40
arasındakı mübarizə həmişə xeyirin qələbəsi ilə
nəticələnir. Zərdüştlik sonralar yaranmış bir sıra dini
təlimlərə böyük təsir göstərmişdi.
Zərdüşti dininin əsas ehkamları Avesta kitabında
toplanmışdı. Bir çox tədqiqatçılar Avestanın Zərdüşti
tərəfindən yazıldığını göstərirlər. Avesta 12 min inək
dərisi üzərində yazılmışdı. Lakin Iranı ələ keçirən
Isgəndər onun əsas mətnini yandırmışdı. Sasanilər
dövründə (e.ə.224-cü ilində hakimiyyətə gəliblər).
Atropaten kahi
nləri öz yaddaşları hesabına Avestanı
yenidən bərpa etmişlər. Ərəblərin hücumu zamanı (e.ə.
VII əsrin 40-cı illərində) zərdüştiliyə daha böyük zərbə
dəymişdi. Atəşgah səbədləri dağıdılmış, təqib olunan
zərdüştlər öz vətənini tərk etməyə məcbur olmuşlar.
Bundan sonra Avesta uzun müddət unudulmuşdu.
Fransız tədqiqatçısı Anketil dü Perron Avestanın
əlyazmasını üzə çıxarmış, fransız dilinə tərcümə etmiş və
1771-
ci ildə çap etdirmişdi.
Avesta e.ə. VII-VI əsrlərdə yazıya alınmasına
baxmayaraq onun əsas ideyaları uzun müddət öz
tərəfindən tərəfdarları arasında şifahi şəkildə yayılmış və
nəsillərdən-nəsillərə keçmişdi. Ümumiyyətlə, Avesta o
dövrün bütün bilik sahələrini əhatə edən ensiklopedik
əsər hesab oluna bilər.
Dostları ilə paylaş: