AZƏrbaycanin ilk həRBİ TƏyyarəÇİSİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix31.01.2017
ölçüsü0,52 Mb.
#7176
1   2   3

KEÇMİŞƏ MƏHƏBBƏT 

 

Bizim  xalqa  borclarımızdan  biri  Azərbaycan  ziyalılarının,  hərbçilərinin  və 

bütün  xalqın  qəlbində  keçmişimizin,  tariximizin  böyüklərinə  dərin  məhəbbət  və 

hörmət  duyğularını  artırmaq,  gücləndirmək,  onların  qədir-qiymətlərini 

yüksəltməkdir.  Bizim  keçmişdə  başqa  xalqların  bizə  qibtə  etmələrinə  layiq 

böyüklərimiz  çoxdur.  Əgər  biz  istəyiriksə  ki,  gələcəkdə  xalqımızdan  böyük 

şəxsiyyətələr  yetişsin,  həmin  böyükləri  müasirlərimizə,  gənclərimizə  yaxşı 

tanıtmalıyıq. Keçmişə məhəbbət gələcəyə xidmətdir. 



Əkrəm Cəfər, professor 

 

Qəhrəman  təyyarəçi  Fərrux  ağa  Qayıbovu  yetişdirən  Salahlı  kəndi 

Azərbaycan tarixinə  görkəmli oğullar bəxş etmişdir. Klassik şairimiz və  Qarabağ 

xanlığının  baş  vəziri  Molla  Pənah  Vaqif,  topoqraf-general  İbrahim  ağa  Vəkilov, 

məşhur  maarifçi  və  din  alimi  Mirzə  Hüseyn  "əndi  Qayıbov,  Əhməd  ağa 

Mustafayev,  Məmməd  bəy  Qarayev,  Zəkəriyyə  Vəkilov,  Əhməd  ağa 

Gülməmmədov,  Səlim  Əfəndiyev,  İsmayıl  Qayıbov,  XIX  əsrin  görkəmli 

riyaziyyatçısı Əbdülkərim ağa Qayıbov, süvari generalı İbrahim ağa Yusubov, ilk 

hərbi  şəfqət  bacısı  Nigar  xanım  Şıxlinskaya  və  iyirminci  əsr  poeziyamızın  fəxri 

Səməd Vurğun Salahlı kəndinin yetişməsidir. 

Vaxtsız  ölüm  ilk  səma  şahinimiz  Fərrux  ağa  Qayıbovun  qısa  ömrünə 

əbədiyyət  gətirdi.  Onun  xatirəsinə  Qazaxda  bir  nömrəli  təyyarə-abidəsi  ucaldılıb. 

Küçələrdən birinə onun adı verilib.  

İlk təyyarəçimiz Fərrux ağa Qayıbovdan yazmaq, tədqiqat aparmaq ilk dəfə 

mənə 1975-ci ildə müyəssər oldu. 

O vaxtlar, yəni yetmişinci illərdə qeyri-rəsmi də olsa, çar zabiti Fərrux ağa 

haqqında yazmaq, onu təbliğ eləmək o qədər də yaxşı qarşılanmırdı. 

Fərrux  ağa  haqqında  ilk  dəfə  1942-ci  ildə  general  Əliağa  Şıxlinski  balaca 

bir məqalə yazıb. Mən həmin məqaləyə 1977-ci ildə arxivdə rast gəldim. Şübhəsiz 

ki,  generalın  məqaləsi  köməyimə  gəldi,  amma  belə  bir  igid  haqqında  axtarış 

aparmalı  oldum.  Çünki  generalın  məqaləsi  çox  qısa  idi.  Tiflis  arxivinə  getdim. 

Qazaxdakı  bəzi  qocalarla  görüşdüm.  Bir  müddət  -  1916-cı  ildə  Rusiyada  çıxan 

qəzet  və  jurnalları  vərəqlədim.  O  vaxt,  1914-cü  ildə  nəşr  olunmuş  "Müharibənin 

salnaməsi"ni  oxudum.  Peterburq  arxivlərində  axtarış  apardım.  Ən  çox  köməyimə 

gələn  mərhum  Zülfüqar  Qayıbov  oldu.  Hətta  Zülfüqar  müəllim  dedi  ki,  nahaq 

zəhmət  çəkirsən,  bu  yazını  heç  kim  dərc  etməyəcək.  Nə  isə...  Bir  çap  vərəqi 

həcmində  "İlk  səma  şahinimiz"  adlı  yazını  "Azərbaycan"  jurnalına  təqdim  etdim. 

Baş redaktor, xalq yazıçısı İsmayıl Şıxlı şəxsən özü yazını oxuyub, "Azərbaycan" 

jurnalının 1978-ci il ikinci nömrəsində dərc etdi. 

Sonra kinostudiya ilə on dəqiqəlik Fərrux ağa haqqında sənədli film çəkdik. 

Kinostudiyanın o vaxtkı rəhbərliyi filmi ekrana buraxmadı. "Olmaz, - dedi. - Lenin 


12 

 

Birinci Dünya müharibəsi haqqında belə deyib, elə deyib. Həm də Fərrux ağa çar 



zabiti olub". Film səsi alınmış şəkildə indi də arxivdə qalır... 

1971-ci  ildə  aviasiya  Marşalı  Pavel  Kutaxov  Qazax-Tovuz  bölgəsindən 

SSRİ Ali Sovetinə deputat seçilib. Bir il sonra seçiciləri ilə görüşə gələn marşala 

Qazax  ağsaqqalları,  ziyalıları  deyiblər  ki,  Birinci  Dünya  müharibəsində  təyyarəçi 

həmyerlimiz  Fərrux  ağa  Qayıbov  igidliklə  həlak  olub.  Marşal  inanmayıb.  Ona 

sənəd,  şəkil  tapıb,  sübut  eləyə  bilməyiblər.  Onda  marşal  deyib  ki,  Moskvaya 

qayıdanda  arxivi  yoxlatdıracağam.  Əgər  doğrudan  da  sizin  həmyerliniz  təyyarəçi 

olubsa,  söz  verirəm  ki,  ona  bir  heykəl,  bir  nişangah  qoyduracağam.  Arxivi 

yoxlatdırıb-dəqiqləşdirəndən  sonra,  marşal  Pavel  Kutaxov  bir  nömrəli  heykəl  - 

təyyarə  göndərib.  Üzərində  də  belə  bir  lövhə:  "İlk  azərbaycanlı  təyyarəçi  Fərrux 

ağa Qayıbovun xatirəsinə". 

Lakin  o  vaxt  raykom  katibi  Fərrux  ağanın  adına  olan  lövhəni  heykəl-

təyyarədən  sökdürüb,  əvəzində  belə  bir  yazı  həkk  etdirib:  "Böyük  Vətən 

müharibəsində həlak olanların xatirəsinə". 

Birinci  Dünya  müharibəsinin  qəhrəmanı  Fərrux  ağa  Qayıbovdan  başqa, 

Qazax  rayonundan  Böyük  Vətən  müharibəsində  təyyarəçi  kimi  vuruşub  -  həlak 

olan nə əsgər var, nə də zabit. 

Həmin səhv vurulmuş lövhə indi də qalır. 

Fərrux ağa çox gənc yaşında həlak oldu - iyirmi beş yaşında. Evlənmək, ailə 

qurmaq  ona  qismət  olmadı.  Onun  qəhrəmanlığı,  igidliyi  bugünkü  gənclərimizə 

nümunə  qaldı.  Bir  də  1913-cü  ildə  Peterburq  Konstantin  Hərbi  Artilleriya 

Məktəbini  əla  qurtardığına  görə,  İsveçrənin  "Pavel-Bure"  firmasında  hazırlanmış 

saat  bağışlanıb.  Üstündə  belə  bir  yazı  ilə:  "Əlaçı  yunker  Fərrux  ağa  Qayıbova, 

1913-cü il". Saat hazırda Gəncədə yaşayan Fərruxun bacısı oğlu Turan Seyidovda 

saxlanılır. Bir də Tarix Muzeyində saxlanan ipək yaylıq ondan yadigar qalıb. Onu 

general  Şıxlinski  muzeyə  təqdim  edib.  Yaylıq  da  ilk  təyyarəçimiz  Fərrux  ağa 

Qayıbova məxsusdur. 

Üstündə Peterburqdakı Pavlov teatrının afişası təsvir olunan bu zərif yaylığı 

illərin sınağı zərrəcə soldurmayıb. 

İpək yaylıqda 1913-cü il noyabrın 5-də verilmiş iyirmi birinci konsert-balın 

proqramı  həkk  olunub.  Konsert-bal  sözlərinin  altında  "Kasıb  azərbaycanlı 

müsəlman tələbələrinin xeyrinə" yazılıb. 

Konsert-balın proqramı üç şöbədən ibarətdir. Birinci və ikinci şöbələrdə rus

Avropa  bəstəkarlarının  əsərləri,  operalardan  parçalar  və  ariyalar  ifa  edildiyi, 

üçüncü  şöbədə  isə  Azərbaycan  milli  rəqslərindən  "Uzundərə",  "Qaytağı", 

"Ləzginka" və "Cəngi" rəqslərinin oynanıldığı göstərilir. 

Konsertin  baş  himayədarı  tələbə  İslambəy  Hacıbəylinskidir.  Məsul 

təşkilatçısı Gəray bəy Cabağıyevdir. 

Bir  neçə  ildir  ki,  Fərrux  ağanın  nüfuzlu  nəsli  haqqında  araşdırmalar 

aparıram.  Yeni  kitabımın  adı  "Nəsli  Qayibdən"dir.  Bu  nəsil  Azərbaycan  tarixinə 



13 

 

çox  böyük  maarifçilər  verib.  Bu  nəsildən  Qori  və  Qazax  seminariyalarında 



iyirmiyə  yaxın  adam  oxuyub.  O  da  məlumdur  ki,  Qori  Seminariyasında 

Azərbaycan  şöbəsinin 1879-cu ildə açılmasına  ilk dəfə təşəbbüs  göstərən  məşhur 

din  alimi  və  maarifçi  Mirzə  Hüseyn  Əfəndi  Qayıbzadə  (1830-1917)  olub.  Onun 

dördcildlik  "Azərbaycanda  məşhur  olan  şüəranın-əşarına  məcmuədir"  adlı  çox 

sanballı  əsəri  var.  Mirzə  1860-cı  ildə  yazdığı  bu  kitabı  maddi  vəsaiti  olmadığına 

görə nəşr etdirə bilməyib. Həmin kitabın birinci cildi 1986-cı ildə, ikincisi 1989-cu 

ildə,  üçüncü  cildi  isə  2002-ci  ildə  professor  Cahangir  Qəhrəmanov  və  Şamil 

Cəmşidov  tərəfindən  nəşr  olundu.  Bu  nəsildə  iki  nəfər  hərbiçi  olub:  Əbdülkərim 

ağa  Qayıbov,  bir  də  Fərrux  ağa  Qayıbov.  Qayıbovlar  nəslinin  oğlu-qızı  bütün 

varlığı  ilə  xalqımıza  başucalığı  gətirib.  Bu  o  Qayıbovlardır  ki,  ədliyyə  generalı 

İsmət  Qayıbov  kimi  oğulları,  ilk  pianoçu  qadın  Xədicə  xanım  Qayıbova  kimi 

qızları  ilə  tarixdə  yaşayırlar.  Taleyin  hökmünə  bax  ki,  Fərrux  ağadan  səksən  il 

sonra  Vətəninin,  xalqının  səadəti  uğrunda  İsmət  Qayıbov  da  təyyarə  qəzasında 

həlak oldu. Rəhmətlik İsmət deyirdi ki, "Şəmistan, bizim nəsildən kitab yaz, özüm 

nəşr etdirəcəyəm". Qismət olmadı... 

Qayıbovlar  nəslinin  məşhur  şairi  Abbas  ağa  Nazir  (1849-1919)  dahi  rus 

yazıçısı  Lev  Tolstoyla  məktublaşmış,  onun  "İnsana  çoxmu  torpaq  lazımdır?" 

povestini nəzmə çəkmişdi. Bununla əlaqədar Qayıbovun 1909-cu il fevralın 24-də 

Yasnaya Polyanaya yazdığı məktubda deyilirdi: 

"Hörmətli qraf Lev Nikolaye  - Mən bir müsəlman şairi kimi öz  müsəlman 

həmməzhəblərimi  Sizin  əsərinizlə  tanış  etmək  arzusu  ilə  Sizin  "İnsana  çoxmu 

torpaq lazımdır?" başlıqlı əsərinizi Tatar-Azərbaycan dilinə nəzmlə tərcümə etmək 

xoşbəxtliyinə nail olmuşam. Ona görə də Sizdən izhari - hörmətlə xahiş edirəm ki, 

yuxarıda göstərilən tərcümənin nəşrinə və yayılmasına lütfən icazə verəsiniz. 



Hörmət və ehtiramla: Abbas ağa Qayıbov".  

 

On  gün  keçməmiş,  Abbas  ağa  Qayıbov  Lev  Nikolayeviç  Tolstoydan 



aşağıdakı məzmunda cavab məktubu almışdır: 

"Mən  artıq  iyirmi  ilə  yaxındır  ki,  arzu  edənlərin  hamısına  mənim  1881-ci 

ildən sonra  yazdığım bütün  yazıları istənilən dilə  tərcümə  və  yenidən  nəşr etmək 

ixtiyarı  vermişəm,  odur  ki  üzərinizə  götürdüyünüz  zəhmət  üçün  Sizə  yalnız 

təşəkkür edə bilərəm. 

Lev Tolstoy. 

4 mart 1909-cü il" 

1910-cu  il  noyabr  ayının  10-da  Abbas  ağa  Nazir  böyük  rus  yazıçısının 

ölümünə - "Qraf Tolstoyun vəfatına aid" mənzumə yazmışdır. 

Deyirlər,  qədim  Misirin  qəbirüstü  abidələrinin  çoxunda  belə  bir  yazı  var: 

“Həlak olanın adını yad etmək onu həyata qaytarmağa bərabərdir”. 

Bəli,  şərəflə  həlak  olanlara  ölümsüzlük  qismət  olur.  Əgər  oğul  döyüş 

meydanında həlak olursa, o, dirilərin and yerinə çevrilir və xatirəsi əbədiləşir.  Ən 


14 

 

qorxulusu  cəza  unudulmağa  məhkum  olunmaqdır.  Bu  mənada,  ilk  təyyarəçimiz 



Fərrux  ağa  Qayıbovun  qısa  ömrünə,  bioqrafiyasına  nəzər  salsaq,  onun 

ölümsüzlüyünün  şahidi  olurıq.  Fərrux  ağa  Qayıbov  həlak  olandan  sonra,  Baş 

Qərargahın  verdiyi  məlumatın  ikinci  cümləsini  oxuyanda  istər-istəməz  fəxr 

edirsən:  “Poruçik  Qayıbovu  şərəfli  ölümü  münasibətilə  almanlar  hərbi  ləyaqətlə 

dəfn  ediblər.  Məzarı  üstündə  yaylım  atəşi  açıblar".  Əlbəttə,  düşmən  də  olsa, 

cəngavərlərə  məxsus hərbi-əxlaqi ədalətlə eloğlumuzu 1916-cı ilin sentyabrın 12-

də  dəfn  ediblər.  Düşmən  də  olsa,  almanlar  eloğlumuz  Fərrux  ağa  Qayıbovu  öz 

əsgəri,  öz  igidi  kimi  ehtiramla  torpağa  tapşırdılar.  Bu  bizim  Azərbaycan  hərb 

tarixinin solmayan səhifəsi oldu. Təəssüf ki, belə qəhrəmanlarımızı və qəhrəmanlıq 

səhifəmizi nə az, nə çox  - düz səksən ildən çoxdur unutmuşuq. Hətta rus marşalı 

Pavel  Kutaxovun  onun  xatirəsini  əbədiləşdirmək  üçün  göndərdiyi  bir  nömrəli 

heykəl-təyyarənin  üstünə  Fərrux  ağa  Qayıbovun  adının  yazılmasına  belə  razılıq 

verilməyib. 

M.Ə.Sabirin  "göylərə  balonlarla  çıxmaq  kimi"  işıqlı  arzusunu 

Azərbaycanda  ilk  dəfə  Fərrux  ağa  Qayıbov  həyata  keçirdi.  Bunun  da  səbəbi  var: 

Fərrux  ağanın  əmisi,  məşhur  maarifçi  Səməd  ağa  Qayıbov,  Cəlil 

Məmmədquluzadə,  Üzeyir  bəy  Hacıbəyov,  Mirzə  Ələkbər  Sabir,  Soltan  Məcid 

Qənizadə,  Firidun  bəy  Köçərli  kimi  xalqının  gələcəyini,  tərəqqisini  düşünən 

görkəmli  adamlarla  yaxın  dost  idi.  Fərrux  ağanın  atası  Məmmədkərim  ağa 

cavankən  vəfat  etdiyindən,  o,  əmisinin  himayəsində  böyüyüb  tərbiyə  almışdı. 

Böyük M.Ə.Sabir də bu şeiri yazdığı illərdə Tiflisdə müalicə olunurdu. Bu yandan 

da  həmkəndlisi  "artilleriyanın  allahı"  general  Əliağa  Şıxlinski  Fərrux  ağanın 

arzusuna dayaq olmuşdu.  

Azərbaycanda  təyyarəçilik,  aviasiya  tarixi  1910-cu  ildən  ilk  şahin  Fərrux 

ağa Qayıbovun qoyduğu təməl daşı ilə yaranıb. 

 

Yaxşı ki əlyazmaları yanmır... 

 

İstəyirsən  ki,  tarixin  yaşasın,  arabir  arxaya  da  boylanmalısan.  Onda   



Azərbaycan Dövlət Tarix Muzeyinin nadir fondunda saxlanan fotoşəklin arasındakı 

yazını  oxuyacaqsan:  "Birinci  Dünya  müharibəsi  illərində  paraşütlə  tullanan 

azərbaycanlı  zabit  Soltan  Əhmədov.  1915-ci  il".  Bu  da  say  etibarilə  ikinci 

təyyarəçimizin,  təxminən,  yüz  ildən  sonra  yalnız  fotoşəklinin  aşkar  edilməsidir. 

Tarix  isə  tükənmir,  amma  tarixin  təkəri  fırlanır.  Onu  irəliyə,  gələcəyə  fırlatmaq 

üçün güclü qol, bir də sinədə Vətən üçün döyünən ürək olmalıdır. Yaxşı ki nə tarix 

tükənir, nə də qəhrəmanlıq unudulur. Sevimli şairimiz Səməd Vurğun demişkən: 

Unutmaz tarixin böyük günləri,  

Dünyaya mərd gəlib-mərd gedənləri. 

Yaxın  zamanlaradək  poruçik  Fərrux  ağa  Qayıbovun  dəfn  olunduğu  yer 

naməlum  qalırdı.  Birinci  Cahan  müharibəsi  tarixi  kimi,  yadigarlarını  araşdıran 


15 

 

Paraşütçü  Soltan  Əhmədov  Qərb  cəbhəsində, 



1915-ci il. 

təəssübkeş  belarusiyalı  könüllüləri  Boruna 

qəsəbəsi  yaxınlığındakı  çağdaş  dövrümüzdə 

bərpa edilən alman məzarıstanında qəhrəman 

eloğlumuzun 

uyuduğu 


son 

mənzilini 

aşkarlamışlar. Bu barədə poruçik Fərrux ağa 

Qayıbovun  xidmət  etdiyi  ekipajın  hünəri  ilə 

bağlı  hadisələr  haqqında  "Hərbi-tarixi 

mərkəz"in  rəhbəri  V.N.Liqutanın  "Sənədlər 

nələr  deyir  (Birinci  Dünya  müharibəsində 

Smorqon  ətrafındakı 

hərbi  əməliyyat 

iştirakçılarının  aqibəti  haqqında)"  bağlılığı 

ilə Belarus saytında (htt.7/Cmorgon news. Promedia. Bu (arxiv) 42-43 (500-5001). 

htmı) dərc edilən məqaləsində bəhs edilir: 

"1916-cı il 12 (25) sentyabrda Boruna qəsəbəsinin həndəvərində dörd alman 

qırıcı uçağı ilə təkbaşına vuruşub üçünü vurub-salan, sonra özü də məhv olan "İlya 

Muromets"  bombardmançı  uçaq  ekipajının  hünəri  haqqında  bütün  ümumrusiya 

mətbuatı  yazmışdı.  Ölümlərindən  sonra  ekipajın  zabitlari  -  poruçiklər  Makşayev 

D.D., Raxlin F.A., Qayıbov F.M. və Karpov O.S. IV dərəcəli "Müqəddəs Georgi" 

ordeni  ilə  təltif  olunmuşlar".  Bu  aviatorlar  ağır  bombardmançı  uçaqlar 

eskadrasında  (komandiri  general-mayor  Şidlovski)  xidmət  etmiş  və  eskadra,  o 

zaman ən  yeni sayılan, rus-Baltik zavodunun aviasiya  şöbəsinin baş konstruktoru 

İ.İ.Sikorskinin  (1889-1972)  yaratdığı  "İlya  Muromets"  təyyarəsini  alıb-

yiyələnməklə  öz  cəbhə  yolunu  1915-ci  ilin  iyun  ayında  Lida  şəhərinin 

aerodromundan  başlamışdır.  Dünya  ağır  uçaqquraşdırmasının  altı  ilki  oradan 

pərvazlanıb hərbi tapşırıqlarla düşmən arxasına yollanır, Şərqi Rusiya ərazisindəki 

hədəfləri bombalayır. Könisberqə də hücum edir. 

1915-ci ilin sentyabrın əvvəllərində ordu hissələrində geriyə çəkilən eskadra 

Pskov  ətrafında  qərar  tutur.  Təyyarələr  dəstə-dəstə  cəbhələrin  komandanlığına 

təhkim  edilmişdir.  İki  bombardmançıdan  ibarət  olan  aviadəstə  Tankovo 

malikanəsinin  (Minsk  quberniyası)  qənşərində  yerləşdirilmişdir.  Qrafinya 

Qanskayanın  imarətində  uçaqlar  məşkunlaşmış,  təyyarələr  sığman  çadırlar  isə 

parkın  arxasında,  çöllükdə  saxlanılırdı.  Hər  şey  alman  aviasiyasının  nəzərindən 

yaxşıca gizlədilmişdi. Aerodrom zenit toplu batareya ilə qorunurdu (üç düym çaplı 

toplar. az qala. tam şaquli, zenitə asanlıq-la diklənməyə imkan verən xüsusi taxta 

dəzgahların  üstünə  qoyulmuşdu).  Burada  qərar  tutan  uçaqlardan  biri  də  16  saylı 

"İlya  Muromets"  idi.  Buradan  qəhrəman  ekipaj  öz  son  döyüşünə  yollanmış  və 

məhz  malikanə  sahibəsinin ailəsində  1916-cı  il sentyabrın  22-də  (oktyabrın 5-də) 

şəhidlərin  təziyə  mərasimi  keçirilmişdi.  Dostlar,  silahdaşlar,  əlbəttə  ki, 

müharibədən  sonra  həlak  olan  qəhrəmanların  məzarını  axtarıb-tapacaqlarını  əhd 

etmişlər.  O  çağlarda  təyyarəçilər  bilirdilər  ki,  onların  uçaqları  Rusiyanın  milli 

iftixandır.  Və  belə  bir  təyyarənin,  ekipajın  itkisi  bütün  müharibə  boyu  ilkin  və 



16 

 

sonuncusu olmuşdu. Buna  görə  itki daha  da  çox ağrıdırdı.  Həlak olan dostlarının 



hərbi  ehtiramla  dəfn  edildiyini  bildirən  almanların  təyyarədən  atdıqları  yazıya 

inanmaqdan başqa təskinlik qalmırdı. 

Müharibə bitdi, tarixin başqa böyük-kiçik tufanları o hadisələrin iştirakçıları 

müxtəlif ölkə və qitələrdə tolazladılar... Hadisə baş verən yerlərin sakinləri nələrisə 

bilir, görmüşdülər. Lakin üstündən xeyli vaxt ötüb-keçmişdi. 

Bununla belə...  məhv edilən  uçaq ekipaj üzvlərindən biri  -  poruçik  Fərrux 

ağa  Qayıbovun  təltifolunma  təqdimatının  surətini  Bakıdakı  Azərbaycan  Tarix 

Muzeyinə  onun  qohumları  veriblər.  Onlar  öz  torpaqlarının  oğlunun  hünərini  yad 

edir və uca tutur. Bir çox il əvvəl qəhrəmanın qohumları Krevo yaxınlığına səfər 

etmiş,  şəhid  uçaqların  məzarını  axtarmış,  lakin  o  vaxt  tapa  bilməmişdilər.  Məzar 

isə  mövcuddur.  Lap  yaxınlarda  Smoroqon  mahalının  Birinci  Dünya  müharibəsi 

tarixinin  fədakar  araşdırıcısı  N.Y.Markov,  V.V.Prixaç  və  A.M.Bumay  Boruna 

kəndi  yaxınlığındakı,  bizim  dövrümüzdə  bərpa  edilmiş  alman  qəbiristanlığında 

həmin  məzarı  tapmışlar.  Burada  basdırılan  Rusiya  uçaqları,  görünür,  ötən  əsrin 

otuzuncu illərində, alman hərbi məzarıstanları qaydaya salındığı zaman yeni yerdə 

dəfn olunmuşlar. Bu işdə Polşa hakimiyyətçiləri alman tərəfinin iştirakı ilə məşğul 

olmuşlar. Qəbirüstü xaçın üzərində polyakca yazılmışdı: 

 

4 NIEZNANYCH ROS. LOTN. 25. 16 

 

4 NİEZNANYCH ROS. LOTN. 25. 16 (4 NAMƏLUM rus təyyarəçisi dəfn 

olunmuşdur  25,16).  Tarix  Avropa  təqvimi  üzrədir  (1918-ci  ilin  yanvarın  1-dək 

Rusiyada işlədilən təqvimə görə. 1916-cı ilin 12 sentyabr günü). 

Dəfn vaxtının ayı yazıda yoxdur, ay tarixi həmin qəbiristanın bir neçə başqa 

xaçları üzərində də yoxdur. İndi biz Rusiya döyüşçülərinin artıq naməlum olmayan 

daha bir dəfn yerini bilirik. Orada qəhrəman aviatorlar uyuyurlar: 

-

 



poruçik Makşeyev Dmitri Dmitriyeviç; 

-

 



poruçik Ralxin Mitrofon Alekseyeviç; 

-

 



poruçik Qayıbov Fərrux ağa Məmmədkərim oğlu; 

-

 



poruçik Karpov Oleq Sergeyeviç. 

Onlar  öz  hərbçi  borclarını  şərəflə  yerinə  yetirdilər.  Əbədi  şərəf  və  anım 

olsun onlara! 

 

 



17 

 

Fərrux ağa Qayıbovun qəhrəmanlığını təsvir edən sənəd. 



 

 


18 

 

“İlya Muromets-16” təyyarə-ekipajının həlak olduğu 



yer. 12 sentyabr 1916-cı il. 

Qəhrəmanlıqla həlak olan poruçik Fərrux ağa 

Qayıbovun ölümündən sonra təltif olunduğu 

“Müqəddəs Georgi” ordeni 

İkinci Azərbaycan 

təyyarəçisi Teymur 

Mustafayev (1896-1981). 

Şahzadə-kapitan Firidun 

Mirzə Seyfulla oğlu qacar 

(1890-1920). 

Təyyarəçi Əsəd Əliyev 

(1900-1969). 

 

 

1918-1920-ci  illərdə  Azərbaycan  Demokratik 



Respublikasının  hərbi  naziri,  tam  artilleriya 

Qeneralı Saməd bəy Sadıq bəy oğlu Mehmandarov 

(1855-1931) 

 

 



 

19 

 

CÜMHURİYYƏTİN SƏMA ŞAHİNLƏRİ 

 

Azərbaycan  dövləti  hərbi  hava  qüvvələrini  möhkəmlətmək  üçün  1920-ci 



ildə on iki hidroplan və altı aeroplan almalı idi. 

Arxiv sənədi 

 

Milli  Ordumuzda  1918-20-ci  illərdə  hərbi  təyyarəçilərimiz  olubmu?  Bu 

barədə  Azərbaycan  Dövlət  Yeni  Tarix  Arxivində  məlumata  rast  gəlmək  olur. 

Müdafiə  naziri,  tam  artilleriya  generalı  Səməd  bəy  Mehmandarov  1919-cu  il 

yanvarın 22-də Gürcüstan Respublikası nəzdində ADR-in diplomatik nümayəndəsi 

Məmməd Yusif bəy Cəfərovun (1885-1938) adına belə bir məktub göndərmişdir: 

"Əlahəzrət Məmməd Yusif bəy. 

Bizim  qoşunların  təşkili  işində  yaxından  iştirak  etdiyinizə  görə,  sizdən 

razıyam  və  minnətdaram.  Radioteleqraf  işinin  təlimi  üçün  iki  zabiti  və  ya  giziri,  

lazımi təhsili olan on iki cavanı Sizə ezam edə bilərəm. Onların məktəbə  gəlmək 

vaxtını əvvəlcədən xəbər verməyinizi xahiş edirəm. 

Bununla  yanaşı,  xahiş  edirəm  aydınlaşdırasınız  ki.  azərbaycanlıların  da 

Tiflisdə yerləşən təyyarəçilik məktəbinə həmin şərtlərlə qəbulu mümkündür?..". 

Həmin  il  sentyabrın  14-də  isə  hərbi  nazir  orduda  aviasiya  dəstəsini 

yaratmaq haqqında əmr verib. Gürcüstanda doqquz nəfər üç aylıq Tiflis Aviasiya 

Məktəbini  bitirib,  Azərbaycana  qayıtmışdır.  Bunlar  ikinci  Bakı  alayının 

praporşikləri Əlhüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, birinci Cavanşir 

piyada alayının podporuçiki Əsəd Əliyev, birinci artilleriya briqadasından kapitan 

Şahzadə Firidun bəy Qacar, üçüncü Gəncə süvari alayından praporşik Əjdər Əhədli 

Həsənzadə, praporşik Məmməd Qaraşarov və başqaları idilər. 

Arxivdə  general  Səməd bəy  Mehmandarovun və  Məmməd bəy  Sulkeviçin 

imzaladığı 370 nömrəli əmr də saxlanılır. 1919-cu il avqustun 19-da verilən əmrdə 

göstərilir ki, hərbi təyyarəçi podporuçik Teymur Xan Əfşar Azərbaycan Ordusunun 

Baş  Qərargah  İdarəsində  aviasiya  dəstəsinin  rəis  müavini  təyin  edilsin.  Hərbi 

təyyarəçi kimi ona maaş verilsin. 

Aradan  səkkiz  ay  keçdi.  Bu  aylarda  təyyarəçilərimiz  hansı  şücaətləri 

göstərdilər? 

Bu  barədə  Baş  Qərargah  rəisi,  general-leytenant  Məmməd  bəy  Sulkeviçin 

1920-ci  il  yanvarın  28-də  Şuşadan  Bakıya,  kvartir-meyster  generalının  adına 

vurduğu teleqram saxlanılır: 

"Gürcü  təyyarəçilərinin  Svanetidə  üsyanı  yatırmaq  üçün  təcrübəsi,  çətin 

keçilə  bilən  dağ  yerlərində  bu  üsulun  əlverişli  olduğunu  sübut  etdi.  Gürcü 

təyyarəçiləri  arasında  beşpudluq  bombanı  üsyan  etmiş  kəndin  üzərinə  atmış 

leytenant  Makayev  də  var  idi.  Təcrübədən  elə  o  cür,  tez,  qəti  nəticələr  baş  verə 

biləcək  tərzdə  də  Zəngəzurda  da  istifadə  etmək  olar.  Telefon  vasitəsilə  Tiflislə 

əlaqə  saxlayıb,  məsələni  aydınlaşdırın,  Zaxaryadze  ilə  gürcü  dilində  danışın.  Bir 



20 

 

Azərbaycan  aviasiya  dəstəsinin  əsgər  və  zabitləri. 



İkinci  cərgədə  sağdan  üçüncü  briqada  komandiri 

Cəmşid  xan  Naxiçıvanski,  üçüncü  dördüncü 

təyyarəçi Teymur Mustafayev və başqaları. 1921-ci il 

İkinci  cərgədə  sağdan  ikinci:  komissar  Heydər 

Vəzirov,  azərbaycan  hərbi-dəniz  komissarı 

Əliheydər  Qarayev:  arxa  cərgədə  soldan  üçüncü: 

təyyarəçi  Teymur  Mustafayev,  altıncı  Əsəd 

Əliyev. 


aeroplan  göndərmək  olar,  özü  də  təyyarəçisi  Xan  Əfşar  Teymurçin  ola  bilər. 

Beləliklə,  gürcülər,  gürcü  zabitlərinin  bizim  daxili  ekspedisiyalarında  iştirakını 

qadağan edən hərbi konvensiyanı pozmurlar. Uçuşlar qısa olacaq, uçuş radiusu yüz 

verstdən  uzaq  olmayacaq.  Aviasiya  bazası  Şuşada  və  ya  Xankəndidədir.  Cavabı 

mənə  teleqrafla  çatdırın.  Yanvarın  29-da  Xankəndidə,  30-da  Yevlaxda,  31-də  isə 

Bakıda  olacağam, bu  halda  cavabı  mənə  evə  çatdırın. Yevlaxa  vaqon  göndərmək 

üçün komendanta tapşırıq vermişəm. 

Baş Qərargah rəisi,  

general-leytenant Məmməd bəy Sulkeviç" 

 

Qanlı-qadalı iyirminci ilin apreli gəldi. Bu tarixdə daşnak-bolşevik qoşunu 

ölkəmizə  soxuldu.  Bu  igidlərin  də  payına  sürgün,  ölüm  və  təqiblər  düşdü.  "ÇK"-

nın  qəddarlığı  ilə  yüzlərlə  azərbaycanlı  əsgər  və  zabitin  şöhrəti  unudulub  yaddan 

çıxdı. Onların adı yalnız məhkəmə protokollarında və xatirələrdə qaldı. 

Milli  Ordumuzun  hərbi  təyyarəçisi  Teymur  Xan  Əfşar  haqqında  rast 

gəldiyim  daha  bir  sənəd  görkəmli  pianoçu  və  Bakıda  Şərq  Konservatoriyasının 

yaradıcısı  Xədicə  xanım  Qayıbovanın  dindirilmə  protokoludur.  1933-cü  ildə 

"casus" kimi həbs edilən ilk Azərbaycan pianoçusu Xədicə xanım Osman ağa qızı 

1938-ci  ildə  dindirilmədə  demişdir:  "Təyyarəçi  zabit  Xan  Əfşar  Teymurçini 

tanıyıram... Təyyarəçi zabit Xan Əfşar Teymurçinlə  məni indi xalq düşməni kimi 

ifşa olunmuş Çingiz İldırım tanış etmişdir". 

"Dəstəmizə  hərbi  kadrları  könüllülərdən  yığırdıq.  Onların  çoxusu 

yoxlanılmamış və naməlum adamlar olurdu. Yadımdadır, bir dəfə yanımıza Əfşar 

xan  adlı  təyyarəçi  gəldi.  O,  İranda  (Cənubi  Azərbaycan  -  Ş.N.)  anadan  olmuşdu. 

Söhbət  zamanı  məlum  oldu  ki,  o,  Müsavat  hökumətinin  təyyarəçisi  olub.  "Sənin 

əqidən  "qızıl  ordu"da  xidmət  etməyinin  ziddinə  deyil  ki?"  sualıma  o  belə  cavab 

verdi: 


- Mənim əqidəm mənə veriləcək pulun miqdarından asılıdır. 

21 

 

Bu cavabdan məlum oldu ki, Əfşar etibarlı adam deyil, ona görə də biz onu 



təyyarəçi vəzifəsinə götürmədik. O, Azərbaycan Hava Donanmasında işə düzəldi. 

Bir xeyli işləyəndən sonra, Əfşar həkim işləyən həyat yoldaşı ilə qaçıb İrana getdi" 

(Marşal S.A. Krasovski "Jizn v aviasii" kitabı, 1960-cı il, səh. 46). 

Məlum  məsələdir  ki,  Azərbaycan  təyyarəçisinin  bu  cavabı  onun  pulgirliyi 

və ya mənfəətpərəstliyindən irəli gəlməmişdir. O, kiminlə danışdığını bildiyi üçün, 

tamamilə  səmimi  cavab  verməsi  mümkün  deyildi.  Qəlbən  sevdiyi  təyyarəçilik 

peşəsindən  ayrılmamaq  üçün  belə  cavab  verməyə  məcbur  idi.  Məcburiyyət 

qarşısında maaş söhbətini önə çəkən Teymur Xan Əfşar "etibarsız adam" təsəvvürü 

yarada bilərdi. Ayıq həmsöhbət bu cavabı o vaxt tam həqiqət kimi qəbul etmişdi. 

Təyyarəçi  Teymur  Xan  Əfşarın  gələcək  taleyinin  Azərbaycan  Demokratik 

Respublikasının  Milli  Ordusunda  məsləkdaşları  olan  Mahmud  Mahmudzadə, 

Teymur  Mustafayev  və  başqalarından  çox  az  fərqləndiyini  təsəvvür  etmək  çətin 

deyildi. 

Təyyarəçi  Teymur  Xan  Əfşarın  son  taleyi  o  tay  İranda  necə  olub,  məlum 

deyil. 

* * * 


1919-cu  ildə  Milli  Ordumuzda  təyyarəçi  kimi  xidmət  edən  Mahmud 

Mahmudzadənin  1927-ci  ildə  Solovki  həbs  düşərgəsindən  yazdığı  məktubundan 

sətirlər: 

...1896-cı ildə Lənkəranda  anadan olmuşam. On  üç  yaşına qədər məktəbdə 

oxumuşam. Ərəb və fars dillərini öyrənmişəm. İki il Lənkəran üçillik məktəbində 

ibtidai təhsil almışam, sonra gimnaziyaya daxil olmuşam. 1918-ci il fevralın 23-də 

gimnaziyanı ekstern yolu ilə bitirmişəm. Ali təhsilimi yarımçıq qoyub əlimə silah 

alaraq,  millətimi,  torpağımı  təcavüzkarlardan  xilas  etmək  məcburiyyətində 

olmuşam. 

Süvari  gizirliyindən  başlayaraq,  artilleriyaya  keçib,  1919-cu  ildə  Tiflisdə 

aviasiya  məktəbinə düşdüm (arxivdə gizir M. Mahmudzadənin oxuması haqqında 

Azərbaycan Respublikasının hərbi attaşesinə  göndərdiyi belə bir raport saxlanılır: 

"Diqqətinizə  çatdırıram  ki,  iyulun  4-də  Tiflis  şəhərinə  çatdım  və  aviasiya 

məktəbində  dərslərə  başladım  -  Ş.N.).  1920-ci  ildə  Bakıya  qayıtdım.  Azərbaycan 

Ordusunun Baş Qərargahı məni və dostumu hərbi hava məktəbinə göndərdi. 

Məktəbin  rəisi,  hərbi  təyyarəçi  Pavlov,  bizim  aviasiya  biliyimizi 

yoxlayandan  sonra,  hamımızı  nəzəriyyədən  təcrübəyə  keçirdi.  Bizə  M-5 

hidrotəyyarəsini  starşina  Karpuxinin  rəhbərliyi  ilə  yığmağı  tapşırdılar.  Mənim 

yoldaşlarım Teymur Mustafayev, Əlihüseyn Dadaşov, Əhmədəli Əjdər Həsənzadə, 

Məlik Mikayıl Mirzə idi. 

M-5  sınaq  təyyarəsini  yığandan  sonra,  növbə  ilə  uçmağa  başladıq.  1921-ci 

ildə ilk uçan Teymur Mustafayev oldu. O, məşq edib hərbi təyyarəçi rütbəsini aldı. 

1922-ci  sentyabrın  22-də  məndə  uçdum.  Məndən  sonra  Əlihüseyn  Dadaşovu  və 

kursant Əsəd Əliyevi uçuşa buraxdılar. Əlihüseyn Dadaşov və mən əlavə imtahan 



22 

 

verib  hərbi  təyyarəçi  rütbəsi  aldıq.l923-cü  ildə  məni  Sevastopol  yaxınlığındakı 



Kaçinski Hərbi Aviasiya Məktəbinə göndərdilər... 

1926-cı  il  oktyabrın  25-də  həbs  olundum.  Səbəbini  soruşdum,  dedilər  ki, 

1920-21-ci  illərdə  xalq  arasında  milli  məsələ  ilə  bağlı  söhbətlər  aparmısan. 

Məndən bir az əvvəl hərbi təyyarəçi dostlarımı - Əlihüseyn Dadaşovu və Teymur 

Mustafayevi  həbs  etmişdilər.  Bizi  əlli  ikinci  maddə  ilə  beş  il  müddətinə  Solovki 

adalarındakı həbs düşərgələrinə göndərdilər". 

* * * 

On birinci ordu Azərbaycana gələndən sonra Azərbaycan milli diviziyasının 



tərkibində  aviadəstələr  təşkil  olunmuşdu.  Bu  aviadəstələrdə  azərbaycanlı 

gənclərdən  təyyarəçilər  hazırlanırdı.  Bakının  müdafiəsi  üçün  aviasiya  divizionu 

təşkil olundu. Respublikada aclıq və dağıntının hökm sürdüyü bir vaxta - 1920-ci il 

mayın iyirmi dördündə Bakıda hərbi Dəniz Aviasiya məktəbi açıldı. 

1924-1926-cı illərdə ilk dəfə olaraq Bakı - Tiflis, Bakı - Pyatiqorsk, Bakı - 

Yevlax  hava  marşrutları  açıldı.  Belə  bir  vaxta  "M-5"  və  "M-9"  təyyarələri 

respublika səmasında cövlan edirdi. 

Gərgin  axtarışlardan  sonra,  Mahmud  Mahmudzadənin  haqqında  danışdığı 

azərbaycanlı  təyyarəçilərdən  ancaq  birinin  kimsəsini  tapa  bildim  -  Teymur 

Mustafayevin  qardaşı  ağsaqqal  İsrafil  müəllimi.  Unudulmuş,  yaddan  çıxmış 

qardaşının adını eşidəndə qocaman müəllimin uşaq kimi kövrəldiyini təsvir etmək 

çətindir... 

Qardaş həsrətli İsrafil müəllim: 

- Qardaşımın adı iyirminci illərdə dastan idi, - dedi, - hamı, böyük də, kiçik 

də  onunla  fəxr  edirdi.  Atam,  anam  isə  bu  şöhrətdən  bərk  narahat  idilər.  "Bu 

xoşbəxtliyi bizə çox görmə, ay Allah, deyib, Tanrıya dua edirdilər. Kasıb ailə idik. 

Teymur  işləyəndən  sonra  güzəranımız  yaxşılaşdı.  O  məndən  böyük  idi.  1896-cı 

ildə  Bakıda  anadan  olub.  Atam  dülgər  idi.  1919-cu  ildə  hökumət  onu  pulsuz-

parasız məktəbə götürəndə, atam xoşbəxtliyindən özünə yer tapa bilmədi. 

1922-ci ildə əlaçı pilot Teymur Mustafayevə iki mükafat bir-birinin dalınca 

verildi.  Noyabrın  14-də  yüz  səksən  nömrəli  əmrlə  respublikanın  Qırmızı  Bayraq 

ordeni  ilə  təltif  olundu.  Həmin  il  aprelin  20-də  Respublika  Hərbi  Dəniz 

Komissarlığının  yüz  otuz  iki  nömrəli  əmri  ilə  Teymur  uçuşda  qazandığı 

müvəffəqiyyətlərə görə üstüyazılı qızıl saatla mükafatlandırıldı. 

Təyyarəçi  Teymur  Mustafayev  1924-cü  ildə  Xəzərin  üstü  ilə  beş  yüz-altı 

yüz  metr  məsafədən  uçarkən,  dəniz  səthinin  bir  sahəsində  yağlı  neft  ləkələri 

müşahidə  edir.  O  bu  barədə  Neft  Təsərrüfatı  Nazirliyinə  məlumat  verir.  Həmin 

illərdə respublikamızda hərbi xidmətdə olan, sonralar Sovet İttifaqı Marşalı, Sovet 

İttifaqı  Qəhrəmanı  Stepan  Akimoviç  Krasovski  yazır  ki,  Xəzərdə  ilk  dəfə  neftin 

olmasını  azərbaycanlı  təyyarəçi  Teymur  Mustafayev  kəşf  etmişdir  desək, 

yanılmarıq. 


23 

 

İyirminci  illərin  sonunda  ölkədə  ilk  siyasi  proseslərdən  birinə  başlanıldı. 



Gizli antisovet təşkilat olan "prom - partiya" (sənaye partiya) ittiham edilirdi. Guya 

bu  təşkilat  burjua-texniki  ziyalılarından  ibarət  yuxarı  təbəqənin  bir  hissəsini 

birləşdirir və sərhədin o tayının köməyinə, digər əks inqilabi qüvvələrin yardımına 

arxalanaraq,  SSRİ-nin  sənaye  və  nəqliyyat  sahələrində  pozuculuq  fəaliyyəti 

göstərirmiş.  Həmin  iş  üzrə  ölkədə  bir  çox  məşhur  aviasiya  konstruktorları, 

təyyarəçi və mühəndislər həbs edildilər. 

Azərbaycanlı  təyyarəçi  Teymur  Mustafayev  də  guya  "sərhədin  o  tayının 

köməyinə" gedənlərdən biri olub. Yalan və haqsızlığın qurbanı olan Teymur 1926-

cı  ildə  həbs  edilib,  əvvəl  Solovki  adalarına,  sonra  isə  Qazaxıstanın  Karaqanda 

şəhərinə  sürgün  edilir.  Şəxsiyyətə  pərəstiş  dövrünün  ilk  qurbanlarından  olan 

həmyerlimiz burada da fəaliyyətini dayandırmır. O, Karaqandada yenicə açılan daş 

kömür  mədənlərinin  inkişafında  yaxından  iştirak  edir.  "Karaqanda-kömür" 

mədənlərində  müxtəlif  məsul  vəzifələrdə  çalışan  T.  Mustafayev  qaz  generatorları 

qurğusunun hazırlanmasında və Böyük Vətən müharibəsi illərində cəbhə üçün yük 

avtomobillərinin əsaslı təmirində böyük əmək sərf etmişdir. 

Dövlət  onun  müharibə  illərindəki  və  müharibədən  sonrakı  xidmətlərini 

nəzərə  alaraq,  "Böyük  Vətən  müharibəsində  fədakar  əməyinə  görə",  "Əməkdə 

fərqlənməyə görə" və "Xam torpaqların istifadəyə verilməsinə görə" medalları ilə 

təltif  etmişdir.  Həmyerlimiz  həm  də  "Üçüncüdərəcəli  dağ  mühəndisi"  fəxri  adına 

layiq görülmüşdür. 

Ömrünün  axırına  kimi  vətəndən  uzaqda  yaşayıb-işləyən  Teymur 

Mustafayevin  səksən  illik  yubileyini  1976-cı  ildə  Karaqanda  ictimaiyyəti 

keçirmişdir. 

V.  Cilkin  familiyalı  müəllif  "İndustrialnaya  Karaqanda"  qəzetinin  27 

oktyabr  1976-cı  il  tarixli  nömrəsində  "Yaxşı  insan  haqqında"  məqaləsində  yazır: 

"Ucaboy,  çevik  və  həmişə  gülümsər  sifətli  Teymur  Mustafayevi  mədənçilər 

şəhərində hamı qayğıkeş bir adam kimi tanıyır. O, kiminə xeyirxah məsləhəti ilə, 

kiminə də  mənzil və  məişət məsələlərinin həllində  kömək edir. Artıq uzun illərdi 

ki, Teymur şəhər sovetinin xalq nəzarəti şöbəsində ictimai müfəttişdir. O  həm də 

rayon icraiyyə komitəsində mənzil-məişət komissiyasının üzvüdür. Bizim şəhərdə 

o, demək olar ki, yarım əsrdir yaşayır və işləyir. 

1930-cu ildə Qazaxıstanda daş kömür sənayesinin əsası qoyuldu. Bu sahədə 

ilk və fəal çalışanlardan biri də Teymur Mustafayev idi. Böyük Vətən müharibəsi 

illərində o, yük avtomobillərini təmir edib cəbhəyə göndərən sexin rəisi idi. Onun 

təşəbbüsü  ilə  yük  avtomobillərinin  mühərrikləri  qaz  generatorları  ilə  işləməyə 

uyğunlaşdırılmışdı.  Bu təşəbbüs cəbhənin ehtiyaclarını ödəmək  üçün  yüz  tonlarla 

benzin yanacağına qənaət etməyə imkan vermişdi. 

Müharibədən  sonra  Teymur  Mustafayev  Tixonovski,  Novo-maykudski, 

Prişaxtinski  avtobazalarının  və  avtotəmir  emalatxanalarının  tikintisinə  rəhbərlik 

etmişdir". 



24 

 

Heç  bir  günahı  olmadan  sevimli  hərbi  təyyarəçilik  sənətindən  ayrılıb, 



doğma Azərbaycandan uzaqda yaşayan Teymur Mustafayev yetmişinci illərdə bir 

neçə dəfə öz Vətəninə qonaq kimi gəlib-qayıtmışdır. Bir neçə dəfə köçüb, Vətəni 

Azərbaycanda  yaşamaq  üçün  bizim  yuxarı  dairələrə  müraciət  etsə  də,  "Yox,  sən 

siyasi dustaq olmusan,  xalq düşmənisən..." kimi ədalətsiz  ittihamlarla  onu  məyus 

qaytarmışlar. 

1981-ci  ildə  qürbətdə  Vətən  həsrəti  ilə  vəfat  edən  Teymur  Mustafayevin 

hazırda Karaqanda şəhərində iki oğlu yaşayır. Böyük oğlu Yusif dağ mühəndisidir, 

kiçiyi İsgəndər isə atasının ilk gəncliyində yarımçıq qalmış arzusunu davam etdirir 

- təyyarəçidir. 

Hər  şeyin  ilki  əzəli  və  əbədidir.  Tarixin  müəyyən  mərhələlərində  onlar 

unudulsalar da, gec-tez yada düşür, xatırlanırlar. Haqq nazilir, amma üzülmür. Bu 

gün  adı,  şöhrəti  doğma  xalqına  qaytarılan  ilk  təyyarəçilərimizin  -  Fərrux  ağa 

Qayıbovun, Teymur Xan Əfşar, Mahmud Mahmudzadənin, Teymur Mustafayevin, 

Əlihüseyn  Dadaşovun,  Məlik  Mikayıl  Mirzənin,  Əsəd  Əliyevin,  Əjdər  Əhədəli 

Həsənzadənin ömür və döyüş yolu öyrənilməklə adları əbədiləşdirilməlidir. 

 

 



 

25 

 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin