Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 6.9 Mb.
Pdf просмотр
səhifə9/28
tarix11.06.2017
ölçüsü6.9 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

HÜSEYNOVA Süsən Hüseyn qızı
1958 ildə Ermənistan Respublikasında anadan olub. Ailə üzvləri ilə birlikdə Er-
mənistandan qovulduqdan sonra Xocalı şəhərində məskunlaşıblar. 26 fevral 1992 ildə 
Xocalı şəhəri işğal olunan zaman Fatma, həyat yoldaşı İbrahimov Alxan Əmirxan oğlu, 
İBRAHİMOVA Fatma Mədət qızı

101
oğlanları Samir və Sabirlə birlikdə girov götürülüb. Onları əvvəlcə Əsgəranda saxlayıb-
lar, Xocalı sakini Məmmədova Gülöyşə Bəxtiyar qızının verdiyi məlumatda bildirilir ki, 
Fatmanı ailəsi ilə 10 gün saxladıqdan sonra ermənilər onun həyat yoldaşı Alxanın başını 
kəsiblər. Oğlanlarını azad etdikləri üçün Fatma uşaqlarını Gülöyşəyə tapşırıb. Özünü 
isə ermənilər naməlum istiqamətə aparıblar. Gülöyşə Fatmanın uşaqlarını Zərdab ra-
yonunda yaşayan əmilərinə verib. Bu faktı Məmmədovanın oğlu, erməni əsirliyindən 
qayıtmış Məmmədov Fərman Qəzənfər oğlu da təsdiq edib. Qohumu - Bakı şəhəri, 
Nizami rayonu Naxçıvani küçəsi, ev 18, mənzil 36-da yaşayan Qəribov Fərhad Əhməd 
oğlunun dediyinə görə, Fatmanın əslən gürcüstanlı olan atası Gürcüstanla Ermənistan 
arasındakı kənddə yaşayan bir erməni vasitəsilə İbrahimovanın Şuşa şəhərində saxlan-
dığını, azad edilməsi üçün 50 milyon rus rublu tələb edildiyini öyrənə bilib. Dmanisi 
rayon əhalisi istənilən məbləği yığıb həmin erməniyə verib. Lakin erməni pulları alan 
kimi qaçıb. Qohumu - Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü mədən, ev 240-da yaşayan 
Mustafayev İbrahim Vaqif oğlunun ərizəsindən məlum olub ki, Fatma ailəsi ilə bərabər 
ermənilər tərəfindən girov götürülüb. Uşaqları və ərinin başı kəsilmiş meyiti qaytarılıb, 
özünün taleyi isə heç kimə məlum olmayıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqə-
dar Dövlət Komissiyasının nəşri. Bakı, 2006 s. 321
İLYASOV Əhməd Məmməd oğlu
1968 ildə Xocalı ş.-rində anadan olub. Milliyyətcə mehseti türkü İlyasov Əhməd 
Xocalı ş.-ri erməni-rus silahlı birləşmələri tərəfindən işğal olunan gün qohumları ilə 
birlikdə girov götürülüb. Dayısı - milliyyətcə mehseti türkü, Dəvəçi r.-nunun Udulu 
k.-dində məskunlaşmış Xocalı qaçqını Binəliyev Güləli Binəli oğlunun bildirdiyinə 
görə, 26 fevral 1992-ci ildə, o, ailə üzvləri və qohumları ilə girov götürülüb. Sonradan 
azad olunsalar da, övladları Alişerlə Cabbar və bacısı oğlu İlyasov Əhməd Məmməd 
oğlu qaytarılmayıb. Beynəlxalq Amnistiya Təşkilatının Avropa Üzrə Tədqiqatlar şö-
bəsinin müdiri Ann Burli 23 noyabr 1993 ildə verdiyi məlumatda Xocalı ş.-rinin işğalı 
zamanı 6 mehseti türkünün, o cümlədən, İlyasov Əhməd Məmməd oğlunun ermənilər 
tərəfindən girov götürüldüyünü göstərib. Beynəlxalq Amnistiya Təşkilatının nümayən-
dələri 1992 ilin aprel ayında Xankəndində olduqları zaman Dağlıq Qarabağdakı polis 
idarəsində ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşlarının, həmçinin 
İlyasov Əhmədin də adı olan siyahı görüblər. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 s. 322
1966 ildə Xocalı şəhərində anadan olub, 1 mart 1992 il tarixdə Pircamal kəndi əra-
zisində itkin düşüb. Aparılmış araşdırma zamanı məlum olub ki, r.-nun polis şöbəsinin 
əməkdaşı olmuş Vidadi İsmayılov 26 fevral 1992 il tarixdə Xocalı ş.-rinin Ermənistan 
İSMAYILOV Vidadi Lətif oğlu

102
Erməni silahlı 
birləşmələrinin 
Goranboy rayonunun 
Zeyvə və Şəfəq 
kəndlərinə hücumları
Fotoqraf: Mirnaib Həsənoğlu
Mənbə: Azərbaycan Fotoqrafları Birliyi
28
1992
silahlı qüvvələri və Rusiyaya məxsus 366-cı alay tərəfindən işğalı zamanı 60 nəfərə 
yaxın həmyerlisi ilə birlikdə xilas olmaq üçün Ağdam r.-nu istiqamətində getməyə cəhd 
göstərib. Bir həftə ərzində soyuq və qarlı havada meşədə gizlənmiş dinc sakinlər 1 mart 
1992 ildə girov götürülərək Pircamal kəndindəki mal fermasına gətiriliblər. Taxtadan 
tikilmiş fermada saxlanılan əsasən qoca, qadın və uşaqlardan ibarət 100 nəfərdən çox 
azərbaycanlı əsir və girov ağır işgəncə və təhqirlərə məruz qalıb, pul və zinət əşyaları gö-
türülüb, müqavimət göstərən 2 gənc vəhşicəsinə döyülərək öldürülüb. Vidadi İsmayılov 
və 3 nəfər sağlam oğlan seçilərək güllələnmək adı ilə naməlum istiqamətə aparılıb. Bu 
faktı göstərilən mal fermasında girovluqda saxlanılan və sonradan azad olunan Xocalı 
sakinlərindən - Kərimova Almara İfrat qızı və Abdullayeva Sənəm Həsən qızı ifadələ-
rində təsdiq ediblər. Girov götürülmüş mülki şəxslərin arasından seçilərək sağ-salamat 
aparılmış Vidadi İsmayılov və digər iki nəfərin sonrakı taleyi barədə məlumatlar Ermə-
nistan tərəfindən gizlədilib və müharibə qurbanı olmuş bu şəxslərin yaxınları hələ də 
doğmalarının yolunu gözləməkdə davam edir. 
Əd.: “QSM-7” təsdiq edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, “Qismət”, 2010, s. 71
1960 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı işğal olunan zaman 
əsir götürülüb. Bacısı – Xocalı ş.-r sakini, Naftalan ş.-rindəki “Azərbaycan” sanatoriya-
KƏRİMOV İntiqam Şahmalı oğlu

103
sının 12-ci korpusunda məskunlaşmış Kərimova Elmira Şahmalı qızının verdiyi məlu-
mata görə, işğal günü o, 2 uşağı, həyat yoldaşı Yalçın, qardaşı Kərimov İntiqam, bacısı 
Sadıqova Züleyxa və həmkəndliləri ilə birlikdə Naxçıvanlı kəndi istiqamətində əsir gö-
türülüblər. Ermənilər onları Əsgəran polis şöbəsinin təcridxanasına aparıblar. Orada İn-
tiqamın erməni dilini bildiyini öyrənib, onu başqa girovlardan ayırıb, harasa naməlum 
yerə aparıblar. 28 fevral 1992 ildə mərhum Allahverdi Bağırovun köməyilə Elmiranı, 2 
uşağını və bacısını azad ediblər. O, bir daha İntiqamla Yalçını görməyib. Erməni girov-
luğundan azad olunmuş, Mingəçevir ş.-rində məskunlaşmış Sevinc Tofiq qızı Elmiraya 
“UAZ” maşınında Xankəndinə gətirilərkən yolda tanımadığı bir əsirin ona “Mən Tama-
ranın oğlu İntiqamam, sağ qayıtsan, bizimkilərə ermənilərin məni rayon polis şöbəsinə 
apardıqlarını xəbər verərsən” deyib. Sonra Sevincin atasının tanışı olan erməni onu öz 
evinə aparıb və qarşı tərəfdən olan girovla dəyişib. Bacısı - Sadıqova Züleyxa Şahmalı 
qızı da Elmiranın dediklərini təsdiq edib. Onlar azad olunduqdan sonra qardaşlarını bir 
daha görməyiblər. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 351
MƏMMƏDOV Aydın Qurban oğlu 
1967 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə döyüş yoldaşı- Zeyna-
lov Eldar Aslan oğlu ilə Xocalı ş.-rinin Qaladərəsi məhəlləsində yerləşən orta postda 
növbə çəkən vaxt əsir götürülüb. Ermənilər onu Dağlıq Qarabağda saxlayıblar. Döyüş 
yoldaşı-Oğuz rayonunun Çalud- 1 qəsəbəsində yaşayan Orucov Şakir Musa oğlunun 
dediyinə görə, təxminən 22. 30 radələrində ermənilərin hücumları başlayan vaxt Zey-
nalov Eldar Məmmədov Aydınla tank əleyhinə qumbara gətirmək üçün gediblər. Onlar 
gedən kimi ermənilərin hücumları güclənib. Döyüşçülər arasında pərakəndəlik yaranıb, 
hərə bir tərəfə dağılıb. Uzaqdan Aydının ayağından yaralanmış vəziyyətdə artezian qu-

104
yusunun yanında qaldığını görüb. Həmin vaxt bir neçə erməni Aydına yaxınlaşaraq onu 
sürüyə-sürüyə aparıb. Şakir tək olduğu üçün ona kömək edə bilməyib. Xocalı sakini, ha-
zırda Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəsi, ev 3, mənzil 26-da yaşayan sabiq bö-
lük komandiri Hüseynov Rac Mürşüd oğlunun verdiyi məlumata görə, 26 fevral 1992-
ci ildə tabeçiliyində ki 50 döyüşçüdən biri də Aydın Məmmədov olub. Təxminən saat 
22. 30 radələrində Aydın və Eldar icazə alaraq tank əleyhinə qumbara gətirmək üçün 
gedib. Bir daha görüşməyiblər. Qohumu-Xocalı sakini Vəliyev Xəlil Şahmar oğlu izaha-
tında yazıb ki, 26 fevral 1992 ildə Aydın döyüş yoldaşı Eldarla tank əleyhinə qumbara 
götürmək üçün gedib. Qumbaranı götürəndən sonra Eldarla geriyə qayıdıblar. Döyüş 
yoldaşı-əslən Ermənistanın Əzizbəyov rayonundan olan, Oğuz ş.-ri, Nizami küçəsi, ev 
4-də məskunlaşmış Xəlilov Xasay Rəhman oğlunun dediyinə görə, 26 fevral 1992 ildə 
saat 22. 30 radələrində ermənilər qəflətən hücuma keçən zaman istirahət saatı olduğu 
üçün postda olmayıb. Atəş səsləri eşidən kimi tez posta qaçıb. Postun yaxınlığında er-
mənilərin bir nəfər azərbaycanlı əsgəri döyə-döyə sürüdüklərinin şahidi olub. Diqqətlə 
baxanda həmin əsgərin Məmmədov Aydın olduğunu görüb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 387-388
MƏMMƏDOV Azər Vaqif oğlu 
1971 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan 
zaman ailə üzvləri ilə birlikdə girov götürülüb. Xalası - Bakı ş.-ri, Nərimanov rayonu, 
Qarabağ küçəsi 24, mənzil 1-də yaşayan Məmmədova Əsli İbrahim qızının verdiyi 
məlumata görə, həmin gün bacısı Məmmədova Afilə İbrahim qızı, onun həyat yolda-
şı Məmmədov Vaqif Şükür oğlu, oğlanları Azər, Ceyhun və Niyaməddinlə ərazini tərk 
edən zaman Əsgəran qarşısındakı meşədə ermənilər Vaqifi öldürüb, qalan ailə üzvləri-
ni girov götürüblər. 1994 ildə Neft Akademiyasında işləyən Hamlet müəllim erməni 
əsirliyində olan oğlu Vüqardan məktub alıb. Vüqar Xocalı şəhərindən olan Məmmədov 
Azər Vaqif oğlunun da onunla saxlandığını yazıb. Bakı şəhəri, General Şıxlinski küçəsi 
1, ev 54, mənzil 10-da yaşayan hərbi əsir Bədəlov Vüqar Hamlet oğlunun atası - Bədəlov 
Hamlet Cəmil oğlunun Gürcüstan Respublikasının Sadaxlı k.-dində Karo adlı erməni-
dən aldığı azərbaycanlı əsir və girovların siyahısında Məmmədov Azər Vaqif oğlunun da 
adı olub. Həmin əsirlər Ermənistanın Spitak ş.-rində, hərbi şəhərcikdə, 306-cı məhəllə, 
ev 1, mənzil 19-da, Karonun tanışı Dadamyan Suren Arturoviçin evində saxlanılıblar. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 390
MƏMMƏDOV Ceyhun Vaqif oğlu
1974 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri erməni-rus silahlı 
birləşmələri tərəfindən işğal olunan zaman ailə üzvləri ilə girov götürülüb. Xalası - Bakı 

105
şəhəri, Nərimanov r.-nu, Qarabağ küçəsi 24, mənzil 1-də yaşayan Məmmədova Əsli İb-
rahim qızının verdiyi məlumatda bildirilib ki, faciə günü bacısı Afilə, onun həyat yoldaşı 
Məmmədov Vaqif Şükür oğlu, oğlanları Məmmədov Azər Vaqif oğlu, Məmmədov Cey-
hun Vaqif oğlu və Məmmədov Niyaməddin Vaqif oğlu ərazini tərk edən zaman Əsgəran 
rayonunun qarşısındakı meşədə ermənilər Vaqifi öldürüb, qalan ailə üzvlərini isə əsir gö-
türüblər. Xocalı sakini Əzimov Aydın Abbasqulu oğlunun verdiyi məlumata görə, Xoca-
lının işğalı günü şəhəri tərk edən sakinlər vahimə içində Ağdama tərəf üz tutublar. Yolda 
onun anasını, qardaşını və bacısını öldürüblər. Meşədə Aydınla atası Abbasqulu Afiləni 
oğlanları ilə birlikdə görüblər. Məmmədovlar meşədə gecələmək istədiklərini deyiblər. 
Aydınla atası onları fikirlərindən daşındıra bilməyiblər. Onlar meşədə qalıblar. Aydıngil 
isə səhərə qədər yol gedərək Ağdama çatıblar. Sonradan onlar nə Afiləni, nə də onun oğ-
lanlarını bir daha görməyiblər. 1994 ildə Neft Akademiyasında işləyən Hamlet müəllim 
erməni əsirliyində olan oğlu Vüqardan məktub alıb. Vüqar Xocalı şəhərindən olan Məm-
mədov Ceyhun Vaqif oğlunun da onunla saxlandığını yazıb. Bakı şəhəri, General Şıxlinski 
küçəsi, ev 54, mənzil 10-da yaşayan hərbi əsir Bədəlov Vüqar Hamlet oğlunun atası Bədə-
lov Hamlet Cəmil oğlu Gürcüstan Respublikasının Sadaxlı k.-dində Karo adlı ermənidən 
aldığı azərbaycanlı əsir və girovların siyahısında Məmmədov Ceyhun Vaqif oğlunun da 
adı olub. Həmin əsirlər Ermənistanın Spitak ş.-rində, hərbi şəhərcikdə, 306- cı məhəllə, ev 
1, mənzil 19-da, Karonun tanışı Dadamyan Suren Arturoviçin evində saxlanılıblar. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 394-395
1959 ildə Xocalı ş.-rində anadan olub. Avtobazada müdir işləyib. 1990 ildən özü-
nümüdafiə batalyonunun üzvü kimi Xocalının müdafiəsində fəal iştirak edib. 26 fev-
ral 1992 ildə erməni silahlı dəstələri tərəfindən əsir götürülüb. Erməni girovluğundan 
azad edilmiş Xocalı sakini, Naftalan ş.-rindəki “Goran” sanatoriyasında məskunlaşmış 
Məhəmmədov Məhəmməd Cümşüd oğlunun verdiyi məlumata görə, ş.-r işğal olunan-
da əhali canını qurtarmaq üçün vahimə içində Ağdama tərəf üz tutub. Naxçıvanlı yo-
lunda pusquda duran ermənilər sakinləri tutaraq maldarlıq fermasına aparıblar. 20 gün 
orada ac-susuz, işgəncə içində saxlanılan zaman Kamil də onlarla birlikdə olub. 20 gün 
ərzində ermənilər onları hər gün döyüb, işgəncə verib, cavan əsirləri isə seçib aparıblar. 
Onlardan biri də Kamil olub. Ermənilər onu hərbi əsirlərlə bilikdə naməlum istiqamətə 
aparıblar. Hərbi əsir Əlimməmmədov Namiq Şahmalı oğlunun qardaşı –Bakı şəhəri 
Nərimanov r.-nu, Mayakovski küçəsi, ev 17, mənzil 27-də yaşayan Əliməmmədov Ya-
şarın dediyinə görə. Xocalı ş.-ri ermənilər tərəfindən işğal olunan gün o, qardaşı Namiq 
və Məmmədov Kamillə birlikdə əsir götürülərək Pircamal k.-dində yerləşən maldar-
lıq fermasına gətirilib. Bir neçə gündən sonra Namiqlə Kamili cavan əsirlərlə birlikdə 
naməlum istiqamətə aparıblar. Onları bir daha görməyib. Beynəlxalq Qırmızı Xaç Ko-
mitəsinin Azərbaycan üzrə nümayəndəliyi Məmmədov Kamilin 27 fevral 1992 ildən 
MƏMMƏDOV Kamil Əmir oğlu

106
Kəlbəcərdən olan 
məcburi köçkünlər
Fotoqraf: İlqar Cəfərov 
Mənbə: AZƏRTAC
29
1993
29 fevral 1992 ilə qədər Pircamal k. -dindəki maldarlıq fermasında saxlandığını bildirib. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 409
MƏMMƏDOV Məmməd Rəhim oğlu
1945 ildə Ermənistanın Göyçə mahalında anadan olub. Ermənilər tərəfindən yurd-
larından qovulandan sonra Xocalı ş.-rində məskunlaşıb. 26 fevral 1992 ildə həyat yol-
daşı Məmmədova Narxanım Heydərəli qızı, oğlanları Söhbət (1976), Möhlət (1977), 
Mürvət (1978), Əhməd (1981), Ruslan (1988) və qızı Əfsanə (1983) ilə birlikdə girov 
götürülüb. Bir neçə gündən sonra ermənilər həyat yoldaşını, 3 oğlunu və qızını azad 
edib. Məmmədlə oğlu Söhbət və Möhlət indiyə kimi erməni əsirliyində qalıb. Erməni 
əsirliyindən qayıtmış Xocalı şəhər sakini, hazırda Naftalan ş.-rində məskunlaşmış Əzi-
zov Ramin İbrahim oğlunun verdiyi məlumata görə, 26 fevral 1992 ildə işğal olunmuş 
ərazini tərk edən zaman ermənilər onu Naxçivanlı yolunda tutub, Əsgəran polis şöbəsi-
nin təcridxanasına aparıblar. Orada Xocalı sakinləri Məmmədov Məmməd, onun 2 oğlu 
Söhbət və Möhlətlə bir gün eyni kamerada saxlanılıb. Səhər ermənilər Ramini başqa ka-
meraya keçiriblər. Bir daha Məmmədovları görməyib. Həyat yoldaşı - Qobustan r.-nu-
nun Mərəzə k.-dində məskunlaşmış Məmmədova Narxanım Heydərəli qızı ərizəsində 
yazıb ki, Xocalının işğalı zamanı Məmməd və oğlanları Möhlətlə Söhbət şəhəri müdafiə 
edənlərin sırasında olub. Erməni silahlıları dinc əhalini, onu da uşaqları ilə birlikdə girov 
götürüb 6 gün Əsgəran qalasında saxlayıblar. Ermənilər girov götürdükləri sakinlərdən 
qaradərili xarici döyüşçünün meyitinin harada olduğunu soruşublar. Vəd ediblər ki, hə-
min meyit tapılsa, 85 nəfər girovu azad edəcəklər. Xocalılar qaradərili muzdlu döyüşçü-
nün meyitini tapmaqda ermənilərə bələdçilik etdikdən sonra, onlar Narxanım, 2 oğlu 
və 1 qızı daxil olmaqla 85 girovu azad ediblər. Məmmədlə oğlanları Möhlət və Söhbət 
əsir saxlanılıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 414-415

107
MƏMMƏDOV Möhlət Məmməd oğlu 
1976 ildə Ermənistanın Göyçə mahalında anadan olub. Məlum hadisələrlə bağlı 
Xocalıya pənah gətirib, orada məskunlaşıblar. Qarabağ münaqişəsi başlayandan Xo-
calını müdafiə edənlərin sırasında olub. 26 fevral 1992 ildə ailəliklə girov götürülüb-
lər. Sonradan anası, 3 qardaşı və bacısı azad olunub. Erməni əsirliyindən azad edilmiş 
Xocalı ş.-r sakini, hazırda Naftalan ş.-rində məskunlaşmış Əzizov Ramin İbrahim oğlu-
nun verdiyi məlumata görə, 26 fevral 1992 ildə işğal olunmuş ərazini tərk edən zaman 
ermənilər onu Naxçivanlı yolunda tutublar, Əsgəran polis şöbəsinin təcridxanasınada 
Xocalı sakinləri Məmmədov Məmməd, onun 2 oğlu Söhbət və Möhlətlə bir gün eyni 
kamerada saxlanılıb. Anası-Qobustan r.-nunun Mərəzə k.-dində məskunlaşmış Məm-
mədova Narxanım Heydərəli qızı ərizəsində yazıb ki, Xocalının işğalı zamanı Məmməd 
və oğlanları Möhlətlə Söhbət ş.-ri müdafiə edənlərin sırasında olub. Erməni silahlıları 
dinc əhalini, onu da uşaqları ilə birlikdə girov götürüb, 6 gün Əsgəran qalasında saxla-
yıblar. Ermənilər girov götürdükləri sakinlərdən qaradərili xarici döyüşçünün meyiti-
nin harada olduğunu soruşublar. Vəd ediblər ki, həmin meyit tapılsa, 85 nəfər girovu 
azad edəcəklər. Xocalılar qaradərili muzdlu döyüşçünün meyitini tapmaqda ermənilərə 
bələdçilik etdikdən sonra, onlar Narxanım, 2 oğlu və 1 qızı daxil olmaqla 85 girovu azad 
ediblər. Məmmədlə oğlanları Möhlət və Söhbət əsir saxlanılıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 415-416
MƏMMƏDOV Saday Süleyman oğlu 
1936 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı sakinlərı ilə Sa-
day Məmmədov (Milli qəhrəman Əlif Hacıyevin əmisidir) da səhərə kimi ermənilərə 
qarşı müqavimət göstərib, lakin məğlub olduqlarını gördükdə geri çəkilib. O, qardaşı 
Hacıyev Lətif Süleyman oğlu, əmisi qızı Əliyeva Filyar və onun qızı ilə birlikdə Xoca-
lını tərk etməli olub. Qarqar çayının sahilində ermənilər onları mühasirəyə alıb, güclü 
atəşə tutulublar. Həmin vaxt Saday ayağından yaralanıb, yerə yıxılıb. Bu məlumatı er-

108
Ağdamlı məcburi 
köçkünlər
Fotoqraf: İlqar Cəfərov
Mənbə: AZƏRTAC
30
1993
məni əsirliyindən azad olduqdan sonra Bakı şəhəri, Əzizbəyov r.-nu Qala k.-dində məs-
kunlaşmış Xocalı ş.-r sakini Aslanov Qəyyum Bəhram oğlu verib. Onun dediyinə görə, 
Sadaya yardım etmək istədikdə ermənilər buna imkan verməyib, yaralı Məmmədovu 
orada saxlayıb, Qəyyum da daxil olmaqla digər girovları traktor qoşqusunda Xankəndi 
ş.-rinin köhnə avtovağzalına aparıblar. Bu faktı erməni girovluğundan qayıtdıqdan son-
ra Naftalan ş.-rində yerləşən “Goran” sanatoriyasında məskunlaşmış Xocalı ş.-r sakini, 
Sadayın əmisi nəvəsi Məmmədova Yeganə Hüseyn qızı da təsdiq edib. Oğlu-Naftalan 
ş.-rində “Qarabağ” sanatoriyasında məskunlaşmış Xocalı ş.-r sakini Məmmədov Xasay 
Saday oğlunun məlumatına görə, 1993 ilin əvvəllərində Laçın r.-nunun Ağca k. -dindən 
olan Budaq adlı döyüşçü Ağdam r.-nu ərazisindəki Yeddi Xırman yüksəkliyində, əslən 
Xanəzən k.-d sakini, milliyyətcə erməni traktorçu Arşakdan Sadayın sağ olduğunu öy-
rənib. Budağın dediyinə görə, hətta Arşak Sadaya isti paltar da verib. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 423-424
MƏMMƏDOV Söhbət Məmməd oğlu
1976 ildə Ermənistanın Göyçə mahalında anadan olub. Məlum hadisələrlə bağlı 
Xocalıya pənah gətirib, orada məskunlaşıblar. Qarabağ münaqişəsi başlayanda Xocalını 
müdafiə edənlərin sırasında olub. 26 fevral 1993 ildə ailəliklə girov götürülüblər. Son-

109
radan anası, 3 qardaşı və bacısı azad olunub. Erməni əsirliyindən qayıtmış Xocalı şəhər 
sakini, hazırda Naftalan ş.-rində məskunlaşmış Əzizov Ramin İbrahim oğlunun verdiyi 
məlumata görə, 26 fevral 1992 ildə işğal olunmuş ərazini tərk edən zaman ermənilər 
onu Naxçıvanlı yolunda girov götürüb Əsgəran polis şöbəsininin təcridxanasına apa-
rıblar. Orada Xocalı sakinləri Məmmədov Məmməd, onun 2 oğlu Söhbət və Möhlətlə 
bir gün eyni kamerada saxlanılıb. Səhər ermənilər Ramini başqa kameraya keçiriblər. 
Bir daha Məmmədovları görməyib. Anası-Qobustan r.-nunun Mərəzə k.-dində məs-
kunlaşmış Məmmədova Narxanım Heydərəli qızı ərizəsində yazıb ki, Xocalının işğalı 
zamanı Məmməd və oğlanları Möhlətlə Söhbət ş.-ri müdafiə edənlərin sırasında olub. 
Erməni silahlıları dinc əhalini, girov götürüb, 6 gün Əsgəran qalasında saxlayıblar. Er-
mənilər onlardan qaradərili (zənci) muzdlu döyüşçünün meyitinin harada olduğunu 
soruşublar. Vəd ediblər ki, həmin meyit tapılsa, 85 nəfər girovu azad edəcəklər. Xoca-
lılar qaradərili muzdlu döyüşçünün meyitini tapmaqda ermənilərə bələdçilik etdikdən 
sonra, Narxanım, 2 oğlu və 1 qızı daxil olmaqla girovları azad ediblər. Həyat yoldaşı 
Məmmədlə oğlanları Möhlət və Söhbət əsir saxlalanılıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 428-429
MƏMİŞOV Şahin Talış oğlu
1959 ildə Xocalı ş.-rində doğulub. Xocalı ərazi özünümüdafiə taboru yaradılan gün-
dən onun döyüşçüsü olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri erməni silahlı birləşmələri 
tərəfindən işğal olunan gün əhali canını qurtarmaq üçün qarlı meşələrə qaçıb. Çaşqınlıq 
içində olan 180-200 nəfər Əsgəranın Dəhraz k. -dini Ağdamın Gülablı k.-di bilib, həmin 
istiqamətə üz tutaraq mühasirəyə düşüblər. O zaman Şahin də əhali ilə birlikdə olub. Er-
mənilər onları Dəhraz k. -dindəki maldarlıq fermasında 2 gün saxladıqdan sonra əsirlə-
rin arasından Məmişov Şahin də daxil olmaqla 13 nəfər gənci seçib naməlum istiqamətə 
aparıblar. Erməni əsirliyində olan Usubov Zakir, Usubov Elşad və Usubov Əliyarın atası 
girovluqdan qayıtmış Usubov Kamran Hüseyn oğlunun dediyinə görə, Əsgəran rayo-
nunun Dəhraz kəndində maldarlıq fermasında saxlanılan zaman ermənilər onun 3 oğlu 

110
Qubadlı və Cəbrayıldan 
olan məcburi 
köçkünlər
Fotoqraf: İlqar Cəfərov
Mənbə: AZƏRTAC
31
1993
MƏMMƏDOVA Afilə İbrahim qızı 
1949 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan gün 
həyat yoldaşı - Məmmədov Vaqif, oğlanları Azər, Ceyhun və Niyaməddinlə birlikdə Ağ-
dam istiqamətində qaçarkən meşədə ermənilərin pusqusuna düşüblər. Ermənilər Afilə-
nin həyat yoldaşını öldürüb, oğlanlarını isə özü ilə birlikdə girov götürüblər. Xocalı sakini 
Əzimov Aydın Abbasqulu oğlunun verdiyi məlumata görə, həmin gün ş.-ri tərk edən sa-
kinlər vahimə içində Ağdama tərəf üz tutublar. Yolda onun anasını, qardaşını və bacısını 
və Şahin də daxil olmaqla 13 sağlam gənci naməlum istiqamətə aparıblar. Bu faktı ermə-
ni girovluğundan qayıtmış Xocalı sakinləri - əsir götürülmüş Həsənov Rövşən Qaçay 
oğlunun anası Həsənova Rəfiqə Məmi qızı, Hüseynov Kamil Dadaş oğlu, Xudayarov 
Rövşən Adil oğlu, Xudayarov Vəfadar Səlim oğlu və başqaları da təsdiq ediblər. Əsir 
götürülmüş Xocalı ş.-r sakini Qarayev Usubəli Süleyman oğlunun atası-girovluqdan 
qayıtmış, Naftalan ş.-rindəki “Şirvan” sanatoriyasında məskunlaşan Qarayev Süleyman 
Salman oğlu izahatında yazıb ki, ermənilər 13 nəfər gənci naməlum istiqamətə aparıb-
lar. Qarayev Süleyman azad olunandan sonra Ağdam taborunun komandiri Allahverdi 
Bağırov ona, həmin 13 gəncin Xankəndi həbsxanasında saxlandığını bildirib. Bağırov 
Xankəndi daxili işlər idarəsinin rəisi Armen İsaqulovla danışıqlar aparıb, həmin əsirlə-
ri dəyişmək ərəfəsində şəhid olduğundan, onların qaytarılması baş tutmayıb. İsaqulov 
həmin əsirləri Yerevana göndərib. Tovuz rayonu Əsrik-Cırdaxan kənd sakini Hüseynov 
Akif Saleh oğlunun Tbilisi şəhərində Alaverdiyan Samirdən (Yerevan-74, Nijnıy Şenqa-
vit küçəsi ev 35, mənzil 22; tel: 48-67-93) aldığı Ermənistanda saxlanılan azərbaycanlı 
əsir və girovların siyahısında Məmişov Şahinin də adı olub. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 383-384

111
öldürüblər. Meşədə Aydınla atası Abbasqulunu, oğlanları ilə Afiləni görüblər. Məmmə-
dovlar meşədə gecələmək istədiklərini deyiblər. Aydınla atası onları fikirlərindən daşın-
dıra bilməyiblər. Onlar meşədə qalıblar. Aydıngil isə səhərə qədər yol gedərək Ağdama 
çatıblar. Sonradan onlar nə Afiləni, nə də onun oğlanlarını bir daha görməyiblər. Əldə olu-
nan məlumatlara görə, ermənilər Məmmədovları girov götürüb, Ermənistana aparıblar. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 435
1958 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-rinin işğal olundu-
ğu gün Lətifə və ailə üzvləri - anası Məmmədova Səltənət Zülal qızı, oğlanları Əliyev Sə-
buhi Cahangir oğlu və Əliyev Səlim Cahangir oğlu, bacısı Məmmədova Şövkət İbad qızı, 
onun oğlu Cəfərov Samir Tacir oğlu ilə birlikdə girov götürülərək Ağdərə r.-nunun Vəng 
k. -dinə aparılıblar. Bacısı – Xocalı sakini, Bakı şəhəri, Nərimanov r.-nunda yerləşən Müəl-
limləri Təkmilləşdirmə İnstitutunun yataqxanasında məskunlaşmış Qəmbərova Adilə 
İbad qızı izahatında göstərib ki, həmyerlisi Cavanşir Haqverdiyev (hazırda Bakı şəhəri, 
Mərdəkan qəs. -əsində yerləşən yataqxanada məskunlaşıb) onları ailəliklə meşədə ocaq 
ətrafında oturub qızınarkən görüb. Cavanşirin dediyinə görə, ətrafda ermənilərin üstü 
çadırlı maşını dayanıbmış. Ermənilər qəribə səslər çıxararaq azərbaycanlıların yaxınlıqda 
olduğunu bir-birinə bildiriblər. Cavanşirin qardaşı Şahin ona “Sən get, biz də yavaş-yavaş 
gəlirik”, deyib. O, yoluna davam edib, bir müddət keçəndən sonra dayanıb, onları gözləyib. 
Nə Şahin, nə də Səltənət ailəsi ilə gəlib çıxmayıb. Sonradan heç kimin onların taleyindən 
xəbəri olmayıb. Beynəlxalq Amnistiya təşkilatının Avropa üzrə təhqiqatlar şöbəsinin mü-
diri Ann Burlinin 12 avqust 1993 ildə verdiyi məlumata görə, Məmmədova Lətifə və onun 
ailə üzvləri fevral ayının 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı erməni hərbçilə-


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə