Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 6.9 Mb.
Pdf просмотр
səhifə14/28
tarix11.06.2017
ölçüsü6.9 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

Azərbaycan 
Respublikasının 
Ümummilli lideri Heydər 
Əliyev ATƏT-in Lissabon 
sammitində 
Mənbə: Azərbaycan 
Respublikası Prezidentinin 
mətbuat xidməti
“Azad dəhliz” barədə məlumat Xocalının əhalisinin çoxuna 
çatdırılmamışdır. 
Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin 
kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz. 
Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan 
sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər 
mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əha-
linin əksəriyyəti Stepanakertdə saxlanıldı ki, bu da bu barədə 
“DQR” hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəri-
cisidir. 
“Azad dəhliz” zonasında və ətraf ərazilərdə yerləşən dinc 
əhalinin kütləvi şəkildə qırılmasına heç bir halda haqq qazan-
dırıla bilməz. 
Xocalıda dinc əhalinin, o cümlədən qadınların “girov” kimi 
tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bü-
tün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qay-
tarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiy-
yət təşkil edir. “Girov”ların saxlanma şəraiti kəskin dərəcədə 
qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı 
02. 12. 1996

161
zorakılıq tətbiq edilmişdir. 
Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məh-
rum edildi, onların əmlakı Stepanakertdə və ətraf məntəqələr-
də məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” ha-
kimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan 
Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üçün orderlər ver-
məklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilmə-
sini leqallaşdırdılar. 
Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna 
məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. 
“Memorial” hüquq müdafiə mərkəzinin qənaətinə görə, MDB 
hərbçilərinin münaqişə regionunda hərbi əməliyyatlarda və 
döyüş fəaliyyətlərində iştirakı faktı, həmçinin münaqişə tərəf-
lərinin birləşmələrinə hərbi əmlakın verilməsi faktları üzrə xü-
susi araşdırmalar aparılmalıdır. 
“Memorial” hüquq müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya 
hücum zamanı Dağlıq Qarabağdakı Ermənistan silahlı dəstələ-
rinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyalarına, 
həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-
nin Baş Assambleyası 10. 12. 1948-ci il tarixdə qəbul etmişdir) 
aşağıdakı maddələrinə kobud qaydada ziddir:
• 
Maddə 2 – “Hər bir şəxs... dilindən,... dinindən,... milli... 
mənsubiyyətindən... və ya digər vəziyyətindən asılı olmadan 
bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara 
malik olmalıdır”;
•  Maddə 3 – “Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxu-
nulmazlıq hüququ vardır”;
• 
Maddə 5 – Qəddar, qeyri-insani və ya insan ləyaqətini 
alçaldan rəftarı qadağan edir;
• 
Maddə 9 – Özbaşına həbsləri, saxlamaları və ya qovul-
maları qadağan edir;
• 
Maddə 17 – Hər kəsin əmlaka sahib olmaq hüququnu 
təsbit edir və insanın əmlakdan özbaşına məhrum edilməsini 
qadağan edir. 
Silahlı dəstlərin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hər-
bi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bə-

162
ATƏT-İN MİNSK QRUPU
Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq 
üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (indi 
Avropada Təhlüksizlik və Əməkdaşlıq Təşkilatı) tərəfindən ya-
radılmış təsisat. ATƏT-in Nazirlər Şurasının 1992 ilin 24 martın-
da Helsinkidə keçirilmiş görüşündə yaradılıb. ATƏT-in Budapeşt 
sammiti Minsk qrupu üçün həmsədrlik yaratmağa qərar verdi. 
Hazırda ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədrləridir. 
Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş 
Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və 
İsveç qrupun üzvləridir. Minsk qrupu 1997 ilin iyulunda “paket”, 
1997 ilin dekabrında “mərhələli” və 1998 ilin noyabrında “ümumi 
dövlət” adlandırılan üç təklif təqdim edib. Sonralar Minsk qrupu 
Praqa prosesi və Madrid prinsipləri kimi həll planları ilə çıxış edib. 
Lakin Minsk qrupu tərəfindən təqdim olunan variantların heç biri 
tərəflərin hər ikisini qane etməyib. Azərbaycan tərəfi dəfələrlə bu 
təsisatı fəaliyyətsizliyinə görə tənqid edib. 
Əd.: B. Dədəyev və b. Qarabağ 99 sualda. Bakı, CBS, 2014- s. 149-150
yannaməsinə (BMT-nin Baş Assambleyası 14. 12. 1974-cü ildə 
qəbul etmişdir) kobud qaydada ziddir. Bu bəyannamədə de-
yilir:
“Mülki əhaliyə daxil olan və sülh, öz müqəddəratını təyin 
etmə, milli azadlıq və müstəqillik mübarizəsi apararkən fövqə-
ladə vəziyyət və silahlı münaqişə hallarına cəlb olunan və ya 
işğal altında olan ərazilərdə yaşayan qadın və uşaqlar Ümum-
dünya İnsan Haqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar 
haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquq-
lar haqqında Beynəlxalq Pakt və ya beynəlxalq hüququn digər 
aktlarının müddəalarına uyğun olaraq sığınacaq, ərzaq, tibbi 
yardım və ya digər ayrılmaz hüquqlardan məhrum edilə bil-
məz. ”
Əd.: http://www.justiceforkhojaly.org/az

163
 “HUMAN RIGHTS WATCH” 
(KEÇMİŞ “HELSINKI WATCH”) TƏŞKİLATININ XOCALI 
HADİSƏLƏRİ İLƏ BAĞLI HESABATI
səhifə 19-24, sentyabr 1992-ci il
Fevralın 25-dən 26-na keçən gecə Ermənistan qüvvələri Stepa-
nakertdən təxminən on mil aralıda yerləşən Azərbaycan şəhəri olan 
Xocalını zəbt etdilər. Xocalının bəzi sakinləri geri çəkilən Azərbay-
can hərbçiləri və özünümüdafiə qüvvələrinin müşayiəti ilə Ağdama 
getmək məqsədilə sərhədi keçmək üçün Xocalını tərk edərkən Er-
mənistan hərbi postlarına yaxınlaşdı və atəşə məruz qaldılar. Azər-
baycan hökuməti hazırda bu hadisələrlə bağlı iki istintaq aparır; 
biri xüsusi parlament komissiyası, digəri isə prokurorluq tərəfindən. 
Bundan əlavə, Rusiyanın nüfuzlu qeyri-hökumət təşkilatı olan “Me-
morial” İnsan Hüquqları Mərkəzi 1992-ci ilin mart ayında hadisənin 
müstəqil tədqiqatını aparmışdır. 
Azərbaycan Prokurorluğunun rəsmilərinin məlumatına görə 
Dağlıq Qarabağda münaqişənin eskalasiyasından öncə Xocalının 
6000 nəfər sakini var idi; bəzi sakinlərin daha öncə şəhəri tərk et-
məsi səbəbindən onun fevral ayı üzrə əhalisinin dəqiq sayını müəy-
yənləşdirmək mümkün olmamışdır. 1988-ci ildə Xocalı yalnız 2000 
sakinə və kənd statusuna malik olmuşdur; Ermənistandan olan 
azərbaycanlı qaçqınların burada məskunlaşması səbəbindən onun 
əhalisinin sayı artmışdır. Azərbaycan hökuməti həmçinin Mərkəzi 
Asiyada təqiblərdən xilas olmağa çalışan bir neçə yüz məhsəti tür-
künü də Xocalıda yerləşdirmişdir. Nəhayət, Dağlıq Qarabağın digər 
hissələrindən, xüsusən Stepanakertdən azərbaycanlılar buraya 
axışmış və 1991-1992-ci illərdə Ermənistan qüvvələri onların kənd-
lərini ələ keçirdikdən sonra bu proses davam etmişdir. Yalnız 1991-
ci ilin dekabrında Azərbaycan hökuməti ona rayon statusu vermiş 
və Xocalı Dağlıq Qarabağda Şuşadan sonra ikinci ən çox azərbay-
canlının yaşadığı rayon idi. 
Dağlıq Qarabağda yeganə hava limanı Xocalıda yerləşir. Azı 
1990-cı ildən bəri, əsasən şəhəri və hava limanını mühafizə etmək 
üçün Azərbaycanın OMON hərbi bölməsi Xocalıya yerləşdirildi. Yer-
ləşdirilən hərbçilərin dəqiq sayı məlum deyil. Məcburi köçkünlər 

164
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev 
Xocalının düşməndən müdafiəsində iştirak etmiş, şəhid olmuş 
milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə 
və fərqlənənlərə “Qızıl Ulduz” medalları, “Azərbaycan Bayrağı” 
ordenlərinin təqdim edilmə mərasimində
Mənbə: Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti
40
26.02.1999
qırxa qədər hərbçinin şəhərin əhalisi ilə birlikdə Xocalını tərk etdiyi-
ni bildirsə də, Xocalı ilə bağlı istintaqa rəhbərlik edən Aydın Rəsulov 
bu rəqəmin iyirmi iki olduğunu bildirir. Bundan əlavə Xocalının 200 
nəfərədək özünü müdafiə qrupu olmuşdur. 
Ermənistan silahlıları Xocalıda yerləşən Azərbaycan qüvvələrinə 
həmin şəhərdən Stepanakertə raket hücumlarının dayandırılma-
dığı halda Ermənistan qüvvələrinin hücum edəcəyi ilə bağlı xəbər-
darlıq göndərdiklərini bildirir. “Helsinki Watch” tərəfindən Bakıda 
müsahibə aparılan azərbaycanlı qadın A. H. bunları söylədi:
Ermənilər Malıbəylini tutduqdan sonra Xocalıya ultimatum gön-
dərdilər. … və Xocalı əhalisinin şəhəri ağ bayraqla tərk etməsini 
tələb etdilər. Əlif Hacıyev [Xocalıda yerləşən hərbçilərin rəhbəri] 
bizə bunu 15 fevral tarixində söylədi, lakin bu məni və digər insan-
ları qorxutmadı. Biz inanmırdıq ki, onlar Xocalını işğal edə bilərlər. 
Xocalı hadisələrinin “Helsinki Watch” tərəfindən dindirilən iyirmi 
iki azərbaycanlı şahidinin demək olar ki hamısının söylədiyinə görə 
1991-92-ci illərin qışında kənd demək olar ki hər gün atəş altında 
saxlanılırdı və əhali gecələri zirzəmilərdə keçirməyə öyrəşmişdilər. 
Xocalıya hücum 25 fevral tarixində təxminən saat 23:00-da gər-
gin silah və artilleriya atəşləri ilə başladı. Tikinti fəhləsi olan Həsən 
Allahyarovun “Helsinki Watch”a dediklərindən:
Atəş səslərinə öyrəşmişdik, lakin çox vaxt bu pulemyotlarla edi-

165
lirdi. Balkonda yatmışdım və oğlum mənə yaxınlaşdı və bu dəfə 
başqa səsin gəldiyini söylədi. Ayağa qalxdım və... BMP [silahlı pi-
yada daşıyıcıları] və tankların bütün istiqamətlərdən atdığını gör-
düm... Çölə çıxdıqda hər yerdən bomba düşdüyünü gördüm. 
Bir neçə qaçqın Xocalıya hücum zamanı və ya onlar şəhəri tərk 
edərkən evlərin yandığını gördüyünü söylədilər. Züleyxa Dünyama-
lıyeva (bacısı Xocalıdan çıxarkən həlak olub) gecə yarısı saat 1:00-da 
məhsəti türklərinin yaşadığı qonşu ərazidə yanğının alovlandığını 
gördüyünü söylədi: “Məhsəti turkləri bizim qonşuluqda fin növün-
də olan evlərdə yaşayırdı. Onların evləri yanan kimi biz dərhal oranı 
tərk etdik. ”
Əksər Xocalı sakinləri gecə saat 3:00-a kimi şəhərdə idi, bəzilə-
ri xüsusi evlərdə zirzəmilərdə qalırdı. Bundan əlavə təxminən 300 
sakin bir məktəbin zirzəmisində sığınacaq tapmışdı. Bəziləri özü-
nümüdafiə qüvvələrinin küçələrlə hərəkət edərək əhalini şəhərdən 
çıxmağa çağıran təlimatlarından sonra gecə saat 3:00-də şəhəri 
tərk etmək qərarına gəldiklərini söylədilər. 
Xaos və təşviş içində sakinlər müxtəlif qruplarla, əksəriyyəti öz 
əşyalarını və soyuq hava üçün geyimlərini götürmədən şəhəri tərk 
etdilər. Nəticədə, yüzlərlə insan sərt donvurmadan əziyyət çəkdi – 
bir çoxları həyatını itirdi. 
Xocalı sakinlərinin əksəriyyəti dayaz çay boyunca, dağlardan 

166
keçən və ermənilərin nəzarətində olan Naxçıvanlı kəndinin yaxınlı-
ğındakı açıq sahəyə doğru aparan yol ilə hərəkət etdilər. Ən gərgin 
atışma məhz burada olmuşdur. Digərləri onları Ağdam yaxınlığında 
Azərbaycanın nəzarətində olan Şelli kəndinə aparan başqa yol ilə 
çıxdılar. Xocalıdan sağ çıxan xeyli sayda insan Ağdam ətrafına get-
mək yolunu tapmaq üçün bir neçə gün meşədə dolaşmışdılar. 
● Hərbi qüvvələrin yerləşməsi
Şəhəri tərk edən qruplardan biri də Əlif Hacıyevin rəhbərlik et-
diyi hava limanından çıxan Azərbaycan OMON qrupu olmuşdur. 
“Helsinki Watch” tərəfindən dindirilən bir çox şəxslərin sözlərinə 
görə Hacıyev məktəb zirzəmisində sığınacaq tapan qrupun şəhəri 
tərk etməsinə rəhbərlik etmişdir. Naxçıvanikdə ermənilər və 366-
cı alayın qüvvələri geri çəkilən OMON hərbçilərinə və xilas olma-
ğa çalışan sakinlərə atəş açdılar. Dindirilmədə iştirak edən bu 
qrupda olan bütün azərbaycanlılar hələ də hərbi formada olan 
və bəziləri hələ də silahlı olan hərbçilərin mülki əhali kütləsi ilə 
qarışdığını bildirdilər. Məsələn, 33 yaşlı çörəkbişirmə sexində iş-
ləyən Hicran Ələkbərova “müdafiəçilər tərəfindən çevrəyə alın-
mış” şəkildə hərəkət edən mülki əhali kütləsini təsvir etdi. “Onlar 
bizi müdafiə etmək istəyirdilər. Onların silahları var idi və cavab 
atəşi aça bilərdilər. ”
Donvurma zədəsi səbəbindən ayaq barmağı amputasiya edil-
məli olan iyirmi bir yaşlı bir azərbaycanlı qadının dediklərindən: 
“Bizim qrupun liderləri kişilər idi. Kəndə [Naxçıvanik] yaxınlaşan 
kimi ermənilər atəş açdılar. Onlar bizi mühasirəyə aldılar və atəş 
açdılar. Erməni və bizim əsgərlər arasında atışma oldu. ” OMON 
bölüyünün üzvü S. A. “Helsinki Watch”a dedi: “Biz birgə şəkildə 
atəş açır və qaçırdıq, lakin bu təşkil olunmuş formada tərk etmə 
deyildi. Biz hamımız bir-birimizə qarışmışdıq. ”
Ayaqlarını don vurmuş digər gənc Azərbaycanlı qadın da qarşı-
lıqlı atəş açma hallarını təsvir etdi: ermənilər bizi gördükdə onlar 
atəş açmağa başladılar. Biz gizləndik. Eyni zamanda, azərbay-
canlılar geriyə atəş açdılar. Onlar Azərbaycan OMON dəstəsindən 
idilər. Biz çıxarkən onların bəziləri bizimlə idi. ”
● Mülki əhaliyə atəş açma
Naxçıvanikdə törədilən qırğının şahid və qurbanları “Helsinki 

167
Watch”a atəşə məruz qalan əhali barədə müxtəlif rəqəmlər səs-
ləndirdi və güllə yaralarını necə aldıqlarını təsvir etdilər. 
Tərəvəz mağazasında işləmiş 33 yaşlı Nigar Əzizovanın “Helsin-
ki Watch”a söylədiyinə görə kütlə öldürülməyə başladığı zaman 
onlar geri çevrildi və müxtəlif istiqamətlər üzrə qaçmağa başladı. 
Kütlə təxminən altmış metr uzunluğunda idi. Mən ortada idim 
və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanik-
də bu insanların irəlidən öldürüldüyünü gördük. Onlar qışqıraraq 
ölürdülər. Onları üzlərindən tanıyırdım. Onların üzərindən keçdik-
də üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini 
bağlayırdıq. 
Xanım Əzizova üzərindən keçdiyini söylədiyi səkkiz adamın adı-
nı saydı və onların heç bir silahının olmadığını iddia edirdi: Elşad 
Abışov, Zəlif Ələkpəliyev, Təvəkkül Ələkbərov, Saxavət Ələkbərov 
(deyilənə görə doqquz yaşı var idi), Elmar Abdulov, Etibar Abışov və 
Habil Abışov. 
Sonradan əsir götürülən gənc azərbaycanlı qadın “Helsinki Wat-
ch”a söylədi: “Ora şumlanmış sahə idi. Biz oraya yaxınlaşdıq və on-
ların atəş açmağa başladığını gördük. Bu sahədə altmışa qədər öl-
müş insan gördüm. Mənimlə birlikdə qaçanlar yıxılaraq ölürdülər. ”
Həsən Allahyarov dedi: “öncə biz Naxçıvanikə qaçdıq, lakin 
onlar əhaliyə atəş açmağa başlayan zaman biz digər istiqamətə 
doğru qaçdıq. Yolda bir BMP dayanmışdı – mən onu görmədim, 
yalnız mərmilər görürdüm. ” Allahyarovun atasından ayrılmış on 
səkkiz yaşlı qızı tank gördüyünü söylədi: “tank atmağa başlayan 
zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən səpələn-
miş meyitlər gördüm və onların əhatəsində olan bütün insanların 
yıxıldığını gördüm. ”
Hicran Ələkbərova deyirdi:
“Naxçıvanikə çatan zaman səhər saat 9:00 idi. Orada bir sahə 
və çoxlu ölmüş insan var idi. Onların sayı yüz olardı. Saymağa 
cəhd etmədim. Bu sahədə mən yaralanmışdım. Əlif Haciyev yara-
lanmışdı və mən ona kömək etmək istədim. Güllə mənim qarnı-
ma dəydi. Onların haradan atdığını görürdüm. Sahədə olan digər 
meyitlər də gördüm. Onlar yenicə öldürülmüşdülər – dərilərinin 
rəngi hələ dəyişməmişdi”. 

168
Azərbaycan 
Respublikasının 
Ümummilli lideri 
Heydər Əliyev ATƏT-
in zirvə görüşündə. 
İstanbul
Mənbə: Azərbaycan 
Respublikası 
Prezidentinin mətbuat 
xidməti
41
18. 11. 1999
Əlli bir yaşlı Baloğlan Allahyarov söylədi:
Naxçıvanikə səhər saat 8:00-də çatdıq və onlar atəş açan zaman 
bir sahənin ortasında idik. Onlar yalnız bir istiqamətdən – meşədən – 
atəş açırdı. Sonra biz bu sahədən həyat yoldaşım və baldızımın öldü-
rüldüyü dərəyə doğru qaçdıq. Onlar təxminən iyirmi metr məsafədən 
öldürülmüşdü. Baldızım üç yerdən vurulmuşdu – baş, qarın və ayaq 
nahiyəsindən. Həyat yoldaşıma arxadan atəş açılmışdı. [Ermənilər] 
onların üzüklərini götürmüşdülər. 
Səhər saat 8:00-də Nazilə Əhmədova sol ayağından güllə ya-
rası aldı:
Biz iməkləyirdik. Ayaq üstə duran hər kəs yaralanmışdı. Ayaqları-
mı rahatlamaq üçün ayağa durdum və mən də yaralandım. Xeyli say-
da insanın yaralandığını gördüm və iməkləyərək onlardan aralanma-
lı olduq. Yaralandıqdan sonra məni keçən bir çox insanı görmədim; 
onlar meşədə gizlənmişdilər. Axşam saat 7:00-yə kimi qarda qaldım. 
Xalq Cəbhəsinin üzvləri gəldi və mənə qaçmağa kömək etdi. 
27 fevral tarixindən başlayaraq Azərbaycan helikopterləri 
cəsədləri toplamağa və yaralılara kömək etməyə çalışan heyəti 
əraziyə gətirdilər. Bəzi xilasedici qruplar maskalanma geyimin-

169
də idilər və fransız jurnalistinin müşayiət etdiyi bu qruplar bəzi 
cəsədlərin baş dərilərinin soyulduğunu və başqa formada təhqirə 
məruz qaldığını söyləyirdilər. Qrupun bir üzvü missiyanı video 
lentə almışdı. 
Ölənlərin sayı
Xocalıdan xilas olarkən öldürülən mülki əhalinin sayı ilə bağlı 
hələ də dəqiq rəqəmlər yoxdur. Aydın Rəsulova görə qəsdən ada-
möldürmə sübutları olan 300-dən çox cəsəd ekspertizadan keç-
mək üçün təqdim edilmişdir. ”Helsinki Watch” Bakıya səfər etdiyi 
vaxt bu ekspertizanın nəticələri hələ yekunlaşmamışdı və istintaq 
qrupu faciədən sonrakı ilk günlərdə Ağdamdan ailə üzvləri tərə-
findən götürülən Xocalı qurbanlarının cəsədlərini analiz etməkdə 
davam edirdi. Azərbaycan tərəfindən təqdim edilən və “Memori-
al” qrupu tərəfindən dərc edilən əvvəlki rəqəmlər güllə, şrapnel və 
ya digər yaralardan ölənlərin sayının 181 olduğunu göstərir (130 
kişi və əlli beş qadın, o cümlədən on üç uşaq). Bundan başqa, 
qeyri-müəyyən sayda insan donvurmadan ölmüşdür. Azərbay-
can Parlamentinin Hüquq, qanunvericilik və müdafiə məsələləri 
idarəsinə rəhbərlik edən və Xocalı hadisələrinin istintaqını aparan 
parlament qrupunun tərkibinə daxil olan Namiq Əliyevin 23 aprel 
tarixində ”Helsinki Watch”a bildirdiyinə görə Ağdamda 213 Xoca-
lı qurbanı dəfn olunub. Ağdamda müvəqqəti olaraq yaradılmış 
hospitalda qəbul edilmiş bəzi cəsədlər kombatant kimi müəyyən 
edilmişdir. 
Əliyev həmçinin ekspertizaya təqdim edilən cəsədlərin otuz üçü-
nün baş dərisinin soyulduğunu, bədən hissələrinin qoparıldığını və 
ya başqa formada təhqirə məruz qaldığını söylədi. 
Yüz səksən Xocalı sakininin itkin düşdüyü bildirilir. 
Bu hesabatın V hissəsindən qeyd edildiyi kimi mülki əhali və ay-
rı-ayrı mülki şəxslər heç bir silahlı münaqişənin qanuni hücum hədəfi 
sayıla bilməz. Bu səbəbdən münaqişə tərəfləri hər zaman mülki şəxs-
lər ilə kombatantlar arasında fərq qoymalı və hücumu yalnız sonun-
cuya yönəltməlidir. Bundan əlavə, tərəflər hərbi hədəfləri hücumdan 
qorumaq və ya geri çəkilmə halları da daxil olmaqla hərbi əməliy-
yatları qorumaq üçün mülki şəxslərdən istifadə edə bilməz. Beləliklə 
də qaçan mülki əhali ilə qarışan kombatantlar həmin mülki şəxsləri 

170
Azərbaycan Respublikasının 
Ümumilli lideri Heydər Əliyev 
Goranboy rayonunun 
Aşağı Ağcakənd qəsəbəsində 
daimi məskunlaşmış 
qaçqınlar üçün tikilmiş 
qəsəbənin açılışında
Mənbə: Azərbaycan 
Respublikası Prezidentinin 
mətbuat xidməti
42
13.09.2002
təhlükə altına alır və öz mülki əhalisini qorumaq üzrə öhdəliyini poz-
muş olur. 
Baxmayaraq ki, geri çəkilən kombatantlar və qaçan zaman kom-
batant rolunu oynayan mülki şəxslər birbaşa fərdi hücumun hədəfinə 
çevrilirlər, hücum edən tərəf hər bir halda mülki şəxslərin itkilərindən 
yayınmaq və ya onları minimuma endirmək üçün ehtiyat tədbirlərini 
görmək öhdəliyini daşıyırlar. Xüsusən də hücumun nəzərdə tutulan 
konkret və ya birbaşa hərbi faydasına münasibətdə artıq mülki şəxs-
lərin itkisinə səbəb olacağının gözlənildiyi aşkardırsa, həmin tərəf hü-
cumu təxirə salmalıdır. 
Naxçıvanikdə Xocalıdan çıxan şəxslərə qarşı hücum ətrafındakı 
vəziyyət onu göstərir ki, Ermənistan qüvvələri və 366-cı MDB alayının 
qüvvələri (ehtimal ki, onlar komandirlərinin əmrləri ilə hərəkət etmir-
di) hücumlar zamanı təmkinlik göstərməyi tələb edən bu hüquq nor-
masını qəsdən pozublar. Dağlıq Qarabağ rəsmiləri və silahlıları Xocalı 
sakinlərinin qaçmasını aşkar şəkildə gözləyirdilər. Çünki onlar əha-
linin təhlükəsiz şəkildə çıxması üçün bir dəhlizin açıq saxlanılacağı 
barədə şəhəri məlumatlandırdıqlarını iddia edirlər. ”Helsinki Watch” 
tərəfindən dindirilən heç bir şahid bu cür dəhliz barədə əvvəlcədən 
xəbərdar olduqlarını bildirmədiblər. Bundan əlavə, baxmayaraq ki, 
şahid və qurbanlar Naxçıvanikdə qətliamın başladığı dəqiq vaxt ilə 
bağlı fərqli ifadələr verdilər, onların hamısı havanın sağlam görüntü-

171
yə və beləliklə də hücum edənlərə silahsız mülki şəxsləri silahlı və / və 
ya silah istifadə edən şəxslərdən fərqləndirməyə imkan verən qədər 
işıqlı olduğunu bildirdilər. Bu vəziyyətdə geri çəkilən kombatantların 
öldürülməsi əvvəlcədən müəyyən edilə bilən qədər geniş miqyasda 
mülki əhali itkilərinə haqq qazandıra bilməz. 
* ”Helsinki Watch” a göndərdiyi 1992-ci il 17 iyul tarixli məktubun-
da cənab Əliyev 927 nəfərin öldüyünü bildirib. Bu ölüm hallarının 
donvurma, güllə yaraları və ya hansısa digər səbəblərdən baş vermə-
si aydın deyil. 
Mənbə: Qafqazda qətliam, “Human Rights Watch” (keçmiş “Hel-
sinki Watch”) hesabatı, sentyabr 1992-ci il, səhifə 19-24. 
Əd.: http://www.justiceforkhojaly.org
XOCALI SOYQIRIMI (GENOSİDİ) GÜNÜ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN 
QƏRARI 
– Bakı şəhərində, 24 fevral 1994 ildə qəbul olunub. Qərarda de-
yilir: “Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkar-
ları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisin 
Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının 

172
təklifini müzakirə edərək qərara alır: 1. 1992-ci il fevralın 26-da 
erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının 
milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan 
Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” elan 
olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin. 
2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırıl-
ması və “Xocalı soyqırımı günü”nün beynəlxalq miqyasda keçiril-
məsi üçün dünya azərbaycanlılarına müraciət edilsin”. 
http://files. preslib. az/projects/khojali/rukhojali/gl2.pdf


Поделитесь с Вашими друзьями:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə