik və dərs vəsaitlərinin hazırlanmasında elmi-
nəzəri və praktiki mənbə kimi istifadə olun bilər.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
16

BEYNƏLXALQ ELMİ KOMMUNİKASİYA
MÜSTƏVİSİNDƏ İNFORMASİYA 
MÜBADİLƏSİ
Beynəlxalq informasiya mühiti: 
təşəkkül və inkişaf tarixi
T
arixin axarında obrazlı informasiya mə ka nın dan
müasir, sürətlə yenilənən biliklər mühitinə çe v ri -
lən çağdaş cəmiyyət durmadan inkişaf edir. Belə bir cə miy -
yətdə “kommunikasiya və ya informasiya mü hiti” de    dikdə
in sanın yaratdığı çoxəsrlik yaşayış modeli nin mü ba dilə va si -
tələri deyil, ilk növbədə yeni texnologiyalar va sitəsilə ya ra -
dılan  interaktiv  münasibətlər,  virtuallaşmış  ünsiyyət  və
sər hədsiz əlaqə şəbəkəsi nəzərdə tutulur. Bu yanaşma günün
tə ləbləri kontekstində təbiidir və informasiya mühiti müasir
in sanın şüurunda məhz indiki dövrün sosial-iqtisadi və icti-
mai tərəqqisindən meydana gələn reallıq kimi əks olunur.
Elə buna görədir ki, çağdaş təfəkkürdə qlobal və lokal (öl -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
17

kədaxili və yaxud məhdud ərazi üzrə) kommunikasiya və in-
formasiya mühitinin sərhədləri mövcud deyil. Çünki müasir
dövrdə  İnternet  və  şəbəkə  infrastrukturunun  cəmiyyətə
təqdim etdiyi imkanlar o qədər genişdir ki, lokal informasiya
mühitinin  harada  və  ya  hansı  həddən  sonra  beynəlxalq
xarakter aldığını müəyyənləşdirmək çox çətindir. Halbuki,
informasiya mühiti müasir anlamda beynəl miləl lə şə nədək
çox uzun tarixi yol keçmişdir. 
İnformasiya mühiti təbiətin özü ilə həmyaşıddır və bu
mə nada kitabxanalar bu məkanda yeni təsisatlardır. Qlobal
informasiya mühiti isə informasiya əsaslı cəmiyyətin ən son
və ən dolğun formasıdır. Çünki beynəlxalq informasiya mü -
hi ti individual informasiya mühiti, ictimai kommunikasiya
və informasiya mühiti (makromühit), ölkədaxili və ölkə lə 
rarası informasiya mühiti və ən nəhayət kitabxanadaxili və
ki tabxanalararası informasiya mühitinin (mikromühit) vəh -
də tindən ibarətdir.
İnformasiyanın biliyə və əksinə, biliyin informasiyaya
çev rilməsi informasiya ilə işləmə səviyyəsindən, ona yana ş -
ma metodundan asılı olduğu üçün informasiyanın seçilməsi,
toplanması, emal olunması, mühafizə edilməsi və yayılması
bütöv bir idarəetmə prosesinin meydana gəlməsini zəruri
edir. Belə bir funksiyanı yerinə yetirən kitabxanalar ictimai
informasiya  resurslarından  biri  kimi  ümumiyyətlə,  infor-
masiya mühitinin vacib hissəsini təşkil edirlər. Bu mənada,
kitabxana  cəmiyyət  yaddaşının  maddiləşmiş  formasıdır.
Çünki informasiya insanla məkan arasında əlaqədir və bu
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
18

əlaqə bəşəriyyətin və məkanın yenilənməsinə nəzərən sabit-
dir. 
Bu əlaqə informasiya mühitinin inkişaf tarixinin bütün
mərhələlərindən, yəni birinci–informasiyanın yalnız şifahi
eşidilib ötürüldüyü ta qədim dövrdən, ikinci–yazının mey-
dana  gəldiyi  zamanlardan,  üçüncü–kitab  çapının  ixtirası
vaxtından, dördüncü-televiziya və radionun meydanagəlmə
tarixindən,  beşinci–fərdi  kompüterlərinin  ixtirasından,
altıncı–müasir  informasiya  cəmiyyəti  əsrinədək  dinamik
inkişaf yolu keçərək möhkəmlənmiş və əhəmiyyətini artır -
mış dır.
Bir çoxlarının təsəvvüründə informasiya mühiti infor-
masiya cəmiyyətinin platforması kimi yalnız müasir infor-
masiya  və  kommunikasiya  texnologiyalarının  yaratdığı
şə bəkənin təzahür formasıdır. Lakin bir daha qeyd etməliyik
ki, informasiya mühitinin formalaşması dövrü çox-çox əv -
vəl lərə qədər gedib çıxır və bu mühit məlumatları toplayıb
emal edən, seçib paylayan elektron vasitələrin, texnolo gi ya -
la rın yaranmasından daha öncə mövcud olmuşdur. Məsələn,
Azərbaycanda ərəb xilafəti dövründə müxtəlif ərazilərlə pay-
taxt arasında əlaqə yaratmaq məqsədilə yaradılmış rabitə
mərkəzlərinin-bərillərin fəaliyyəti xilafət daxilində for ma -
laşdırılmış real informasiya kanalı, poçt məntəqəsi idi. Bu
isə, artıq həmin dövrdə Azərbaycanda informasiya mühitinin
varlığından xəbər verir. Əlbəttə, burada informasiya mühiti
dedikdə müasir telekommunikasiya və rabitə vasitələrinin
köməyi ilə yaradılmış kiberməkandan söhbət getmir. Həmin
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
19

dövrün məlumat şəbəkəsi ilə indiki şəbəkə infrastrukturu
tamamilə fərqli bazisə malik olsalar da, onların hər ikisini
eyni terminlə “informasiya mühiti” deyə ad lan dır maq, məna
baxımdan məqbul, texniki baxımdan isə qeyri-məqbul gö -
rü nə bilər. Çünki ümumiyyətlə, uzun müddət keçməsinə
baxmayaraq, “İnformasiya mühiti” anlayışı yekdil təriflə izah
edilmir. Müxtəlif alimlərin müxtəlif yozumları bu anlayışa
münasibəti çoxmənalı edir. 
Azərbaycanda  rabitə  və  yüksək  texnologiyalar  üzrə
mütəxəssislərin  hazırladığı  mənbələrə  görə,  informasiya
mühiti informasiyanın saxlanması, işlənməsi və ötürül mə si -
nin texniki və proqram vasitələrinin, eləcə də informasiya -
laş manın həyata keçirilməsini təmin edən siyasi, iqtisadi,
mədəni şərtlərin toplusudur [48, s.13]. Və yaxud, elektron
şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elek-
tron  informasiya  məkanıdır.  Bir  başqa  tərifə  görə,  infor-
masiya mühiti informasiya kommunikasiyalarının aparıcı rol
oynadığı müasir ictimai həyatın sahələridir. Bu mənada in-
formasiya məkanı anlayışı informasiya mühiti anlayışı ilə
eynidir [48, s.17].
Rus alimləri Morozov və Polopanova [132] isə hesab
edirlər ki, vahid informasiya məkanı mövcud deyildir: o, re-
gional sistemlərdən təşkil olunsa da onların vəhdəti deyil.
Amerika alimi Maykl Hayma görə [170, s. 29] virtual məkan

əşyaların informasiya ekvivalentidir”.
Avropa və Amerika müəlliflərinin işlərində informasiya
mühiti bir qayda olaraq, informasiya supermagistralı və ya
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
20

kiberməkan adlandırılır. Və onun sərhədləri tam müəy yən -
ləş dirilə bilməz.
Digər rus alimi Savalyova görə fərdin informasiyanı ala
bildiyi və yaya bildiyi sərhədlər lokal və qlobal informasiya
mühiti sərhədləridir. Buna görə də, qlobal informasiya mü -
hiti informasiya münasibətlərinin özünütənzimləmə siste -
midir [141].
Bu mənada istər lokal, istərsə də qlobal beynəlxalq in-
formasiya mühitində kitabxanaların rolu olduqca böyükdür.
Kitabxanalar tərəfindən həyata keçirilən kitab mübadiləsi, o
cümlədən beynəlxalq kitab mübadiləsi ən etibarlı və uzun -
ömür lü elmi-mədəni münasibətlər şəbəkəsi, elmi kommu-
nikasiya vasitəsidir. Kitabxanalararası informasiya və kitab
mübadiləsi kitabxanaların malik olduğu məlumatları və ya
sənəd  kütləsini  digər  tərəfə  (kitabxanalara,  elm  və  təhsil
müəssisələrinə, ayrı-ayrı fərdlərə) ödənişsiz ötürülməsini və
qəbulunu nəzərdə tutur. 
Kitab  mübadiləsini  həyata  keçirilmək  üçün  kitabx-
analar seçilmiş və ya müvafiq məqsədlə əldə olunmuş təkrar
ədəbiyyatdan ibarət kitab mübadiləsi və ya ehtiyat fond ların -
dan istifadə edirlər. Bir qayda olaraq dünya və Azərbaycan
kitabxanaları  kitab  mübadiləsini  müxtəlif  yollarla  həyata
keçirlər.
1) çap məhsullarının kitabxanalar arasındakı mü ba -
diləsi; 
2)  istifadə  olunmayan  nəşr  vahidlərinin  pulsuz  ve -
rilməsi və ya yenidən yerli kitabxanalara paylaşdırılması; 
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
21

3) milli nəşr məhsulunun mübadiləsi; 
4)  çatışmayan  çap  məhsullarına  əsasən  sifarişlərin
qarşılıqlı yerinə yetirilməsi. 
Görünən budur ki, informasiya mühiti yalnız lokal əra -
zi də mövcud ola bilməz, başqa sözlə informasiyanın daha
qlobal məkanda yayılmasına olan ehtiyac informasiya ka nal -
larının  ümumiyyətlə,  mövcud  ola  bilməsinə  olan  ehtiyac
qədərdir. 
Faktlar göstərir ki, hətta ən qədim dövrlərdə belə ge -
cik mə ilə olsa da informasiya insan yaşayan bütün ərazilərə
gedib çatıb, lazımi effektini verib, indiki anlamda qloballaşıb.
Lakin informasiyanın müasir mənada qlobal məkanda ya yıl -
ma sı beynəlxalq poçt məkanının yaradılması ilə başlayıb.
Çünki bu zaman informasiya ənənəvi poçt vasitələri ilə ya -
yılır və bununla da vahid poçt ərazisi-informasiya mühiti
əmələ gəlir. Başqa tərəfdən, informasiya məkanının əslində,
radionun kəşfindən sonra qlobal xarakter aldığını da söy lə -
mək mümkündür. Belə ki, informasiyanın radio efiri va si -
təsilə sərhədsiz yayılması beynəlxalq informasiya mühitinin
formalaşmasının özəyini təşkil edir.
Cəmiyyətin kommunikativ meyarlarını və informasiya
landşaftını dəyişən bu iki hadisənin tarixinə qısaca da olsa
nəzər  yetirək:  haqqında  bəhs  etdiyimiz  beynəlxalq  poçt-
kommunikasiya  şəbəkəsinin  yaradılması  vasitəsilə  infor-
masiya  mühitinin  qlobal  xarakter  alması  1874-cü  ildən
başlamışdır. Həmin il, bugün Azərbaycan da daxil olmaqla
191  ölkəni  özündə  birləşdirən  Ümumdünya  Poçt  İttifaqı
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
22

yaranmış və informasiya axını həm məzmun, həm də for-
maca dəyişmişdir. Belə ki, buna qədər, xaricə göndərilən
məktublara  görə,  informasiyanı  göndərən  şəxs  yalnız  öz
dövlətinin sərhədlərinə kimi poçt haqqını ödəyir, sonrakı
xidmətlərə görə isə məktubu alan tərəf ödəniş edirdi. Bu za -
man  baş  verən  informasiya  itkisinin  həcmi  barədə  şərh
verməyə isə lüzum görmürük. 
İnformasiyanın  beynəlmiləlləşməsinə  xidmət  edən
radio efirinə gəlincə qeyd etməliyik ki, Malon Lümis tə rə fin -
dən naqilsiz əlaqənin yaradılması 1872-ci ilə, italyan mü hən -
disi  Qulyelmo  Markoni  tərəfindən  radiodalğa  vasitəsilə
informasiya mübadiləsi sisteminin, Aleksandr Popov tə rəfin -
dən radioteleqrafın, Nikola Tesla tərəfindən radioötürü cü -
nün ixtirası isə 1895-96-cı illərə təsadüf edir.
Lakin nəzərə almalıyıq ki, beynəlxalq informasiya mü -
hitinin formalaşması poçt və radioefirin meydana gəlməsi ilə
formalaşsa da, başqa sözlə, yeni təzahür forması qazansa da,
ilk növbədə əlyazma kitablarının hərəkəti (bir məkandan
müxtəlif coğrafiyalara yayılması) ilə cəmiyyətin yaddaşına
daxil olmuşdur. Bu mənada, beynəlxalq informasiya mühi-
tinin yaranma tarixi 150 il bundan öncəyə deyil, əlyazma
kitablarının müxtəlif məkanlarda mübadilə edildiyi qədim
və  orta  əsrlər  dövrünə  gedib  çıxır.  Beləliklə,  tarixi  daha
qədim olan kitab mübadiləsi beynəlxalq informasiya mühi-
tinin əsasını qoymuş, sonrakı dövrdə, qlobal poçt və radioefir
xidməti,  bir  qədər  sonra  isə  İnternet  bu  mühitin  inkişaf
edərək hər dəfə yeni forma qazanmasına şərait yaratmışdır. 
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
23

Ümumiyyətlə, istər əlyazma kitablarının, istər də çap
kitablarının və ya informasiyanın mübadiləsi onların daşın -
ması və ya axını müstəvisində baş verdiyindən prosesə 2
aspektdən yanaşmaq lazımdır:
1. İnformasiya və ya kitablar əvvəlcədən razılaşdırılmış
qrafikə, tematik plana əsasən qarşılıqlı şəkildə mübadilə ol-
unur (məsələn, kitabxanalar, elm və təhsil müəssisələrinin
biri-biri ilə və ya müxtəlif şəxslərlə qarşılıqlı razılıq əsasında
həyata keçirdiyi mübadilə buna misaldır).
2. İnformasiya və ya sənəd kütləsinin axını birtərəfli
şəkildə  həyata  keçirilir  (kitabların  hədiyyə  kimi  qəbul
olunması, satın alınması, üzünün köçürülüb qaytarılması, is-
tilalar zamanı talan edilməsi və s. buna misaldır)
Əlbəttə, bəhs etdiyimiz qədim dövrlərdə, kitab müba -
dilə si ikinci variant üzrə həyata keçirildiyindən bu yarım -
fəslin  tədqiqat  prioritetini  məhz  bu  formada  aparılmış
mü  badilə təşkil edəcəkdir. Birinci mənada kitab və informa -
siya mübadiləsi isə XX əsrin əvvəllərindən etibarən vüsət
aldığı üçün bu barədə monoqrafiyanın sonrakı səhifələrində
bəhs olunacaqdır. 
Dünya kitab, o cümlədən əlyazma kitabələrinin müba -
di ləsi tarixindən danışarkən ilk növbədə bizim eradan əvvəl -
ki  dövrə  ekskurs  etməli,  Qərb  kitabxanaşünas  və  tarixçi
alim ləri Cess Houk Şira, Kasson Laynl, Maykl Harris, Fred
Lerner, Stam Devid, Patrisiya Sorey və Frederik Löblankın,
rus kitabxanaşünas və tarixşünaslarından Sergey Vexov, Lev
Vladimirov,  Aleksey  Divnoqerçev,  Valeriya  Suvorovanın,
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
24

Azərbaycan alimlərindən Ziya Bünyadovun, Abuzər Xələ fo -
vun, Məmməd Adilovun müxtəlif əsərlərindəki tarixi faktlara
söykənməliyik. 
Tədqiqat işi ilə bağlı araşdırmalarımıza nəzər salmaz-
dan öncə, kitabın bu hissəsində əks olunan elmi müka limə -
mi zin terminoloji bazasına, bəzi anlayışların ilkin və sonrakı
mənalarına diqqət yetirməliyik. İlk növbədə qeyd etməliyik
ki, bu yarımfəsildə istifadə edəcəyimiz “kitab”, “mübadilə” və
“beynəlxalq” terminləri qədim və orta əsrlərdəki analo giya -
sında başa düşülməli, o dövrdə işlədilən “mətn, əlyazma, daş,
gil kitabə” kimi anlayışlar “kitab”, həmin kitabların müxtəlif
yollarla əldə olunması (pulla alınması, dəyişdirilməsi, üzü -
nün köçürülüb qaytarılması və s.) “mübadilə”, iki və daha
artıq ərazi vahidi (dövlət və ya dövlətin daxilindəki ərazilər)
arasında aparılan kitab mübadiləsi isə mahiyyətcə “beynəl -
xalq” mənasında anlaşılmalıdır. 
Azərbaycan əlyazmaşünaslığının görkəmli araşdır maçı -
la rın dan olmuş, professor M.Adilov “Azərbaycan paleoq rafi -
yası” əsərində L.Doyelin ən qədim kitab və ən qədim mətnin
Misirdə tapılması ilə bağlı tədqiqatına şərh verərkən qeyd
edir  ki,  Doyel  mövzu  ilə  bağlı  çox  qiymətli  informasiya
 ver məsinə baxmayaraq, “mətn” və “kitab” anlayışlarını fərq -
lən dirmir. Nəticədə, M.Adilov belə bir qənaət hasil edir ki,
Doyelin bəhs etdiyi “Ehram mətnləri” də, “Ölülər kitabı” da,
onların ikisi arasında yazıya alınmış bütün başqa mətnlər də,
“Pris papirusu” da elə “kitab” deməkdir [3, s.7]. Bu qənaət
bizim  üçün  də  məqbul  göründüyündən  hər  iki  müəlliflə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
25

həm fikir olaraq, sözlərin məhz bu mənasından çıxış etməyə
üstünlük verəcəyik. 
Fikrimizi əsaslandırmaq üçün başqa bir mənbəyə də
isti nad etməkdə fayda var. Məsələn, özbək kitabşünas alimi
Erkin Axuncanov öz əsərində yazır: “Orta Asiya kitab mə -
dəniyyətinin tarixi öz kökləri ilə əsrlərin dərinliyinə, yazının
mənşəyinə, yazının tətbiqi ilə birlikdə kitabın da yarandığı
dövrə gedib çıxır. İlk kitabların forması bizim üçün adi olan
cildlənmiş  kitab  bloku  formasını  heç  uzaqdan-uzağa  da
xatırlatmırdı. İlk kitablar üzərində mətnlər yonulmuş daş və
gil  lövhələrdən,  xüsusi  üsulla  hazırlanmış  heyvan  dəri lə -
rindən, müxtəlif forma və ölçülü dərilərdən, bürmələnmiş
də rilərdən, sadəcə taxta parçalarından və bir-birinə pərçim -
lən miş  yazılı  lövhələrdən  ibarət  idi.  Orta  Asiya  əlyazma
kitabı özünün tarixi inkişafı ərzində daşlar, qayalar, heyvan
dəriləri üzərindəki yazı kimi ən qədim mətn təşkili üsul la -
rın dan tutmuş, bürmələnmiş dəri və kağız kitablara, sonralar
isə bir necə dəftərin bir cildə tutulması yolu ilə hazırlanmış
kodeks şəklində kitablara qədər bütün təkamül mərhələlərini
keçmişdir ” [94, s.6].
Burada kitabşünas alim yazı materialı və onun forması
arasında fərq qoymadan, üzərində mətn həkk olunmuş daş
və gil lövhələri, sadəcə taxta parçalarını, daşları və qayaları
da üzərində həmin cur mətn yazılmış heyvan dəriləri, kağız
və kodeks kimi “kitab” hesab edir.
Beləliklə, biz monoqrafiyanın bu hissəsindəki termin,
söz birləşməsi kimi “qədim və orta əsrlər dövründə bey nəl -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
26

xalq kitab mübadiləsi” və yaxud “kitabın beynəlxalq hərə -
kəti” deyərkən üzərində müxtəlif yazı üsulları (mixi, heroqlif,
hərf və s.) ilə mətn yazılmış müxtəlif təbəqələrin (daş, gil,
kirəmit, dəri, papirus, kağız və s.) könüllü dəyişdirilməsini,
bir-yerdən digər yerə göndərilməsini, hədiyyə kimi verilməsi
və qəbul edilməsini, alınıb-satılmasını, üzünün köçürülərək
geri qaytarılmasını nəzərdə tuturuq.
İstər  C.H.Şiranın,  istər  V.S.Suvorovanın,  istərsə  də
K.Laynlın əsərlərindən belə bir tarixi fakt öz əksini tapır ki,
kitab/mətn saxlancı müstəvisində sənəd mübadiləsi və ya
sə nəd toplanması bizim e.ə. VII əsrə təsadüf edir. S.V.Suvo -
ro vanın əsərində müxtəlif mənbələrdən toplanmış və kom-
pleks şəkildə təqdim olunmuş tarixi faktlara görə, Assuriya
şahı  Aşşurbanipalın  Nineviya  şəhərindəki  (indiki  Mosul,
İraq) kitabxanasına-yəni bizə məlum olan ilk böyük kitabxa -
naya müxtəlif ərazilərdən gil kitabələr gətirilərək əksəriy yə -
ti nin üzü müstəhsinlər (xətti gözəl və qüsursuz kitabdarlar)
tə rəfindən köçürülür və sonra geri qaytarılırdı [150]. Şimal -
dan Kiçik Asiyanın cənub hissəsinə, cənubdan Ərəbistan və
İran körfəzinə, şərqdən Elam, qərbdən Misirə qədər böyük
bir  ərazini  zəbt  etmiş  Aşşurbanipal  qırx  illik  hakimiyyəti
dövründə böyük Assuriya dövlətini və qonşu əraziləri gə zə -
rək qədim mətnlər axtaran və üzün köçürmək üçün Nineviya
kitabxanasına gətirən xüsusi “mətngəzənlər” təyin etmişdi.
Onların tapıb kitabxanaya gətirdikləri belə gil ki ta bələr Misir,
Babil, Akkad, Mesopatamiya, Lars məbədlərində saxlanılan
orijinal əsərlərin surətləri idi [105].
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
27

E.ə. V əsrdə İsgəndəriyyədə həm muzey, həm kitabxa -
na, həm də akademiya üçün nəzərdə tutulmuş bina tikil -
mişdi. Sonradan “İsgəndəriyyə kitabxanası” adlanan bu inşa
II Ptolomey Filadelfin hakimiyyət illərində (e.ə. 285-246)
inkişaf  etməyə  başlamış  və  xeyli  zənginləşmişdi.  Kitab -
xananın zənginləşməsi səbəblərindən biri də İsgəndəriyyə
limanına gəlmiş ticarət gəmilərinin təftiş edilməsi və gə mi -
dəki əlyazmaların müsadirə olunaraq kitabxanaya verilməsi
idi [100, s. 4; 150 s. 21-22; 135, s. 41; 162, s. 21-22]. İşin
qəribə tərəfi bu idi ki, həmin əlyazmaların orijinalı götürülür,
əvəzində gəmi kapitanına əsərin surəti, yaxud da onun kitab -
xanaya  təhvil  verilməsi  haqqında  rəsmi  sənəd  təqdim  ol-
unurdu. 
Digər  mənbələrə  görə,  bəzən  gəmidəkilərə  həmin
əlyazmanın surəti ilə bərabər, hədiyyə kimi kitabxananın fon-
dunda  olan  başqa  bir  əsərin  surəti  də  verilirdi.  Çünki  II
Ptolomeyin tapşırığına əsasən əlyazmanın orijinalı nə yolla
olursa-olsun əldə olunmalı idi [163, s. 97]. Bütün bu fakt -
ların  şübhə  doğurmamasına  rəvac  verən  əsas  məqamlar
ondan ibarətdir ki, II Ptolomey tarixdə hiyləgər və uzaqgörən
bir  dövlət  başçısı,  xarici  siyasət  xadimi  kimi  tanınmaqla
bərabər, həm də kitab və mütaliə həvəskarı kimi ad çıxarmış,
ətrafında dövrünün sayılıb-seçilən fikir və elm adamlarını
toplaya bilmişdi. Onların arasında Kallimax, Feokrit, Mane-
fon, Eratosfen, Zoil və s. kimi alim və yazıçılar olmuşdur.
Göründüyü kimi hələ o dövrlərdə İsgəndəriyyə kitab -
xanasının  müxtəlif  əsərlərlə  komplektləşdirilməsi  dövlət
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
28

siya səti səviyyəsində həyata keçirilmiş, bu fəaliyyətə xüsusi
diqqət və hiylə ilə yanaşılmışdır.
Başqa  ölkələrin  kitabxanaları  arasındakı  mübadilə
məsələlərinə gəlincə, qeyd etməliyik ki, Şərq ölkələrində,
xüsusilə də Çində kitabxanaçılar əsərlərin mübadiləsini çox
uğurla həyata keçirir, bunun üçün başqa dövlətlərə süana
yazılmış əsərlər aparır və əvəzində yeni kitablar gətirirdilər. 
Sonrakı dövrlərdə ingilis və irlandiyalı rahiblər də bu
təc rübədən istifadə edərək, Romaya kitab aparır və geri qayı -
darkən əldə etdikləri əsərləri monastır kitabxanasına hədiyyə
edirdilər [147, s. 20-25].
Rus kitabxanaşünası V.S.Suvorovamın qənaətinə görə,
yazının yaranmasından VII-ci əsrə qədər davam edən bey -
nəl xalq (ərazilərarası) sənəd mübadiləsi ilkin inkişaf döv -
ründə sistemsiz həyata keçirilmiş, mübadilənin əsas məqsədi
kitabxana  fondlarını  komplektləşdirməklə  bərabər,  kitab
kolleksionerlərinin sərvətinə sərvət qatmaq olmuşdur [146].
Bu dövr alim tərəfindən beynəlxalq kitab mübadiləsi tarix-
inin birinci mərhələsi kimi səciyyələndirilir.
Beynəlxalq kitab mübadiləsi tarixinin ikinci mərhələsi -
nin xronoloji çərçivəsi isə VII- ХVII-ci əsrləri əhatə edir.
Müsəlman  dünyasının  ilk  mərkəzi  olan  Dəməşqdə
Əmə vilər  sülaləsinin  nümayəndələri  VII-ci  əsrdə  böyük
kitabxana yaratmış, buraya xeyli sayda həm dünyəvi, həm də
dini  ədəbiyyat  toplamışdılar.  Əlbəttə,  o  dövrdə,  Xilafət
ərazisində ərəb 
(kitab...) və fars (...xanə) kökənli “kitabxana”
termini deyil, 
“xazinə əl-kütub” (kitab xəzinəsi) və ya yaxud
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
29

“dar əl-kütub” (kitab iqamətgahı) anlayışlarından istifadə ol-
unurdu. Dəməşq kitabxanasına gəlincə isə onu “
beyt əl-hik -
ma” (hikmət evi) adlandırırdılar. Bəzi mənbələrdə [175, s.
450] qeyd olunur ki, buraya dünyanın müxtəlif ölkələrindən
əsərlərin surətləri gətirilir, əvəzində həmin ölkələrə dini ədə -
biy yat göndərilirdi.
Ərəb xilafətinin bu kitabxanası əvvəlcə arxivlə birlikdə,
619-cu ildən isə müstəqil şəkildə fəaliyyət göstərmişdir. 
VIII-ci  əsrdə  kitabxana  bütövlükdə  Ərəb  xilafətinin
yeni paytaxtı Bağdada köçürülmüş, xəlifə Mənsur Bizans im-
peratorundan bu kitabxana üçün riyaziyyata aid əlyazmalar
göndərməyi xahiş etmişdi. 
ABŞ tarixçilərinə görə bu xahiş əvəzsiz [175, s. 453],
baş qa bir müəllifə [146] görə isə mübadilə əsasında həyata
keçirilmişdir.
Nəzərə alsaq ki, 616-cı ildə Əməvilər sülaləsi hakimiy -
yə tə gəldikdən sonra Cavanşir iki dəfə Dəməşqə səfər etmiş
və Müaviyyə ilə sülh bağlamışdır, o zaman ehtimal etmək
olar ki, artıq ö dövrdə Azərbaycan ərazisindən Xilafət kitab -
xanasına əlyazma əsərlər aparılmışdır. 
Lakin Azərbaycan ərazisinə kitabların daxil olması və
ya xud bu ərazidən digər yerlərə kitabların daşınması VII əsr -
dən əvvəlki dövrə təsadüf edir. Məlumdur ki, V əsrdə Qafqaz
Albaniyasında 52 hərfdən ibarət alban əlifbası tərtib edilmiş
və bir çox kitablar alban dilinə tərcümə olunaraq yayılmışdı.
Həmin dövrdə kilsə və məktəblərdə təşkil olunan kiçik kitab -
 xa nalarda müxtəlif xalqların alban dilinə tərcümə edilmiş
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
30

ədəbiyyat  nümunələri  toplanmışdı.  Eyni  zamanda,  alban
dilin də hazırlanan əsərlərin ya əsli, ya da üzü köçü rü lərək
baş qa  məmləkətlərə  aparılmış  və  müxtəlif  kitabxanalara
 yer ləş dirilmişdi.
Qeyd etmək lazımdır ki, Azərbaycanda kitabxana mə -
də niyyətinin geniş yayılması, məscid və mədrəsələrdə kitab -
xa naların  meydana  gəlməsi  və  zənginləşdirilməsi  İslam
di ni nin yayılmasından sonraya təsadüf edir. XI əsrdən eti -
barən Azərbaycanda dəyərli əsərlərin qorunub saxlanıl ması
üçün bir sıra görkəmli şəxslərin təşəbbüsü ilə yeni kitabx-
analar yarandı və xaricdən gətirilən kitablarla zəngin ləş diril -
məyə başladı. Belə kitabxanalardan biri filosof Əbülhəsən
Bəhmənyara (993-1066) məxsus idi. Bu kitabxanada yüz -
lərlə  kitab,  o  cümlədən  filosofun  müəllifi  olduğu  “Təhsil
kitabı”, “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səadət ki -
tabı”, “Metafizika elminin mövzusu”, “Mövcudat mər təbə lə -
rinə dair traktat” və s. kitablar var idi. Hələ sağlığında “Təhsil
kitabı”nın müəllifinə yalnız Azərbaycanda deyil, onun hü -
dud larından kənarda da şöhrət qazandırması onun ərəb və
fars dillərinə tərcümə olunaraq nüsxələnməsindən və çox
geniş bir arealda yayılmasından xəbər verir. Bu isə, o dövrdə
Azərbaycanda rüşeym halında olsa belə əsərlərin mübadilə -
sinin mövcud olmasına dəlalət edir. Ehtimal etmək olar ki,
həmin dövrdə kitab mübadiləsi əsasən tacirlər tərəfindən
həyata keçirilmişdir. Çünki o dövrdə dəyərli bir əsər, kitab
həm də əmtəə kimi də çox qiymətli idi.
Azərbaycanda kitab mədəniyyətinin, o cümlədən kitab
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
31

mübadiləsinin formalaşdırılmasında Xətib Təbrizinin (1030-
1109) böyük rolu olmuşdur. Təbrizdə zəngin şəxsi kitabxana
malik olmuş X.Təbrizi bir çox alimlərə kitab hədiyyə vermiş
və  onlardan  kitab  qəbul  etmişdir.  Azərbaycan  alimi  Əbu
Mən sur Məhəmməd Əl-Əzhəri (895-980) və onun yetir -
mələrindən olan ərəb filosofu Əbül-Üla Müərri (973-1057)
ilə təmasda olmuş, onlarla kitab mübadiləsi aparmışdır. Ta -
rixdən məlumdur ki, X.Təbrizi Ə.Müərrinin yanına gedər -
kən hədiyyə olaraq ərəb aliminə şəxsi kitabxanasından 17
kitab  da  aparmışdır.  Ə.Müərrinin  öıülümdən  sonra  Bağ -
dadda  onun  əsərlərinin  sərgisi  təşkil  edilmiş  və  hədiyyə
olunmuş həmin kitablar da nümayiş etdirilmişdir.
Akademik Ziya Bünyadov və akademik Əziz Mirəh mə -
dov orta əsrlərdə Azərbaycana səfər etmiş Yaqut Həməvinin
“Məcməul Buldan” əsərinə istinad edərək göstərirlər ki, XI-
XII əsrlərdə Gəncədə və Bərdədə zəngin saray kitabxanaları
fəaliyyət göstərmişdir. Gəncədə Xəddad ibn Bəkran Əbu-əl-
Fədl ən-Naxçıvaninin kitabdarlıq etdiyi “Dar-əl-kütub” adlı
zəngin saray kitabxanası və başqa kitabxanalar olmuşdur.
Nizamişünas professor R.Əliyev bu dövrdə Azərbaycan əra -
zisində mütaliə üçün hər cür kitabın tapılmasının mümkün
olduğunu yazır. “Dar-əl-kütub” kitabxanasının ictimai kitabx-
ana olduğu ehtimal edilir. Belə ki, maraq göstərən hər kəs
buradan istifadə edə bilmişdir. 
Tədqiqatçı Q.Kəndli də XI əsrdə Gəncədə və Bərdədə
zəngin saray kitabxanalarının mövcud olduğunu yazır. Bu
kitab xanalar çox zəngin və nadir kitab fonduna malik olmuş -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
32

lar. Bunu onunla əlaqələndirmək olar ki, Gəncə və Bərdə
böyük mədəniyyət və ticarət mərkəzi olduqlarına görə, dün -
ya nın müxtəlif ölkələrindən gələn tacirlər burada kitaba bö -
yük tələbatın olduğunu bilirdilər. Demək ki, həmin kitabların
xeyli hissəsi də tacirlər vasitəsilə bura gəlib çıxırdı. Bundan
başqa, kitabşünas alim İ.Zəkiyev də “Azərbaycan kitabının
inkişaf yolu” adlı əsərində Gəncə və Bərdə kitabxanalarında
20-dən çox xarici dildə kitab saxlanıldığını yazırdı. 
Tarixi faktlar göstərir ki, Atabəylərin hakimiyyəti döv -
ründə də Gəncədə böyük saray kitabxanası (kitab evi) ən
zəngin və nadir kitab fonduna malik bir kitabxana kimi şöh -
rət  tapmışdı.  Öz  hakimiyyətləri  dövründə  mədəniyyətin
inkişafına qayğı göstərən Atabəylər kitabxananın inkişafına
və fondunun zənginləşdirilməsinə xüsusi qayğı göstərirdilər.
Bu  kitabxana  demək  olar  ki,  bütün  Şərq  ölkələrindən  ən
qiymətli əlyazma kitabları alırdı. 
Azərbaycanda kitab irsinin qorunub saxlanmasında və
gələcək  nəsillərə  ötürülməsində,  onların  mübadiləsində
Nəsrədddin Tusinin (1201-1274) də böyük əməyi vardır.
Məlumdur ki, Tusi Qəzvin şəhərinin şimalında tikilmiş Ələ -
muq qalasında həbsdə olarkən orada Həsən Səbbah tə rəfin -
dən yaradılmış kitabxanada müdir işləmişdir. Tusinin türk
mənşəli olduğunu müəyyənləşdirəndən sonra Hülaki xan
1256-cı ildə onu həbsdən azad edərək özünə baş məsləhətçi
təyin etmişdir. Bundan sonra Tusi Hülaki xanın əmri ilə tik -
dir diyi Marağa rəsədxanasında kitabxana təşkil edib dün -
yanın müxtəlif ölkələrindən bura dörd yüz mindən çox kitab
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
33

toplamışdı.  Bu  kitabların  böyük  bir  qismi  Bağdad,  Şam,
Əlcəzair, Mosul və digər şəhərlərdən toplanmışdı. 
Azərbaycan  kitabxana  işinin  tarixinin  görkəmli  təd -
qiqat çısı professor A.Xələfov orta əsrlərdə kitab mə də niy yə -
tinin inkişafından, əlyazma kitablarının üzünün kö çü rül məsi
prosesindən, onların mübadiləsindən danışarkən Fəz lul lah
Rəşidəddinə (1247-1318) xüsusi diqqət yetirir. Pro fessor
qeyd edir ki, Rəşiddədin Təbrizin şimal-qərbində iki kitabx-
anaya,  eyni  zamanda  universitet  və  onun  tərkibində  bir
kitabxanaya rəhbərlik etmişdir. 
Məhz Fəzlullah Rəşidəd dinin gərgin əməyi nəticəsində
altmış mindən çox kitabı fonduna malik olan hər iki kitab -
xana ya, eləcə də Azərbaycanın ilk universiteti sayılan “Rə şi -
diy yə”  universitetinin  kitabxa na sına  Bizans,  İran,  Misir,
Hin distan, Misir, Çin və Yunanıs tan dan biri-birindən qiy -
mətli kitablar gətirilmiş, əvəzində həmin ölkələrə kitabxa na da
mövcud olan başqa əsərlərin üzü köçürülərək gön dərilmişdir.
Tarixdən  yaxşı  məlumdur  ki,  kitab  sərvətini  qorumaq  və
mübadilə apara bilmək üçün Rəşidəddin öz himayəsində
olan xəttatlara ən zəruri hesab etdiyi kitabların üzünü də fə -
lərlə köçürtdürürmüş. Bir daha qeyd etməliyik ki, onun əsas
məqsədi  təbii  fəlakətlər  vaxtı  kitab  sərvətini  qorumaq  və
başqa  ölkələrin  kitabxanalarına  göndəriləcək  əsərlərin
nüsxələrini çoxaltmaq idi.
Tədqiqatlar göstərir ki, Azərbaycan ərazisində XI-XVI
əsrlərdə mövcud olmuş şəxsi, mədrəsə, məscid və saray kitab -
xa naları  arasında  sonuncular  kitab  mübadiləsi  sahəsində
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
34

daha aktiv fəaliyyət göstərmişlər. Səfəvilər dövründə Azər -
bay canda kitabxana işinin tarixini araşdıran P.Kazımi qeyd
edir ki, saray kitabxanaları arasında XIV əsrdə Azərbaycanın
görkəmli dövlət xadimi böyük sərkərdə Şah İsmayıl Xətai
tərəfindən yaradılan Təbriz saray kitabxanası çox mühüm yer
tuturdu. 1522-ci ildə Şah İsmayıl Xətai kitabxana işi haq qın -
da dövlət fərmanı imzalamış və saray kitabxanasına mübadilə
yolu ilə, dünyanın müxtəlif ölkələri ilə kitab alış-verişi həyata
keçirməklə kitab toplanmasına şərait yaratmışdı.
Azərbaycandan fərqli olaraq orta əsrlərdə Qərb ölkələri
arasında  kitab  mübadiləsi  əsasən  kilsə  və  din  xadimləri
arasında baş verirdi. Bəzən bir kitabı oxuduqdan sonra qay-
tarmaq şərti ilə əldə etmək istəyən monastırlar, həmin əsərin
möv cud olduğu başqa ölkədəki monastıra girov kitab gön -
də rir  və  beləliklə,  müasir  mənada  beynəlxalq  kitabxana -
lararası abonementi xatırladan prosesi yerinə yetirirdilər. 
Kitab  mübadiləsində  missionerlərin  də  xüsusi  rolu
olmuşdur. Tarixçi alim F.Ələkbərli 2011-ci ildə Vatikanın
məxfi  arxivlərində  apardığı  tədqiqatlardan  sonra  belə  bir
nəticəyə  gəlmişdir  ki,  Elxanilər,  Atabəylər,  Ağqoyunlu,
Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökm dar -
ları  müxtəlif  missionerlər  vasitəsilə  sənəd  və  informasiya
mübadiləsi aparmış, Vatikana məktub və kitablar göndərmiş,
cavab və kitab hədiyyəsi almışlar. Bu məlumatlar mis sioner -
lərin  hesabatları  və  s.  sənədlərində  öz  əksini  tapmışdır
(şək.1).
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
35

Alimin apardığı araşdırma nəticəsində məlum ol muş -
dur ki, hələ orta əsrlərdə Azərbaycandan Avropa ölkələrinə,
ora dan da Vatikana bir çox əsərlərin nüsxələri aparılmışdır.
Alimin Vatikandan Azərbaycana rəqəmsal informasiya da şı -
yı cısında gətirdiyi əlyazmalar arasında bizə məlum olan və
ol mayanlar da var. İndiyədək bizə məlum olmayan əlyaz ma -
lardan biri XV əsrə aid türk dilində “Hekayələr toplusu”dur.
Adı çəkilən  toplu  Azərbaycan  ədəbi  dilinin  ən  qədim  nü -
munələrindən biridir. Orada “Dədə Qorqud”un dilinə yaxın
olan bir dildə yazılan ədəbiyyat nümunələri əks olunub. Bun-
dan başqa Vatikanda Şirvan alimlərinin məlum olmayan bir
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
36
Şək.1. Orta əsrlərdə Azərbaycanda olmuş 
missionerlərin əlyazmlarından bir parça

çox əsərləri tapılıb. Türkiyə, Osmanlı imperiyasında yaşayan
Mahmud Şirvaninin, İllaqi adlı əslən Şirvandan olan həkimin
bir neçə təbabət haqqında əsəri aşkar edilib və s.. 
Məlum olan müəlliflərdən isə Hinduşah Naxçıvaninin
riyaziyyata aid əsəri, Təbriz, Ərdəbil alimlərinin, Zən ca ni lə-
 rin, Azərbaycanda geniş məlum olan şəxslərin, Nizaminin,
Füzulinin, Şah İsmayıl Xətainin qədim əlyazmalarının adını
çəkmək olar. Alimin aşkar etdiyi həmin nüsxələr indiyədək
ölkəmizdə olmamışdı. Bütün bunlar bir daha təsdiqləyir ki,
intibah dövründə Azərbaycan beynəlxalq sənəd, kitab və in-
formasiya  mübadiləsindən  qətiyyən  kənarda  qalmayıb,
İtaliya, Almaniya, Fransa ilə sıx mədəni əlaqələrdə olub. 
Tarixdən məlumdur ki, 1694-cü ildən Fransanın Kral
ki tabxanası kitabların dublet nüsxələrinin xarici nəşrlərlə
dəyişdirmək üçün kraldan icazə almış və bu proses 1697-ci
ilə kimi davam etmişdi. Bunun özü də Avropa ölkələrinin
xariclə, o cümlədən Azərbaycanla kitab mübadiləsi apar dı -
ğı na dəlalət edir.
1740-cı ildə Avropa kitabxanaları nəşrlərin beynəlxalq
mü badiləsini aparmaq üçün "Commercium literarium" adlı
mübadilə orqanı təsis etmişdilər. İsveçin Lund Universiteti
tərəfindən idarə olunan bu təşkilat bir neçə illik fəaliyyətdən
sonra ləğv olunmuşdu. 
XIX əsrin əvvəllərində Britaniya hökuməti Fransa ilə
beynəlxalq kitab mübadiləsi bürosu təsis etməyə çalışmış,
lakin bütün təşəbbüslər boşa çıxmışdı. Nəhayət, 1817-ci ildə
Marburqda "Akademischer Tauschverein" adlı alman kitab
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
37

mübadiləsi  cəmiyyəti  yaradılmış  və  buraya  Almaniya  ilə
yanaşı İsveç, İsveçrə, Belçika və Niderland Universitetləri
qoşulmuşdu. 1839-cu ildə həmin cəmiyyət vasitəsilə bey nəl -
xalq kitab mübadiləsi aparan ölkələrin sayı 6-ya, Univer si tet -
lə rin sayı isə 24-ə çatmışdı.
1840-cı ildə Parisdə həmin ölkələr tərəfindən bey nəl -
xalq mübadilə üzrə Mərkəzi Ümumi Agentlik yaradılmış,
Fran sa və bəzi Avropa ölkələri arasında nəşrlərin mübadiləsi
daha da intensivləşmişdi.
Sonrakı  illərdə  Vaşinqtonda  Smitson  İnstitutu,  Bel -
çikada Beynəlxalq Kitab Mübadiləsi Komissiyası yaradılmış,
bu da öz növbəsində beynəlxalq kitab mübadiləsinin coğra -
fi yasını bir qədər də genişləndirmişdi.
Nəşrlərin beynəlxalq mübadiləsində müxtəlif cəmiy -
yət lərlə yanaşı ayrı-ayrı şəxslərin də rolu böyük olmuşdur.
Məsələn, Avropada və ABŞ arasında beynəlxalq kitab müba -
di ləsində Normandiyalı Aleksandr Vattemarın böyük zəh -
məti  vardı.  1935-ci  ildə  o,  Fransa  parlamentinə  “Şəxsi
kol lek siyalar, muzey və kitabxanalarda mövcud olan dublet
kitab və incəsənət nümunələrinin ümumi mübadilə sistem-
inin yaradılması haqqında qanun”nun qəbulu üçün petisiya
təqdim etsə də qanunverici orqan sənədi rədd etmiş və belə
bir təsisata ehtiyac olmadığını bildirmişdi. Bunun ardınca
A.Vattemar 1839-cu ildə Amerika Birləşmiş Ştatlarına gəlmiş
və ABŞ Konqresinə dubletlərin beynəlxalq mübadilə sistem-
ini təklif etmişdi. 17 iyul 1840-cı ildə ABŞ Konqresi onun
“Mədəni irsin beynəlxalq mübadilə sistemi”ni təsdiq edərək
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
38

Avropaya 700 cildlik sənəd kütləsinin surətini göndərmişdi.
Əvəzində Belçika, Böyük Britaniya, Portuqaliya və Fransa
kimi ölkələr hökumət sənədlərinin surətlərini Konqresə gön -
dərməyə razılıq vermişdilər. Təkcə 1847-ci ildə A.Vattemarın
səyi nəticəsində Avropadan ABŞ-a 12 ton kitab gətirilmişdi.
Amma bütün bu səylərə baxmayaraq kitabların bey nəl -
xalq mübadiləsində pərakəndəlik davam edir, vahid sistemin
ol maması prosesin inkişafına mane olurdu. Nəhayət, 1875-
ci  ildə  Parisdə  keçirilmiş  konqresdə  16  ölkənin  (İsveçrə,
Belçika, Türkiyə, İspaniya, Dominikan Respublikası, Ru mı -
ni ya, Fransa, Avstriya-Macarıstan, Portuqaliya, Çili, Norveç,
İsveç, Almaniya, Rusiya, İtaliya və ABŞ) nümayəndələri tə -
rəfindən imzalanmış bəyannamə qəbul olundu. Bununla da,
həmin sənədi imzalayan nümayəndələr təmsil etdikləri öl -
kələrin rəhbərliyi qarşısında dövlət hesabına çap edilmiş kar-
toqrafik və coğrafi nəşrlərin, elmi ədəbiyyatın və patentlərin
milli  mübadilə  mərkəzlərinin  (bürolarının)  yaradılması
məsələsini qaldırmaq barədə öhdəlik götürmüş oldular.
1883 və 1886-cı illərdə həmin ölkələr Belçikanın pay -
tax tı  Brüsseldə  biri-birindən  vacib  konfranslar  çağıraraq
beynəlxalq kitab mübadiləsinin hüquqi və təşkilati əsaslarını
möhkəmləndirməyə  nail  oldular.  Beləliklə,  1886-cı  ildə
Brüsseldə beynəlxalq kitab mübadiləsi üzrə 1958-ci ilə kimi
qüv vədə qalmış “A” və “B” konvensiyaları (“A”-“Rəsmi sə nəd -
lər, elmi və bədii ədəbiyyatın beynəlxalq mübadilə haqqında
Brüssel konvensiyası”; “B”- “Rəsmi jurnallar, parlament he -
sabatları və sənədlərinin birbaşa mübadiləsi haqqında Brüs -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
39

 sel konvensiyası”) imzalandı. Bu konvensiyalar beynəl xalq
kitab mübadiləsini tənzimləyən ilk hüquqi sənədlər idi. 
Brüssel  konvensiyasının  qəbul  olunduğu  o  illərdə,
Azərbaycanda ictimai kitabxanalar, habelə bir çox görkəmli
elm və mədəniyyət xadimlərinin şəxsi kitabxanaları meydana
gəlməyə başlamışdı. 1905-1907-ci illərdə Azərbaycan milli
mədəniyyətinin tərəqqisi naminə çalışan ziyalılar, inqilabın
təsiri altında xeyriyyə cəmiyyətləri təşkil edir, kitab nəşrini
yaymağa çalışır, kitabxana və qiraətxanalar açırdılar. XX əsrin
20-ci illərində M.Ə.Sabir adına Kitabxana, Bakı Dövlət Uni-
versitetinin kitabxanası, Azərbaycan Dövlət Kitabxanası və
Mərkəzi Elmi Kitabxana yaradılmışdı. 
1930-40-cı  illərdə  AMEA-nın  Mərkəzi  Elmi  Kitab -
xana sı, Milli Kitabxana və Respublika Elmi-Texniki Kitab xa -
nası beynəlxalq kitab mübadiləsinə qoşuldular. YUNESKO
tərəfindən 1958-ci ildə qəbul olunmuş və SSRİ-də 1962-ci
ildə təsdiq edilmiş konvensiya həmin kitabxanaların beynəl -
xalq kitab mübadiləsini tənzimləyən başlıca sənədə çevrildi. 
Monoqrafiyanın növbəti hissəsində Azərbaycan kitab -
xana larının bu illərdəki beynəlxalq fəaliyyəti öyrə nilə cək,
döv lət  müstəqilliyinin  qazanılmasınadək  kitabxanaların
(Mər kəzi Elmi Kitabxananın nümunəsində) bu sahədə əldə
etdiyi təcrübə, beynəlxalq kitab və informasiya mübadiləsi
prose sin də iştirak tarixi tədqiq ediləcəkdir.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
40

AZƏRBAYCAN BEYNƏLXALQ 
İNFORMASİYA MÜHİTİNDƏ: 
İnformasiya və çap məhsullarının
mübadiləsi sahəsində 
əməkdaşlığın yaranması və inkişafı 
(1929-1955-ci illər)
A
rtıq neçə onilliklərdir ki, xalqın milli-mədəni sər -
 vət lərini, kitab, əlyazma və s. şəklində mad di ləşmiş
mədəni yaddaş nümunələrini, elmi, bədii, mədəni kitabiyyatı
toplayıb mühafizə edən və bununla da dünya mədə niy yə ti -
nin bir parçasına çevrilən Azərbaycan kitabxanaları bey nəl -
xalq  informasiya  mühitinin  subyekti  kimi  çıxış  edirlər.
Bu gün respublikada belə kitabxanaların sayı onlarcadır. La -
kin daha əvvəlki yarımfəsildə qeyd olun du ğu kimi, Azər -
baycanda beynəlxalq kitab mübadiləsi 1920-30-cu illərdə 4
kitabxana  tərəfindən  həyata  keçirilməyə  başlanıb.  Bunlar
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Mərkəzi  Elmi
Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, Bakı Döv -
lət Universitetinin Kitabxanası və Respublika Elmi-Texniki
Kitabxanasıdır.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
41

Ölkədə ilk dəfə M.F.Axundov adına Milli Kitabxana
beynəlxalq kitab mübadiləsi aparmaq üçün müəyyən cəhdlər
etsə də, qənaətbəxş nəticə əldə olunmamışdır. Belə ki, 1923-
cü ildə “Komplektləşdirmə” şöbəsinin nəzdində yaradılmış
“Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi” bölməsi
yalnız 1965-ci ildən müstəqil şöbəyə çevrilmiş və tam gücü
ilə fəaliyyət göstərməyə başlamışdır [201].
Bakı Dövlət Universitetinin Kitabxanasına isə ilk dəfə
böyük həcmdə xarici ədəbiyyat 1928-1929-cu illərdə daxil
olmuşdur.  Amma  həmin  kitablar  Universitetin  fonduna
mübadilə yolu ilə daxil olmadığından bunu beynəlxalq kitab
mübadiləsi kimi səciyyələndirmək mümkün deyil. Belə ki,
sözügedən 1000 nüsxə ədəbiyyat kitabxanaya Bakıda fəaliy -
yət göstərən Fransa Cəmiyyəti tərəfindən hədiyyə edilmişdi
[203].
Respublika Elmi-Texniki Kitabxanasına gəlincə, qeyd
etməliyik ki, kitabxananın fondu xarici ədəbiyyatla 1960-cı
illərdən etibarən komplektləşdirilməyə başlamışdır. 60-cı il -
lərin  sonlarından  etibarən  “Xarici  ölkə  sənədlərinin  fon -
du”na  xarici  patent  idarələrinin  rəsmi  bülletenlərinin
su  rətləri və xarici ölkə patentlərinin ixtira təsvirləri mikro-
film, mikrofiş və kağız daşıyıcılarda daxil olmağa başlamışdır
[74].
Azərbaycanda  ilk  dəfə  beynəlxalq  kitab  mübadiləsi
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Mərkəzi  Elmi
Kitabxanası tərəfindən həyata keçirilmişdir. Mərkəzi Elmi
Kitabxanasının  beynəlxalq  əlaqələri  80  illik  zəngin  tarixi
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
42

keçmişə malikdir və bu kitabxana Azərbaycan respublikası
suverenliyini qazanana qədər respublikada beynəlxalq kitab
və elmi-texniki informasiya mübadiləsi mərkəzi idi. 
Mərkəzi Elmi Kitabxananın formalaşması prosesi Azər -
bay canı Tədqiq və Tətəbbö Cəmiyyətinin (ATTC) yara dıl -
ması  ilə  başlamışdır.  Belə  ki,  Kitabxana  N.Nərimanov,
T.Şahbazi, H.Zeynallı, V.Bartold, Ə.Haqverdiyev, N.Marr,
A.Krımski, P.Juze, F.Köprülüzadə və A.Baqrinin bilavasitə
iştirakı və yardımı ilə Azərbaycan elmini öyrənmək məqsədi
ilə 1923-cü ildə təşkil edilmiş ATTC-nin əsasında 1924-cü
ildə yaradılmışdır. O dövrdə MEK "Cəmiyyətin biblioqrafiya
bürosu" adlanırdı. 1925-ci il avqustun 9-da Cəmiyyətin Mər -
kə zi Şurasının iclasında Azərbaycan folklorunun öyrənil mə -
sin də böyük xidmətləri ilə yadda qalan professor Aleksandr
Vasilyeviç Baqrinin rəhbərliyi altında təsis edilmiş (1924)
bü ronun bazası əsasında "Kitabxana-Biblioqrafiya bürosu"
yaradıldı. H.Zeynallı (sədr), A.O.Dalavassera, Ş.Manatov,
Y.A.Paxomov, X.Terequlov büronun tərkibinə daxil edildilər.
Həmin iclasın yekununa əsasən büronun tərkibində “Elmi-
məlumat şöbəsi” təsis edildi. Şöbənin vəzifəsi Azərbaycan və
onun elmi haqqında müxtəlif arayışlar, biblioqrafik gös təri -
cilər, bülletenlər, elmi-nəzəri vəsaitlər hazırlamaq və ölkənin
təsərrüfat orqanlarını, elmi müəssisələri, müxtəlif idarələri
informasiya ilə təmin etmək idi. Beləliklə, 1925-ci ildə 432
nüsxə kitab və 1200 nüsxə qiymətli əlyazma ilə Mərkəzi Elmi
Kitabxana faktiki olaraq fəaliyyətə başladı. Həmin il kitabx-
ana quruculuğu sahəsində az-çox təcrübəyə malik N.Nəri -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
43

ma novun (onun 1894-cü ildə Azərbaycanda yaratdığı ilk
icti mai kitabxana- qiraətxana 1898-ci ildə çar senzurası tərə -
fin dən bağlanmışdı və N.Nərimanov yarımçıq qalmış ide ya -
larını Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə tətbiq et mək
istəyirdi) vəfatı professor A.V.Baqrinin işini çətinləşdirmişdi.
Çünki nə Cəmiyyət, nə də büro üzvləri arasında kitabxana
işini dərindən bilən vardı. Professor A.V.Baqri isə Mərkəzi
Elmi Kitabxanada çalışana qədər, 1917-20-ci illərdə Samara
Ali Pedaqoji Universitetinin Elmi kitabxanasına rəhbərlik
etmiş  və  qısa  zaman  ərzində  fonda  50  min  ədəbiyyat,  o
cümlədən xaricdən alınan ədəbiyyat cəmləyə bilmişdi [106]
Bu mənada, o, həmkarlarından daha təcrübəli idi və bu mə -
ziyyətlər professora uzun illər Mərkəzi Elmi Kitabxananın
direktoru vəzifəsində çalışmağa imkan vermişdi.
1926-cı ildə kitabxananın ilk oxu zalı istifadəyə verildi.
1929-cu ildə "Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti"
bazasında  Azərbaycan  Dövlət  Elmi-Tədqiqat  İnstitutu
(ADETİ) yaradıldı və "Kitabxana-Biblioqrafiya bürosu" av-
tomatik olaraq “ADETİ-nin Kitabxanası” adlanmağa baş -
landı (1933-cü il yanvarın 1-dən “Mərkəzi Elmi Kitabxana”,
1964-1984-cü illərdə - Əsaslı Kitabxana, 1984-cü ilin aprel
ayından günümüzədək Mərkəzi Elmi Kitabxana kimi qeyd
olunur). 
A.V.Baqri və H.Zeynallının əsas məqsədi kitabxananın
fondunu mümkün qədər zənginləşdirmək idi. 1924-cü ilin
dekabr ayında Moskvada Ümumittifaq biblioqrafiya qurul -
tayının keçirilməsi və bundan sonra ittifaq respublikalarının
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
44

kitabxanaları arasında əlaqələrin daha da genişlənməsi bu
məqsədə  çatmaqda  onlara  xeyli  kömək  etmişdi.  Belə  ki,
məhz həmin qurultayın çağırışına cavab olaraq Mərkəzi Elmi
Kitabxananın  rəhbərliyi  fondun  daha  operativ  və  oxucu
tələblərinə müvafiq olaraq komplektləşdirilməsi, o cümlədən
xarici ədəbiyyatın əldə olunması sahəsində təcrübə qazanmış
iri kitabxanalara (Moskva və Leninqradda-indiki Sankt-Pe-
terburqda- yerləşən) ezamiyyətlər təşkil etməyə başlamışdı. 
O illərdə istər xarici ölkələrlə ədəbiyyat mübadiləsi,
istərsə də Qərb təhsil mərkəzləri ilə məktublaşma beynəlxalq
elmi  aləmlə  kommunikasiya  qurmağın,  bilik  və  təcrübə
toplamağın onsuz da məhdud olan yollarından biri idi və bu
imkan, həm kitabxanaçılar, həm də yerli alimlər üçün dünya
elminə açılan yeganə pəncərə rolunu oynayırdı. Yarandığı ilk
illərdə müvafiq sahədəki təcrübəsizlik Mərkəzi Elmi Kitabx-
anaya ittifaqın iri şəhərlərində fəaliyyət göstərən fundamen-
tal  kitabxanalarla  ayaqlaşmağa,  onlar  qədər  informasiya
təminatçısı olmağa imkan vermirdi. Moskva və Leninqrad
kitabxanaları artıq 1917-ci ildən başlayaraq beynəlxalq kitab
mübadiləsi prosesini öyrənməyə başlamışdılar.
Belə  ki,  1917-ci  ilin  noyabr  ayında  Rusiyada  Sovet
haki miy yəti bərqərar olduqdan dərhal sonra V.İ.Lenin “Pet -
ro qraddakı İctimai kitabxananın vəzifələri haqqında” başlıqlı
yazısında elmi kitabxanaların işində əsaslı yenidənqurma
ideyasını irəli sürərək digər islahatlarla yanaşı, bütün xarici
kitabxanalarla kitabların pulsuz mübadiləsini vacib hesab et-
diyini vurğulamışdı [127, s.132]. 
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
45

Bunun nəticəsi kimi, 1919-cu ildə Peterburq ictimai
kitabxanasında nəşrlərin beynəlxalq mübadiləsi üzrə xüsusi
büro yaradılmışdı. Artıq 14 iyun 1921-ci ildə V.İ.Lenin “Xa -
ri ci ədəbiyyatın əldə edilməsi və bölüşdürülməsi qay daları
haq qında”  Xalq  Komissarları  Sovetinin  dekretini  imza -
lamışdı [131, s. 30]. Eyni zamanda, Xalq Maarif Komissarlığı
nəzdində xarici ədəbiyyatın satın alınması və paylaşdırılması
üzrə Mərkəzi İdarələrarası Komissiya yaradılmışdı. Komis -
si yanın vəzifəsi bütün elm sahələri üzrə respublika (Rus So -
vet Respublikası) kitabxanalarına (əsasən iri kitabxanalara)
la zım olan nəşrlərin xaricdən satın alınmasına dair sifarişlərin
top lanması, təftiş və təsdiq edilməsi, uyğun (ideoloji cəhət -
dən)  ədəbiyyatın  seçilərək  əldə  edilməsi  və  kitabxanalar
arasında  bölüşdürülməsindən  ibarət  idi.  Birinci  dünya
müharibəsindən sonra yeni üsul idarəetmə forması (respub-
lika) ilə qarşı-qarşıya olan Rus dövlətində mərkəzləşdirmə
ideyasının həyata keçirilməsi ilə iri kitabxana fondlarının
formalaşdırılması və onların elmi ədəbiyyatla komplektləş -
dirilməsi prosesini həyata keçirmək mümkün oldu.
1918-ci  ildə  Şərqdə  ilk  demokratik  respublikanın-
Azər baycan  Demokratik  Respublikasının  qurulması  ilə
ölkədə  peşəkar  kitabxanaların  yaradılması  işi  başlandı.
Azərbaycanda  kitabxanaları  yeni  çap  olunmuş  kitablarla,
kütləvi nəşrlərlə, müxtəlif poliqrafiya məhsulları ilə təchiz
edən, yerli kitabxanaların komplektləşdirmə işini və normal
fəaliyyətini tənzimləyən, istiqamətləndirən Kitabxana Kol -
lek toru  və  iki  yeni  kitabxana-1918-ci  ildə  Mirzə  Ələkbər
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
46

Sabir adına Kütləvi Kitabxana,1919-cu ildə Bakı Dövlət Uni-
versitetinin elmi kitabxanası təşkil edildi. 1920-ci ilin aprel
ayında Azərbaycanda artıq 95 min nüsxə kitab fondu olan
11 kitabxana var idi.
Azərbaycanda Demokratik Cümhuriyyətin süqutun-
dan 1 il sonra, 1921-ci ildə ABŞ-ın İllinoys ştatının Univer-
sitet  kitabxanası  Sovet  hökumətinə  məktubla  müraciət
edərək  rəsmi  hökumət  nəşrlərinin  mübadiləsinin  təşkil
edilməsini təklif etdi. V.İ.Leninin cavabı müsbət oldu və 5
iyul 1921-ci ildə Amerika dövlətlərini Sovet hökumətinin
fəaliyyəti ilə tanış etmək məqsədilə kitab mübadiləsinə icazə
verildi [128, s. 367]. Əslində, bununla Sovet hökuməti bütün
elmi  idarələrə,  institutlara  və  dövlət  kitabxanalarına  yerli
nəşrləri xarici kitablara dəyişdirməyə (yalnız mərkəzləşd -
irilmiş şəkildə) imkan vermiş oldu. Lakin qeyd etdiyimiz
kimi,  1920-ci  illərdə  Azərbaycan  kitabxanaları  belə  bir
mübadilə üçün hələ tam hazır deyildilər. Bunun bir neçə
səbəbi vardı:
1. Cümhuriyyət dövründə kitabxanalara əsasən türk
dilin də nəşr olunan ədəbiyyat cəmləndiyindən Sovet höku -
mə ti  belə  nəşrlərin  mübadiləsində  maraqlı  deyildi  və
kitabxanaların rus dilində nəşr olunmuş ədəbiyyatla kom -
plektləşdirilməsinə ehtiyac vardı. Azərbaycanın beynəlxalq
səviyyədə  təbliği  məqsədilə  fransız  dilində  nəşr  olunan
kitablar (məs. Adil xan Ziyadxanlının "Azərbaycan" kitabı,
Əkbərağa Şeyxülislamovun "Qafqaz Azərbaycan Cüm huriy -
yəti"  broşürləri  belə  nəşrlərdən  idi)  da  ideoloji  cəhətdən
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
47

“zərərli” hesab olunurdu. 
2. Ölkədə poliqrafiya sənayesi, kitab çapı prosesi zəif
idi. Bu isə o deməkdir ki, Azərbaycan kitabxanalarında mü -
ba dilə məqsədilə mərkəzə göndərməli çap məhsulu olduqca
az idi. 
3. Azərbaycan kitabxanaları kitab mübadiləsi aparmaq
üçün kifayət qədər təcrübəyə malik deyildilər.
Hər üç məsələ tezliklə öz həllini tapdı. 1924-cü ildə
Azərbaycan Dövlət Nəşriyyatının–“Azərnəşr”in yaradılması
ilə kitab nəşri sektorunda canlanma əmələ gəldi və nəticədə
kitabxanaların fondları zənginləşməyə başladı. “Azərnəşr”ə
təkcə kitab çapı deyil, onların satışı da həvalə olunmuşdu.
Beləcə,  1920-1926-cı  illərdə  Azərbaycan  kitabxanalarına
779-adda 200000 nüsxəyə yaxın kitab daxil olmuşdu ki, bu
da mübadilə üçün real zəmin yaradırdı. Ümumilikdə isə, bu
dövr ərzində respublika üzrə nəşr olunan kitabların sayı 4
milyonu ötmüşdü.
1925-ci ildə Moskvada “Xariclə mədəni əlaqələr üzrə
Ümu mittifaq Cəmiyyəti”nin və “Международная книга”
Cə miy yətinin (bundan sonra “Beynəlxalq kitab”) yaradıl -
ması ilə İttifaq kitabxanalarının, o cümlədən Mərkəzi Elmi
Kitabxananın beynəlxalq informasiya mühitinə inteqrasiyası
üçün  əlverişli  şərait  yarandı  (1939-cu  ildə  fəaliyyətini
dayandıran birinci təşkilatın müasir davamçısı Rusiya Prezi-
dentinin  Sərəncamı  ilə  2008-ci  ilin  avqust  ayında  təsis
edilmiş və Azərbaycanla sıx əməkdaşlıq edən “MDB üzrə,
xa ricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əmək -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
48

daşlıq Federal Agentliyi-Rossotrudniçestvo”dur). 
“Xariclə mədəni əlaqələr üzrə Ümumittifaq Cəmiy yə -
ti”nin yaradılmasından sonra 20-30-cı illərdən etibarən müt -
təfiq ölkələrdə olduğu kimi Azərbaycanda da buna bənzər
cəmiyyətlər,  birliklər  qurulmağa  başlandı.  İlk  növbədə
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr
Cəmiyyəti-“Vətən” cəmiyyəti yaradıldı, “Azərnəşr”, “Azərki -
tab” Kitab-Ticarət Birliyi və 26 Bakı komissarı adına “Bakı
fəh ləsi”  mətbəəsinin  birgə  “Azqiz”  nəşriyyat  birliyi  təsis
edildi. Yarandığı ilk illərdə əsasən bədii və uşaq ədəbiyyatı
nəşr edən “Azərnəşr”dən fərqli olaraq “Azqiz” həm də elmi
və elmi-kütləvi ədəbiyyatın çapına diqqət ayırırdı. Bu da öz
növ bəsində, Birliklə Mərkəzi Elmi Kitabxananın 1930-cu
ildə yaradılmış Komplektləşdirmə şöbəsinin əməkdaşlığını
genişləndirirdi. 
1926-cı ildə Berlin universitetinin professoru O.Hetç
Moskvaya gələrək İttifaq ölkələrinin kitabxanaları ilə kitab
mübadiləsi  aparmaq  barədə  danışıqlara  başladı.  Bunun
nəticəsində,  həmin  ilin  sentyabr  ayında  “Alman  Elminin
Təbliği Cəmiyyəti” ilə SSRİ Kitab palatası arasında müqavilə
imzalandı [117, s. 9]. Bu müqavilə nəticəsində, 1929-cu ildə
Mərkəzi Elmi Kitabxanaya Moskvadan ilk dəfə olaraq xarici
ədəbiyyat  partiyası  göndərildi  (məsələn,  alman  dilində
“Brokhauz və Efronun ensiklopedik lüğəti” ). Araşdırmalar
göstərir  ki,  Mərkəzi  Elmi  Kitabxana  kimi  digər  İttifaq
kitabxanalarına da həmin dövrdə əsasən almandilli ədəbiyyat
göndərilib  (lakin  bu  proses  çox  uzun  sürməyib.  Belə  ki,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
49

tezliklə Almaniyadan SSRİ-yə göndərilən kitablarda “alman
ideyası” və sosializmi tənqid edən materiallar yer almağa
başlayıb). Bunu “Xariclə mədəni əlaqələr üzrə Ümumittifaq
Cəmiyyəti”nin 1929-cu il üçün informasiya bülletenindən
də görmək olar:
1929-cu il üzrə beynəlxalq kitab mübadiləsi statistikası:

Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin