Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 6.9 Mb.
Pdf просмотр
səhifə6/28
tarix11.06.2017
ölçüsü6.9 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

ABBASOV Savalan İsmayıl oğlu 
1909 ildə Xocalı ş.-rində doğulub, orada yaşayıb. 26 fevral 1992 il tarixdə Ermə-
nistan silahlı birləşmələrinin Xocalı ş.-rini işğalı zamanı girov götürülüb. Xocalı ş.-rinin 
sakini, hazırda Bakı şəhəri, Mərdəkan qəsəbəsi, “Günəşli” sanatoriyasında məskunlaş-
mış - Haqverdiyev Cavanşir Məşdi oğlu ifadəsində bildirib ki, ş. -ə başlanmış hücum 
zamanı o, yaxın qohumları və digər şəhər sakinləri ilə birlikdə öz evlərini tərk edərək 
Ağdam şəhəri istiqamətinə hərəkət ediblər. Fevralın 27-də Dəhraz k.-di yaxınlığındakı 
meşədən çıxarkən onlardan bir neçə yüz metr irəlidə gedən Savalan Abbasovu silahlı 
şəxslər Azərbaycan dilində səsləyiblər. Bu vaxt Savalan Abbasov həmin şəxslərə tərəf 
gedib və onlar onu mühasirəyə alaraq yaxalayıblar. Hadisənin şahidi olmuş Cavanşir 
Haqverdiyev və digərlərini ermənilər görməyib, onlar gizlənərək hərəkət istiqamətini 

73
ABBASOV Vəliyəddin Umudvar oğlu
1963 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri erməni silahlı 
dəstələri tərəfindən işğal olunan zaman Abbasovlar ailəsi əsir götürülərək Əsgərana apa-
rılıb. Sonradan Vəliyəddindən başqa öldürülmüş ailə üzvlərinin meyitləri qaytarılıb. Qar-
daşı – Abbasov Çingiz Umudvar oğlunun yazdığı izahata görə, onlar Xocalını tərk edən 
zaman meşədə ermənilər tərəfindən mühasirəyə alınıblar. Həmin vaxt Vəliyəddin qaçma-
ğa cəhd göstərib, amma girov götürülərək Naxçıvanlı yaxınlığındakı Dəhraz kəndinə apa-
rılıb. Əsirlikdə olan Qarayev Usubəlinin atası – girovluqdan qayıtdıqdan sonra Naftalan 
ş.-rində yerləşən “Şirvan” sanatoriyasında məskunlaşmış Qarayev Süleyman Salman oğlu 
izahatında yazıb ki, ermənilər oğlu və Vəliyəddin də daxil olmaqla 13 nəfər gənci namə-
lum istiqamətə aparıblar. Qarayev Süleyman azad olunandan sonra Ağdam taborunun 
komandiri Allahverdi Bağırov ona, həmin 13 gəncin Xankəndi ş. polis şöbəsinin zirzə-
misində saxlandığını, bir həftə sonra isə həmin idarənin rəisi Armen İsaqulov tərəfindən 
Yerevan ş.-rinə göndərildiklərini bildirib. Erməni girovluğundan qayıtmış Xocalı sakini, 
hazırda “Günəşli” anatoriyasında məskunlaşmış Abdullayeva Sənəm Həsən qızının izaha-
tına görə, o, Abbasov Vəliyəddini Pircamal k.-dində yerləşən maldarlıq fermasında görüb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 19-20
dəyişib və Ağdam r.-nunun Gülablı kəndinə gəlib çıxıblar. 
Əd.: “QSM-7” təsdiq edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Döv-
lət Komissiyasının nəşri. Bakı, “Qismət”, 2010, s. 20
ABIŞOV Mobil Mövsüm oğlu
1968 ildə anadan olub. 26 fevral 1992 ildə Xocalı faciəsi günü girov götürülüb. 
Naftalan ş.-rindəki “Qarabağ” sanatoriyasında məskunlaşmış həmyerliləri Abışov 
İlqar Niyaz oğlu və Abışov İntizam Niyaz oğlunun dediklərinə görə, Xocalının işğalı 
günü ermənilər onları Əsgəran polis şöbəsinə aparıb işgəncələr verən zaman Mobil 
də orada olub. Sonradan onlar azad olunduqları üçün Mobili bir daha görməyiblər. 
Naftalan ş.-rində məskunlaşmış Xocalı ş. sakini Əzizov Ramin İbrahim oğlunun ver-
diyi məlumata görə, Xocalı faciəsi zamanı ermənilər onları 13 nəfər yerli sakinlə Nax-
çıvanlı k.-dində tutub, Əsgəran polis şöbəsinə gətiriblər. Orada bir gün Mobillə eyni 
kamerada saxlanılıb. Səhərisi gün başqa kameraya keçirildiyi üçün Mobili bir daha 
görməyib. Bakı şəhəri, Mərdəkan qəs. -əsindəki “Sülh” pioner düşərgəsində məskun-
laşmış Xocalı ş. sakini Məmmədova Gülövşə Bəxtiyar qızı ərizəsində yazıb ki, ermə-
nilər onları girov götürüb Əsgəran polis şöbəsində saxlayanda Mobil də orada olub. 
O, 2 gün sonra oğlu ilə azad olub və Mobili bir daha görməyib. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 31-32
“... Ermənilər 
Ağdama tərəf 
gedən dəstəni güllə 
yağışına tutublar. 
Azərbaycanlılar 
1200-ə qədər cəsəd 
saymışlar. Livanlı 
operator ölkəsinin 
zəngin erməni 
daşnak lobbisinin 
Qarabağa silah və 
əsgər göndərdiyini 
təsdiq edib”. 
“Faynenşl Tayms” 
qəzeti, 
9 mart 1992-ci il

74
1975 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan 
gün ailə üzvlərilə birlikdə Ağdam r.-nu istiqamətində qaçıblar. Naxçıvanlı yolundakı 
meşədə ermənilər tərəfindən mühasirəyə düşərək girov götürülüblər. Bakı şəhəri, Şə-
rifzadə küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin 1 saylı yataqxanasında 
məskunlaşmış Əzimov Abbasqulu Şahmar oğlunun verdiyi məlumata görə, Xocalı iş-
ğal olunan gecə, həyat yoldaşı və oğlanları ilə ərazini tərk edən zaman qonşuları – qaz 
idarəsində işləyən Allahverdiyev Novruz, onun kor atası Saleh kişi və oğlu Mahir də 
onlarla olub. Yolda Allahverdiyevlər gecəni meşədə keçirməyi qərara alıb. Abbasqulu-
gil isə Ağdam istiqamətində yollarına davam ediblər. Həmin vaxtdan indiyə kimi onlar 
bir daha görüşməyiblər. Bu faktı onların həmyerlisi Əzimov Aydın Abbasqulu oğlu da 
təsdiq edib. Deyilənə görə, Mahir və onun ailə üzvləri Dağlıq Qarabağda saxlanılıblar. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 51
ALLAHVERDİYEV Mahir Novruz oğlu
Xocalı soyqırımının 
qurbanları
Fotoqraf: Frederik Lengeyn 
Mənbə: www.justiceforkhojaly.org
23
1992
ALLAHVERDİYEV Novruz Saleh oğlu 
1947 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan 
gün ailə üzvlərilə birlikdə Ağdam r.-nu istiqamətində qaçıblar. Naxçıvanlı yolundakı 
meşədə ermənilər tərəfindən mühasirəyə düşərək girov götürülüblər. Bakı şəhəri, Şə-
rifzadə küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin 1 saylı yataqxanasında 
məskunlaşmış Əzimov Abbasqulu Şahmar oğlunun verdiyi məlumata görə, Xocalı iş-
ğal olunan gecə, həyat yoldaşı və oğlanları ilə ərazini tərk edən zaman qonşuları – qaz 
idarəsində işləyən Allahverdiyev Novruz, onun kor atası Saleh kişi və oğlu Mahir də 
“... Meyitlərin çoxu 
eybəcər hala salınıb, 
körpə qızın ancaq 
başı qalmışdı”. 
“Tayms”, 
4 mart 1992-ci il

75
Xocalı soyqırımının 
qurbanları
Fotoqraf: Xalid Əsgərov 
Mənbə: Azərbaycan Fotoqrafları Birliyi
onlarla olub. Yolda Allahverdiyevlər gecəni meşədə keçirməyi qərara alıb. Abbasqu-
lugil isə Ağdam istiqamətində yollarına davam ediblər. Həmin vaxtdan indiyə kimi 
onlar bir daha görüşməyiblər. Bu faktı onların həmyerlisi Əzimov Aydın Abbasqulu 
oğlu da təsdiq edib. Deyilənə görə, Mahir və onun ailə üzvləri Dağlıq Qarabağda sax-
lanılıblar. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 52
ALLAHVERDİYEV Saleh İmanqulu oğlu
1920 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan 
gün ailə üzvlərilə birlikdə Ağdam r.-nu istiqamətində qaçıblar. Naxçıvanlı yolundakı 
meşədə ermənilər tərəfindən mühasirəyə düşərək girov götürülüblər. Bakı şəhəri, Şə-
rifzadə küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin 1 saylı yataqxanasında 
məskunlaşmış Əzimov Abbasqulu Şahmar oğlunun verdiyi məlumata görə, Xocalı iş-
ğal olunan gecə, həyat yoldaşı və oğlanları ilə ərazini tərk edən zaman qonşuları – qaz 
idarəsində işləyən Allahverdiyev Novruz, onun kor atası Saleh kişi və oğlu Mahir də 
onlarla olub. Yolda Allahverdiyevlər gecəni meşədə keçirməyi qərara alıb. Abbasqu-
lugil isə Ağdam istiqamətində yollarına davam ediblər. Həmin vaxtdan indiyə kimi 
onlar bir daha görüşməyiblər. Bu faktı onların həmyerlisi Əzimov Aydın Abbasqulu 
oğlu da təsdiq edib. Deyilənə görə, Mahir və onun ailə üzvləri Dağlıq Qarabağda sax-
lanılıblar. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 52

76
BAĞIROV Elşən Həsən oğlu 
1963 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri ermənilər tərə-
findən işğal olunan gün vahiməyə düşən əhali meşəyə üz tutub. 50 nəfər Dəhraz kəndi 
yaxınlığında mühasirəyə düşüb, girov götürülərək həmin kənddə yerləşən donuzçuluq 
fermasına gətiriliblər. Səhəri gün ermənilər onların arasından Elşən də daxil olmaqla 13 
nəfər boylu-buxunlu gənci seçərək naməlum istiqamətdə aparıblar. Bu məlumatı Xo-
calı sakinləri – Bakı şəhəri, Atatürk prospekti, ev 2A, mənzil 57-də yaşayan Xudayarov 
Vəfadar Səlim oğlu, Bakı şəhəri, Xətai prospekti, ev 40-da yaşayan Xudayarov Rövşən 
Adil oğlu, Bakı şəhəri, Mərdəkan qəs. -əsindəki “Günəşli” sanatoriyasında məskunlaş-
mış Hüseynov Kamil Dadaş oğlu, Ağayev Səttar Muxtar oğlu, Xudayarov Abil Adil oğlu 
və başqaları təsdiq ediblər. Qardaşı – Bağırov Rza Həsən oğlu ərizəsində yazıb ki, onun 
gah Xankəndində, gah da Yerevanda saxlandığını öyrənib. Tovuz r.-nu Əsrik-Cırdaxan 
k.-d sakini Hüseynov Akif Saleh oğlunun təqdim etdiyi azərbaycanlı hərbi əsir və gi-
rovların siyahısında Bağırov Elşənin Ermənistanın Spitak ş.-rində saxlandığı göstərilib. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqə-
dar Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 68-69
BƏDİŞOV Ali Rəis oğlu
1968 ildə Özbəkistan Ruspublikasında anadan olub. Milliyyətcə Ahıska (Mehseti) 
türküdür. 1989 ildə Özbəkistan Respublikasından qaçqın düşüb və Azərbaycan Res-
publikasının Xocalı ş.-rinə gələrək orada məskunlaşıb. 26 fevral 1992 il tarixdə Xocalı 
ş.-rinin Ermənistan silahlı birləşmələri və rus ordusunun 366-cı alayı tərəfindən işğalı 
zamanı itkin düşüb. İtkinin bacısı - hazırda Dəvəçi r.-nu, Udulu k.-dində məskunlaş-
mış Binəliyeva Rəna Rəis qızı ifadəsində bildirib ki, qardaşı Xocalının işğalı günü ş.-rin 
müdafiəsində dayanıb, gülləsi qurtardığından meşəyə tərəf çəkilərkən Binəliyev Əlişir 
Güləli oğlu (girovluqdan azad olunub) və İlyasov Əhmədlə (ermənilər tərəfindən əsir 
götürülmüş şəxs kimi Dövlət Komissiyasının qeydiyyatından keçir) birlikdə girov gö-
türülüb. Keçmiş girov - hazırda Sabirabad r.-nu, Əhmədabad k.-dində məskunlaşmış 
Muradova Səlimə Mərdəli qızı ifadəsində bildirib ki, 1992 il fevral ayının 25-dən 26-na 
keçən gecə onlar qonşuları Binəliyevlərin evinin zirzəmisində olublar. Erməni hərb-
çiləri zirzəmidə olan 70 nəfərlə birlikdə Bədişov Alini də girov götürüb, onu Cabbar və 
Əlişirlə birlikdə naməlum istiqamətə aparıblar. Faktı təsdiq edən keçmiş girov, hazır-
da Dəvəçi r.-nu, Udulu k.-dində məskunlaşan Binəliev Bəxtiyar Güləli oğlu ifadəsində 
bildirib: “Qohumum Bədişov Ali Rəis oğlu Xocalı faciəsi zamanı ermənilər tərəfindən 
girov götürülüb. Mənim yoldaşım Binəliyeva Firuzə Fərdi qızı, Xocalı sakinlərindən 
Zabilə və Sənəm adlı (soyadlarını qeyd etmir) qadınlar da şahiddirlər”. Keçmiş girov – 
hazırda Dəvəci r-nu, Udulu k.-dində məskunlaşmış Binəliyev Güləli Binəli oğlu və Binə-
liyeva Firuzə Fərdi qızı A. Bədişovun girov götürülməsi faktını təsdiq ediblər. B. Firuzə 
əlavə olaraq A. Bədişovun digər girovlarla birlikdə Dəhraz kəndinə aparıldığını bildirib. 
A. Bədişovun və daha beş nəfər Ahıska türkünün erməni girovluğunda saxlanılması ilə 
“Ağdamda olan xarici 
jurnalistlər, Xocalıda 
öldürülmüş qadın 
və uşaqlar arasında 
skalpları götürülmüş, 
dırnaqları çıxardılmış 
3 nəfəri görüblər. Bu 
azərbaycanlıların 
təbliğatı deyil, bu 
reallıqdır”. 
“Le Mond”, 
14 mart 1992-ci il

77
bağlı Beynəlxalq Amnistiya təşkilatının nümayəndəliyinə müraciət edilib və fakt Ann 
Burlinin imzası ilə bu təşkilat tərəfindən 12 avqust 1993 il tarixdə Dövlət Komissiyasına 
göndərilmiş məktubla təsdiq edilib. Xocalı sakini Abbasov Mərkəz Salman oğlu isə ifa-
dəsində bildirib ki, Dəhraz k.-dində ermənilər Ali Bədişova 5 nəfərlə birlikdə əvvəl ağır 
işgəncə verib, sonra güllələyiblər. 
Əd.: “QSM-7” təsdiq edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Döv-
lət Komissiyasının nəşri. Bakı, “Qismət”, 2010 – s. 36-37
1967 ildə Laçın r.-nunun Arduşlu k.-dində anadan olub. Xocalı özünü-
müdafiə taborunun üzvü olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri erməni silahlı 
birləşmələri tərəfindən işğal olunan gün əhali Ağdam istiqamətində olan qarlı 
meşələrə qaçıb. 180-200 nəfərlik bir dəstə Dəhraz k. -dini Ağdamın Gülablı 
k.-di bilib həmin tərəfə üz tutub, mühasirəyə düşüb. Ermənilər onları Dəh-
raz k. -dindəki maldarlıq fermasına gətirərək, 2 gün orada saxladıqdan son-
ra əsirlərin arasından Azad da daxil olmaqla 13 nəfər gənci seçib, naməlum 
istiqamətə aparıblar. Bu günə kimi həmin gənclərin taleyi haqqında heç bir 
məlumat əldə olunmayıb. Erməni əsirliyində olan Usubov Zakir, Usubov El-
şad və Usubov Əliyarın atası – girovluqdan qayıtmış Usubov Kamran Hüseyn 
oğlunun dediyinə görə, Dəhraz k.-dində maldarlıq fermasında saxlanılan za-
man ermənilər onun 3 oğlu və Azad da daxil olmaqla 13 sağlam gənci seçib, 
naməlum istiqamətə aparıblar. Bu faktı erməni əsirliyindən qayıtmış Xocalı 
sakinləri - əsir götürülmüş Həsənov Rövşən Qaçay oğlunun anası – Həsəno-
va Rəfiqə Məmi qızı, Hüseynov Kamal Dadaş oğlu, Xudayarov Rövşən Adil 
oğlu, Xudayarov Vəfadar Səlim oğlu və başqaları da təsdiq ediblər. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 95
CABBAROV Azad Pirqulu oğlu
1915 ildə Ermənistan Respublikası Əzizbəyov r.-nunun Kotanlı k.-dində anadan 
olub. 1930 ildə dədə-baba torpaqlarından qovularkən ailəsi ilə Azərbaycan Respublika-
sının Xocalı ş.-rinə pənah aparıb. 1992 ildə Xocalı faciəsi baş verərkən həyat yoldaşı – 
1925 il təvəllüdlü Cəfərova Bağdad Həsən qızı ilə birlikdə öz evində girov götürülüb. 
Oğlu – Xocalı ş.-r sakini, Mingəçevir ş.-ri Kür avarçəkmə bazasında məskunlaşmış 
Cəfərov Cəfər Məhəmməd oğlunun dediyinə görə, şəhər işğal olunan zaman validey-
nləri qəti şəkildə ikinci dəfə qaçqın həyatı yaşamayacaqlarını, ərazini tərk etməyə-
cəklərini bildiriblər. Övladları onları fikirlərindən döndərə bilməyib. Erməni əsirliyin-
dən qayıtmış Xocalı sakinləri, Ağdam r.-nunda məskunlaşmış çoban Yusif, Hüseynova 
Şərqiyyə və Yusifova Filyarın Cəfərə verdikləri məlumata görə, onlar girov götürülən 
CƏFƏROV Məhəmməd Vəlikişi oğlu

78
Xocalı soyqırımının 
qurbanları
Fotoqraf: İlqar Cəfərov
Mənbə: AZƏRTAC
1975 ildə Xocalı ş.-rində anadan olub. Həmyerliləri onu Anar kimi tanıyıblar. 1 saylı 
məktəbin 11-ci sinfində oxuyub. 26 fevral 1992 ildə anası Cəfərova Tahirə Müseyib qızı 
və 2 bacısı ilə birlikdə ərazini tərk edən zaman yolu azıb, Naxçıvanlı kəndi yaxınlığındakı 
meşədə girov götürülüb. Bu məlumatı anası – Şəki İpək Kombinatının yataqxanasında 
məskunlaşmış Cəfərova Tahirə Müseyib qızı verib. Onun dediyinə görə, meşədə azmış 
Əbdülov Zakir Yelmar oğlu, Məmmədov Aydın Cəlal oğlu, Məmmədov Suren Heydər 
oğlu, Məmədov Yaqub və Nüsrət yol tapmaq məqsədilə qadınlardan ayrılıblar. Onlar 
gedəndən bir qədər sonra atışma səsləri eşidilib. Atışma 40 dəqiqəyə qədər davam edib. 
Həmin vaxtdan anası bir daha Nüsrəti görməyib. Erməni girovluğundan qayıtmış Xo-
calı ş.-r sakini, Naftalan ş.-rindəki “Azərbaycan” sanatoriyasında məskunlaşmış Əzizov 
Ramin İbrahim oğlu izahatında yazıb ki, 26 fevral 1992 ildə Naxçıvanlı kəndi yaxınlı-
ğında 13 nəfər yerli sakinlə birlikdə əsir götürülüb, Əsgəran polis şöbəsinə aparılıb. Ora-
CƏFƏROV Nüsrət (Anar) Fazil oğlu
zaman Cəfərovların evində saxlanılıblar. Bir neçə gündən sonra ermənilər əsirlərlə 
birlikdə Məhəmmədi və onun həyat yoldaşı Bağdadı Xankəndinə aparıblar. Xankəndi 
ş.-rində onları əvvəlcə uşaq xəstəxanasında, sonra Ballıca pioner düşərgəsində saxlayıb-
lar. Cəfərovların sonrakı taleyi naməlumdur. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 114
1992

79
da xocalılardan Abışov Mobil Möhsüm oğlu, Səlimov Fəxrəddin, Məmmədov Zahir, 
Məmmədov Məmməd Rahim oğlu, onun oğlanları Söhbət və Möhlət, Namazov Vaqif, 
Cəfərov Nüsrətlə rastlaşıb. Sonra başqa kameraya köçürüldüyü üçün həmin şəxsləri bir 
daha görməyib. Xocalı ş.-r sakini, Bakı şəhəri Pirşağı qəs. -əsində məskunlaşmış Cəfəro-
va İradə Aydın qızı erməni əsirliyindən azad olunmuş Hüseynov Kamil Dadaş oğlunun 
ona Cəfərov Nüsrətin stadionda saxlandığını gördüyünü deyib. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqə-
dar Dövlət Komissiyasının nəşri. Bakı, 2006 , s. 115-116
1988 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-rinin işğal olun-
duğu gün Samir və ailə üzvləri: nənəsi Məmmədova Səltənət Zülal qızı, anası Məm-
mədova Şövkət İbad qızı, xalası Məmmədova Lətifə İbad qızı, xalası oğlanları Əliyev 
Səbuhi Cahangir oğlu və Əliyev Səlim Cahangir oğlu ilə birlikdə girov götürülərək Ağ-
dərə r.-nunun Vəng k. -dinə aparılıblar. Xalası – Xocalı sakini, Bakı şəhəri, Nərimanov 
r.-nunda yerləşən Müəllimləri Təkmilləşdirmə İnstitutunun yataqxanasında məskun-
laşmış Qəmbərova Adilə İbad qızı izahatında göstərib ki, həmyerlisi Cavanşir Haqver-
diyev (hazırda Bakı şəhəri, Mərdəkan qəs. -əsində yerləşən yataqxanada məskunlaşıb) 
onları ailəliklə meşədə ocaq ətrafında oturub qızınarkən görüb. Cavanşirin dediyinə 
görə, ətrafda ermənilərin üstü çadırlı maşını dayanıbmış. Ermənilər qəribə səslər çıxa-
raraq azərbaycanlıların yaxınlıqda olduğunu bir-birinə bildiriblər. Cavanşirin qardaşı 
Şahin ona “Sən get, biz də yavaş-yavaş gəlirik”, deyib. O, yoluna davam edib, bir müddət 
keçəndən sonra dayanıb, onları gözləyib. Nə Şahin, nə də Məmmədova Səltənət ailəsi 
ilə gəlib çıxmayıb. Sonradan heç kimin onların taleyindən xəbəri olmayıb. “Beynəlxalq 
Amnistiya” təşkilatının Avropa üzrə təhqiqatlar şöbəsinin müdiri Ann Burlinin 12 
CƏFƏROV Samir Tacir oğlu
“Videokamera 
qulaqları kəsilmiş 
uşaqları göstərdi. 
Bir qadının sifətinin 
yarısı kəsilmişdi. 
Kişilərin skalpları 
götürülüb”. 
“İzvestiya”, 
4 mart 1992-ci il

80
1925 ildə Ermənistan Respublikası Əzizbəyov r.-nunun Kotanlı k.-dində anadan 
olub. 1930 ildə dədə-baba torpaqlarından qovularkən ailəsi ilə Azərbaycan Respublika-
sının Xocalı ş.-rində məskunlaşıb. 1992 ildə Xocalı faciəsi baş verərkən həyat yoldaşı – 
1925 il təvəllüdlü Cəfərov Məhəmməd Vəlikişi oğlu ilə birlikdə öz evində girov götürü-
lüb. Oğlu – Xocalı ş.-r sakini, Mingəçevir ş.-ri Kür avarçəkmə bazasında məskunlaşmış 
Cəfərov Cəfər Məhəmməd oğlunun dediyinə görə, şəhər işğal olunan zaman validey-
nləri qəti şəkildə ikinci dəfə qaçqın həyatı yaşamayacaqlarını, ərazini tərk etməyəcək-
lərini bildiriblər. Övladları onları fikirlərindən döndərə bilməyib. Erməni əsirliyindən 
qayıtmış Xocalı sakinləri, Ağdam r.-nunda məskunlaşmış çoban Yusif, Hüseynova 
Şərqiyyə və Yusifova Filyarın Cəfərə verdikləri məlumata görə, onlar girov götürülən 
zaman Cəfərovların evində saxlanılıblar. Bir neçə gündən sonra ermənilər əsirlərlə 
birlikdə Bağdadı və onun həyat yoldaşı Məhəmmədi Xankəndinə aparıblar. Xankəndi 
ş.-rində onları əvvəlcə uşaq xəstəxanasında, sonra Ballıca pioner düşərgəsində saxlayıb-
lar. Cəfərovların sonrakı taleyi naməlumdur. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqə-
dar Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 121-122
CƏFƏROVA Bağdad Həsən qızı
Xocalı soyqırımının 
qurbanları
Fotoqraf: İlqar Cəfərov
Mənbə: AZƏRTAC
avqust 1993 ildə verdiyi məlumata görə, Samir və onun ailə üzvləri fevral ayının 25-dən 
26-na keçən gecə Xocalının işğalı zamanı erməni hərbçiləri tərəfindən girov götürülüb, 
Ağdərə r.-nunun Vəng k.-dində saxlanılıblar. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqə-
dar Dövlət Komissiyasının nəşri. Bakı, 2006 – s. 115-116
1973 ildə Xocalı ş.-rində anadan olub. 26 fevral 1992 ildə Xocalı ş.-ri işğal olunan 
gün atası Əbdülov Yelmar İsgəndər oğlu ilə birlikdə girov götürülüb. Anası – Xocalı 
ş.-r sakini, Bakı Dövlət Universitetinin 5 saylı yataqxanasında məskunlaşmış Əbdülova 
ƏBDÜLOV Zahid Yelmar oğlu
1992

81
Raya Kərim qızı ərizəsində yazıb ki, işğal günü həyat yoldaşı Əbdülov Yelmar İsgəndər 
oğlu və oğlu Zahid ermənilər tərəfindən girov götürülüb. Bir neçə gündən sonra həyat 
yoldaşı Əsgəran polis şöbəsinin həyətində güllələnib, meyiti sonradan Milli Ordunun 
döyüşçüləri vasitəsilə ailəsinə qaytarılıb. Oğlunun taleyi isə məlum olmayıb. Bibisi 
– Xocalı ş.-r sakini, Bakı şəhəri, Mərdəkan qəs. -əsindəki “Sülh” pioner düşərgəsində 
məskunlaşmış Məmmədova Gülövşə Bəxtiyar qızının dediyinə görə, qardaşı oğlu Za-
hid Məmmədov Fərman Qəzənfər oğlu ilə birlikdə girov götürülüb. Onlar Əsgəran 
polis şöbəsinin binasına gətirilən zaman Əbdülov Yelmar və Zahid də onlarla birlikdə 
olub. Ermənilər Yelmarla Zahidi naməlum istiqamətə aparıblar. Gülövşə bir daha onları 
görməyib. Xocalı sakini, Naftalan ş.-rindəki “Qarabağ” sanatoriyasında məskunlaşmış 
Məmmədova Tamaşa Qaytaran qızının verdiyi məlumata görə, işğal günü ermənilər 
onu girov götürüb Əsgəran polis şöbəsinə gətirən vaxt Əbdülov Zahidin atası Yelmarla 
həmin idarənin zirzəmisində girov saxlandığını görüb. Bir neçə gündən sonra Tamaşanı 
azad ediblər, Əbdülovlar isə orada qalıb. 
Əd.: Bizi əsirlikdən qurtarın. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, 2006, s. 132
ƏLİMƏMMƏDOV Natiq Şahmalı oğlu
1962 ildə Əsgəran r-nunun Pircamal k.-dində anadan olub. 26 fevral 1992 ildə Xo-
calı ş.-ri işğal olunan gün ailə üzvləri ilə birlikdə ermənilər tərəfindən girov götürülüb. 
Qardaşı – Pircamal k.-d sakini, Bakı şəhəri Nərimanov r.-nu, Mayakovski küçəsi, ev 17, 
mənzil 27-də yaşayan Əliməmmədov Yaşar Şahmalı oğlu ərizəsində yazıb ki, həmin 
dəhşətli gecə ailə üzvləri və yaxın qohumları ilə meşədə girov götürülərək Pircamal k. 
-dindəki maldarlıq fermasına gətirilib, orada ağır işgəncələrə məruz qalıblar. Ermənilər 
1 mart 1992 ildə qardaşı Əliməmmədov Namiqi, həmyerlisi Məmmədov Kamil Əmir 
oğlu və adını bilmədiyi mehseti türkü ilə naməlum istiqamətə aparıblar. Bir daha qarda-
şı haqqında heç bir məlumat ala bilməyib. Erməni girovluğundan qayıtmış Xocalı ş.-r 
sakini, Bakı şəhəri, Mərdəkan qəs. -əsindəki “Günəşli” sanatoriyasında məskunlaşmış 
Abdullayeva Sənəm Həsən qızı Pircamal k. -dindəki maldarlıq fermasında saxlandı-

82
Xocalı ş.-rində anadan olublar. Bu ər və arvad 26 fevral 1992 il tarixdə Xocalı ş.-rinin 
Ermənistan Respublikası silahlı birləşmələri tərəfindən işğalı zamanı itkin düşüblər. Xo-
calı ş.-ri işğal olunanadək Ağəli və Sürayə Əliyevlərlə birlikdə yaşamış, onların kürəkə-
ni, hazırda Naftalan ş.-ri “Şirvan” sanatoriyasında məskunlaşmış Mustafayev Nazim 
Ələkbər oğlu və gəlini, hazırda Bakı ş.-ri, Sabunçu r.-nu, “Santexmontaj” pansionatında 
məskunlaşmış Həsənova Lətifə Musa qızı Dövlət Komissiyasına verdikləri ifadələrin-
də sözügedən yaxın qohumlarının erməni işğalı zamanı yaşadıqları mənzili tərk etmə-
diklərini və sağ-salamat orada qaldıqlarını qeyd ediblər. Maraqlı məqamlardan biri də 
ondan ibarətdir ki, Xocalının işğalı zamanı şəhəri tərk etmiş yüzlərlə sakindən heç biri 
ifadəsində qaçmağa çalışan əhali arasında Ağəli və Sürəyanın adını çəkməyib. Bu da öz 
növbəsində onların evlərində qalması faktını təsdiq edir və girov götürülməsi ehtimalı-
nı gücləndirir. Sonrakı taleləri barədə məlumatlar ermənilər tərəfindən gizlədilib. 
Əd.: “QSM-7” təsdiq edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar 
Dövlət Komissiyasının nəşri. Bakı, “Qismət”, 2010, s. 42-43


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə