AZƏrbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


“Qarabağ  və  Respublika  uğrunda”  hərəkat-təşkilat



Yüklə 4.86 Mb.
Pdf просмотр
səhifə3/9
tarix10.06.2017
ölçüsü4.86 Mb.
1   2   3   4   5   6   7   8   9

“Qarabağ  və  Respublika  uğrunda”  hərəkat-təşkilat  
2009-cu ilin əvvəlində ölkədə Konstitusiyaya ediləcək əlavə 
və dəyişikliklərlə bağlı referenduma qarşı çıxmaq məqsədi 
ilə yaradılmışdır. Təşkilata Müsavat, AXCP, ALP, Ümid, ADP, 
Vətəndaş və İnkişaf müxalifət partiyaları və digər müxalif-
yönlü  birliklər  daxil  olmuşdur.  Hərəkata  daxil  olan  parti-
yalar  ötən  ilki  bələdiyyə  seçkilərinə  qatılacaqlarını  bəyan 
etmiş, hətta bu məsələ ətrafında  müzakirələr də aparmış-
dılar.  Onların  seçki  ilə  bağlı  konsepsiyası  ondan  ibarət  idi 
ki,  bələdiyyələr  üzrə  öz  namizədlərini  irəli  sürsün  və  hər 
bir  siyasi  partiya  öz  namizədlərinin  rəsmi  qeydiyyatdan 
keçməsinə  çalışsın.  Məlum  olduğu  kimi,  adı  sadalanan  6 
partiyanın bələdiyyə seçkilərində birgə mübarizə aparacağı 
ehtimalı da artıq sınaqdan çıxdı və özünü doğrultmadı.
Bloklaşma  və  koalisiyaların  mövcud  təcrübəsi  göstərdi 
ki,  hər  bir  partiyanın  siyasi  liderlərinin  şəxsi  ambisiya-
ları  təşkilatın  maraqlarından  üstün  olur.  Belə  durumun 
ənənəyə  çevrilməsi  özü  təhlükəli  bir  vəziyyətdir.  Bunun 
üçün  müxalifətdə  yeniləşmənin  getməsi,  yeni  fikirli  siya-
si  liderlərin  ortaya  çıxması  çox  vacibdir.  Müəyyən  islahat-
lar aparılmadan və yeni qanun qəbul edilmədən bloklarda 
təşkilatlanmaların hər hansı bir səmərəni verəcəyinə ümid 
azdır.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
39
Müstəqillik  dövründə  Azərbaycanda  beş  prezident,  üç 
parlament və üç bələdiyyə seçkiləri keçirilmişdir.
Azərbaycan  bu  gün  növbəti  -  4-cü  elektoral  mərhələ 
ərəfəsindədir.  Artıq  arxada  qalan  elektoral  proseslər 
gedişində ölkəmizdə siyasi partiyaların fəaliyyət dinamikası 
necə olmuşdur? Onların inkişafı, yoxsa tənəzzülü baş ver-
mişdir? 
Reallıq  belədir  ki,  dünyanın  heç   bir  yerində  ideal,   
qüsursuz  seçkilərin keçirilməsinə hələlik rast gəlinməmişdir. 
ABŞ-ın  eks-senatoru,  Kreyn  Qrupunun  prezidenti    Deniel 
Kreyn  demokratik    seçki  modelinin  xüsusiyyətlərini  təhlil 
edərkən yazır: “Demokratiya həmişə inkişafdadır və  bəzən 
seçkilərin nəticələri çox məyusedici ola bilir. Bunun ən yax-
4.
  SİYASİ PARTİYALARIN ÖTƏN İLLƏRİN SEÇKİ  
  PROSESLƏRİNDƏ İŞTİRAKI

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
40
şı nümunəsi İkinci Dünya müharibəsində ölkəsini qələbəyə 
apardıqdan sonra 1945-ci ildə ikinci seçilmə zamanı tez və 
təəccüblü şəkildə məğlub olmuş Uinston Çerçilldir. Çerçill 
seçkidəki məğlubiyyətin şokundan sonra 1947-ci il noyabr 
ayında  İcmalar  Palatasındakı  çıxışında  bir  qədər  özündən 
çıxaraq  demişdi:  “Heç  kəs  demokratiyanın  mükəmməl  və 
müdrik  olduğunu  iddia  etmir.  Həqiqətən  də,  demokrati-
yanın  zaman-zaman  istifadə  olunmuş  idarə  formaları  is-
tisna  olmaqla  ən  pis  idarə  forması  olduğu  deyilmişdir.” 
(Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demok-
ratik, daha şəffaf. Beynəlxalq Konfransın materialları, 16 Ap-
rel 2010, Bakı – 2010)
 Yəni ideal demokratik seçkilər hər bir ölkənin daim hədəf 
tutduğu, yaxınlaşmaq istədiyi bir meyardır. Bu prosesdə ar-
zuolunmaz hallar hər yerdə, həmişə olur. Əsas məsələ bu 
halların istisnasına yönəlmiş məramın olmasıdır.
Azərbaycanda ötən illər ərzində keçirilən parlament və 
prezident  seçkilərində  siyasi  partiyaların  iştirak  dinamika-
sına  nəzər  salaq.  (Qeyd    edək  ki,  bu  bölmədə  siyasi  par-
tiyaların  1995–2008-ci  illərdə      parlament  və  prezident 
seçkilərində  fəaliyyətinin təhlili Mərkəzi Seçki Komissiyası 
(MSK) tərəfindən təqdim edilən “Azərbaycan Respublika-
sında 1995–2008-ci illərdə keçirilmiş parlament və prezi-
dent  seçkilərində  siyasi  partiyaların  iştirakı  barədə”  adlı 
rəsmi statistik məlumatlara əsaslanır).
Dövlətin  əsaslarının  gücləndirilməsi,  sabit  vətəndaş 
cəmiyyətinin inkişafı üçün azad və ədalətli keçirilən seçkilər 
vacib siyasi-hüquqi mexanizmlərdəndir. 1995-ci il noyab-
rın  12-də  ümumxalq  səsverməsi  (referendum)  yolu  ilə 
qəbul edilmiş Azərbaycanın ilk demokratik Kon-stitusiyası 
əsasında  hazırlanan  seçki  qanunları  hüquq  qanunverici-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
41
liyinin  ən  çox  işlənilmiş  sahələrindən  birinə  çevrilmişdir. 
Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il dekab-
rın 30-da “Referendum haqqında”, 1998-ci il iyunun 9-da  
“Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqın-
da”,  1999-cu  il  mayın  15-də  “Azərbaycan  Respublikası-
nın Mərkəzi Seçki Komissiyası haqqında”, həmin il iyulun 
2-də  “Bələdiyyə seçkilərinin qaydaları haqqında”, 2000-ci 
il iyulun 5-də “Azərbaycan Respublikasının Milli Məclisinə 
seçkilər haqqında”  (1995-ci il avqustun 12-də qəbul edil-
miş  “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 
haqqında”  Qanunun  qüvvəsini  itirmiş  hesab  edilməklə) 
Azərbaycan Respublikasının qanunlarını qəbul etmişdi.
2002-ci il may ayının 27-də Milli Məclis “Azərbaycan Res-
publikası Seçki Məcəlləsinin təsdiq edilməsi haqqında” yeni 
qanun qəbul etdi. 
Azərbaycan dövlətinin müstəqillik illərinin ilk demokra-
tik Konstitusiyası əsasında qəbul edilmiş seçki qanunlarına 
uyğun olaraq 1995–2008-ci illərdə üç dəfə (1995, 2000 və 
2005) ölkə parlamentinə deputat seçkiləri və üç dəfə (1998, 
2003  və  2008)  Azərbaycan  Respublikası  Prezidentinin 
seçkiləri keçirilmişdir.
I. 
   Birinci çağırış Azərbaycan Respublikasının Milli  
   Məclisinə seçkilər  | 12 noyabr 1995-ci il
1995-ci  il  iyunun  13-də  Azərbaycan  Respublikasının 
Milli  Məclisi  ölkənin  ali  qanunvericilik  orqanına  seçkilərin 
keçirilməsi  haqqında  qərar  qəbul  etdi.  İyunun  14-də  isə 
“Azərbaycan  Respublikasının  ali  qanunvericilik  orqanına 
seçkilərin keçirilməsi ilə bağlı  tədbirlər haqqında”  Fərman 
imzalandı. Milli Məclisə seçkilər 1995-ci il noyabrın 12-nə 
təyin  olundu.  Həmin  gün  ümumi  seçki,  noyabrın  26-da 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
42
təkrar səsvermə, 1996-cı il fevralın 4-də təkrar seçkilər, fev-
ralın 18-də isə təkrar səsvermə keçirildi. Seçkilər birpalatalı 
parlamentə majoritar və proporsional seçki sistemləri üzrə 
keçirilirdi. Majoritar seçki sistemi ilə 100, proporsional seçki 
sistemi üzrə isə 25 deputat seçilməli idi.
Məntəqə seçki komissiyalarının üzvlərinin 13.851 nəfəri, 
yaxud 30 faizi siyasi partiyaların, 9.234 nəfəri və ya 20 faizi 
deputatlığa müstəqil namizədlərin nümayəndələri idi.
Respublikanın  Milli  Məclisi  deputatlığına  namizədlərin 
irəli  sürülməsi  prosesində  birmandatlı  seçki  dairələri  üzrə 
1.094  nəfər  namizəd  göstərilmişdi.  Mərkəzi  Seçki  Komis-
siyası  daxil  olmuş  ərizə  və  şikayətlərin  araşdırılmasının 
nəticələrinə görə, 175 vətəndaşı deputatlığa namizəd kimi 
qeydə almaqdan imtina etmək barədə 66 dairə seçki ko-
missiyasının  qərarlarını  qüvvədə  saxlamış,  98  nəfərin  isə 
namizədlər siyahısına salınmasına dair həmin komissiyala-
rın qərarlarını ləğv etmişdi. 
Toplanmış seçici imzalarının həqiqiliyini yoxlamaq üçün 
Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilər  üzrə 
Mərkəzi  Seçki  Komissiyasında  xüsusi  ekspertlər  qrupu 
işləyirdi.  Seçici  imzaları  yoxlanıldıqdan  sonra  namizədlər 
siyahısına birmandatlı seçki dairələri üzrə 392 nəfərin, va-
hid  çoxmandatlı  seçki  dairəsi  üzrə  isə  8  siyasi  partiyanın 
nümayəndələrinin  adları  daxil  edildi.  Seçkilər  ərəfəsində 
birmandatlı  seçki  dairələri  üzrə  11  nəfər  namizədliyini 
geri götürmüşdü. Nəticədə, seçki bülletenlərində 99 seçki 
dairəsi üzrə deputatlığa 378 namizədin adı vardı.
Respublikada  qeydə  alınmış  32  siyasi  partiyadan  18-i 
seçkilərdə  iştirak  etmək  niyyətində  olduğunu  bildirmişdi. 
Lakin  onlardan  yalnız  12-si  namizədlər  göstərilməsinə  dair 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
43
bildiriş sənədlərini  Mərkəzi Seçki Komissiyasına təqdim etdi.
Seçki  qanununun  şərtlərini  pozduqlarına  görə  4  siyasi 
partiya  (Müsavat  Partiyası,  Azərbaycan  Xalq  Demokratik 
Partiyası,  Azərbaycan  Kommunist  Partiyası  və  Ümid  Par-
tiyası)  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  seçkilərə  bu-
raxılmadı.  Bu  siyasi  partiyalar  Azərbaycan  Respublikasının 
Ali Məhkəməsinə şikayətlə müraciət etdilər. Ali Məhkəmə 
şikayətlərə baxaraq, Mərkəzi Seçki Komissiyasının qərarlarını 
qüvvədə saxladı.
Ölkədəki  birmandatlı  seçki  dairələrinin  93-də  seç-
ki  namizədlərin  alternativliyi  qaydasında  keçirdi.  30  seçki 
dairəsi üzrə seçki bülletenlərindəki deputatlığa  namizədlərin 
sayı 5–9 nəfər, 2 seçki dairəsində isə hətta  11–12 nəfər idi.
Səsə qoyulan 378 namizədin 165 nəfəri müxtəlif siyasi 
partiyaların üzvləri idi.
Çoxmandatlı seçki dairəsi üzrə seçki bülleteninə aşağı-
dakı siyasi partiyaların adları daxil edilmişdi:
Azərbaycan Demokratik İstiqlal Partiyası
Azərbaycan Demokratik Sahibkarlar Partiyası
Azərbaycan Milli Dövlətçilik Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Naminə Alyans Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Ana Vətən Partiyası
Yeni Azərbaycan Partiyası
1995-ci  il  noyabrın  12-də  4.591  seçki  məntəqəsində 
səsvermənin  gedişini  deputatlığa  378  namizədin,  8  siyasi 
partiyanın  nümayəndələri,  vəkil  edilmiş  şəxslər,  eləcə  də 
yerli və 20 əcnəbi ölkənin, nüfuzlu beynəlxalq qurumların – 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
44
BMT-nin, ATƏT-in, Avropa İttifaqının və digər müvafiq xarici 
təşkilatların müşahidəçiləri izləmişlər.
İlk  turda  respublika  üzrə  99  seçki  dairəsindən  91-də 
seçkilər baş tutmuşdu. 20 seçki dairəsində təkrar səsvermə 
təyin edildi, 4 seçki dairəsində isə 1996-cı il fevralın 4-də 
təkrar seçkilər keçirilməsi qərara alındı. Lakin 1995-ci il no-
yabrın  26-dakı  təkrar  səsvermədən  sonra  təkrar  seçkilər 
keçirilməli  olan  seçki  dairələrinin  sayı  15-ə  çatdı.  Həmin 
dairələrdə deputatlığa  47 namizəd səsə qoyulurdu.
Birinci  çağırış  Azərbaycan  Respublikası  Milli  Məclisinin 
tərkibinə ümumən 124 deputat seçildi (bunlardan 99-u bir-
mandatlı seçki dairələri, 25-i isə çoxmandatlı seçki dairələri 
üzrə). Siyasi partiyalara mənsubiyyətinə görə deputatların 
tərkibi belə idi:
12 noyabr 1995-ci il tarixində keçirilən Azərbaycan 
Respublikasının Milli Məclisinə seçkilərin diaqramla təsviri.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
45
Seçkilərdə iştirak etmiş bütün siyasi partiyalar  üzrə     
     
– 69 nəfər 
                                                           və ya  – 55,65 %
O  cümlədən:
Yeni Azərbaycan Partiyası  
– 53 nəfər
Azərbaycan Milli İstiqlal Partiyası  
– 4 nəfər
Azərbaycan Xalq Cəbhəsi Partiyası  
– 4 nəfər
Azərbaycan Demokrat Partiyası  
– 2 nəfər
Azərbaycan Demokratik Sahibkarlar Partiyası  – 2 nəfər
Azərbaycan Demokratik Maarifçilik Partiyası   – 1 nəfər
Ana Vətən Partiyası  
– 1 nəfər
Vətəndaş Həmrəyliyi Partiyası   
– 1 nəfər
Müsavat Partiyası   
– 1 nəfər
Bitərəflər  
– 55 nəfər  
     
və ya 44,35% 
Seçilmiş deputatların 15-ni qadınlar təşkil edirdi.
II.
   Azərbaycan Respublikası Prezidentinin seçkiləri
  11 oktyabr 1998-ci il
Azərbaycan  Respublikası  Konstitusiyasının  101.1-ci 
maddəsinə  əsasən  Respublikanın  Prezidenti  ümumi, 
bərabər  və  birbaşa  seçki  hüququ  əsasında  sərbəst,  şəxsi 
və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan 
Respublikası  Seçki  Məcəlləsinin  178.1-ci  maddəsinə  görə, 
Prezidentin  Konstitusiya  ilə  müəyyən  olunmuş  səlahiyyət 
müddətinin  başa  çatdığı  son  ilin  oktyabr  ayının  üçüncü 
həftəsinin çərşənbə günü seçki günü hesab olunur.
Azərbaycan Respublikasının Milli Məclisi 1998-ci il iyu-
nun 9-da ”Azərbaycan Respublikası Prezidentinin seçkiləri 
haqqında” Qanun qəbul etdi. 1998-ci ilin 11 oktyabr pre-
zident seçkiləri respublikanın ictimai-siyasi həyatında mü-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
46
hüm hadisə oldu. 
Yeni  qanun  Azərbaycan  Respublikasının  Konstitusiyası-
na və qabaqcıl demokratik prinsiplərə əsaslanırdı. Bununla 
belə, həmin il iyul ayının 6-da Azərbaycan Respublikasının 
Prezidenti Heydər Əliyev ATƏT-in Demokratik Təsisatlar və 
İnsan  Hüquqları  Bürosunun,  ABŞ-ın  Beynəlxalq  Əlaqələr 
üzrə  Milli  Demokratiya  İnstitutunun,  habelə  ölkədə 
fəaliyyət  göstərən  müxalif  siyasi  partiyaların  və  ayrı-ayrı 
şəxslərin  təkliflərini  nəzərə  alaraq,  qanuna  bəzi  əlavələr 
və  dəyişikliklər  edilməsi  barədə  Milli  Məclisə  məktubla 
müraciət  etmiş  və  parlamentə  bununla  əlaqədar  qanun 
layihəsi təqdim olunmuşdu. Layihədə mövcud qanunun 18 
maddəsinə dəyişiklik və əlavələr edilməsi nəzərdə tutulur-
du. İyulun 10-da Milli  Məclisdə həmin qanun müzakirə olu-
nub qəbul  edildi.
Prezident seçkiləri haqqında qanunun qəbulu və tətbiqi 
respublikada  seçki  islahatının  başlanğıcını  qoydu.  Prezi-
dent  seçkilərinə  hazırlıq  dövründə  Azərbaycan  Respub-
likasının  Milli  Məclisinə  seçkilər  üzrə  Mərkəzi  Seçki  Ko-
missiyası yenidən təşkil edilmişdi. Milli Məclisin 1998-ci il 
mayın  15-də  qəbul  etdiyi  və  Azərbaycan  Respublikasının 
Prezidenti tərəfindən imzalanmış ”Azərbaycan Respublika-
sının  Mərkəzi  Seçki  Komissiyası  haqqında“  Qanunda  Ko-
missiyanın  təşkili  mexanizmi  müəyyənləşdirilərək,  statusu 
əhəmiyyətli dərəcədə artırılmış, üzvlərinin səlahiyyətləri və 
hüquqları konkretləşdirilmişdi.
Mərkəzi Seçki Komissiyasının iyun ауının 30-da keçirilən 
iclasında  Azərbaycan  Respublikası  Konstitusiyasının  101-ci 
maddəsinin  birinci  hissəsinə  və  “Azərbaycan  Respublikası 
Prezidentinin seçkiləri haqqında” Qanunun 3-cü maddəsinin 
birinci hissəsinə əsasən qərara alındı ki, 1998-ci il oktyab-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
47
rın  11-nə  ölkədə  Azərbaycan  Respublikası  Prezidentinin 
seçkiləri günü təyin olunsun.
Seçki kampaniyasının ən mühüm mərhələlərindən biri – 
prezidentliyə namizədlərin irəli sürülməsi prosesi mütəşəkkil 
keçdi.  Prezident  seçkiləri  haqqında  qanuna  görə,  seçici 
birlikləri və seçicilərin təşəbbüs qrupları prezidentliyə namizəd 
irəli  sürməkdən  ötrü  Mərkəzi  Seçki  Komissiyasında  qeyd 
olunmalı idi. Bununla əlaqədar, 11 seçici birliyi və seçicilərin 
14 təşəbbüs qrupu qeydiyyatdan keçmək üçün Mərkəzi Seç-
ki Komissiyasına müraciət etmişdi. ”Azərbaycan Respublikası 
Prezidentinin seçkiləri haqqında” Qanunun 26-cı maddəsinə 
əsasən  Ana  Vətən  Partiyası,  Azərbaycan  Kommunist  Parti-
yası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Naminə  
Alyans  Partiyası,  Azərbaycan  Sosial  Rifah  Partiyası,  Ümid 
Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan 
Milli Hərəkat Partiyası, Müstəqil Azərbaycan Partiyası, Vahid 
Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası seçkilərdə 
seçici birliyi kimi iştirak edirdi.
1998-ci  il  avqustun  4-də  Prezident  H.Ə.Əliyev  seçkiləri 
boykot mövqeyi tutmuş Azərbaycan Xalq Cəbhəsi Partiya-
sının, Müsavat Partiyasının və Liberal Partiyasının liderlərinə 
mətbuat vasitəsilə müraciət edərək, onları da seçkilərdə iş-
tirak etməyə çağırdı.
Aşağıdakı şəxslər Mərkəzi Seçki  Komissiyası  tərəfindən 
namizəd kimi qeydə alındılar:
Dövlət başçısı Heydər Əlirza oğlu Əliyev MSK-nın 12 av-
qust 1998-ci il tarixli 85/317 saylı qərarı ilə; Azərbaycan Mil-
li İstiqlal Partiyasının sədri Etibar Səlidar oğlu Məmmədov 
və Müstəqil Azərbaycan Partiyasının seçici birliyi tərəfindən 
irəli sürülmüş Müstəqil Azərbaycan Partiyasının sədri Niza-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
48
mi Məmməd oğlu Süleymanov da həmin gün, Azərbaycan 
Sosial Rifah Partiyasının seçici birliyi tərəfindən irəli sürül-
müş Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn 
Hüseynağa  oğlu  Kazımlı,  Azərbaycan  Kommunist  Parti-
yasının  seçici  birliyi  tərəfindən  irəli  sürülmüş  Azərbaycan 
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Fi-
rudin Şərif oğlu Həsənov və Azərbaycan Siyasi Repressiya 
Qurbanları  Assosiasiyasının  seçicilərinin  təşəbbüs  qrupu 
tərəfindən irəli sürülmüş Azərbaycan Siyasi Repressiya Qur-
banları Assosiasiyasının sədri Əşrəf Fərzəli oğlu Mehdiyev 
isə oktyabrın 17-də qeydə alındılar.  
İlk dəfə olaraq Mərkəzi Seçki Komissiyası yanında İctimai 
İnformasiya Mərkəzi yaradılmışdı. 
1998-ci il oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının 
iclasında Azərbaycan Respublikası Prezidentinin seçkilərinə 
yekun  vuruldu.  Bildirildi  ki,  seçici  siyahılarına  daxil  edil-
miş 4.255.717 seçicidən seçki günü 3.358.465 nəfəri və ya 
79,18%-i səsvermədə iştirak etmişdir (“Azərbaycan Respubli-
kası Prezidentinin seçkiləri haqqında” Qanuna görə, seçici si-
yahılarına daxil edilmiş seçicilərin azı 25%-i seçkilərdə iştirak 
etdikdə seçki baş tutmuş sayılırdı). Bu seçicilərdən 2.556.059 
nəfəri  (76,11%-i)  prezidentliyə  namizədlərdən  H.Ə.Əliyevə, 
389.662  nəfəri  (11,6%-i)  E.S.Məmmədova,  270.709  nəfəri 
(8,06%-i)  N.M.Süleymanova,  29.244  nəfəri  (0,87%-i) 
F.Ş.Həsənova,  28.809  nəfəri  (0,86%-i)  Ə.F.Mehdiyevə  və 
8.254 nəfəri (0,25%-i) X.H.Kazımlıya səs vermişdi.
Beləliklə,  Azərbaycan  Respublikası  Konstitusiyasının 
101-ci  maddəsinin  ikinci  hissəsinə  uyğun  olaraq  Heydər 
Əlirza oğlu Əliyev səsvermədə iştirak etmiş seçicilərin üçdə 
iki hissəsinin səs çoxluğu ilə yenidən Azərbaycan Respubli-
kasının Prezidenti seçildi.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
49
11 noyabr 1998-ci il tarixində keçirilən Azərbaycan 
Respublikasının Prezidentinin seçkilərinin diaqramla təsviri
III. 
 İkinci çağırış Azərbaycan Respublikasının 
 Milli Məclisinə seçkilər | 5 noyabr  2000-ci il
2000-ci ilin payızında ikinci çağırış Azərbaycan Respubli-
kasının Milli Məclisinə növbəti seçkilər keçirildi. Milli Məclisə 
seçkilər həmin il noyabrın 5-nə təyin olunmuşdu. 
İyulun  18-də  Azərbaycan  Respublikası  Prezidentinin 
Sərəncamı və Azərbaycan Respublikası Milli Məclisinin Qərarı 
ilə  ölkədə  əsas  siyasi  qüvvələri  təmsil  edən  17  nəfərdən 
ibarət Mərkəzi Seçki Komissiyası təşkil olundu. Tərkibinin 1/3 
prinsipi ilə formalaşdırılması nəzərdə tutulan Komissiyanın 6 
üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları 
Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini 
təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyasını), 6 
üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatla-
rı Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini 
təqdim edən siyasi partiyaları, qalan 5 nəfəri isə heç bir si-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
50
yasi partiyaya mənsub olmayan və onların namizədliklərini 
təqdim edən deputatları təmsil edirdi.
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haq-
qında” Qanunun 12-ci maddəsinin 5-ci bəndinə uyğun ola-
raq seçkilərə 110 gün qalmış, yəni 2000-ci il iyulun 18-dən 
gec  olmayaraq  birmandatlı  seçki  dairələrinin  yaradılması 
sxemi və qrafik təsviri Mərkəzi Seçki Komissiyası tərəfindən 
təsdiq  olunmalı  idi.  Lakin  seçkilərə  hazırlığın  başlanğıc 
mərhələsində  yaranmış  müəmmalı  vəziyyət  MSK-nın  yeni 
tərkibdə  fəaliyyətə  başlamasına  imkan  vermirdi.  Mərkəzi 
Seçki Komissiyasının Azərbaycan Milli İstiqlal və Azərbaycan 
Xalq  Cəbhəsi  partiyalarını  təmsil  edən  6  üzvü  dönə-dönə 
edilən xəbərdarlığa rəğmən, iclasa gəlmir və yetərsay olma-
dığına görə Komissiya öz səlahiyyətlərini icra edə bilmirdi.
İyulun 19-da Mərkəzi Seçki Komissiyasının təkrarən iclası 
çağırılmış və təyin edilmiş bütün üzvlərin hər biri bu barədə 
məlumatlandırılmışdı.  Komissiyanın  yuxarıda  göstərilən  6 
üzvü bu dəfə də iclasa gəlməmiş və MSK-nın formalaşması 
baş tutmamışdı.
Beləliklə,  MSK-nın  iclasında  iştirak  etməyən  göstərilən 
6 üzvü “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komis-
siyası haqqında” Qanunun 4-cü maddəsinin 1-ci bəndinin 
tələbini  kobud  surətdə  pozaraq  Milli  Məclisə  qarşıdakı 
seçkilərin baş tutmasını real təhlükə altında qoymuşdu.
Yaranmış  gərgin  vəziyyətdən  çıxmaq    üçün  Komissiya-
nın qalan üzvləri ölkə Prezidentinə xahişlə müraciət etdilər. 
Azərbaycan Respublikası Milli Məclisinin sədrinə və ATƏT-
in  Demokratik  Təsisatlar  və  İnsan  Hüquqları  Bürosunun 
rəhbərinə də belə müraciətlər olundu.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
51
İyulun  19-da  Mərkəzi  Seçki  Komissiyasının  təyin  edil-
miş üzvlərinin   11-nin adından verilmiş bəyanatda yenidən 
birmənalı  şəkildə  göstərilirdi  ki,  yuxarıda  göstərilən 
şəxslərin  belə  hərəkətləri  təmsil  etdikləri  siyasi  partiyala-
rın  qarşıdakı  parlament  seçkilərini  məqsədyönlü  şəkildə 
pozmaq  istəyinin  nəticəsidir  və  yaranmış  vəziyyətə  görə 
bütün  sonrakı  məsuliyyət  AMİP-in  və  AXCP-nin  üzərinə 
düşür. Mərkəzi Seçki Komissiyasının üzvləri yaranmış qeyri-
adi  vəziyyətdən  çıxış  yolu  tapılmasını,  Komissiyanın  nor-
mal iş fəaliyyətini təmin etmək üçün məsələyə münasibət 
bildirilməsini  və  müdaxilə  edilməsini  ölkə  Prezidentindən 
bir daha xahiş etdilər.
İyulun  22-də  Azərbaycan  Respublikası  Prezidentinin 
Sərəncamı  ilə  MSK-ya  namizədliyi  Milli  Məclisin  heç  bir 
siyasi  partiyaya  mənsub  olmayan  deputatları  tərəfindən 
irəli  sürülmüş  18-ci  üzvü  təyin  edildi.  İyulun  24-də  Ko-
missiya  üzvlərinin  2/3  hissəsinin  iştirakı  ilə  yetərsay  olan 
birinci  səlahiyyətli  iclasını  keçirdi.  Həmin  iclasda  Məzahir 
Məhəmməd  oğlu  Pənahov  yenidən  Mərkəzi  Seçki  Ko-
missiyasının  sədri,  həmçinin  sədrin  müavini  və  Komissi-
yanın  katibi  seçildi.  Gündəlikdəki  məsələlər  üzrə  müvafiq 
qərarlar qəbul olundu. Milli Məclisdə nümayəndələri azlıq 
təşkil  edən  siyasi  partiyalar  tərəfindən  MSK-nın  tərkibinə 
irəli  sürülmüş  6  nəfər  bu  dəfə  də  iclasda  iştirak  etmirdi. 
Mərkəzi Seçki Komissiyasının 2000-ci il iyulun 24-də elan 
olunmuş  bəyanatında  göstərilirdi  ki,  həmin  gün  MSK-nın 
yeni tərkibdə iclası keçirilib, iclasda üzvlərin 2/3 hissəsi iş-
tirak etdiyinə və yetərsay olduğuna görə Komissiya forma-
laşdırılaraq, onun sədri, sədrin müavini və qurumun katibi 
seçilmiş, gündəliyə çıxarılan məsələlər müzakirə edilmiş və 
müvafiq qərarlar qəbul olunmuşdur.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
52
Bununla belə, qabaqcadan məlumat verildiyinə rəğmən, 
Milli  Məclisdə  azlıq  təşkil  edən  siyasi  partiyaların  irəli 
sürdükləri  6  Komissiya  üzvü  yenə  də  iclasa  gəlməmişdi. 
MSK  bildirirdi  ki,  onlar  qanuna  zidd  hərəkətlərinə  görə 
şəxsən məsuliyyət daşıdıqlarını dərk etməli və belə davra-
nışlarına son qoymalıdırlar. 
Sentyabrın  16-nadək  –  səsvermə  gününə  50  gün  qal-
mış  dairə  seçki  komissiyalarına  müvafiq  icra  hakimiyyəti 
orqanlarının və bələdiyyə qurumlarının başçıları ilə razılaş-
dırılmaqla seçki məntəqələrinin yaradılması işi başa çatdı-
rıldı. Azərbaycanın qaçqın vətəndaşlarının seçki hüquqlarını 
təmin  etmək  üçün  onların  yığcam  yaşadıqları  ərazilərdə, 
əvvəllər olduğu kimi, ayrıca seçki məntəqələri yaradılmışdı. 
Səsvermə  gününə  azı  30  gün  qalanadək,  yəni  oktyab-
rın 6-na kimi, əcnəbi dövlətlərdə olan Azərbaycan Respub-
likası  vətəndaşlarının  səs  verməsi  üçün  ölkənin  xaricdəki 
səfirliklərində və diplomatik nümayəndəliklərində də seçki 
məntəqələri,  eləcə  də  məntəqə  seçki  komissiyaları  təşkil 
edilmişdi. Ölkədə cəmi 4.976 seçki məntəqəsi yaradılmışdı.
Seçicilərin  fəallığının  artırılması,  seçki  günü  onların 
səsvermə hüquqlarının təmin olunması üçün seçici siyahıla-
rının tərtibi, dəqiqləşdirilməsi və təqdim edilməsi sahəsində 
xeyli iş aparıldı.
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev 
seçkilərə  bir  ay  qalmış  –  oktyabrın  6-da  qarşıdakı  parla-
ment seçkilərində siyasi partiyaların proporsional seçki sis-
temi üzrə iştirakı məsələlərinə yenidən baxmaq imkanının 
müzakirə  olunması  barədə  Mərkəzi  Seçki  Komissiyasına 
müraciət  etdi.  Müraciətdə  deyilirdi  ki,  “Azərbaycan  Res-
publikasının Mərkəzi Seçki Komissiyası bu ilin noyabr ayı-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
53
nın 5-də keçirilməsi nəzərdə tutulmuş parlament seçkiləri 
ilə  əlaqədar  “Azərbaycan  Respublikasının  Milli  Məclisinə 
seçkilər haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi 
Seçki Komissiyası haqqında” qanunlardan irəli gələn bütün 
zəruri tədbirləri həyata keçirmiş və bu sahədə öz işini da-
vam etdirir.
Vahid çoxmandatlı seçki dairəsi üzrə proporsional seçki 
sistemi əsasında parlament seçkilərində iştirak etmək üçün 
Mərkəzi  Seçki  Komissiyasına  müraciət  edən  14  siyasi  par-
tiya  və  siyasi  partiyalar  bloku  tərəfindən  təqdim  edilmiş 
namizədlər  siyahısından  cəmi  5  siyasi  partiyanın  siyahısı 
qeydə  alınmışdır.  Mərkəzi  Seçki  Komissiyasının  digər  siya-
si  partiyaların  namizədlər  siyahısının  qeydə  alınmasından 
imtina haqqında qərarlarının obyektiv dəlillərə əsaslanması 
heç bir şübhə doğurmur və bir sıra hallarda bu haqda qərar 
müvafiq  məhkəmə  tərəfindən  də  təsdiqlənmişdir.  Lakin 
hesab  edirəm  ki,  siyasi  partiyaların  proporsional  seçki  sis-
temi  əsasında  25  deputat  mandatı  uğrunda  mübarizədən 
kənarlaşdırılması əhalinin bütün təbəqələrinin siyasi baxışla-
rını azad ifadə etmək imkanlarını bir qədər məhdudlaşdırır. 
Seçkilərdə  əsas  siyasi  qərar  seçicilər  tərəfindən  çıxarılmalı 
və məhz seçicilər müəyyən etməlidir ki, hansı siyasi partiya 
müstəqil Azərbaycanın parlamentində təmsil olunmağa la-
yiqdir. Hər bir siyasi partiyanın parlamentdə təmsil olunması 
hansısa orqandan deyil, partiyanın sosial bazasından və əhali 
tərəfindən nə dərəcədə dəstəklənməsindən asılı olmalıdır.
Yalnız seçkilərin nəticələri siyasi partiyaların nə dərəcədə 
vətəndaşların iradələrini ifadə etmələrinin obyektiv meyarı-
dır. Bütün bunları nəzərə alaraq, Mərkəzi Seçki Komissiya-
sının qəbul etdiyi qərarları heç bir şübhə altına almayaraq 
və onlara hörmətlə yanaşaraq, xahiş edirəm Azərbaycanın 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
54
siyasi partiyalarının qarşıdan gələn parlament seçkilərində 
proporsional  seçki  sistemi  üzrə  iştirakını  məhdudlaşdıran 
qərarlara yenidən baxmaq imkanını müzakirə edəsiniz”.
Mərkəzi  Seçki  Komissiyası  oktyabrın  7–8-də  keçirilmiş 
iclasında  Prezident  Heydər  Əliyevin  müraciətini  müzakirə 
edərək  belə  nəticəyə  gəldi  ki,  seçkilərdə  iştirak  etmək 
niyyətində  olan  bütün  siyasi  partiyaların  deputat  manda-
tı  uğrunda  mübarizəsinə  şərait  yaradılması  ölkədə  azad 
və  ədalətli  seçkilər  keçirilməsinə  xidmət  etmiş  olar.  MSK 
respublika  Prezidentinin  həmin  müraciətinə  baxaraq, 
müraciətin  Azərbaycan  Respublikası  Konstitusiyasının  bu 
məsələni tənzimləyən ayrı-ayrı müddəalarına və ruhuna uy-
ğunluğunu vurğulamış və hesab etmişdi ki, belə demokratik 
addım seçkilərdə iştirak etmək arzusunda olan bütün siyasi 
partiyalara bərabər şərait yaradar, ölkədə azad və daha da 
ədalətli seçkilərin keçirilməsini təmin edər.
Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri nəzərə 
alaraq  və  ”Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki  Ko-
missiyası  haqqında“  Qanunun  2.2-ci  maddəsinin  10-cu 
bəndini  rəhbər  tutaraq,  Komissiyada  əvvəllər  qeydiyyat-
dan keçmiş Yeni Azərbaycan Partiyasının, Azərbaycan Xalq 
Cəbhəsi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, 
Vətəndaş  Həmrəyliyi  Partiyasının  və  Azərbaycan  Kommu-
nist  Partiyasının  vahid  namizədlər  siyahısı  ilə  yanaşı,  Mü-
savat  Partiyasının,  Azərbaycan  Demokrat  Partiyasının, 
Azərbaycan Xalq Demokratik Partiyasının, Milli Konqres Par-
tiyasının, Azərbaycan Naminə Alyans Partiyasının, Demok-
ratik  Azərbaycan  Dünyası  Partiyasının,  Azərbaycan  Liberal 
Partiyasının vahid namizədlər siyahısının da qeydə alınması 
barədə müvafiq qərar qəbul etdi. Mərkəzi Seçki Komissiya-
sında  qeydiyyatdan  keçmiş  Milli  Dövlətçilik,  Milli  Hərəkat 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
55
və  Demokratik  Maarifçilik  partiyaları  seçkilərdə  partiyalar 
bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parla-
ment  seçkiləri  praktikasında  ilk  dəfə  olaraq  ”Demokratik 
Azərbaycan“ siyasi partiyalar bloku qeydiyyatdan keçirildi.
Siyasi  partiyaların  qeydə  alınması  haqqında  qərar  ölkə 
ictimaiyyəti  tərəfindən  rəğbətlə  qarşılandığı  kimi,  respubli-
kanın xaricində də əks-səda doğurdu. ATƏT-in Demokratik 
Təsisatlar  və  İnsan  Hüquqları  Bürosunun  oktyabrın  10-da 
yaydığı  Bəyanatda  büronun  direktoru  səfir  Jerar  Ştudman 
proporsional  sistem  üzrə  bütün  siyasi  partiyaların  qeydə 
alınması  haqqında  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki 
Komissiyasının  qərarı  barədə  məmnunluqla  yazmışdır:  ”Bu 
qərar parlamentə 5 noyabr seçkilərində seçki prosesinin indi-
ki səviyyəsində bütün partiyaların geniş iştirakını təmin edir”
Qanunvericiliyə  uyğun  surətdə  Mərkəzi  Seçki  Komis-
siyasında  qeydiyyatdan  keçmiş  siyasi  partiyalar  və  siyasi 
partiyalar  bloku  iyulun  7-dən  etibarən  vahid  çoxmandatlı 
seçki dairəsi üzrə namizədlərinin siyahılarını təqdim etdilər. 
İyulun  23-dən  isə  respublikanın  vətəndaşları,  siyasi  par-
tiyalar  və  siyasi  partiyalar  bloku  tərəfindən  deputatlığa 
namizədlərin birmandatlı seçki dairələri üzrə irəli sürülməsi 
prosesinə start verildi.
Göstərilən seçki dairələri üzrə namizədliyini irəli sürmək 
üçün müraciət etmiş 1.044 vətəndaş dairə seçki komissiya-
larından imza vərəqələri almış, 823 nəfər bildiriş sənədlərini 
müvafiq  komissiyalara  təqdim  etmişdi.  Namizədlərin 
göstərilməsinə dair bildiriş sənədləri, о cümlədən seçicilərin 
imza vərəqələri dairə seçki komissiyalarında yoxlanıldıqdan 
sonra  deputatlığa  408  namizəd  qeydə  alınmış  və  onların 
siyahısı  elan  edilmişdi.  Sonradan  bu  rəqəm  namizədliyini 
geri  götürən  və  Mərkəzi  Seçki  Komissiyasının  qərarı  ilə 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
56
namizədlər siyahısından çıxarılan şəxslər hesabına azalaraq 
390 nəfər olmuşdur. 
Milli Məclisə seçkilərin əlamətdar cəhətlərindən biri res-
publikada  plüralizmə  geniş  yer  verilməsi,  ölkədə  fəaliyyət 
göstərən  siyasi  partiyaların  seçki  tədbirlərində  fəal  iştira-
kı  üçün  əlverişli  şəraitin  yaradılması  idi.  Birmandatlı  seçki 
dairələri  üzrə  namizədlər  siyahısına  bitərəflərlə  yanaşı,  33 
siyasi partiyanı təmsil edən vətəndaşlar da daxil edilmişdi. 
Bu dairələr üzrə irəli sürülmüş namizədlərin 63,3%-ni siyasi 
partiyaların üzvləri, 36,7%-ni bitərəflər təşkil edirdi.
Respublikada  qanunvericiliyə  uyğun  surətdə  fəaliyyət 
göstərən siyasi partiyalardan 14-ü seçkilərdə proporsional 
sistem üzrə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına 
müraciət  etmişdi.  Onlardan  9-u  seçici  imzalarının  toplan-
masında ciddi pozuntulara yol verdiklərinə və qeyri-düzgün 
məlumatlar təqdim etdiklərinə görə vahid namizədlər siya-
hılarını qeydiyyatdan keçirməyə nail olmamış, yalnız 5-i bil-
diriş sənədlərini qanunun tələblərinə uyğun tərtib və təqdim 
edərək seçkiyə buraxılmışdı. Proporsional seçki sistemi üzrə 
seçkilərdə iştirak edən siyasi partiyaların və siyasi partiyalar 
blokunun əsas namizədlər siyahılarında olan nümayəndələri 
25 deputat mandatı uğrunda rəqabət aparırdılar.
Beləliklə,  5  noyabr  2000-cil  il  tarixində  ikinci  çağırış 
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirildi.
Nəticələr belə idi:
Seçki dairələrinin seçki məntəqələri üzrə seçici 
siyahılarındakı seçicilərin ümumi sayı 
– 4.212.915
Seçki günü seçicilərə verilmiş seçki bülletenlərinin sayı  

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
57
– 3.000.198
Etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı             
– 2.897.864
Birmandatlı seçki dairələri üzrə Milli Məclisə 
88 deputat seçilmişdir.
Vahid  çoxmandatlı  seçki  dairəsi  üzrə  isə  seçkilərin 
nəticələri  və  siyasi  partiyalar,  siyasi  partiyalar  bloku  ara-
sında  deputat  mandatlarının  bölüşdürülməsi  haqqında 
Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının 
2000-ci il 17 noyabr tarixli protokolu ilə digər göstəricilərlə 
birlikdə  deputat mandatlarının bölüşdürülməsində iştirak 
edən siyasi partiyaların hər birinin vahid namizədlər siyahı-
sının lehinə verilmiş səslərin sayı belə idi:
Yeni Azərbaycan Partiyası  
– 1.809.801 
Azərbaycan Xalq Cəbhəsi Partiyası 
– 313.059 
Vətəndaş Həmrəyliyi Partiyası 
– 182.777 
Azərbaycan Kommunist Partiyası   
– 182.029 
Azərbaycan  Respublikasının  Milli  Məclisinə  vahid  çox-
mandatlı seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasından 
– 16, Azərbaycan Xalq Cəbhəsi Partiyasından – 4, Vətəndaş 
Həmrəyliyi  Partiyasından  –  3  və  Azərbaycan  Kommunist 
Partiyasından 2 deputat seçilmişdi.
Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi 
vahid  çoxmandatlı  seçki  dairəsi  üzrə  noyabrın  5-də  keçi-
rilmiş  seçkilərə  dair  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən 
müəyyənləşdirilmiş nəticələri təsdiq etdi.
Təkrar  seçki  günü,  yəni  yanvarın  7-də  163  beynəlxalq 
müşahidəçi  400-dən  artıq  seçki  məntəqəsində  seçkiləri 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
58
müşahidə  etmişdi.  Müşahidəçilər  arasında  Avropa  Şurası 
Parlament  Assambleyasının  13  və  ATƏT-in  Parlament  As-
sambleyasının 5 nümayəndəsi, “Aqo” qrupunun 5 üzvü vardı. 
Təkrar seçkilərdə adları seçki bülletenlərinə daxil edilmiş 76 
namizəddən 37-si doqquz siyasi partiyanın nümayəndəsi idi.
Ümumiyyətlə,  ikinci  çağırış  Azərbaycan  Respublika-
sının  Milli  Məclisinə  birmandatlı  99  seçki  dairəsi  üzrə  5 
noyabr  2000-ci  il  seçkilərində  və  7  yanvar  2001-ci  ildə 
keçirilmiş  təkrar  seçkilərdə  4.964  seçki  məntəqəsinin  se-
çici  siyahılarında  olan  seçicilərin  68,93%-i  iştirak  etmişdi. 
2.926.904 seçki bülleteni etibarlı hesab olunmuş, adları seç-
ki bülletenlərində olan namizədlərin lehinə 2.888.813 nəfər, 
əleyhinə isə 38.091 nəfər səs vermişdi.
Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş  
  deputatların siyasi partiyalar üzrə təmsilçiliyi belə idi:
Yeni Azərbaycan Partiyası 
  – 79 nəfər
Azərbaycan Xalq Cəbhəsi Partiyası 
  – 7 nəfər
Vətəndaş Həmrəyliyi Partiyası  
  – 3 nəfər
Ana Vətən Partiyası  
  – 2 nəfər
Azərbaycan Kommunist Partiyası 
  – 2 nəfər
Azərbaycan Milli İstiqlal Partiyası 
  – 2 nəfər
Müsavat Partiyası 
  – 2 nəfər
Azərbaycan Naminə Alyans Partiyası 
  – 1 nəfər
Azərbaycan Sosial Rifah Partiyası 
  – 1 nəfər
Azərbaycan Yurddaş Partiyası 
  – 1 nəfər
Seçicilərin arasında bitərəf isə 25 nəfər idi.
Seçilmiş deputatların 61-nin namizədliyi siyasi partiyalar, 
52-si özləri və 11-i seçicilərin təşəbbüs qrupları tərəfindən 
irəli sürülmüşdü.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
59
5 noyabr 2000-ci il tarixində Azərbaycan Respublikasının 
Milli Məclisinə keçirilən seçkilərin diaqramla təsviri
IV. 
 Azərbaycan Respublikası Prezidentinin seçkiləri
 15 oktyabr 2003-cü il
Növbəti  Azərbaycan  Respublikası  Prezidenti  seçkiləri 
2003-cü il oktyabrın  15-nə təyin edilmişdi.
Azərbaycan Respublikasının Milli Məclisi 27 may 2003-
cü ildə “Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq 
edilməsi  və  qüvvəyə  minməsi  haqqında”  Qanun  qəbul 
etmişdi.  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi 
Mərkəzi Seçki Komissiyasının təşkili prinsipini əsaslı surətdə 
dəyişdirmiş  və  bununla  da  qanunvericiliyə  uyğun  olaraq 
müxtəlif siyasi partiyaların nümayəndələrinin Komissiyada 
bərabər hüquqla iştirakına imkan yaradılmışdı. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
60
Seçki Məcəlləsi qəbul olunandan sonra dörd ay davam 
edəcək  prezident  seçkiləri  kampaniyasına  iyunun  14-də 
start verildi. Seçkilərin hazırlanıb keçirilməsi üçün qanunun 
tələblərinə müvafiq surətdə respublikanın ərazi vahidlərində 
daimi  yaşayıb  qeydiyyatda  olan  seçicilərin  orta  təmsilçilik 
norması nəzərə alınmaqla 125 seçki dairəsi yaradıldı. 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən 
15 üzvdən ibarət tərkibdə beş illiyə seçilən  Mərkəzi Seç-
ki  Komissiyası  təşkil  edildi.  MSK-nın  üzvləri  deputatları 
Milli Məclisdə çoxluq və azlıq təşkil edən siyasi partiyala-
rı,  həmçinin  birmandatlı  seçki  dairəsi  üzrə  seçilmiş,  vahid 
çoxmandatlı  seçki  dairəsi  üzrə  seçkilər  nəticəsində  Milli 
Məclisdə  təmsil  olunmayan  siyasi  partiyaları  təmsil  edən, 
yaxud müstəqil qaydada seçilən və onların namizədliklərini 
təqdim edən deputatları, habelə çoxmandatlı seçki dairəsi 
üzrə  seçkilərdə  iştirak  edən  və  onların  namizədliklərini 
təqdim  edən,  Milli  Məclisdə  təmsil  olunmayan  və  çox-
mandatlı seçki dairəsi üzrə seçkilər zamanı ən çox səs qa-
zanmış 4 siyasi partiyanı təmsil edirdilər.
Ərazisi  Ermənistanın  silahlı  qüvvələri  tərəfindən  iş-
ğal  edilmiş  122  saylı  Xankəndi  seçki  dairəsi  istisna  olun-
maqla,  respublikada  yaradılmış  124  seçki  dairəsində  seç-
ki  komissiyaları  da  təşkil  olundu  və  Seçki  Məcəlləsi  ilə 
müəyyənləşdirilmiş 5.146 seçki məntəqəsinin məntəqə seç-
ki komissiyaları formalaşdırıldı. 
Əraziləri işğal altında olan rayonların seçki dairələri üzrə 
qeydə alınmış, respublikanın müxtəlif yerlərində müvəqqəti 
məskunlaşan seçki hüququna malik qaçqın və məcburi köç-
kün vətəndaşların səs verməsi üçün onların kompakt halda 
yaşadıqları şəhər, qəsəbə və kəndlərdə dəseçki məntəqələri 
və məntəqə seçki komissiyaları təşkil olundu.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
61
Seçkilərin  hazırlanıb  keçirilməsi  üzrə  əsas  hərəkətlərin 
və  tədbirlərin  təqvim  planına  uyğun  olaraq  prezidentliyə 
namizədlərin  irəli  sürülməsində    seçki  hüququ  olan 
vətəndaşlar və seçicilərin təşəbbüs qrupları ilə yanaşı, siyasi 
partiyalar, siyasi partiyaların blokları da iştirak edirdilər. 
Respublikada  fəaliyyət  göstərən  siyasi  partiyalardan 
15-i, o cümlədən Yeni Azərbaycan Partiyası, Müsavat Par-
tiyası,  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyası,  Azərbaycan 
Demokrat  Partiyası,  Azərbaycan  Milli  İstiqlal  Partiya-
sı,  Azərbaycan  Naminə  Alyans  Partiyası  və  başqaları  irəli 
sürdükləri prezidentliyə namizədlərin təsdiq edilməsi üçün 
Mərkəzi  Seçki  Komissiyasına  müraciət  etmişdi.  Seçicilərin 
10 təşəbbüs qrupu da prezidentliyə namizədlər irəli sürərək 
bildiriş sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim et-
mişdi. Prezidentliyə 5 nəfərin  namizədliyi isə seçilmək hü-
ququ olan vətəndaşların özləri tərəfindən irəli sürülmüşdü.
Mərkəzi  Seçki  Komissiyası  namizəd  göstərilmiş  30 
şəxsdən 19-nun təqdim edilmiş imza vərəqələrinin və müva-
fiq sənədlərinin qanunauyğun tərtib olunduğunu müəyyən 
edərək, onların namizədliyini təsdiqlədi. Bu şəxslərin 13-ü 
siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən nami-
zəd göstərilmişdi.
Qanunla nəzərdə tutulmuş müddətdə namizədliyə iddi-
açılardan 18 nəfərinin imza vərəqələri qeydiyyat üçün zəruri 
sənədlərlə  birlikdə  Mərkəzi  Seçki  Komissiyasına  təqdim 
olundu. Namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən 
irəli  sürülərək  Mərkəzi  Seçki  Komissiyasında  təsdiqlənmiş 
Şadman Hüseynov  bu arada vəfat etdi. Qalan 17 namizədin 
təqdim  edilmiş  sənədləri  MSK-da  araşdırılarkən  müəyyən 
olundu  ki,  həmin  şəxslərdən  yalnız  9-u  qanunvericiliyin 
tələblərinə cavab verən qaydada və sayda seçici imzası top-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
62
laya bilmişdir. Onların namizədliyi Mərkəzi Seçki Komissiya-
sı tərəfindən qeydə alındı. Namizədliyə iddiaçılardan daha 
3 nəfəri Seçki Məcəlləsinə uyğun surətdə depozit qoymaq 
şərti  ilə  namizədliklərinin  qeydə  alınması  barədə  Mərkəzi 
Seçki Komissiyasına müraciət etdi və onların xahişi müsbət 
həll olundu. 
Prezident seçilmək uğrunda mübarizəyə 12 namizəd qa-
tıldı. Sonradan bu şəxslərin dördünün öz namizədliyini geri 
götürməsinə  dair  xahişi  ilə  əlaqədar olaraq, Mərkəzi  Seç-
ki Komissiyası onların namizədliyinin ləğv edilməsi barədə 
qərar  verdi.  MSK  namizədliyi  qeydə  alınmış  Prezident 
Heydər Əlirza oğlu Əliyevin öz namizədliyini prezidentliyə 
namizəd İlham Heydər oğlu Əliyevin xeyrinə geri götürməsi 
barədə xahişini təmin etdi.
Nəticədə,  prezident  seçkiləri  üzrə  seçki  bülleteninə 
səkkiz namizədin: Azərbaycan Respublikasının Baş naziri, 
namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sü-
rülmüş İlham Heydər oğlu Əliyevin, Müasir Müsavat Par-
tiyasının sədri,  namizədliyi həmin partiya tərəfindən irəli 
sürülmüş Hafiz  Ələmdar  oğlu Hacıyevin, seçicilərin “Mil-
li  Birlik”  təşəbbüs  qrupu  tərəfindən  namizəd  göstərilmiş 
Lalə  Şövkət  Hacıyevanın,  namizədliyi  seçicilərin  “Xalq 
Cəbhəsi” təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Qüdrət 
Müzəffər  oğlu  Həsənquliyevin,  Ədalət  Partiyasının  sədri, 
namizədliyi  həmin  partiya  tərəfindən  irəli  sürülmüş  İlyas 
Abbas  oğlu  İsmayılovun,  Müsavat  Partiyasının  başqanı, 
namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş İsa Yu-
nis  oğlu  Qəmbərin,  Azərbaycan  Milli  İstiqlal  Partiyasının 
sədri, namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş 
Etibar Səlidar oğlu Məmmədovun və Vətəndaş Həmrəyliyi 
Partiyasının  sədri,  namizədliyi  həmin  partiya  tərəfindən 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
63
irəli sürülmüş Sabir Xudu oğlu Rüstəmxanlının adları daxil 
edildi. Əksəriyyəti müxalifət partiyalarının nümayəndələri 
olan bu sayda alternativ namizədin prezidentlik uğrunda 
mübarizəyə  qoşulması  respublikada  ədalətli,  demokratik 
seçki şəraitinin göstəricisi idi, seçicilərə istədikləri azad se-
çim imkanı verirdi.
2003-cü  il  avqustun  16-na,  yəni  səsvermə  gününə  60 
gün  qalanadək  qeydə  alınmış  prezidentliyə  namizədlərin 
seçkiqabağı təşviqatı başlandı. 
Prezident  seçkilərində  müşahidəçi  kimi  iştirak  etmək 
üçün respublikamızdan 31 ölkəyə və 7 beynəlxalq təşkilata 
dəvətlər  göndərilmiş,  o  cümlədən  müvafiq  beynəlxalq 
qurumların  nümayəndələri  ölkənin  səlahiyyətli  orqanla-
rı  tərəfindən  rəsmi  dəvət  olunmuşdu.  Beləliklə,  seçkiləri 
izləmək  üçün  1.000  nəfərədək    beynəlxalq  müşahidəçi 
Azərbaycana gəlmişdi.
Dörd aydan artıq davam edən prezident seçkisi marafo-
nu 2003-cü il  oktyabrın 15-də uğurla başa çatdı. Məntəqə 
seçki komissiyalarının səsvermənin nəticələri haqqında pro-
tokolları əsasında tərtib olunmuş dairə seçki komissiyaları-
nın protokolları 48 saat müddətində Mərkəzi Seçki Komis-
siyasına təqdim edildi.
Oktyabrın  20-də  MSK-nın  iclasında  seçkilərin  yeku-
nu  barədə  məsələ  müzakirə  olundu.  Seçkinin  nəticələri 
göstərdi  ki,  seçici  siyahılarındakı  4.442.338  seçicidən 
3.164.348 nəfəri, yəni 71,23%-i səsvermədə iştirak etmiş-
dir.  Etibarlı  hesab  edilmiş  2.421.061  səsdən  1.860.346-sı, 
yaxud  77%-i  prezidentliyə  namizəd  İlham  Heydər  oğlu 
Əliyevin  lehinə  verilmiş  və  o,  ali  dövlət  vəzifəsini  tut-
maq  üçün  səkkiz  iddiaçı  arasındakı  mübarizədə  böyük 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
64
üstünlüklə qələbə qazanmışdı.
Qalan  namizədlərdən  İsa  Qəmbər  Yunis  oğlu  338.145 
(13,967%),  Hacıyeva  Lalə  Şövkət  87.523  (3,615%), 
Məmmədov  Etibar  Səlidar  oğlu  70.638  (2,918%),  İsmayı-
lov  İlyas  Abbas  oğlu  24.098  (0.995%),  Rüstəmxanlı  Sabir 
Xudu oğlu 19.973 (0,825%), Həsənquliyev Qüdrət Müzəffər 
oğlu  12.071  (0,499%),  Hacıyev  Hafiz  Ələmdar  oğlu  8.267 
(0,341%) etibarlı səs toplamışdılar.
Mərkəzi  Seçki  Komissiyası  səsvermənin  nəticələri  haq-
qında dairə seçki komissiyalarının protokollarındakı bütün 
məlumatları ümumiləşdirərək, respublika üzrə səsvermənin 
nəticələrinə dair protokolun təsdiq edilməsi barədə qərar 
qəbul  etdi.  Həmin  protokol  Mərkəzi  Seçki  Komissiyasının 
15  üzvündən,  müxalifət  partiyaları  olan  Azərbaycan  De-
mokrat Partiyasını, Azərbaycan Xalq Cəbhəsi Partiyasını və 
Azərbaycan  Kommunist  Partiyasını  təmsil  edən  üzvlər  də 
daxil olmaqla, 12-si tərəfindən imzalandı.   
Azərbaycan  Respublikası  Konstitusiyasının  102-ci 
maddəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 
203.1-ci maddəsinə uyğun olaraq, göstərilən protokol, MSK-
nın qərarı və onlara əlavə olunmuş sənədlər səsvermənin 
nəticələrinin  təsdiq  və  elan  olunması  üçün  Azərbaycan 
Respublikasının  Konstitusiya  Məhkəməsinə  təqdim  edil-
di.    2003-cü  il  oktyabrın  28-də  Konstitusiya  Məhkəməsi 
səsvermənin nəticələrini təsdiq edərək, İlham Heydər oğlu 
Əliyevin  Azərbaycan  Respublikasının  Prezidenti  seçildiyini 
elan etdi.
Oktyabrın 31-də paytaxtın Respublika Sarayında yeni se-
çilmiş dövlət başçısı cənab İlham Əliyevin təntənəli andiçmə 
mərasimi keçirildi. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
65
15  oktyabr  2003-cü  il  tarixində  keçirilmiş  Azərbaycan 
Respublikası Prezidentinin seçkilərinin diaqramla təsviri
V. 
  Üçüncü çağırış Azərbaycan Respublikasının 
  Milli Məclisinə seçkilər | 6 noyabr 2005-ci il
2005-ci  ilin  noyabr  ayında  Azərbaycan  Respublikasının 
Milli Məclisinə növbəti seçkilər keçirildi.
Seçki  məsələlərinə  dair  Azərbaycan  Prezidenti  İlham 
Əliyevin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları 
seçki  təcrübəsinin  möhkəmləndirilməsinə  güclü  təsir 
göstərdi. Dövlət başçısı tərəfindən həmin sənədlərdə seç-
ki  praktikasının  təkmilləşdirilməsi,  azad  və  ədalətli  seçki 
keçirilməsinə mane olan amillərin aradan qaldırılması yolları 
göstərilmiş, respublikanın müvafiq icra orqanları, təsisatları 
və qurumları, o cümlədən Mərkəzi Seçki Komissiyası qarşı-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
66
sında seçkiqabağı mühitin demokratikləşdirilməsi ilə bağlı 
konkret vəzifələr qoyulmuşdur.
Mərkəzi  Seçki  Komissiyası  Azərbaycan  Respublikası-
nın  27  may  2003-cü  il  tarixli  Qanununun  3.5-ci  və  3.6-
cı  maddələrinə  uyğun  olaraq,  2005-ci  il  noyabrın  6-da 
Azərbaycan  Respublikasının  Milli  Məclisinə  keçiriləcək 
seçkilərlə əlaqədar özünün qərarları ilə 2005-ci il iyulun 21-
də  Demokratik  Azərbaycan  Dünyası  Partiyası,  Azərbaycan 
Azad  Respublikaçılar  Partiyası,  Azərbaycan  Demokratik 
Maarifçilik  Partiyası  və  Azərbaycan  Respublikaçılar  Par-
tiyası  tərəfindən  yaradılmış  “İslahat”;  Müsavat  Partiyası, 
Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demok-
rat  Partiyası  tərəfindən  yaradılmış  “Azadlıq”;  Azərbaycan 
Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası 
və  Azərbaycan  Milli  Hərəkat  Partiyası  tərəfindən  yaradıl-
mış “Yeni Siyasət”; həmin il iyulun 24-də Vəhdət və Birlik 
partiyaları  tərəfindən  yaradılmış  “Azərbaycançı  Qüvvələr”; 
Ədalət Partiyası, Vahid  Azərbaycan Milli Birlik Partiyası və 
Vətəndaş  Həmrəyliyi  Partiyası  tərəfindən  yaradılmış  “De-
mokratik  Azərbaycan”;  Azərbaycan  Xalq  Demokratik  Par-
tiyası və Vahid Azərbaycan Partiyası tərəfindən yaradılmış 
“Azərbaycan  Naminə  Seçki  Bloku”;  iyulun  27-də  Qorqud 
Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası tərəfindən 
yaradılmış  “Azərbaycan  Tərəqqi  Alyansı”;  avqustun  15-də 
isə  Azərbaycan  Mübarizlər  Partiyası  və  Azərbaycan  Milli 
Dövlətçilik Partiyası tərəfindən yaradılmış “Birlik” siyasi par-
tiyalar bloklarını qeydə aldı.
Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  uyğun 
olaraq  2005-ci  il  sentyabrın  7-dən  etibarən  ölkədə  seçki-
qabağı təşviqat başlanmış və seçkilərə 24 saat qalmış, yəni 
noyabrın 5-i saat 8.00-a kimi davam etdirilmişdir. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
67
MSK-nın  iclasında  ödənişsiz  efir  vaxtının  adları  çəkilən 
seçki  subyektləri  arasında  bölgüsü  məqsədilə  püşkatma 
keçirildi  və  seçkiqabağı  təşviqat  dövründə  onlara  ayrılan 
ödənişsiz  efir  vaxtı  bölgüsünün  nəticələrini  əks  etdirən 
cədvəllər təsdiq olundu.
Seçki  günündə  –  2005-ci  il  noyabrın  6-da  ölkənin  125 
seçki dairəsində səsvermə keçirildi. 
Dairə  seçki  komissiyalarının  qərarları  ilə  37  seçki 
məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmışdı.
Əvvəlkilərdən fərqli olaraq Azərbaycan Respublikası Mil-
li Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə 
seçilirdi. İlk dəfə idi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi 
üzrə  yaradılmış  122  saylı  Xankəndi  seçki  dairəsində  də 
səsvermə təşkil olunmuşdu.
2005-ci  il  noyabrın  23-də  Mərkəzi  Seçki  Komissiyası 
noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə 
keçirilmiş  seçkilərin  nəticələrinin  yoxlanılması  və  təsdiq 
edilməsinə  baxılması  üçün  səsvermənin  ümumi  yekun-
ları  haqqında  MSK-nın  protokolunu,  eləcə  də  dairə  seç-
ki  komissiyalarının  protokollarını  onlara  əlavə  edilən 
sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusi-
ya Məhkəməsinə təqdim etdi.
Məcəllənin  tələblərinə  cavab  vermədiyindən  6  dairə 
seçki komissiyasının protokolları təsdiq edilmədi. 115 seçki 
dairəsi üzrə deputatlar seçilmişdi. 
2005-ci  il  noyabrın  6-da  keçirilmiş  seçkilərdə  17  say-
lı  Yasamal  üçüncü  seçki  dairəsindən  Azərbaycan  Respub-
likası  Milli  Məclisinin  deputatı  seçilmiş  Lalə  Şövkət  Ha-
cıyeva  Azərbaycan  Respublikası  Konstitusiyasının  89-cu 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
68
maddəsinin  I  hissəsinin  5-ci  bəndinə  əsasən  Azərbaycan 
Respublikası Mərkəzi Seçki Komissiyasının 19 yanvar 2006-
cı il tarixli 2/3 saylı Qərarı ilə deputat mandatından məhrum 
edildi.
Təkrar  seçkilərdə  seçki  dairələri  üzrə  səsvermənin 
nəticələri haqqında dairə seçki komissiyaları protokollarının 
məlumatlarına əsasən Milli Məclisə 10 yeni deputat seçildi.
Azərbaycan  Respublikasının  Milli  Məclisinin  tərkibinə 
seçilmiş 124 nəfərin 9-u seçicilərin təşəbbüs qrupları, 50-
si  ölkədə  fəaliyyət  göstərən  siyasi  partiyalar,  6-sı  siyasi 
partiyaların  blokları  və  59-u  özləri  tərəfindən  deputatlığa 
namizəd irəli sürülmüşdü.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 
tərkibinə 6 noyabr 2005-ci il seçkilərində və 13 may 2006-cı 
ildə keçirilmiş təkrar seçkilərdə seçilmiş deputatların partiya 
mənsubiyyətinə görə sayı aşağıdakı kimi səciyyələnirdi:
Yeni Azərbaycan Partiyası  
  – 61 nəfər
Müsavat Partiyası  
  – 5 nəfər
Ana Vətən  Partiyası    
  – 2 nəfər
Vətəndaş Həmrəyliyi Partiyası  
  – 2 nəfər
Azərbaycan Demokratik İslahatlar Partiyası – 1 nəfər
Azərbaycan Xalq Cəbhəsi Partiyası   
  – 1 nəfər
Azərbaycan Sosial Rifah Partiyası 
  – 1 nəfər
Böyük Quruluş Partiyası 
  – 1 nəfər
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası  – 1 nəfər
Ədalət Partiyası 
  – 1 nəfər
Ümid Partiyası              
– 1 nəfər
Vətəndaş Birliyi Partiyası 
– 1 nəfər

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
69
Üçüncü çağırış Azərbaycan Respublikasının Milli  
  Məclisinə 46 nəfər bitərəf seçilmişdi.
6 noyabr 2005-ci il tarixində keçirilən Azərbaycan 
Respublikasının Milli Məclisinə seçkilərin diaqramla təsviri
VI. 
Azərbaycan Respublikası Prezidentinin 
seçkiləri | 15 oktyabr 2008-ci il
15  oktyabr  2008-ci  ilin  prezident    seçkiləri  ərəfəsində 
Seçki Məcəlləsi Avropa Şurasının Venetsiya Komissiyası və 
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 
ilə birlikdə bir daha təkmilləşdirilmişdi. Ölkə Prezidentinin 
28  dekabr  2006-cı  il  tarixli  “Azərbaycan  Respublikasında 
İnsan  hüquqlarının  müdafiəsi  üzrə  Milli  Fəaliyyət  Planına 
dair” Sərəncamındakı MSK-ya aid olan məsələlər Komissi-
yanın iclasında geniş müzakirə edilmişdi.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
70
Mərkəzi Seçki Komissiyası 2008-ci il iyul ayının 28-də keçi-
rilmiş iclasında 15 oktyabr 2008-ci il tarixini Azərbaycan Res-
publikası Prezidentinin seçkiləri günü kimi elan edilməsini 
qərara aldı. Namizədliklər barədə MSK-ya 21 müraciət daxil 
oldu.  Bunlardan  14-ü  vətəndaşlar,  1-i  seçicilərin  təşəbbüs 
qrupu,  6-sı  isə  siyasi  partiyalar  tərəfindən  prezidentliyə 
namizəd irəli sürülməsi barədə idi.
İlham Heydər oğlu Əliyevin namizədliyi Azərbaycan Res-
publikası Mərkəzi Seçki Komissiyasının 7 avqust  2008-ci il 
tarixli 9/33 saylı qərarı ilə təsdiq edilmişdi. 
Qanunvericiliklə müəyyən edilmiş qaydada namizədlikləri: 
Ümid Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Respub-
likası Milli Məclisinin deputatı, partiyanın sədri İqbal Fehruz 
oğlu  Ağazadə  2008-ci  il  avqustun  30-da,  Böyük  Quruluş 
Partiyası  tərəfindən  irəli  sürülmüş  Azərbaycan  Respublikası 
Milli Məclisinin deputatı, partiyanın başqanı Fazil Qəzənfər 
oğlu  Mustafayev  və  Müasir  Müsavat  Partiyası  tərəfindən 
irəli sürülmüş, partiyanın sədri Hafiz Ələmdar oğlu Hacıyev 
sentyabrın  9-da,  Bütöv  Azərbaycan  Xalq  Cəbhəsi  Partiya-
sı  tərəfindən  irəli  sürülmüş,  Azərbaycan  Respublikası  Milli 
Məclisinin deputatı, partiyanın sədri Qüdrət Müzəffər oğlu 
Həsənquliyev sentyabrın 11-də, özü tərəfindən irəli sürülmüş 
Qulamhüseyn  Surxay  oğlu  Əlibəyli  və  Azərbaycan  Liberal 
Demokrat Partiyası tərəfindən irəli sürülmüş, partiyanın sədri 
Fuad  Ağası  oğlu  Əliyev  sentyabrın  13-də  Azərbaycan  Res-
publikası Mərkəzi Seçki Komissiyasının qərarları ilə prezident 
seçkilərində namizəd kimi qeydə alındılar.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
71
Seçki  qanunvericiliyinin  tələblərinə  uyğun  olaraq, 
Mərkəzi Seçki Komissiyası təsisçisi dövlət qurumları olan və 
ölkənin yarısından çoxunda yayılan rəsmi dövri nəşrlərin – 
“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Bakinski raboçi” 
qəzetlərinin səhifələrindən namizədlərin ödənişsiz əsaslarla 
istifadə etmək hüququnu təmin etmişdi. Bundan əlavə, yu-
xarıda adları çəkilən dövri nəşrlərin hər biri təşviqat müddəti 
ərzində həftəlik nəşr səhifələrinin ümumi həcminin azı 10 
faizini qeydə alınmış namizədlərə pulsuz əsaslarla ayırmışdı.
Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin  75.2-ci 
maddəsinə uyğun olaraq, səsverməyə 28 gün qalmış, yəni 
2008-ci il sentyabrın 17-dən seçkiqabağı təşviqat başlanırdı. 
Sentyabrın 19-da isə 2008-ci il oktyabrın 15-nə təyin edil-
miş Azərbaycan Respublikası Prezidentinin seçkilərində işti-
rak edəcək namizədlərin Azərbaycan Respublikası Mərkəzi 
Seçki  Komissiyasında  qeydəalınma  ardıcıllığı  ilə  siyahısı 
müəyyən olundu:
1. Əliyev İlham Heydər oğlu
2. Ağazadə İqbal Fehruz oğlu 
3. Mustafayev Fazil Qəzənfər oğlu
4. Hacıyev Hafiz Ələmdar oğlu 
5. Həsənquliyev Qüdrət Müzəffər oğlu
6. Əlibəyli Qulamhüseyn Surxay oğlu
7. Əliyev Fuad Ağası oğlu
Oktyabrın  8-də  Mərkəzi  Seçki  Komissiyası  seçkidə  aş-
karlıq  institutlarının  daha  geniş  tətbiqi  zərurəti  ilə  bağ-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
72
lı  “Seçki  məntəqələrində  veb-kameraların  quraşdırıl-
ması  və  istifadəsinə  dair  Qaydalar”ı  təsdiqlədi  və  ölkə 
ərazisindəki 500 seçki məntəqəsində bu kameraların quraş-
dırılmasını qərara aldı. Bununla yanaşı, prezident seçkilərini 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
73
ümumilikdə    50  minə  yaxın  müşahidəçi  izləyirdi.  Seçkiləri 
izləmək üçün dünyanın 60-a yaxın ölkəsindən 44-dən artıq 
qurumu təmsil edən 1250 beynəlxalq müşahidəçi respub-
likaya  gəlmişdi.  Beləliklə,  prezident  seçkilərində  ölkə  üzrə 
5.359 seçki məntəqəsinin seçici siyahılarında olan 4.927.561 
seçicinin 75,12%-i səsvermədə iştirak etdi.
Mərkəzi  Seçki  Komissiyası  19  oktyabr  2008-ci  ildə 
prezident  seçkilərinə  yekun  vurdu  və  nəticələri  təsdiq 
edilmək  üçün  Azərbaycan  Respublikasının  Konstitusiya 
Məhkəməsinə təqdim etdi. 
Prezident  seçkilərində  seçicilərin  etibarlı  hesab  edilmiş 
səslərinin  88,78%-ni  Əliyev  İlham  Heydər  oğlu,  2,86%-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
74
ni  Ağazadə  İqbal  Fehruz  oğlu,  2,47%-ni  Mustafayev  Fazil 
Qəzənfər  oğlu,  2,28%-ni  Həsənquliyev  Qüdrət  Müzəffər 
oğlu, 2,23%-ni Əlibəyli Qulamhüseyn Surxay oğlu, 0,78%-ni 
Əliyev Fuad Ağası oğlu və 0,65%-ni Hacıyev Hafiz Ələmdar 
oğlu toplamışdı.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
75
“Research  Council”  müstəqil  araşdırmalar  birliyinin  si-
yasi  partiyaların    liderləri  və  funksionerləri  ilə  apardığı 
“Azərbaycanda  siyasi  partiyalar-2010:    parlament  seçkiləri 
öncəsi  durum  və  planlar  haqqında  sosioloji  sorğu-
araşdırma”da  gətirilən  rəqəmlərin  təhlili  göstərir  ki  (Bax: 
sonuncu  bölmə),    25  partiyanın  üzvlərinin  ümumi  sayı         
1 243 429 nəfərdən ibarətdir ki, bu da təxminən ölkə üzrə 
ümumi elektoratın 20 %-ni təşkil edir.
Seçkilər  prosesində  qələbə  və  məğlubiyyətlər  təsadüfi 
olmayıb, dünya üzrə partiyaların sivil siyasi mübarizəsinə xas 
olan təkamülün təbii qanunauyğunluğudur. Bu proseslərin 
xüsusilə  də  məğlub  düşərgədə  təhlili  isə  siyasi  partiyanın 
perspektivdən məhrum  olmaması, yeniləşməsi üçün mü-
hüm  şansdır.  Dünya  siyasi  təcrübəsində  hətta  ən  sərt  si-
yasi  rejim  şəraitində  belə  hakimiyyətə  gəlməyin  və  siyasi 
5. 
SEÇKİ-2010: MÜXALİFƏTYÖNLÜ SİYASİ                



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə