Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası


Boran Əziz: “Ümumiyyətlə, işlənilməyən



Yüklə 6.9 Mb.
Pdf просмотр
səhifə22/28
tarix11.06.2017
ölçüsü6.9 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

Boran Əziz: “Ümumiyyətlə, işlənilməyən 
mövzulardan biri də Xocavənddir. ”
Boran müəllim, 90-cı illərin əvvəllərində 
Sovet İttifaqı süqut etdi. Və ən azı 2 illüziya 
da həmin o illərdə aradan qalxdı. Bu illüzi-
yalardan biri 1990-cı ilin 20 Yanvarında ara-
dan qalxdı. Çünki, belə bir təsəvvür var idi ki, 
sovet əsgəri sovet vətəndaşına atəş açmaz. 
İkinci illüziyanın aradan qalxması isə Xoca-
lı soyqırımının baş verdiyi o məşum gecəyə 
təsadüf edir. Çünki, yaddaşımızın bir az qısa 
olması üzündən biz erməniləri uşağa, qadına, 
köməksiz insanlara atəş aça biləcək, onları 
vəhşicəsinə qətlə yetirə biləcək bir toplum 
saymırdıq. Amma, Xocalı soyqırımı bu illüzi-
yanı da bizim əlimizdən aldı. 
– Təşəkkür edirəm. Çox maraqlı yanaşma-
dır. Əvvəla deyim ki, doğru olaraq Siz də soy-
lədiniz ki, Xocalı soyqırımı birdən-birə, təsadüfi, 
bir qrup özünübilməz insanın impulsiv hərəkə-
tinin nəticəsi deyil. Xocalı soyqırımı əvvəlcədən 
ciddi şəkildə düşünülmüş, işlənib hazırlanmış 
böyük bir planın tərkib hissəsidir. Bu plan tək-
cə o soyqırım ərəfəsində də işlənib hazırlanma-
mışdı. Çox maraqlıdır ki, Xocalı soyqırımında 
iştirak edən 366-cı motoatıcı alay hələ 1985-ci 
ildə Gəncədən Xankəndinə köçürülüb yerləşdi-
rilmişdi. Axı niyə? 1985-ci ildə hələ heç bir ha-
disə yox idi. Hələ üfüqdə heç nə görünmürdü. 
Demək gələcəkdə onlar SSRİ-nin cənub sər-
hədlərində hansısa proseslərin gedəcəyindən 
artıq məlumatlı idilər. Digər bir məsələ 80-ci il-
lərin sonlarından SSRİ-nin dağılması və ayrı-ay-
rı respublikaların öz müstəqillikləri uğrunda 
apardıqları mübarizə ilə bağlıdır. SSRİ bir tərəf-
dən buna olduqca qısqanc yanaşırdı, amma 
çox qəribədir ki, nə qədər paradoksal görünsə 
də özü də bir tərəfdən bu məsələlərə rəvac 
verirdi. Bütövlükdə, Xocalı soyqırımı bizim 
Qarabağ faciəsinin bir parçasıdır. Daha geniş 
götürsək, bu SSRİ-nin müsəlman və Türk dün-
yasına, Şərq xalqlarına qarşı yeritdiyi siyasətin 
bir parçasıdır. O dövrki Rusiyanın isteblişmenti, 
siyasi və hərbi rəhbərliyi bir tərəfdən artıq SS-
Rİ-nin parçalanmağa doğru getdiyini, bu res-
publikaların müstəqilliyinin qarşısının alınmaz 
olduğunu görüb, millətləri bir-birinin üzərinə 
saldırmaq siyasəti ilə buradakı prosesləri nə-
zarət altına almağa çalışırdı. Çox maraqlıdır 
ki, digər tərəfdən həm də Sovetlər Birliyini da-
ğıtmaq istəyən qüvvələr bu məsələdə maraqlı 
idi. Əslində biz bəzilərinin söylədiyi kimi ermə-
nilərlə qarşılaşmamışıq. Biz iki böyük qüvvənin, 
onların xüsusi institutlarının işləyib hazırladığı 
planın qurbanı olmuşuq. 
– Yəni SSRİ-ni dağıtmaq istəyən və SSRİ-ni 
qorumaq istəyən qüvvələr. 
– Tamamilə doğrudur. Apardığımız araşdır-
malarda gəldiyimiz qənaət birmənalı şəkildə 
bundan ibarətdir. 
– Son nəticədə SSRİ-ni dağıtmaq istəyən 
qüvvələr qələbə çaldı. 
– SSRİ-ni dağıtmaq istəyən qüvvələr qələ-
bə çaldı. Amma bu gün ermənilərin törətdiyi 
vəhşiliyi çox qəribədir ki, onlar görmək istəmir-
lər. Biz nə qədər çalışsaq da, əsərlər yazmağa 
cəhd göstərsək də. Əslində çox gözəl bilirlər, 
sadəcə olaraq görməzlikdən gəlirlər. Çünki, 
ermənilərin onlara qarşı xidmətləri var. Ermə-
nilər o xidmətin haqqını istəyir. Yəni biz SSRİ-ni 
dağıtdıq, onun haqqını verin. Amma, ermənilər 
eyni zamanda Rusiyanın forpostu funksiya-
Boran Əziz, 
tarix üzrə fəlsəfə doktoru 

268
sında da çıxış edirlər. Yəni bu ikili funksiyanı 
onlar məharətlə daşıyırlar. Həm də onların 
tarixən Qafqazda guya Avropa üçün təhlükə 
törədə biləcək İslamın qarşısında duran ya-
zıq, fağır, məzlum bir millət obrazı da var. Ona 
görə də biz necə bir ciddi qüvvələrlə qarşı-
laşdığımızı ilk növbədə dərk etməliyik. Yəni 
sadəcə dəyənəklə, əlimizdə qəzet yelləməklə 
düşməni buradan çıxarmaq və ya ona lazımı 
cavab vermək mümkün deyil. Bütün bunların 
hamısının mərkəzində birmənalı şəkildə Azər-
baycanın müstəqilliyinə mane olmaq istəyi 
dayanır. Azərbaycan nə qədər müstəqilliyə 
can atırsa, onu müxtəlif yollarla bu yoldan 
çəkindirmək və yenidən əvvəlki o tabe statu-
suna qaytarmaq, canişinlik ərazisinə və yaxud 
vilayətinə çevirmək cəhdi var. 
– Boran müəllim, bir sualim var. Mixa-
il Qorbaçov Sizin dediyiniz o iki düşərgənin 
hansında yer alırdı? Belə təsəvvürlər var ki, 
Qorbaçov Qərbin casusu kimi Sovet İttifaqını 
dağıtmağa rəvac verəcək addımlar atırdı. 
– Əlbəttə bunu demək üçün əlimizdə fakt 
təbii ki, yoxdur. Amma məntiq var. Biz onun 
tətbiq etdiyi siyasəti ardıcıl olaraq düzüb, on-
lara nəzər salsaq, onların arasında ciddi bir 
bağlılıq olduğunu görərik. Əvvəla, Qorbaço-
vun Qazaxıstanda həyata keçirdiyi siyasətdən, 
Dinmuhəmməd Əhmədoviç Kunayevi üz-gö-
zündən əyyaşlıq yağan Kolbin adlı şəxslə əvəz 
edəndən sonra orada məlum hadisələr baş 
verdi. Sonra isə Gürcüstanda, Moldovada, Uk-
raynada, 1989-cu ildə Baltikyanında və digər 
yerlərdə ardıcıl olaraq bu işlər həyata keçirildi. 
Ardınca Dağıstanda, eyni zamanda Azərbay-
canda. Demək, burada hansısa məqsədyönlü 
siyasətdən söhbət gedə bilərdi. Bu təsadüfi 
məsələ deyildi. Ona görə də SSRİ-nin rəhbərliyi 
o məqsədlərini həyata keçirəndə Qafqazdakı 
məsələni daha da alovlandırdı. Balkanlardakı 
hadisələri götürək. Əslində SSRİ-ni dağıtmaq 
üçün ilkin olaraq həmin məsələlər orada tət-
biq olunmağa başladı. Həmin siyasət SSRİ-yə 
tətbiq olunanda Balkanlarda buraxılan səhv-
lər burada aradan qaldırılırdı və nəhayət öz 
istəklərinə nail oldular. Belə bir dalğada Azər-
baycanda da milli-azadlıq hərəkatı başlamış-
dı və müstəqillik uğrunda mübarizə gedirdi. 
Bu xalqı elə cəzalandırmaq lazım idi ki, onlar 
müstəqillikdən ümumiyyətlə söhbət aparma-
sınlar. Ona görə əvvəlcə kiçik Xocalını, 1990-cı 
ilin Yanvarında Bakıda, ondan sonra Dağlıq 
Qarabağdakı Meşəlidə, Qaradağlı kəndlərində 
törətdilər. 
– Xocalıya 10 gün qalmış bu faciə Qara-
dağlıda oldu. 
– Tamamilə doğrudur. Bu qırğınlardan 
sonra əhalinin yenə müstəqillik fikrindən da-
şınmadığını gördükdə daha geniş miqyasda 
həyata keçirdilər ki, xalqı ümumiyyətlə dərin 
bir şoka salsınlar. Bizi əlbəttə bü gün bir şey 
düşündürür ki, Xocalı soyqırımı baş verməyə 
bilərdimi? Birmənalı şəkildə deyə bilərik ki, 
bəli. Amma, bunun üçün bu xalq öz müstəqil-
lik ideyasından əl çəkməli idi. Yenidən, əvvəlki 
kimi bizim şimal qonşumuzun bir əyaləti ol-
mağa razılığını bildirməli idi. Ona isə həmin 
dövrdə bu xalqın öndə gedən siyasi xadimləri 
cəsarət edə bilməzdi. Çünki xalq da bunu istə-
mirdi. 
– Boran müəllim, 1992-ci ilin fevralın 
25-dən 26-na keçən gecə baş vermiş Xocalı 
soyqırımı növbəti mərhələdə bizim rayonla-
rın itirilməsində hansı rolu oynadı? Xocalının 
yaratdığı xofu nəzərdə tuturuq. 
– Doğrudan da onun təsiri vardı. Əvvəla, 
Xankəndi, 1989-cu il
Fotoqraf: Fərid Xayrulin, Mənbə:www.khayrulin.az 

269
onu deyim ki, mən də həmin hadisələr vaxtı 
Bakı Dövlət Universitetinin hüquqşünası To-
fiq müəllimlə birlikdə Xocalı ilə sərhəd bölgə-
sində idim. Azərbaycanın MDB-yə girmədiyini 
gördükdə SSRİ rəhbərliyi xalqa qarşı daha 
böyük cəzalandırma taktikasını seçdi. Qa-
raqaya deyilən ərazidə rus ordusuna məxsus 
olan tanklar dayanmışdı və hər saat Xocalıya 
getmək əmrini gözləyirdilər, start vəziyyətində 
idilər. Demək olar ki, biz də onların yanından 
əl çəkmirdik. Gecə-gündüz keşik çəkirdik ki, 
hücum etsələr, biz də orada olaq. Ona görə, 
əlbəttə, o əhalinin içərisində xof yaranmasın-
da təbii ki, Xocalı soyqırımının birbaşa təsiri 
vardı. Amma mən dinc əhalinin günahlandı-
rılmasının tərədafdarı deyiləm. Çünki, döyüş 
dinc əhali ilə təpədən dırnağa kimi silahlan-
mış rus ordusu və onların tərkibində vuruşan 
ermənilərlə gedirdi. Bunun nə qədər çətin ol-
duğunu mən Ukrayna ilə müqayisə edərdim. 
Burada söhbət dinc əhalinin qorxub-qorx-
mamasından getmir. Söhbət əlisilahlı, tankla 
gələn ordunun qabağına necə çıxmaqdan 
getməlidir. Ona görə də, əlbəttə həmin dövrdə 
əhali həqiqətən Xocalı faciəsinin dəhşətindən 
tam ayılmamışdı. Xüsusilə mən Xocalıda həlak 
olanların Ağdama gətirilməsinin, məsciddə 
yuyulmasının şahidi oldum. O insanda çox 
ağır iz buraxır. Uzun müddət adam insan oldu-
ğuna da nifrət edirdi. Belə aciz olduğuna görə 
özünü qınayırdı ki, yaşamağa dəyərmi? Amma 
sonra anladıq ki, bəli, dəyər yaşamağa. Çünki, 
düşmənin də məqsədi elə bizi sındırmaq idi. 
Ona görə tədricən əlbəttə o şokdan ayılmaq 
və özünə gəlmək üçün zamana ehtiyac var. 
– Boran müəllim, biz bir məsələyə də 
toxunaq. Bilavasitə elə Sizin “Xocalı soyqı-
rımı: səbəblər, həyata keçirilmə üsulları və 
nəticələri” kitabı və ola bilsin hansısa para-
metrlərinə görə bu kitabla müqayisə oluna 
biləcək tədqiqat işlərinə. Siz bir peşəkar 
tədqiqatçı, tarixçi alim kimi 25 il bundan 
əvvəl törədilmiş Xocalı faciəsini və onun 
fəsadlarının bizim tarix, bizim siyasi elmlər 
tərəfindən öyrənilməsini necə dəyərləndi-
rirsiniz?
– Mənim birmənalı fikrim bundan ibarətdir 
ki, bu daxili, siyasi çəkişmə alətinə qətiyyən 
çevrilməməlidr. Çünki, açığı onda gərək bizi 
dəhşətli şəkildə qıranla yox, daxildə bir-biri-
mizlə mübarizə aparaq. Düşmənin məqsəd-
lərindən biri də budur. Ona görə bu məsələni 
qoyuruq bir tərəfə. Mənim düşüncəmə görə, 
Xocalıdakı insanlar Azərbaycanın müstəqilliyi 
uğrunda mübarizədə qurban gedən şəxslər-
dir. Ona görə də bizim onlara minnətdarlıq 
borcumuz var. Xocalı soyqırımını da qanla 
yazılmış bir qəhrəmanlıq tarixi kimi görürəm. 
Mən hər il Xocalı soyqırımı günündə üz cırma-
ğın, ağlamağın da qətiyyən tərəfdarı deyiləm. 
Hesab edirəm ki, bu əlbəttə kədərli hadisədir. 
Ona görə də mən hesab edirəm ki, istər Xocalı 
soyqırımı, istərsə də bundan əvvəl qeyd etdi-
yim Meşəli, Qaradağlı kimi hələ tam işıqlandı-
rılmayan soyqırımlar daha geniş tədqiq olun-
malıdır. Birinci növbədə öz əhalimizə, ikinci 
növbədə xaricə çatdırılmalıdır. Amma, bunun 
üçün biz yalnız və yalnız faktlara əsaslanma-
lıyıq. Həm də bir məsələni mənim zənnimcə, 
xüsusilə qabarıq göstərməliyik. O da ondan 
ibarətdir ki, hər il fikir verirsinizsə, haqlı olaraq 
bəşəriyyət alman faşizmi üzərindəki qələbə-
ni qeyd edir. Amma, təəssüf ki, onlar bir şeyi 
unudurlar. Erməni faşizmi alman faşizmindən 
bəşəriyyət üçün əslində daha təhlükəlidir. 
Çünki, alman faşizmi işğal etdiyi ərazilərdə 
demək olar ki, maddi mədəniyyət nümunələ-
rini məqsədyönlü şəkildə dağıtmırdı və yaxud 
da dinc əhali almanların işğal etdiyi ərazilərdə 
qalıb yaşayırdı. 
Amma ermənilər haqqında bunu demək 
mümkün deyil. Onlar əvvəla “yandırılmış tor-
paq” taktikasını həyata keçirirdilər. Onu da 
vaxtilə Əfqanıstanda sovet qoşunları sınaq-
dan çıxarıb. 
Ermənilər bütövlükdə bəşəriyyət tarixini 
öyrənmək üçün, insanların yaranması, əmək 
alətləri kəşf etməsi və Yaxın Orta Şərq ölkələri 
ilə ictimai-iqtisadi əlaqələrini öyrənən mad-
di mədəniyyət nümunələrini məhv ediblər. 
İkinci bir aspekt. Ermənilər həmişə güclünün 
yanında vaxtında olmaq məsələsini çox gözəl 
duyurlar və dərhal həyata keçirirlər. Tarixən, 
biz bunu Sasanilərin dövründə də, ərəblərin 
dövründə də görürük. Məsələn, ərəblərin döv-
ründə 704-cü ildə erməni katolikosu İliyanın 
xəlifə Əbd ül Malikə məktubu var. Çox məşhur 
məktubdur. Bunlar bizim tədqiqatçıların da 

270
əsərlərində verilib. O məktubda İliya Xəlifəni 
köməyə çağırır ki, Alban katolikosu kilsələrdə 
dualarında sənin adını çəkmir, Bizans impe-
ratorunun adını çəkir. Sən qoşun göndər ki, 
onları cəzalandıraq və o da 705-ci ildə qoşun 
göndərərək bunları məhv edir və buraların 
bütün idarəçiliyini ermənilərə tapşırır. Amma 
sonralar Xilafət zəifləyəndə ona arxadan bi-
rinci zərbə vuran da ermənilər oldu. Səlcuqlar 
gələndə onun yanında dərhal növbə tutan 
ermənilər idi, monqollar gələndə səlcuqlara 
arxa çevirən, monqollara səlcuqların zəif yer-
lərini göstərən də məhz ermənilər oldu. Səfə-
vilər və digərlərinin vaxtında onlar öz xislətlə-
rindən əl çəkməmişdilər. Bu gün ermənilərə 
kömək edən beynəlxalq güclər unutmasınlar 
ki, imperiyaların yaranması, inkişafı və süqutu 
tarixi qanunauyğunluqdur. Hansı imperiya in-
diyə kimi əbədi yaşayıb? Onlar da zəifləyəndə 
əmin olsunlar ki, bu gün arxasında durduqları 
həmin ermənilər onlara da xəyanət edəcək və 
o dövlətlərin dağılmasında, onların əhalisinin 
cəzalandırılmasında əsas rol oynayacaqlar. 
Biz onların diqqətinə bax buna çatdırmalıyıq. 
Dağlıq Qarabağa gələn ermənilər guya sayca 
çox olduqlarını əsas gətirərək özlərinə ərazi 
tələb edirlərsə, Kaliforniyada, Marseldə, Ku-
banda və ya Rostovda yaşayan ermənilərin 
də belə iddiaya düşəcəyi gün uzaqda deyil. 
Mənə elə gəlir ki, biz tədqiqatlarımızda da bu 
istiqaməti qabartmalıyıq. Onları başa salmalı-
yıq ki, biz əslində həm də bəşəriyyət üçün çalı-
şırıq. Artıq bizim başımıza gələnlər gəlibdir, biz 
həm də onları ayıltmalıyıq ki, mədəni dünya, 
dünya düzəninə istiqamət vermək iddiasında 
olan qüvvələr özlərinin də gələcəkdə hansı 
böyük təhlükə ilə üzləşəcəyini indidən dərk 
etsinlər. 
– Azərbaycan elmi, Xocalı soyqırımının 
çatdırılmasını yox, öyrənilməsi missiyasının 
öhdəsindən gələ bilibmi bu 25 ildə?
– Mən əvvəla deyim ki, Bakı Dövlət Uni-
versitetində diplom işi, magistr işi kimi bu 
mövzunu tələbələrə işlətmişəm. Hər il tələ-
bələrə biz 10 sərbəst mövzu veririk. Hökmən 
hər il Xocalı və digər soyqırımlar öyrənilmək 
üçün tələbələrə verilən mövzular siyahısında 
olur. Əlbəttə Xocalı soyqırımı ilə bağlı elmi 
tədqiqatlar, tarixi təhlil aparılmayıb desək, 
yanılarıq. Hesab edirəm ki, bu ilkin başlanğıc 
səviyyəsindədir. 
– Yəni gecikmirik ki? 25 il keçib, biz hələ 
başlanğıc səviyyəsindəyik. 
– Əlbəttə, gecikirik. 
– Biz Xocalını əcnəbi tədqiqatçıların ma-
raq dairəsinə salmaq üçün nə edə bilərik?
– Çox düzgün yanaşmadır. Tam səmimi 
deyirəm. Əvvəla sözün açığı bilmirəm ayrıca 
bir Soyqırım mərkəzi var, yoxsa yox. 
– Siz Xocalını öyrənən bir mərkəzi nəzərdə 
tutursunuz?
– Ümumiyyətlə, soyqırımları öyrənən bir 
mərkəz. Onun bir bölməsi də təbii ki, ayrıca 
Xocalı soyqırımını öyrənən bir mərkəz olmalı-
dır. Bu mərkəzin də məqsədyönlü işlərindən 
biri Siz deyən kimi soyqırımın tədqiqinə xarici 
tədqiqatçıları cəlb etməkdən ibarət olmalıdır. 
O xarici tədqiqatçıya da hər cür şərait yaradıl-
malıdır. 
Həm də onlara qrant verilməsi, şərait yara-
dılması mətbuatda təbliğ olunmalıdır. 
Amma işin başqa tərəfi də var. 1918-ci 
ildə mart soyqırımını öyrənəndə Fövqəladə 
Təhqiqat Komissiyasının materiallarından is-
tifadə edirik. Onların çəkdiyi şəkillər təkzibe-
dilməz faktlardır. Çünki o sənədlərin hamısı 
Fövqəladə Təhqiqat Komissiyasının möhürü 
və imzası ilə təsdiq edilib. 
3500 səhifəlik bir materialdır. Həmin 
dövrdə Xarici İşlər nazirliyi tərəfindən 6 cild 
və 95 şəkil Paris Sülh konfransında istifadə 
etməsi üçün Topçubaşova göndərilmişdi. Bu 
sənədlər də o vaxtdan Fransada qalmışdı. İndi 
mən başqa bir məsələnin üzərinə gəlirəm. 
Bu o dövrdə o kişilərin gördüyü işdir. Xocalı 
soyqırımını gözü ilə görən adamlar həyatdan 
köçürlər. Bunların hamısının görüntülü və yazılı 
ifadələrini alıb bir yerə toplamışıqmı? Yox. Bəs 
sabah biz elmi faktları haradan öyrənəcəyik? 
Ayrı-ayrı bədii ədəbiyyatdan, şeirlərdən? 
Məsələ burdadır. Bunu edən yoxdur? Canımıza 
əziyyət vermirik. Ən vacib vəzifə mənə elə gəlir 
ki, indi heç xaricə çıxmazdan əvvəl, ilk növbədə 
bunların hamısını bir yerə toplamaqdan ibarət 

271
olmalıdır. Xocalı soyqırımını gözü ilə görən 
adamların hamısını ayın tarixi ilə, yaradılan 
komissiyanın üzvlərinin iştirakı ilə lentə almaq 
lazımdır. 
– Şahid ifadələridir bu. 
– Bəli, şahid ifadələridir. Ayrı-ayrı yerlərdə 
var. Demirəm heç yoxdur. Məsələn, bir az Hər-
bi prokurorluğun, bir qismi ayrı-ayrı adamların 
arxivində var. Bunlar dağınıq və elmi istifadə 
üçün ilkin, xam materiallardır. Amma material-
larda gərək 1918-ci il Fövqəladə Təhqiqat Ko-
missiyasının sənədlərində olduğu kimi möhür, 
imza ola, təsdiqlənə ki, sabah bizi mühakimə 
etməsinlər. Məsələn, deməsinlər ki, bunlar 
Xocalıya aid deyil, Azərbaycanın hansısa Aran 
rayonundan qadını öyrədib danışdırıblar və s. 
Bütün bunlar elmi cəhətdən olmalıdır, hüquqi 
aspektlər nəzərə alınmalıdır. 
– Biz bu işdə də gecikirik. Çünki, o insan-
lar dünyasını dəyişir. 
– Bu işdə lap gecikirik. Arzu edərdim ki, bu 
məsələni portalınızda xüsusi qabardıb dövlət 
orqanlarına müracət edəsiniz ki, mütəxəssis-
lərdən ibarət bir komissiya yaradılsın və bu iş 
təcili həll olunsun. 
– Xocalıni biz təqdim edə bilmişik. Doğru-
dur, elmi müstəvidə problemlərimiz çoxdur. 
Amma buna baxmayaraq, Xocalı barədə 
məlumatı var dünyanın. Amma, Xocalı ilə 
müqayisə oluna biləcək Qaradağlı faciəsi qa-
lıb kölgədə. 
– Tam doğru. Biz məhz bunu nəzərə ala-
raq, Xocalı soyqırımı ilə bağlı yazdığımız əsər-
də, sənədlərdə belə bir başlıq qoymuşuq: “Qa-
radağlı kəndində öldürülənlər haqqında”. Eyni 
zamanda 1992-ci il fevral ayının 15,16 və 17-də 
yəni Qaradağlıda gedən döyüşlərdə ermənilər 
tərəfindən öldürülənlərin siyahısını təsadüfən 
verməmişik. Biz bunu verdik ki, bizdən sonrakı 
nəsil gələndə Siz deyən sualı versin və görsün 
ki, bunun haqqında ayrıca əsər yazılmayıb. Tə-
cili bununla məşğul olsun. 
– Bu daha çətin bir iş olacaq. Çünki, 
məsələn Kərkicahan haqqında nə var ki?
– Kərkicahan da var, yaxud da Xocavənd 
var. Heç ümumiyyətlə, işlənilməyən mövzular-
dan biri də Xocavənddir. Halbuki, Azərbaycan 
dövlətinin o dövrki rəhbərliyi oradakı soyqırı-
mın, qırğının səbəbini öyrənmək üçün vertol-
yotla gedəndə Qarakənd yaxınlığında həlak 
oldu. O vertolyotu deyirik, amma vertolyot 
nədən gedirdi Xocavəndə? Orada öldürülənlər 
haqqında bir sətir də yoxdur. Bu iş indi başla-
yıb. Amma, bunun təfərrüatları çox genişdir. 
Ayrıca bir kollektiv bu işlə məşğul olmalıdır, 
yaxud da ayrıca bir tədqiqatçı ayrılmalıdır və 
ona da dövlət miqyasında dəstək olmalıdır ki, 
getsin bu işlə məşğul olsun. Axı biz həftənin 5 
günü dərs deyirik, 2 gün də yorğun-arğın bu-
nunla məşğul ola bilmirik. Çətindir axı bu. Ona 
görə əlbəttə Sizinlə tamamilə razıyam. Məsələ-
ni doğru qoyursunuz. Bunlar mini Xocalıdır. 
Xocalıya gedən yoldur. 
– Bundan sonra Xocalının öyrənilməsi ilə 
bağlı yol xəritəsi cızmaq imkanınız olsaydı Siz 
hansı bəndləri ora daxil edərdiniz? Yəni Xoca-
lı və Xocalıya qədər aparan yoldakı faciələrin 
elmi öyrənilməsinin yol xəritəsi. 
– Mən ilk növbədə Xocalıya qədər, Xoca-
lıdakı kimi soyqırıma məruz qalan kəndlər, o 
kəndlərdə onu gözü ilə görən adamlar haqqın-
da məlumat toplayaraq gələcək üçün təkcə 
tarixçilərin deyil, həm də hüquqşünasların iş-
1918-ci il Soyqırımı. 
Bakıdakı erməni vəhşilikləri
Mənbə: Solmaz Rüstəmova – Tohidi “1918-ci il 
Azərbaycan qırğınları şəkil və sənədlərdə” fotoalbomu

272
tirakı ilə onların yazılı və görüntülü ifadələrini 
təşkil edərdim. Bunun elmi-hüquqi əhəmiyyət 
daşıması üçün hüquqşünasların da, Xocalıda 
həmin dövrdə yaşayan, xüsusilə həmin gecə 
o dəhşətli hadisələri gözü ilə görən adamların 
da olması çox vacibdir. 
– Səriyyə xanım Müslümqızı kimi. 
– Bəli. Səriyyə xanım onsuz da bunları 
özü qələmə alıb. Həqiqətən böyük fədakarlıq 
göstərir. Səriyyə xanım onu elə şəxsi faciəsi 
kimi də yaşayır. Dediyim kimi sonrakı dövrdə 
Xocalı soyqırımı ilə bağlı müvafiq arxivləri-
mizdə, hələ ki, dövlət arxivinə verilməyən cari 
arxivlərdə olan materiallardan istifadə etmək 
bizim üçün hələ ki, əlçatmazdır. Amma, tə-
bii ki, dövlət səviyyəsində olanda hər şeyə əl 
çatacaqdır. Bu bütövlükdə soyqırımın həyata 
keçirilmə səbəblərini aydınlaşdırmaqda çox 
vacibdir. Məsələn, deyək ki, biz də bir zaman-
lar başqa bir tədqiqatçının istifadə etdiyi, o 
dövrdə Baş Kəşfiyyat İdarəsinin yazdığı bir 
materialdan istifadə etmişik. Çünki, Baş Kəş-
fiyyat İdarəsinin zabiti SSRİ-nin həm Müdafiə 
Nazirliyinə, həm də siyasi rəhbərliyinə hesabat 
yazmışdı. Bax bu cür hesabatlar müvafiq döv-
lət qurumlarında şübhəsiz ki, var. 
– Əlbəttə var. 
– Bunların tapılıb üzə çıxarılması, istifadə 
edilməsi, eyni zamanda bu yazılanlara təkcə 
azərbaycanlıları deyil, Azərbaycanda və Azər-
baycandan kənardakı rus, Ukrayna, belarus, 
Avropa xalqlarının da tədqiqatçılarını cəlb et-
mək lazımdır. Necə ola bilər, arxeoloji qazın-
tılarda əcnəbilərlə müştərək layihələr olduğu 
halda, belə tədqiqatlara xarici mütəxəssislər 
cəlb edilməsin. 
Ona görə də mən dərhal bu işləri edərdim. 
Fuad Babayev, Təmkin Məmmədli, 
1905.az
25.10.2016

273
Hidayət Cəfərov: “Ermənilər Qarabağda 
arxeoloji qazıntılar aparırlar. ”
– Hidayət müəllim, Xocalının faciəsi 
haqqında çox danışılıb. Sırf arxeoloji nöqte-
yi-nəzərdən biz nəyi itirmişik?
– Xocalı bir aləmdir! Xocalının itirilməsi 
Azərbaycanda Xocalı-Gədəbəy mədəniyyəti-
nin əsasını qoymuş, onun bazasında dayanan 
böyük bir abidələr kompleksinin əlimizdən 
çıxması deməkdir. Qafqazda Xocalı kompleksi 
qədər müxtəlif tip abidələr qrupunun bir yerdə 
toplusuna təsadüf olunmayıb. Burada təkcə 
kurqanların beş tipinin varlığı müəyyənləşdi-
rilib. Bundan başqa Xocalı kompleksi öz tərki-
bində daş qutuları, menqir, labirinti xatırladan 
daş hasarı və s. birləşdirir. Maraqlıdır ki, çox-
saylı arxeoloji abidələr yalnız bir tarixi dövrü 
– e. ə. XIV-VIII əsrlərə aid son tunc və ilk dəmir 
dövrünü əks etdirir. İndi biz ora gedə bilmirik. 
Mən ona şükür edirəm ki, heç olmasa vaxtında 
Xocalı haqqında kifayət gədər tədqiqatlar, qa-
zıntılar aparılıb…
Mən 1984-cü ildə Tərtərdə ekspedisiya-
da idim. Sanki Allah ürəyimə saldı ki, orada 
ekspedisiyanı dayandırıb, Xocalıda qazıntıya 
başlayım. Beləcə 1984-cü ilin yayında üç ay 
Xocalıda arxeoloji qazıntı apardım. Dostum, 
arxeoloq İlyas Babayev deyir ki, ilk dəfə Afina-
da abidələri görəndə, sanki başqa bir aləmə 
düşübmüş. Çünki uşaq vaxtında, cavanlıq 
dövründə bu barədə çox oxuyub. Bax, mən 
bu hissləri Xocalıda keçirdim. Çünki cavan 
vaxtlarımdan Xocalı tədqiqatları haqqında 
çoxlu məlumatım vardı. Həmişə istəmişdim 
ki, bunu gözümlə görüm. Nə üçün? Çünki Xo-
calı abidələri Qafqazda bütün parametrlərı ilə 
analoqu olmayan bir kompleksdir. Həm nis-
bətən məhdud bir ərazidə, dövrü, abidələrin 
tipologiyası, artefaktların müxtəlifliyi etibari ilə, 
həm də o dövrün ictimai-siyasi, sosial-iqtisadi, 
mədəni və s. problemlərini işıqlandırmaq im-
kanı verən külli miqdarda materialların möv-
cudluğu ilə. 
Eramızdan əvvəl XIV-VII əsrlərin arxeoloji 
abidələrinin xronologiyasının mərhələ-mər-
hələ dövriləşməsi, təsdiq olunması, xronologi-
yasının tamamilə müəyyən olunması baxımın-
dan Xocalı kompleksinin böyük əhəmiyyəti 
var. Xocalı abidələri haqqında danışarkən, bi-
rinci növbədə, ilk dəfə onları tapanları xatırla-
maq yaxşı olar. XIX əsrin 40-cı illərində Qafqaza 
səyahətə çıxmış İsveç səyyahı, tədqiqatçısı De-
bua de Munperanın məlumatları var. O, “bura 
Xocalıdır” demir, yalnız söyləyir ki, təpələr 
görüb. 1881-ci ildə Rusiya Coğrafiya Cəmiy-
yətinin üzvü Veysinqof bütün Mili, Qarabağı 
gəzib və Qarabağ abidələri haqqında danı-
şanda Xocalını xatırladıb. 1891-cı ildən isə 
arxeoloji qazıntılar başlayıb. Şuşa realnı mək-
təbinin alman dili müəllimi Emil Aleksandro-
viç Resler boş vaxtlarında həvəskar arxeoloq 
kimi Şuşanı, Şuşa ətrafını, Şuşakəndi, Daşal-
tını, Quşçunu, Mehdikəndi, Xocalının özünü, 
Sırxavəndi, Ballıqayanı, Xaçınçayı tədqiq edib. 
Hətta gedib çıxıb Qalatəpəyə, Füzulidəki Qara-
köpəktəpəyə. Hər birində qazıntı aparıb. Düz-
dür, səhvən Qaraköpəktəpəni, Qalatəpəni də 
kurqan adlandırıb. Amma bunlar çoxtəbəqəli 
yaşayış yerləridir. Bəzən Resleri qınayırlar ki, o, 
qazıntını düzgün aparmırdı. Amma XIX əsrdə 
arxeoloji tətqiqatların necə aparılması üçün 
peşəkarların da təlimatı yox idi. 
Hidayət Cəfərov, 
tarix elmlər doktoru, professor 

274
– Hərçənd Şliman o dövrdə artıq Troyanı 
tapmışdı. 
– Bəli, Şliman artıq Troyanı tapmışdı. 
Amma bilirsinizmi, Şliman haqqında nə deyir-
lər: “Şliman arxeologiyaya fil çinidən qab-qa-
caq satılan dükana girən kimi girmişdi”. Bütün 
təbəqələri dağıdıb, bir-birinə qarışdırıb. Amma 
Troyanı tapıb. Qızıl da tapıb, Yelenanın xəzinə-
sini. Ona görə Resleri də qınamaq olmaz. Hətta 
mən belə bir məqalə yazmışam: “Azərbaycan 
qədim tarixinin öyrənilməsində alman arxeo-
loqlarının yeri və rolu”. Onları qınamaq lazım 
deyil. Resler, Skinder vardı, Hummelt, Belq 
və s. Mən Resleri tərifləmək fikrində deyiləm. 
Demək istəyirəm ki, məhz Reslerin Xocalıda, 
Axmaxı, Ballıqaya, Sırxavənd və s. apardığı tə-
dqiqatların nəticəsi əsasında biz sonra müəy-
yən etdik ki, bu, bir mədəniyyətdir. Digər bir 
alman isə Belq, Simensin mis mədənlərində 
kimyaçı işləyib, Qonakənddə, Gədəbəydə 300-
ə yaxın qəbir açıb. Bunlar bir-birini tam təkrar 
eləmir, amma qəbrin formasında, kurqan-
larda, materiallarda uyğun cəhətlər var. Xo-
calı-Gədəbəy ifadəsi, məfhumu da buradan 
doğur. İndi məlum olur ki, Cənubi Azərbayca-
nın şimal hissəsində, Arazın sağ sahilində Xo-
calı-Gədəbəy mədəniyyətinin materialları var. 
Xocalıda qazıntılar aparmışıq, materiallar var. 
Ermənilər həmişə Xocalıya can atırdılar. Ermə-
nilərin ora can atmağının bir səbəbi də, Xoca-
lı-Gədəbəy mədəniyyəti abidələrinin mənsu-
biyyətini erməniləşdirmək istəyi idi. 
– Xocalı-Gədəbəy mədəniyyəti almanlar-
dan sonrakı mərhələdə peşəkar arxeoloqlar 
tərəfindən öyrənilibmi?
– Mən Reslerin adını ona görə çəkmədim 
ki, biz gecə-gündüz ona rəhmət oxumalıyıq. O, 
sadəcə bu işin əsasını qoydu. 1896-ci ildə Coğ-
rafiya Cəmiyyətinin üzvü Aleksandr İvanovski 
Xocalıda qazıntılar aparıb. Bir neçə kurqanı 
qazıb. 1926-cı ildə akademik İvan İvanoviç Me-
şaninovun rəhbərliyi altında arxeoloji ekspedi-
siya Azerbaycanda, eləcə də Qarabağda geniş 
miqyasli arxeoloji araşdırmalar apardı. Xocalı-
da növbəti tədqiqatlar Meşaninovun rəhbərli-
yi altında gedib. Meşaninovla sonralar böyük 
arxeoloqlar olan Boris Latınin və Tatyana Pas-
sek də gəlmişdi. Azərbaycandan isə gələcək 
Azərbaycan arxeologiyasının banisi olan İshaq 
Cəfərzadə və 1937-ci il repressiyasının qurba-
nı olan Ələsgər Ələkbərov iştirak edirdi. Hətta 
kurqanların birini İshaq Cəfərzadəyə həvalə 
etmişdilər – beş saylı kurqanı. Tapılan mate-
riallar Xocalı-Gədəbəy mədəniyyətinin ilk baş-
lanğıc mərhələsini təyin etmək imkanı verdi. 
Xocalıda növbəti qazıntılar 1950-ci illərin 
əvvəllərində olub. Aleksandr Aleksandroviç 
Yesselin başçılığı altında, SSRİ Elimlər Akade-
miyasının Arxeologiya İnstitutunun, Azərbay-
can SSR Elmlər Akademiyası Tarix İnstitutunun 
ekspedisiyası Azərbaycanda çox geniş miq-
yaslı arxeoloji qazıntılar, tədqiqatlar aparıblar. 
Bu yeni və sistemli mərhələdir. Hətta deyim ki, 
Mingəçevir tədqiqatlarından sonra daha ge-
niş miqyaslı mərhələdir. Çünki bu tədqiqatlar 
Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. 
O tədqiqatların gedişində Xocalıda qazıntılar 
aparıldı – Ağdamda və Xocalının özündə. 
Və nəhayət növbəti mərhələ başlayır 1984-
cü ildə. Xocalıda bu dəfə tədqiqatları mən 
aparırdım. Abidələrin parametrlərini öyrən-
mək məqsədilə. Vaxtı ilə Reslerin araşdırdığı 
Xocalı Gədəbəy mədəniyyəti. Son Tunc - ilk 
dəmir dövrü. E. ə XIII-VII əsrlər
Mənbə: Qarabağ. Real tarix, faktlar, sənədlər. 
Təhsil nəşriyyatı 2005

275
beş tip kurqanın doğrudan da mövcudluğu-
nu və onların vəziyyətinin nə yerdə olduğunu 
müəyyənləşdirmək istəyirdim. İyirmiyə gədər 
abidəni öyrəndim. Və Reslerin, Meşaninovun 
hesablamasına düşməyən yeni bir abidələr 
qrupu tapdım. Əsgəranla Xocalını ayıran Boz-
dağ var. Bozdağın ətəyində, çınqıllıqlar olan 
yerdə adi qəbirlər mövcuddur. Onlar dövr eti-
barıilə hardasa gəlib e. ə. VIII-VII əsrlərə çatır. 
Bu qəbirləri üç yerə böldüm. Çünki kurqan-
lar özünün formasına görə torpaqdır, torpaq 
kurqanının ortasında isə çala var, çala boşdur. 
Digərində çala şərq hissəsində, başqa birində 
qərb hissəsindədir. Amma o savadsız deyilən 
Reslerin tapıntıları əsasında Meşaninov düz 
deyib ki, kurqanların ilk görünüşü ilə dövrü 
müəyyən etmək mümkündür. Nə üçün? Çünki 
iri həcmli torpaq kurqanlar xırda kurqanların 
üstünü əhatə edir, ətəyi qalıb onun altında. 
Deməli, dövr etibarı ilə balaca kurqanlar daha 
qədimdir – e. ə. XIV-XIII əsrlər. Sonra gəlir e. ə. 
XII-XI əsrlərə aid olan böyük torpaq kurqanlar. 
Daş kurqanlar da var. Daş kurqanlar böyük 
kurqanların ətəyinin üstündədir. 
–  Bu kurqanların təsnifatı məsələsinin 
həlli idi. 
– Bəli. O ki, qaldı onlardan çixan mate-
riallara, Xocalı materiallarının əsasında son 
tunc, ilk dəmir dövrünün problemlərinin 
hamısını birər-birər çözmək, işıqlandırmaq 
mümkündür. Hər baxımdan kurqanların özlə-
rinin qurulması ətraf aləm haqqında düşüncə, 
həndəsə ilə, memarlıqla bağlı məlumatlılıq 
tələb olunur. Haça-təpə kurqanı yaxınlığında 
yerləşən labirintvari tikili nəhəng hasarı xatır-
ladır. Onun özül hissəsi çal-çarpaz düzülmüş 
yastı daşlardan ibarətdir, divar hər iki üzdən 
enli sal daşlar ilə hörülüb, onların arası isə ki-
çik daş parçaları ilə doldurulub. Hörgü işində 
birləşdirici məhluldan istifadə edilməyib. Ha-
sar divarının eni 4 m-ə çatır. Göstərilən divarın 
qalığı bir çox əlamətləri ilə Cənubi Qafqazın, 
o cümlədən Azərbaycanın dağlıq rayonların-
da son tunc və ilk dəmir dövründə geniş ya-
yılmış “siklopik tikililəri” xatırlatsa da, həmin 
abidələrdən fərqlənir. Labirint-hasarın sahəsi 
çox böyükdür, kənarında daş qutulara və tor-
paq kurqana təsadüf edilir, şərqində nəhəng 
Haça-təpə kurqanı və qoşa menqir (dik daşlar) 
yerləşir. Hasarın içərisində labirinti xatırladan 
tikililər mövcuddur. Tikilinin hərbi hücum-
lardan müdafiə olunmaq üçün sığınacaq 
məqsədilə istifadə ehtimalı da qəbul oluna 
bilər. Diana Cəfərova həmin labirint haqqında 
dissertasiya yazıb: ”Qarabağ tayfalarının hərbi 
işi və silahları”. 
– Sizin qazdığınız kurqanlar, Xocalı şəhə-
rindən nə qədər uzaqdadır?
– Üç kənd var orada. Köhnə Xocalı Xocalı 
çayının sol sahilindədir – İlisçay və Xocalı ça-
yının ortasında. İlisçay dağlardan gəlir tökülür 
Xocalı çayına. Xocalı çayı gedib tökülür Qarqar 
çayına. Qarqar çayının sol sahilində Xocalı ça-
yının töküldüyü yerin sağ tərəfinə “Köhnə Poçt 
Qutusu”, Qaçqınlar Xocalısı da deyirlər. 1905-ci 
ildə erməni-müsəlman davası zamanı indiki 
Ermənistan ərazisindən qaçan azərbaycanlı-
lar gəlib ora yığışmışdılar. Bu, ikinci Xocalıdır. 
Üçüncü Xocalıda 1918-ci ildəki erməni qırğını 
zamanı qaçıb gələn laçınlılar məskunlaşmışdı-
lar. Kurqanlar bu üç kəndin ortasında, əhatə-
sində, hüdudlarındadır. Kurqanların tiplərini də 
Bürünc öküz başı. Xocalı. e. ə. IX əsr 
Mənbə: Qarabağ. Real tarix, faktlar, sənədlər. 
Təhsil nəşriyyatı 2005

276
mən dedim: kiçik ölçülü torpaq kurqanlar, bö-
yük ölçülü torpaq kurqanlar, bir də daş kurqan-
lar (daşqutu qəbirlər). Xocalı şəhəri düzənlik 
yerdə, Bozdağın ətəyində salındı. Xocalı düzən-
liyi deyirdilər. Şəhər burada salındı. Kurqanlar 
şəhərdən uzaq deyil. Amma həmin kurqanların 
bir qismi Xocalı aeroportu salınanda dağıdılıb. 
Hətta mən bununla bağlı məqalə də yazmış-
dım. Aeroport tikiləndə kurqanlarn çoxunun 
“şapka”sını götürüblər. Bir qismi də Xankəndi 
dəmiyrolu çəkiləndə dağıdılıb. 
– Hidayət müəllim, təbii ki kurqanlar iş-
ğal altında olan ərazidədir. Onları harasa 
nəql etmək də mümkün deyil. Amma qazıntı 
nəticəsində çıxan materiallar var. Məlumdur 
ki, bu materiallar bir çox hallarda yerli ta-
rix-diyarşunaslıq muzeylərində qalır. Xoca-
lıda tapılan, Xocalı-Gədəbəy mədəniyyətini 
xarakterizə edən eksponatların əksər hissəsi 
yəqin elə həmin muzeydə qalıb. Bəs Bakıda 
bu materiallar varmı? Onları hansısa bir xarı-
cı qonağa göstərmək imkanı varmı?
– Çox təəsüf ki materialların bir qismi Siz 
dediyiniz kimi, Xankəndi muzeyinə verilib. Mən 
orada Xocalının materiallarını görmüşəm. 
Əsas materiallar isə Sankt-Peterburqa və Mos-
kvaya göndərilib. Moskvanın Tarix Muzeyində 
Dağlıq Qarabağdan, Xocalıdan, Axmaxdan, 
Ballıqayadan olan materiallar mühafizə olu-
nur. Materialların bir qismi isə Sant-Peterburq-
dakı Dövlət Ermitajındadır. Hətta Qafqazda 
yeqanə üzü mixi yazılı, üzərində Assuriya çarı 
Adidnirarinin adı olan muncuq Xocalıda, onbir 
saylı kurqandan tapılıb. Resler tapib. O bilmir-
di ki, bu, yazıdır. Elə bilirdi ki, nəbati naxışa, 
nəsə yazıya oxşayan bir şeydir. İndi o muncuq 
nəyə gətirib çıxarır? Əvvəla, o ilk poliqrafik yazı 
kimi, yazının mənbəyini, ikincisi, bizim Assu-
riya ilə əlaqələrimizi göstərir. Oradan silindrik 
möhürlər də tapılıb. O muncuqların çoxu həm 
də möhür rolunu oynayırdı. Üstlərində olan 
bəzəklərlə birgə. Hazırda Dövlət Ermitajında 
saxlanılır. 
– Bəs Bakıda yoxdur?
– Yoxdur. 1974-cü ildə aspirant kimi ol-
muşdum Ermitajda. O zaman akademik Boris 
Borisoviç Piotrovski dövrümə uyğun olduğu 
üçün mənə həmin materialları göstərmişdi. 
Mən orada hətta irad da tutmuşdum ki, bu 
eksponatların ünvanı düz göstərilməyib. Xo-
calının, Axmaxın, Ballıqayanın materialları 
Ermənistandan gələn kimi göstərilmişdi. Pi-
otrovski mənim iradımı dəftərinə qeyd etdi. 
1987-ci ildə doktorluq dissertasiyası üzərində 
işləyəndə yenidən Ermitajda oldum. Bu dəfə 
mənə göstərdi ki, bax, gör necədir. Gördüm ki 
yazılıb: “Azərbaycan, Dağlıq Qarabağ, Xocalı. 
Adidnirarinin muncuğu. ” Arvadı erməni olsa 
da ədalətli adam idi…
– Qarşıdan Xocalı soyqırımının 25 illiyi 
gəlir. Xocalı hadisələri həm də Azərbaycanın 
tarixinə, tarixi abidələrinə vurulan zərbədir. 
Bizim arxeoloqlar ora gedə bilmirlər. İnanmı-
ram ki, ermənilər orada qazıntı aparsın. Biz 
bunu çatdıra, qabarda bilmişikmi?
– Çox təəssüf ki, Xocalı faciəsi, qırğını, qət-
lamı ilə bağlı ildən ilə tədbirlərin sayı nə isə 
azalır. Bu məni çox təəssüfləndirir. Əvvəllər 
hər il axtarırdılar bizi. Xocalının tarixi, kəndləri 
haqqında məlumat verirdik. Telekanallar bu 
çıxışları verirdilər. Son vaxtlar nə isə bunlar çox 
azalıb. Noyabrın axrında “ Qarabağın arxeoloji 
irsi və onun Azərbaycanın qədim tarixinin öy-
rənilməsində yeri və rolu” adlı beynəlxalq kon-
frans keçiriləcək. Mənim də orada məruzəm 
var – “Qarabağ kurqanları və onların tarixi əhə-
miyyəti”. Bu və buna bənzər konfranslarda Xo-
calı abidələri məsələsi, Xocalı abidələr komp-
leksinin taleyi qabardılır və çap da olunub. Bu 
istiqamətdə işlər gedir. Mən həmişə çıxışlarım-
da iş adamlarına müraciət edirəm ki, yardım 
edin, çap olunan məqalələri bir yerə yığıb, Xo-
calı adı ilə çap edək. Bunları çap və tərcümə 
edib, dünyaya yaymalıyıq. Bəla burasındadır 
ki, ermənilər Qarabağda arxeoloji qazıntılar 
aparırlar. Azıx mağarasında, Ağdamda qazıntı 
aparırlar. Hətta bir milyon dollar bu iş üçün 
vəsait ayırıblar. Və guya Tiqranakert şəhərini 
tapıblar. Tiqranakert şəhəri bir dənə olub, o da 
Van gölünün yaxınlığında. Başqa Tiqranakert 
olmayıb. 
Fuad Babayev, Gündüz Nəsibov, 
1905.az
21.11.2016
1   ...   18   19   20   21   22   23   24   25   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə