Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 6.9 Mb.
Pdf просмотр
səhifə8/28
tarix11.06.2017
ölçüsü6.9 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

FƏZLİYEV Qədim Fəzli oğlu
1954 ildə anadan olub. Milliyyətcə mehseti türküdür. 1990 ilin aprel ayında ailəsi ilə 
birlikdə Gürcüstan Respublikası Zuqdidi r.-nunun Xetera sovxozundan Xocalı ş.-rinə kö-
çüb. Ş.-rin işğalına kimi Qaladərəsi deyilən ərazidə yaşayıblar. Faciə baş verən zaman həyat 
yoldaşı Fəzliyeva (Aslanova) Mərhəmət Katib qızı ilə əhaliyə qoşularaq Ağdam istiqamə-
tində qaçıblar. Mərhəmət vahiməyə düşən insanların arasında Qədimi itirib. Sonradan 
əsirlikdən qayıdan Xocalı sakinlərindən Qədimin ermənilər tərəfindən əsir götürüldüyü-
nü öyrənib. Bu məlumatı onun oğlu – Saatlı r.-nunun Varxankənd k.-dində məskunlaşmış 
Fəzliyev (Aslanov) İslam Qədim oğlu verib. Qədimlə birlikdə milliyyətcə mehseti türkü 
olan Xocalı sakinləri Binəliyev Alişer Güləli oğlu (1967), Binəliyev Cabbar Güləli oğlu 
(1969), Bədişev Əli Rəis oğlu (1968), Həmdiyev Osman Həmdi oğlu (1951), İlyasov 
Əhməd Məmməd oğlu (1968) da əsir götürülüb. Ermənilər onları Dağlıq Qarabağda sax-
layırlar. Bu faktı Alişer və Cabbarın atası - Xocalı ş.-r sakini, Dəvəçi r.-nunun Udulu k.-din-
də məskunlaşmış Binəliyev Güləli Binəli oğlu, Özbəkistan Respublikasında anadan olmuş 
Xocalı sakini, Sabirabad r.-nunun Əhmədabad k.-dində məskunlaşmış Muradova Səlimə 
Mərdəli qızı, qardaşı – Xocalı sakini, Dəvəçi r.-nunun Udulu k.-dində məskunlaşmış Binə-
liyev Bəxtiyar Güləli oğlu, Bəxtiyarın həyat yoldaşı, Xocalı sakini, Dəvəçi r.-nunun Udulu 
k.-dində məskunlaşmış Binəliyeva Firuzə Fərdi qızı da təsdiq ediblər. “Beynəlxalq Amnis-
tiya” təşkilatının verdiyi məlumata görə, İnsan Hüquqlarının Müdafiəsi Uğrunda “Helsin-
ki Uotç” təşkilatının nümayəndələri 1992 ilin aprel ayında Xankəndi ş.-rində olarkən polis 
idarəsində Qədimin də adı olan azərbaycanlı hərbi əsirlərə aid sənədlərlə tanış olublar. 
“Beynəlxalq Amnistiya” təşkilatının Avropa üzrə təhqiqatlar şöbəsinin müdiri Ann Bur-
linin məlumatında Xocalının işğalı günü Fəzliyev Qədimin də əsir götürüldüyü yazılıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 235-236
HACIYEV Süleyman Lətif oğlu 
1949 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə erməni silahlıları Xocalı 
ş.-rini işğal edən zaman ş.-ri ən son tərk edənlərdən biri olub. Qardaşı – Xocalı ş.-r sakini, 
Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 35, mənzil 48-də yaşayan Hacıyev Səfər Lətif oğlunun 
dediyinə görə, Süleyman son gülləsi qalana qədər ş.-ri müdafiə edib. Atası - Hacıyev Lətif 
Süleyman oğlu ilə birlikdə əsir götürülüb. Elə həmin gün əsirləri Xankəndinə aparıblar. 
Atasının dediyinə görə, ermənilər fevral ayının 27-də Süleymanı Qafan r.-nuna köçürüb-
lər. Onlar Süleymana qarşı amansız olublar. Lətif Hacıyev sonradan girovluqdan azad 

93
olunub. Xocalı ş.-r sakini, Naftalan ş.-rində yerləşən “Qarabağ” sanatoriyasında məskun-
laşmış Məmmədova Yeganə Hüseyn qızının verdiyi məlumata görə, Xocalı işğal olunan 
gecə Qarqar çayı istiqamətində ermənilər onları mühasirəyə alıb, girov götürdükdən sonra 
həmyerliləri Paşayev Sevindiyin zirzəmisinə salıblar. Yeganə orada Milli Qəhrəman Əlif 
Hacıyevin atası – Lətif Hacıyevi görüb. Ermənilər Lətif kişidən əsir götürülmüş Süley-
manın onun oğlu olub-olmadığını soruşublar. Lətif kişi Süleymanın onun oğlu olduğunu 
inkar edib. Həmin vaxt Süleymanı təndirdən çıxarıb gətiriblər. Şahinin mağazasına aparıb, 
stolla döyərək, ağır işgəncələr veriblər. Bundan sonra onları lafetə mindirib, Xankəndinə 
aparıblar. 3 gün avtobusun içərisində saxlandıqdan sonra onları dəyişmək üçün Qırmızı 
Bazara, Süleymanı isə avtobusdan çıxarıb, naməlum istiqamətə aparıblar. O, bir də Süley-
manı görməyib. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 243-244
1958 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri ermənilər tərəfin-
dən işğal olunan gün qardaşı Cavanşir və onun həyat yoldaşı ilə birlikdə əhaliyə qoşularaq 
meşəyə üz tutublar. 2 gün qarlı meşədə ac-susuz yol gediblər. Birdən ermənilər onların 
qarşısına çıxıb. Bu zaman Şahin özünü xəndəyə atıb, qarşı tərəfdən ona bir neçə atəş açılıb. 
Yaxınları isə gizlənə biliblər. Ara sakitləşəndən sonra qardaşıgil Şahindən ayrıldıqları əra-
zini nə qədər axtarsalar da Şahini tapmaq mümkün olmayıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 246-247
HAQVERDİYEV Şahin Məşdi oğlu
HƏMİDOVA Kifayət Çıraq qızı 
1955 ildə Xocalı ş.-rində anadan olub. 26 oktyabr 1992 ildə Həmidova Kifayət ki-
çik oğlu Mübariz, Xəlilov Xasay, Həsənov Əzim və digər sakinlərlə ərazini tərk edən 
zaman azaraq Naxçıvanlı kəndi yaxınlığına gediblər. Şaxtadan ayaqları donan Kifayət 
yeriyə bilməyib. Onları mühasirəyə alan ermənilər arası kəsilmədən atəş açaraq, xocalı-
ları təslim olmağa çağırıblar. Əhali qaçmağa üz tutan zaman Kifayət oğlunu Əzimə tap-
şırıb, onlara qaçıb xilas olmağı təkid edib, taqətdən düşmüş halda yıxılıb, qarın içində 
qalıb. Bu məlumatı onun həmyerlisi Həsənov Əzim Kazım oğlu verib. Onun dediyinə 
görə, Kifayəti meşədə qoyub, oğlu Mübariz və bir neçə sakinlə yollarına davam edib, 6 
saatdan sonra Ağdam r.-nunun Qurdlar k. -dinə çatıblar. Bir daha Kifayəti görməyib-
lər. Xocalı sakini, Oğuz r.-nunda məskunlaşmış Xəlilov Xasay Rəhim oğlunun verdiyi 
məlumata görə, Naxçıvanlı k.-di yaxınlığında atışma zamanı yaralandığı üçün qaçaraq 
canını qurtarmaq istəyən əhalidən geri qalıb. Meşədə qarın üstü ilə k.-d istiqamətin-
də sürünərkən ayaqları donduğundan yeriyə bilməyən Kifayəti görüb. O, Naxçıvanlı k. 
-dindən çıxan 2 erməninin irəlidə Kifayəti söyüb, təhqir edə-edə k. -də tərəf sürüdüklə-
rinin şahidi olub. Erməni əsirliyindən azad olunmuş Mingəçevir ş.-ri, M. Hüseyn küçə-
“Ermənilər yüzlərcə 
qaçqın ailəsini qətlə 
yetirdilər. Sağ qala 
bilənlər ermənilərin 
450-dən çox türkü 
öldürdüyünü, 
öldürülənlərin 
çoxunun qadın və 
uşaq olduğunu 
bildirirlər. Yüzlərcə, 
hətta minlərcə insan 
itkin düşüb”. 
“Tayms”

94
Xocalıda yaralananlar 
Bakı şəhərində
Fotoqraf: Mirnaib Həsənoğlu
Mənbə: Azərbaycan Fotoqrafları Birliyi
si, ev 10, mənzil 18-də yaşayan Xocalı sakini Eyvazov Əli Nəcəfalı oğlu ərizəsində yazıb 
ki, 1992 ilin mart ayında ermənilərin əlində olan zaman Mehdikəndin mal fermasının 
müdiri Hrantikin oğlu Murad ona Cavanşir müəllimin qızı Svetlananın və Həmidova 
Kifayətin Xankəndində xüsusi təyinatlı polis dəstəsinin əlində olduğunu deyib və qeyd 
edib ki, Cavanşir müəllim vaxtilə atasına çox kömək edib. Murad nə qədər çalışsa da, 
qadınları erməni xüsusi təyinatlı polis dəstəsindən ala bilməyib. Bakı şəhəri, Mərdə-
kan qəs. -əsindəki maşınqayırma pansionatında məskunlaşmış Xocalı sakini Həmidov 
Mübariz Sabir oğlunun dediyinə görə, yaşadıqları ş.-r ermənilər tərəfindən işğal olu-
nan vaxt anası, qardaşları Müşfiq və Eldənizlə birlikdə partlayış və atəş səsləri altında, 
vahimə içində əhali ilə birlikdə Ağdama tərəf üz tutublar. Qarqar çayını keçib, meşəyə 
girdikdə ermənilərin əvvəldən hazırladıqları pusquya düşüblər. Meşədə, dizə qədər qa-
rın içində, çovğunlu havada güllə-borana tutulan xocalılar pərən-pərən düşüblər. Doğ-
malarından ayrı düşən Mübariz 5 gün tək-tənha qarlı havada, meyitlərin içində ac-susuz 
meşəni dolaşıb. Erməniləri gördükdə kolların arxasında gizlənib. Axşamüstü yenidən 
anasıgilə rast gəlib. Səhərə qədər əhali ilə birlikdə meşədə gecələyib. Səhər tezdən er-
mənilər onları mühasirəyə alıblar. Həmin vaxt anasının ayaqları donduğu üçün yeriyə 
bilməyib, ona yalvararaq deyib ki, sən mənə baxma, qaç. Ermənilər arxadan onu atəşə 
tutub, əlindəkiləri atmağı əmr ediblər. Evdən çıxanda anası sənədləri və pulu ona veri-
bmiş. Mübariz əlindəkiləri atıb, dağa tərəf üz tutaraq qaçıb. Dağın başında geri dönüb 
baxarkən ermənilərin anasını sürüklədiklərini görüb. Axşam Ağdamın Şelli kəndinə 
gəlib çatıb. Ağdamdan helikopterlə Bakıya, xəstəxanaya çatdırılıb. Şaxta vurduğun-
dan sol ayağının 3 barmağını təcili yardım xəstəxanasında kəsiblər. Anası haqqında 
heç bir məlumat öyrənə bilməyib. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 252-253
1992

95
1973 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri erməni si-
lahlı birləşmələri tərəfindən işğal olunan gün şəhəri müdafiə edənlərlə birlikdə olub. 
Əhalini işğal olunmuş ərazidən çıxaran zaman Dəhraz k.-di yaxınlığında əvvəlcədən 
pusquda duran erməni silahlıları ilə rastlaşıblar. Qarşı tərəfin açdığı atəş nəticəsində 
Mehdi və onun bir neçə həmyerlisi ağır yaralanıb, hadisə yerində qalıb. Ermənilər 
dinc əhalini əsir götürüb, Dəhraz k. -dinə aparıb. Onların yaralıları hara apardıqları isə 
heç kimə bəlli olmayıb. Bu məlumatı onun dayısı – Xocalı ş.-r sakini, Naftalan r.-nun-
dakı “Goran” sanatoriyasında məskunlaşmış Paşayev Sevindik Bəhlul oğlu verib. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 265
HƏSƏNOV Mehdi Ramil oğlu
1958 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə erməni silahlı birləş-
mələri Xocalı ş.-rini işğal edən zaman əhali vahimə içində ərazini tərk edib, Ağdam 
r.-nuna tərəf üz tutub. Dəhraz k.-di yaxınlığında pusquda duran ermənilər onları 
Azərbaycan dilində çağıraraq aldadıblar. Ermənilər təxminən 180 nəfərə yaxın xoca-
lılını Dəhraz k. -dindəki maldarlıq fermasına dolduraraq onlara ağır işgəncələr verib-
lər. Girov götürülmüş insanların arasından Rövşən də daxil olmaqla 13 nəfər cavan 
oğlanı seçib naməlum istiqamətə aparıblar. Bu faktı Rövşənin anası – Xocalı sakini 
Həsənova Rəfiqə Məmi qızı, girov götürülmüş Zakir, Elşad və Əliyarın atası – Xocalı 
sakini Usubov Kamran Hüseyn oğlu, girov götürülmüş Qarayev Usubəlinin atası – 
Xocalı sakini Qarayev Süleyman Salman oğlu və Xocalı sakinləri Hüseynov Kamil 
Dadaş oğlu, Xudayarov Vəfadar Səlim oğlu, Vəliyev Şahmar Əliabbas oğlu, Ağayev 
Səttar Muxtar oğlu, Nəbiyev Əli İbad oğlu və başqaları təsdiq ediblər. 
HƏSƏNOV Rövşən Qaçay oğlu

96
1956 ildə Xocalı ş.-rində anadan olub. Xocalı avtobazasında mühandis işləyən Bakir 
ş.-rin müdafiəsini təşkil edənlərdən biri olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri erməni silahlı 
dəstələri tərəfindən işğal olunan gecə ailə üzvləri – atası Hüseynov Mirsiyab Həzrətqu-
lu oğlu (1922), anası Hüseynova Minəş Cümşüd qızı (1936), bacısı Həsənova Qətibə 
Mirsiyab qızı (1952), qardaşının həyat yoldaşı Hüseynova Məxmər Qurban qızı (1950) 
ilə birlikdə girov götürülüb. Erməni əsirliyindən qayıtdıqdan sonra Bakı şəhəri, Nizami 
r.-nunda yerləşən 150 saylı uşaq bağçasında məskunlaşan Ələkbərov Elxan Eyyub oğlu 
izahatında 1994-1996 illərdə Şuşa həbsxanasında Bakirlə birlikdə saxlandığını yazıb. 
 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 289
HÜSEYNOV Bakir Mirsiyab oğlu
1930 ildə Laçın r.-nunun Ərikli k.-dində anadan olub. Sonradan Xocalı ş.-rinə köçüb. 
26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan gün ailə üzvləri – həyat yoldaşı Hüseynova 
Əziz Alış qızı (1936), qızları Hüseynova Süsən (1971), Hüseynova Xoşbəxt (1962), Hü-
seynova Nəsibə (1982) və oğlu Hüseynov Zöhrab ilə birlikdə ermənilər tərəfindən əsir 
götürülüb. Böyük qızının həyat yoldaşı – Bakı şəhəri, Səbail r.-nu, Əmək küçəsi, ev 2-də 
yaşayan Əliyev Vidadi Şirastan oğlunun verdiyi məlumata görə, 1994 ildə Moskva ş.-rində 
Daşuşen k.-d sakini, milliyyətcə erməni olan Şahverənov Şuqan ona Hüseynov Hüseynin 
ailəsi ilə Daşbulaq k.-dində saxlandığını və kənd təsərrüfatı işlərinə cəlb olunduqlarını de-
yib. Erməni əsirliyindən qayıtmış, Dəvəçi r-nunun Udulu k.-dində yaşayan mehseti türkü 
Binəliyev Güləli Binəli oğlu ərizəsində yazıb ki, Xocalı ş.-ri işğal olunan gün Hüseynovlarla 
birlikdə girov götürülərək Xankəndi ş.-rinə aparılıb, bir müddət orada saxlanılıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 295-296
HÜSEYNOV Hüseyn İsmayıl oğlu
1971 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri erməni silahlı bir-
ləşmələri tərəfindən işğal olunan gün əhali canını qurtarmaq üçün Ağdam istiqamətində 
olan qarlı meşələrə qaçıb. 180-200 nəfərlik bir dəstə Dəhraz k. -dini Ağdamın Gülablı k.-di 
bilərək həmin tərəfə üz tutub, ermənilərin əvvəlcədən hazırladıqları mühasirəyə düşüblər. 
Ermənilər onları Dəhraz k. -dindəki maldarlıq fermasına aparıb, 2 gün orada saxladıqdan 
sonra sakinlərin arasından Vəliyəddin də daxil olmaqla 13 nəfər gənci seçib, naməlum is-
tiqamətə aparıblar. Bu günə kimi həmin gənclərin taleyi haqqında heç bir məlumat əldə 
olunmayıb. Bu məlumatı onun həmyerliləri - əsir Həsənov Rövşən Qaçay oğlunun anası 
HÜSEYNOV Vüqar Hilal oğlu
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 268-269

97
Həsənova Rəfiqə Məmi qızı, Hüseynov Kamil Dadaş oğlu, Xudayarov Rövşən Adil oğlu, 
Xudayarov Vəfadar Səlim oğlu və başqaları da təsdiq ediblər. Erməni əsirliyində olan Usu-
bov Zakir, Usubov Elşad və Usubov Əlyarın atası – girovluqdan qayıtmış Usubov Kamran 
Hüseyn oğlunun dediyinə görə, Dəhraz k.-dində maldarlıq fermasında saxlanılan zaman 
ermənilər onun 3 oğlu və Vəliyəddin də daxil olmaqla 13 sağlam gənci seçib, naməlum 
istiqamətə aparıblar. Əsir götürülmüş Xocalı sakini Qarayev Usubəli Süleyman oğlunun 
atası – girovluqdan qayıtdıqdan sonra Naftalan ş.-rində yerləşən “Şirvan” sanatoriyasın-
da məskunlaşmış Qarayev Süleyman Salman oğlu izahatında yazıb ki, ermənilər oğlu və 
Vəliyəddin də daxil olmaqla 13 nəfər gənci naməlum istiqamətə aparıblar. Qarayev Süley-
man azad olunandan sonra Ağdam taborunun komandiri Allahverdi Bağırov ona, həmin 
13 gəncin Xankəndi şəhər polis bölməsinin zirzəmisində saxlandıqlarını, bir həftə sonra 
isə həmin idarənin rəisi Armen İsaqulov təeəfindən Yerevan ş.-rinə göndərildiklərini bildi-
rib. Onların sonrakı taleyi heç kimə bəlli olmayıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 305-306
1974 ildə Xocalı ş.-rində anadan olub. Sonradan Xocalı ş.-rinə köçüb. 26 fevral 1992 
ildə Xocalı ş.-ri işğal olunan gün ailə üzvləri – atası Hüseynov Hüseyn İsmayıl oğlu 
(1930), anası Hüseynova Əziz Alış qızı (1936), bacıları Hüseynova Süsən (1971), Hü-
seynova Xoşbəxt (1962), Hüseynova Nəsibə (1982) ilə birlikdə ermənilər tərəfindən 
əsir götürülüb. Böyük bacısının həyat yoldaşı – Bakı şəhəri, Səbail r.-nu, Əmək küçəsi, ev 
2-də yaşayan Əliyev Vidadi Şirastan oğlunun verdiyi məlumata görə, 1994 ildə Moskva 
ş.-rində Daşuşen k.-d sakini, milliyyətcə erməni olan Şahverənov Şuqan ona Hüseynovlar 
ailəsinin Daşbulaq k.-dində saxlandığını və kənd təsərrüfatı işlərinə cəlb olunduqlarını de-
yib. Erməni əsirliyindən qayıtmış, Dəvəçi r-nunun Udulu k.-dində yaşayan mehseti türkü 
Binəliyev Güləli Binəli oğlu ərizəsində yazıb ki, Xocalı ş.-ri işğal olunan gün Hüseynovlarla 
birlikdə girov götürülərək Xankəndi ş.-rinə aparılıb, bir müddət orada saxlanılıb. Erməni 
əsirliyindən azad olunmuş Ucar ş.-ri, 28 May küçəsi, ev 7-də yaşayan Məmmədov Mayıl 
Məmmədəli oğlunun dediyinə görə, 1992-1993 illərdə Hüseynov Zöhrab və onun bacısı 
Hüseynova Xoşbəxtlə birlikdə Xankəndi həbsxanasında saxlanılıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 308
HÜSEYNOV Zöhrab Hüseyn oğlu
1936 ildə Laçın r.-nunun Ərikli k.-dində anadan olub. Sonradan Xocalı ş.-rinə 
köçüb. 26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan gün ailə üzvləri – həyat yoldaşı Hü-
seynov Hüseyn İsmayıl oğlu (1930), qızları Süsən (1971), Xoşbəxt (1962), Nəsibə 
(1982) və oğlu Zöhrabla (1973) birlikdə ermənilər tərəfindən əsir götürülüb. Qızı 
Gözəlin həyat yoldaşı – Bakı şəhəri, Səbail r.-nu, Əmək küçəsi, ev 2-də yaşayan Əliyev 
HÜSEYNOVA Əziz Alış qızı

98
Xocalı soyqırımı xarici 
mediada
Mənbə: 
Ходжалы. Очевидцы – О 
Военных Преступлениях. Суд Над 
Арменией
, Teaspress, 2015
27
1992
Vidadi Şirastan oğlunun verdiyi məlumata görə, 1994 ildə Moskva ş.-rində Daşuşen 
k.-d sakini, milliyyətcə erməni olan Şahverənov Şuqan ona Hüseynov Hüseynin ailəsi 
ilə Daşbulaq k.-dində saxlandığını və kənd təsərrüfatı işlərinə cəlb olunduqlarını de-
yib. Əsirlikdən qayıdaraq Dəvəçi r-nunun Udulu k.-dində məskunlaşmış mehseti tür-
kü Binəliyev Güləli Binəli oğlunun 24 sentyabr 1999 ildə verdiyi izahatda göstərilib 
ki, Xocalı ş.-ri işğal olunan gün Hüseynovlarla birlikdə girov götürülərək Xankəndi 
ş.-rinə aparılıb, bir müddət orada saxlanılıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 309
Xocalı ş.-rində anadan olublar. 26 fevral 1992 ildə Xocalı ş.-ri erməni silahlı 
dəstələri tərəfindən işğal olunan gün Mehriban Hüseynova qızı Səbinə, oğlanları Rə-
cəf və Məhsəllə birlikdə girov götürülüb. Mehribanın atası – Yevlax r.-nunun Mal-
binəsi k.-dində məskunlaşmış Xocalı qaçqını Həsənov Allahverdi Xalıqverdi oğlunun 
dediyinə görə, Ermənistan Respublikası Daxili İşlər Nazirliyi Yerevan şəhər şöbəsinin 
müstəntiqi Ayrapetyan Valerik Mehriban və onun 3 uşağını itkin düşmüş qaynanası 
Sandaryan Elza ilə dəyişmək istəyib. Ermənistan Respublikası Dövlət Təhlükəsizlik 
Komitəsi Noyemberyan rayon şöbəsinin sabiq rəisi Alik Sarumyan uşaqlardan biri-
nin öldüyünü, Mehribanın 2 uşaqla Şuşa həbsxanasında saxlandığını bildirib. 1993 
ildə Sarumyan onları azad etmək üçün 60.000 rus rublu tələb edib, lakin sonradan fik-
rini dəyişib. Erməni əsirliyindən qayıtmış, Ucar ş.-ri, 28 May küçəsi, ev 7-də yaşayan 
HÜSEYNOVA Mehriban Allahverdi qızı (1964), 
HÜSEYNOVA Səbinə Elxan qızı (1988), 
HÜSEYNOV Məhsəl Elxan oğlu (1992), 
HÜSEYNOV Rəcəf Elxan oğlu (1987)
 “Mən şəxsən 
təpədə yüzə yaxın 
meyit gördüm. Bir 
oğlanın başı yox 
idi. Hər tərəfdə 
xüsusi qəddarlıqla 
öldürülmüş qadın, 
uşaq, qocalar 
görünürdü”. 
Mayor Leonid Kravets,
“İzvestiya”, 
13 mart 1992-ci il 

99
Məmmədov Mayıl Məmmədəli oğlu Mehriban Hüseynovanı 3 uşağı ilə birlikdə Yere-
van ş.-rində mərkəzi istintaq təcridxanasında görüb. Onun dediyinə görə, uşaqlardan 
biri acından ölüb. Xocavənd r.-nu Qaradağlı k.-d sakini, Beyləqan r.-nunun Maçqara 
k.-dində məskunlaşmış Tağıyev Məmməd Qaçay oğlunun məlumatına görə, 1993 
ildə Abo adlı erməni polisinin əməkdaşı radiodanışıq vasitəsi ilə Hüseynova Meh-
ribanın 3 uşağı ilə Xankəndindəki uşaq bağçasında saxlandığını və 3 erməni əsiri ilə 
dəyişdirilə biləcəyini söyləyib. Mehriban və uşaqlarının sonrakı taleyi məlum deyil. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 310
HÜSEYNOVA Nəsibə Hüseyn qızı
1982 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan 
gün ailə üzvləri – atası Hüseynov Hüseyn İsmayıl oğlu (1930), anası Hüseynova Əziz 
Alış qızı (1936), bacıları Süsən (1971), Xoşbəxt (1962) və qardaşı Zöhrabla (1973) 
birlikdə ermənilər tərəfindən əsir götürülüb. Bacısı Gözəlin həyat yoldaşı – Bakı şəhə-
ri, Səbail r.-nu, Əmək küçəsi, ev 2-də yaşayan Əliyev Vidadi Şirastan oğlu ərizəsində 
bildirib ki, əslən Daşuşen k. -dindən olan, milliyyətcə erməni Şahverənov Şuqanın 
Moskva ş.-rində ona verdiyi məlumata görə, onlar ailəliklə Daşbulaq k.-dində saxla-
nılıb və kənd təsərrüfatı işlərinə cəlb olunublar. Əsirlikdən qayıdaraq Dəvəçi r-nunun 
Udulu k.-dində məskunlaşmış mehseti türkü Binəliyev Güləli Binəli oğlunun 24 sent-
yabr 1999 ildə verdiyi izahatda göstərilib ki, Xocalı ş.-ri işğal olunan gün o, Hüsey-
novlarla birlikdə girov götürülərək Xankəndi ş.-rinə aparılıb. Erməni tərəfi faktı inkar 
etdiyi üçün Hüseynova Nəsibənin sonrakı taleyi məlum deyil. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 311

100
HÜSEYNOVA Xoşbəxt Hüseyn qızı
1962 ildə Laçın r.-nunun Ərikli k.-dində anadan olub. Sonradan ailəliklə Xocalı ş.-rinə 
köçüblər. 26 fevral 1992 ildə Xocalı ş.-ri erməni silahlı dəstələri tərəfindən işğal olunan 
gün ailə üzvləri – atası Hüseynov Hüseyn İsmayıl oğlu (1930), anası Hüseynova Əziz Alış 
qızı (1936), bacıları Süsən (1971), Nəsibə (1982) və qardaşı Zöhrabla (1973) birlikdə 
ermənilər tərəfindən girov götürülüb. Bacısı Gözəlin həyat yoldaşı – Bakı şəhəri, Səbail 
r.-nu, Əmək küçəsi, ev 2-də yaşayan məcburi köçkün Əliyev Vidadi Şirastan oğlunun ver-
diyi məlumata görə, Moskva ş.-rində Daşbulaq k.-d sakini, milliyyətcə erməni Şahverənov 
Şuqan ona Hüseynovlar ailəsinin Daşbulaq k.-dində saxlanılaraq kənd təsərrüfatı işlə-
rinə cəlb olunduqlarını deyib. Erməni əsirliyindən azad olunmuş, Dəvəçi r-nunun Udu-
lu k.-dində yaşayan milliyyətcə mehseti türkü Binəliyev Güləli Binəli oğlu öz ərizəsində 
Xocalı ş.-ri işğal olunan gün o, Hüseynovlarla birlikdə girov götürülərək Xankəndi ş.-rinə 
aparıldığını yazıb. Sonradan Güləli azad olunub, onları bir daha görməyib. Erməni əsirli-
yindən qayıtmış, Ucar ş.-ri, 28 May küçəsi, ev 7-də yaşayan Məmmədov Mayıl Məmmə-
dəli oğlunun dediyinə görə, 1992-1993 illərdə Xankəndi həbsxanasında saxlanılan zaman 
Xocalı əsirləri arasında Hüseynov Zöhrab və onun bacısı Xoşbəxti orada görüb. 
 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 315-316
1971 ildə Xocalı r.-nunun Daşbulaq k.-dində anadan olub. 26 fevral 1992 ildə Xoca-
lı ş.-ri erməni silahlı dəstələri tərəfindən işğal olunan gün ailə üzvləri – atası Hüseynov 
Hüseyn İsmayıl oğlu (1930), anası Hüseynova Əziz Alış qızı (1936), bacıları Xoşbəxt 
(1962), Nəsibə (1982) və qardaşı Zöhrabla (1973) birlikdə ermənilər tərəfindən girov 
götürülüb. Bacısı Gözəlin həyat yoldaşı – Bakı şəhəri, Səbail r.-nu, Əmək küçəsi, ev 2-də 
yaşayan məcburi köçkün Əliyev Vidadi Şirastan oğlunun verdiyi məlumata görə, Mosk-
va ş.-rində Daşbulaq k.-d sakini, milliyyətcə erməni Şahverənov Şuqan ona Hüseynov-
lar ailəsinin Daşbulaq k.-dində saxlanılaraq kənd təsərrüfatı işlərinə cəlb olunduqlarını 
deyib. Erməni əsirliyindən azad olunmuş, Dəvəçi r-nunun Udulu k.-dində yaşayan mil-
liyyətcə mehseti türkü Binəliyev Güləli Binəli oğlu öz ərizəsində Xocalı ş.-ri işğal olu-
nan gün o, Hüseynovlarla birlikdə girov götürülərək Xankəndi ş.-rinə aparıldığını yazıb. 
Sonradan Güləli azad olunub, onları bir daha görməyib. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 313


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə