Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 6.9 Mb.
Pdf просмотр
səhifə4/28
tarix11.06.2017
ölçüsü6.9 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

QARADAĞLI
Xocavənd rayonunda kənd. 20-yə yaxın erməni k-nin əhatə-
sində olan Qaradağlı Xankəndi yolunun üstündə yerləşir. Qara-
dağlıda Ermənistanın Azərbaycana təcavüzü dövründə ən fa-
ciəli hadisələrdən biri yaşanıb. Fevralın 13-17-də erməni silahlı 
dəstələrinin Qaradağlı k-dinə silahlı hücumu zamanı 118 nəfər 
(uşaq, qadın, qoca) əsir götürülüb, kəndin Bəylik bağı adlanan 
yerində 33 nəfər güllələnib, öldürülən və yaralı halda olanla-
dırılıb. Hazırda qəsəbə əhalisi ölkənin 35 şəhər və rayonunda 
məskunlaşıb. 
Əd.: 1. Azərbaycan Milli Ensiklopediyası (“Azərbaycan” cildi). “Azərbaycan Milli En-
siklopediyası” Elmi Mərkəz, Bakı, 2007, s. 849
2. Məhəmməd Şükürov. Xocalı: daş yaddaşım, qan yaddaşım. Bakı, “Təknur”, 2011, s. 67-70

43
Tuğ, Səlakətin (30.10.1991), Axullu (12.11.1991), Xocavənd 
(19.11.1991), Cəmilli (15.12.1991), Nəbilər (21.12.1991), Meşəli 
(23.12.1991), Həsənabad (25.12.1991), Kərkicahan (28.12.1991), 
Malıbəyli (12.02.1992), Qaradağlı (15-17.02.1992), Qaybalı, Aşağı 
Quşçular, Yuxarı Quşçular (21.02.1992). 
Əd.: Boran Əziz. Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. 
Bakı, Azərnəşr, 2014, s. 220
XOCALININ İŞĞALI ƏRƏFƏSİNDƏ AZƏRBAYCAN 
KƏNDLƏRİNİN ZƏBT OLUNMA XRONOLOGİYASI
rı bir yerdə təsərrüfat quyusuna tökərək basdırıblar. Əsirlərin 
bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni 
kəndlərində maşınlardan düşürülüb və hamının gözü qarşısın-
da güllələnib. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər 
əzab və işgəncələr verərək, amansızlıqla qətlə yetiriblər. Əsir-
likdəkilərə qarşı vəhşiliklə davranılıb, başları kəsilib, diri-diri 
basdırılıb, dişləri zorla çıxarılıb, ac-susuz saxlanılıb. Dörd nəfər 
müxtəlif dövrlərdə şəhid olub. Beş nəfərin taleyi bu günə qədər 
məlum deyil. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 
54 nəfərdən 18-i əsirlikdən qayıtdıqdan sonra ağır işgəncə və 
əzabların nəticəsi olaraq vəfat edib. Qaradağlı k-də 2 ailənin 
hər birindən 4 nəfər öldürülüb, 42 ailə öz başçısını itirib, 140-
a yaxın uşaq yetim qalıb. Ümumilikdə bu k-ddə 91 nəfər, yəni 
kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldü-
rülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfə-
ri məktəbli olub. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu 
gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Qeyri-bərabər 
döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub. Kəndin 800 
nəfərə yaxın sakini məcburi köçkün düşüb. İşğal nəticəsində 
Qaradağlıda 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta 
məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər 
sosial obyektlər dağıdılıb. 
Əd.: www.xocavend-ih.gov.az/page/59. html
M. Zülfüqarlı. Qaradağlı faciəsi. Bakı, “Qanun”. 2010 - s. 27

44
ERMƏNİ TERRORÇU-QULDUR BİRLƏŞMƏLƏRİ 
TƏRƏFİNDƏN DAĞLIQ QARABAĞ VƏ ƏTRAF 
RAYONLARDA TÖRƏDİLMİŞ TERROR ƏMƏLLƏRİ
7 oktyabr 1989 il tarixdə, naməlum şəxslər tərəfindən 
Xankəndi ş.-rinin cənub tərəfində, Xəlfəli çayının üzərindəki 
körpü partladılıb. 
1989 il noyabr ayının 13-dən 14-nə keçən gecə, təxminən 
saat 01:05-də Yevlax-Laçın magistral xəttinin Xankəndi (Stepa-
nakert) - Şuşa yaşayış məntəqələrinin 6-cı km-də, yolun dayaq 
divarı naməlum şəxslər tərəfindən partlayıcı qurğu vasitəsi ilə 
partladılıb. 
18 fevral 1990 il tarixdə Yevlax-Laçın magistral xəttinin 105-
ci km-də Şuşa - Bakı reysi ilə hərəkət edən “İkarus 250/59” 
markalı, 34-67 AQL dövlət nömrə nişanlı sərnişin avtobusunun 
üç metrliyində naməlum şəxslər tərəfindən törədilmiş partla-
yış nəticəsində avtobus texniki cəhətdən yararsız vəziyyətə dü-
şüb, avtobusun içərisində olan sərnişinlər isə bədən xəsarətlə-
ri alıblar. 
11 iyul 1990 il tarixdə Bərdə-İstisu avtomobil yolunun 93-cü 
km-də Xocavənd r.-nunun Hənəvan kəndi yaxınlığında İşxan-
yan Zaven Vartanoviç və İskəndəryan Borik Vazqenoviçin ya-
ratdığı, Ağdərə rayonu, Yuxan-Ortaq kənd sakini Ayriyan Arkadi 
Abramoviç və erməni millətindən olan başqa şəxslərin daxil 
olduqlan silahlı birləşmə tərəfindən Kəlbəcər rayonuna insan 
və yük aparan 16 avtomaşından ibarət avtomobil karvanına 
silahlı basqın nəticəsində 3 nəfər - 5436 saylı hərbi hissənin əs-
gəri Mezensev Sergey Viktoroviç, Kəlbəcər rayon sakinləri - po-
lis əməkdaşı Şükürov Şahlar Əvəz oğlu və İsmayılova Çimnaz 
Şamşir qızı qətlə yetirilib, 23 nəfər isə müxtəlif dərəcəli bədən 
xəsarətləri alıb. 
10 avqust 1990 il tarixdə Tiblisi-Ağdam avtobusunun part-
ladılması nəticəsində 17 nəfər həlak olub, 18 nəfər müxtəlif 
bədən xəsarətləri alıb. Həyata keçirilmiş əməliyyat-axtarış 
tədbirləri nəticəsində partlayışı törətmiş terrorçu qrupun üzv-
ləri həbs edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin 

45
27 may 1992 il tarixli qərarı ilə qrupun rəhbəri A. Avanesyan 
güllələnmə cəzasına məhkum olunub, digər bir üzvü - M. Tate-
vosyan isə 15 il azadlıqdan məhrum edilib. Məlum olub ki, 17 
iyul 1991 il tarixdə də cinayətkarlar eyni reys ilə hərəkət edən 
sərnişin avtobusunu partlatmaq cəhdi göstərib, lakin bu cəhd 
uğursuzluqla nəticələnib. 
15 sentyabr 1990 il tarixdə, naməlum şəxslər tərəfindən 
Xankəndi şəhərinin Lenin prospekti ilə Atarbekov küçəsinin 
kəsişməsində yerləşən DQMV-in teleradio yayımı üzrə komitə-
sinin binasında partlayış törədilib. 
19 yanvar 1991 il tarixdə Xankəndi şəhərinin sakinləri A. 
Baqmanyan, S. Baqmanyan və A. Antonyan DQMV Daxili İşlər 
İdarəsinin rəisi general-mayor Vladimir Vladimiroviç Kovalyo-
va qarşı sui-qəsd planlaşdırıblar. Ancaq təsadüf nəticəsində 
general-mayor V. Kovalyov zərər çəkməyib. Lakin o, 20 noyabr 
1991 il tarixdə Qarabağın Dağlıq hissəsindəki Qarakənd kəndi-
nin 5 kilometrliyində erməni terrorçu-quldur dəstələri tərəfin-
dən odlu silahlarla vurularaq partladılmış Mİ-8 MQV hərbi he-
likopterində həlak olmuş 22 nəfərdən biri olub. Sonradan - 8 
aprel 1991 il tarixdə Rostov-Don şəhərində SSRİ DIN DQ Şimali 
Qafqaz İdarəsinin rəis müavini, polkovnik V. Blaxotinin qətlini 
təşkil etdikləri üçün Rusiya Federasiyası Rostov Vilayəti Məh-
kəməsinin qərarına əsasən, terrorçular - A. Baqmanyan 15 il, S. 
Baqmanyan isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. 
14 mart 1991 il tarixdə, Cangiryan Yuriy Osipoviç cinayətkar 
silahlı dəstənin digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət 
əlaqəsinə girərək, Ağdam şəhərindən Əsgəran qəsəbəsinə 
gedən yolun yaxınlığında yerləşən qəbiristanlığın yanında-
kı üzüm sahəsində pusqu qurub Ağdam-Şuşa marşrutu ilə 
hərəkət edən PAZ-672 markalı, 73-58 AQA dövlət nömrə nişan-
lı avtobusa odlu silahlardan intensiv və məqsədyönlü atəşlər 
açaraq silahlı basqın edib, nəticədə həmin avtobusda olan 3 
azərbaycanlı sərnişin aldığı odlu silah yaralarından həlak olub, 
2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
18 aprel 1991 il tarixdə, Füzuli rayon mərkəzi xəstəxana-
sına məxsus olan sürücü Ağayev Əlvan Ərşad oğlunun idarə 

46
etdiyi UAZ-452 markalı 91-25 AQM nömrəli avtomaşınla Fü-
zuli rayonunun Yuxarı Divanalılar kəndindəki 1 saylı nəzarət 
postuna növbətçiliyə gedən DİŞ-in sahə müvəkkili Hümbətov 
Namiq Həsən oğlu, milis nəfəri İsmayılov Çingiz Ərşad oğlu, 
SSRİ DİN-in daxili qoşunlarının Füzuli rayonuna ezam olunmuş 
3673 saylı hərbi hissəsinin sıravi əsgərləri - İmayev Aynur Rə-
şidoviç və Şelnikov posta 2 km. qalmış, Xocavənd rayonu Şa-
umyan kolxozunun ərazisində “Amaras” erməni kilsəsinə 300 
metr qalmış avtomat silahlardan və qumbaraatandan intensiv 
atəşə tutulub, nəticədə N. Hümbətov, A. İmayev və Ə. Ağayev 
ölmüş, Ç. İsmayılov və Şelnikov isə yaralanıblar. 
28 yanvar 1992 il tarixdə Şuşa rayonu ərazisində Ağdam-Şu-
şa reysi ilə uçan “AZAL” Azərbaycan Hava Yolları Konserninin 
“AZAL- PANX” Zabrat aviaşirkətinə məxsus MI-8 markalı 24137 
nömrəli helikopter Xankəndi ərazisində erməni quldur dəstələ-
ri tərəfindən odlu silahlardan açılan atəşlə vurulub və Şuşa ra-
yonunun Qaybalı kəndinə gedən yerdə partlayıb. Nəticədə he-
likopterin 3 nəfərdən ibarət heyət üzvü, komandir - Seryoqin 
Viktor Vasilyeviç, pilot Axundov Səfa Fətulla oğlu, bortmexanik 
Mahmudov Ərəstun İsfəndiyar oğlu, 39 sərnişin - Abbasov Şa-
hin Əli oğlu, Abbasova Sədaqət Kamran qızı, Abbasova Səadət 
Şahin qızı, Qasımova Hafizə Vəli qızı, Allahverdiyeva Xuraman 
Eldar qızı, Zalov Əkrəm Xosrov oğlu, Zalova Bahar İsa qızı, Za-
lov Namiq Əkrəm oğlu, Quliyev Eldar Musa oğlu, Dünyamalı-
yev Mürşud Əmralı oğlu, Əliyeva Sara Asif qızı, Əzizov Fazil Xəz-
ri oğlu, Quliyev Zaur Kamal oğlu, İsmayılov Sərxan Dayandur 
oğlu, Ləzgiyev Şahin Hüseyn oğlu, Hüseynov Saleh Şahlar oğlu, 
Abbasov Pərviz Şəmsəddin oğlu, Vəliyev Rizvan Yusif oğlu, Qa-
rayev Asif Qarakişi oğlu, Qarayeva Raifə Asif qızı, Qarayev Saleh 
Asif oğlu, Qarayev Asif Qaraca oğlu, İsmayılov Telman Qəhrə-
man oğlu, Mehdiyev Fikrət Burza oğlu, İsmayılov Bəhram Mət-
ləb oğlu, Salahov Şakir Şaumyan oğlu, Cavadov Vaqif Əliş oğlu, 
Cabbarov Xıdır Sədrəddin oğlu, Zeynalova Nazilə İbrahim qızı, 
Zeynalova Ramilə İbrahim qızı, Həsənov Camal Əli oğlu, Sevin-
diyev Ərşad Qara oğlu, Cabbarova Roza Rəhbər qızı, Məmmə-
dov Niyazi Vəliyəddin oğlu, Məmmədov Zaur Qarabala oğlu, 

47
Ermənilərin Qarakənd 
səmasında vurduqları 
helikopterin qalıqları. 
Fotoqraf: Xalid Əsgərov. 
Mənbə: Azərbaycan Fotoqrafları 
Birliyi 
18
20. 11. 1991
Cabbarov Ələddin, Məmmədov Zakir, Mehman adlı və daha 
bir nəfər istintaqa məlum olmayan şəxs, cəmi 42 nəfər faciəli 
surətdə həlak olub. 
Əd.: Terror: hadisələr, faktlar, sübutlar. Bakı, “MBM”, Xətt Nəşriyyatı, 2016. 
XOCALININ ATƏŞƏ TUTULMA XRONOLOGİYASI 
18 sentyabr 1988 ildə Xankəndi şəhərində keçirilən mitinq-
dən ayrılan 5 min nəfərədək erməni azərbaycanlılar yaşayan 
Xocalı şəhərinə hücum edib. Atışma nəticəsində 1 nəfər azər-
baycanlı həlak olub, bir neçə nəfər isə yaralanıb. 
30 noyabr 1990 ildə Xocalı aeroportunun yaxınlığında ermə-
nilər tərəfindən sərnişin avtobusunun partladılması nəticəsin-
də 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. 
9 fevral 1991 ildə Əsgəran rayonunun Nürəgüh kəndindəki 
“Zvartnos” kooperativinin yaxınlığında 2 nəfər erməni yaraqlısı 
odlu silahdan atəş açaraq, Xocalı qəsəbəsinin sakini, 1930 il 
təv. N. Zamanovu ağır yaralayıblar. 
24 fevral 1991 ildə erməni terrorçuları tərəfindən Xankən-
di şəhəri yaxınlığında (Laçın-Yevlax avtomobil yolunun 101-ci 
km-də) Şuşadan Ağdama gedən “PAZ-3205” markalı 64-90 AQD 
dövlət nömrə nişanlı avtobusun altına partladıcı qurğu atılıb. 
Partlayış nəticəsində sürücü Z. Əliyev və 6 sərnişin, o cümlə-

48
19
Malıbəyli və Quşçular kəndi 
erməni silahlı birləşmələri 
tərəfindən işğal edilib
Mənbə: “Qarabağ” 
qəzeti. Fevral 1993
12.02.1992
dən Xocalı Milis Bölməsinin sahə inspektoru B. Baxşəliyev ağır 
yaralanıb. 
1-2 aprel 1991 ildə Daşbulaq kəndindən Xocalı şəhərinə si-
lahlı hücum zamanı ermənilər raketlərdən, qumbaraatanlar-
dan istifadə edərək xeyli evi dağıdıb və yandırıblar. 
2 aprel 1991 ildə Əsgəran rayonunun Xocalı qəsəbəsi ermə-
ni separatçıları tərəfindən reaktiv qurğulardan, avtomat silah-
lardan və qumbaraatanlardan atəşə tutulub, nəticədə 2 yaşa-
yış evi dağıdılıb, çoxlu sayda mal-qara tələf olub. 
12 aprel 1991 ildə erməni yaraqlıları tərəfindən Əsgəran ra-
yonunun “Katik” adlanan ərazisindən Xocalı qəsəbəsi müxtəlif 
növ silahlardan güclü atəşə tutulub, nəticədə yerli sakin İ. Əzi-
zovun evi dağılıb, bir neçə yaşayış binasına ciddi ziyan vurulub. 
6 iyun 1991 ildə milis əməkdaşlarını Xocalı hava limanına 
aparan avtomaşın erməni yaraqlıları tərəfindən avtomat silah-
lardan atəşə tutulub, nəticədə hava limanının binasına və av-
tomaşına ziyan dəyib. 
28 avqust 1991 ildə Xocalı şəhəri erməni silahlı birləşmələri 
tərəfındən raket, pulemyot və avtomat silahlardan atəşə tutu-
lub, nəticədə şəhərin baş qaz kəməri partlayıb, 20 ev dağılıb. 
10 sentyabr 1991 ildə erməni silahlı birləşmələri tərəfindən 
Xocalı şəhəri qumbaraatan və avtomat silahlardan, həmçinin 
“Alazan” tipli raketlərlə atəşə tutulub, nəticədə şəhər sakinləri 
1965 il təv. Z. Muradov, 1974 il təv. M. Muradov həlak olub, 1939 
il təv. A. Abışova, 1984 il təv. E. Cəfərov, 1932 il təv. X. Məmmə-

49
20
Qaradağlı faciəsi. 
Mənbə: “Qarabağ” 
qəzeti. Fevral 1993
17. 02. 1992
dov, 1968 il təv. M. Mahmudov, 1962 il təv. Q. Məmmədov ağır 
yaralanıb, 10 yaşayış evi dağılıb. 
24 sentyabr 1991 ildə Xocalı şəhəri Əsgəran istiqamətindən 
müxtəlif növ silahlardan atəşə tutulub, nəticədə 7 ev dağılıb, 
magistral qaz kəmərinə və bir “UAZ” markalı 98-02 AQF dövlət 
nömrə nişanlı avtomaşına ciddi ziyan vurulub. 
8 oktyabr 1991 ildə erməni yaraqlıları tərəfindən Əsgəran is-
tiqamətindən Xocalı şəhərinin yaxınlığında yerləşən milis pos-
tu atəşə tutulub, nəticədə Xocalı milis şöbəsinin milis nəfəri V. 
B. Behbudov həlak olub. 
29 oktyabr 1991 ildə Xocalıdan Yevlaxa uçan “AN-2” təyyarə-
si ermənilər tərəfindən vurulub, bütün heyət həlak olub. Ermə-
nilər təyyarəni və meyitləri yandırıblar. 
12 noyabr 1991 ildə erməni yaraqlıları Noraguh kəndi yaxın-
lığında Xocalıdan Ağdama gedən “UAZ” markalı avtomaşın av-
tom at silahlardan atəşə tutulub, sürücü T. Məhərrəmov və X. 
Məmmədov yaralanıblar. 
15 dekabr 1991 ildə erməni yaraqlıları tərəfindən Xocalı 
şəhəri və hava limanı müxtəlif silahlardan atəşə tutulub, nəti-
cədə xətt milis şöbəsinin əməkdaşı, milis sıravisi, 1962 il təv. E. 
Əhmədov həlak olub, Xocalı milis bölməsinin işçisi, milis ley-
tenantı, 1961 il təv. M. Şükürov və Milli Ordunun əsgəri, 1958 il 
təv. F. ƏIiyev ağır yaralanıblar. 
12 yanvar 1992 ildə Xocalı şəhəri erməni silahlı birləşmələri 
tərəfindən şiddətli top atəşinə tutulub, nəticədə bir neçə ev 

50
dağılıb, həlak olanlar və yaralananlar olub. 
23 fevral 1992 ildə erməni yaraqlıları tərəfindən Xocalı şəhə-
ri “Alazan” tipli raketlərlə atəşə tutulub, nəticədə Milli Ordunun 
əsgəri, 1971 il təv. İ. Musayev həlak olub, 8 nəfər yaralanıb. 
Əd.: Dağlıq Qarabağ: hadisələrin xronikası. Bakı-“Vətən” - 2005
Elçin Əhmədov. Ermənistanın Azərbaycan təcavüzü: təhlili xronika (1987-
2011). Bakı, “Letterpress”, 2012 – s. 73, 81 

51
XOCALI RAYONU
(1930-78 illərdə Stepanakert r-nu, 1978-91 illərdə Əsgəran 
r-nu) – Azərbaycan Respublikasında inzibati r-n. 1991 ildə ya-
radılıb. Kiçik Qafqazda, Qarabağ silsiləsinin şm. -ş. yamacında-
dır. Sahəsi 936 km2, əhalisi 25 min nəfərdir (1. 1. 2006). Mərkəzi 
Xocalı ş. -dir. 
R-na Xocalı ş. , Əsgəran qəs. -si, Xocalı, Cəmilli, Meşəli, Dağ-
yurd, Seyidbəyli, Ballıca, Xanyurdu, Mehdibəyli, Harov, Dağda-
ğan, Daşbulaq, Qayabaşı, Badara, Xanyeri, Suncinka, Qarabu-
laq, Dəmirçilər, Mədədkənd, Quşçubaba, Qızıloba, Haçmaç, 
Aşağı Yemişcan, Kosalar, Başkənd, Cavadlar, Yalobakənd, 
Canhəsən, Naxçıvanlı, Pircamal, Aranzəmin, Ağbulaq, Dəhrəz, 
Təzəbinə, Sərdarkənd, Qışlaq, Şəlvə, Xanabad, Ağgədik, Aşa-
ğı Qılıçbağ, Almalı, Qarakötük, Pirlər, Farux, Daşbaşı, Çanaqçı, 
Sığnaq, Şuşikənd, Muxtar, Daşkənd kəndləri daxildir. 
Ərazisinin səthi dağlıq, mərkəzi hissədə isə düzənlikdir 
(Xankəndi çökəkliyi). Ən yüksək nöqtələri Qızqala (2843 m), 
Qırxqız (2827 m) d-rıdır. Ərazidə Yura, Təbaşir, dağarası çökək-
liklərdə və dağətəyi düzənliklərdə Antropogen çöküntüləri yayı-
lıb. Faydalı qazıntıları: gil, qum, çınqıl, gillicə, mərmər və s. Yük-
sək əraziləri istisna olmaqla iqlimi mülayim istidir. Dağ-meşə, 
dağ-çəmən torpaqları yayılmışdır. Qarqar, Badara çayları r-n 
ərazisindən keçir. Meşələri vələs, palıd, fıstıq, cökə, ağcaqayın, 
göyrüş, qarağac və s. ilə zəngindir. Yüksək dağlıq sahələrdə su-
balp və alp çəmənlikləri yayılıb. Heyvanları: ayı, qaban, vaşaq, 
canavar, meşə pişiyi, tülkü, dovşan, cüyür, dağkeçisi və s. Quş-
ları: kəklik, turac, qırqovul, göyərçin, qartal, quzğun və s. 
Xocalı əsasən, kənd təsərrüfatı r-nudur. Heyvandarlıq, 
üzümçülük, taxılçılıq, tərəvəzçilik, meyvəçilik inkişaf edib. 
R-nda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yaradıcılıq 
mərkəzi, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 20 klub, 
29 kitabxana, mərkəzi r-n xəstəxanası, 13 tibb məntəqəsi var. 
Xocalı r-nu ərazisində 18 əsrə aid “Əsgəran qalası”, qədim 
memarlıq abidələri, Son Tunc və İlk Dəmir dövrünə aid nekro-
pol, kurqan çölü, e. ə. 13-7 əsrlərə aid ilk mədəniyyət abidələri 
(Xocalı-Gədəbəy mədəniyyəti nümunələri) var. 

52
Mənbə: AZƏRTAC
21
1992
Əd.: Azərbaycan Milli Ensiklopediyası (“Azərbaycan” cildi), “Azərbaycan Milli 
Ensiklopediyası” Elmi Mərkəzi, Bakı, 2007. s. 859-860
XOCALI ŞƏHƏRİ
Azərbaycan Respublikasında şəhər, Xocalı r-nunun inzibati 
mərkəzi. 1990 ilin aprelində rayon tabeli (Əsgəran rayonunun 
tərkibində) şəhər statusu alıb. 1991 ilin noyabrın 26-dan Xocalı 
r-nunun mərkəzidir. Yuxarı Qarabağın dağlıq hissəsində, Şuşa 
ş-indən 18 km, Xankəndindən 12 km şm. -s. -də, Qarqar, Xocalı 
və İlis çaylarının qovşağında, Ağdam-Şuşa yolunun üstündə, 
Xankəndi və Əsgəran arasındakı geniş bir ərazidə, hər tərəfdən 
Xocalı – Ağdam 
yolunda qətlə yetirilmiş 
azərbaycanlılar 

53
dairəvi əhatə olunmuş Qarabağ dağ silsiləsində yerləşir. İşğa-
la qədər əhalisi 7000 nəfərdən çox idi. Dağlıq Qarabağ Muxtar 
Vilayətində Şuşadan sonra azərbaycanlılar yaşayan ən böyük 
yaşayış məskəni idi. 1992 il fevralın 26-da Ermənistan qoşun-
ları keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının köməyi 
ilə Xocalı ş-ni yerlə-yeksan etdilər. Rəsmi məlumata görə, 613 
nəfər, qeyri-rəsmi məlumatlara görə 800 nəfərdən artıq Xocalı 
sakini məhv edildi, 1275-dən artıq dinc sakin girov götürüldü. 
Faciə zamanı yüzlərlə dinc sakin müxtəlif dərəcəli yara aldı, 
106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 
Əd.: Məhəmməd Şükürov. Xocalı: Daş yaddaşım, qan yaddaşım. Bakı, 2011 – s. 
19, 29, 51 

54
XOCALI SOYQIRIMI 
erməni silahlı birləşmələrinin Sovet İttifaqının 366-cı ala-
yının köməyi ilə Azərbaycanın Xocalı şəhərində törətdiyi vəh-
şilik aktı. 1992 il fevralın 25-dən 26-na keçən gecə erməni 
silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhə-
rində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası 
və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. 
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplar-
dan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa baş-
ladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı 
səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir 
vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 
2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış 
Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk et-
məyə məcbur oldu. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə 
yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hər-
Xocalı – Ağdam 
yolunda qətlə yetirilmiş 
azərbaycanlılar 
Mənbə: AZƏRTAC
1992

55
bçiləri dinc əhaliyə divan tutdular. 
Bu qırğının nəticəsində 613 nəfər həlak oldu, onlardan:
uşaqlar - 63 nəfər; 
qadınlar - 106 nəfər; 
qocalar - 70 nəfər. 
8 ailə tamamilə məhv edildi. 
25 uşaq hər iki valideynini itirdi. 
130 uşaq valideynlərindən birini itirdi
487 nəfər yaralandı, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürüldü. 
150 nəfər itkin düşdü. 
Dövlətin və əhalinin əmlakına külli miqdarda ziyan vurul-
du. 
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərli-
yinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan 
“Xocalıdakı 
vəhşiliklərə dünya 
ictimaiyyətinin 
gözündə heç nə ilə 
haqq qazandırmaq 
olmaz”. 
R. Patrik, İngiltərənin 
“Fant men nyus” 
teleşirkətinin jurnalisti 
(hadisə yerində olub)

56
Xocalı sakinləri 
erməni əsirliyində
Fotoqraf: Viktoriya İvleva
Mənbə: www.novayagazeta. ru
22
1992
SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin 
Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi 
əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir. 
Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhə-
rin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı 
Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində 
və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerlə-
şir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır. 
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi 
adibələr indiyə qədər qalmaqdadır. Əhali əsasən üzümçülük, 
heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olurdu. Şəhərdə 
toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb 
var idi. 
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq 
Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü 
ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş 
azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar. 

57
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı 
dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edil-
məsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun bo-
şaldılması, azərbaycanlıların nəzarətində olan hava limanı-
nın ələ keçirilməsi idi. 
“Xocalı platsdarmının məhv edilməsi” sözlərinə diqqət ye-
tirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş 
qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların 
məhv edilməsinin səbəbini aydın göstərir. 
Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 
30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitə-
si helikopter qalmışdı. Xocalıya sonuncu helikopter 1992-ci il 
yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki he-
likopterin vurulması və nəticədə 40 nəfərin həlakından sonra 
isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik ve-
rilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilə-
rin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin 
müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümü-

58
dafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil 
olunmuşdu. 
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silah-
lı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, 
ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə 
məruz qalırdı. 
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı ala-
yın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanıl-
mışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli ze-
nit toplarından 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç 
istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamə-
tində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdu ki, 
bu, məkrli hiylə imiş. Naxçıvanlı kəndi yaxınlığında əhalinin 
qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar gül-
ləborana tutulublar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, 
taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçı-
vanlı düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəd-
darlıqla məhv edildi. 
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər 
naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri gün-
lərinə təsadüf edib. O, fevralın 25-də Azərbaycanın hakimiy-
yət rəhbərləri ilə görüşüb və fevralın 27-də Qarabağa, sonra 
isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar ola-
raq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgün-
lük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar 
və vədlərinə xilaf çıxdılar. 
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və 
Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və 
münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə 
Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Ye-
revana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də ermə-
ni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular 
kəndləri qarət edilib və yandırılıb, təkcə Malıbəylidə 50 nəfər 
öldürülüb, yaralanıb və əsir götürülüb. 
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin 
köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə 
 “Xocalının 10.000 
əhalisindən 
təxminən 1000 nəfəri 
erməni ordusunun 
çərşənbə axşamı 
həyata keçirdiyi 
hücum zamanı qətlə 
yetirilib. Azərbaycan 
televiziyası Xocalı 
ərazisindən 
cənazələrin yük 
maşınları ilə 
evakuasiyasını 
göstərib”. 
Vaşinqton Post, 
2 mart 1992

59
“... Azərbaycanın 
ermənilərin üstünlük 
təşkil etdiyi Dağlıq 
Qarabağ bölgəsində 
erməni hərbçilərinin 
mülkü vətəndaşlara 
qarşı törətdiyi 
soyqırım haqqında 
bu gün yeni bir 
sübut əldə olunub. 
Helikopterlə bölgəyə 
gedən Azərbaycan 
jurnalistləri və 
rəsmiləri qayıdan 
zaman özləri ilə 
üç uşaq meyiti 
gətiriblər. Onların 
başlarının arxa 
hissəsi tamamilə 
dağıdılmışdı. Onlar 
dedi ki, ermənilərin 
atəş açması onlara 
meyitləri yığmağa 
imkan vermədi”. 
Nyu-York Tayms, 
3 mart 1992-ci il
mümkün olmadı. Bu zaman isə ermənilər helikopterlərlə, ağ 
geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axta-
rışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz 
qoyurdular. 
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 
helikopterlə azərbaycanlıların həlak olduqları yerə çata bil-
dilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik 
cəsədlərlə dolu idi. İkinci helikopterin havadan mühafizəsinə 
baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti 
götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalist-
lərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət mü-
şahidə olunub. Meyitlərin skalplarının götürülməsi, qulaqla-
rının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, 
ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır tex-
nika ilə əzilmələr, yandırılma halları aşkar edilib. 
Əd.: www.president.az/azerbaijan/memories 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə