Азярбайжан республикасы тящсил назирлийи azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix01.04.2017
ölçüsü5,01 Kb.
#13182
1   ...   10   11   12   13   14   15   16   17   18

Aqnostizim  –  dünyanın  insan  tərəfindən  dərk  edilməsini 
mümkünsüz hesab edən fəlsəfi konsepsiya. 
 
Abstraksiya – predmet və ya hadisənin bu və ya digər əla-
mətlərinin, xassə və münasibətlərinin digərlərindən təcrid edilərək 
müstəqil xəyali obyektə çevrilməsi nəticəsində yaranan anlayış. 
 
Aksiomatizm  –  elmi  nəzəriyyənin  aksiomatik  metod 
ə
sasında  qurulması.  Aksiomatik  metod  nəzəriyyənin  bütün 
məzmununu bir qrup aksiomlardan məntiqi qaydalar əsasında hasil 
etməyə imkan verir. 
 
Apriorizm  –  .Kantın  fəlsəfəsində  idrakın  hər  cür    təcrü-
bədən  əvvəl  mövcud  olan  və  insan  biliklərinin  formalaşmasının 
ilkin şərtləri olan formaları. 
 
Avanqardizm  –  incəsənətdə  XX  əsrin  20-ci  illərində 
meydana  gələrək,  realizmlə  hər  cür  əlaqəni  kəsən  və  yeni  bədii 
ifadə formaları axtaran cərəyanlara verilən ümumi ad. 
 
Artistizm – incəsənətdə yüksək səviyyədə ustalıq.  
 
Aksiologiya  –  (yunanca  axios-  dəyər,  loqos  –təlim)  insan 
dəyərləri, o cümlədən,  müəyyən sosial qrupların və ayrı-ayrı şəx-
siyyətlərin mənəvi, maddi, siyasi, hüquqi, dini dəyərləri haqqında 
təlimdir. 
 
Artefakt – insanın yaratdığı obyekt; mədəniyyətin “maddi” 
siması. 
Akkulturasiya – (lat. yaranma, inkişaf) – mədəniyyətlərin 
bir-birinə  qarşılıqlı  təsir  prosesidir.  Nəticədə  bir  xalqın  mədəniy-
yəti  ya  tam  olaraq,  ya  da  qismən  başqa  xalqın  (adətən,  zəif)  mə-
dəniyyəti  tərəfindən  qəbul  olunur.  Rəngarəng  assimilyasiya 
proseslərini ifadə edir. 
Aksioloji, aksiologiya – dəyərlər haqqında fəlsəfi təlim. 
 
Anlayış  –  predmet  və  hadisələrin  mühüm  və  ümumi 
ə
lamətlərinin inikasından ibarət olan təfəkkür forması. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
362
 
Arxetip –  антик фялсяфядя нцмуня, тимсал, идейа. Şüuraltı 
qatda  yerləşən  və  qədim  insanın  həyat  təcrübəsinin  mühüm 
məqamlarını  əks  etdirərək  müasir  insanın  bir  sıra  davranış 
formalarının ilkin obrazı. 
 
Altrustik,  altruizm  –  başqa  adamlara  təmənnasız  xidmət 
göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini 
qurban verməkdən ibarət əxlaqi prinsip. 
 
Asketizm  –  tələbatın  ödənilməsində  ifrat  qənaətkarlıqla, 
"nəfsin  öldürülməsi  ilə",  əxlaqın  və  yaxud  dini  ideala  çatmaq 
məqsədilə    Yer  üzərindəki  nemətlərdən  maksimum  imtina 
edilməsi ilə xarakterizə olunan davranış prinsipi və həyat tərzi. 
 
Bibliya  –  yəhudilərin  və  xristianların  müqəddəs  (dini) 
kitablarına verilmiş ümumi ad. 
 
Buddist  (buddizm)  –  dünya  dinlərindən  biri.  stəklərdən 
imtina  etmək  yolu  ilə  iztirablardan  azad  olmağı  və  nicata  - 
"nirvanaya" çatmağı təbliğ edən din. 
 
Deduksiya – ümumi nəzəri müddəalardan məntiqi qaydalar 
ə
sasında  xüsusi  (konkret)  nəticələr  çıxarmağa  imkan  verən  idrak 
metodu. 
 
Determinasiya  –  hadisələr  arasında  səbəb  –  nəticə 
ə
laqələrinin mövcudluğu. 
 
Deskripsiya  –  məntiqdə  predmeti  onun  müəyyən  bir 
ə
laməti  və  ya  başqa  predmetə  münasibəti  əsasında  təsviretmə 
forması. 
 
Didaktizm  –  tərbiyə  prosesini  bütünlüklə  öyüd  – 
nəsihətçiliklə məhdudlaşdıran tərbiyə metodu. 
 
Dialektik  məntiq  –  marksist  fəlsəfənin  irəli  sürdüyü  və 
dialektikanın  prinsipləri  ilə  məntiqi  birləşdirməyə  yönəlmiş 
proqram. Lakin real elmi praktika bu proqramı həyata keçirməyin 
mümkünsüzlüyünü əyani  şəkildə nümayiş etdirdi. Həmişə olduğu 
kimi,  hazırda  da  elmi  idrakı  idarə  edən  məntiqi  qaydalar 
dialektikanın  deyil,  marksistlərin  formal  məntiq  adlandırdığı  adi 
məntiqin prinsipləridir. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
363
 
Dini  simvolizm  –  dini  ideyanın  maddi  forma  verilmiş 
müəyyən obrazlar, ayinlər və mərasimlərdə ifadə olunması. 
 
Dualizm – dünyanın iki əks başlanğıcdan yarandığını iddia 
edən fəlsəfi konsepsiya. 
 
Dekadans – tənəzzül, dağılıb parçalanma, süqut. 
Dövlət  –  müəyyən  ərazidə    cəmiyyətin,  vətəndaşların  və 
maddi və mənəvi sərvətlərin  idarə olunmasını həyata keçirən əsas 
siyasi təsisatdır. 
Demokratiya – xalq hakimiyyətinə  əsaslanan  dövlət quru-
luşu  formasıdır,  lakin  demokratiya  anlayışı  yalnız  dövlət  for-
masına  müncər  edilmir,  o,  daha  geniş  hüquqlara  və  məna 
çalarlarına sahibdir. Buna görə də, demokratiya adı altında  bütöv-
lükdə  cəmiyyətin,  cəmiyyətlə  vətəndaşların  müəyyən  dəyərlər 
sisteminə  və  dünyagörüşünə  əsaslanan  ictimai  quruluşu,  habelə 
insanların  iyerarxik  (şaquli)  şəxsiyyətlərarası  münasibətlərini 
tənzimləyən norma  və prinsiplərin məcmusu başa düşülür. 
Dəyərlər  –  (yunanca  axios  –  dəyər)  –  insanların  həyat 
fəaliyyəti  üçün  əhəmiyyətli  olan  hər  bir  şey,  o  cümlədən,  onların 
mənəvi  idealları,  maddi  nemətlər,  bu  insanlar  üçün  faydalı  olan 
norma  və  qarşılıqlı    mənəvi,  siyasi  və  hüquqi  münasibətlərinin 
prinsipləridir. Mənəvi, estetik, dini, siyasi, hüquqi, maddi və digər 
sosial dəyərləri qeyd etmək olar. 
Eklektizm  –  müxtəlif  nəzəri-metodoloji  yanaşmaların 
mexaniki qarışığından yaranmış metodoloji mövqe. 
Ekstatik – ekstaz sözündən düzəlmişdir. Vəcdə gəlməni və 
çılğın ehtirası ifadə edən psixoloji hal. 
Ekzegetik  –  ekzegeza  sözündən  düzəldilmişdir.  Mətnləri, 
xüsusən, Bibliyanı şərhetmə metodu. 
Empirizm  –  təcrübəni  insan  biliklərinin  yeganə  mənbəyi 
hesab edən fəlsəfi cərəyan. 
Empiriokritisizm – fəlsəfəni empirik – hissi məlumatların 
şə
rh  edilməsi  ilə  məhdudlaşdırmağa  çalışan  tənqidi  empirizm 
cərəyanı. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
364
Epistemologiya – elm fəlsəfəsinin elmi nəzəriyyənin idraki 
problemlərini  (nəzəriyyənin  strukturu,  onun  qurulması  metodları, 
elmi  biliyin  gerçəkliyə  münasibəti,  səviyyələri  və  s.)  öyrənən 
bölməsi. 
Evristika  –  kəşf  sənəti  və  ya  yeni  olanın  axtarışına 
rəhbərlik metodu. 
Evdemonizm – etikanın gedonizmə  yaxın  olan  metodoloji 
prinsipi. 
Eydos  –  görünüş,  növ.  Platonun  fəlsəfəsində  "ideya", 
Aristotelin fəlsəfəsində "forma" kateqoriyalarının sinonimi. Alman 
filosofu  E.Husserlin  fəlsəfəsi  olan  fenomenologiyada  xalis 
mahiyyət. 
Ekspansiya – başqa ölkələrin siyasi və ya iqtisadi cəhətdən 
tabe  etdirilməsinə,  təsir  dairəsinin  genişləndirilməsinə  yönəlmiş 
siyasət. 
Eqalitar  ədalət  –  bərabər  şəkildə  bölgü  aparılmasını, 
bərabərliyi ifadə edən ədalət. 
Empatiya  –  başqasının  hissi  –  emosional  aləminə 
nüfuzetmə. 
Fallibilizm  –  bütün  elmi  nəzəriyyələrin  prinsipcə  yalnış 
olduğunu hökm edən və əsası ingilis filosofu K.Popper tərəfindən 
qoyulmuş fəlsəfi konsepsiya. 
Falsifikasionizm  –  elmi  nəzəriyyənin  təkzib  edilməsinin 
məntiqi – metodoloji qaydaları haqqında K.Popperin irəli sürdüyü 
fəlsəfi nəzəriyyə. 
Fenomenologiya  –  XX  əsr    fəlsəfəsinin  əsası  alman 
filosofu E.Husserl tərəfindən qoyulmuş cərəyanı. Fenomenologiya 
ş
üurla  predmet  arasında  hər  hansı  genetik  (səbəbiyyət)  əlaqənin 
mövcudluğunu  inkar  edərək,  şüuru  mənayaratma  aktlarının  axını 
kimi nəzərdən keçirir. 
Formal  məntiq  –  düzgün  (ziddiyyətsiz)  təfəkkürün 
strukturu haqqında elm. 
Genezis – yaranma, təşəkkül tapma. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
365
"Görünməyəəl" – ingilis iqtisadçısı A.Smitin əsərlərində 
bazar münasibətlərinin təbii yolla tənzimlənməsini bildirən ifadə. 
Gedonizm – sevinc hissini, həyatdan həzzəalmanı, əxlaqın 
səbəbi və məqsədi kimi izah edən etik cərəyandır. 
Hermenevtika – 1) mətnlərin şərh edilməsi nəzəriyyəsi və 
praktikası;  2)  Qərb  fəlsəfəsinin  əsası  alman  filosofları 
M.Haydegger  və  H.Qadamer  tərəfindən  qoyulmuş  cərəyanı. 
Fəlsəfi  hermenevtika  mətnin  şərhinə  mətnlə  şərhçi  arasında 
prinsipcə  sonu  olmayan  dialoq  kimi  yanaşaraq,  bu  dialoqu 
humanitar  elmi  biliyin  (həqiqətin)  təşəkkül  tapmasının  spesifik 
mühiti hesab edir. 
Humanizm –  ntibah dövründə meydana gələrək insan şəx-
siyyətinin  feodal  qaydalarının  və  dini  ideologiyanın  əsarətindən 
azad edilməsinə yönəlmiş ideya cərəyanı. 
Hakimiyyət  –  çoxmənalı  bir  anlayışdır.  Ümumi  mənada 
insanların  fəaliyyətinə,  davranışına  iradə,  nüfuz,  hüquq,  zorla  
təyinedici  təsir  göstərmə  qabiliyyətidir;  siyasi  hakimlik,  dövlət 
orqanları sistemi. 
ndividualizm  –  fərdiyyəçilik.  Fərdin  mənafeyini  icmanın 
(kollektivin,  cəmiyyətin)  mənafeyindən  üstün  tutan  etik  –  fəlsəfi 
cərəyanların  ümumi səciyyəsi. 
nduksiya – xüsusidən ümumiyə keçid metodu. Ayrı – ayrı 
konkret  təcrübi  faktlar  əsasında  ümumi  nəzəri  müddəaların 
formalaşması induksiya vasitəsilə mümkün olur. 
ntersubyektivlik  –  subyektlərin  individual  fərqlərinə 
baxmayaraq onlar arasındakı ünsiyyəti mümkün edən ümumi əsas. 
yerarxiya – aşağıdan yuxarı tabeçilik sistemi. 
ntuisiya – problem – situasiyanı bütövlükdə əhatə etməklə 
biliyin  məntiqi  əməliyyatlar  olmadan  birbaşa  əldə  edilməsi 
prosesi. 
deal  (fr. ideal -  nümunə, kamil olan bir şey, ali məqsəd) – 
müəyyən emosional boyalarda çıxış edən, insanların  uzun müddət 
ə
rzində fəaliyyət və davranışını  həvəsiləndirən  sosial əhəmiyyətli 
və davamlı məqsəddir. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
366
nduist  (induizm)  –  I  minilliyin  ortalarında  Hindistanda 
yaranmış və indiki zamanda da mövcud olan dini – sosial sistem. 
Konsept – anlayış. 
Konseptualizm – ümumi anlayışların təkcə predmetlərdəki 
oxşar əlamətləri əks etdirdiyini iddia edən fəlsəfi cərəyan. 
Konsepsiya  –  müəyyən  predmet,  hadisə  və  ya  proseslərin 
dərk edilməsi və şərh olunmasını ifadə edən baxışlar sistemi. 
Kreasionizm  –  dünyanın  Allah  tərəfindən  heçdən 
yaradılması haqqında dini təlim. 
Kateqoriya  -  əhatə  dairəsinə  görə  adi  və  konkret  –  elmi 
anlayışlardan daha geniş olan anlayış. 
Katolisizm  –  xristianlıqda  onu  Reformasiyayaqədərki 
şə
klində qoruyub saxlamağa çalışan geniş yayılmış cərəyan. 
Konturmədəniyyət  –  bu  cəmiyyətin  və  ənənəvi 
mədəniyyətin  hakim  davranış  nümunələrinə  zidd  olan    dəyər  və 
normalar kompleksidir. 
Konvergensiya – müəyyən şeylərə meyillilik, yaxınlaşma. 
Qnoseologiya  –  idrak  nəzəriyyəsi;  fəlsəfənin  bir  bölməsi 
olmaqla  dünyanın  insan  tərəfindən  dərk  edilməsi  məsələlərini, 
biliyin gerçəkliyə münasibətini, onun həqiqiliyi şərtlərini öyrənir. 
Metod  –  geçəkliyin  nəzəri  və  praktik  mənimsənilməsinin 
üsul və vasitələrinin məcmusu. 
Metodologiya  –  1)metod  haqqında  təlim;  2)  nəzəri  və 
praktik  fəaliyyətin  təşkili  prinsipləri  və  üsulları  sistemi;  3)  elmi 
idrakın quruluşu, üsul və metodları haqqında təlim. 
Metodika  –  ayrı-  ayrı  praktik  fəaliyyət  sahələrində  işin 
icrası üçün rəhbər tutulan metodların məcmusu. 
Materializm  –  varlığı  materiya  ilə  (maddi  olanla) 
eyniləşdirilən fəlsəfi cərəyan. 
Mifologiya  –  ibtidai  insanın  şüurunda  dünyanın  fantastik 
inikası. 
Mədəni  dinamika  –    xarici  və  daxili  qüvvələrin  təsiri 
nəticəsində  mədəniyyətin  əlamətlərinin  zaman  və  məkanda   
dəyişməsi və ya modifikasiya etməsidir. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
367
Nominalizm  –  yalnız  təkcə  predmetlərin  mövcudluğunu 
qəbul  edən  və  ümumi  anlayışları  onlara  verilən  adlar  hesab  edən 
fəlsəfi cərəyan. 
Naturalizm  –  humanitar  elmlərdə  ayrı-ayrı  təbiət  elm-
lərinin metodologiyasına istiqamətlənmiş metodoloji mövqe. 
Neopozitivizm  –  Qərb  elm  fəlsəfəsinin  pozitivizm  zəmi-
nində  XX  əsrin  əvvəllərində  meydana  gəlmiş  cərəyanı  (məntiqi 
pozivitizm). 
Nirvana – buddizmin dini fəlsəfəsinin əsas anlayışı. 
Ontologiya – varlıq haqqında fəlsəfi təlim. 
Pozitivizm  –  Qərb  fəlsəfəsinin  XIX  əsrin  60-cı  illərində 
meydana  gəlmiş  və  konkret  –  elmi  biliyi  insan  idrakının  digər 
sahələrinə (metafizika, din və s.) qarşı qoyan və yalnız onu həqiqət 
hesab edən cərəyan. 
Postpozitivizm – elm  fəlsəfəsinin XX əsrin 50-ci illərində 
neopozivitizm  zəminində  meydana  gəlmiş  və  elmin  fəlsəfi 
problemlərini onun tarixi kontekstində çözməyə çalışan cərəyanı. 
Paradiqma – müəyyən elm sahəsində uzun müddət ərzində 
tədqiqatlara istiqamət verən nəzəri – metodoloji prinsiplər sistemi. 
Postmodernizm  –  qərb  fəlsəfəsinin,  incəsənətinin  və  ədə-
biyyatının  klassik    ənənələrini  inkar  edən  və  XX  əsrin  60-cı 
illərindən etibarən formalaşan cərəyanlara verilmiş ümumi ad. 
Poststrukturalizm –  XX əsrin 70-80-cı  illərində fəlsəfədə 
və sosial – humanitar idrakda meydana gəlmiş və strukturalizmin 
tənqidi ilə məşğul olan cərəyan. 
Psixologizm  –  sosial  fəlsəfədə  və  sosiologiyada  psixoloji 
kateqoriya  və  prinsiplərdən  metodoloji  əsas  kimi  istifadə  edən 
nəzəriyyələrin ümumi səciyyəsi. 
Protestantizm  –  xristianlıqda  Reformasiya  hərəkatının 
yaratdığı cərəyanlara verilmiş ümumi ad. 
Permanent – fasiləsiz, arakəsilməz. 
Plüralizm  –  dünyanın  çoxsaylı  başlanğıclarının  və  biliyin 
çoxsaylı əsaslarının mövcud olması haqqında fəlsəfi təlim. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
368
Providensional,  providensializm  –  dini  fəlsəfi  baxışdır. 
Bu  baxışa  görə  bəşər  cəmiyyətinin  inkişafı  (hərəkətverici 
qüvvələr,  həm  də  məqsəd  mənasında)  əsrarəngiz,  tarixi  prosesə  
münasibətdə  xarici  olan  qüvvələrlə  -  bəşəriyyətlə,  Allahla 
müəyyən edilir. 
Realizm  –  XX  əsrdə  idrak  obyektinin  şüurdan  və  idrak 
aktından  asılı  olmayaraq  obyektiv  mövcudluğunu  qəbul  edən 
fəlsəfi cərəyanlara verilən ümumi ad. 
Retrospektiv – keçmişə doğru istiqamətlənmiş. 
Rasionalizm  –  1)  zəkanı  (ağılı)  idrakın  yeganə  mənbəyi 
hesab  edən  fəlsəfi  cərəyan;  2)  dünyanın  ağılauyğun  quruluşu 
haqqında təsəvvürlər; 3)zəka qarşısında pərəstiş. 
Reformasiya  –  XVI  əsrdə  Avropanın  əksər  aparıcı  ölkə-
lərində xristianlıqda islahatlar aparmağı tələb edən dini hərəkat. 
Semantika  –  dilçilikdə  nitq  vahidlərinin  mənalarını 
öyrənməklə məşğul olan bölmə. 
Semiotika – işarə (simvol) sistemlərini öyrənən elm. 
Sinergetika  –  fəaliyyət  prosesində  müxtəlif  faktorların 
ə
məkdaşlığı. 
Simvol – maddi predmet və hadisələrin onların birbaşa var-
lığından  fərqli  ideal  məzmununu  əks  etdirmək  qabiliyyətinin 
inikası olan anlayış. 
Stereotip  –  predmet  və  hadisələr  haqqında,  adətən, 
emosional  şəkildə  ifadə  olunmuş  sxematik,  standartlaşmış 
dayanaqlı obraz. 
Sivilizasiya  (lat.civilis  –  vətəndaşlıq)  –  cəmiyyətin  başlıca 
rol icma yox, insanların   sosial əlaqələrinə məxsus olan  müəyyən 
inkişaf  pilləsidir.  Cəmiyyətdə  əldə  edilmiş  maddi  və  mənəvi 
nailiyyətləri  də    bildirir.  Mədəniyyətin  tipi  kimi  də  səciyyələn-
dirilir  və müvafiq olaraq qərb və şərq sivilizasiyaları, xristian və 
islam, müasir industrial sivilizasiyaları qeyd olunur. 
Stratifikasiya  –  müasir  cəmiyyətdə  insanlar  və  sosial 
qruplar  arasında  maddi  sərvətlər,  funksiyalar  və  sosial  prestijin 
qeyri-bərabər bölüşdürülməsini bildirən anlayış. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
369
Submədəniyyə- mədəniyyətin spesifik bir növüdür. Onun 
dəyər  və  davranış  nümunələri  mədəniyyətin  hamılıqla  qəbul 
olunmuş  dəyər  və  nümunələrindən  seçilir.  Gənclər,  ziyalılar, 
sahibkarlar və s.  sosial qrupların mədəniyyəti. Bu qrupların  sub-
mədəniyyəti  onların sosial vəziyyətini, fəaliyyət növünü, təhsilini, 
spesifik tələbatlarını, maraq və dəyərlərini əks etdirir. 
Tənqidi rasionalizm - əsası K.Popper tərəfindən qoyulmuş 
fəlsəfi  cərəyan.  Tənqidi  rasionalizm  elmi  nəzəriyyənin  maksimal 
tənqid üçün açıq olmasını onun elmiliyinin əsas meyarı hesab edir. 
Teologiya  –  ilahiyyat;  dini  hökmlərin  məcmusu  və  onlara 
verilən şərhlər. 
Tolerantlıq  –  başqasının  fikrinə  və  əqidəsinə  qarşı 
dözümlülük. 
Transsendent  –  şüurun  və  idrakın  hüdudlarından  kənarda 
olanı ifadə edən termin. 
Utilitarizm  -  əxlaq  nəzəriyyəsində  (etikada)  faydanı 
mənəviyyatın və insan fəaliyyətinin əsası hesab edən cərəyan. 
Virtual    reallıq  –  öz  qanunlarına,  oyun  qaydalarına, 
mövcudluq  alqoritminə    malik  olan  süni    kompyuter  məkanı.  Bu 
termin,    əsasən,  müasir  informasiya  vasitələrinin  və  kompyuter-
ləşmənin inkişafı ilə əlaqədar meydana gəlmişdir. 
 
 
 
 
Ə
DƏB YYAT!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin