AZƏrbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


“Partiyalar necə maliyyələşdirilməlidir? Bu proses han-



Yüklə 4.86 Mb.
Pdf просмотр
səhifə5/9
tarix10.06.2017
ölçüsü4.86 Mb.
1   2   3   4   5   6   7   8   9

“Partiyalar necə maliyyələşdirilməlidir? Bu proses han-
sı  prinsiplər  əsasında  həyata  keçirilməlidir?  Bunun  üçün 
ayrılacaq maliyyə vəsaiti nə qədər olmalıdır?” kimi suallar 
bu gün ən çox müzakirə edilən məsələlərdəndir. Mətbuatda 
əksini  tapan  mövqe  və  münasibətlərin  izlənilməsi  siya-
si  partiyalar  haqqında  1992-ci  ildə  qəbul  olunmuş  qanu-
na əlavə və dəyişikliklərin edilməsinə dair  istər müxalifət, 
istərsə  də  iqtidar  partiyaları  təmsilçilərinin  mövqelərini 
ümumiləşdirməyə, fikir müxtəlifliyini müşahidə etməyə, ar-
tıq müəyyən cavabların da olduğunu söyləməyə əsas verir. 
Əksəriyyət  belə  hesab  edir  ki,  dünya  ölkələrinin  çoxunda 
siyasi partiyaların maliyyələşmə meyarını ictimai dəstək və 
seçkilərdə iştirak vəziyyəti müəyyən edir. 
Maliyyələşmə,  məlum  olduğu  kimi,  yalnız  partiyaların 
fəaliyyətini  şəffaflaşdırmaq,  onların  müxtəlif  qruplardan 
asılılığını azaltmaq üçün mühüm rol oynaya bilər. Hər hansı 
qurumun siyasi partiya olması üçün maliyyələşmə, təbii ki, 
bütün  dərdlərin  çarəsi  sayıla  bilməz.  Problemlərin  əsasən 
“Hansı  partiyalar  maliyyələşməlidir?  Maliyyə    fəaliyyətsiz 
partiyalar  ləğv  edildikdən  sonra,  yoxsa  əvvəl    ayrılmalı-
dır?  Yeni  qanuna  əsasən    qeydiyyata  alınan,  yoxsa  bütün 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
91
partiyalar  maliyyələşməlidir?  Partiyaların  ləğvi  üçün  hansı  
fundamental səbəblər olmalıdır?” kimi  məsələlərin dünya 
təcrübəsi, qanun və konsensus əsasında həlli müstəvisində 
olduğunu söyləmək olar. 
Dünyanın  bir  çox  ölkələrində  partiyalar  dövlət 
büdcəsindən  maliyyələşir.  Partiyaların  inkişafı,  cəmiyyətdə 
fəal  rol  oynaması,  siyasi  fəallığının  təmin  edilməsi,  kənar 
qüvvələrin  maliyyə  asılılığından  xilas  olması  baxımından 
bu,  vacibdir.  Lakin  dünya  təcrübəsində  bunun  universal 
mexanizmi  yoxdur.  Burada  əsas  kimi  siyasi  təşkilatların 
seçkilərdə,  xüsusilə  parlament  seçkilərində  iştirakı  və  qa-
zandıqları  səs  faizi  əsas  götürülür.  Parlament  seçkilərində 
proporsional seçki sisteminin tətbiq edildiyi ölkələrdə par-
tiyalara dövlət büdcəsindən maliyyə ayrılması daha asandır 
və parlamentdə təmsilçilik hüququ qazanan partiyalara şa-
mil olunur. 
Bu gün Azərbaycanın iqtisadi inkişafı fonunda partiyala-
rın dövlət tərəfindən maliyyələşdirilməsi reallaşa bilər. Artıq 
iki ildir ki, dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarına 
(2008-ci  ildə  1,5  milyon,  2009–cu  ildə  2,8  milyon  manat), 
mətbuata (2009-cu ildə 1 milyon manat) maliyyə vəsaiti ay-
rılır. Bunun partiyalara da aid edilməsi barədə  müzakirələr 
gedir. 
Azərbaycanda  seçki  sistemi  və  siyasi  partiyaların 
maliyyələşdirilməsi  məsələsi  2006-cı  ildə  Bakıda  ATƏT-in 
təşəbbüsü  ilə  “Siyasətdə  şəffaflığa  doğru:  Azərbaycanda 
seçki sistemi və siyasi partiyaların maliyyələşdirilməsi” möv-
zusunda keçirilən ikigünlük seminarda da müzakirə olunub.    
Seminarda seçki sistemləri, siyasətdə maliyyənin rolu, siyasi 
maliyyənin müsbət təcrübə standartları, Azərbaycanda siya-
si partiyaların maliyyələşməsi mövzuları diqqət mərkəzində 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
92
olub.    Bu  müzakirələr    zamanı  da  əsas  mübahisələr  seçki 
sistemi ilə bağlı yaranıb. Belə ki, iqtidarı dəstəkləyən siyasi 
partiyalar mövcud majoritar seçki sistemini, müxalif parti-
yalar isə  proporsional və ya qarışıq sistemi müdafiə ediblər.     
Azərbaycanda  partiyalara  dövlət  büdcəsindən  maliyyə 
ayrılan zaman seçkilərin nəticələrinin əsas götürülməsi və 
seçicilərin müəyyən faizinin səsini toplayan siyasi təşkilatlara 
maliyyə ayrılması vacibdir. Lakin hansı seçkilərin - prezident, 
parlament, yoxsa bələdiyyə - nəticələrinin əsas götürülməsi 
barədə yekdil fikir hələlik  müəyyən deyil. 
Ölkədə  parlament  seçkilərində  majoritar  sistem  tətbiq  
olunur. Ona görə ya prezident, ya da parlament seçkilərində 
iştirak  əsas  götürülə,  ümumi  seçicilərin  üç  faizinin  (pro-
porsional seçki sistemində parlamentə düşmək üçün kvo-
ta kimi 3-5% götürülür) səsini toplayan partiyalara dövlət 
büdcəsindən maliyyə ayrıla bilər. 
Partiyaların    dövlət    tərəfindən  maliyyələşdirilməsinə 
dair rəy və mövqeləri rəsmi qurumların, iqtidar və müxalifət 
təmsilçilərinin münasibətləri kimi  qruplaşdırmaq və onları 
müqayisə etməklə bir sıra  məqamlara aydınlıq gətirmək, 
ən mübahisəli problemləri müəyyənləşdirmək olar.
Müxalifət  düşərgəsində  müəyyən  fikir  müxtəlifliyi 
olsa da, əksəriyyət belə hesab edir ki, əslində partiyaların 
yenidən qeydiyyatdan keçməsinə heç bir ehtiyac yoxdur. Bu 
düşərgə təmsilçilərinin fikrincə, qeydiyyat məsələsini ortaya 
atmaqla hakimiyyət bəzi partiyaların rəsmi fəaliyyətinə yeni 
maneələr  yaratmaq  istəyir.  Bütün  bunlar  qəbul  olunacağı 
təqdirdə ”Siyasi partiyalar haqqında“ yeni qanunun iqtidar 
və  müxalifət  arasında  ziddiyyət  predmetinə  çevriləcəyini 
bəri başdan deməyə əsas verir. Qeydiyyat məsələsi ilə də 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
93
bağlı  müəyyən  problemlərin  yaşana  biləcəyi  istisna  olun-
mur. Mətbuatın məlumatına görə, Böyük Quruluş Partiya-
sının  sədri    Fazil  Qəzənfəroğlu  öz  layihəsini  hazırlayaraq 
parlamentə  təqdim  etmişdir.  Layihə  iki  hissədən  ibarətdir. 
Birinci hissədə 2005-ci ilin parlament seçkilərində iştirak et-
miş, müəyyən dərəcədə səs toplamış və hətta parlamentə 
düşməyən partiyalara 2010-cu ilə qədər aylıq şərti maliyyə 
vahidinin 15 min misli məbləğində vəsait ayrılması nəzərdə 
tutulur.  Seçkiyə  qatılmış  və  namizədləri  ümumilikdə  100 
min seçici səsi toplayan partiyalar da bu maliyyələşmənin 
subyekti  ola  bilər.  İkinci  hissədə  isə  2010-cu  ildən  son-
ra  parlamentdə  təmsil  olunan  partiyalara  vəsait  ayrılması 
qaydaları  qeyd  olunub.  Layihədə  parlament  və  bələdiyyə 
seçkilərində 2 dəfə iştirak etməyən partiyaların qeydiyyatı-
nın dayandırılması da nəzərdə tutulmuşdur.
Partiyaların  maliyyələşməsində  “sıfır  variantı”  adlanan 
təklif də müxalifət tərəfindən  səslənmişdir.
Müsavat  və  parlamentdə  təmsil  olunan  digər  partiya-
lar büdcədən maliyyələşmədə deputat mandatının, seçkini 
boykot etmiş AХCP və müttəfiqləri isə sosial bazanın əsas 
götürülməsini düzgün hesab edirlər. Müsavata yaхın çevrələr 
bu məsələdə yeni təkliflə çıхış ediblər. Parlamentdə 5 depu-
tatla təmsil olunan Müsavat Partiyası maliyyələşmənin qa-
zanılan hər seçiciyə bir manat məbləğində müəyyən olun-
masını doğru sayır. 
Bir çoх ekspertlər hesab edirlər ki, maliyyələşmə özündə bir 
neçə amili ehtiva etməlidir. Əvvəla, Azərbaycanda çoхpartiyalı 
sistem  yenidir  və  hələ  formalaşma  mərhələsindədir.  Bu 
baхımdan dövlət bütün siyasi partiyalara eyni gözlə baхmalı, 
hamıya dəstək verməlidir. İkincisi, elə partiyalar var ki, daim 
milli və dövlət maraqlarından çıхış edib, heç bir хarici donor-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
94
lardan maliyyələşməyib və təbii ki, Azərbaycan əleyhinə hər 
hansı bir layihəyə imza atmayıb. Maliyyələşmədə öz resurs-
larını üzə çıхarmaq üçün bu cür təşkilatlar hökmən nəzərə 
alınmalıdır.  Üçüncüsü,  Azərbaycanda  fəaliyyət  göstərən 
əksər  müхalifət  partiyaları  ölkədə  bu  günədək  “normal 
seçkilərin  keçirilmədiyini”  iddia  edirlər.  Məsələn,  Müsavat 
Partiyası 1995, 2000, 2003, AХCP və müttəfiqləri isə 2005-
ci il parlament seçkilərinin nəticələrini tanımayıb. Ona görə 
ki, birinci seçkilərdə AХCP, sonrakında isə Müsavat Partiyası 
mandat  almışdı.  Bütün  bunları  nəzərdən  keçirəndə  ortaya 
hamını  qane  edə  biləcək  ortaq  variant  çıхır:  bu,  sıfır  vari-
antıdır.  Bu varianta əsasən dövlət qeydiyyatına alınmış 45 
siyasi partiyanın hamısına dövlət büdcəsindən bərabər miq-
darda vəsait ayrılmalıdır. Bu vəziyyət 2010-cu il parlament 
seçkilərinə  qədər  davam  edəcək.  Partiyalar  növbəti  parla-
ment seçkilərində qazandığı nəticələrə  uyğun olaraq mad-
di yardım alacaqlar. Milli Məclisə düşə bilməyən partiyalar  
büdcədən vəsait ala bilməyəcəklər. 
«Sıfır»  variantını  təklif  edənlər  onu  ədalətli  üsul  hesab 
edirlər. Yəni 2010-cu ildə keçiriləcək parlament seçkilərinin 
nəticələrinin elan olunmasınadək büdcədən siyasi partiya-
lara ayrılacaq vəsait bütün qeydiyyatdan keçmiş partiyalar 
arasında  bərabər  şəkildə  bölünməlidir.  Bu  vəsait  seçkilərə 
qədər  siyasi  partiyaların  güclənməsinə,  təşkilatlanmasına 
və öz resurslarını üzə çıхarmağa sərf olunmalıdır. Seçkilər 
bitdikdən  sonra  nəticələrə  uyğun  şəkildə  partiyaların 
təsnifatı  aparılmalı,  müəyyən  olunmuş  həddi  aşan  parti-
yalar dövlət büdcəsindən maliyyə almalıdırlar. Həddi keçə 
bilməyənlər  isə  maliyyələşmədən  kənarda  saхlanılmalıdır. 
Büdcədən  vəsaitin    ayrılmasına    qədər    isə    siyasi  parti-
yalar  haqqında  yeni  qanunun  qəbul  olunmasının  vacibliyi 
əksəriyyət tərəfindən dəstəklənir. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
95
AMİP  partiyaların  dövlət  tərəfindən 
maliyyələş-dirilməsinin  meyarları  sı-
rasında  seçkidə  iştirakı,  beynəlxalq 
əməkdaşlığı, 
ölkə 
ictimaiyyətinə 
təsiri,  yerli  strukturları,  bələdiyyə  və 
parlamentdə təmsilçiliyi nəzərə almağı 
mühüm hesab edir.     
Maliyyənin 
təxmini 
məbləği 
məsələsinə  münasibətlər  də  maraqlı-
dır. Hələ 2009-cu ilin büdcəsindən si-
yasi  partiyaların  maliyyələşdirilməsinə  
6  milyon  manat  ayrılacağına  dair 
məlumatlara  partiyalar öz rəyini bildir-
mişdidir. (Məlumatlar http://www.cssn.
gov.az/az  internet  səhifəsindən  götü-
rülmüşdür.  Onların    bəzilərinə  nəzər 
salaq). 
Müasir  Müsavat  Partiyasının  sədri 
H.Hacıyevə  görə:  “Partiyaların  rayon 
təşkilatlarının fəaliyyətini təmin etmək 
üçün  ciddi  maliyyə  tələb  olunur.  Ra-
yon  təşkilatlarını  maliyyələşdirmək, 
siyasi proseslərə daha aktiv qoşulmaq 
üçün ildə minimum 700-800 min ma-
nat lazımdır. Seçki ilində isə daha çox 
maliyyəyə ehtiyac yaranır”. 
Böyük  Quruluş  Partiyasının  sədri 
Fazil Qəzənfəroğlu hesab edir ki, par-
tiyasının  hərtərəfli  fəaliyyətini  təmin 
etmək üçün ayda dövlət büdcəsindən 
20 -25 min manat ayrılması kifayətdir. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
96
Maliyyə yardımının hansı formada ayrılmasından da çox şey 
asılıdır. 
Ümid  Partiyasının  sədri  İqbal  Ağazadə  hər  bir  siya-
si  hərəkatın  normal  fəaliyyəti  üçün  ayda  20  -25  min  ma-
nat  maliyyə  vəsaitinin  ayrılmasını  vacib  hesab  edir.  Onun 
fikrincə, seçkilərdə iştirak edən partiyalara daha çox vəsait 
ayrılmalıdır.
Bütün  hallarda  maliyyələşmə  mexanizminin  Azər-
baycanda  partiya  quruculuğunun  keyfiyyətcə  yeni 
mərhələyə keçid alması üçün  mühüm maddi-iqtisadi sti-
mul qismində çıxış etməsi əsas məsələdir. 
Bundan  başqa,  yeni  qanunvericilikdə  siyasi  fəaliyyəti 
nəzərə  çarpmayan  partiyaların  qeydiyyatının  ləğv  olun-
ması  da  dünya  təcrübəsi  nəzərə  alınaraq  həll  edilməli 
problemlərdəndir.  Mövcud  qanunvericilikdə  siyasi  par-
tiya  fəaliyyət  göstərmədiyi  təqdirdə  onun  qeydiyyatının  
ləğvinin  əsasları  müəyyən  olunmamışdır  və  Azərbaycan 
təcrübəsində bu hal yoxdur. 
Fəaliyyət  göstərməyən  partiyanın  qeydiyyatının  ləğv 
edilməsi  dünyada  qəbul  olunmuş  normadır.  Avropanın 
aparıcı  dövlətlərində  əgər  partiya  iki  ildən  artıq  fəaliyyət 
göstərmir və seçkilərdə iştirak etmirsə, fəaliyyəti  dayandı-
rılır.  Azərbaycanda  bir  çox  partiyaların  fəaliyyətinin  faktiki 
durumunun  hüquqi baxımdan qiymətləndirilməsi onların 
labüd ləğvi üçün bütün qanuni şərtlərin mövcud olduğunu 
aşkara çıxara bilər. 
Avropa  ölkələrində  seçkilərdə  iştirak  etməyən  parti-
yaların  qeydiyyatının  ləğv  olunmasının  qanunvericilikdə 
əksini tapmasının   əsas səbəbinin dövlətin siyasi partiyala-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
97
ra dəstəyi ilə  əlaqəli olduğu qeyd edilir Partiyalara dövlət 
tərəfindən  yardımlar  edildiyi  üçün  onlar  həm  də  ictimai 
məsuliyyət daşıyırlar.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
98
Yekunlar
1.  Müstəqillik  əldə  ediləndən  sonra  Azərbaycanda 
formalaşmaqda  olan  partiya  sistemi  öz  inkişafında  bir 
qütbdən digərinə doğru və əksinə kəskin (rəqqasvari) meyil 
etmişdir. Sovet dövrünün birpartiyalı statik sistemindən XX 
əsrin 90-cı illərinin ifrat çoxpartiyalı və fraqmentar dinamik 
mərhələsinə keçid baş vermişdir. Ötən elektoral mərhələlər 
ərzində  hakim  partiyalı  idarəetmə  modelinin  bərqərar  ol-
ması ilə  qütblərarası proses orta nöqtədə tarazlıq vəziyyəti 
ilə əvəzlənmiş, partiya yaratmaq səyləri intensiv davam et-
mişdir. Məhz bu proseslərdə partiya sisteminin  konturları 
sezilməyə başlamışdır. 
2. Azərbaycanda partiya sistemi  90-cı illərdə “böyümə 
xəstəliyi” kimi  təbii-obyektiv prosesdən keçmiş, kəmiyyətcə 
çoxalma əsas meylə çevrilmişdir və proses bu gün də davam 
edir. Yenə də həmin terminlə deyilsə, böyümə, boy artımı 
artıq “xroniki xəstəliyə” çevrilmişdir. Bu isə çox ağır hal kimi 
siyasi  həyatda  partiya  fəaliyyətinin  keyfiyyətinə  əngəl  ya-
radan, həm partiyaların özlərinin, həm cəmiyyətin, həm də 
dövlətin birgə səyləri ilə  aradan qaldırıla  bilən məsələdir.
3.  Müstəqillik əldə  ediləndən sonra Azərbaycanda Kon-
stitusiya  ilə  müəyyən  edilən  müddətdə  demokratik  siyasi 
rəqabətə  əsaslanan    prezident  və    parlament  seçkiləri  ke-
çirilmişdir.  Qısa  şəkildə  desək,  parlamentə  birinci  çağırış 
seçkilərdə (1995-ci il) yeni demokratik seçki sistemi bərqərar 
7. 
SİYASİ PARTİYALAR   2010-CU İLİN PARLAMENT 
SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ:  
 
 
 
    YEKUNLAR, TÖVSİYƏLƏR, PROQNOZLAR

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
99
olmuş, ikinçi mərhələdə (2000-ci il) siyasi sistemin  transfor-
masiyası  intensiv  şəkil  almışdır.  İqtidar  partiyası  ümummilli  
konsolidasiyaya nail olmuşdur. (Burada konsolidasiya anlayışı 
şərti (minimum) mənada işlədilir və ölkədə başqa aktorların 
razılığı  olmadan    hakimiyyətin  dəyişməsinə  qadir  olmayan 
hər hansı qüvvənin yoxluğunu bildirir. Daha dəqiq desək, bu 
vəziyyət  aktorlar  tərəfindən  formal  demokratik  institutların 
tanınması nəticəsində yaranan nisbi tarazlığa nail olunmasını 
ifadə edir. Ən başlıcası da bu, seçki institutudur). 
Partiya liderləri və funksionerləri ilə aparılmış müsahibələrin 
təhlili bu gün Azərbaycanda demokratik cəmiyyətin mühüm 
institutu  olan  siyasi  müxalifət  partiyalarının  ağır  tənəzzülə 
uğramaq təhlükəsi ilə üz-üzə qaldığını söyləməyə imkan ve-
rir. Bu prosesin bir neçə səbəbi mövcuddur:
• müxalifət partiyalarının bir-biri ilə siyasi mədəniyyət və 
sivil mübarizə prinsipləri əsasında dialoqa gələ, bloklar və  
birliklər yarada  bilməməsi.
• elektorat arasında siyasi partiyalarda iştiraka marağın ol-
maması. 
• siyasi arenada partiyaların həddindən artıq çoxluğu; 
• partiyaların proqram və ideologiyalarının sözdə müxtəlif, 
reallıqda  bənzər və eyni olması.
• bunun məntiqi nəticəsi kimi elektoratın onların  ideoloji 
oriyentasiyasını  müəyyən  etməsində  çətinlik  çəkməsi  və 
konkret seçim edə bilməməsi.  
• yarandığı vaxtdan bu günədək müxalifətin Azərbaycanda 
keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində 
uğursuzluğu   nəticəsində  bu partiyalara marağın sönməsi.
• yeni yaradılan müxalifətyönlü partiyaların öz fəaliyyətində 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
100
keyfiyyət dəyişikliklərinə nail olmaması üzündən elektorat 
arasında nüfuz qazana bilməməsi.
4.  Üçüncü  və  sonuncu  -  2005-ci  ilin  parlament 
seçkilərindən  sonra    Azərbaycanda  siyasi  sistemin  əsas 
xüsusiyyətləri - institutların kompozisiyası, aktorların resurs-
ları,  strategiyaları  və  taktikaları,    demək  olar  ki,  dəyişməz 
şəkildə qalmışdır. 
5. Siyasi arenada qeyri-formal aktor və institutların for-
mallarla müqayisədə çoxalması meyli müşahidə olunmuş-
dur.
6. Bu mərhələdə siyasi rəqabət məkanında hakim partiya 
mövcuddur və onun fəaliyyəti üçün yerdə qalan bütün ak-
torlar birlikdə heç bir maneə yaratmağa qadir deyildir. 
7.  Siyasi  müxalifətin  hakimiyyətə  gəlmək  imkanları-
nın tükənməsi fonunda hakim partiyanın  və yerdə qalan 
(müxtəlif  yönlü)  qüvvələrin  qarşılıqlı  münasibətlərində 
kompromis strategiyaları üstünlük təşkil edir. 
8.  Partiyalaşma  prosesi  sönükdür,  prosesin  ilkin 
mərhələsində  müşahidə  edilən  partiyalararası  rəqabət  isə 
siyasi müxalifətin zəifliyi səbəbindən  yox dərəcəsindədir. 
9.  Dünya  təcrübəsində  “partiyanın  institusionallaşma-
sı”  adlı  mühüm  meyar  mövcuddur.  Partiyanın  institusio-
nallaşmasının  standart  göstəricisi  bir  partiyanın  üç  seçki 
mərhələsində uğurlu iştirakı ilə müəyyən olunur. Bu meyar 
tətbiq  edilsə,  Azərbaycanda  yalnız  bir  partiya  (YAP)  insti-
tusionallaşa bilmişdir. Partiyaların institusionallaşması üçün 
tələb olunan vaxt da kifayət qədər seçkilərin olmasına bax-
mayaraq,  müxalifətyönlü  siyasi  partiyalar  ondan  qətiyyən 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
101
faydalana bilməmişlər. 
Azərbaycanda  hakim  partiyanın  transformasiyasında 
ötən seçkilər ərzində baş verən  ən mühüm xüsusiyyətləri 
qeyd edək:
-  İqtidar  partiyasında  başlıca  meyil,  ilk  növbədə,  güc-
lü  lider  faktoruna  dayaqlanaraq  ölkədə  hakim  partiya-
lı  idarəetmə  modelinin  bərqərar  olmasına  nail  olması  və 
beləliklə də, Azərbaycanın həm dünyada, həm də postsovet 
məkanında bu modelin formalaşmasını təmin edə bilən çox 
az ölkələr sırasında yer alması;
- Bütün istiqamətlərdə: parlament, elektoral və regional 
səviyyələrdə hakim partiya kimi özünü təsdiq etməsi;   
- Partiyadaxili elitar konsolidasiyanı və milli birliyi təmin 
etməklə ölkədə böhran və xaosa son qoyması, inkişaf tem-
pini sürətləndirmək və ictimai-siyasi sabitliyi təmin etməklə, 
politoloqların qənaətinə görə, MDB məkanında narıncı in-
qilab dalğasının gedişatına son qoymağa nail olması.
Tövsiyələr
-  Partiyalaşmanın  müstəqillikdən  üzü  bəri  mütərəqqi 
təkamülünün  və  dinamikasının  müşahidə  edilməməsi  bu 
prosesin  bundan  sonra  da  davam  edəcəyini  yolverilməz 
edir.  Demokratik  dünya  təcrübəsini  əsas  tutaraq,  dövlətin 
iştirakı  və  islahatlar  yolu  ilə  proseslərin  ləng  axarının 
sürətləndirilməsi, onun mütərəqqi dünya təcrübəsi və par-
tiyalaşma  standartlarına  müvafiq  istiqamətə  yönəldilməsi 
Azərbaycanda  demokratik  vətəndaş  cəmiyyəti  quruculu-
ğunun  zəruri  məsələsidir.  Əks-təqdirdə  siyasi  partiyalar 
vətəndaş cəmiyyəti quruculuğunun mühüm vasitəsi olmaq-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
102
dansa, onun yolunda əngələ çevrilə bilərlər;
- Bütövlükdə, partiyalara xas olan kəmiyyət çoxluğunun 
və fraqmentarlığın fonunda onların passivliyi, ölkənin siya-
si  həyatında  hiss  edilməyəcək  dərəcədə  fəaliyyətini  ifadə 
edən status-kvo bu günə qədər dəyişməmişdir. Bütün bun-
ların ciddi təhlili və status-kvonun dəyişdirilməsi yönündə 
tədbirlərin görülməsi zəruridir. Buraya isə ilk növbədə parti-
yalar haqqında yeni qanunun qəbul edilməsi, siyasi rəqabəti 
canlandırmaq üçün müvafiq məsələlərin əksini tapması aid-
dir. Əks-təqdirdə Azərbaycanın siyasi məkanında partiyala-
rın kəmiyyət çoxluğunun  keyfiyyət mərhələsinə keçəcəyi çox 
böyük ehtimalla yaxın zaman ərzində də qeyri-mümkündür. 
Bunun üçün həm partiyaların təşəbbüs göstərmələri, həm 
də dövlətin himayəsi və islahatları ilə ciddi institusionallaş-
ma tədbirləri həyata keçirilməlidir;
- Dünya təcrübəsində nə majoritar, nə də proporsional 
seçki sistemi öz-özlüyündə partiyaları inkişaf etdirən əsas 
amil hesab edilir. Əvvəla ona görə ki, partiya sisteminin  bir 
siyasi  institut  kimi  tənəzzülü  dünyada  müşahidə  olunan 
bir meyildir.  İkincisi, prezident üsuli-idarəsi, adətən, bütün 
ölkələrdə  iki və ya bir neçə partiyalı sistemdə daha optimal 
inkişaf  edir.  Prezident  institutu  ən  yaxşı  halda    ikipartiya-
lı  sistemdə  səmərəli  fəaliyyət  göstərə  bilir.  Yəni  müxalifət 
prezident  seçkilərini  uda  bilirsə,  mövcuddur,  yoxsa  daim 
nüfuzunu itirir. 
-  Bununla  belə,  müxalifət  partiyalarının  zəfliyinin  bəhs 
edilən seçki sistemləri ilə deyil, başlıca olaraq subyektiv fak-
torlardan asılı məsələ olduğunu diqqətə çəkmək üçün pro-
porsional seçki sistemi bir müddət bərpa edilə bilər. Bu, bir 
tərəfdən müxalifətin canlanması üçün stimul yarada, digər 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
103
tərəfdən isə onların zəifliyinin bu məsələdən asılı olmadığı-
sübuta yetirə bilər;
- Müxalifətin bütün sahələrdə (ideoloji, siyasi, ictimai, elek-
toral,  siyasi  mədəniyyət,  sivil  mübarizə  metodları,  partiya-
dövlət,  partiyadaxili  və  partiyalararası  münasibətlərdə) 
yeniləşməsi  ilə  bağlı  təşəbbüslərin  ictimai  müzakirələr 
vasitəsilə  siyasi  gündəmə  gətirilməsində  elmi  ictimaiyyətin 
və ziyalıların  vasitəçiliyi, həssaslığı da mühüm məsələdir; 
- Partiyaların ideologiyasında mərkəzçilik mövqeyinə üs-
tünlük verilməlidir. Zəif partiyanın ilk növbədə həm də  ide-
ya baxımından zəif olması geniş təhlil olunmalıdır;
- Seçki institutu ölkə imicinin formalaşmasında heç bir 
başqa  sahə  ilə  müqayisə  edilməyən  üstünlüyə  malikdir. 
Azərbaycanın  investisiya  cəlbediciliyi,  iqtisadi  inkişaf,  eti-
barlı  tərəfdaş  kimi  imiclə  bağlı  problemi  yoxdur.  2010-cu 
ilin  parlament  seçkiləri  Azərbaycanın  dünyada    imicinin 
yaxşılaşdırılması  ilə  yadda  qalmalı,  bütün  qüvvələr  buna 
birlikdə nail olmalıdırlar;  
- Politologiya elmində “partiyaların effektiv sayı, miqdarı” 
adlı indikator işlənib hazırlanmışdır. Siyasi sistemdə  parti-
yaların nə qədər miqdarının  əhəmiyyətə malik olduğunu bu 
indikator müəyyən edə bilir. Həmçinin, elektoral (seçkilərin 
nəticələri) və parlament səviyyəsində də bu indikator tətbiq 
edilir. Məsələn, Rusiyada parlament partiyalarının “effektiv 
miqdarı”  (yəni  Dumada  neçə  partiya  əhəmiyyətə  malik-
dir) 1,89 təşkil edir. XX əsrin 90-cı illərində bu rəqəm Rusi-
ya üçün 10 idi. Bu o deməkdir ki, yerdə qalanlar içərisində 
“əhəmiyyətli  partiya” mövcud deyil, yaxud “hamısı birlikdə 
bir partiya qədər çəkiyə malik deyil”. Azərbaycanda da bu 
sahədə təhlillər aparılmalıdır.
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə