Make the children play


Diaqnozlar və təcrid olunmalar



Yüklə 0,66 Mb.
səhifə27/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   23   24   25   26   27   28   29   30   ...   60
Diaqnozlar və təcrid olunmalar

Həkimlər tərəfindən tez-tez həyatın ilkin mərhələsində (hətta doğuşdan dərhal sonra) bildirilən diaqnozlar proqressiv stiqmatizasiya prosesinin və tez-tez qapalı tipli müəssisəyə salınma ilə nəticələnən təcrid olunma prosesinin başlanğıc nöqtəsidir. Diaqnozlar əsasən heç vaxt yenidən nəzərdən keçirilmir, beləliklə, uşaqların taleyinin onların həyatlarının ilk günlərindən sonraki inkişafı nəzərə alınmadan müəyyənləşməsi : uşaqların bəzən birbaşa ana himayəsindən ayrılıb göndərildiyi psixo-nevroloji uşaq evlərinə ziyarət hər kəsə başa düşmək imkanı verir ki, orada yerləşdirilən uşaqların ən azı yarısının illik diaqnozları düzgün şəkildə verilsəydi, asanlıqla başqa həyata malik ola bilərdilər.

Yeni doğulan uşağa ilkin tibbi yardım «sahə» həkimləri tərəfindən həyata keçirilir; onlar bəzi hallarda digər diaqnozlar üçün və əlillik hallarının sağaldılması üçün psixo-nevroloji dispanserlərin yerləşdiyi poliklinikalara göndərilirlər. Bəzi hallarda onlar ana himayəsindən birbaşa göndərilir və digər hallarda isə valideynlər poliklinika ilə əlaqəyə keçirirlər. Xidmətlərdən uzaq məsafənin olması düzgün tibbi yardım üçün böyük maneədir: Deyilənlərə görə, kəndlərdən olan uşaqlara 3-4 yaşlarında ilk dəfə baş çəkilir.

Nevroloqlar diaqnozlardan və mümkün terapiyanın müəyyən olunmasından məsuldurlar, amma xəstəlik və ya əlilliyin təkamülünə nəzarət etmirlər.:Mütəxəssislərin baş çəkmələrindən sonra uşaqlar öz sahə həkimlərinə göndərilirlər.

Deyilənlərə görə müxtəlif xidmətlərdən olan həkimlər mütəmadi əlaqə saxlamır və fərdi planın müəyyən olunması üçün əməkdaşlıq yoxdur.

Əlillik üçün sosial yardıma haqq verilməsi Tibbi Komissiya tərəfindən müəyyən olunur ki, onlar psixo-nevroloji dispanserlər tərəfindən hazırlanan diaqnozların yenidən nəzərdən keçirilməsi yolu ilə qərar verirlər. Yardımlar Əmək və Sosial Müdafiə Nazirliyinin ərazi sahələri üzrə paylanılır.

Xüsusi ehtiyacı olan uşaqların böyüməsində ailələrə yerli səviyyədə yardım göstərmək üçün başqa sosial xidmətlər nəzərdə tutulmur.

Sistemin dağılmasından sonra Bakıda mövcud olan yeganə mərkəz tərəfindən həyata keçirilən reabilitasiya terapiyaları təchizatın və terapevtlər üçün treyninq imkanlarının məhdudluğu səbəbindən mənfi təsir göstərir.

Əlil və ya xroniki xəstə olan uşaqlar məktəb yaşına çatdıqda Tibbi psixo-pedaqoji Komissiya tərəfindən yoxlanılır.54 (şəxsi təkamül səbəbindən tez-tez öz uşaqlarının əsas məktəblərə qəbuluna qarşı çıxıldığından, valideynlər özləri xüsusi məktəblərə qəbulla bağlı qərar verə bilərlər). Pedaqoji məsələlərlə bağlı qərar vermək səlahiyyətində olmalarına baxmayaraq, deyilənlərə görə komissiya tibbi profilə malikdir və öz qərarlarında uşaqların funksional profilin inkişafı əvəzinə (bacarıq, inkişaf etmə imkanları) sanitariya məlumatlarına əsaslanırlar.

Komissiyanın rəylərinin mövcud olduğu siyahı uşaqların təhsil almaq hüquqlarına hörmət sahəsində yüksək alarmın olduğunu ortaya çıxarır; Əsas məktəblərdən təcrid olunmaya səbəb bu xəstəliklərdir : astma, anaemiya, hepatit, revmatoid artrid, dəri xəstəlikləri,talasemiya, AİDS və HİV..

Daha çox problemli məsələ ev təhsilidir. Bu halda uşaqlar öz evlərinin divarları arasında, qərarların dövri yoxlanılmasının müəyyən edilməsi və əldə olunan təhsilin keyfiyyətinin yoxlanılma strategiyasının olmamasından tənha qalırlar. Ev təhsili uşaq müdafiəsi perspektivində –əgər birinci deyilsə –bir «səssiz fövqəladə vəziyyət» olmaqla mühüm addım hesab olunur.

Alternativ həll xüsusi məktəblər tərəfindən təmsil olunur ki, hər biri xüsusi əlillik üçün hədəflənib (korluq, beyin infarktı, «nitq qüsuru», karlıq, müasr öyrənmə qüsurluğu və s.)[ cr 1] Belə məktəblər çox az bölgələrdə yerləşir, bəziləri yataqxana xidmətləri həyata keçirir; uşaqlar məktəbə getmək üçün ailələrini və cəmiyyəti tərk etməlidirlər və ayrılıq bəzi hallarda aydın görünür. Buna əlavə olaraq, sistem əlilliyi olan yeniyetmələrə iş ilə əlaqəli treninq həyata keçirmək imkanında deyil ki, bu da onların iş bazarında iştirakına çətinlik yaradır.

Sonuncu qayğı Əmək və Sosial Müdafiəsi Nazirliyində 2 institut tərəfindən ağır əlilliyə malik uşaqlara göstərilir. Uşaqlar burada uzun dövr (əsasən bütün həyat boyu) üçün yerləşdirilirlər. Pedaqoji və tibbi xidmətlər ağır qüsuru olanların rəsmi «təhsil verilə bilinməz» kimi müəyyən olunmasından sonra son dərəcə məhdudlaşdırılır55.

Ölkədə mövcud olan yeganə alternativ təcrübə56 ailələrindən uşaqların məcburi ayrılmasının qarşısını almaq üçün valideynlərə konkret yardımlar həyata keçirən 4 günlük qayğı mərkəzlərinin kiçik şəbəkəsinin mövcudluğudur. Həmişə son dərəcə məhdud ehtiyatlar üzündən, mərkəzlər hələ dövlət tərəfindən tanınmayıb.


Əlil uşaqlar üçün institusional yolların inkişaf prosesini göstərən cədvəl Əlavə II-da əks olunub.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin