Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 6.9 Mb.
Pdf просмотр
səhifə7/28
tarix11.06.2017
ölçüsü6.9 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   28

ƏLİYEV Ağəli Nayib oğlu (1935), 
ƏLİYEVA Sürayə Behbud qızı (1936) 
ğı zaman Namiqi də orada gördüyünü bildirib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin 
Azərbaycan üzrə nümayəndəliyindən verilən məlumata görə, Əliməmmədov Namiq 27 
fevral 1992 ildə ermənilər tərəfindən əsir götürülüb və bir neçə gün Pircamal k. -dindəki 
fermada saxlandıqdan sonra naməlum yerə aparılıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqə-
dar Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 154
Xocalı ş. -ində anadan olublar. Bu gənc ailənin üzvləri 1992 il fevral ayının 26-da do-
ğulduqları və yaşadıqları Xocalı ş.-rinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı 
zamanı şəhəri tərk etməyə məcbur olub və növbəti gün fevral ayının 27-də ra yo nun Nax-
çıvanlı kəndi yaxınlığında meşədə itkin düşüblər. Hazırda Goranboy r.-nunun Aşağı Ağ-
cakənd qəsəbəsində məskunlaşmış - Əliyev Firudin İsa oğlu, Bakı şəhəri, Xətai r.-nu əra-
zisində məskunlaşmış - Hüseynov Şikar Mürşüd oğlu, Bakı şəhəri, Xəzər r.-nu, Mərdəkan 
qəs. -ində məskunlaşmış - Hüseynova Anahid Mürşüd qızı, Nərimanov r.-nu ərazisində 
məskunlaşmış - Əliyeva Vəziyar Mürşüd qızı Dövlət Komissiyasına verdikləri ifadələr-
də 1992 il fevral ayının 27-də Əliyevlər ailəsinin yüz nəfərədək Xocalı sakini ilə birlikdə 
Naçıvanlı kəndi yaxınlığındakı meşədə erməni hərbçilərinin mühasirəsinə düşdüklərini, 
gülləbaran nəticəsində dinc sakinlərin bəzilərinin həlak olduğunu, onlarla azərbaycanlının 
girov götürüldüyünü bildiriblər. Hadisənin şahidləri qeyd ediblər ki, erməni hərbçiləri si-
ƏLİYEV Elçin Firdovsi oğlu (1982), 
ƏLİYEV Elgiz Firdovsi oğlu (1992), ƏLİYEV Firdovsi İsa 
oğlu (1956), ƏLİYEVA Heyran Mürşüd qızı (1962)
“Erməni əsgərləri 
minlərlə ailəni məhv 
ediblər. ”
“Sandi Tayms”, 
1 mart 1992-ci il

83
lahsız, mülki əhaliyə qəfil hücum etdikləri və güclü atəş açdıqları üçün insanlar biri-birini 
itirib, bir çoxunun, həmçinin Əliyevlər ailəsinin sonrakı taleyi naməlum qalıb. Sonradan 
Şikar Hüseynov bacısı - Heyranın ailə üzvləri ilə birlikdə girov aparılması və Ermənistanın 
Spitak ş.-rində saxlanılması xəbərini “Amerikanın səsi” radiosundan eşitdiyini söyləyib, 
Vəziyar Əliyeva isə bu xəbəri Gürcüstanla qonşuluqda yerləşən Ermənistan kəndlərindən 
birində olan, adını xatırlamadığı jurnalist qadından öyrəndiyini bildirib. Bundan başqa, 
Əliyev Firdovsi və ailə üzvlərinin Ermənistan Respublikasının Spitak ş.-rində erməni gi-
rovluğunda saxlanılması barədə şəkilaltı məlumat Dövlət Komissiyasının materialları 
əsasında 1994 ildə “Azərbaycan” nəşriyyatı tərəfindən ingilis və rus dillərində çap edilmiş 
“Onlar təhlükədədir” adlı kitabda da yer alıb. Ailənin sonrakı taleyi barədə məlumatlar 
Ermənistan hakimiyyət dairələri tərəfindən gizlədilib. 
Əd.: “QSM-7” təsdiq edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, “Qismət”, 2010 – s. 43-45
1981 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-rinin işğal olun-
duğu gün eyni ailənin üzvləri - Əliyev Səbuhi Cahangir oğlu, nənəsi Məmmədova 
Səltənət Zülal qızı, anası Məmmədova Lətifə İbad qızı, qardaşı Əliyev Səlim Cahangir 
oğlu, xalası Məmmədova Şövkət İbad qızı və xalası oğlu Cəfərov Samir Tacir oğlu girov 
götürülərək Ağdərə r.-nunun Vəng k. -dinə aparılıblar. Xalası – Xocalı sakini, Bakı şəhə-
ri, Nərimanov r.-nunda yerləşən Müəllimləri Təkmilləşdirmə İnstitutunun yataqxana-
sında məskunlaşmış Qəmbərova Adilə İbad qızı izahatında göstərib ki, həmyerlisi Ca-
vanşir Haqverdiyev (hazırda Bakı şəhəri, Mərdəkan qəs. -əsində yerləşən yataqxanada 
məskunlaşıb) onları ailəliklə meşədə ocaq ətrafında oturub qızınarkən görüb. Cavanşi-
rin dediyinə görə, ətrafda ermənilərin üstü çadırlı maşını dayanıbmış. Ermənilər qəribə 
səslər çıxararaq azərbaycanlıların yaxınlıqda olduğunu bir-birinə bildiriblər. Cavanşirin 
qardaşı Şahin ona “Sən get, biz də yavaş-yavaş gəlirik”, deyib. O, yoluna davam edib, bir 
müddət keçəndən sonra dayanıb, onları gözləyib. Nə Şahin, nə də Səltənət ailəsi ilə gə-
lib çıxmayıb. Sonradan heç kimin onların taleyindən xəbəri olmayıb. “Beynəlxalq Am-
nistiya” təşkilatının Avropa üzrə təhqiqatlar şöbəsinin müdiri Ann Burlinin 12 avqust 
1993 ildə verdiyi məlumata görə, fevral ayının 25-dən 26-na keçən gecə Xocalının işğalı 
zamanı erməni hərbçiləri Səbuhi və onun ailə üzvlərini girov götürüb, Ağdərə r.-nunun 
Vəng k. -dinə aparıblar. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqə-
dar Dövlət Komissiyasının nəşri. Bakı, 2006 s. 174-175
ƏLİYEV Səbuhi Cahangir oğlu
ƏLİYEV Səlim Cahangir oğlu
1987 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-rinin işğal olun-
duğu gün eyni ailənin üzvləri - Əliyev Səlim Cahangir oğlu, nənəsi Məmmədova Səltənət 

84
Xocalı soyqırımı 
qurbanlarının dəfn 
mərasimi. 
Ağdam
Fotoqraf: İlqar Cəfərov,
Mənbə: AZƏRTAC
Fotoqraf: Xalid Əsgərov
Mənbə: Azərbaycan 
Fotoqrafları Birliyi
24
1992
Zülal qızı, anası Məmmədova Lətifə İbad qızı, qardaşı Əliyev Səbuhi Cahangir oğlu, xalası 
Məmmədova Şövkət İbad qızı və xalası oğlu Cəfərov Samir Tacir oğlu girov götürülərək 
Ağdərə r.-nunun Vəng k. -dinə aparılıblar. Xalası – Xocalı sakini, Bakı şəhəri, Nərimanov 
r.-nunda yerləşən Müəllimləri Təkmilləşdirmə İnstitutunun yataqxanasında məskunlaş-
mış Qəmbərova Adilə İbad qızı izahatında göstərib ki, həmyerlisi Cavanşir Haqverdiyev 
(hazırda Bakı şəhəri, Mərdəkan qəs. -əsində yerləşən yataqxanada məskunlaşıb) onları 
ailəliklə meşədə ocaq ətrafında oturub qızınarkən görüb. Cavanşirin dediyinə görə, ətraf-
da ermənilərin üstü çadırlı maşını dayanıbmış. Ermənilər qəribə səslər çıxararaq azərbay-
canlıların yaxınlıqda olduğunu bir-birinə bildiriblər. Cavanşirin qardaşı Şahin ona “Sən 
get, biz də yavaş-yavaş gəlirik”, deyib. O, yoluna davam edib, bir müddət keçəndən sonra 
dayanıb, onları gözləyib. Nə Şahin, nə də Səltənət ailəsi ilə gəlib çıxmayıb. Sonradan heç 
kimin onların taleyindən xəbəri olmayıb. “Beynəlxalq Amnistiya” təşkilatının Avropa üzrə 
təhqiqatlar şöbəsinin müdiri Ann Burlinin 12 avqust 1993 ildə verdiyi məlumata görə, 
fevral ayının 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı erməni hərbçiləri Səlim və 
onun ailə üzvlərini girov götürüb, Ağdərə r.-nunun Vəng k. -dinə aparıblar. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 176
1972 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri erməni si-
lahlı birləşmələri tərəfindən işğal olunan gün əhali canını qurtarmaq üçün Ağdam 
ƏLİYEV Ülfət İman oğlu

85
Xocalı soyqırımı 
qurbanlarının dəfn 
mərasimi. 
Ağdam
Fotoqraf: Xalid Əsgərov
Mənbə: Azərbaycan 
Fotoqrafları Birliyi
istiqamətində qarlı meşələrə üz tutub, 3 gün orada qaldıqdan sonra 180-200 nəfər 
Dəhraz k. -dini Ağdamın Gülablı k.-di bilib həmin istiqamətə gedərkən mühasirəyə 
düşüb. Ermənilər onları 2 gün Dəhraz k. -dindəki maldarlıq fermasında saxladıqdan 
sonra əsirlərin arasından Ülfət də daxil olmaqla 13 nəfər gənci seçib, naməlum is-
tiqamətə aparıblar. Girovluqdan qayıtmış Xocalı sakini Usubov Kamran Hüseyn 
oğlunun dediyinə görə, Dəhraz k.-dində maldarlıq fermasında saxlanılan zaman er-
mənilər 13 sağlam gənci naməlum istiqamətə aparıblar. Bu faktı erməni girovluğun-
dan qayıtmış Xocalı sakinləri – Həsənova Rəfiqə Məmi qızı, Hüseynov Kamal Dadaş 
oğlu, Xudayarov Rövşən Adil oölu, Xudayarov Vəfadar Səlim oğlu və başqaları da 
təsdiq ediblər. Əsir düşmüş Xocalı ş.-r sakini Qarayev Usubəli Süleyman oğlunun ata-
sı-girovluqdan qayıtdıqdan sonra Naftalan ş.-rindəki “Şirvan” sanatoriyasında məs-
kunlaşmış Qarayev Süleyman Salman oğlu izahatında yazıb ki, ermənilər 13 gənci 
naməlum istiqamətə aparıblar. Qarayev Süleyman azad olunandan sonra Ağdam ta-
borunun komandiri Allahverdi Bağır həmin gənclərlə 70 azərbaycanlı əsirin Xankən-
di daxili işlər idarəsində saxlandığını bildirib. Bağırov Xankəndi daxili işlər idarəsinin 
rəisi Armen İsaqulovla danışıqlar aparıb, həmin əsirləri dəyişmək ərəfəsində şəhid ol-
duğundan onların qaytarılması baş tutmayıb. Əsirləri Yerevana göndəriblər. Qohumu 
– Xocalı sakini, Bakı şəhəri, Xətai r.-nu İnqilab İsmayılov küçəsi, ev 8, mənzil 24-də 
yaşayan Hüseynov Şikar Mürşüd oğlunun dediyinə görə, Əliyev Ülfət Dadamyan Su-
ren Arturoviçin Ermənistanın Spitak ş.-ri, hərbi şəhərcik, 306-cı məhəllə, ev 1, mənzil 
19-da yerləşən evində saxlanılıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 180

86
Xocalı soyqırımı qurbanlarının 
dəfn mərasimi. 
Ağdam
Fotoqraf: Mirnaib Həsənoğlu
Mənbə: Azərbaycan 
Fotoqrafları Birliyi
Mənbə: AZƏRTAC
ƏLİYEVA Çiçək Ələsgər qızı (1931), 
ƏHMƏDOVA Durna Salman qızı (1922), 
ƏHMƏDOV Eldar Nayib oğlu (1945), 
ƏHMƏDOV Rəfil Nayib oğlu (1949), 
VƏLİYEVA (ƏHMƏDOVA) Sürəya Cavad qızı (1959)
Bu ailə bütövlükdə 26 fevral 1992 il tarixdə Xocalı ş.-rinin Ermənistan Respublikası 
silahlı birləşmələri tərəfindən işğalı zamanı itkin düşüb. Araşdırma nəticəsində müəyyən 
edilib ki, Durna Salman qızı, oğlanları Eldar və Rəfil, gəlinləri Çiçək və Sürəya Xocalı şəhə-
rinin işğalı gecəsi – 26 fevral 1992 il tarixdə yaşadıqları evləri tərk edərək digər sakinlərlə 
birlikdə xilas olmaq üçün Ağdam rayonu istiqamətində qaçmağa məcbur olublar. Onlar 
Əsgəran rayonunun Dəhraz kəndi yaxınlığındakı meşədə erməni silahlı qüvvələrinin mü-
hasirəsinə düşüblər, dinc əhali güclü güllə atəşinə məruz qalaraq müxtəlif istiqamətlərə 
dağılışıb. Nəticədə bu dəstədə olan insanların az bir hissəsi mühasirədən qurtularaq qaçıb 
Ağdama gələ bilsə də, onlarla sakin həlak olub və yaralanıb. Yüzlərlə dinc əhali düşmən 
qüvvələri tərəfindən girov götürülərək Dəhraz kəndi yaxınlığında mal tövləsinə gəti-
 “Ötən həftə 
Azərbaycan yenidən 
qəbirstanlığa 
dönmüşdü:  onlarla 
insan meyitindən 
Ağdam məscidinin 
arxasında müvəqqəti 
meyitxana 
yaradılmışdı. Onlar 
fevralın 25-i və 26-sı 
ermənilər tərəfindən 
darma-dağın edilmiş 
Xocalıdan olan sadə 
azərbaycanlı kişi, 
qadın və uşaqlar 
idi. Onların çoxu 
qaçan zaman 
yaxın məsafədən 
vurulmuşdu, 
bəzilərinin üzləri 
dağıdılmış, başlarının 
dərisi soyulmuşdu”. 
“Nyusuik”, 
16 mart 1992-ci il
1992

87
Xocalı soyqırımı 
qurbanlarının dəfn 
mərasimi. 
Ağdam
Fotoqraf: Mirnaib Həsənoğlu
Mənbə: Azərbaycan 
Fotoqrafları Birliyi
rilib. Girov götürülmüş üç yüz nəfərə yaxın əhali arasından hərbi və polis geyimində 
olan və digər sağlam bədənli gənclər seçilərək Xankəndi istiqamətində aparılıb, qoca, qa-
dın və uşaqlar isə fevralın 28-də Ağdamın Gülablı kəndinə gətirilərək azad ediliblər. Mal 
tövləsində saxlanılan girovlar işgəncə və təhqirlərə məruz qalıb, pul və qiymətli əşyaları 
əllərindən alınıb. Girov götürülən əhali arasında Durna Salman qızının digər oğlu- Arif 
Nayıb oğlu, onun həyat yoldaşı və üç körpə uşağı da olub. Girovluqdan azad olunduq-
dan sonra ailəsi ilə birlikdə Naftalan şəhərinin “Qarabağ” sanatoriyasında məskunlaşan 
Arif Əhmədov verdiyi ifadəsində itkin düşmüş qohumlarını meşə ilə gələrkən gördüyünü, 
sonradan onların arxada qaldıqlarını və sonrakı talelərindən xəbərsiz olduğunu bildirib. 
İtkin düşmüş şəxslərin digər yaxın qohumları girovluqdan sağ qayıtmış xocalılarla söh-
bətlərinə istinadən təqdim etdikləri ifadələrində Durna Əhmədovanı və onunla birlikdə 
olmuş yaxın qohumlarını Dəhraz kəndi yaxınlığında sağ gördüklərini qeyd ediblər. Top-
lanmış məlumatların təhlili itkin düşmüş şəxslər - Əhmədova Durna Salman qızının, onun 
oğlanları Eldar və Rəfil Nayıb oğlu Əhmədovların, gəlinləri Əliyeva Çiçək Ələsgər qızı və 
Vəliyeva (Əhmədova) Sürəya Cavad qızının Ermənistan silahlı qüvvələri tərəfindən girov 
götürülməsinə əsas yaradır. Onların sonrakı taleyi barədə məlumatlar Ermənistan haki-
miyyət dairələri tərəfindən gizlədilib. 
Əd.: “QSM-7” təsdiq edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Döv-
lət Komissiyasının nəşri. Bakı, “Qismət”, 2010 ,s. 48-50
1928 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan gün 
qızı Əliyeva Svetlana və bir qrup Xocalı sakini ilə qaçmaq istədikdə ermənilər tərəfindən 
girov götürülərək Xankəndi ş.-rinə aparılıb. Həyat yoldaşı – Xocalı ş.-r sakini, Mingəçevir 
ş.-ri, M. Rəsulzadə küçəsi küçəsi 41/9-da məskunlaşmış Əliyev Cavanşir Hüseyn oğlunun 
ƏLİYEVA Xavər Yusif qızı

88
Ermənilər Xocalı 
şəhərini talan edirlər
Fotoqraf: Viktoriya İvleva
 Mənbə: 
Ходжалы. Очевидцы – О Военных 
Преступлениях. Суд Над Арменией, 
Teaspress, 2015
25
1992
verdiyi məlumata görə, fevral ayının 25-dən 26-na keçən gecə həyat yoldaşı Əliyeva Xavər 
və qızı Əliyeva Svetlana erməniər tərəfindən girov götürülüb. Əzizlərinin axtarışı zamanı 
Ağdam özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov qarşı tərəfdən batol-
yon komandiri Vitalikdən Xavərin sağ olduğunu, tez bir zamanda qaytarılacağını öyrənib. 
Elə həmin müddətdə A. Bağırov şəhid olduğundan onların qaytarılması baş tutmayıb. Əsir 
və girovların dəyişdirilməsi ilə məşğul olan Füzuli r.-nu Yuxarı Yağlıvənd k.-d sakini Əhəd 
Kazımov da ermənilərlə radioəlaqə yaradaraq Xavərin sağ olduğunu öyrənib. Erməni 
əsirliyindən azad olunmuş Xocavənd r.-nunun Qaradağlı k.-d sakini, Ağcabədi r.-nundakı 
“Alman” çadır şəhərciyində məskunlaşmış Əliyev Şahruz Əmirxan oğlunun dediyinə görə
Xocalı ş.-ri işğal olunan zaman onların saxlandıqları internat məktəbinə xeyli əsir və girov 
gətirilib. Xavər də onların arasında olub. Mingəçevir ş.-ri, M. Hüseyn küçəsi, ev 10, mənzil 
18-də yaşayan Eyvazov Əli Nəcəfalı oğlu ərizəsində yazıb ki, 1992 ilin mart ayında erməni 
əsirliyində olduğu zaman Mehdikənd maldarlıq fermasının müdiri Hrantikin oğlu Murad 
ona Cavanşir müəllimin həyat yoldaşı Xavərin Xankəndində girov saxlandığını deyib. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 192-193
ƏLİYEVA Svetlana Cavanşir qızı
1958 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan gün 
anası Əliyeva Xavər Yusif qızı və bir qrup Xocalı sakini ilə qaçmaq istədikdə ermənilər tərə-
findən girov götürülərək Xankəndi ş.-rinə aparılıb. Atası – Xocalı ş.-r sakini, Mingəçevir 
ş.-ri, M. Rəsulzadə küçəsi küçəsi 41/9-da məskunlaşmış Əliyev Cavanşir Hüseyn oğlunun 
verdiyi məlumata görə, fevral ayının 25-dən 26-na keçən gecə həyat yoldaşı Əliyeva Xavər 
və qızı Əliyeva Svetlana erməniər tərəfindən girov götürülüb. Əzizlərinin axtarışı zamanı 
Ağdam özünümüdafiə batolyonunun komandiri Allahverdi Bağırov qarşı tərəfdən Svetla-
nanın sağ olduğunu öyrənib. Erməni tabor komandiri Vitalik Svetlananın 3 gün müddə-
tində qaytarılacağını vəd edib. Elə həmin müddətdə A. Bağırov şəhid olduğundan onların 
qaytarılması baş tutmayıb. Əsir və girovların dəyişdirilməsi ilə məşğul olan Füzuli r.-nu 
Yuxarı Yağlıvənd k.-d sakini Əhəd Kazımov da ermənilərlə radioəlaqə yaradaraq Svetla-

89
1963 ildə Ağdam r.-nunda anadan olub. Xocalını müdafiə edən könüllülər dəstəsinin 
tərkibində döyüşən Yalçın 26 fevral 1992 ildə Xocalı işğal olunan gün əsir götürülüb. Qar-
daşı – Ağdam r.-n sakini, hazırda Bakı şəhəri, Qara Qarayev prospekti, ev 34/67, mənzil 
54-də yaşayan Əsədov Hüseyn Asif oğlu ərizəsində bildirir ki, həmin gecə Yalçın döyüş 
yoldaşları ilə əsir götürülüb və Əsgəran polis şöbəsinin saxlama məntəqəsinə aparılıb. 
Həyat yoldaşı – Xocalı ş.-r sakini, Naftalan ş.-rindəki “Azərbaycan” sanatoriyasının 12-ci 
korpusunda məskunlaşmış Kərimova Elmira Şahmalı qızının verdiyi məlumata görə, işğal 
günü o, 2 uşağı, həyat yoldaşı Yalçın, qardaşı Kərimov İntiqam və bacısı Sadıqova Züleyxa 
ilə birlikdə əsir götürülüb. Onları Əsgəran polis şöbəsinə aparıblar. 28 fevral 1992 ildə 2 
uşağı, bacısı və bir neçə qadın mərhum Allahverdi Bağırovun köməyilə azad olunublar. 
Həmin vaxtdan etibarən həyat yoldaşı və qardaşını bir daha görməyib. Erməni əsirliyin-
dən azad olunmuş baldızı – Xocalı ş.-r sakini, Naftalan ş.-rindəki “Azərbaycan” sanatoriya-
sının 12-ci korpusunda məskunlaşmış Sadıqova Züleyxa Şahmalı qızı da bu faktı təsdiq 
edib. Erməni əsirliyindən qayıtmış Xocalı ş.-r sakini, Naftalan ş.-rindəki “Azərbaycan” sa-
natoriyasında məskunlaşmış Hüseynov Valeh Sahib oğlu izahatında Əsgəran polis şöbə-
sində Yalçınla ayrı-ayrı kameralarda saxlandığını bildirib. Azərbaycan Respublikası Döv-
lət Gömrük Komitəsinin sədr müavini Rafael Mirzəyevin (təhlükəsizlik orqanı əməkdaşı 
olub) 1993 ildə cəbhə xəttində ermənilərlə görüş zamanı əldə etdiyi azərbaycanlı hərbi 
əsir və girovların siyahısında Yalçın Əsədovun Dağlıq Qarabağda saxlandığı qeyd olunub. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 207-208
ƏSƏDOV Yalçın Asif oğlu 
nanın sağ olduğunu öyrənib. Erməni əsirliyindən azad olunmuş Xocavənd r.-nunun Qa-
radağlı k.-d sakini, Ağcabədi r.-nundakı “Alman” çadır şəhərciyində məskunlaşmış Əliyev 
Şahruz Əmirxan oğlunun dediyinə görə, Xocalı ş.-ri işğal olunan zaman onların saxlan-
dıqları internat məktəbinə xeyli əsir və girov gətirilib. Svetlana da onların arasında olub. 
Erməni əsirliyindən azad olunmuş, Mingəçevir ş.-ri, M. Hüseyn küçəsi, ev 10, mənzil 18-
də yaşayan Eyvazov Əli Nəcəfalı oğlu ərizəsində yazıb ki, 1992 ilin mart ayında erməni 
əsirliyində olduğu zaman Mehdikənd maldarlıq fermasının müdiri Hrantikin oğlu Murad 
ona Cavanşir müəllimin qızı Svetlananın Xankəndi ş.-rində polislərin əlində olduğunu, 
Cavanşir müəllimin vaxtilə atasına çox kömək etdiyini bildirib. Murad Svetlananı polislər-
dən almaq istəyib, lakin verməyiblər. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 190-191
ƏZİZOV Fikrət Abbas oğlu
1961 ildə Bakı şəhərində anadan olub. 26 fevral 1992 il tarixdə Xocalı ş.-rinin 
Ermənistan silahlı birləşmələri və keçmiş rus ordusunun 366-cı alayı tərəfindən iş-

90
Xocalıda yaralananlar 
Bakı şəhərində
Fotoqraf: İlqar Cəfərov
Mənbə: AZƏRTAC
26
1992
ğalı zamanı itkin düşüb. İtkinin həyat yoldaşı – hazırda Bakı şəhəri, Qaradağ r.-nu, 
Qobustan qəs. -əsi, Salyan yolu, ev 30, mənzil 11-də məskunlaşmış Əzizova Səkinə 
İsfəndiyar qızı ifadəsində bildirib ki, Fikrətin adını xatırlamadığı döyüş yoldaşının 
dediyinə görə, o, Xocalı ş.-rinin işğalı zamanı mühasirəyə düşüb və yaralanıb. İtkinin 
qardaşı – Bakı şəhəri, Qaradağ r.-nu, Qobustan qəs. -əsi, ev 23, mənzil 4 ünvanda ya-
şayan Əzizov Məmməd Abbas oğlu ifadəsində göstərib ki, qardaşının axtarışı zamanı 
Allahverdi Bağırovun vasitəçiliyi ilə gürcü milliyətli bir şəxsdən onun Ermənistanın 
Gorus r.-nunda saxlanıldığını öyrənib, lakin sonradan heç bir məlumat ala bilməyib. 
Keçmiş girov - hazırda Bakı şəhəri, Nizami r.-nu, Nizami prospekti, 22 ünvanda yaşa-
yan Ələsgərova İradə Rəşid qızı ifadəsində bildirib ki, girov götürüldükdən sonra onu 
Xocalıdakı mağazaya gətirib və 4 saat orada daha 20 nəfər girovla birlikdə saxlayıblar. 
O, girovların icərisində Bakı şəhərindən olan Fikrət adlı bir yaralının yarasını sarıyıb, 
hətta buna görə, ermənilər tərəfindən təhqirə məruz qalıb. Mağazadan çıxarılarkən 
Fikrət ondan azad edilməsi üçün ailəsinə xəbər verməsini xahiş edib. Keçmiş girov
hazırda Naftalan ş.-rindəki “Qarabağ” sanatoriyasında məskunlaşan Hüseynov Elgiz 
Çingiz oğlu ifadəsində göstərib ki, Xocalının işğalı zamanı o da digər dinc sakinlər 
kimi, girov götürülüb və şəhərin kənarında yerləşən mağazaya gətirilib. Burada o, 3 
yaralı azərbaycanlı hərbçinin əsir saxlandığını görüb, hərbçilərdən biri Bakı şəhər 
sakini, 27-28 yaşlı Fikrət olub. E. Hüseynovun dediyinə görə, sonradan girovları 
Xankəndinə gətirərək məktəbin binasında saxlayıblar. Üç hərbçi isə mağazada qalıb. 
1992 ilin mart ayının 1-də özünümüdafiə taborunun komandiri olmuş Allahverdi Ba-
ğırovun köməyi ilə azad edilərkən girov götürülən zaman saxlandıqları mağazanın 
qarşısında həmin 3 azərbaycanlı hərbçini hərəkətsiz vəziyyətdə görüb. Lakin ermə-
nilər onlara yaxınlaşmağa imkan verməyiblər. Ermənistanın hakimiyyət orqanları 
həmin üç şəxsin sonrakı taleyi barədə məlumatları gizlədib. 
Əd.: “QSM-7” təsdiq edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Döv-
lət Komissiyasının nəşri. Bakı, “Qismət”, 2010 – s. 52-53

91
ƏZİZOV Mehman Qüdrət oğlu
1959 ildə Xocalı ş.-rində anadan olub. 1992 ildən Xocalı özünümüdafiə taborunda 
döyüşüb. 26 fevral 1992 ildə Xocalı ş.-ri ermənilər tərəfindən işğal olunan gün atası Əzizov 
Qüdrət və qardaşı Əzizov Ariflə birlikdə əsir götürülüb. Sonradan atası və qardaşı azad edi-
lib, Mehmanın taleyi isə məlum olmayıb. 2004 ildə milliyyətcə erməni, Dağlıq Qarabağ 
sakini Tonyan Valerik Mixayloviç müəyyən məbləğdə pul müqabilində Əzizov Mehman 
Qüdrət oğlunu Azərbaycan tərəfə təhvil vermək istədiyini bildirib. V. Tonyan bildirib ki, 
Mehman Əzizov 1992 ilin fevral ayında Xocalı ş.-rinin işğalı zamanı girov götürülüb və 
son müddətə kimi separatçı rejimin silahlı birləşmələrində xidmət edən Neso adlı yüksək 
rütbəli zabitin evində saxlanılıb. V. Tonyanın qeyd etdiyinə görə, Mehmanın dili və cinsiy-
yət orqanı kəsilib, sağ böyrəyi çıxarılıb, üzündə və sağ çiynində yanıq izləri var. Bütün bun-
ların nəticəsində o, ruhi-əsəb xəstəliyinə düçar olub. V. Tonyan M. Əzizovun girovluqda 
çəkilən fotoşəklini verib, 7 iyul 2004 il tarixində onu Ermənistanla Gürcüstanın sərhədinə 
qədər gətirərək uzaq məsafədən nümayiş etdirib, lakin son anda girovun qaytarılmasından 
imtina edib. Faktla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı 
Nümayəndəliyinə, Əsir və girovların azad edilməsi, itkinlərin axtarışı üzrə Beynəlxalq İşçi 
qrupuna müraciət edilib, V. Tonyanla keçirilmiş görüşlərin videoyazısı və onun tərəfindən 
təqdim edilmiş M. Əzizovun fotosu təqdim edilib. Beynəlxalq işçi qrupu separatçı rejimin 
“prokurorluq orqanı”na istinad edərək guya V. Tonyan tərəfindən təqdim olunan fotoşə-
kildəki şəxsin Xankəndi ş.-rinin keçmiş sakini Ayrapetyan Serjik Surenoviç olduğunu bil-
dirib. Qeyd olunanların eyni, yaxud ayrı-ayrı şəxslər olduğunu aydınlaşdırmaq məqsədilə 
Ayrapetyan Serjik Surenoviçlə bağlı materialların (pasport, Forma 1, Forma A kartları, 
gənclik və sonrakı dövr fotoşəkilləri, eyni zamanda şəxsiyyəti təsdiq edən digər sənəd-
lər) kserosurətinin əldə olunmasına və Dövlət Komissiyasına göndərilməsinə köməklik 
göstərilməsi üçün Beynəlxalq işçi qrupu qarşısında məsələ qaldırılıb. Mehman Əzizovun 
girovluqdan əvvəlki və girovluqda olarkən çəkilmiş fotoşəkillərinin Azərbaycan Respub-
likası Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və 
Kriminologiya Problemləri İnstitutu tərəfindən məhkəmə-portret tədqiqatı keçirilib və 
fotoşəkillərdə əks olunan şəxslərin eyni olduğu təsdiqlənib. Faktı təsdiq edən digər amil 

92
isə ondan ibarətdir ki, V. Tonyan vaxtilə Xocalıda sahə müvəkkili işləyib və M. Əzizovu 
şəxsən tanıyıb. Söhbətlərində də o, M. Əzizovu əvvəllər də tanıdığını dəfələrlə vurğulayıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 439-440


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə