Azərbaycanda siyasi məhbusların



Yüklə 4,95 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix01.12.2016
ölçüsü4,95 Kb.
#566
1   2   3   4   5   6   7   8   9   10   ...   14
tərəfinə  keçmə,  casusluq,  dövlət  sirrini  xarici  dövlətə  vermə,  Azərbaycan 
Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya 
onların  nümayəndələrinə  kömək  etmə)  və  278-ci  (Azərbaycan  Respublikasının 
Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin 
zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə 
yönələn hərəkətlər) maddələri 
Saxlandığı yer: 15 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
 
34.  Əliyev Ceyhun Saleh oğlu 
 
Saxlanma tarixi: 15 yanvar 2007-ci il                                                
 
İttiham:  CM-nin  28.2  (yalnız  ağır  və  xüsusilə  ağır  cinayətlərin  törədilməsinə 
yönəlmiş  hazırlıq),  180.3.1  (soyğunçuluq,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə); 
218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, 
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz 
olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
49 
həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə 
etmə,  başqasına  vermə,  satma,  saxlama,  daşıma  və  ya  gəzdirmə),  274  (dövlətə 
xəyanət,  yəni  Azərbaycan  Respublikasının  suverenliyi,  ərazi  toxunulmazlığı,  dövlət 
təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan  Respublikasının 
vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət 
sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti 
aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və 
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla 
ələ  keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin 
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri 
Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
 
35.  Əliyev Rəşad İsmayıl oğlu 
 
Saxlanma tarixi: 13 yanvar 2007-ci il                                                  
 
İttiham:  CM-nin  28.2  (yalnız  ağır  və  xüsusilə  ağır  cinayətlərin  törədilməsinə 
yönəlmiş  hazırlıq),  180.3.1  (soyğunçuluq,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə); 
204.3.1  (satış  məqsədi  ilə  saxta  pul,  qiymətli  dövlət  kağızları  və  ya  xarici  valyuta, 
yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və 
ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 204.3.2 (satış məqsədi ilə saxta 
pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan 
qiymətli  kağızları  hazırlama,  habelə  əldə  etmə  və  ya  satma,  külli  miqdarda 
törədildikdə),  218.2  (cinayətkar  birlikdə  (təşkilatda),  habelə  mütəşəkkil  dəstələrin 
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla 
ələ  keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin 
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri 
Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
 
36.  İdrisov Mikayıl Qərib oğlu 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
50 
Saxlanma tarixi: 15 yanvar 2007-ci il                                                
 
İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin 
təşkilatçılarının,  rəhbərlərinin  və  ya  sair nümayəndələrinin  birliyində  iştirak etmə), 
228.1 (qanunsuz  olaraq  odlu  silah,  onun komplekt  hissələrini,  döyüş  sursatı  (yivsiz 
odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr 
və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla 
ələ  keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin 
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri 
Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
 
37.  Kərimov Cahangir Ramiz oğlu 
 
Saxlanma tarixi: 15 yanvar 2007-ci il                                              
 
İttiham:  CM-nin  28.2  (yalnız  ağır  və  xüsusilə  ağır  cinayətlərin  törədilməsinə 
yönəlmiş  hazırlıq),  180.3.1  (soyğunçuluq,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə); 
218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, 
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə),  228.1 (qanunsuz 
olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və 
həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə 
etmə,  başqasına  vermə,  satma,  saxlama,  daşıma  və  ya  gəzdirmə),  274  (dövlətə 
xəyanət,  yəni  Azərbaycan  Respublikasının  suverenliyi,  ərazi  toxunulmazlığı,  dövlət 
təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan  Respublikasının 
vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət 
sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti 
aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə)  və 
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla 
ələ  keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin 
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri 
Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
51 
 
38.  Kərimov Rasim Rafiq oğlu 
 
Saxlanma tarixi: 20 yanvar 2007-ci il                                             
 
İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin 
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla 
ələ  keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin 
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri 
Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
 
39.  Qocayev Samir Edik oğlu 
 
Saxlanma tarixi: 17 yanvar 2007-ci il                                              
 
İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin 
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla 
ələ  keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin 
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri 
Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
 
40.  Quliyev Bəybala Yəhya oğlu 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
52 
Saxlanma tarixi: 13 mart 2007-ci il                                                 
 
İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin 
təşkilatçılarının,  rəhbərlərinin  və  ya  sair nümayəndələrinin  birliyində  iştirak etmə), 
228.1 (qanunsuz  olaraq odlu  silah, onun komplekt  hissələrini,  döyüş  sursatı  (yivsiz 
odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr 
və  qurğular  əldə etmə,  başqasına vermə,  satma,  saxlama,  daşıma  və  ya  gəzdirmə), 
228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz 
odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr 
və  qurğular  əldə  etmə,  başqasına  vermə,  satma,  saxlama,  daşıma  və  ya  gəzdirmə, 
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq 
qaz  silahını,  soyuq  silahı,  o  cümlədən  soyuq  atıcı  silahı  əldə  etmə,  satma  və  ya 
gəzdirmə,  milli  geyim  ləvazimatı  hesab  olunan  ərazilərdə  və  ya  ovçuluq  peşəsi  ilə 
bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla)  və  278-ci (Azərbaycan 
Respublikasının  Konstitusiyasına  zidd  olaraq  hakimiyyətin  zorla  ələ  keçirilməsinə, 
yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin  konstitusiya  quruluşunun 
zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri 
Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
41.  Möhbalıyev Emil Nurəddin oğlu 
 
Saxlanma tarixi: 15 yanvar 2007-ci il                                               
 
İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin 
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla 
ələ  keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin 
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri 
Saxlandığı yer: 15 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
53 
 
 
b.  Azərbaycan İslam Partiyasının sədri və onunla birlikdə tutulan şəxslərin işi  
 
 
1991-ci  ildə  Bakıda  təsis  edilən  Azərbaycan  İslam  Partiyası  1992-ci  ildə  dövlət 
qeydiyyatına  alınıb.  1995-ci  ildə  qeydiyyatı  Ali  Məhkəmə  tərəfindən  ləğv  edilən 
partiyanın fəaliyyəti faktiki olaraq qadağan edilməyib və qeydiyyat olmadan hazırda 
da  fəaliyyət  göstərir.  Partiyanın  2007-ci  ildə  keçirilən  qurultayında  Hacı  Mövsüm 
Səmədov  partiyanın  sədri  seçilib  və  qeydiyyat  üçün  Ədliyyə  Nazirliyinə  müraciət 
edilib (partiya qeydiyyata alınmayıb).  
Partiya  və  cənab  Səmədov  Azərbaycanda  islam  dininin  tələblərinə  riayət  edilməli 
olduğunu, Azərbaycan hakimiyyətinin  islama qarşı  yönələn siyasət apardığını, ABŞ 
və  İsraili  işğalçı  ölkə  kimi  tanıdığını  bəyan  edib.  Cənab  Səmədov  2009-cu  ilin 
dekabrında  İran  radiosuna  verdiyi  müsahibəsində  Azərbaycanda  bir  neçə  məscidin 
sökülməsi  ilə  bağlı  qərara  etirazını  bildirmiş  və  dini  sahəni  tənzim  edən  bəzi 
qanunlara  edilən  dəyişiklikləri  pisləmişdir.  2010-cu  ilin  aprelində  cənab  Səmədov 
Prezident  İlham  Əliyevə  müraciət  göndərmiş  və  ona  prezident  seçildikdən  sonra 
Konstitusiya ilə yanaşı “Qurani-Kərim”ə də and içdiyini, lakin bəzi əməllərinin həm 
Konstitusiyaya, həm də “Quran”a zidd olduğunu bildirmişdir. Cənab Səmədov həmin 
il  Beynəlxalq  Qüds  Günündə  İsrail  səfirliyinin  qarşısında  keçirilən  dinc  aksiyada 
iştirak edib və saxlanılıb, sonradan sərbəst buraxılıb. Partiya 2010-cu ilin noyabrında 
“Alma”  qəzetində  Məhəmməd  Peyğəmbərlə  bağlı  yazılara  etiraz  olaraq  Qafqaz 
Müsəlmanları İdarəsi ilə birgə Mətbuat Şurasına müraciət edir, partiya sonradan Milli 
Televiziya  və  Radio  Şurasına  da  telekanallarda  açıq-saçıq  verilişlərin 
yığışdırılmasının zəruriliyi ilə bağlı müraciət edir. Partiya və cənab Səmədov 2010-cu 
ilin  noyabrında  keçirilmiş  parlament  seçkilərində  iştirak  etsə  də,  mandat  qazana 
bilmir.  2010-cu  ilin  dekabrında  Təhsil  Nazirliyi  tərəfindən  məktəblərdə  hicabın 
qadağan edilməsi ilə bağlı qərarın əleyhinə təşkil edilmiş ilk dinc etiraz aksiyasında 
partiya fəalları iştirak ediblər.   
2011-ci  il  yanvarın  2-də  Partiyanın  Baş  Məclisində  cənab  Səmədov  çıxış  edərək 
hicaba  qadağa  ilə  bağlı  təhsil  naziri  Misir  Mərdanovu,  ölkədəki  ictimai  və  sosial 
vəziyyətə  görə  isə  prezident  İlham  Əliyevi  sərt  tənqid  edib
25
.  Çıxışı  zamanı  cənab 
Səmədov Dubayda prezident İlham Əliyevə və oğluna məxsus olan villalar barədə bir 
müddət  əvvəl  Washington  Post  və  New  York  Times  qəzetlərində  dərc  edilən 
məqalələrə  istinad  edərək,  Azərbaycan  xalqının  və  dövlətinin  sərvətlərinin 
oğurlandığını,  bu qədər sərvətlərin olmasına baxmayaraq Azərbaycan gənci üçün  iş 
yerinin olmadığını, ölkədə ədalətsizlik və rüşvətin tüğyan etdiyini, keçmiş prezident 
Heydər  Əliyevin  doğum  günü  keçirilən  Gül  bayramına  xərclənən  pulların  xalqdan 
oğurlandığını  və  Heydər  Əliyevə  sitayiş  etməklə  ölkədə  bütpərəstliliyin  təbliğ 
edildiyini  bildirib.  Cənab  Səmədov  çıxışında  bildirib  ki,  Azərbaycan  xalqı  bu 
məsələdə  ayıq  olmalı  və  ayağa  qalxmalı,  hakimiyyəti  dəyişməli  və  bu  zülmün 
qarşısında  durmalıdır.  Cənab  Səmədovun  bu  çıxışı  sosial  şəbəkələrdə,  xüsusən 
Youtube portalında geniş şəkildə yayılıb və geniş müzakirələr yaradıb.   
Cənab  Səmədov  bu  çıxışından  cəmi  5  gün  sonra,  yanvarın  7-də  öz  müavini  Vaqif 
Abdullayev,  partiya  üzvü  Elçin  Həsənov  və  sürücüsü  Mirhüseyn  Kazımovla  birgə 
həbs  edilir.  Adları  çəkilən  şəxslərin  olduğu  maşın  Dövlət  Yol  Polisi  əməkdaşları 
                                                        
25
 
http://bit.ly/1mb5txL
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
54 
tərəfindən saxlanılır, polis sürücüdən sürücülük vəsiqəsini aldıqdan sonra yol  polisi 
maşınının qarşısındakı qara rəngli maşından düşən bir neçə mülkigeyimli şəxs cənab 
Səmədovu  və  onunla  birgə  olanları  polisə  müqavimət  göstərməkdə  ittiham  edərək 
saxlayıblar.  Nərimanov  rayonu  19-cu  polis  bölməsinə  gətirilən  cənab  Səmədov  və 
onunla birgə olan şəxslər orada izahat verdikdən sonra Binəqədi rayon Məhkəməsinə 
aparılıblar  və  məhkəmə  polisə  müqavimət  ittihamı  ilə  onların  barəsində  10-15  gün 
inzibati  həbs  qərarı  verib  (cənab  Səmədov  14  gün  inzibati  həbs  alıb).  Cənab 
Səmədovdan  başqa  saxlanılanlar  Binəqədi  Müvəqqəti  Saxlama  Təcridxanasına 
aparılıblar, cənab Səmədovun harada saxlanması ilə bağlı bir neçə gün ərzində heç bir 
məlumat  verilməyib  (sonradan  onun  Milli  Təhlükəsizlik  Nazirliyində  saxlandığı 
məlum olub).  
Cənab  Səmədov  inzibati  qaydada  həbs  edildiyi  gün  Daxili  İşlər  Nazirliyi  cənab 
Səmədovun Qubada yaşayan əmisi oğlu Dəyanət Səmədovla birgə iğtişaşlar törətmək, 
ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi 
ilə  bağlı  nazirliyə  daxil  olmuş  məlumatlar əsasında Baş  Mütəşəkkil  Cinayətkarlıqla 
Mübarizə  İdarəsi  tərəfindən  əməliyyat-axtarış  tədbirlərinin  həyata  keçirildiyini  və 
Dəyanət  Səmədovun  işlədiyi  elektrik  malları  dükanından  3  ədəd  əl  qumbarası  və 
yaşadığı evdən 7 avtomat patronun tapıldığını və faktla bağlı cinayət işinin açıldığını 
bəyan  etmişdir.  Partiyanın  daha  bir  fəalı  cənab  Axundzadə,  o  cümlədən  cənab 
Səmədovun  əmisi  oğlu  Dəyanət  Səmədov  və  qaynı  Firdovsi  Məmmədrzayev, 
yanvarın  2-də  keçirilmiş  Baş  Məclisdə  iştirak  etmiş  ruhanilər  Fəramiz  Abbasov  və 
Zülfüqar  Mikayılzadə  saxlanılmış,  onların  evindən  silah-sursatın  tapıldığı 
bildirilmişdir.  Cənab  Səmədova  və  onunla  birgə  həbs  edilmiş  şəxslərə  qarşı  cənab 
Səmədovun  məhz  yanvarın  2-də  etdiyi  çıxışı  zamanı  hakimiyyətin  zorla  ələ 
keçirilməsinə çağırış edilməsi ilə bağlı ittiham və digər ittihamlar irəli sürülmüşdür. 
İnzibati həbs müddəti bitdikdən sonra cənab Səmədovun barəsində, o cümlədən digər 
həbs edilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir.                 
Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  07  oktyabr  2011-ci  il  tarixli  qərarı  ilə  cənab 
Səmədov Mövsüm 12 il, cənab Axundzadə 11 il 6 ay, cənab Abdullayev 11 il, cənab 
Abbasov 11 il, cənab Məmmədrzayev 10 il, cənab Səmədov Dəyanət 10 il müddətinə 
azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  ediliblər.  Cənab  Mikayılzadə  isə  5  il 
sınaq  müddəti  tətbiq  olunmaqla  11  il  şərti  azadlıqdan  məhrumetmə  cəzasına 
məhkum  olunub.  Bakı  Apellyasiya  Məhkəməsi  17  may  2012-ci  il  tarixdə,  Ali 
Məhkəmə isə 21 fevral 2013-cü il tarixdə bu qərarı olduğu kimi qüvvədə saxlayıb.  
Məhkəmə proseslərinin müşahidəsi və yekun hökmün tədqiqi zamanı məlum olur ki, 
cənab  Səmədov  onunla  birgə  həbs  edilən  şəxslərlə  əvvəlcədən  heç  bir  cinayət 
əlaqəsinə girməmişdir, yanvarın 2-də etdiyi çıxışı özü hazırlamış və keçirilən tədbirdə 
iştirak  edən  partiyanın  sədr  müavini  cənab  Abdullayev,  partiyanın  Astara  rayon 
şöbəsinin sədri cənab Axundzadə, tədbirə tanınmış ruhanilər olaraq qonaq kimi dəvət 
edilmiş  cənab  Abbasov  və  cənab  Mikayılzadə  bu  çıxışı  orada  eşitmişlər.  Cənab 
Səmədov  çıxışı  zamanı  istintaqın  iddia  etdiyi  kimi  “cihad”  sözünü  ümumiyyətlə 
işlətmədiyini,  xalqı digər  müxalif  siyasətçilər  etdiyi  kimi  inandığı dəyərlər uğrunda 
mübarizəyə çağırdığını və hakimiyyəti sərt tənqid etdiyini bildirmişdir. Məhkəmənin 
istinad  etdiyi  bütün  sübutlar  hüquq-mühafizə  orqanları  tərəfindən  təqdim  edilən 
sənədlərə və ya ifadələrə əsaslanıb. İstintaq zamanı təqsirləndirilən şəxslərin əleyhinə 
ifadə  vermiş  şahidlərin  əksəriyyəti  məhkəmədə  bu  ifadələrindən  imtina  etmiş, 
istintaqda  basqı  altında  olduqları  üçün  bu  cür  ifadələr  verdiklərini  bildirmişlər. 
Məhkəmə isə bu şəxslərin ifadələrini dəyişmələrini hökm çıxarılarkən şahidlərə kənar 
şəxslərin təsir göstərmələrinin nəticəsi kimi qiymətləndirib. Silahların tapıldığı iddia 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
55 
edilən  cənab  Dəyanət  Səmədovun  çalışdığı  mağazada  axtarış  barədə  tərtib  edilmiş 
protokolda hal şahidi kimi Güloğlanov Rasim Muxtar oğlu göstərilsə də, məhkəmədə 
bu şəxsin adının əslində Piroğlanov Taleh Rasim oğlu olduğu məlum olmuşdur. Digər 
hal  şahidi  Həzrət  Əliyev  isə  axtarış  protokolunu  axtarış  aparılan  yerdə  deyil,  polis 
bölməsində  imzaladığını  bildirmiş,  polis  şöbəsinə  ümumiyyətlə  niyə  getdiyini  izah 
edə  bilməmişdir.  Cənab  Məmmədrzayevlə  cənab  Dəyanət  Səmədovun  Qubadakı 
məsciddə  söhbətlərini  eşitdiyi  iddia  edilən  şahid  İlham  Şərafəddinov  isə  məhkəmə 
zalında cənab Məmmədrzayevi tanımamışdır, bu söhbətləri eşitdiyini iddia edən digər 
şahid Natiq Məmmədov istintaqa ifadə verərkən hərbi biletini təqdim etmiş, şəxsiyyət 
vəsiqəsinin isə olmadığını bildirmişdir ki, bu, şahidin şəxsiyyəti ilə bağlı sual yaratsa 
da,  məhkəmə  buna  əhəmiyyət  verməmişdir.  Özünü  dindar  kimi  qələmə  verən  və 
mütəmadi  şəkildə  Qubada  məscidə  getdiyini  deyən  şahid  dinlə  bağlı  adi  suallara, 
məsələn,  namazın  neçə  rükətdən  ibarət  olduğunu,  Ramazan  ayının  nə  olduğunu 
bilməyib. Cənab Səmədovun və həbs edilən digər şəxslərin Azərbaycan dövləti, milli 
maraqları, mənafeyi əleyhinə fəaliyyətini göstərən və İran xüsusi xidmət orqanları və 
ya digər qurumlarla cinayətkar əlaqədə olmasını göstərən heç bir sübut cinayət işinin 
materiallarında mövcud deyil. 
Həbs  edilən  zaman  səhhətində  ciddi  problemləri  olan  cənab  Abdullayev  saxlanma 
şəraiti  ağır  olan  12  saylı  Cəzaçəkmə  Müəssisəsinə  köçürülmüşdü.  Özünün  və 
vəkillərinin  burada  qala  bilməməsi  və  səhhətinin  daha  da  ağırlaşması  ilə  bağlı 
dəfələrlə  müraciət  etməsinə  baxmayaraq  cənab  Abdullayev  azadlığa  buraxılmadı. 
Nəticədə  cənab  Abdullayev  2012-ci  ilin  iyulunda  Penitensiar  Xidmətin  Müalicə 
Müəssisəsində dünyasını dəyişdi.   
Səhhətində  ciddi  problemləri  olan  cənab  Axundzadə  2013-cü  ilin  mayında  kəskin 
miokard  infarktı  keçirib,  onun  azadlığa  buraxılmasının  zəruriliyi  ilə  bağlı  dəfələrlə 
müraciət  edilsə  də  buna  əhəmiyyət  verilməyib.  Cənab  Axundzadə  dəfələrlə 
səhhətindəki  problemlərə  görə  Penitensiar  Xidmətin  Müalicə    Müəssisəsinə 
köçürülüb, sonuncu dəfə bu hal 25 fevral 2014-cü ildə baş verib.   
Avropa İnsan Haqları Məhkəməsi bu iş üzrə verilmiş şikayəti artıq icraata götürüb.  
 
       
42.  Abbasov Fəramiz Zeynal oğlu 
 
Saxlanma tarixi: 24 yanvar 2011-ci il                                       
 
İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə 
və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 
(odlu  silahdan  və  silah  qismində  istifadə  olunan  predmetlərdən  istifadə  etməklə 
cinayətə  hazırlıq),  228.3  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
56 
hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə 
dövlətin  konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  yönələn  hərəkətlər) 
maddələri 
Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
 
 
43.  Axundzadə Rufulla Höccətullah oğlu  
 
Saxlanma tarixi: 21 yanvar 2011-ci il                                       
 
İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə 
və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 
(odlu  silahdan  və  silah  qismində  istifadə  olunan  predmetlərdən  istifadə  etməklə 
cinayətə  hazırlıq),  228.3  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 

Yüklə 4,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin