AZƏrbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


YENİ AZƏRBAYCAN PARTİYASI



Yüklə 4.86 Mb.
Pdf просмотр
səhifə9/9
tarix10.06.2017
ölçüsü4.86 Mb.
1   2   3   4   5   6   7   8   9

YENİ AZƏRBAYCAN PARTİYASI
Təsis tarixi: 21 noyabr 1992-ci il 
Qeydiyyat tarixi: 18 dekabr 1992-ci il 
Partiya sədri: İlham Əliyev
Müsahibin adı: Mübariz Qurbanlı
Müsahibin vəzifəsi: icra katibinin müavini
İdeologiyasının  əsasında  azərbaycançılıq,  vətəndaş 
həmrəyliyi,  demokratik  dəyərlər  dayanır.  Siyasi  sistemdə 
mövqeyi  sağ-mərkəzçidir.  Üzvlərinin  sayı  505  000  nəfərdir. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
143
Üzvlük haqqı 0.50 AZN təşkil edir. Partiya mövcud büdcə ba-
xımından şəffaf fəaliyyət göstərməkdədir. Partiyanın 83 şəhər 
və  rayon  təşkilatı  fəaliyyət  göstərməkdədir.  Partiya  indiyə 
qədər 4 qurultay keçirmişdir. Qurultayların keçirilmə müddəti 
4 ildən birdir. 2008- ci ildə keçirilən qurultayda 622 nəfər iş-
tirak  etmişdir.  Partiyanın  seçkili  orqanları  sədr,  Siyasi  Şura, 
Mərkəzi  Nəzarət-Təftiş  Komissiyası  və  rayon  təşkilatlarının 
sədrlərindən  ibarətdir.  Partiya  üzvü  olan  gənclər  39%,  qa-
dınlar isə 35% təşkil edirlər. Yeni qəbul edilmiş üzvlərin sayı 
2009-cu ildə 29 000 nəfər olmuşdur. Partiyanın ictimaiyyətlə 
əlaqə  vasitələri  “Yeni  Azərbaycan”  və  digər  qəzetlər,  www.
yap.org.az  internet  saytıdır.  Partiya  sonuncu  prezident 
seçkilərində öz namizədi ilə iştirak etmiş və partiyanın sədri 
prezident seçilmişdir. 2005-ci ilin parlament seçkilərində 125 
namizəddən  63  nəfəri  parlamentə  seçilmişdir.  2009-cu  ilin 
bələdiyyə seçkilərində 10431 yer qazanılmışdır. 2010-cu ilin 
parlament seçkilərində partiyanın başlıca məqsədi daha artıq 
millət vəkili yerlərinin qazanılmasıdır. Seçki proqramının əsas 
xüsusiyyəti  azərbaycançılıq  ideyasına  və  ümummilli  lider 
Heydər  Əliyev  ideyalarına  sadiq  seçki  proqramının  həyata 
keçirilməsidir.  Seçkilərə  qatılacaq  namizədlərin  sayının  125 
nəfər olacağı gözlənilir. Seçki bloklarında iştirak məsələsinə 
partiya o qədər də müsbət yanaşmır. Partiya iqtidar-müxalifət 
dialoqunu mümkün hesab edir. Mövcud resursları baxımın-
dan partiya normal maddi-texniki imkanlara malikdir. Parti-
yaların  dövlət  tərəfindən  maliyyələşdirilməsinə  münasibəti 
müsbətdir  və  partiyalar  haqqında  qanuna  dəyişikliklər 
edilməsini labüd hesab edir.
YURDDAŞ PARTİYASI
Təsis tarixi: 1990-cı il
Qeydiyyat tarixi: 1993-cü il
Partiya sədri: Mais Səfərli

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
144
Müsahibin adı: Mais Səfərli
Müsahibin vəzifəsi: sədr
İdeologiyasının əsasında azərbaycançılıq, dövlətçilik da-
yanır. Partiya siyasi sistemdə sağçı mövqedədir. Üzvlərinin 
sayının  12  000  nəfər  olduğu  bildirilir.  Partiyada  üzvlük 
haqqı  sərbəstdir  və  nizamnamə  ilə  müəyyənləşməyib.  Bu 
səbəbdən də büdcəsi qeyri-sabitdir. Partiyanın 37 şəhər və 
rayon  təşkilatı  fəaliyyət  göstərir.  Keçirilmiş  qurultaylarının 
sayı 4, keçirilmə müddəti isə 4 ildən birdir. Sonuncu qurul-
tayda iştirakçıların sayının 670 nəfər olduğu bildirilir. Parti-
yada seçkili orqanlar sədr, müavinlər, Siyasi Şura və Nəzarət-
Təftiş  Komissiyasıdır  (bunların  hamısı  qurultayda  seçilir). 
Gənclər partiya üzvlərinin 68%-ni, qadınlar isə 45%-ni təşkil 
edirlər.  Partiyanın  ictimaiyyətlə  əlaqəsi  mətbuat  xidməti 
vasitəsilə həyata keçirilir. Partiya ilə bağlı hər hansı bir qəzet 
yoxdur. Sonuncu prezident seçkilərində partiya müşahidəçi 
qismində  iştirak  etmişdir.  Sonuncu  parlament  seçkilərinə 
partiya  12  namizədlə  qatılmışdır.  Sonuncu  bələdiyyə 
seçkilərində  partiyanı  dəstəkləyən  100-dən  çox  qeyri-
rəsmi üzvü bələdiyyəyə seçilmişdir. 2010-cu ilin parlament 
seçkilərində partiyanın başlıca məqsədi Prezidentin kursu-
nu  dəstəkləyərək  sabitliyi  qorumaqdır.  2010-cu  ilin  parla-
ment seçkilərində partiya 15 namizədlə təmsilçilik uğrunda 
mübarizəyə qatılacaq. Seçki bloklarında iştirak məsələsinə 
partiya müsbət yanaşır. Lakin hal-hazırda hər hansı bir blok-
da  təmsil  olunmur.  Partiyanın  iqtidar-müxalifət  dialoquna 
münasibəti müsbətdir və mövcud resursları seçkilərdə qar-
şıya qoyulan məqsədə nail olmaq üçün yetərlidir. 
 *  *   *

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
145
Son  olaraq  qeyd  etmək  lazımdır  ki,  bütün  hallarda 
müstəqillik  dövründə  çoxpartiyalılıq  şəraitində  keçirilən 
seçkilər ölkədə elektoral demokratiyanın inkişafında, siya-
si rəqabət mühitində siyasi rəhbərliyin dinc və konstitusi-
on seçkilərlə əvəzlənməsinin ənənəyə çevrilməsində irəliyə 
doğru atılan mühüm bir addımdır. 2010-cu ilin parlament 
seçkilərinin bu baxımdan yeni keyfiyyət mərhələsi olacağı-
na ümidlər çoxdur. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
146
İSTİFADƏ OLUNMUŞ ELEKTRON MƏNBƏLƏR: 
www.cec.gov.az 
www.secki.info 
www.lent.az 
www.1news.az 
www.zerkalo.az 
www.echo-az.com 
www.day.az 
www.mediaforum.az 
www.apa.az 
www.trend.az
www.sia.az 
www.municpality.az 
www.musavat.com
www.azadliq.az 
www.azadliq.org 
www.meclis.gov.az 
www.baki-tebriz.com

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
147

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
148
Azərbaycan Respublikasının Prezidenti yanında 
Strateji Araşdırmalar Mərkəzi
Azərbaycan, Bakı şəhəri, AZ 1005
M. İbrahimov küç. 8
Tel.: (+994 12) 596 82 41
Faks: (+994 12) 437 34 58
E-poçt: info@sam.gov.az
Veb-ünvan: www.sam.gov.az
Tiraj : 500
Sifariş : 085
Nəşriyyat:
CBS-PP MMC
Azərbaycan Respublikasının Prezidenti yanında 
Strateji Araşdırmalar Mərkəzi, 2010



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə