Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra hər IL olduğu kimi, Ulu Öndərin vəfatının onuncu ildönümü günü – dekabrın 12-də də pay- taxt sakinləri


birgə  təşkilatçılığı  ilə  keçirilən  yubiley



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2378
1   2   3   4   5   6   7   8   9   ...   16
birgə  təşkilatçılığı  ilə  keçirilən  yubiley 

mərasiminin  iştirakçıları  əvvəlcə  Fəxri  xi-

yabanda  mərhum  alimin  xatirəsini  anmış, 

məzarı üzərinə gül dəstələri düzmüşlər.

Sonra tədbir iştirakçıları 

Azərbaycan Milli Elmlər Aka-

demiyasının (AMEA) əsas 

binasında görkəmli akademi-

kin həyat və yaradıcılığını əks 

etdirən kitab, jurnal və digər 

nəşrlərdən ibarət sərgiyə bax-

mışlar. Sərgidə təqdim olunan 

“Akademik Mirəsədulla Mirqa-

sımov haqqında xatirələr kitabı” 

və alimin şəxsi əşyaları maraqla 

qarşılanmışdır.

Yubiley tədbirində çıxış 

edən AMEA-nın prezidenti, 

akademik Akif Əlizadə bil-

dirmişdir ki, M.Mirqasımov 

elmi-təşkilati, pedaqoji və tibbi-

nəzəri istiqamətləri özündə 

birləşdirən çoxşaxəli fəaliyyəti ilə XX əsrin birinci 

yarısında Azərbaycan elmi-ictimai düşüncəsinin 

təşəkkülündə və inkişafında müstəsna rol oynamış-

dır. 1945-ci ildə, İkinci Dünya müharibəsi bitməmiş 

ölkədə elmi proseslərin daha mütəşəkkil təşkili, ta-

rix, mədəniyyət və təbiətin daha sistemli öyrənilməsi 

məqsədilə Azərbaycan Elmlər Akademiyası (AEA) 

təsis edilmişdir. Akademiklərin ilk yığıncağında tibb 

sahəsində zəngin elmi təcrübəsi ilə fərqlənən akade-

mik M.Mirqasımov AEA-nın ilk prezidenti seçilmiş-

dir. O vaxtdan indiyədək böyük tarixi inkişaf yolu 

keçmiş AMEA hazırda özünün 70 illik yubileyinə 

hazırlaşır.

A.Əlizadə demişdir ki, M.Mirqasımovun 

şəxsiyyətindəki sanballılıq öz tipoloji əsası etibarilə 

XX əsrin əvvəllərindəki Azərbaycan milli ziyalı elita-

sına söykənir. Bu mənada onun da şəxsiyyəti Üzeyir 

bəy Hacıbəyli, Hüseyn Cavid və Cəfər Cabbarlı kimi 

milli epoxa ilə sovet epoxasını özündə birləşdirir.

Diqqətə çatdırılmışdır ki, M.Mirqasımovun 

130 illik yubileyi Azərbaycan Respublikasının Pre-

zidenti İlham Əliyevin 2013-cü il 6 fevral tarixli 

Sərəncamı əsasında keçirilir. Sərəncama əsasən, 

yubileylə əlaqədar təbirlər planı hazırlanmış, aka-

demikin vaxtilə yaşadığı binadakı xatirə lövhəsi 

yenilənmiş, alimin həyat və yaradıcılığı haqqında fil-

min çəkilməsi haqqında Nazirlər Kabineti qarşısında 

vəsatət qaldırılmışdır.

Tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev demişdir 

ki, M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər 

üzrə doktorluq dissertasiyası müdafiə etmiş ilk mil-

li mütəxəssis kimi səhiyyə tariximizdə layiqli və 

əbədi yer tutur. Hələ 30-cu illərdə görkəmli alim 

tələbələri ilə birlikdə Azərbaycanda urolitiazın mey-

dana gəlməsi və yayılması, malyariya xəstəliyinin 

fəsadları, cərrahi müalicəsi və tibb sahəsindəki digər 

problemlərin həlli ilə ciddi məşğul olmuşdur.

Nazir bildirmişdir ki, Bakıdakı küçələrdən 

birinə, eləcə də Respublika Klinik Xəstəxanasına 

akademik M.Mirqasımovun adının verilməsi onun 

şəxsiyyətinə olan ehtiramın təcəssümüdür.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabba-

rov M. Mirqasımovun elmi-pedaqoji fəaliyyətindən 

danışmışdır. Qeyd etmişdir ki, akademik 

M.Mirqasımov Bakı Dövlət Universitetində tibb 

elminin tədrisinə cəlb olunmuş ilk milli kadrlardan 

biridir. 1930-cu ildə yenicə təşkil olunmuş Tibb İns-

titutunda dərslərin rus dili ilə yanaşı, Azərbaycan 

dilində də tədrisinin qərara alındığını söyləyən na-

zir o dövrdə milli dərsliklərə ciddi ehtiyac yarandı-

ğını xatırlatmışdır. Vurğulamışdır ki, bunu nəzərə 

alan M.Mirqasımov 1931-ci ildə ilk dəfə Azərbaycan 

dilində “Ümumi cərrahiyyə” adlı orijinal dərslik ha-

zırlamışdır.

Azərbaycan Tibb Universitetinin rektoru, 

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 

akademik-katibi, akademik Əhliman Əmiraslanov 

isə M.Mirqasımovun 

tibb elmindəki digər 

xidmətlərindən bəhs etmiş-

dir. Demişdir ki, görkəmli 

akademik 1929-cu ildə tibb 

fakültəsi nəzdində təşkil olun-

muş “Operativ urologiya” kur-

sunun rəhbəri təyin edilmiş, 

ölkəmizdə urologiya elminin 

milli inkişaf tarixinin özül 

daşlarını qoymuşdur. İkinci 

Dünya müharibəsi illərində 

M.Mirqasımov həmkarları ilə 

birlikdə Azərbaycanda hos-

pital xidmətinə, hərbi-səhra 

cərrahlığının əsasının qoyul-

masına və inkişaf etdirilməsinə 

mühüm töhfələr vermişdir. 

O, 28 il fasiləsiz olaraq indiki Azərbaycan Tibb 

Universitetinin hospital cərrahlığı kafedrasının 

müdirİ vəzifəsində çalışmaqla yüksək ixtisas-

lı kadrların hazırlanmasında əvəzsiz xidmətlər 

göstərmiş, institutun maddi-texniki bazasının 

möhkəmləndirilməsində mühüm rol oynamışdır.

Qeyd edilmişdir ki, M.Mirqasımov Azərbaycan 

Tibb Universitetində ilk dəfə patoloji anatomiya mu-

zeyini yaratmışdır. Həmin muzey bu gün də fəaliyyət 

göstərir. Bundan əlavə, M.Mirqasımov 30-dan çox 

elmlər doktoru yetişdirmişdir. Bu isə onun yaşadığı 

dövr üçün o qədər də asan məsələ deyildi.

Ə.Əmiraslanov diqqətə çatdırmışdır ki, ilk 

təhsilini mədrəsədə alan M.Mirqasımov 3 il Odessa-

nın müxtəlif klinikalarında cərrahiyyənin müxtəlif 

sahələri üzrə təcrübə keçmişdir. Bu gün deyə bilərik 

ki, Azərbaycanda cərrahiyyənin əsasını Mustafa 

bəyTopçubaşov və Mirəsədulla Mirqasımov qoy-

muşlar.

Bildirilmişdir ki, M.Mirqasımov Azərbaycan Tibb 

Universitetində çalışdığı dövrdə bu elm ocağının 

nəzdində klinikalarının yaradılması barədə çox dü-

şünmüşdür. Buna nail ola bilməsə də, onun ideyala-

rı bu gün həyata keçmişdir. Artıq Azərbaycan Tibb 

Universitetinin 4 klinikası fəaliyyət göstərir.

Yubiley mərasimində çıxış edən akademik İsma-

yıl İbrahimov M.Mirqasımovla bağlı xatirələrini 

bölüşmüş və görkəmli alimin yüksək insani 

keyfiyyətlərindən danışmışdır.

Akademik Vasim Məmmədəliyev isə 

M.Mirqasımovun Şərq ədəbiyyatına dərindən bələd 

olmasını və Quranı əzbərdən bilməsini diqqətə çat-

dırmışdır.

Akademik Böyükkişi Ağayev M.Mirqasımovun 

cərrahiyyə sahəsində apardığı elmi-praktiki 

işlərin əhəmiyyətindən bəhs etmişdir. Bildiril-

mişdir ki, onun “Qarın yatalağı” adlı ikicildlik 

monoqrafiyası hazırda sanballı bir elmi əsər kimi 

qiymətləndirilməkdədir.

Görkəmli akademikin oğlu Oqtay Mirqasımov 

atasının xatirəsinə göstərilən yüksək ehtirama görə 

dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Tədbirdən sonra M.Mirqasımovun vaxtilə yaşadı-

ğı Xaqani, 19 ünvanındakı binada akademikin yeni 

xatirə lövhəsinin açılışı olmuşdur.


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin