AZƏrbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ



Yüklə 4.86 Mb.
Pdf просмотр
səhifə6/9
tarix10.06.2017
ölçüsü4.86 Mb.
1   2   3   4   5   6   7   8   9

Proqnozlar
- Azərbaycanda siyasi partiyaların fəaliyyətində növbəti 
elektoral mərhələ gedişində və ondan sonra hər hansı kök-
lü və ya radikal dönüş olacağını deməyə ciddi əsas yoxdur. 
Siyasi müxalifətə aid edilərsə, burada ən mühüm məsələ if-
lasdan xilas olmaq istiqamətində atılacaq addımlar ola bilər. 
Çünki müxalifətin seçki taktikası (birləşmə şüarları, uğursuz-
luğu ört-basdır etmək üçün aktiv və ya passiv müqavimət, 
proporsional seçki sisteminin bərpa olunması tələbləri) ar-
tıq cəmiyyətə aydındır. Siyasi müxalifətçiliyin hazırkı modeli 
son sınaq ərəfəsindədir;
-  Eyni  zamanda,  bu  cəbhədə  yeni  təfəkkür  və  mövqe 
nümayiş  etdirmək  cəhdlərinin  də  müşahidə  edilməsi  onu 
göstərir ki, yaxın gələcəkdə siyasi arenada fəal mövqe tuta 
biləcək qüvvələrin sırası arta bilər. Məhz bu qüvvələr cari ilin 
parlament seçkilərində Milli Məclisdə fraksiya təşkil edəcək 
dərəcədə yer qazana bilərlər;
-  Müxalifətin  yeni  model  və  strategiya  seçən  qismi 
get-gedə  hakim  partiya  ilə  rəqabət  aparan  hazırkı    “ana 
müxalifəti”  əvəzləyə  bilər;  Ana  müxalifətə  iddialı  partiya 
ətrafında  birləşə  bilməyənlər  kütləvi  şəkildə  marginallaş-
maya düçar ola bilər;
-  Partiyalar  arasında    çoxşaxəli  islahatlar,  siyasi  dia-
loq  və  sivil  mübarizə  proqramına  malik  olan,  mərkəzçiliyi 
dəstəkləyən qüvvələr  yaxın gələcəkdə daha məqsədəuyğun 
perspektivə malik ola bilərlər. Bu mərhələdə, doğrudan da, 
səhvlər tənqidi və doğru qiymətləndirilərsə, Azərbaycanda  
müxalifətin  artıq  neçə  illərdir  ki,  fəaliyyətinə  əngəl  olan 
köhnə stereotip təfəkkürdən uzaqlaşması və yeni manevrlər 
etməsi tamamilə gözlənilən hadisə ola bilər. Ümid Partiya-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
105
sının liderinin məqaləsini yeni müxalifətin siyasi mübarizə 
strategiyasının və taktikasının formalaşmasına hesablanmış 
ilkin proqram hesab etmək olar;
-  Partiya  sədrlərinin  özlərini    lider  elan  etmələrinin  nə 
strateji, nə də taktiki manevr baxımdan əhəmiyyəti var. Bun-
lar yalnız məcburi gedişlərdir. Müxalifətin lider problemi də 
yalnız yenilik dalğasında yetişə bilər;
-  Azərbaycanda  müxalifət  partiyalarının  “neqativ  kon-
sensus” adlanan birliyi və ya bloklaşma presedenti forma-
laşa bilməmiş və bundan sonra da formalaşması mümkün 
deyil.  Mövcud  müxalifətin  birləşməsi  deyil,  əksinə  parça-
lanması davam edəcək. Buna görə də söhbət yeni modelli 
müxalifətin  ətrafında  birlik  yaradılmasından  və  onun  in-
stitusionallaşmasından  gedə  bilər.  Bunun  üçün  isə  hələlik 
xeyli vaxt lazım olacaq. Ehtimal kimi qarşıdan gələn parla-
ment seçkilərində siyasi partiyaların: “Demokratiya Uğrun-
da İttifaq” bloku (DUİ) – AXCP Klassik Xalq Cəbhəsi Partiyası 
(KXCP), Azadlıq Partiyası, Müsavat Partiyası kimi model və 
tərkibdə bloklaşmasını söyləmək olar
- Dövlət-partiya münasibətlərində xüsusilə də yeni qanun 
və maliyyələşmə islahatları ilə əlaqədar dünya təcrübəsinə 
uyğun  “konsensus” modelinin davamı və inkişafı mümkün-
dür;
-  Hakim  partiyanın  perspektivləri  ilə  bağlı  onu  demək 
olar ki, bu gün üçün onun alternativ rəqibi yoxdur. Əvvəla 
ona  görə  ki,  müxalifət  son  dərəcə  fraqmentardır.  İkincisi, 
onların sırasında lider və birlik yoxdur. Buna qarşı isə hakim 
elitanın sarsılmaz birliyi mövcuddur; 
- Hər bir partiyada lider həlledici faktordur. Siyasi parti-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
106
yalar seçki prosesinin ən praqmatik subyektləridir. Öz ma-
raqlarını güddükləri üçün onların davranışı əsasən oppor-
tunist  (yəni  başqa  aktorların  hesabına  fayda  əldə  etmək) 
xüsusiyyət  daşıyır.  Siyasi  müxalifətin  əsl  birliyi  üçün  isə 
ümumi oyun qaydalarını müəyyən etməyə və onlara riayət 
edilməsini  təmin  etməyə qadir, danılmaz  lider  faktoru  ol-
malıdır.    Belə  stimulları  isə  instutusional  dizaynda  qeyri-
müəyyənliklə bağlı  olan gözləntilər, risklər və s. şərtləndirə 
bilər. Ən yaxın tarixi yada salaq:  müxalifət narıncı inqilab və 
s. sabitliyi pozmaq cəhdlərinə daim əl atırdı. Yeri gəlmişkən, 
bu  vərdişlər,  hələ  ki,  müxalifətin  taktika  və  davranışın-
da  üstünlük  təşkil  edir.  Buna  görə  də  yaşadığımız  seçki 
ilində  ictimai-siyasi  sabitliyin  təmin  olunması  ümummil-
li məsələdir. Ötən elektoral mərhələlərin təhlili göstərir ki, 
Azərbaycanda bərqərar edilən ictimai-siyasi sabitlik, hələ ki, 
siyasi proseslərin  hətta ən təhlükəli gedişatını və risklərini  
heçə endirməyə qadirdir;
-  Bu  gün  üçün  hakim  partiya  ilə  rəqabət  aparmağın 
qeyri-mümkünlüyü  ümummilli  səviyyədə,  siyasi  mühitdə 
və  partiyalararası  münasibətlərdə  “istər-istəməz  konsen-
sus”  modelini,  status-kvonu    şərtləndirmişdir.  Lakin  siyasi 
həyatda,  bildiyimiz  kimi,  əbədi  heç  nə  yoxdur.  Buna  görə 
də  həmin  konsensusun  nə  qədər  davamlı  olacağı  barədə 
nələri demək olar? Dünya təcrübəsi (Qərbi Almaniya, Mek-
sika) də nəzərə alınarsa, bu model  “lider dilemmasını” həll 
edə,  demokratik  konsensus    istiqamətində  ilk  addımlar-
dan  və  varisliyi  təmin  edə  bilən  çox  mühüm  təməllərdən 
biri ola bilər. Bu gün üçün kəskin siyasi rəqabətin olmama-
sı, qeyri-formal institutların formal institutlar üzərində üs-
tünlük təşkil etməsi yaxın perspektiv üçün hadisələrin hər 
hansı  gözlənilməz  gedişatını  istisna  edir  və  mövcud  kon-
sensus modelinin  dəyişəcəyi ehtimalını heçə endirir. Qeyri-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
107
müəyyən  perspektivlər  barədə    vədlər  naminə    stabilliyin 
pozulmasında hazırda nə Azərbaycan seçicisi, nə də siya-
si  mühitdə  mövcud  olan  əksər  aktorlar  maraqlıdır.  Digər 
tərəfdən  özünə  ciddi  rəqib  görməyən  hakim  partiyanın 
müxalifətin sivil mübarizə aparması üçün hər cür pozitiv fon 
və şəffaflıq yaratmaq cəhdləri də onun nüfuzunu  artırmağa 
və status-kvonu saxlamağa xidmət edir;
-  Nəhayət,  yenə  də  dünya  təcrübəsi  ilə  müqayisə  olu-
narsa, “iqtisadi modernləşmə, bir qayda olaraq, perspektiv 
baxımından demokratikləşmə prosesinə xidmət edir, onun 
təkamülünü  şərtləndirir”  (Diamond  L.  Economic  Develop-
ment and Democracy Reconsidered / Reexamined Democ-
racy. Essays in Honor of Seymour Martin Lipset // G. Marks 
and L. Diamond (eds.). London: Sage, 1992, p. 93-139). 
1970-ci  illərin    Braziliya  təcrübəsini  təhlil  edən  digər 
müəllifə  görə  isə  “iqtisadiyyat  nə  qədər  uğurlu  inkişaf 
edirsə,  konsensus  modeli  çərçivəsində  proseslər  o  qədər 
davamlı xarakter kəsb edir” (Linz J. The Future of an Aut-
horitarian Situation or the Institutionalization of an Autho-
ritarian  Regime:  The  Case  of  Brazil  /  Authoritarian  Brazil: 
Origins, Policies, and Future // A. Stepan (ed.). New Haven 
and  London:  Yale  University  Press,  1973,  p.  233-254).  Bü-
tün dünya üçün qlobal iqtisadi böhran ili olan bir dövrdə 
Azərbaycanın inkişaf templəri bu müddəalardan mühüm və 
müsbət nəticələr çıxarmağa imkan verir.
-  Yaxın  və  uzaq  ölkələrdə  Azərbaycanın  siyasi  partiya 
mühitində islamçı partiyaların təsir və nüfuzunun artmasına, 
islamın siyasiləşməsinə dair ssenarilər verən “tədqiqatların” 
sayı çoxalmaqdadır. Hətta siyasi müxalifətin lidersizlik prob-
leminin məhz fundamentalist dini liderin peyda olaraq həll 
edəcəyinə dair fikirlər söylənilir. Bu proqnozların ciddi əsasa 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
108
malik olmadığını qeyd etməklə yanaşı, dövlətin təhlükəsizliyi 
baxımından ona həm də həssaslıq və diqqətlə yanaşılmalı, 
həqiqətdə islam zəminində siyasətə gəlmək istəyənlərin nə 
kimi potensiala və resurslara malik olduqlarını real faktlarla 
aşkarlaya biləcək sosioloji tədqiqatlar aparılmalıdır.
- Seçkilərin baş tutmayacağı, böhran və ya hakim par-
tiyanın  məğlubiyyətə  uğrayacağı  vəziyyəti  tənzimləyən 
institusional-hüquqi  əsasların  müəyyən  edilib-edilməməsi 
dövlətçiliyin  təhlükəsizliyi  baxımından  son  dərəcə  önəmli 
məsələdir və diqqət mərkəzində olmalıdır.
Seçkilərin gedişatı və nəticələrinə dair  müxalifət və iq-
tidar partiyalarının təmsilçilərinin də proqnozlarını izləmək 
maraqlı olardı.
Müxalifətin  qələbə  iddiaları,  ötən  illərdən    fərqli  ola-
raq,    çox  böyük  deyil.  Bu  seçkilərə  müxalifət  əsasən  kök-
lü dəyişiklik olmasa da, dəyişikliyə doğru real addım kimi 
istifadə olunacaq proses kimi baxır. Burada istinad olunan 
əsas amillər qismində isə  artıq qeyd edilən bir qisim na-
razı elektorat, hakimiyyətdaxili qüvvələrin münasibətlərinin 
dəyərləndirilməsi ilə yanaşı, xarici faktor məsələsinin də ge-
niş müzakirəsi diqqəti cəlb edir. AXCP təmsilçisi hesab edir 
ki, getdikcə artan qlobal maliyyə böhranının doğuracağı iq-
tisadi problemlər fonunda cəmiyyətdəki narazılığın daha da 
güclənməsi müxalifət üçün 2005-ci ildə olduğundan daha 
artıq  uğurlu seçki  kampaniyası imkanı yarada bilər (www.
azadliq.az).
Siyasi  müxalifətin,  demək  olar  ki,  əksəriyyəti  belə  he-
sab edir ki, regional və qlobal layihələrdə iştirak etməsi və 
əhəmiyyətli  enerji  resurslarına  malik  olması  səbəbindən 
ölkədə “neft və demokratiya” problemi mövcuddur. Hətta 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
109
müxalifətin  zəifliyinin  günahını  xarici  amillə  bilavasitə 
əlaqələndirən mövqelər də mövcuddur. 
“Bu  prosesdə  müxalifətin  təsir  imkanları  Azərbaycanda 
seçkinin  gedişinə  təsir  göstərə  biləcək  Qərb  dairələri  ilə 
səmərəli  əməkdaşlıq  münasibətlərinin  qurulmasından  və 
özünü alternativ güc kimi təqdim edə bilməsindən də çox 
asılı  olacaq.  Bunlara  görə  də  bu  fikirdəyəm  ki,  2010-cu  il 
sıradan bir il deyil” (İsa Qəmbər) (www.yenimusavat.com). 
“Müxalifətin  güclənməsində  və  onun  geniş  xalq  kütləsi 
ilə  birləşməsində  təkcə  mövcud  iqtidar  yox,  həm  də  qlo-
bal  güclər  və  onun  maraqlarına  xidmət  edən  beynəlxalq 
təşkilatlar, transmilli şirkətlər maraqlı deyil. Belə müxalifət 
iqtidarı əvəz etmək üçün yox, onu təzyiqdə saxlamaq üçün 
qiymətlidir”  (Yaşıllar Partiyası) (www.mia.az).
Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP), Əli Əliyevin 
proqnozuna  görə:    “2010-cu  il  Parlament  seçkiləri 
Azərbaycanda dövlətçiliyə fayda verə biləcək siyasi sistemin 
inkişafına,  etik,  prinsipial,  inandırıcı,  güvənli  münasibətlər 
sisteminin  yaranmasına  keçid  mərhələsi  ola  bilər.  Bunun 
üçün ilk növbədə müxalifət düşərgəsində mövcud bir sıra 
təşkilat  və  şəxslərin  hegemonluğunu  təbii  yollarla  sıra-
dan  çıxarmaq  lazımdır.  Bu  proses  faktiki  olaraq  öz-özünə 
başlamışdır.  Referendum  əleyhinə  yaranmış  Hərəkatın 
daxilindəki partiyalardan ikisinin lideri birləşərək digər bir 
partiyanın sıradan çıxarılması cəhdi ötən ilin sentyabrında 
baş tutmadı və uğursuzluğa düçar oldu. Nəticədə hərəkat 
çökdü, ən vacibi isə məlum iki partiya rəhbərinin «hakimlik» 
nüfuzu zədələndi. Proses cari ilin əvvəlində də davam etdi. 
Belə ki, blokla məlum partiyanın, iki şəxsin üstünlüyü şərti 
daxilində, bir seçki blokuna sürükləndirilməsi cəhdi fiasko-
ya  uğradı.  Beynəlxalq  çevrələrin  də(MDİ)  bu  istiqamətdə 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
110
göstərmək istədiyi təsir də faydasını vermədi. Bu iki şəxsin 
müxalifət  düşərgəsində  «hakimiyyət»lərini  davamlı  etmək 
üçün  əl  atılan  bütün  vasitələrə  rəğmən,  nəticəsizlik  orta-
dadır.  Bu  mərhələ  bizim  üçün  müxalifət  «hakimiyyətinin» 
devrilməsi mərhələsi kimi xarakterizə olunmuşdur.
    Növbəti  mərhələ  isə,  yəni  parlament  seçkiləri  və 
ondan  sonrakı  yaxın  dövr,  «quruculuq»  mərhələsi  ola 
bilər.«Quruculuq»  mərhələsi  o  qədər  də  asan  görünmür, 
çünki  rəqabət  çox  böyükdür.  Belə  asanlıqla  meydan  bo-
şalmayacaq, süni müdaxilə də yolverilməzdir. «Hakimliyə» 
iddialı bu iki partiyanın Parlament seçkilərində ehtimal olu-
nan  uğursuzluğu,  onsuz  da  pis  olan  partiyadaxili  mühiti 
bir qədər də sarsıdacaqdır. Partiyaların birində rəhbərliyin 
dəyişməsi (başqan seçkiləri) mərkəzdənqaçma prosesinə və 
çökməyə, digərində isə seçkidəki məğlubiyyət sədrin iste-
fasına gətirə biləcəkdir. Belə mülahizələr kuluarlarda dolaş-
maqdadır. Növbəti üç seçkisiz il partiyalardan kadr axınına 
da  vüsət  verəcəkdir.  Bu,  qaçılmazdır.  Bir  müddətdən  son-
ra  isə  parlament  təmsilçiliyinin  yaratdığı  legitimlik  şəraiti, 
büdcədən  partiyaların  maliyyələşməsinin  tətbiq  olunaca-
ğı halda əlavə imkanlar, düzgün və məqsədyönlü təşkilati, 
təbliğati və beynəlxalq işlərin qurulması 2013 - cü ilin asta-
nasında fərqli siyasi mənzərə və siyasi münasibətlər sistemi 
yarada bilər. (Azərbaycanda 2010-cu il parlament seçkiləri: 
daha demokratik, daha şəffaf Beynəlxalq Konfransın mate-
rialları (16 Aprel 2010), Bakı – 2010)
Dünya  ölkələrinin  siyasi  və  iqtisadi  həyatına  dair 
proqnozlar  hazırlayan  “Economist  İntelligence”  təşkilatı 
Azərbaycanın  daxili  siyasəti  ilə  bağlı  növbəti  iki  il  üçün 
proqnozunu verib. Proqnoza görə, prezident İlham Əliyevin 
siyasi elitada öz dəstəyini təmin etməsi və qruplar üzərində 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
111
nəzarətini  saxlayacağı  mümkündür.  2010-2011-ci  illərdə 
daxili siyasi çəkişmə gözləntiləri azdır.
İqtidarda olan Yeni Azərbaycan Partiyası qarşıdan gələn 
parlament  seçkilərində  yeni  strategiyasına  uyğun  olaraq 
hesab edir ki, bu gün parlamentdə qadınların və gənclərin 
təmsilçiliyi  qənaətbəxş  deyil.  Bunun  artırılmasına  ehti-
yac  var.  Yeni  Azərbaycan  Partiyası  bu  potensialdan  daha 
səmərəli şəkildə istifadə olunması barədə düşünür. 
Partiyanın sədr müavini Əli Əhmədov bu barədə demişdir: 
”Qadınların və gənclərin də namizədliklərinin irəli sürülməsi 
üçün təşəbbüslərimizi göstərəcəyik. Amma, təbiidir ki, bi-
zim seçki ilə bağlı taktikamızın mərkəzində duran gerçəklik 
bundan  ibarətdir  ki,  hər  bir  seçkidə  uğurun  çox  vacib  və 
həlledici  elementlərindən  biri  insanların  bu  və  ya  digər 
namizədə etimad göstərib səs verməsidir. Seçki taktikamı-
za və texnologiyalarımızdakı yeniliklər məsələsinə gəldikdə, 
hər bir seçki digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. 
2010-cu  ilin  parlament  seçkiləri  2005-ci  ilin  seçkilərindən 
təbii  olaraq  fərqlənəcək.  Çünki  2010-cu  ilin  Azərbaycanı 
2005-ci  ilin  Azərbaycanından  fərqlənir.  Azərbaycanda  in-
sanların  düşüncəsi  bu  beş  il  ərzində  xeyli  dəyişib.  Bütün 
bunların hamısı Yeni Azərbaycan Partiyasının qarşıdan gələn 
seçkilərlə bağlı konsepsiyasında ciddi şəkildə öz əksini ta-
pacaq. Bu isə bizim hansı yeniliklərdən istifadə etməyimiz 
məsələsini də həll edəcəkdir. Yeni Azərbaycan Partiyasının 
bütövlükdə  seçki  texnologiyası  seçki  mühitinin  və  dövrü-
nün tələblərinə uyğun olacaq. 
 Bu gün Yeni Azərbaycan Partiyası parlamentdə 64 de-
putatla təmsil olunur. Bu, parlament üzvlərinin 50 faizindən 
bir qədər çoxdur. Növbəti parlament seçkiləri ilə bağlı qar-
şıya  qoyduğumuz  məqsədlər  iki  hissəyə  bölünür:  birinci-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
112
si,  minimum  məqsədlərdir.  Təbii  ki,  minimum  məqsədlər 
çərçivəsində qarşımızda duran vəzifə parlament seçkilərində 
indi  malik  olduğumuz  göstəricini  təkrar  etməkdir.  Bizim 
maksimum  proqramımız  da  var  ki,  bu  da  mövcud  olan 
göstəricinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bununla bağ-
lı  təhlillərimizi  aparırıq  və  güman  edirəm  ki,  konkret  fikir 
söyləmək  həddindən  artıq  tezdir.  Amma  zamanı  çatanda 
Yeni Azərbaycan Partiyasının müvafiq qərarı ortada olacaq-
dır” ( az.trend.az/news/politics).

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
113
Partiyaların  yaranması  və  dinamikasının  xüsusiyyətləri 
(daxili  və  xarici  amilləri,  leqal  və  qeyri-leqal  fəaliyyəti, 
təkamül və inqilab) fonunda Azərbaycanda bu sistemə xas 
olan cəhətləri izləmək üçün milli siyasi məkanda  mövcud 
partiyaların ümumi mənzərəsinə nəzər salaq. 
Qeyd  edək  ki,  mövzu  aspektində  partiyaların  seçkilər 
öncəsi  real  vəziyyətinin,  ümumi  mənzərəsinin  obyektiv 
dəyərləndirilməsi  üçün  təhlil  zamanı  bilavasitə  siyasi  parti-
yaların  lider  və  funksionerlərinin  fikirləri  və  münasibəti  əsas 
olaraq götürülmüşdür. Təqdim olunan ən son məlumatların 
təhlilində “Research Council” müstəqil araşdırmalar  birliyinin 
(sədr  -  Sahib  Cəfərov,  əməkdaş  Nazim  Mahmudov)  əsasən 
gündəmdə olan 25 siyasi partiyanın liderləri və funksionerləri 
ilə apardığı “Azərbaycanda siyasi partiyalar - 2010: parla-
ment seçkiləri öncəsi durum və planlar haqqında sosioloji 
sorğu”nun materiallarına istinad edilmişdir. Sorğu gedişində 
sualları partiyaların liderləri və ya əsas funksionerləri cavab-
landırmış, göstərilən rəqəmləri və məlumatları onlar təqdim 
etmişlər (Partiyaların adları əlifba sırası ilə təqdim olunmuş-
dur).
ANA VƏTƏN PARTİYASI
Təsis tarixi: 24 noyabr 1990-cı il 
Qeydiyyat tarixi: 11 avqust 1999-cu il 
Partiyanın sədri: Fəzail Ağamalı
Müsahibin adı: Etibar Quliyev
8. 
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR - 2010:   
PARLAMENT SEÇKİLƏRİ  ÖNCƏSİ VƏZİYYƏT VƏ  
    ƏSAS MƏQSƏDLƏR

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
114
Müsahibin vəzifəsi: sədr müavini
İdeologiyasının  əsasında  dövlətçilik  və  vətənpərvərlik 
ideyaları dayanır. Eyni zamanda, partiya millətçilik ideolo-
giyasını da təməl dəyər kimi ortaya qoyur. Siyasi sistemdə 
sağ-mərkəzçi mövqedə durur. Üzvlərinin sayı, 2009-cu ilin 
məlumatına görə, 20 000 nəfərdir. Partiyada üzvlük haqqı 
könüllülük  prinsipi  ilə  qurulmuşdur.  Büdcəsi  (2010-cu  ilin 
mart ayı üçün) 1000 AZN-dir. Partiyanın rayon və şəhərlərdə 
60 qərargahı var. Partiya 2010-cu ilə qədər 5 qurultay keçir-
mişdir. Qurultayları hər 5 ildən bir (son qurultayda 350 nəfər 
iştirak edib) 1/50-ə nisbətində kvota ilə həyata keçirilir. Par-
tiyada  seçkili  orqanlar  sədr,  Ali  Məclis,  Nəzarət-Təftiş  Ko-
missiyası, Mərkəzi Şura və rayon təşkilatlarının sədrləridir. 
Partiyanın üzvlüyündə gənclər 30%-lə kifayət qədər böyük 
saya sahibdirlər. Eyni zamanda, qadınlar partiya üzvlərinin 
17%-ni  təşkil  edirlər  (sədr  müavinlərindən  biri  qadındır). 
Son bir ildə partiyaya 200-ə qədər yeni üzvün qəbul edildiyi 
vurğulanır. Qeyd edək ki, ictimaiyyətlə əlaqələrdə partiyanı 
təmsil edən deputatlar xüsusi fəallığı ilə seçilir. Eyni zaman-
da, partiyanın internet səhifəsi də hazırlanmaqdadır. 
Partiya  sonuncu  prezident  seçkilərində  müşahidəçi 
qismində  çıxış  etmiş,  namizəd  İlham  Əliyevin  mövqeyi-
ni  dəstəkləmişdir.  Sonuncu  parlament  seçkilərində  14 
namizədlə (parlamentə 2 nəfər seçilmişdir) iştirak etmişdir. 
2009-cu  ilin  bələdiyyə  seçkilərində  440  namizəddən  215 
nəfəri seçilmişdir. Parlamentə təklif edilən layihələrdə par-
tiya olaraq deyil, məhz fərd olaraq təkliflər irəli sürülməsi 
müşahidə  edilmişdir.  2010-cu  ilin  parlament  seçkilərində 
partiyanın  başlıca  məqsədi  Milli  Məclisdə  təmsil  olun-
maqdır. İddia edilən parlament yeri 2 (mövcud millət vəkili 
mandatları)  +  1-dir.  Seçkilərə  qatılacaq  namizədlərin  sayı 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
115
30  nəfərdir.  Partiya  seçki  bloklarına  qoşulmaq  barədə 
düşünməsə də, YAP-la koordinasiyalı şəkildə seçki taktika-
sını quracağını bildirmişdir. Partiya iqtidar-müxalifət dialo-
qu istiqamətində 1999-cu ildə real addımlar atmışdır. Lakin 
bu  addımlar  öz  müsbət  nəticələrini  verməmişdir.  Partiya-
nın siyasi sistemin təkmilləşdirilməsində əsas təklifi dövlət 
dəstəyi mexanizmlərinin işlənilməsi və yeni qanunvericiliyin 
qəbul edilməsidir. 
AZADLIQ PARTİYASI
Təsis tarixi: 1995-ci il
Qeydiyyat tarixi: 12 avqust 2005-ci il 
Partiya sədri: Əhməd Oruc
Müsahibin adı: Əhməd Oruc
Müsahibin vəzifəsi: sədr
İdeologiyasının  əsasında  dövlət  millətçiliyi  dayanır.  Si-
yasi sistemdə mövqeyi mərkəzçidir. Partiya üzvlərinin sayı-
nın 4800 olduğu bildirilir. Üzvlük haqqı sərbəstdir. Büdcəsi 
qeyri-sabitdir.  Şəhər  və  rayon  təşkilatlarının  sayı  33-ə  ya-
xındır.  Partiya  indiyə  qədər  3  qurultay  keçirmişdir.  Qurul-
taylar  5  ildən  bir  keçirilir.  Qurultayda  kvota  2006-cı  ildə 
130 nəfər olmuşdur. Partiya daxilində seçkili orqanlar sədr, 
Ali Məclis, Mərkəzi İcra Aparatı və rayon sədrləridir. Parti-
ya üzvü olan gənclər 50% təşkil edir, qadınlar isə, demək 
olar  ki,  yox  səviyyəsindədir.  Yeni  qəbul  edilmiş  üzvlərin 
sayı  2009-cu  ildə  50-100  nəfər  arasında  dəyişməkdədir. 
Partiyanın  ictimaiyyətlə  əlaqə  vasitələri,  əsasən,  müxalifət 
qəzetləri  hesab  olunur.  Sonuncu  prezident  seçkilərində 
partiya  iştirak  etməyib.  Sonuncu  parlament  seçkilərində 
4  namizədlə  iştirak  edib,  lakin  seçilən  namizəd  olma-
yıb.  Sonuncu  bələdiyyə  seçkilərində  partiya  olaraq  iştirak 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
116
edilməyib.  2010-cu  ilin  parlament  seçkilərində  partiyanın 
başlıca  məqsədi  parlamentdə  təmsil  olunmaqdır.  Seçki 
proqramının  xüsusiyyəti  isə  daha  çox  orta  təbəqənin  hü-
quqlarının  müdafiəsidir.  Seçki  bloklarında  iştiraka  müsbət 
baxılır  və  Demokratiya  Uğrunda  İttifaqla  danışıqlar  aparı-
lır.  Mövcud  resursları  partiyanın  maddi-texniki  istəklərini 
həyata keçirməyə imkan vermir. 
AZƏRBAYCAN DEMOKRAT PARTİYASI
Təsis tarixi: 26 iyun 1991-ci il
Qeydiyyat tarixi: 1999-cu il
Partiya sədri: Sərdar Cəlaloğlu
Müsahibin adı: Həsrət Rüstəmov
Müsahibin vəzifəsi: sədr müavini
İdeologiyasının  əsasında  liberal-demokratik  dəyərlər 
durur.  Proqramının  hədəfi  demokratik  cəmiyyətin  qurul-
masıdır. Siyasi sistemdə sol mövqeyi təmsil edir. Üzvlərinin 
sayının 10 000-ə yaxın olduğu bildirilir. Üzvlük haqqı mini-
mum əmək haqqının 1%-i həcmindədir. Partiyanın büdcəsi 
600-700 AZN təşkil edir. Şəhər və rayon təşkilatlarının sayı 
55-ə  bərabərdir.  Keçirilmiş  qurultaylarının  sayı  6-dır  (so-
nuncu  qurultay  2007-ci  ildə  keçirilmişdir).  Qurultayların 
keçirilmə müddəti 2 ildən bir olmaqla 1/100-ə nisbətində 
kvota ilə Təşkilat Komitəsi tərəfindən müəyyən edilir və so-
nuncu qurultayda 300 nəfərin iştirak etdiyi bildirilir. Seçkili 
orqanlar sədr, Ali Məclis, Nəzarət-Təftiş Komissiyası və ra-
yon təşkilatlarının sədrləridir. Partiyada gənclər üzvlərin 10-
15%-ni (35 yaşa qədər), qadınlar isə 5%-ni (1 qadın Siyasi 
Şuranın üzvüdür) təşkil edirlər. Yeni qəbul edilmiş üzvlərin 
sayının  (son  bir  ildə)  1000  nəfər  olduğu  qeyd  edilir.  Par-
tiyanın ictimaiyyətlə əlaqələri mütəmadi yayıldığı bildirilən 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
117
press-relizlər  və  mətbuat  konfransları  ilə  həyata  keçirilir. 
Sonuncu  prezident  seçkilərində  partiya  iştirak  etməyib. 
2005-ci ilin parlament seçkilərində partiya 40 namizədlə iş-
tirak etmişdir. 2009-cu ilin bələdiyyə seçkilərində 30 üzvün 
namizədliyi  irəli  sürülsə  də,  2  namizəd  seçilmişdir.  2010-
cu  il  parlament  seçkilərində  partiyanın  başlıca  məqsədi 
5-6 millət vəkili yerinin qazanılmasına nail olmaqdır. Seçki 
proqramının  əsas  xüsusiyyəti  narazı  elektoratın  səsini  qa-
zanmaqdır. Seçkilərə qatılacaq namizədlərin sayının 60-dan 
bir  qədər  artıq  olacağı  gözlənilir.  Partiya  seçkidə  bloklaş-
maya  pozitiv  münasibət  göstərir və  bu  istiqamətdə  danı-
şıqları davam etdirir. Partiyanın iqtidar-müxalifət dialoquna 
münasibəti  müsbətdir  və  bu  istiqamətdə  yazılı  müraciət 
etmişdir.  Mövcud  resursları  baxımından  zəif  madd-texniki 
təchizata malikdir. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə