AZƏrbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALARIN  RESURSLARI VƏ SEÇKİ TAKTİKASI



Yüklə 4.86 Mb.
Pdf просмотр
səhifə4/9
tarix10.06.2017
ölçüsü4.86 Mb.
1   2   3   4   5   6   7   8   9
PARTİYALARIN  RESURSLARI VƏ SEÇKİ TAKTİKASI

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
76
mübarizədə  qalib  çıxmağın  çoxsaylı  nümunələri  mövcud-
dur.  Bunu  mümkün  edən  yeganə  fundamental  qüvvə  isə 
xalqın dəstəyi və mükəmməl sosial bazanın mövcudluğu-
dur.
Müxalifət partiyalarının inkişafında uğursuzluğun və si-
yasi passivliyin səbəblərinin məhz onların fəaliyyətləri ilə de-
yil, yalnız kənar amillərlə izah edilməsi son illərin dəyişilməz 
xüsusiyyətinə çevrilmişdir.
Bunların  reallıq  olduğunu  müxalifətyönlü  siyasi  parti-
yaların  seçki  taktikasını  və  elektoral  davranışını  aşağıdakı 
mərhələlər üzrə göz önündə canlandırmaqla görmək olar:
1. Seçkilər öncəsi;  
2. Seçkilər gedişində
3. Seçkilərdən sonra. 
Seçkilər  gedişində  dünya  təcrübəsində  mövcud  olan 
seçkilərə reaksiya taktikasının, demək olar ki, bütün forma-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
77
ları tətbiq olunur. Bunlar:  
1. Boykot və passiv müqavimətlə səhnədən getmək
2. Fəal müqavimət göstərmək, iğtişaşlar törətmək; 
3. Loyallıq, status-kvonu  istər-istəməz (məcburən) qəbul 
etmək taktikalarıdır. 
Adətən,  seçkiqabağı  dövrdə  partiyalarda  təsəv-
vürəgəlməz  fəallıq  müşahidə  olunur.  Bəyanatlar  verilir, 
təşəbbüslər göstərilir və hakimiyyətə qarşı tələblər irəli sürü-
lür, artıq üç seçki prosesində əsas nəticə olan məğlubiyyətin 
əsaslandırılması  üçün  “arqumentlər”  səsləndirilir.  Bəyanat 
və təşəbbüslərin əksəriyyətinin məzmununu birləşmə şüar-
ları təşkil edir. 
Qarşıdan  gələn  parlament  seçkilərində  partiyaların 
müəyyən etdiyi taktikalarda bəzi ümumi xüsusiyyətləri aş-
kara  çıxarmaq  olar.  Seçkiqabağı  durumda  iqtidar,  iqtidar-
yönlü, müxalifət, marginal və yox olmaq üzrə olan partiya-
ları taktikalarına görə:
-  birlik və bloklar yaratmaq təşəbbüsünü dəstəkləyənlər;
-  birliyin əleyhinə olan və bloklara qoşulmayanlar şəklində 
ayırd etmək olar. 
Bu təsnifatın bəzi özünəməxsus xüsusiyyətləri mövcud-
dur. Belə ki, iqtidaryönlü partiyaların əksəriyyəti bloklaşma-
nı dəstəkləmir, müxalifət partiyalarının (Ümid, Azərbaycan 
Liberal-Demokrat  (ALDP)  və  Azərbaycan  Sosial-Demokrat 
(ASDP)  partiyaları  istisna  olmaqla)  əksəriyyəti  bloklaşma-
nı  özləri  üçün  prioritet  hesab  edirlər.  Bu  prosesdə  mara-
ğı  olan bəzi  partiyalar  üçün bloklaşma  nüfuz  və güclərini 
artırmaq, digərləri üçün isə yalnız milli siyasi məkanda və 
seçki  prosesində  mövcudluğunu  qoruyub  saxlamaq  və 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
78
təsdiqləmək üçün lazımdır. 
Paradoksal cəhət budur ki, Azərbaycanda müxalifət par-
tiyaları  müxtəlif  taktikaları  bir-birinə  “qarışdıraraq”  tətbiq 
etsələr də, nəticədə heç nəyə nail olunmamışdır. 
Buna görə də siyasi mübarizədə məğlubiyyətin sivil eti-
rafı  əvəzinə,  hər  dəfə  seçkilərin  saxtalaşdırılması  ilə  bağ-
lı hay-küylü bəyanatların verilməsi milli siyasi mühit üçün 
acınacaqlı və səciyyəvi bir meylə çevrilmişdir. Bu baxımdan 
2005-ci ilin parlament seçkilərində iştirak etmiş Yunis Oğu-
zun  fikri  səciyyəvi  sayıla  bilər:  “Təəssüf  ki,  Azərbaycanda 
seçkidə uduzan adam o saat saхtakarlıq olduğunu bəyan 
edir.  Yəni  adamlar  özlərində  günah  görmək  istəmirlər. 
Məsələn,  2005-ci  ilin  parlament  seçkilərində  İsa  Qəmbər 
kimi  tanınmış  siyasi  lider  tanınmamış  bir  opponentinə 
uduzdu. Onun əlində şikayət etmək üçün bir dənə belə ol-
sun saхtalaşdırılmış protokol olmadı” (az.apa.az/news.php).
Bu məsələlərdə ümidverici yeni bir xüsusiyyətin yaran-
masını  qeyd  etmək  vacibdir.  Bu  da  sadalanan  həmin  tak-
tikaların  artıq  heç  bir  əsasa  və  dəstəyə  malik  olmaması 
üzündən müxalifətin özünə tənqidi yanaşması, fəaliyyətinin 
köklərinə  yenidən  nəzər  salması  meylinin  yaranması-
dır.  Burada  ayrı-ayrı  partiya  liderlərinin  etiraflarından  tut-
muş,  Ümid  Partiyasının  lideri    İqbal  Ağazadənin  proqram 
məzmunlu “Müxalifətin demokratik açılımı ”adlı məqaləsini 
qeyd etmək lazımdır. 
Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP), Azadlıq Blo-
kunun  həmtəsisçisi  Əlİ  Əlİyev  yeni    mühitdə  partiyaların 
fəaliyyəti və rolu  barədə deyir: 
 “Gec-tez  Azərbaycanda da partiya  sisteminin inkişa-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
79
fına  təkan  vermək  lazım  gələcəkdir.  Son  illərin  təcrübəsi 
göstərir ki, siyasi sferaya süni müdaxilələr, o cümlədən süni 
partiya  quruculuğu,  şişirtmə  və  digər  bu  kimi  yanaşma-
lar nəticəsizliyə səbəb olur. İstixana şəraitində formalaşan 
partiyalar və siyasətçilər cəmiyyət tərəfindən qəbul edilmir, 
dəstəklənmir, nəticədə ölkənin siyasi sistemi formalaşa bil-
mir. Mümkündür ki, inkişafın hansısa (keçid) mərhələsində 
bunun belə olması məqsədəuyğun sayılsın. Hətta ənənəvi 
müxalifət  liderləri  ilə  mövcud  münasibətlər,  davam  edən 
düşmənçilik siyasi sistemə olan yanaşmanı şərtləndirməsini 
də başa düşmək olar. Bir də ki, güc tətbiqi və ələ alma me-
todları  dövləti  həm  xaricdən,  həm  də  daxildən  zəif  salır, 
müqavimət gücümüzü zəiflədir, bizi xarici təsirlərə həssas 
edir. Belə hal daimi ola bilməz. Dövlətin oturuşmasının, in-
kişafın geri dönməzliyinin qarantı yalnız inkişaf etmiş siyasi 
sistem  və  siyasi  institutlar  ola  bilər.  Siyasi  sistemin  vahidi 
olan  siyasi  partiyaların  formalaşmasına  yanaşma  tərzinin 
dəyişməsi  onların  inkişafına,  siyasətə  yeni  davranış  və 
düşüncə tərzinin gətirilməsinə vəsilə ola, siyasi müxalifətin 
xarici dövlət və təşkilatlardan asılılığını azalda bilər.  Digər 
qisim  siyasi  təşkilatlar  isə  resurs  sıxıntısı  ucbatından  qərb 
qrantları və başqa mükafatlandırma üsulları ilə gücləndirilən 
təşkilatlardan təbii olaraq zəif görünürlər. Bu fərqin ortaya 
çıxmasında xarici güclərin nəzarətində olan şəxslərin baca-
rıq və intellektlərini şübhə altına almadan onlara kənardan 
göstərilən maddi və mənəvi dəstəyin çox ciddi rol oynadı-
ğını xüsusi qeyd etmək yerinə düşərdi.
Bizim yanaşmamız ondan ibarətdir ki, belə siyasi tablo-
nun ortaya çıxmaması üçün partiya quruculuğu (siyasi sis-
tem yaradıcılığı və ya müxalifət formalaşdırılması) prosesinə 
münasibəti  əsaslı  surətdə  dəyişmək  lazımdır.  Təklif  etdi-
yimiz yanaşma uzun illər ərzində min bir çətinliklə ərsəyə 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
80
gətirilmiş  və  sınaqdan  çıxmış  siyasi  modeldən  imtinanı 
nəzərdə tutmur. Əksinə, mövcud olan modeli gücləndirmək, 
təkmilləşdirmək üçün düşünülür. Təbii ki, kəskin hərəkətlər 
müvazinətimizi  pozar.  Dəqiq  hesablanmış  və  ölçülər 
daxilində atıla biləcək addımlar fəaliyyətdə olan siyasi sis-
temi  çatışmayan  elementlərlə  zənginləşdirər,  yeni  çalarlar 
gətirər  və  legitimləşdirər.”  (Azərbaycanda  2010-cu  il  par-
lament seçkiləri: daha demokratik, daha şəffaf Beynəlxalq 
Konfransın materialları (16 Aprel 2010), Bakı – 2010)
Həmçinin  2009-cu  ildə  keçirilən  bələdiyyə  seçkilərində 
iştirakla bağlı Müstəqil İnformasiya Agentliyinə Azərbaycan 
Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxanın ver-
diyi  müsahibə  bu  baxımdan  çox  səciyyəvidir.  Bələdiyyə 
seçkilərindən  əvvəl  o,  müsahibəsində  bildirib  ki,  ALP  524 
bələdiyyə  yeri  üçün  1510  namizədlə  seçkiyə  qatılmaq 
niyyətindədir.
Seçkidən  sonra  müxbirin  partiyanın  yaradıcısı  və  Milli 
Birlik Hərəkatının sədri Lalə Şövkətə ünvanladığı “Nə üçün 
bələdiyyə  seçkilərində  liberallardan  səs-soraq  çıxmadı?” 
sualına  o,  belə  cavab  vermişdi:  “Mən  dəfələrlə  demişəm 
ki, səhvimiz həddən artıq çoxdur. Gərək, bunu etiraf edək. 
Əsas  detal  ondan  ibarətdir  ki,  müxalifət  birləşib  ortalığa 
güc  qoya  bilmədi.  Mən  prosesin  içində  olduğumdan  he-
sab edirəm ki, bizi birləşməyə iddialar qoymur. İstərdim ki, 
müxalifət,  nəhayət,  vəziyyətinin  çox  ciddi  olduğunu  başa 
düşsün və bütün iddiaları kənara qoyub vahid qüvvə kimi 
seçkilərdə iştirak etsin. Bu zaman, bəlkə, hansısa nəticə əldə 
edə bilərik”. Sonra o qeyd edib ki, əgər müxalifət yenə bir 
neçə blokla seçkilərə gedərsə, o zaman uğur qazanacağına 
ümid etmək olmaz (www.mia.az). 
Azərbaycanda 
siyasi 
müxalifətin 
tənəzzülünü 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
81
şərtləndirən digər fundamental amil lider faktorunun olma-
ması və institusionallaşa bilməmək problemidir. Maraqlıdır 
ki,  bu,  son  illər  ənənəyə  çevrilən  partiyaların  sədrliyindən 
imtina edərək lider postunu təsis etmək kimi bir  yeniliklə 
paradoksal  əkslik  təşkil  edir.  Bu  barədə  KİV-lərdə  verilən 
məlumatlar çox aydın təsəvvür yaradır.
“Turan”  İnformasiya  Agentliyinin  rəhbəri  Mehman 
Əliyevin  fikrincə,  demokratik  ölkələrdə  əsas  məsuliyyət 
öndə gedən şəxsin üzərinə düşdüyündən liderlik ağıl, baca-
rıq və xüsusi istedad tələb edən bir statusdur: “Keçmiş sədr 
postu ilə liderliyin fərqi prosesə müstəsna halda müdaxilə ilə 
fərqlənir. Bu proseslə yeni, gənc kadrlara işləmək, siyasətdə 
özlərini göstərmək üçün müəyyən şəraitlər yaradılır. Amma 
liderlər  yenə  də  partiyaya  nəzarət  funksiyasını  əllərində 
saxlayırlar  və  yaranan  müəyyən  situasiyada  məsələlərə 
müdaxilə edirlər” (P.Sadayoğlu //http://almaqezeti.com).
Politoloq Zəfər Quliyev isə belə halların tək Azərbaycanda 
baş  vermədiyini  qeyd  edir.  Onun  sözlərinə  görə,  baş-
qa  dövlətlərin  siyasi  təşkilatları  da  analoji  mexanizmdən 
istifadə  edirlər:  “Siyasi  təşkilatların  içindən  parçalanmaya 
məruz qalmasının ənənəvi hal aldığı zamanda siyasətçilər 
lider  postu  təyin  etməklə  özlərini  bu  cür  situasiyalardan 
sığortalamaq  istəyirlər.  Liderlər  artıq  partiyanın  bayrağı-
na  çevrilirlər.  Onlar  yalnız  partiyanı  tanıtmaq  və  qarşıdan 
gələn  seçkilərdə  namizəd  olmaq  üçün  iş  aparırlar.  Amma 
cəmiyyət  üçün  onların  hansı  postda  olması  elə  də  böyük 
fərq  etmir.  Sədrliyin  liderliyə  dəyişdirilməsinin  gələcəkdə 
partiya  siyasətində  mühüm  böhran  yaradacağı  da  istisna 
deyil...  Proporsional  seçki  sistemini  ortadan  qaldırmaqla 
partiyalara böyük zərbə vuruldu. Artıq şəxslər fərd olaraq 
fəaliyyətə daha çox üstünlük verirlər... Bu nöqteyi-nəzərdən 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
82
partiya  sisteminin  böhranında  ortada  yalnız  lider  postu 
böyük  göründüyü üçün siyasətçilər bu zirvəyə can  atırlar. 
Liderlik  həm  də  onların  siyasi  ömürlərinin  uzadılmasına 
xidmət edir. Bu tendensiya davam etsə, bir çox partiyalar və 
liderləri get-gedə sıradan çıxacaq. Azərbaycanda getdikcə 
siyasi  dairə  daralmaqdadır”  (P.Sadayoğlu  //http://almaqe-
zeti.com/index.php?mod=view&id=1348).
Məsələyə  digər  prizmadan  yanaşanlar  bu  meyli  parti-
yadaxili demokratiyanın möhkəmlənməsi və nizamnaməyə 
əməl  edilməsi  kimi  dəyərləndirir,  liderlərin  uzun  müddət 
postda qalmasının qarşısını alan  vasitə qismində şərh edirlər.
Parlament  seçkilərinin  keçiriləcəyi  2010-cu    ildə  siyasi 
müxalifət  hansı  iddiaları,  şüar  və  tələbləri  irəli  sürür?  Yal-
nız  tələb  və  bəyanatlara  deyil,  ötən  seçkilərin  yekunları-
nın dərin tənqidi təhlilinə də rast gəlmək olurmu? Bu kimi 
suallara  yeganə  cavab  kimi  Ümid  Partiyasının  sədri  İqbal 
Ağazadənin  qeyd  olunan  məqaləsini  göstərmək  olar.  Yeri 
gəlmişkən,  müxalifət  düşərgəsində  həmin  məqaləyə  hər 
hansı bir reaksiya verildiyini hələlik müşahidə etmək müm-
kün olmamışdır.
Seçkilərlə bağlı ən çox səslənən tələb müxalifətin  pro-
porsional    seçki  sisteminin  bərpa  olunması    məsələsini 
gündəmə  gətirməsidir.  Artıq  “Ölkədə  referendum 
keçirilməlidir”, “Müxalifət hakimiyyət qarşısında tələb qoy-
du”, “Proporsional seçki sistemi bərpa olunsun!”  başlıqları 
müxalifət  KİV-lərinin dəyişməz mövzusuna çevrilib. 
Politologiya elminə müraciət etsək, majoritar seçki sis-
teminin üstünlüyünü qəbul edən tanınmış partoloqlar (Dü-
verje, Bordo və b.) qeyd edirlər ki, bu sistem çoxpartiyalılı-
ğın təkamülünə, böyük müstəqil partiyaların yaranmasına, 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
83
zəiflərin  rəqabətdə  aradan  çıxmasına,  seçicilərə  istənilənə 
deyil, real imkanlara malik partiyalara səs verməyə imkan 
yaradır.  Proporsional  sistem  isə  partiya  çoxluğunu,  böyük 
partiyaların parçalanması ehtimalını artırır. Bu da yeni par-
tiya yaratmaq üçün həqiqi liderlik potensialı və qabiliyyəti 
olan  yeni  siyasətçilərin  əsl  məramına  kölgə  salır,  onların 
seçki xatirinə partiya yaratdığı təəssüratını oyadır.
İspaniyalı  senator  Luis  Fraqa,  Qərbi  Avropada  seçki 
modelləri  və  İspan  modelini  təhlil  edərkən  proporsional 
model barədə qeyd edir: “Siyahıda kimin qalacağına, kimin 
gedəcəyinə  qərar  verən  siyasi  partiyaların  əlində  çox  bö-
yük hakimiyyət toplanır. Nəticədə demokratiyanın əvəzinə 
“Partitokrasiya” təhlükəsi artır. Əgər parlament demokrati-
yasında (parlament olduğunu unutmayaq) ən vacib institut 
(partiyalar)zəif olarsa, bu xüsusilə doğrudur. Siyasi partiya-
lar həddən çox siyasi hakimiyyət əldə edərək institusional 
quruluşu korlanmış vəziyyətə gətirirlər. Namizədə yox par-
tiyalara səs verən hər bir seçki dairəsinin seçiciləri əslində 
kimə səs  verdiklərini  hər zaman  bilmirlər.  Nəticə: seçicilər 
və onların seçdiyi parlament üzvü arasında məsafə artır. Bu-
nun nəticəsində əhalidə institutların möhkəmliyi və sağlam 
olması barədə şübhələr artır. Biz hamımız bilirik ki, cavab-
dehlik və məsuliyyət demokratiyanın əsas məsələləridir. Bu 
hər yerdə daima xatırlanmalıdır.”
Müxalifətin  seçki  taktikasında  artıq  4-cü  dəfə  bəyan 
etdiyi  birləşmə  şüarlarının  reallaşması  perspektivləri,  ötən 
illərin təcrübəsi nəzərə alınarsa, yenə də uğursuzluğa dü-
çar olacaq. Lakin bu dəfə birləşmənin həyata keçməsi siyasi 
müxalifətin, sözün əsl mənasında, “ölüm-dirim ”məsələsidir, 
son  fürsətidir.  Bu  barədə  İqbal  Ağazadənin  adı  çəkilən 
məqaləsində  deyilir:  “Azərbaycan  müxalifətinin  ən  böyük 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
84
problemi birlik modelinin müəyyən olunmaması ilə bağlıdır. 
Bu müddətə qədər çoxsaylı birliklər yaradılsa da, ömürləri 
uzun  olmayıb.  Qarşılıqlı  ittihamlar  təşkilatları  bir-birindən 
uzaqlaşdırıb.  Nəticədə  nə  demokratik  cəmiyyət  quru-
culuğuna  layiqli  töhfə  verilib,  nə  də  xalqın  müxalifətdən 
gözləntiləri özünü doğruldub. Bu baxımdan 2010-cu il də 
çox  önəmli  ildir.  Yenə  də  birlik  sədaları  eşidilir.  Ayrı-ayrı 
təşkilatların açıq və ya gizli şəkildə parlament seçkiləri üçün 
planlar cızdığı aydın olur. Parlament seçkilərinə cəmi bir il 
qalsa da, hələ ortada real birlik yoxdur, hazırlıq mərhələsi 
olduqca  aşağıdır.  Təəssüflə  qeyd  etmək  istərdim  ki,  yenə 
də  birliyin  və  ya  parlament  seçkilərində  uğurun  ənənəvi 
motivləri axtarılır, daha məhdud çevrə cızılmaqla prosesdən 
daha  çox  hansı  partiyanın  uğur  qazanması  üzərində  baş 
sındırılır.  Təfərrüatlara  varmaq  istəmirik.  Qısaca  olaraq 
onu deyə bilərik ki, ənənəvi 2003-cü il, 2005-ci il modelləri 
parlamentdə təmsil olunan partiyaların adını dəyişə bilər. Nə 
deputat sayı, nə də keyfiyyət dəyişəcək. Əvvəlcədən bunu 
bilə-bilə yenidən köhnə modellərə qayıtmaq nə dərəcədə 
məqsədəuyğundur?!”(www.mediforum.az).
Birləşmə  şüarlarına  indiyədək  verilən  ən  kəskin  reaksi-
ya  da  İsa  Qəmbərə  məxsusdur.    O,  birləşmənin  formala-
rı  barədə  səslənən  fikirlərə  münasibət  bildirərkən  deyib: 
“Siyasətçi həmkarlarımızdan biri deyir ki, bütün müxalifət, 
demokratik qüvvələr bir araya gəlməlidir. Hamının sevdiyi 
gözəl şüardır. Ancaq o da bəllidir ki, “bütün müxalifət” çox 
yayğın ifadədir. Bütün müxalifət dedikdə bunların bir ara-
ya gəlməsi mümkündürmü? Əgər bu qüvvələrin bir hissəsi 
Moskva tərəfindən, digər hissəsi Tehran, başqa hissəsi də  
hakimiyyət  tərəfindən  idarə  olunursa,  bu  qüvvələr  nə  cür 
bir araya gələ bilər? Heç bir prinsipial mövqe tutmağa qa-
dir olmayan, müxtəlif qüvvələr tərəfindən idarə olunan kiçik 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
85
partiyalar həlledici məqamlarda bu qədər çətin bir şəraitdə, 
bu qədər az resursla mübarizə aparan demokratik qüvvələr 
üçün yeni problemlər yaratmağı bacarır. Parlamentdəki bəzi 
partiyalar  var,  tutaq  ki.  Onları  mən  müxalifət  saymıram” 
(www.yenimusavat.com).
Müxalif  məkanda  birləşmə  mövzusuna  münasibət 
bildirən  Azərbaycan  Sosial  Demokrat  Partiyasının  (ASDP) 
həmsədri Araz Əlizadə sol təmayüllü partiyaların yeni yara-
dılacaq blokunu heç bir perspektivi olmayan əhəmiyyətsiz 
iş hesab edir. O, bu barədə «Trend»ə açıqlamasında bildirib.
Kommunist Partiyasının da deyilənlərə münasibəti  ma-
raqlıdır. Partiya parlament seçkilərində iştirak etməyə qərar 
vermişdir,  lakin  heç  bir  blok  və  ya  siyasi  birliyə  daxil  ol-
maq  fikrində  deyil.  Partiyanın  Mərkəzi  Komitəsinin  sədri 
R.Qurbanov  demişdir:  “Müxalifət  partiyalarının  hər  dəfə  
seçkiqabağı müddətdə  bloklarda birləşməsi və birgə səylər 
göstərməsi cəhdlərinin heç bir perspektivi olmadığı aşkar 
olmuşdur. Partiya bu barədə hələlik təklif almamışdır və alsa 
da, onu qəbul etməyəcək. İndiyə qədər bütün seçkilərdə iş-
tirak etmişik və bu dəfə də belə olacaq. Biz mümkün qədər 
çox yer almaq uğrunda mübarizə aparacağıq. Mərkəzdə və 
regionlarda    potensialımız  var”  (az.trend.az/news/politics/
movements/823184.html).
Azərbaycanın  bir  neçə  müxalifət  partiyasının  təmsil 
olunduğu  Demokratiya  Uğrunda  İttifaq  (DUİ)  deputatlı-
ğa  namizədlərin  siyahısını  hazırlayıb.  Bu  barədə  “Trend”ə 
Demokratiya  Uğrunda  İttifaqda  təmsil  olunan  Azadlıq 
Partiyasının  sədri  Əhməd  Oruc  bildirib.  Onun    sözlərinə  
görə, ittifaq   bütün   dairələr  üzrə namizəd irəli sürmək 
niyyətindədir: “Biz  artıq   Mərkəzi  Seçki  Qərargahı yaratmı-
şıq və namizədlərin ilkin  siyahılarının   müəyyənləşdirilməsi   

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
86
prosesi   başa  çatmaq  üzrədir” (Yenə orada).
Azadlıq  Partiyasının  “fəallıq”  görüntüsü  yaratmasının 
seçkiqabağı  mərhələ  ilə  bağlılığını,  əslində,  bu  partiyada 
sədrdən başqa heç kimin olmadığına dair “Azadıq” radio-
sunun  internet səhifəsində gedən “Kadr partiyası” adlı ya-
zını  xatırlatmaqla  müəyyən  etmək  olar.  Eyni  zamanda,  bu 
vəziyyət Azərbaycanda mövcud olan bütün marginal parti-
yalar üçün də səciyyəvidir.
Seçkiqabağı mərhələdə hakim partiyanın əsas rəqibinin, 
başqa sözlə desək, “ana müxalifətin”, “real müxalifətin” kim 
olduğuna dair sualların cavabı da maraqlıdır. Uzun müddət 
bu sahədə davam edən təsəvvürlər cari seçki ilində dəyişə 
bilər.  Belə  ki,  “Azərbaycanın  müxalif  Ümid  Partiyası  ana 
müxalifət adına iddialıdır” yazılarına son zamanlar tez-tez 
rast  gəlmək  olar.  Ümid  Partiyasının  sədri,  millət  vəkili  İq-
bal  Ağazadə  demişdir:  “2008-ci  ildə  keçirilən  prezident 
seçkilərində  namizəd  kimi  mən  ikinci  yeri  tutduğumdan 
hazırda  ana  müxalifət  partiyası  funksiyasını  bizim  partiya 
yerinə yetirir”.
İ.Ağazadənin sözlərinə görə, bu gün müxalifət daha çox 
mövcudluğu uğrunda mübarizə apardığından, partiyaların 
yeri  və  təsnifatı  bir  qədər  sual  altındadır:  “Amma  bu  gün 
Azərbaycanda  strukturlaşan  və  ictimai-siyasi  proseslərə 
təsir imkanları ilə seçilə bilən 3-4 partiya var. Bunlardan biri 
də bizim partiyadır”. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
87
6. 
PARTİYALAR HAQQINDA YENİ QANUNUN QƏBUL 
EDİLMƏSİNƏ VƏ PARTİYALARIN DÖVLƏT  
 
    TƏRƏFİNDƏN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ    
    MÜNASİBƏT (MÖVQELƏR VƏ RƏYLƏR)
Azərbaycanda  inkişafın  yeni  mərhələsində  fərqli  si-
yasi  vəziyyətin    yaranması  və  partiyaların  fəaliyyəti, 
cəmiyyətdə  rolu,  dövlət-partiya  münasibətlərinin  yerli 
şəraitə və beynəlxalq standartlara uyğun olan yeni qanunla 
tənzimlənməsinin vacibliyi, demək olar ki, siyasi gündəmin 
dəyişməz mövzusuna çevrilmişdir. Qeyd edək ki, rəyi soru-
şulan partiya funksionerlərinin əksəriyyətinin siyasi sistemin 
təkmilləşdirilməsində partiyaların yenidən qeydiyyata alın-
ması,  dövlət  tərəfindən  maliyyələşdirilməsi  məsələlərinə 
münasibəti, demək olar ki, müsbətdir. Partiyalar haqqında 
yeni qanunun qəbul edilməsi onların əksəriyyəti tərəfindən 
dəstəklənir  və  parlamentin  səlahiyyətlərinin  və  üzvlərinin 
sayının  artırılması,  siyasi  islahatlar  aparılması  ideyaları 
təqdir olunur.
Maraqlı  məqamlardan  biri  də  odur  ki,  partiyaların 
dövlət  tərəfindən  maliyyələşdirilməsi  məsələsinin  ictimai 
müzakirəyə  çıxarılmasından  əvvəl  yeni  qanunun  qəbul 
edilməsinə siyasi müxalifətin kəskin mənfi reaksiyası möv-
cud  idisə,  maliyyələşdirmənın  də  qanunda  yer  alacağı-
nı  biləndən  sonra  bu  münasibət  dəyişdi,  yeni  qanunun 
tərəfdarları çoxalmağa başladı. Burada mətbuatda yeni qa-
nuna ilkin reaksiyalardan bir neçəsini qeyd etmək olar.
Müsavat təmsilçisinə görə, yeni qanunda siyasi partiya-
ların qeydiyyatı və maliyyələşməsi məsələsi sərtləşdirilərsə, 
vətəndaş  cəmiyyətinin  bütün  təbəqələri  bundan  ciddi  zi-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
88
yan görəcək. Siyasi partiyalarla yanaşı, müstəqil QHT-lərin, 
ictimai  qurumların,  müxalif  media  orqanlarının  və  digər 
demokratik  təsisatların  zərbə  altında  qalacağını  düşünən 
müxalifət təmsilçisinin fikrincə, bunun qarşısını almaq üçün 
hamı mübarizə aparmalıdır.
Hazırda qüvvədə olan qanuna əsasən min nəfərin iştirakı 
ilə partiya təsis etmək olar. Lakin bu rəqəmin hansı meyarla-
ra əsaslandığı məlum deyil. Azərbaycan vətəndaşlarının sa-
yının 9 milyonu ötdüyünü və təxminən 5 milyona yaxın seçi-
ci olduğunu nəzərə alsaq, partiyanın qeydiyyatdan keçməsi 
üçün  nəzərdə  tutulan  rəqəm,  yəni  ümumi  seçicilərin  sayı 
artırıla  bilər.  Bu  rəqəm  heç  olmasa  seçicilərin  0,1  faizini 
təşkil etməlidir. Deməli, siyasi partiya qeydiyyatdan keçmək 
üçün ən azı 5 minə yaxın imza toplamalıdır. Partiyanın ölkə 
miqyaslı siyasi təşkilat hesab edilməsi üçün  ölkənin rayon 
və şəhərlərinin ən azı yarısında onun təmsilçilərinin olma-
sını (başqa ölkələrdə bu təcrübə tətbiq edilir) qanuna daxil 
etmək məqbul hesab edilə bilər. 
Partiyalar  haqqında  qəbul  ediləcək  yeni  qanun  onların 
inkişafında  nə  kimi  rol  oynaya  bilər:  demokratiyanın  ele-
menti kimi çıxış edə və partiyaların təkmilləşməsinə əlavə 
stimul  yarada  bilər?  Əlbəttə,  bu  sualın  cavabı  məhz  ona 
hansı  tərəfdən  yanaşmaqdan  asılıdır.  Belə  ki,  bu,  çoxsaylı 
kiçik partiyaların böyük partiyalar tərəfindən udulması kimi 
təsəvvür  edilən  proses  deyildir.  Böyük  partiyaların  yaran-
ması qanunun qəbul edilməsi ilə deyil, partiya ailələrində 
(sağlar, sollar, millətçilər, mərkəzçilər) birləşmə və koalisiya 
proseslərinin başlanğıc götürməsi ilə formalaşa bilər.
Partiyaların  koalisiyalara  girməsi  onların  birləşməsinə, 
xırda  və  ya  cılız  (marginal)    partiyaların  iriləri  tərəfindən 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
89
udulmasına  təkan  verə  bilər.  Bu  proseslər  partiyalararası 
çərçivədə  baş  verir.  İdeologiya  baxımından  yaxın  mövqeli 
partiyalar bir araya gəlir və onların arasında “yeni ailədə” 
liderlik uğrunda mübarizə gedir. 
Partiya  mühitində  kiçik  partiyalar  irilərlə  siyasi  rəqabət 
aparmağa qabil deyildir və buna görə də onlar seçim qarşı-
sındadırlar: ya elektoral və siyasi meydandan çəkilib getməli, 
ya da ideologiya baxımından özlərinə yaxın mövqedə olan 
partiyalarla  birləşməlidirlər.  Yeni  qanun  qəbul  olunmasa, 
Azərbaycan reallığında kiçik partiyalar sonsuza qədər mar-
ginal həyat sürmək məcburiyyətində qala bilərlər. Yeni qa-
nundan sonra isə artıq onların seçimi olacaq: ya siyasətdən 
getmək, ya da iri partiyalarla birləşmək. 
Marginallaşma  meyli  Azərbaycan  siyasi  məkanı  üçün 
səciyyəvi meyil olduğundan “marginal partiyalar  nədir?” su-
alına  elmi meyarlar və parametrlər baxımından  cavab ma-
raqlıdır.  Partiyanı  marginala  aid  etməyin  əlamətləri  və  me-
yarları hansılardır? Əgər partiya sistematik olaraq seçkilərdə 
səs toplaya, hətta qeydiyyata alınmaq üçün sosial baza təmin 
etməyə nail ola bilmirsə, deməli, o, marginaldır. Bu meyardan 
yanaşılsa, Azərbaycanda, demək olar ki, əksər partiyalar mar-
ginal hesab oluna bilər. Partiyalar haqqında qəbul ediləcək 
yeni qanun onların “yuxarıdan” təşəbbüslə institusionallaş-
masını intensivləşdirən seçim mexanizmi  kimi çıxış edə bilər. 
Onun  nəticəsi  isə  Azərbaycanda  yüksək  nüfuza  malik  olan 
böyük partiyaların, ümummilli təşkilatların formalaşması ola 
bilər. Partiyaların ölkə həyatında institusionallaşması prosesi 
“aşağıdan” başlamışdır. Yeni qanun bu gün olduqca səngiyən 
partiya  quruculuğu  prosesinin  sürətləndirilməsinin  mühüm 
dəstəyi, vasitəsi və amili kimi çıxış edə bilər. 
ABŞ-da  67  siyasi  partiyanın  dövlət  qeydiyyatından 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
90
keçməsinə baxmayaraq, bu ölkədə ikipartiyalı sistem möv-
cuddur. Avropa məkanında da siyasi qüvvələr iki-üç siyasi 
partiya və cərəyanın sintezi-sistemi kimi fəaliyyət göstərir. 
Güclü siyasi qüvvəyə çevrilmək üçün partiyalar 3-4 sivil, de-
mokratik yönlü təşkilatlarda cəmlənir, bloklar və koalisiyalar 
yaratmaqla siyasi sistemə inteqrasiya edirlər.  
Qeyd  olunduğu  kimi,  ölkədə  partiya  sisteminin  yeni 
modelinin formalaşması zərurəti ilk olaraq prezident İlham 
Əliyevin ölkə rəhbərliyinə gəldiyi məqamdan etibarən daha 
israrla siyasi müzakirələrin gündəminə gətirilmişdir. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə