Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə50/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   46   47   48   49   50   51   52   53   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Şirvan zonası. Şirvan tektonik zonası Aşağı-Kür meqazonasının şimal-şərq his­səsini əhatə edir, aydın ifadə olunan, uzunsov braxiantiklinal qırışıqlardan ibarətdir. Bu qırışıqlar kulisvari (eşalon) yerləşərək bir-birindən Cənubi-Şirvan çökəkliyi ilə ayrılan iki antiklinal qurşaq- Kalamaden-Mişovdağ-Bəndovan və Kürovdağ-Neftçala əmələ gətirir. Cənubi-Şirvan çökəkliyinin şimal-şərq hissəsində Kürsəngi gömülmüş qalxımı yerləşir. Suben istiqamətli Mişovdağ antiklinalı Cənubi-Şirvan çökəkliyini Nəvaidən (şi­mal­da) ayırır. Nəvai qalxımı isə Böyük Haramı-Qırlıx qalxımını Sabit­dü­zü sink­lina­lın­dan ayırır. Aşağı-Kür çökəkliyinin Şirvan hissəsinin müasir tektonik planının daxi­lində şimal-şərqdən cənub-qərbə aşağıdakı antiklinal zonalar ayrılır: 1. Pirsaat-Ha­mamdağ; 2. Kalamaden-Mişovdağ-Bəndovan; 3. Kürovdağ-Neftçala

Kalamaden-Mişovdağ-Bəndovan antiklinal zonasında Kalamaden, Kiçik Hara­mı, Mişovdağ, Kalmas, Xırdırlı-Bəndovan yerləşir, Böyük Haramı və Qırlıx qırışıq­la­rını da bu zonaya aid etmək olar. Bütün qırışıqlar oxa paralel qırılmalarla mürək­kəb­ləşmişdir. Uzununa qırılmalar boyunca qırışıqların tağ hissəsi onların dik yatıma ma­lik olan cənubi-qərb qanadının üzərinə itələnmişdir.

Kürovdağ-Neftçala antiklinal zonası Aşağı-Kür çökəkliyinin mərkəzi hissəsində yerləşir və Kürovdağ, Neftçala, Qarabağlı, Babazanan və Xıllı antiklinallarını əhatə edir, onun ümümi uzunluğu 100 km-ə çatır. Neftçala qırışığından cənub-şərqə bu zo­naya Qızılağac qırışığı qovuşur. Bu zonanın bütün qırışıqları braxiantiklinal quru­luşa malikdir (15-25 x 8-10 km), bir-birilə kulisvari birləşir. Kürovdağ-Neftçala an­tik­linal zonası böyük dərinliyə çatan əks-fay tipli qırılma ilə mürəkkəbləşmişdir. An­tiklinal zonanın şarniri dalğavaridir, maksimal qalxma Babazanan antiklinalı daxilin­də qeyd olunur. Burada tağ hissədə məhsuldar qat çöküntüləri yer səthinə çıxır.

Kürovdağ-Neftçala və Kalamaden-Mişovdağ-Babazanan zonalarının qırışıqları­nın səcciyyəvi xüsusiyyəti onların erkən Pliosendə (məhsuldar qat) konsedimentasion inkişaf etməsidir. Burada qırışıqlıq əmələgəlməsi erkən Pliosenin əvvəlinə təsadüf etsə də, strukturların tam formalaşması Dördüncü dövrdə baş vermişdir.

Kürsəngi gömülmüş qalxımının konsedimentasion inkişafı Ağcagil qırışıqlıq hərəkətlərindən sonra başlamış və tədricən azalmışdır. Qırışıqəmələgəlmə Dördüncü dövrdə müşahidə olunmur və bununla əlaqədar olaraq, üst Pliosen-Dördüncü dövr mərtəbəsində qırışıq gömülmüşdür.

Muğan zonası. Muğan tektonik zonası Yuxarı-Şirvan və Muğan-Salyan çökək­liklərini əhatə edir. Onun cənub-qərb sərhəddi Qərbi-Xəzər hesab olunur. Bu zona cə­nub-şərqdə Kiçik Haramı və Kürovdağ-Neftçala antiklinal zonasının cənub-qərb qa­na­dı ilə sərhədlənir. Yuxarı-Şirvan çökəkliyinin ox hissəsi Kalamaden-Kiçik Haramı qalxımı zonası yaxınlığında yerləşir. Muğan-Salyan çökəkliyi Kürovdağ-Neftçala an­tiklinal zonası və Muğan monoklinalı arasında orta vəziyyət tutur.

Yuxarı-Şirvan çökəkliyinin daxilində üst Pliosen-Dördüncü dövr çöküntülərinin qalınlığının kəskin artması (3000 m-ə qədər) müşahidə olunur. Padar qrupu qırışıqları olduqca yastı quruluşa malikdir (5-60), kəsiliş boyu yuxarıya doğru qanadların meyl bucağı azalır. Padar qrupu kulisvari yerləşmiş Şimali-Padar, Cənubi-Padar, Kürdtalış və Kalinov braxiantiklinallarından təşkil olunmuşdur. Strukturların amplitudası 100-150 m, ölçüləri isə 5-6 x 2-3 km təşkil edir. Onlar uzunluğu 35 km- ə çatan vahid an­tiklinal zona əmələ gətirir.

Muğan-Salyan çökəkliyi bir qədər asimmetrik quruluşa malikdir, onun şimal-şərq qanadı dik, cənub-qərb qanadı isə yastı (3-50) yatıma malikdir. Cənub-qərb qana­dı geoloji ədəbiyyatda “Muğan monoklinalı” adı ilə məlumdur. Burada məhsuldar qa­tın alt horizontalları altda yatan təbəqələrin yuyulmuş səthi üzərində yatır. Muğan-Sal­­yan çökəkliyinin ən dərin əyilmiş hissəsi Kürovdağla kəsişmə, ən az əyilməsi isə Babazanan antiklinalının qarşısında qeyd olunur. Babazanan qırışığından cənub-şərqə çökəklik dərinləşir, Neftçala-Qızılağac antiklinalından cənub-şərqə isə qismən qa­pa­nır.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin