AZƏrbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


AZƏRBAYCAN XALQ PARTİYASI



Yüklə 4.86 Mb.
Pdf просмотр
səhifə7/9
tarix10.06.2017
ölçüsü4.86 Mb.
1   2   3   4   5   6   7   8   9

AZƏRBAYCAN XALQ PARTİYASI
Təsis tarixi: 1995-ci il
Qeydiyyat tarixi: 1999-cu il
Partiya sədri vəzifəsini icra edən:  Qiyas Sadıxov
Müsahibin adı:  Qiyas Sadıxov
Müsahibin vəzifəsi: sədr əvəzi
İdeologiyasının əsasında müsavatçılıq, xalqçılıq dayanır. 
Proqramının  hədəfi  müsavatçılıq  ideyalarının  cəmiyyətdə 
yayılmasıdır.  Siyasi  sistemdə  sağ  mövqedədir.  Üzvlərinin 
sayının  4000  nəfərə  yaxın  olduğu  göstərilir.  Üzvlük  haqqı 
sərbəstdir. Büdcəsi qeyri-sabitdir və əsasən seçki dövründə 
formalaşır. Şəhər və rayon təşkilatlarının sayı 40-a qədərdir. 
Keçirilmiş qurultaylarının sayı 3, keçirilmə müddəti 2 ildən 
bir,  qurultayda  kvota  1/5-ə  nisbətindədir.  Seçkili  orqanlar 
rayonlarda rayon sədrləri, qurultayda sədr və Siyasi Şura-
dır. Partiya üzvlüyündə olan gənclər 40%, qadınlar isə 10% 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
118
təşkil edirlər. 2009-cu ildə 10 nəfər yeni üzvün qəbul olun-
duğu  qeyd  edilir.  Sonuncu  prezident  seçkilərində  partiya 
müşahidəçi  qismində  iştirak  etmişdir.  Sonuncu  parlament 
seçkilərində 1 namizədlə iştirak etmiş və “Azadlıq” bloku-
nun tərkibində həmin namizəd millət vəkili seçilmişdir. So-
nuncu  bələdiyyə  seçkilərində  50  nəfərlə  təmsil  olunmuş 
və 2 nəfər seçilmişdir. 2010-cu ilin parlament seçkilərində 
partiyanın başlıca məqsədi müxalifətin birliyinə nail olmaq-
dır.  İddia  edilən  parlament  yerləri  dörddür.  Seçki  proqra-
mının  başlıca  xüsusiyyəti  gənclərin  prioritet  təşkil  etməsi, 
korrupsiya ilə mübarizə, orta sinfin formalaşdırılmasına dair 
çağırışlardır.  Seçkilərə  qatılacaq  namizədlərinin  sayı  dörd-
dür. Seçki bloklarında iştirak etmək niyyətindədir. Partiyanın 
iqtidar-müxalifət dialoquna münasibəti pozitivdir. Mövcud 
resursları zəifdir və seçkilərdə normal iştiraka imkan verəcək 
səviyyədə deyil. Siyasi sistemin optimallaşdırılmasında par-
tiya qanunvericiliyə dəyişikliklər edilməsinin tərəfdarıdır və 
müvafiq qanun layihəsini təqdim etmişdir.
AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASI
Təsis tarixi: 1989-cu il
Qeydiyyat tarixi: 1995-ci il
Sədr: Əli Kərimli
Müsahibin adı: Həsən Kərimov
Müsahibin vəzifəsi: Ali Məclisin sədri
Azərbaycan  Xalq  Cəbhəsi  Azərbaycanda  milli  azadlıq 
hərəkatında ilk siyasi təşkilat olmuşdur. 1990-cı illərdə bir neçə 
ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, 
siyasi uğurlar və parçalanmalar, 20 Yanvar faciəsi və dirçəliş, 
siyasi hakimiyyət və devrilmə) AXC həmin müddətdə ölkənin 
siyasi məkanında aparıcı mövqelərdə olmuşdur.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
119
1995-ci ildə AXC siyasi partiyaya çevrilərək AXCP adını 
almışdır. Bu gün Azərbaycanda olan müxalifətyönlü parti-
yaların bir çoxu AXC mənşəli təşkilatlardır. Həmin hərəkatda 
olan siyasətçilərin əksəriyyəti isə özlərinin ayrıca partiyala-
rını yaratmışlar.
1989-cu  il  iyulun  16-da  təsis  olunan  AXC-nin  sədri 
Əbülfəz  Elçibəy  olmuşdur.  AXC  yaranarkən  15  nəfərdən 
ibarət ilk İdarə Heyəti seçilmişdir. 
2000-ci ildə Əbülfəz Elçibəyin vəfatı ilə AXCP-də geniş 
parçalanma baş vermiş, eyni ada əvvəl 2, daha sonra 3 si-
yasi qurum iddia etmişdir. Sonralar indiki Bütöv Azərbaycan 
Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları AXCP adı 
uğrunda mübarizədən çəkiliblər. Lakin həmin iki təşkilat da 
yaranış gününü 1989-cu il iyulun 16-dan hesablayır. Bu üç 
qurumun heç birində AXC-nin ilk liderlərindən kimsə yox-
dur.
AXC-nin  varisi  hesab  edilən  Azərbaycan  Xalq  Cəbhəsi 
Partiyasının  sədri  hazırda  Əli  Kərimlidir.  Qeyd  etdiyimiz 
kimi, adında “Xalq Cəbhəsi” sözü olan daha iki partiya möv-
cuddur:  Klassik  Xalq  Cəbhəsi  Partiyası  (sədri  Mirmahmud 
Mirəlioğludur) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 
(sədri Qüdrət Həsənquliyevdir).
Azərbaycanda bir çox tanınmış siyasi təşkilat (Müsavat, 
Milli İstiqlal, Xalq partiyaları və s.) vaxtilə AXC-nin bazasında 
yaradılmışdır. 
Belə  ki,  İsa  Qəmbər  (AXC  hakimiyyəti  dövründə  parla-
ment sədri) Müsavat Partiyasının başqanı, Sülhəddin Əkbər 
(AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin mü-
avini) Müsavatın Məclis sədri, Etibar Məmmədov Milli İstiq-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
120
lal Partiyasının lideridir. 2009-cu ildə AXC-nin yaranmasının 
20 ili tamam olmuşdur.
İdeologiyasının  əsasında  müsavatçılıq,  demokratiya, 
millətçilik durur. Proqramının hədəfi vahid Azərbaycan, de-
mokratik cəmiyyətdir. Siyasi sistemdə sağ mövqeyi təmsil 
edir.  Partiya  üzvlərinin  sayı  47000  nəfərdir.  Üzvlük  haqqı 
əmək haqqının 1%-i həcmində nəzərdə tutulmuşdur. Par-
tiyanın sabit büdcəsi mövcud deyildir. Partiyanın 80 şəhər 
və rayon təşkilatı mövcuddur. Partiya ümumilikdə 8 qurul-
tay keçirmişdir. Qurultaylar 2 ildən bir keçirilir. Qurultayda 
kvota  1/10-ə  nisbətindədir  və  sonuncu  qurultayda  600 
nümayəndə iştirak etmişdir. Seçkili orqanlar sədr, Nəzarət-
Təftiş Komissiyası və rayon şöbələrinin sədrləridir. Gənclər 
partiya üzvlərinin 20 %-ni, qadınlar isə 10%-ni təşkil edirlər. 
Son bir ildə partiyaya yeni qəbul edilmiş üzvlərin sayı 300 
nəfərə  yaxındır.  Partiyanın  ictimaiyyətlə  əlaqəsi,  əsasən, 
“Azadlıq” qəzeti vasitəsilə həyata keçirilir. Sonuncu prezident 
seçkilərində partiya seçkiləri boykot edib. 2005-ci ilin par-
lament seçkilərində 48 namizəd irəli sürülsə də, parlamentə 
3  namizəd  seçilib.  2009-cu  ilin  bələdiyyə  seçkilərində  47 
namizəddən  heç  biri  bələdiyyə  üzvlüyünə  seçilməmişdir. 
Partiya  parlamentdə  iştirakdan  imtina  etdiyinə  görə  bu 
sahədə fəaliyyəti yoxdur. 2010-cu il parlament seçkilərində 
partiyanın  başlıca  məqsədi  “Azadlıq”  blokunun  tərkibində 
iştirak  etməklə  20  parlament  yeri  uğrunda  mübarizəyə 
qatılmaqdır.  Bu  seçkilərdə  partiya  seçki  taktikasını  narazı 
elektoratın  üzərində  cəmləşdirmək  fikrindədir.  Seçkilərdə 
partiyanın  70  namizədlə  iştirak  edəcəyi  gözlənilir.  Parti-
yada  iqtidar-müxalifət  dialoquna  birinci  addımın  iqtidar 
tərəfindən atılması şərti ilə müsbət baxılır. Mövcud resurs-
ları  baxımından  partiyanın  ciddi  maliyyə  problemləri  var. 
Partiya siyasi sistemin optimallaşdırılmasında yenidən qey-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
121
diyyatı, dövlət dəstəyini və yeni qanunvericiliyin qəbulunu 
zəruri hesab edir. 
AZƏRBAYCAN LİBERAL PARTİYASI
Təsis tarixi: 3 iyun 1995- ci il
Qeydiyyat tarixi: 14 avqust 1995-ci il
Partiya sədri vəzifəsini icra edən: Əvəz Temirxan
Müsahibin adı: Əvəz Temirxan
Müsahibin vəzifəsi: sədr əvəzi
İdeologiyasının əsasında insan haqlarının müdafiəsi, qa-
nunun aliliyi durur. Proqramının hədəfi insan haqlarının üs-
tünlüyünü təmin edən cəmiyyətin qurulmasıdır. Partiya siyasi 
sistemdə sol mövqedədir. Partiyada üzvlərin sayının, 1998-
ci ilin məlumatına görə, 58 000 nəfər olduğu bildirilir. La-
kin  partiya mövcud üzvlərinin sayını dəqiq ifadə etməkdən 
çəkinir. Partiyada üzvlük haqqı 0.10 AZN təşkil edir. Partiya-
nın daimi büdcəsi yoxdur. Partiya 65 şəhər və rayon təşkilatı 
vasitəsilə yerlərdə fəaliyyətini davam etdirir. Keçirilmiş qu-
rultaylarının sayı 5, qurultayların keçirilmə müddəti 4 ildən 
bir, qurultayda kvotalar ümumi 300 nəfərdir. Seçkili orqan-
ları  sədr,  Siyasi  Şura,  Nəzarət-Təftiş  Komissiyası  və  rayon 
təşkilatlarıdır. Partiya üzvlərinin 25-30%-ni gənclər, 25%-ni 
qadınlar  təşkil  edir.  Partiyaya  yeni  qəbul  edilmiş  üzvlərin 
sayının (son bir ildə) 1000-ə qədər olduğu göstərilir. 2008-
ci  ilin  prezident  seçkilərində  partiya  boykot  mövqeyində 
durmuşdur. 2005-ci ilin parlament seçkilərində 70 namizəd 
irəli sürmüş, bir namizəd parlamentə keçmişdir. Partiya so-
nuncu  bələdiyyə  seçkilərində  iştirak  etməmişdir.  Partiya 
parlamentdə iştirakdan imtina etdiyindən parlamentə təklif 
etdiyi layihələr yoxdur. 2010-cu ilin parlament seçkilərində 
partiyanın  başlıca  məqsədi  “Azadlıq”  bloku  çərçivəsində 
seçkiyə getmək, bütün müxalifətin birliyinə nail olub siyasi 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
122
güc yaratmaqdır. İddia edilən parlament təmsilçiliyi blokla 
birgə 25-30 yerdir. Seçki proqramının əsas xüsusiyyəti sosi-
al problemlər, sosial ədalət, korrupsiyaya qarşı mübarizədir. 
Partiyada  seçkilərə  qatılacaq  namizədlərin  sayının  blokla 
birgə  125  olacağı  gözlənilir.  Partiyanın  iqtidar-müxalifət 
dialoquna münasibəti müsbətdir, lakin ilk addımın iqtidar 
tərəfindən  atılması  əsas  şərt  kimi  qəbul  olunur.  Mövcud 
resursları  baxımından  partiya  zəif  maddi-texniki  resursla-
ra  malikdir.  Siyasi  sistemin  optimallaşdırılmasında  partiya 
dövlət dəstəyinin təmin olunmasını ən yaxşı yol hesab edir. 
AZƏRBAYCAN LİBERAL DEMOKRAT PARTİYASI
Təsis tarixi: 30 yanvar 1999- cu il 
Qeydiyyat tarixi: 1999-cu il
Partiya sədri: Fuad Əliyev
Müsahibin adı: Fuad Əliyev
Müsahibin vəzifəsi:  sədr
İdeologiyasının  əsasında  liberal  demokratik  dəyərlər 
durur. Qeyd edək ki, bu partiya öz ideoloji dəyərləri baxı-
mından Liberal Partiya ilə ideoloji yaxınlığa malikdir. ALDP 
proqramının  əsas  hədəfi  liberal  demokratik  cəmiyyətin 
qurulmasıdır. Siyasi sistemdə mərkəzçi mövqe tutan parti-
yanın 6500-ə yaxın üzvü olduğu bildirilir. Partiyada üzvlük 
haqqı 0.20 AZN təşkil edir. Partiyanın büdcəsi 1000 AZN 
həcmindədir.  Partiya  56  regional  təşkilat  vasitəsilə  siyasi 
sistemdə  təmsil  olunur.  ALDP  ümumilikdə  2  qurultay  və 
qurultay səlahiyyətli 1 konfrans keçirmişdir. Qeyd edək ki, 
partiyada qurultaylar 5 ildən bir keçirilir. Sonuncu qurul-
tayda hər 30 nəfərdən biri olmaqla 230 nəfər qurultay işti-
rakçısı seçilmişdir. Partiyada seçkili orqanlar Rəyasət Heyəti 
(15  üzv),  sədr,  şəhər  və  rayon  təşkilatlarının  sədrləridir. 
Partiya  üzvü  olan  gənclər  60%  təşkil  edirlər.  Bu  da  onu 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
123
deməyə əsas verir ki, partiyadakı siyasətçilərin əksəriyyəti 
gənclərdir. Bu, eyni zamanda, siyasi təcrübənin azlığından 
da xəbər verir. Partiyada qadınlar üzvlərin 30%-ni təşkil edir. 
Qeyd edək ki, Rəyasət Heyətinin 2 üzvü qadındır. Partiyaya 
son bir ildə qəbul edilmiş üzvlərin sayının 1000 nəfərə ya-
xın olduğu göstərilir. Bunun əsas səbəbi partiyanın prezi-
dent seçkilərində iştirak etməsi ilə əlaqədar onun ətrafında 
siyasi fəallığın artmasıdır. Partiyanın ictimaiyyətlə əlaqəsi, 
əsasən,  www.ldpa.az  internet  saytı  vasitəsilə  tənzimlənir. 
Partiya sonuncu parlament seçkilərində 30 namizədlə işti-
rak etsə də, bu namizədlərdən heç biri seçilməmişdir. 2009-
cu  ilin  bələdiyyə  seçkilərində  partiya  7  namizədlə  iştirak 
edib. ALDP bu il parlament seçkilərində müxalifətin birliyini 
hədəfə götürmüşdür. Eyni zamanda, partiya parlamentdə 
təmsilçiliyi də əsas məqsədi kimi qarşıya qoymuşdur. Belə 
ki,  11  namizədlə  seçkiyə  gedən  ALDP  Ümid  Partiyası  ilə 
eyni blokda təmsil olunmağı nəzərdə tutur. Partiya iqtidar-
müxalifət dialoquna pozitiv mövqedən yanaşır və 1999-cu 
ildə bununla bağlı iqtidara müraciət edib. Partiya mövcud 
resursları baxımından seçki dövründə namizədlərin kam-
paniyası üçün fond yaradılmasını, qanunvericilik bazasının 
yenidən işlənilməsini və qəbul olunmasını təklif edir. 
AZƏRBAYCAN  MİLLİ DEMOKRATİK PARTİYASI
Təsis tarixi: 1993-cü il 
Qeydiyyat tarixi: 24 dekabr 2008-ci il
Partiya sədri: Tufan Kərimli
Müsahibin adı: Tufan Kərimli
Müsahibin vəzifəsi: sədr
İdeologiyasının əsasında millətçilik, milli dəyərlərə bağlı-
lıq dayanır. Partiyanın siyasi sistemdə mövqeyi mərkəz yönlü-
dür. Üzvlərinin sayı 2500-ə yaxındır. Üzvlük haqqı sərbəstdir. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
124
Büdcəsi  qeyri-sabitdir.  Şəhər  və  rayon  təşkilatlarının  sayı 
37-dir. 4 qurultay keçirilmişdir və onların keçirilmə müddəti 
3 ildən birdir. Partiyanin seçkili orqanları sədr, Böyük Məclis 
(50%-i qurultayda seçilir, tərkibi 35 nəfərdir), Siyasi Şura (bu 
ali idarəedici orqan da qurultayda seçilir) və Nəzarət-Təftiş 
Komissiyasıdır. Partiya üzvü gənclər 80%, qadınlar isə 1-2% 
təşkil edir. Yeni qəbul edilmiş üzvlərin say qeydiyyatı yox-
dur. Partiyanın ictimaiyyətlə əlaqə vasitələri www.bozqurd.
com internet saytı, “Milliyətçilik” qəzetidir. Partiya sonuncu 
prezident və parlament seçkilərində indiki prezidentin siya-
si kursunu dəstəkləmişdir. Sonuncu bələdiyyə seçkilərində 
təxminən 30 nəfər partiya üzvü namizədliyini irəli sürsə də, 
heç biri seçilməmişdir. 2010-cu ilin parlament seçkilərində 
partiyanın  başlıca  məqsədi  100-ə  qədər  namizəd  irəli 
sürməklə  parlamentdə  təmsil  olunmaqdır.  Partiyada  seçki 
bloklarında iştiraka münasibət mənfidir. Partiyanın iqtidar-
müxalifət  dialoquna  münasibəti  müsbətdir.  Mövcud  re-
sursları  baxımından  partiyanın  ciddi  maliyyə  və  texniki 
problemləri var. 
AZƏRBAYCAN MİLLİ  İSTİQLAL PARTİYASI
Təsis tarixi: 4 iyul 1992-ci il
Qeydiyyat tarixi: 17 iyul 1992-ci il
Partiya sədri: Yusif Bağırzadə
Müsahiblərin adları və vəzifələri:
Arzuxan Əlizadə - Siyasi Şuranın sədri
Əli Orucov – mətbuat katibi
Elşən Mustafayev – bələdiyyələrlə iş üzrə katib  
İdeologiyasının əsasında millətçilik, vətənpərvərlik du-
rur. Partiyanın siyasi sistemdə mövqeyi, əsasən, mərkəzə 
doğrudur. Üzvlərinin sayı (2007-ci ilə olan məlumata görə) 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
125
30000-ə  yaxındır.  Partiyada  üzvlük  haqqı  məcburi  deyil 
və nizamnamə ilə 0.10 AZN-dən az olmayaraq müəyyən 
edilmişdir. Büdcəsi sabit deyil. 69 şəhər və rayon təşkilatı 
fəaliyyət göstərir. Partiyada qurultaylar 3 ildən bir keçirilir 
və artıq partiya 10-cu qurultayını 2010-cu ildə keçirməyi 
planlaşdırır. Qurultayda dəqiq kvota yoxdur, yalnız regio-
nal təşkilatın seçkilərdə iştirakı vacib sayılır. Seçkili orqan-
lara sədr, katiblik (baş katib və 5 katiblik), Mərkəzi Şura, 
Mərkəzi Aparat daxildir. Partiya üzvü olan gənclər 18-20%, 
qadınlar 8% (Siyasi Şuranın 14 üzvündən 3 nəfəri qadındır) 
təşkil edirlər. Yeni qəbul edilmiş üzvlərin sayı son bir ildə 
196-ya bərabər olmuşdur. Partiyanın ictimaiyyətlə əlaqəsi 
www.millet.az  internet  saytı  və  illik  hesabatlar  vasitəsilə 
həyata  keçirilir.  Sonuncu  prezident  seçkilərində  partiya 
iştirak  etməyib.  Sonuncu  parlament  seçkilərində  parti-
ya  40  namizədlə  iştirak  etmiş  və  2  namizəd  parlamentə 
(qeyri-rəsmi AMİP namizədi - AMİP Siyasi Şurasının qərarı 
ilə)  seçilmişdir.  Bu  namizədlər  seçkidən  sonra  partiya 
mənsubiyyətlərini  göstərməmişlər.  Sonuncu  bələdiyyə 
seçkilərində  37  rəsmi,  117  qeyri-rəsmi  AMİP  namizədi 
iştirak  edib.  Parlamentə  seçilmiş  hər  2  namizəd  AMİP-lə 
əlaqəsini  kəsib.  2010-cu  ilin  parlament  seçkilərində  par-
tiyanın  başlıca  məqsədi  narazı  elektoratın,  gənclərin, 
təqaüdçülərin,  orta  bizneslə  məşğul  olanların  dəstəyini 
əldə  etməkdir.  İddia  edilən  parlament  yeri  minimum 
təmsilçilikdir.  Seçkilərə  partiyanın  ən  azı  60  namizədinin 
qatılacağı  planlaşdırılır.  Seçki  bloklarında  iştirak  barədə 
dəqiq mövqe olmasa da, bu istiqamətdə danışıqlar apa-
rılır.  Partiya  iqtidar-müxalifət  dialoqunu  dəstəkləyir,  lakin 
hökumətə hər hansı bir yazılı müraciət edilməmişdir. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
126
AZƏRBAYCAN SOSİAL DEMOKRAT PARTİYASI
Təsis tarixi: 1989-cu il
Qeydiyyat tarixi: 27 iyul 1990-cı il 
Partiya sədri: Araz Əlizadə, Ayaz Mütəllibov
Müsahibin adı: Araz Əlizadə
Müsahibin vəzifəsi: həmsədr
İdeologiyasının  əsasında  sosial-demokratik  dəyərlərin 
cəmiyyətdə bərqərar olması durur. Partiya siyasi sistemdə 
solçuluq mövqeyini müdafiə edir. Üzvlərinin sayının 3000-ə 
yaxın olduğu bildirilir. Partiyada könüllü üzvlük haqqı sis-
temi  mövcuddur.  Partiyanın  büdcəsi  qeyri-sabitdir.  Şəhər 
və  rayon  təşkilatlarının  sayı  40-a  bərabərdir.  Keçirilmiş 
qurultaylarının sayı 11, keçirilmə müddəti isə 5 ildən bir-
dir.  Son  qurultayda  250  nəfər  partiya  üzvü  iştirak  edib. 
Partiyada  seçkili  orqanlar  həmsədrlər,  sədr  müavinləridir. 
Partiya  üzvlərinin  35%-40%-ni  gənclər,  bir  o  qədərini  də 
qadınlar təşkil edirlər. Yeni qəbul edilmiş üzvlərin sayı bir 
ildə 120 nəfər təşkil etmişdir. Partiyanın ictimaiyyətlə əlaqə 
vasitələri yoxdur. 2008-ci ilin prezident seçkilərində partiya 
seçkilərə qatılmayıb. 2005-ci ilin parlament seçkilərində 9 
nəfərin namizədliyi verilsə də, heç bir namizəd seçilməyib. 
Sonuncu bələdiyyə seçkilərində iştirak edən 2 namizəddən 
də  heç  biri  seçilməyib.  2010-cu  il  parlament  seçkilərində 
partiyanın  başlıca  məqsədi  2-3  namizəd  irəli  sürməkdir. 
İddia  edilən  parlament  yerlərinin  sayı  ən  azı  təmsilçiliyə 
nail olmaqdır. Seçki proqramının xüsusiyyətlərini işsizlərə, 
yoxsullara, orta təbəqəyə çağırışlar təşkil edir. Seçki blok-
larında iştiraka partiya mənfi münasibət bəsləyir və qoşul-
mayacağını bəyan edir. Partiyanın iqtidar-müxalifət dialo-
quna  münasibəti  yalnız  o  halda  müsbətdir  ki,  bu  addım 
Prezident tərəfindən atılmış olsun. Mövcud resursları ba-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
127
xımından partiyanın maddi-texniki imkanları zəifdir. Parti-
ya siyasi sistemin optimallaşdırılmasını, partiyaların dövlət 
tərəfindən maliyyələşdirilməsini, siyasi partiyalar haqqında 
yeni qanunun qəbul edilməsini, proporsional seçki sistemi-
nin bərpasını dəstəkləyir.
AZƏRBAYCAN VAHİD KOMMUNİST PARTİYASI
Təsis tarixi: 1993-cü il
Qeydiyyat tarixi: sentyabr 1995-ci il 
Partiya sədri: Musa Tukanov
Müsahibin adı: Musa Tukanov
Müsahibin vəzifəsi: birinci katib
İdeologiyasının  əsasında  marksizm-leninizm,  kommu-
nizm  ideyaları  dayanır.  Proqramının  hədəfi  cəmiyyətdə 
fəhlə  sinfinin  möhkəmlənməsi,  onun  hüquqlarının  qo-
runmasıdır.  Siyasi  sistemdə  sol  mövqeyi  təmsil  edir.  Par-
tiya üzvlərinin sayı 3000 nəfərdir. Üzvlük haqqı sərbəstdir, 
büdcəsi formalaşdırılmamışdır. Partiyanın 16 şəhər və rayon 
təşkilatı  fəaliyyət  göstərir.  Partiya  indiyə  qədər 2  qurultay 
keçirmişdir. Sonuncu qurultayda 200 nəfər nümayəndə işti-
rak etmişdir. Qurultayların keçirilmə müddəti 5 ildən birdir. 
Partiyanın seçkili orqanları Mərkəzi Komitə, Siyasi Büro və 
birinci katibdən ibarətdir. Partiya üzvü gənclərin sayı 30%, 
qadınlar 1% təşkil edir. Son dövrlərdə partiyaya yeni qəbul 
edilmiş üzvlər qeydə alınmamışdır. Partiyanın ictimaiyyətlə 
əlaqəri  “İskra”  qəzeti  vasitəsilə  həyata  keçirilir.  Partiyanın 
sonuncu prezident, parlament və bələdiyyə seçkilərində iş-
tirakı  qeydə  alınmamışdır.  Qarşıdan  gələn  seçkilərdə  par-
tiya başlıca məqsəd kimi təmsilçiliyi hədəfə almışdır. Seçki 
bloklarında iştirakı partiya dəstəkləmir. Bunun əsas səbəbi 
kimi partiyalar arasında ideoloji proqram baxımdan fərqin 
olmaması  göstərilir.  Partiya  iqtidar-müxalifət  dialoqunu 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
128
dəstəkləmir.  Mövcud  resursları  ilə  bağlı  ciddi  problemləri 
var.  Partiyaların  dövlət  tərəfindən  maliyyələşdirilməsini  və 
siyasi  partiyalar  haqqında  yeni  qanunun  qəbul  edilməsini 
vacib hesab edir.
BÖYÜK QURULUŞ PARTİYASI
Təsis tarixi: 2003-cü il
Qeydiyyat tarixi: 2005-ci il
Partiya sədri: Fazil Qəzənfəroğlu
Müsahibin adı: Fazil Qəzənfəroğlu
Müsahibin vəzifəsi: sədr
İdeologiyasının  əsası  quruluşçuluq  (strukturalizm)  və 
dövlət  səlahiyyətlərinin  məhdudlaşdırılmasıdır.  Proqramı-
nın hədəfi cəmiyyətdə liberal-demokratik ideyaların yayıl-
masıdır.  Siyasi  sistemdə  mövqeyi  solçuluqdur.  Üzvlərinin 
sayı 3000 nəfərdən çoxdur. Üzvlük haqqı 1 manat təşkil edir. 
Büdcəsi  aylıq  400-500  manat  həcmindədir.  Partiyanın  45 
rayon təşkilatı var. Keçirilmiş qurultaylarının sayı 3 olmaqla 
2,5 ildən bir keçirilir. Qurultayda kvota 1/10-ə nisbətindədir. 
Seçkili  orqanları  sədr,  Siyasi  Şura,  Nəzarət-Təftiş  Komissi-
yası və rayon təşkilatlarıdır. Sədr və Nəzarət-Təftiş Komissi-
yası qurultayda, rayon sədrləri isə yerlərdə seçilirlər. Partiya 
üzvü  olan  gənclər  40%  (20%  rəhbərlikdə  təmsil  olunub), 
qadınlar isə 10%-dir. Yeni qəbul edilmiş üzvlərin sayı 2009-
cu  ildə  1500  nəfər  olmuşdur.  Partiya  KİV-lə  və  dairələrdə 
seçicilərlə görüşlər keçirməklə ictimaiyyətlə əlaqə saxlayır. 
Sonuncu  prezident  seçkilərində  partiyanın  namizədi  2,5% 
səs toplayıb. Sonuncu parlament seçkilərində 17 namizədlə 
iştirak etmiş, 1 nəfər seçilmişdir. Partiya sonuncu - 2009-cu 
il  bələdiyyə  seçkilərində  386  namizədlə  iştirak  etmiş,  144 
nəfər seçilmişdir. 2010-cu ilin parlament seçkilərində parti-
yanın başlıca məqsədi parlamentdə fraksiya yarada biləcək 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
129
yerlərin, ən azı 25 yerin qazanılmasıdır. Bu seçkilərdə parti-
yanın 100-ə yaxın namizədi iştirak edəcəkdir. Seçki blokla-
rında iştirakla bağlı partiyada vahid mövqe yoxdur. Partiya 
hazırda iqtidar-müxalifət dialoqunu real hesab etmir. Möv-
cud resursları baxımından partiyanın maddi-texniki bazası 
zəifdir. Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə 
müsbət baxır, siyasi partiyalar haqqında qanuna dəyişikliklər 
edilməsi tərəfdarıdır.
BÜTÖV AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASI
Təsis tarixi: 2004-cü il
Qeydiyyat tarixi: 2005-ci il
Partiya sədri: Qüdrət Həsənquliyev
Müsahibin adı: Söhrab Abdullayev
Müsahibin vəzifəsi: baş katib
Bütövçülük,  dövlətçilik,  demokratiya  partiyanın  əsas 
ideologiyasıdır.  Proqramının  hədəfi  demokratik  cəmiyyət 
quruculuğudur.  Siyasi  sistemdə  mövqeyi  sağ-mərkəzçidir. 
Üzvlərinin  sayı  138  000-dir.  Üzvlük  haqqı  əmək  haqqının 
1%-i  həcmindədir.  Qeyri-sabit  büdcəyə  malikdir.  Şəhər 
və  rayon  təşkilatlarının  sayı  65-dir.  Keçirilmiş  qurultay-
larının  sayı  2,  keçirilmə  müddəti  isə  4  ildən  bir  olmaqla 
1-/50-ə,  1/100-ə  nisbətində  kvota  ilə  çağırılmışdır.  Par-
tiyada  seçkili  orqanlar  sədr,  Nəzarət-Təftiş  Komissiyası 
və  rayon  təşkilatlarının  sədrlərindən  ibarətdir.  Partiyada 
gənclər üzvlərin 30%-ni, qadınlar 10%-ni təşkil edir. Onlar 
rəhbərlikdə, İdarə Heyətində, Məclis və Nəzarət-Təftiş Ko-
missiyasında təmsil olunmuşlar. Yeni qəbul edilmiş üzvlərin 
sayının  2009-cu  ildə  100  nəfər  olduğu  bildirilir.  Partiya-
nın  ictimaiyyətlə  əlaqəsi  “Xalq  Cəbhəsi”  qəzeti  və  inter-
net  saytı  vasitəsilə  həyata  keçirilir.  2008-ci  ilin  prezident 
seçkilərində  partiya  sədrin  namizədliyini  irəli  sürmüşdür. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
130
2005-ci ilin parlament seçkilərində 61 namizəd irəli sürül-
müş, 1 nəfər seçilmişdir. 2009-cu ilin bələdiyyə seçkilərində 
1020 namizəd irəli sürülmüş, 100 nəfər seçilmişdir. 2010-cu 
ilin  parlament  seçkilərində  partiyanın  başlıca  məqsədi  bu 
seçkilərə 70 namizədlə qatılmaqdır. İddia edilən parlament 
təmsilçiliyi 3-5 yerin qazanılmasıdır. Seçki bloklarında iştira-
ka münasibət müsbətdir, lakin rəsmi müraciət olmadığından 
hələlik bloklaşmamışdır. Partiyanın maddi-texniki resursla-
rı zəifdir. Partiyalar haqqında qanunun təkmilləşdirilməsini 
zəruri hesab edir. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə