Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 6.9 Mb.
Pdf просмотр
səhifə2/28
tarix11.06.2017
ölçüsü6.9 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

Ermənistandan qovulan 
azərbaycanlılar Zəngilanda
Fotoqraf: Fərid Xayrulin
Mənbə: www.khayrulin.az
5
1989
kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və 
Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələ-
fatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz 
tutur və orada məskunlaşırlar. N. Mixaylovun 1919 il mayın 
9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzə-
də göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, 
Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların 
torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, 
Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istə-
mir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər. 
Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri ermə-
ni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdıl-
mış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər. Qarabağ 
bölgəsində 1918 il və 1919 ilin əvvəllərində ermənilərin törət-
dikləri soyqırımlarına daha çox məruz qalan qəzalardan biri də 
Cəbrayıl qəzası idi. Qəza 12 azərbaycanlı və 3 erməni kənd ic-
masından ibarət idi. Fövqəladə Təhqiqat Komissiyasının top-
ladığı materiala və dindirilmiş şahidlərin ifadələrinə görə, qəza 
əhalisi Qarabağın başqa qəzalarında ermənilərin azərbaycan-
lılara qarşı törətdikləri vəhşiliklər haqqında deyilənləri əvvəllər 
ağıllarına belə sığışdıra bilmidilər. 1918 il dekabrın ilk günlə-
rindən ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı 
təxribatlara başladılar. Ermənilər, əvvəlcə, tək-tək qətllər törə-
dir, basqın edərək, azərbaycanlılara məxsus mal-heyvanı sü-
rüb aparırdılar. Getdikcə daha da mütəşəkkilləşən erməni qul-
dur dəstələri azərbaycanlı kəndlərinə açıq silahlı hücumlar 

19
Ermənistandan qovulan 
azərbaycanlılar Bakıda
Fotoqraf: Fərid Xayrulin
Mənbə: www.khayrulin.az
6
1989
etməyə başlayırlar. Buna baxmayaraq, Fövqəladə Təhqiqat 
Komissiyası üzvlərinin dindirdikləri şahidlərin ifadələrində və 
Cəbrayıl qəza rəisinin 1919 il fevralın 17-də Qarabağ gene-
ral-qubernatoru Xosrov Paşa bəy Sultanova raportunda bildiri-
lirdi ki, “qəzanın bu cür hadisələri böyük təəssüf hissi ilə qarşı-
layan müsəlman əhalisi heç bir fəal mübarizə yoluna 
keçməyərək, yalnız özlərini və öz əmlaklarını erməni hücumla-
rından qorumaq üçün müdafıə mövqeyi tutmuş və ermənilərə 
qarşı heç bir qanunsuz hərəkətə yol verməmişlər. Buna da sü-
but odur ki, bütün bu müddət ərzində erməni kəndlərindən 
heç biri müsəlmanlar tərəfindən zərər görməmişdir”. Məruzə-
də 1918 ilin sonu - 1919 ilin əvvəllərində Cəbrayıl qəzasında 
erməni silahlı quldur dəstələrinin azərbaycanlılar yaşayan Ey-
vazlı, Dolanlar, Şıxlar, Məlikli və digər kəndlərə hücum edərək, 
azərbaycanlı əhalinin əmlakını qarət edib yandırdıqları, 
mal-heyvanlarının isə sürüb apardıqları haqda çoxlu faktlar 
sadalanır. Qarabağda ermənilərin azərbaycanlılara vurduğu 
ən böyük ziyan isə Şuşa qəzasının ərazisi və həmişə ələ keçir-

20
məyə can atdıqları Şuşa şəhəri idi. Oktyabr çevrilişindən (1917) 
sonra onsuz da hədsiz sursat ələ keçirmiş ermənilər daha 
sürətlə silahlanmağa başladılar. Silahlı erməni quldur dəstələ-
ri cəbhələrdən qaçan fərari erməni əsgər və zabitlərinin hesa-
bına getdikcə daha da çoxalırdı. Şuşa-Qaryagin (Cəbrayıl) və 
Şuşa-Əsgəran yollarını tamamilə nəzarət altına alan ermənilər 
həmin yollarla gedib-gələn azərbaycanlıları qarət edir, silahla-
rını əllərindən alır və bu keçidləri tədricən bütünlüklə azərbay-
canlıların üzünə bağlayırdılar. Bu quldur dəstələri getdikcə 
daha mütəşəkkil hərbi birləşmələrə çevrilirdilər. Fövqəladə 
Təhqiqat Komissiyasının məruzəsində göstərilirdi ki, Şuşa 
şəhərindəki və ətraf kəndlərdəki erməni əhalisi Azərbaycanın 
hakimiyyətini tanımayıb, bu günə qədər də tanımaq istəmirlər. 
Onlar Azərbaycan Hökumətinə vergi verməkdən və hər hansı 
mükəlləfiyyətləri yerinə yetirməkdən imtina edirlər. Şahidlərin 
ifadələrinə görə, 1918 ilin dekabrında ermənilər Qoqo kəndi-
nin azərbaycanlılar yaşayan 55 evini dağıtmış və yandırmışlar. 
Mülkədar Cavanşirin də malikanəsini viran edərək, ailə başçısı 
Əsəd ağa Cavanşiri, oğlu Soltan ağanı, qızı İranə bəyimi, qar-
daşı qızı Fatma bəyimi, evin qulluqçusu və nökərlərini vəhşicə-
sinə qətlə yetirmiş, bütün avadanlıq, mal-qara və kənd təsər-
rüfatı alətlərini qarət edib aparmışdılar. Ermənilər Tuğ kəndinin 
azərbaycanlılara məxsus hissəsini də dağıtmışlar. 33 evdən 
ibarət Salakətin kəndini, Şıxımlı, Gövşadlı, Divanlılar və Çərə-
küz kəndlərini tamamilə dağıdaraq yandırmış, əmlaklarını 
qarət etmişdilər. Şahid ifadələrini ümumiləşdirən komissiya 
qeyd edirdi ki, təkcə Şuşa qəzasında dağıdılmış, yandırılmış, 
talan edilmiş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 
nəfərdən çox idi. Öldürülənlər üzərində ağlagəlməz vəhşiliklər 
edilmişdi. Qəzanın azərbaycanlı əhalisi 100 milyon manatdan 
çox zərər çəkib. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakı-
dakı ingilis komandanlığı ilə razılaşdıraraq, 1919 ilin yanvarın-
da Azərbaycanın ayrılmaz hissəsi olan Cavanşir, Şuşa, Cəbrayıl 
və Zəngəzur qəzaları ərazisində ermənilərin törətdikləri soyqı-
rımlarının qarşısını almaq üçün müvəqqəti general-quberna-
torluq yaratdı. Buna baxmayaraq, Şuşa şəhərində və ətraf 

21
Ermənilərin Qazaxda top mərmisi 
ilə dağıtdıqları ev
Fotoqraf: Fərid Xayrulin
Mənbə: www.khayrulin.az
7
1989
kəndlərdəki ermənilər general-qubernatorun hakimiyyətini 
tanımır, Şuşadakı erməni milli şurasının bütün tapşırıqlarını 
danışıqsız yerinə yetirirdilər. Şuşa-Gorus, Şuşa-Cəbrayıl yolla-
rını tam nəzarətdə saxlayan ermənilər bu yollarla Şuşa ermə-
nilərinə gizli yardım, silah-sursat və s. gətirirdilər. 1919 il iyu-
nun 1-də çoxlu sayda silahlı ermənilərin gizli yolla şəhərə daxil 
olması barədə məlumat alan Şuşadakı Azərbaycan hakimiyyət 
orqanları azərbaycanlılara məxsus Üçtığ yüksəkliyində gözət-
çilərin sayını artırdı. İyunun 4-də Üçtığ yüksəkliyi tərəfdən göz-
lənilmədən başlayan atışma tezliklə bütün şəhəri bürüdü. 50 
nəfərə yaxm silahlı erməni qulduru azərbaycanlı əsgərlərin 
səngərlərinə hücum etdi. Nəticədə, 3 nəfər azərbaycanlı əsgər 
qətlə yetirilmiş, ermənilərdən isə hücuma rəhbərlik edən Arzu-
manov və digərləri məhv edilmişdi. Azərbaycanın yüzlərlə kən-
dini yerlə yeksan edən, əhalisinə qarşı tarixdə görünməmiş 
vəhşiliklər törədən ermənilər bütün bu faktları saxtalaşdırır, 
özlərini “zərərçəkən” kimi qələmə verir, azərbaycanlılara və 
Azərbaycan Hökumətinə qarşı təbliğat aparır, bütün dünyaya 
haray-həşir salırdılar. Ermənilərin bütün pozuculuq hərəkətlə-
rinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 
ciddi səyləri nəticəsində 1919 il avqustun sonlarında Azərbay-
can Hökuməti ilə erməni milli şurası arasında bəyannamə im-
zalanmışdı. Bu bəyannamə ilə Qarabağ erməniləri Azərbaycan 
Hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan Hökuməti isə 
onlara mədəni-milli muxtariyyət hüququ verirdi. Lakin bütün 
bunlara baxmayaraq, Qarabağ erməniləri, gizli olaraq, yeni 

22
21 oktyabr 1987 ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, 
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev 
Sov. İKP plenumunda vəzifəsindən azad edildi. Bu hadisədən 
bir neçə gün sonra Sov. İKP MK-nın baş katibi Mixail Qorbaço-
vun iqtisadi məsələlər üzrə müşaviri A. Aqanbekyan Parisdə 
“İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermə-
nistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli ol-
masını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini 
bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi 
ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
təxribatlara hazırlaşırdılar. Belə təxribatlardan biri 1920 il mar-
tın 22-də Azərbaycan xalqının Novruz bayramı günü törədil-
mişdi. Martın 23-də bütün günü Şuşada atışma getmiş və gün-
batna yaxın qiyamçılar Azərbaycan ordu hissələrinin qarşısında 
duruş gətirə bilməyərək, şəhəri tərk etmişdilər. Şuşa şəhəri və 
Şuşa qəzası kəndləri ilə yanaşı, Qarabağın Cavanşir və Zəngə-
zur qəzalarının erməni əhalisi də qiyam qaldırıb Azərbaycan 
əhalisi və Azərbaycan əsgərləri üzərinə hücum etmişdilər. La-
kin hər yerdə erməni-daşnak quldur birləşmələrinə ağır zər-
bələr endirilmiş, onların hücumları dəf edilmişdi. Ermənilərin 
gizli şəkildə hazırladıqları hücum planları puça çıxmışdı. Aprel 
işğalınadək (1920) Qarabağ erməniləri öz iddialarından əl çək-
məmişdilər. İki cəbhəyə işləməyi məharətlə bacaran ermənilər, 
bir tərəfdən, Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalış-
mış, digər tərəfdən də bolşevik ordusunun Azərbaycana mü-
daxiləsini asanlaşdırmaq məqsədilə Sovet Rusiyası ilə əlaqəyə 
girərək 1920 ilin yazında Moskvanın sifarişi ilə qiyam qaldırmış, 
Azərbaycan ordusunun əsas qüvvələrinin başını Dağlıq Qara-
bağda qatmışlar. Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti 
Hökuməti öz hərbi qüvvələrini ölkənin şimal sərhədlərini keç-
miş bolşeviklərə qarşı yönəldə bilməmişdi. 
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2-ci cild. Bakı, “Lider nəş-
riyyat”, 2005, s. 131-132

23
Ermənilərin Ağdamda top mərmisi 
ilə dağıtdıqları ev
Fotoqraf: Fərid Xayrulin
Mənbə: www.khayrulin.az
8
1989
ideyasını irəli sürdü. Həmin il noyabrın 18-də A. Aqanbekyanın 
Parisdə verdiyi müsahibə “L’Humanite” qəzetində çap olundu. 
Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddiaları-
nın başlanması üçün bir siqnal rolunu oynadı. 
Xankəndidə (Stepanakert) əmək kollektivlərində azərbay-
canlıları kütləvi surətdə işə buraxmamağa, sıxışdırmağa baş-
ladılar. Artıq 1988 il yanvarın 25-də ermənilərin azərbaycanlı 
yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-
in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salın-
mış ilk azərbaycanlı qaçqınlar Azərbaycana gəldi. Yanvar-fevral 
aylarında Ermənistan SSR-dən zorla qovulmuş 4 min nəfərdən 
çox azərbaycanlı Azərbaycana gələrək, əsasən, Sumqayıtda 
məskunlaşdılar. 
1988 ilin fevralından isə problemin aktiv fazası başladı. Er-
mənistanın təhrik etdiyi Azərbaycanın Dağlıq Qarabağ Muxtar 
Vilayətindəki separatçı qüvvələr Azərbaycan Respublikasının 
tərkibindən çıxmaq və Ermənistan Respublikasına birləşmək 
şüarı altında mitinq və tətillərə, respublika hakimiyyətinə 
itaətsizlik aktlarına başladılar. Fevralın 8-də erməni millət-
“1987-ci ildə 
Heydər Əliyev 
tamamilə əsassız 
olaraq bütün 
vəzifələrdən 
kənarlaşdırıldı. 
Bu, ona qarşı, 
eyni zamanda, 
Azərbaycana qarşı 
böyük ədalətsizlik 
və təxribat idi. 
Onun istefasından 
iki həftə keçməmiş 
erməni millətçiləri 
Dağlıq Qarabağı 
Azərbaycandan 
ayırıb Ermənistana 
birləşdirmək 
haqqında məsələ 
qaldırmışdılar”. 
Azərbaycan 
Respublikasının 
Prezidenti 
İlham Əliyevin 
Ümummilli lider 
Heydər Əliyevin 
anadan olmasının 93-
cü ildönümü və faşizm 
üzərində Qələbənin 
71 illiyi münasibətilə 
təşkil olunmuş rəsmi 
qəbulda nitqindən 

24
Atışmadan sonra. 
Sədərək, Naxçıvan
Fotoqraf: Fərid Xayrulin
Mənbə: www.khayrulin.az
9
1989
çiləri Xankəndində DQMV-nin Azərbaycan SSR-dən Ermənis-
tan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması 
kampaniyasına başladılar. DQMV-də gizli fəaliyyət göstərən 
millətçi “Krunk”un təşkilatçılığı ilə ermənilər DQMV-nin Ermə-
nistana birləşdirilməsi tələbi ilə Xankəndində ilk mitinq keçir-
dilər. Fevralın ortalarından isə Ermənistandan azərbaycanlıla-
rın qovulması artıq kütləvi hala çevrildi. Fevralın 20-də DQMV 
Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası 
“DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərki-
binə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR 
Ali Sovetləri qarşısında vəsadət qaldırmaq barəsində” qərar 
qəbul etdi. 
22-23 fevralda “DQMV Azərbaycanın ayrılmaz tərkib hissəsi-
dir” şüarları ilə Bakıda və Sumqayıtda ilk mitinqlər keçirildi. Elə 
həmin tarixdə ermənilər etnik təmizləmə siyasəti həyata keçir-
mək məqsədilə Ermənistan SSR-in Qafan rayonunun azərbay-
canlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etdilər. 24 
fevralda isə ermənilər Əsgəran rayonunda 2 nəfər azərbaycanlı 
gənci qətlə yetirdikdən sonra Ağdam rayonunun sakinləri ilə 
Əsgəran sakinləri arasında Xankəndi-Ağdam yolunda qarşı-

25
durma oldu, 19 nəfər yaralandı. 
Hadisələrin başlanğıcında mərkəzi hakimiyyətin hadisələrə 
prinsipial qiymət verməməsi, ermənilərin ərazi iddialarının 
əsassız olmasının göstərilməməsi Əsgəranda və ermənilərin 
xüsusi plan əsasında Sumqayıtda faciəli hadisələrin baş ver-
məsinə gətirib çıxartdı. SSRİ rəhbərinin ədalətsiz və ermə-
nipərəst mövqeyi sonralar münaqişənin müxtəlif mərhələlə-
rində də özünü göstərdi. Nəticədə, təcavüzkarlarla təcavüzə 
məruz qalanların eyni tutulması ilə əslində bu günədək davam 
edən təcavüzün əsası qoyuldu və həmin dövrdə SSRİ məkanın-
da millətlərarası münasibətləri daim gərginləşdirən tarixi bir 
səhvə yol verildi. 
Azərbaycanlıları günahlandırmaq, beynəlxalq ictimaiyyətə 
vəhşi obrazında təqdim etmək məqsədilə 1988 il fevralın 27-
28-də Sumqayıt fitnəkarlığı törədildi. İstintaq sübut etdi ki, bu-
rada baş verən cinayətlərin əsas təşkilatçıları və icraçıları elə 
ermənilərin özləri olublar. Sonradan istintaqla müəyyən edildi 
ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni Eduard 
Qriqoryan olub. Belə ki, o, iğtişaşlar zamanı daha çox qəddarlıq 
edərək 6 ermənini qətlə yetirib. Fevral - mart aylarında Quqark 
(Böyük Qarakilsə) rayonunda 100 nəfər azərbaycanlı qətlə ye-
tirildi. Sovet ordusunun 13 min hərbi qulluqçusu əlavə olaraq 
Azərbaycana gətirildi. Martın əvvəllərində Ermənistandakı ta-
rixən yaşadıqları torpaqlardan azərbaycanlıların yeni kütləvi 
deportasiyası başlandı. Ermənistanın kəndlərindən zorakılıqla 
qovulmuş bir çox ailələr Azərbaycanın Zəngilan və ona qonşu 
rayonlarına gəldilər. 
24 mart 1988 ildə Xankəndi şəhər İcraiyyə Komitəsi “Krunk” 
təşkilatını rəsmi olaraq Dağlıq Qarabağı Ermənistana birləşdi-
rici komitə kimi tanıdı. Qeyd olunan tarixdə Azərbaycan SSR 
Ali Soveti Rəyasət Heyətinin qərarı ilə həmin komitə ləğv edilsə 
də, o, öz fəaliyyətini dayandırmadı. Martın 24-də Sov. İKP MK 
və SSRİ Nazirlər Soveti „1988-1995 illərdə Azərbaycan SSR Dağ-
lıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürət-
ləndirilməsi tədbirləri haqqında” qərar qəbul etdi. Qeyd etmək 
yerinə düşər ki, həmin dövrdə DQMV-nin sosial inkişafının əsas 

26
göstəriciləri həm Azərbaycan SSR-in, həm də Ermənistan SSR-
in orta respublika səviyyəsindən yüksək idi. 
1988 il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermə-
nistan SSR-in tərkibinə “daxil edilməsinə razılıq” verir. 1988 il 
iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks 
qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988 il 
iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa 
qərarın pozucu olmasını dərk etdiyindən,  Azərbaycan SSR-in 
və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsi-
nin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ 
Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş 
müddəadan çıxış edirdi. Konstitusiyaya görə, “müttəfiq res-
publikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”di. 
İstər münaqişənin bu müharibə ərəfəsi mərhələsində, istər-
sə də sonrakı dövrdə Azərbaycan tərəfi mənəvi baxımdan 
haqlı idi. O, status-kvonu - Azərbaycan və erməni millətlərinin 
hərtərəfli inkişafına əsla mane olmayan inzibati ərazi bölgüsü-
nü müdafiə edirdi. 
1988 il 18-21 sentyabrda ermənilər tərəfındən Xankəndi 
şəhərində azərbaycanlıların mənzillərinə basqınlar edildi, 850-
dən çox ailənin evi yandırıldı və ya dağıdıldı. Nəticədə, şəhəri 
tərk etməyə məcbur edilmiş 15 mindən çox azərbaycanlı əha-
linin xeyli hissəsi Şuşa, Xocalı və Ağdam şəhərlərində məskun-
laşmağa məcbur oldu. 
1988 il ərzində indiki Ermənistan ərazisində sırf azərbaycan-
lıların yaşadıqları 171 və azərbaycanlıların qarışıq yaşadıqları 
94 yaşayış məskəni boşaldıldı. 250 mindən artıq azərbaycanlı 
kütləvi şəkildə öz torpaqlarından vəhşicəsinə qovuldu. Həmin 
vaxt 216 azərbaycanlı, o cümlədən 57 qadın, körpə və 18 uşaq 
qətlə yetirildi. 
Noyabrın 16-da ermənilər Şuşa şəhərinin yaxınlığındakı 
Topxana meşəsində qanunsuz olaraq meşəni qırıb yerində Ye-
revandakı Kənəkert alüminium zavodunun sexinin və istirahət 
kompleksinin tikintisinə başladılar. 
Bütün bu hadisələr geniş xalq kütlələri içərisində qəzəb və 
etirazlara səbəb olurdu. Bu, özünü bütün respublikanın şəhər 

27
və kəndlərini bürüyən və xalqın milli birliyini göstərən Meydan 
hərəkatında biruzə verdi. 1988 il noyabrın 17-dən dekabrın 
5-dək Bakıda Azadlıq meydanında keçirilən fasiləsiz mitinq bu 
birliyin göstəricisi idi. Dekabrın 5-də şəhərə hərbi qüvvə yeri-
dildi və mitinq dağıdıldı. 1989 il yanvarın 12-də SSRİ Ali Soveti 
Dağlıq Qarabağda vəzyyəti nizama salmaq adı altında Azərbay-
canın hüquqlarını kobud şəkildə pozaraq, “Azərbaycan SSR-
in DQMV-ndə xüsusi idarəçilik formasının formasının tətbiqi 
haqqında” qərar qəbul etdi. Dağlıq Qarabağın idarə olunması 
mərkəzin nümayəndəsi A. İ. Volskinin başçılığı ilə yaradılmış 
xüsusi idarəetmə komitəsinə həvalə edildi. Bu, faktiki olaraq 
Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılması 
demək idi. SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərdə belə 
bir təsəvvür yaratmağa çalışırdı ki, o, regionda yaranmış vəziy-
yəti normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbayca-
na, həm də Ermənistana münasibətdə paritetlik mövqeyindən 
çıxış edir. Halbuki mərkəzin Azərbaycana, azərbaycanlılara 
qarşı qərəzli münasibəti açıq-aşkar göz qabağında idi.  
Azərbaycan xalqının təkidli tələbi ilə 1989 il noyabrın 28-də 
SSRİ Ali Soveti Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləğv 
etdi və vilayətin idarəsi SSRİ Ali Soveti xüsusi komissiyasının 
nəzarəti altında Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. 
Bu qərardan azğınlaşan Ermənistan SSR Ali Soveti 1989 il 
dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR ilə birləşmə-
si haqqında qeyri-qanuni qərar qəbul etdi. Bununla da Ermə-
nistanın Azərbaycana qarşı təcavüzünün siyasi və hərbi əsası 
qoyuldu. 
20 Yanvar hadisələrinə bir neçə gün qalmış, yəni 1990 il 
yanvarın 15-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq 
Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqə-
ladə vəziyyətin elan olunması haqqında” fərmanı ilə əslində 
azərbaycanlıların Dağlıq Qarabağdakı ev-eşiklərinə qayıtmaq 
ümidlərinə də son qoyuldu. Fərmanın başlığından göründüyü 
kimi, muxtar vilayətin və “bəzi digər rayonların” kimə mənsub 
olması məsələsi də artıq sual altına qoyulurdu. 
Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə qarşı, 

28
Sovet qoşunlarının Bakıda 
törətdikləri qətliam
Fotoqraf: Oleq Litvin
Mənbə: Azərbaycan Fotoqrafları Birliyi
10
20.01.1990
SSRİ rəhbərliyinin Azərbaycan xalqı barəsində apardığı qərəz-
li siyasətə, yerli rəhbərliyin sazişçilik, əslində isə xəyanətkar 
fəaliyyətinə qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc 
əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın bir 
sıra rayonlarına qanunsuz surətdə sovet hərbi hissələri yeridil-
di. 1990 il yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayətkar 
hərbi əməliyyat həyata keçirildi. Görünməmiş qəddarlıqla hə-
yata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olma-
yan 137 adam öldürüldü və 612 nəfər yaralandı. 
Yanvarın 21-də Heydər Əliyev öz həyatını təhlükə qarşısın-
da qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə 
gəldi və təşkil olunan etiraz yığıncağında hadisəyə obyektiv 
siyasi qiymət verdi: “Dağlıq Qarabağ hadisələrinin ilkin mər-
hələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtın-
da zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, 
tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 
19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən 
hərbi müdaxilə üçün də zəmin yaranmazdı”. 

29
1990 ilin birinci yarısı ərzində ermənilər dəfələrlə Azərbay-
canın sərhəd bölgələrinə hücumlar edərək, kəndləri yandırıb, 
dinc əhalini qətlə yetirdilər. Dağlıq Qarabağdakı azərbaycan-
lıların məskunlaşdıqları Kərkicahan, Meşəli, Qaradağlı və s. 
kəndlərə basqınlar edilir, evlər yandırılır, dinc insanlar qətlə 
yetirilirdi. 
1990 ildə ermənilər geniş terror aktlarına başladılar. İyulun 
21-də Ağdam-Kəlbəcər, avqustun 10-da Tbilisi-Ağdam marşru-
tu ilə hərəkət edən avtobuslar, avqustun 8-də Laçın rayonunda 
yük maşını, avqustun 10-da isə Xanlar (Göygöl) rayonunda av-
tobus partladıldı, onlarla insan həlak oldu və yaralandı. 
Terror əməlləri 1991 ildə də davam etdi. Yanvarın 9-da La-
çın-Şuşa yolunda ermənilərin terror əməlləri nəticəsində “Mo-
lodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova, iki 
yüksək rütbəli zabit və bir əsgər qətlə yetirildi. SSRİ Daxili İş-
lər Nazirliyi daxili qoşunlarının komandanı general Şatalinin 
Ermənistan SSR Ali Sovetinin sədri Levon Ter-Petrosyana ün-
vanladığı məktubunda qeyd olunurdu ki, ermənilər tərəfindən 
daxili qoşunların 19 hərbçisi öldürülüb, yüzlərlə hərbi qulluq-
çu isə yaralanıb. 
1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət 
müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, 
oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya 
aktı qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da 
yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanı 
davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında “Dağlıq Qa-
rabağ Respublikası” adlanan oyuncaq qurumun yaradıldığını 
elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaq-
dan imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Mux-
tar Vilayətinin statusu ləğv olundu. 
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet 
məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki 
olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başla-
dı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini 
pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni se-
paratçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının 
“Ermənistanın 
Azərbaycana 
təcavüzü nəticəsində 
işğal edilmiş 
torpaqlarda biz öz 
tarixi irsimizi qoruya 
bilmirik. Çünki 
bizim torpaqlarımız 
erməni işğalı 
altındadır”. 
Azərbaycan 
Respublikasının 
Prezidenti 
İlham Əliyevin 
“Bakı-İslam 
mədəniyyətinin 
paytaxtı-2009” 
mədəniyyət ilinin 
açılışında nitqindən, 
18 fevral 2009-cu il
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə