AZƏrbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


Partiyaların rəng seçimi və simvolları



Yüklə 4.86 Mb.
Pdf просмотр
səhifə2/9
tarix10.06.2017
ölçüsü4.86 Mb.
1   2   3   4   5   6   7   8   9
Partiyaların rəng seçimi və simvolları. Bütün dünya-
da siyasi partiyalar özlərini  bu və ya digər rənglərlə ifadə 
edirlər.  Bu,  əsasən  də  seçkilərdə  fərqlənmək  məqsədini 
güdür.  Qırmızı,  adətən,  sol  partiyaların  -  sosialistlərin  və 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
25
kommunistlərin  və  s.  rəngidir.  Mühafizəkar  partiyaların  
rəngi  göy  (mavi)  və  qaradır.  İstisnalar  da  olur.  Məsələn, 
ABŞ-da Respublikaçılar Partiyasının rəngi qırmızı, Demok-
ratlar Partiyasınınkı isə mavidir. 
“Mülayim” sosialistlər, adətən, çəhrayı, liberallar isə sarı 
rəngi seçirlər. Yaşıllar (ekoloji yönlü) və islamçı partiyaların 
rəngi yaşıldır. Narıncı millətçilərin rəngidir. Bənövşəyi və ağ 
çalarlar monarxiyanın rəngi olsa da, bununla belə, müasir 
dünyada siyasi partiyalar tərəfindən də çox hallarda istifadə 
olunur. Məsələn, Azərbaycanda Vətəndaş Həmrəyliyi, Yeni 
Azərbaycan, Milli İstiqlal, AXCP, BAXCP və s. partiyaların da 
bayraqları ağ rəngdədir. Qəhvəyi və qara rəng, adətən, fa-
şist və neofaşist partiyaların rəngi hesab olunur.
Emblemlərə  gəldikdə  isə  kommunistlər  oraq  və  çəkici, 
sosialistlər  yumruqda  sıxılmış  qızılgülü  seçirlər.  Maraqlı-
dır  ki,  simvol-emblemlər  partiyanın  uğuruna  ciddi  təsir 
göstərir, çünki xalqın tarixi yaddaşı və mentaliteti ilə bağlı 
olur. (Məsələn, Keniyada keçirilən referendumda (2005-ci il) 
konstitusiya tərəfdarları simvol kimi bananı, onun əleyhinə 
olanlar isə portağalı seçmişdilər). 
Azərbaycanda  müxalifət  partiyalarını  “narıncı  inqilab” 
tərəfdarları olduqları üçün, şərti olaraq, “narıncı” rənglə də 
ifadə etmək olar. 
Partiyaların ad seçimi. Əksər hallarda partiyanın ide-
oloji    yönümü  onun  adında  da  öz  əksini  tapır,  məsələn, 
demokratik, liberal və s. Bir sıra ölkələrdə siyasi partiyanın  
dövlətin  adından  istifadə  etmək  hüququ  fərqlidir.  Rusi-
yada  partiya  dövlətin  adını  istifadə  edirsə,  buna  görə  rü-
sum ödəməkdən azaddır. Belorusiyada isə siyasi partiyanın 
adında  “Belorusiya,  respublika,  milli,  xalq”  və  s.  sözlərinin 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
26
işlədilməsi  qanunla  qadağan  edilmişdir.  Azərbaycanda  bu 
məsələdə  də  partiyalaşmanın  bütün  sahələrində  olduğu 
kimi ifratçılıq prinsipi özünü göstərir. Ölkədə təkcə qeydiy-
yatdan  keçmiş  32  siyasi  partiyanın  adında  ”Azərbaycan” 
sözü var. 
Bəzi  ekspertlər  hesab  edirlər  ki,  müəyyən  səviyyədə 
strukturlaşan,  ölkə  siyasətində  öz  yeri  olan,  lakin  nəticə 
qazanmayan  partiyalar  “uğursuzluq  zolağı”ndan  çıxmaq 
üçün  çətin  bir  addım  atmalıdırlar.  Siyasi  Texnologiya-
lar  Mərkəzinin  (STM)  rəhbəri  Vəli  Əlibəyli  isə  partiyaların 
fəaliyyətinin gücləndirilməsini ad dəyişikliyindən daha va-
cib  məsələ  hesab  edir:    “Təbii  ki,  bir  müddət  siyasi  mey-
danda mövcud olmuş siyasi təşkilatın adı onun üçün əsas 
təqdimat vasitəsidir. Amma, fikrimcə, Azərbaycan şəraitində 
bu  və  ya  başqa  bir  partiyanın  öz  adını  dəyişməsi  ilə  nə 
onun  fəaliyyətində  effektivlik  artacaq,  nə  də  ki  cəmiyyət 
tərəfindən  qəbul  olunmasında  irəliləyişlər  baş  verəcək. 
Əsas  məsələ  durğunluqdan  çıxmaq  və  siyasi  fəaliyyəti 
genişləndirməkdir.  Bunlar  yoxdursa,  o  halda  partiyalar  öz 
adlarını nə  qədər dəyişdirsələr də, heç nəyə nail olmaya-
caqlar. Yenə deyirəm, siyasi qurumlar adlarını dəyişməzdən 
əvvəl  onları  böhrandan  çıxara  biləcək  layihələr  üzərində 
düşünsələr,  daha  doğru  hərəkət  etmiş  olarlar.  Bu  məsələ 
müxtəlif ölkələrdə fərqli qaydada həyata keçirilir. Türkiyəni 
götürsək, birincisi, bu və ya başqa bir partiya qanunla qa-
dağan  olunursa,  o  zaman  təşkilatın  rəhbərliyi  və  üzvləri 
adın dəyişdirilməsi məcburiyyətində qalırlar. Eyni zamanda, 
iki və daha artıq sayda partiya birləşməyə qərar verəndə də, 
əksər hallarda birləşməni yeni ad altında həyata keçirir. Açı-
ğı, uğursuz fəaliyyətə görə partiyanın adının dəyişdirilməsi 
praktikasına  rast  gəlinmir.  Məsələn,  necə  ola  bilər  ki,  bir 
partiyanın  rəhbəri  öz  fəaliyyətində  ciddi  nəticə  qazanma-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
27
sın,  amma  təşkilatın  adını  dəyişməklə  böyük  uğurlar  əldə 
etsin?”(www.baki-xeber.com/new/2009/06/02).
Partiyaların ideoloji spektri onların fikir müxtəlifliyindən 
xəbər  verməklə  yanaşı,  həm  də  ümumi  konsensusa 
gəlməsini çətinləşdirən mühüm amildir. 
ABŞ-da  istiqlaliyyət  müharibəsindən  sonra  -  XIX  əsrin 
30-cu illərinin əvvəllərinə qədər birpartiyalı sistem mövcud 
olmuşdur. XIX əsrin 30-cu illərindən başlayaraq ABŞ-da iki-
partiyalı sistemə keçilmişdir. Partologiya sahəsində məşhur 
tədqiqatçı  A.Şvartsenberqə  görə,  təkpartiyalılıq  millətin 
birləşməsi üçün inteqrasiya vasitəsi ola bilər. Təkpartiyalılıq 
həm də cəmiyyətdə parçalanmanın qarşısını alır, sosial və 
milli  qrupları  birləşdirir.  Məsələn,  Mustafa  Kamal  Atatürk 
tərəfindən  əsası  qoyulmuş  Cümhuriyyət  Xalq  Partiyası 
1923-1945-ci illərdə Türkiyənin yeganə partiyası olsa da, o 
nə öz ideologiyasına, nə də strukturuna görə totalitar par-
tiyaya çevrilmişdir.
R.Darendorfa görə isə qarşıdakı yüzillikdə bu və ya digər 
düşərgəyə mənsub partiyalara daha ehtiyac qalmayacaqdır, 
yəni partiyaların hamısı “siyasi kokteylə” çevriləcəkdir. Bu-
nunla belə, siyasi proseslər onu göstərir ki, partiyalar müasir 
siyasi sistemdə real qüvvə olaraq qalır. 
Ən  ümumi  xüsusiyyət  odur  ki,  partiya  kontr  elitasının 
peşəkarlığı və praqmatizmi hiss olunmur,  öz sosial baza-
sının dəstəyi çox zəifdir. Onların əksəriyyətində gərəksizlik 
kompleksi, özünün müvəqqəti olduğunu hiss etmək duy-
ğusu çox güclüdür. 
Özlərini  liberal  adlandıran  partiyalar  liberalizmin  klas-
sik  mənasında  deyil,  təsəvvür  və  dərk  etdikləri  dərəcədə 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
28
bu ideologiyanın ifadəçiləridirlər. Onları əsasən “qərbçilər” 
kimi də səciyyələndirmək olar. Bu partiyalar arasında həm 
radikal-demokratik,  həm  də  sosial-liberal  oriyentasiyalı 
olanlar mövcuddur.
Ölkədəki siyasi hərəkat və partiyaların ümumi şəkildə üç 
istiqamətə meyilləndiyini qeyd etmək olar:
1.   Sağ cərəyan - əsasən  neoliberal, antikommunist  
 
istiqamətli partiyalar;
2.   Mərkəzçi xarakterə malik demokratik partiyalar;
3.  Siyasi qüvvələrin sol qanadına məxsus partiyalar -  
 
kommunist, sosialist istiqamətli.
Azərbaycan  siyasi  spektrinin  sol  tərəfi,  ümumiyyətlə, 
zəif görünür və demək olar ki, sosial dayağa malik deyildir. 
Əgər Azərbaycanın siyasi həyatında 1991-ci ilə qədər siyasi 
mübarizədə “demokratlar-kommunistlər” qarşıdurması var 
idisə, 1991-ci ildən sonra “islahatçılar-mühafizəkarlar” qar-
şıdurması üstünlük təşkil etmişdir. 1993-cü ildən başlayaraq 
isə  “demokratlar-radikalizm  tərəfdarlar”ının  qarşıdurması 
müşahidə edilir. 
Azərbaycan  Respublikasının  demokratik  yolla  inkişafı 
əksər  partiyaların  proqram  məqsədi  olmuş,  respublikamı-
zın  müstəqilliyinin  qorunub  saxlanılmasını  üstün  tutduq-
larına  görə,  konkret  tarixi  şəraitdən  asılı  olaraq,  onların 
mövqelərində  dəyişiklik  baş  vermiş  və  “sağ”  partiyalara 
çevrilmişlər.
Qeyd etmək lazımdır ki, sağ partiyalar öz siyasi mübarizə 
tarixinə və mübarizə taktikasına görə bir-birindən müəyyən 
dərəcədə  fərqlənirlər. Məsələn, Müsavat Partiyası indiyədək 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
29
bir  proqram  xarakterli  bəyannamə  (1912)  və  dörd  proq-
ram (1917, 1936, 1992, 1997) qəbul etməsinə baxmayaraq, 
prinsiplərində dəyişiklik çox az olmuşdur. Bu partiya istiqlal-
çılıq, millətçilik, dövlətçilik, hürriyyətçilik, milli təsanüdçülük 
(həmrəylik)  kimi  əsas  prinsiplərə  indi  də  sadiq  olduğunu 
bəyan etmişdir. XX əsrin sonlarında olduğu kimi, elə həmin 
əsrin birinci rübündə də partiyanın mövqeyində dəyişiklik 
soldan  sağa  olmuşdur.  Belə  ki,  Müsavat  Partiyası  1917-
1918-ci illərdə sol-mərkəzçi partiya olmasına baxmayaraq, 
illər keçdikcə sağ-mərkəzçi mövqeyə keçmiş və indi  özünü  
sağ-mərkəzçi partiya hesab edir.
Siyasi  partiyaların  fəaliyyətinin  Azərbaycana  xas  olan 
cəhətlərindən danışarkən bir məsələ mütləq qeyd olunmalı-
dır ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiya-
lar və  təşkilatlar üçün ölkəmizin ərazi bütövlüyünün təmin 
olunması, müstəqil dövlətçiliyimizin, suverenliyimizin qorun-
ması və möhkəmlənməsi (imperiya və sosializm nostalgiyası 
ilə yaşayan kommunistlər, sosialistlər və başqalarını nəzərə 
almasaq) özünəməxsus ideoloji konstanta kimi dəyişməzdir. 
Məhz  cəmiyyəti  təkamül  yolu  ilə  dəyişdirmək  istəyən 
mühafizəkarlar  mərkəzçi  mövqeyini  tutaraq  sağdan 
mərkəzə doğru meyillənir və sağ-mərkəzçi mövqedə qərar 
tuturlar.  Sağ-mərkəzçiliyə  dünya  təcrübəsində  həm  də 
praqmatizm, konsensus və dialoqa açıq olmaq xasdır. 
Hazırda  respublikanın  ictimai-siyasi  həyatında  öz 
mübarizə  vasitələri  ilə  mühüm  rol  oynayan,  sosial  bazası 
geniş  xalq  kütləsini  əhatə  edən  partiyalar  çox  azdır.  Bəzi 
partiyalar  isə  loyal  mövqenin  ifadəçisi  olduğundan  xalq 
arasında  yüksək  reytinqə  malik  deyildir.  Ölkədə  mövcud 
olan siyasi partiyaların mövqeyini ən ümumi şəkildə bu cür 
təsvir etmək olar:

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
30
iqtidar
iqtidaryönlü
müxalifət
marginal

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
31
Reallıqda  siyasi  partiyaların  fəaliyyətinin  koordinasiya 
olunması və səmərəli təşkilatlanma formasının tapılması çox 
vacibdir.  Ölkədə  siyasi  bloklaşmanın  mövcud  təcrübəsi  də 
bu qanunauyğun və obyektiv gedişatdan məhrumdur. Parti-
yalaşma prosesində müəyyən mərhələdə normal demokra-
tik mühit yaradılana qədər siyasi bloklardan daha irəli gedən 
bir koordinasiya meylinə ehtiyac yaranır. Bu, bir  çox resurs-
ların səfərbər olunmasını təmin edə, onlarla real qüvvə kimi 
hesablaşmağın mümkünlüyünə diqqəti cəlb edə  bilir.
Belə  təsəvvürlər  mövcuddur  ki,  ölkədə  partiyaların 
birləşməsinə  mane  olan  səbəb  siyasi  lider  amilidir.  Lakin 
2003-cü ildən sonra  bir neçə siyasi lider partiya sədrliyindən 
imtina  etdi.  Məsələn,  Etibar  Məmmədov  Azərbaycan  Milli 
İstiqlal Partiyasının, Lalə Şövkət Hacıyeva Azərbaycan Libe-
ral Partiyasının, Pənah Hüseyn isə Azərbaycan Xalq Partiya-
sının sədrliyindən istefa verdilər. Amma bu da partiyaların 
yaxınlaşmasına səbəb olmadı. Keçmiş liderlərin əvəzinə res-
publika miqyasında deyil, ancaq öz partiyaları çərçivəsində 
tanınan yeniləri meydana çıxdı. 
Müxalifət partiyalarının müxtəlif formatda birləşməsinə 
bir neçə dəfə cəhd edilmişdir. Özü də söhbət hansısa blokda 
yox, bir partiyada birləşməkdən gedirdi. İlk dəfə belə təklif 
bir neçə il bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi və Mü-
savat partiyaları ilə bağlı irəli sürülmüşdü. O vaxt təklif edil-
mişdi ki, birləşmiş partiyanın sədri bir nəfər, prezidentliyə 
namizədi  isə  başqa  bir  nəfər  olsun.  Həmin  vaxt  bu  təklif 
həyata keçmədi. Sonradan bu təklifə bir daha qayıdan ol-
3. 
  MÜSTƏQİLLİK DÖVRÜNDƏ SİYASİ MƏKANDA 
  MÖVCUD OLAN BLOKLAR VƏ BİRLİKLƏR

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
32
madı. Ötən müddət ərzində isə partiyalar  əks tendensiyaya 
-  birləşməkdənsə  parçalanmağa  üstünlük  vermişlər  ki,  bu 
da siyasi böhranın göstəricisidir. Böhran narazılığı, ümidsiz-
liyi və ixtilafları artıraraq, son nəticədə parçalanmaya gətirib 
çıxarır. Azərbaycanda müxalifət, ilk növbədə, yeni şəraitdə 
işləməyi öyrənə bilməmişdir. 
1998-ci ildə 20 siyasi partiya prezident seçkilərində iş-
tirak  etməkdən  imtina  etdi.  Radikal  müxalifət  (beşlik)  bu 
seçkiləri  boykot  etmək  haqqında  protokol  imzaladı.  Pre-
zident  seçkilərinin  demokratik  keçirilməsini  təmin  etmək, 
siyasi  partiya  və  təşkilatların  fəaliyyətini  əlaqələndirmək, 
kütləvi  tədbirlər  keçirmək  üçün  26  mart  1998-ci  ildə  36 
ictimai-siyasi  təşkilatı  birləşdirən  Seçki  İslahatları  və  De-
mokratik  Seçkilər  Uğrunda  Hərəkat  (SİDSUH)  koalisiyası 
yaradıldı.  1999-cu  ildə  müxalifətin  ən  geniş  ictimai  quru-
mu olan SİDSUH-da 67 partiya və təşkilat təmsil olunurdu 
(AXCP, ADP, MP, AMİP, VHP və s. )
Müstəqillik  dövrünün ilk illərində çoxlu blok və birliklər 
(milli  müqavimət  hərəkatı,  milli  demokratik  blok)  yaransa 
da,  onlar  sonralar  fəaliyyət  göstərə  bilmədi.  (Demokratik 
Konqres, Dəyirmi Masa, Məşvərət Məclisi istisna olmaqla). 
Bu qurumlar dövlətlə vətəndaşlar arasında  vasitəçilik funk-
siyasını yerinə yetirsələr də, məqsədləri, fəaliyyət metodları 
və iqtidara təsir üsullarına görə fərqlənirdilər. 
Vaxtilə  iqtidarda  olmuş  partiyaların  məşvərət, 
əməkdaşlıq, birgə fəaliyyət qurumu olan milli demokratik 
yönlü Demkonqresin yaranması 4 iyun 1993-cü il qiyamına 
cavab reaksiyası idi (AXC, MP, Əhrar, Çağdaş Turan, AXDP və 
s. partiyalar). 1994-cü ilin əvvəllərindən fəaliyyət göstərən 
bu blokun 2000-ci ildə 11 üzvü var idi. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
33
7 yanvar 1995-ci ildə vətəndaş həmrəyliyinə nail olmağı 
qarşısına məqsəd qoyan, siyasi yönümündən asılı olmaya-
raq bütün təşkilatları bir araya gətirən məsləhət, məşvərət, 
qarşılıqlı əməkdaşlıq mərkəzi kimi Dəyirmi Masa yaradıldı. 
Bu  quruma  ilk  əvvəl  32  təşkilat  daxil  olsa  da,  onun  ikinci 
əsasnaməsini 16 təşkilat imzaladı. 2000-ci ilin əvvəllərində 
Dəyirmi Masanın tərkibində 11 partiya fəaliyyət göstərirdi. 
5 aprel 1997-ci ildə iqtidarın siyasətini dəstəkləyən par-
tiyaların  məşvərət  və  əməkdaşlıq  mərkəzi  olan  Məşvərət 
Məclisi  təsis  edildi.  2000-ci  ilin  əvvəllərində  əks  mövqeli 
partiyaların da (AKP, AVP) təmsil olunduğu bu qurumda 12 
partiya birləşirdi. 
1997-ci  ilin  oktyabrında  ASDP  və  AKP-nin  təşəbbüsü 
ilə  qarşısına  demokratik  sosializm  cəmiyyəti  qurmaq 
məqsədini qoyan “Sosialist Azərbaycanı” bloku yaradıldı.
Bu  gün  partiyaların  inteqrasiyası  sahəsində  partiyalar-
arası  sazişlər  (MAP,  MİP,  VP,  SƏP;  Tərəqqi  Partiyasının  9 
partiya  ilə  sazişi)  bağlansa  da,  onun  real  nəticəsi  məlum 
deyil.  Bu  proses  ləng  getməklə  bərabər,  həm  də  onun 
əhəmiyyəti  dərk  edilmir.  Hələ  də  partiyalararası  və  parti-
yadaxili  qarşıdurma,  diferensiasiya  (AXCP-də  klassiklər  və 
islahatçılar; Vəhdət; ADP-Ədalət; AKP: AKP-1; AKP-2; AVKP 
və s.) birlik yaratmağa mane olan amillərdir. Beləliklə, res-
publikada mövcud siyasi partiyaların parlament partiyala-
rına çevrilməsi şansı az, imkanları məhdud, siyasi mübarizə 
vasitələri isə səbatsızdır.
2003-cü il may ayının 9-da Ümid Partiyasının Ali Məclisi 
”Bizim  Azərbaycan”  blokunun  namizədi  Müsavat  baş-
qanı  İsa  Qəmbərin  2003-cü  ilin  prezident  seçkilərində 
namizədliyini  dəstəkləmək  və  «Bizim  Azərbaycan»  bloku-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
34
na qoşulmaq barədə qərar qəbul etdi və Müsavat Partiya-
sı ilə 21 may 2003-cü il tarixində ikitərəfli saziş imzalandı. 
Bu blokda 30-dan artıq siyasi partiya və 70-ə yaxın ictimai 
təşkilat birləşirdi.
6 iyun 2005-ci il tarixində Ümid Partiyasının Ali Məclisi 
«Bizim Azərbaycan» blokunda təmsilçilikdən imtina etməklə 
Müsavat və digər partiyalarla ikitərəfli əməkdaşlığın davam 
etdirilməsini qərara aldı. 
Demokratiya  Uğrunda  İttifaqda  (DUİ)  üç  müxalifət 
partiyası - Klassik Xalq Cəbhəsi Partiyası (sədr - Mirmahmud 
Mirəlioğlu),  Milli  Demokratiya  Partiyası  (sədr  -  İsgəndər 
Həmidov)  və  Azadlıq  Partiyası  (sədr  -  Əhməd  Oruc)  bir 
araya  gəlmişdir.  DUİ  2005-ci  ilin  parlamеnt  seçkilərindən 
sonra yaradılıb. 2008-ci il sеntyаbr ayının əvvəllərində Bö-
yük  Azərbаycаn,  nоyаbr  аyındа  isə  Хаlq  pаrtiyаlаrı  DUİ-
yə  üzv  qəbul  оlunub.  İttifаq  bu  pаrtiyaların  məşvərət  və 
əməkdaşlıq  qurumudur.  Oktyabr  ayında  Milli  Demokrat 
Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının qu-
ruma üzv qəbul olunması haqqında qərar qəbul edilib.
Seçki blokları. 2005-ci ildə keçirilən parlament seçkiləri 
ilə  əlaqədar  yaradılan  seçki  blokları  intensivliyi  və  sayı  ilə 
yadda qalmışdır. Bu bloklara aşağıdakılar aid idi:
“Müstəqil media - 2005”  seçki bloku
  Qadınların seçki bloku
“Gənc Azərbaycan - Yeni adlar” seçki bloku
“Yeni parlament” seçki bloku
“Parlament -2005” hüquqşünasların seçki bloku
“Yeni siyasət” seçki bloku
“İctimai liderlər birliyi” seçki bloku.
“Müstəqil media - 2005”  seçki bloku 2005-ci  il mayın 
15-də təsis edilib. Blokun ilkin təsisçiləri ölkənin beş popul-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
35
yar qəzetinin baş redaktorları olmuşdur. Bu blok parlament 
seçkilərində iştirak etməyi qarşılarına məqsəd yox, bir vasitə 
kimi qoymuşdu. Hesab edirdi ki, Azərbaycanın gələcək si-
yasi həyatında, parlamentdə bu cür media tərəfdarlarının, 
müstəqil media nümayəndələrinin iştirakı zəruridir.
Qadınların seçki bloku 2005-ci il mayın 14-də təsis edi-
lib. Blokun təsisçiləri, əsasən, Azərbaycan Qadın Hərəkatının 
liderləri idi.
“Gənc  Azərbaycan  -  Yeni  adlar”  seçki  blokunun  təsis 
edilməsi haqqında 2005-ci il mayın 27-də bəyanat verilib. 
Siyasi  mənsubiyyətindən  asılı  olmayaraq  hər  bir  peşəkar 
və  vətənpərvər  azərbaycanlı  üçün  açıq  olan  seçki  blo-
ku  olmuşdur.  Blokun  məqsədi  seçkilərin  milli  birliyimizin 
möhkəmlənməsi və vətəndaş dialoqunun yaranması üçün 
bir vəsilə olmasına nail olmaq idi. 
”Yeni  parlament“  seçki  blokunun  təqdimat  mərasimi 
2005-ci    il  iyunun  13-də  keçirilib.  Blok  yaxın  gələcəkdə 
qeyri-siyasi blokların alyansını – “İctimai Alyans”ı yaratmağı 
planlaşdırırdı.
 “Parlament 2005“ hüquqşünasların seçki bloku 2005-
ci il mayın 16-da təsis edilib. Blokun yaradılmasında əsas 
məqsəd bu proseslərdə hüquqşünasların daha fəal iştirakı-
nı, onların potensialından daha səmərəli istifadə edilməsini 
təmin etmək idi.
”Yeni siyasət“ seçki bloku 2005-ci  il aprelin 12-də təsis 
edilib. Blokun strateji məqsədi Azərbaycanın siyasi sistemini 
demokratikləşdirmək olmuşdur.
”İctimai liderlər birliyi” seçki bloku 2005-ci il aprelin 22-
də təsis edilib. Blokun təsisçilərindən Milli Qeyri-Hökumət 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
36
Təşkilatları Forumunun prezidenti Azay Quliyev Milli Məclisə 
üzv seçilib.
“Azadlıq”  Siyasi  Partiyalar  Bloku  (Azərbaycan  Res-
publikasında Siyasi Partiyalar İttifaqı) 2005-ci il parlament 
seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi ya-
radılmışdır. İki partiyanı və bir hərəkatı özündə birləşdirən 
qurumun,  müşahidələrə  görə,  30  nəfərdən  çox  elektoratı 
yoxdur.
ADP  “Azadlıq”  blokundan  çıxdıqdan  sonra  onsuz  da 
böhran içərisində olan blok daha ağır vəziyyətə düşüb. İndi 
iki partiya (bunun da biri hələ də qeydiyyatdan keçməyib 
və  sədrlə  qovluqdan  başqa  sıralarında  kimsə  yoxdur)  və 
bir neçə  nəfərlik  hərəkatdan ibarət olan “Azadlıq” bloku 
artıq  yaddaşlardan  silinmək  üzrədir  (www.azadliqradiosu.
com).  Müsavat  funksionerlərindən  biri  qeyd  edir  ki,  onlar 
ətraflarına 30 nəfər toplayıb aksiya keçirə bilmirlər. “Azad-
lıq” blokunun üzvləri “fəaliyyət proqramının qəbul edilməsi” 
adı ilə yenidən bir araya gəlməyə çalışırlar. 
Hadisələrin  gedişatı  göstərir  ki,  növbəti  parlament 
seçkilərinə  qədər  müxalifət  partiyaları,  həmçinin  siyasi 
bloklar  yenidən  hissələrə  bölünmək  meylindən  azad  ola 
bilməyəcəklər.  Bunu  son  vaxtlar  “Azadlıq”  blokundakı  da-
xili  münaqişələr,  həmçinin  Müsavat  Partiyasının  keçirdiyi 
mitinqlərdə müxtəlif vasitələrlə topladıqları təəssübkeşlərin 
sayının azlığı təsdiqləyir. 
“Azadlıq” blokunun parçalanması müxalifətin gündəliyinə 
gətirilib.  Əli  Kərimli  başda  olmaqla  cəbhəçilərin  Müsavat 
Partiyasına  meyillənməsi  blokun  gələcəyini  təhlükə  altı-
na  almışdı.  Dörd  il  yarım  müddətində  ilk  dəfə  blokun  üç 
partiyasından  biri  ümumi  iradə  əleyhinə  getdi  və    başqa 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
37
siyasi  təşkilatla  etiraz  aksi-
yasında  iştirak  etdi.  Müsa-
vat  Partiyası  düşünülmüş 
şəkildə  “Azadlıq”  blokunun 
dağılması  siyasətini  həyata 
keçirir. Beləliklə də, radikallar 
düşərgəsində  tənəzzül  pro-
sesini sürətləndirən proseslər 
baş  verir.  Seçkilərə  hazırlıq 
və    ixtiyarlarında  olan  cüzi 
resursların  cəmlənməsi  əvəzinə  partiya  liderləri  bir-birini 
zəiflətmək  və  düşmənçilik  mövqelərində  dururlar  (Pərvaz 
Atakişizadə www.1news.az. 06.07.2010).
Doğrudan da, qeyd edilən 
proseslərin “ildırım sürəti” ilə 
getməsi  nəticəsində  blokun 
parçalanması  reallığa  çevril-
di.  Azərbaycan  Liberal  Par-
tiyasının  lideri  Lalə  Şövkət 
“Media 
forum” 
saytına 
müsahibəsində  bildirmişdir: 
“Artıq  “Azadlıq”  blokunun 
fəaliyyətinə xitam verilmişdir. 
Hələ  fevral  ayında  bildirmişdim  ki,  əgər  AXCP  Müsavatla 
birləşərsə, avtomatik olaraq “Azadlıq” blokunun fəaliyyətinə 
xitam veriləcək. Bu, AXCP-nin cəbhəçilərin istək və maraq-
larının nəzərə alınması ilə qəbul olunan qərarıdır. Ona görə 
də “Azadlıq” blokunun dağılmasına çox təmkinli və alicənab 
yanaşmaq  lazımdır.”  (İmdad  Əlizadə.  www  .mediaforum.
az.2010-07-13)
Azərbaycan Demokratik Partiyasının sədr müavini Zakir 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
38
Hüseynovun  sözlərinə  görə,  “Azadlıq”  blokunun  dağılma-
sının  günahkarı    heç  bir  xarici  qüvvə  deyil,  burada  təmsil 
olunan partiyaların özləridir.
Bütövlükdə demək olar ki, yaranan həmin blokların ha-
mısının  səmərəsizliyini və partiyalaşmanın dünyada möv-
cud olan tələblərinə cavab vermədiyini zaman sübut edir. 
Hazırda  seçkilərdə  bloklar  yaradılmasına  dair  proqnozlar 
verilsə də, reallıqda konkret bir qurum təsis edilməmişdir. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə