Azərbaycanda siyasi məhbusların



Yüklə 4,95 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix01.12.2016
ölçüsü4,95 Kb.
#566
1   2   3   4   5   6   7   8   9   ...   14
Məcəlləsinin  284.2-ci  (dövlət  sirrini  yayma)  maddəsi  ilə  cinayət  işi  başlanıb. 
İstintaqın  gedişi  zamanı  Xədicə  İsmayılovanın  ölkədən  çıxmasına  məhdudiyyət  də 
qoyulmuşdu. 
Həbsindən  sonra  X.İsmayıla  qarşı  yeni  ittihamlar  -    Cinayət  Məcəlləsinin  179.3.2 
(mənimsəmə  və  israf  etmə-  külli  miqdarda  törədildikdə),  192.2.2  (qanunsuz 
sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən 
sui istifadə) maddələri  maddəsi ilə ittiham irəli sürülüb.   
 
X.İsmayıl, onun vəkilləri ona qarşı irəli sürülən ittihamları rədd edirlər və siyasi 
xarakterli olduğunu bildirirlər. 
 
1  sentyabr  2015-ci  il  tarixdə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsində  hakim  Ramella 
Allahverdiyevanın  sədrliyi  ilə  keçirilən  prosesdə  X.İsmayıla  hökm  oxunub.  Məhkəmə  Xədicə 
İsmayıla  Cinayət  Məcəlləsinin  125-ci  (Özünü  öldürmə  həddinə  çatdırma)  maddəsi  üzrə  bəraət 
verilib.   Cinayət  Məcəlləsinin  179.3.2  (külli  miqdarda  mənimsəmə),  192.2.2  (qanunsuz 
sahibkarlıq),  213.1  (xeyli  miqdarda  vergiləri  və  ya  məcburi  dövlət  sosial  sığorta  haqlarını 
ödəməkdən  yayınma)  və  308.2-ci (Vəzifə  səlahiyyətlərindən  sui-istifadə  -  ağır  nəticələrə səbəb 
olduqda) maddələri ilə yekun olaraq 3 ay müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 7 
il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə 
saxlayıb. 
 
 
 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
10 
5.  Seymur Həzi Məşgül oğlu. 
                                                                                                          
Saxlanma tarixi:  29 avqust 2014 cü il.                             
                              
İttiham: CM-nin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq 
etməklə törədildikdə) maddəsi. 
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  “Azadlıq”  qəzetinin  şərhçisi,  "Azərbaycan  saatı"  proqramının 
aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi 2014-cü ilin avqust ayının 29-
da  saxlanılıb.  Ceyranbatan  qəsəbəsində  Məhərrəm  Həsənova  adlı  şəxs  S.Həziyə 
yaxınlaşaraq sosial şəbəkədə göndərdiyi mesaja cavab verməməsinin səbəbini soruşub 
və "cavab gözləmədən" S.Həziyə hücum edib.  
Bundan bir neçə dəqiqə sonra S.Həzi əraziyə gələn polislər tərəfindən saxlanılıb.  
2014-cü  ilin  avqust  ayının  30-da  Abşeron  rayon  Məhkəmənin  qərarı  ilə  S.Həzi  
barəsində 2 ay həbs-qətimkan tədbiri seçilib. 
2015-ci  ilin  yanvar  ayının  29-da  Abşeron  Rayon  Məhkəməsində  hakim  Şövkət 
Nəcəfovanın  sədrliyi  ilə  keçirilən  prosesdə    S.Həzi  haqqında  5  il  azadlıqdan 
məhrumetmə hökmü çıxarılıb. S.Həzinin əleyhinə ifadə verən Məhərrəm Həsənov isə 
6 ay azadlıqdan məhrum edilib. 
5  sentyabr  2015-ci  il  tarixdə  Sumqayıt  Apellyasiya  Məhkəməsi  Seymur  Həzinin 
birinci  instansiya  məhkəməsinin  hökmündən  verdiyi  apellyasiya  şikayətini  təmin 
etməyib. 
Məhkəmə  prosesi  zamanı  vəkilləri  və  S.Həzi  ona  qarşı  irəli  sürülən  ittihamı  qəbul 
etməyib, ittihamı siyasi sifarişlı olduğunu bildiriblər. 
 
 
 
 
 
 
 
6.  Quliyev Araz Faiq oğlu 
 
 
Saxlanma tarixi: 9 sentyabr 2012-ci il 
İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun 
komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və 
həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı 
maddələr  və  qurğular  əldə  etmə,  başqasına  vermə,  satma, 
saxlama,  daşıma  və  ya  gəzdirmə),  233  (ictimai  qaydanın 
pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
11 
hərəkətlərdə  fəal  iştirak  etmə),  283.1  (milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və 
düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini 
mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və 
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi 
informasiya  vasitələrindən  istifadə  olunmaqla  törədildikdə),  315.2  (hakimiyyət 
nümayəndəsinə  qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq  etmə)  və  324-cü 
(Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının 
Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri 
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  Cənab Quliyev Masallıda yerləşən www.xeber44.com internet 
qəzetin  baş  redaktorudur,  bu  saytda  yayılan  məqalələr  əsasən  hakimiyyətin  din 
sahəsində  apardığı  siyasətin  tənqidinə,  o  cümlədən  Masallı  rayonunda  olan  sosial 
problemlərə həsr edilirdi. Bu saytdakı fəaliyyətinə görə cənab Quliyev həbs edildiyi 
tarixdən  əvvəl  də  dəfələrlə  polis  bölməsinə  aparılıb,  ona  fəaliyyətinin  dayandırmalı 
olduğu barədə xəbərdarlıq edilib. Bu cür xəbərdarlıq yerli icra hakimiyyəti tərəfindən 
də  dəfələrlə  olunub.  Həbsindən  2  gün  əvvəl,  yəni  2012-ci  il  sentyabrın  6-da cənab 
Quliyev və onunla birlikdə olan Masallı sakini cənab Ağalı Rza Qorxmaz oğlu polis 
və  mülki  geyimdə  olan şəxslər  tərəfindən saxlanılaraq  döyülüblər  və  Masallı  rayon 
Polis Şöbəsinə aparılıblar. Onlar rəis müavini Əlifağa Kazımovun göstərişi ilə gecə 
saat 03.00 radələrində sərbəst buraxılıblar.  
Sentyabrın  8-də isə saat 21 radələrində cənab Quliyev digər Masallı sakini Tahirov 
Ziya  İbrahim  oğlu  ilə  birlikdə  Masallıda  keçirilən  folklor  festivalı  çərçivəsində 
Nizami  parkında  təşkil  edilmiş  diskotekaya  etiraz  ediblər  və  tənqidi  material 
hazırlamaq məqsədilə əlavə məlumat almaq üçün təşkilatçıları axtarmağa başlayıblar. 
Lakin ərazidə olan polislər hər iki şəxsi ərazidən uzaqlaşdırıb. Bundan 2 saat sonra 
yenə  həmin  əraziyə  qayıdan  cənab  Quliyev  və  cənab  Tahirov  diskotekanın  sona 
çatdığını və park ətrafında yalnız polis maşınının olduğunu görmüşlər. Polis maşını 
onlara yaxınlaşmış və rəis müavini Əlifağa Kazımov onlarla 30 dəqiqəyə qədər söhbət 
etdikdən  sonra  ərazini  tərk  etmişdir.  Bundan  dərhal  sonra  25-30  nəfərlik  mülki 
geyimli dəstə əraziyə gələrək onları təhqir etməyə və daş atmağa başlamışdır, az sonra 
hadisə  ərazisinə  gələn  polislər  hər  iki  şəxsi  döyərək  həbs  etmişlər.  Jurnalistə  qarşı 
xuliqanlıq  və  polisə  müqavimət  maddələri  ilə  ittiham  irəli  sürülmüşdür.  Jurnalistin 
həbsindən yalnız 11 gün sonra, yəni sentyabrın 20-də onun evində axtarış aparılmış və 
evdən cənab Quliyevə məxsus olan qumbaranın tapıldığı iddia edilmişdir. 2012-ci ilin 
dekabrında  cənab  Quliyevə  qarşı  baş  redaktoru  olduğu  internet  qəzetdə  yayılan 
məqalələrdə dini düşmənçiliyin salınması, ictimai asayişin pozulması, silah saxlama, 
dövlət bayrağının təhqir edilməsi kimi maddələrlə ittiham irəli sürülmüşdür. Jurnalist 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il qərarı ilə 8 il müddətinə 
azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edilmişdir.  Şirvan  Apellyasiya 
Məhkəməsi 09 yanvar 2014-cü il, Ali Məhkəmə 04 iyul 2014-cü il tarixində hökmü 
dəyişdirmədən qüvvədə saxlamışdır.   
Jurnalistin  evində  axtarış  məhkəmə  qərarı  olmadan  və  özünün  iştirakı  təmin 
edilmədən aparılıb, axtarış zamanı hal şahidi kimi iştirak etmiş şəxslərin məhkəmədə 
verdiyi  izahatlarla  istintaqa  verdiyi  izahatlar  arasında  ciddi  fərqlər  olub,  məhkəmə 
araşdırması  zamanı  məlum  olub  ki,    hal  şahidlərindən  biri  Şirəliyev  Nahid  nə 
oxumağı,  nə  də  yazmağı  bacarır  (halbuki  axtarış  haqqında  protokola  imza  atıb  və 
qumbaranın  aşkar  edildiyini  təsdiqləyib),  o,  işlədiyi  fəhlə  bazarından  həmkarı  ilə 
birgə hal  şahidliyi etmək  üçün polislər  tərəfindən aparıldıqlarını  və  bunun əvəzində 
onların  hər  birinə  20  AZN  verildiyini  Şirvan  Apellyasiya  Məhkəməsində  bildirib. 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
12 
Zərərçəkmiş  kimi  tanınan  şəxslərin  heç  biri  cənab  Quliyevlə  istintaq  zamanı 
üzləşdirməyiblər,  onların  çoxu  polis  əməkdaşlarıdır  və  hamısı  məhkəmədə  eyni 
ifadəni verməklə kifayətləniblər, buna baxmayaraq, faktiki olaraq jurnalistin polislərə 
xəsarət yetirdiyini sübut edən heç bir dəlil ortaya çıxmayıb. Cırılaraq təhqir edildiyi 
iddia  olunan  dövlət  bayrağı  da  maddi  sübut  kimi  cinayət  işinin  materiallarında 
aşkarlanmayıb.       
 
 
 
 
 
 
7.  Həsənov Tofiq Xasay oğlu 
Saxlanma tarixi: 12 oktyabr 2015-ci il                           
 
 
İttiham:  Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, 
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, 
saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi. 
 
Saxlandığı yer:  Kürdəxanı İstintaq Təcridxanası. 
İş üzrə qısa arayış: Tofiq Həsənli 12 oktyabr 2015-ci ildə, axşam saat 9 radələrində 
oğurlanaraq naməlum istiqamətə aparılıb. Beş gün sonra qohumları onun Bakı İstintaq 
Təcridxanasında (Kürdəxanıda) olmasını biliblər.  
Daxili  İşlər  Nazirliyi  mətbuat  xidmətinin  şöbə  rəisi  Orxan  Mansurzadə  Azadlıq 
Radiosuna    deyib  ki,  şair  Tofiq  Həsənli  qanunsuz  olaraq  külli  miqdarda  narkotik 
satmaqda şübhəli bilindiyinə görə saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 
234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb, məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri 
seçilib. 
 45 yaşlı şair Tofiq Həsənli Lənkəranda yaşayıb. O, dükanda satıcılıq edirmiş. Şairin 
anası  Zərifə  Cəlalova  bildirib  ki,  oğlu  saxlanıldığı  gün  dükandan  çıxmağa 
hazırlaşırmış. O dükanı bağlayıb çıxmaq istəyəndə içəri narkotik istifadəçisi olan şəxs 
girib. Ananın sözlərinə görə oğlu həmin şəxsi küçəyə çıxarıb dükanı bağlayıb. Tofiq 
Həsənli  Lənkərandakı  bazarın  qarşısına  gələndə  isə  bir  neçə  nəfər  onu  saxlayıb 
Lənkəran rayon Polis Şöbəsinə aparıb.  

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
13 
Zərifə  Cəlalova  oğlunun  yazdığı  satirik  şeirlərə  görə  həbs  edildiyini  bildirir.  “Söz 
azadlığıdırsa,  mənim  də  balam  söz  deyib,  şeir  yazıb.  Bundan  ötrü  adamı  tutarlar? 
Mənim balamı tutublar. Ayıb olsun onu tutanlara. Mənim balamın üstünə şər atırlar”, 
deyə o, bildirib. 
Tofiq  Həsənlinin  yaxınları  onun  şeirlərinə  görə  həbs  olunduğunu  bildirirlər.  Şair 
2015-ci ilin yanvarında Azadlıq Radiosuna müsahibəsində demişdi ki, şeirlərinə görə 
hədələnir və onu həbs etmək istəyirlər.  
Tofiq  Həsənli  hakimiyyəti  tənqid  edən  satiriq  şeirləini  videoya  çəkərək 
www.youtube.com-a yerləşdirib öz facebook səihəsində paylaşırmış.  
 
 
 
8.  Kərimov Fərəc Raqif oğlu 
 
 
 
 
 
Saxlanma tarixi: 23 iyul 2014-cü il 
İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz 
olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə 
etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, 
daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik 
vasitələri  və  ya  psixotrop  maddələri  satma,  külli 
miqdarda törədildikdə) maddəsi 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  Müxalif  Müsavat  Partiyasının 
Gənclər  Təşkilatının  üzvü  olan  (Həbsindən  sonra  partiyanın  başqan  müavini  təyin 
edilib)  cənab  Kərimov  partiyanın  rəsmi  saytı  www.musavat.org.az-un  idarəçisidir. 
Bundan  başqa  o  sosial  şəbəkələrdə  fəallığı  ilə  seçilmiş  və  tənqidi  materialların 
yayılması üçün çoxsaylı üzvləri əhatə edən qrupların yaradıcısı və idarəçisi olmuşdur. 
Cənab Kərimov  Facebook-da 100000-dən  artıq üzvü  olan  və  təxminən bir il əvvəl 
bağlanan “İstefa” qrupunun  idarəçisi olmuş, bu qrup bağlandıqdan sonra “BASTA” 
qrupunu yaratmışdır. Hakimiyyəti tənqid edən bu qrupun 116000-ə qədər üzvü var.  
Cənab  Kərimov  iyulun  23-də  anasını  xəstəxanaya  apararkən  (qardaşı  bir  neçə  gün 
əvvəl  həbs  edildiyi  üçün  anası  iflic  olmuşdur)  qara  maskalı  şəxslər  tərəfindən 
saxlanılaraq  aparılmış,  onun  barəsində  saatlarla  heç  bir  məlumat  almaq  mümkün 
olmamışdır,  nəticədə  cənab  Kərimovun  yaxınlarına  və  vəkilinə  saxlanması  barədə 
məlumat  vermək  hüququ  pozulmuşdur.  Nərimanov  rayon  Məhkəməsi  iyulun  25-də 
sosial  şəbəkə  fəalı  barədə  onun  vəkilinə  xəbər  etmədən  3  aylıq  həbs  qətimkan 
tədbirinin seçilməsi barədə qərar qəbul edib, qərarda cənab Kərimovun Bakı İstintaq 
Təcridxanasına  köçürülməli  olduğu  vurğulansa  da,  o,  həbsi  həyata  keçirmiş  Baş 
Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsinə  qaytarılmışdır,  vəkili  onunla  yalnız 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
14 
avqustun 1-də məhkəmədə görüşə bilmiş, vəkilə müdafiə etdiyi şəxslə görüş hüququ 
isə  yalnız  avqustun  2-də  tanınmışdır.  Fərəc  Kərimov  yalnız  iyulun  30-da  dörd  gün 
aclıq aksiyası keçirdikdən sonra Bakı İstintaq Təcridxanasına  köçürülmüşdür.  
Fərəc  Kərimov  Baş  Mütəşəkkil  Cinayətkarlığa  Qarşı  Mübarizə  İdarəsində 
saxlanılarkən fiziki təzyiqə və şantaja məruz qaldığını, zorla  ifadə verməyə məcbur 
edildiyini  bildirmişdir.  6  may  2015-ci  ildə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin 
hökmü ilə F.Kərimov 6 il 6 ay azadlıqdan məhrum edilib.  
Cənab Kərimovun həbsindən bir neçə gün öncə onun qardaşı Sirac Kərimov da eyni 
ittihamla həbs edilmiş,  evdə axtarış zamanı atalarına məxsus noutbuk da götürülmüş 
və müstəntiqlə söhbət zamanı atasına müxalif mövqeyi ilə bağlı suallar vermişlər.   
 
 
 
 
 
    
9. 
Məmmədov Hilal Əlif oğlu 
 
 
 
 
 
 
Saxlanma tarixi: 21 iyun 2012-ci il 
İttiham: CM-nin 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq 
narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya 
saxlama,  hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma, 
göndərmə, yaxud  qanunsuz  olaraq  narkotik  vasitələri  və ya 
psixotrop maddələri satma, külli miqdarda törədildikdə), 274 
(Dövlətə  xəyanət,  yəni  Azərbaycan  Respublikasının 
suverenliyi,  ərazi toxunulmazlığı,  dövlət  təhlükəsizliyi  və ya 
müdafiə  qabiliyyəti  zərərinə  olaraq  Azərbaycan 
Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, 
casusluq,  dövlət  sirrini  xarici  dövlətə  vermə,  Azərbaycan  Respublikasına  qarşı 
düşmənçilik  fəaliyyəti  aparmaqda  xarici  dövlətə,  təşkilata  və  ya  onların 
nümayəndələrinə  kömək  etmə)  və  283-cü  (Milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və 
düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini 
mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və 
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi 
informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri 
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  Cənab  Məmmədov  talış  dilində  dərc  edilən  “Tolışi  Sədo” 
qəzetinin baş redaktorudur və eyni zamanda həbsinə qədər hüquq müdafiə fəaliyyəti 
ilə də məşğul olurdu. Həm qəzetdə, həm də sosial şəbəkələrdə, xüsusən Facebook-da 
hakimiyyətin  yürütdüyü  siyasətlə  bağlı  sərt  tənqidi  fikirlər  səsləndirmişdir.  Cənab 
Məmmədova qarşı ilkin olaraq narkotik maddə ittihamı irəli sürülsə də, sonradan ona 
qarşı narkotik ittihamı ilə heç bir əlaqəsi olmayan daha ağır ittihamlar irəli sürüldü. 
Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  27  sentyabr  2013-cü  il  tarixli  qərarı  ilə  5  il 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
15 
müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il 
dekabrın 25-də bu qərardan verilən şikayəti təmin etməyib.  
Jurnalist  Amnesty  Internaional  təşkilatı  tərəfindən  vicdan  məhbusu  kimi  tanınıb
5

onun saxta ittihamlarla həbs edilməsi və azadlığa buraxılmasının zəruriliyi ATƏT-in 
Media Azadlığı üzrə Nümayəndəsinin bəyanatında
6
 və Avropa Şurası İnsan Haqları 
Komissarının hesabatında öz əksini tapıb
7
.  
 
 
 
 
 
 
 
10. Məmmədov Ömər Elyar oğlu 
 
 
 
 
 
Saxlanma tarixi: 24 yanvar 2014-cü il 
İttiham:  CM-nin  234.4.3-cü  (satış  məqsədi  ilə  qanunsuz 
olaraq  narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  əldə 
etmə  və  ya  saxlama,  hazırlama,  istehsal  etmə,  emal  etmə, 
daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik 
vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda 
törədildikdə) maddəsi 
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi. 
İş  üzrə  qısa  arayış:  Sosial  şəbəkələrdə,  xüsusən  Facebook-da  fəal  olan  cənab 
Məmmədov  bu  sosial  şəbəkədə  satirik  “AzTV-dən  seçmələr”  səhifəsinin 
yaradıcılarından və adminlərindən biri olub. Bloqu
8
 olan cənab Məmmədov bir qrup 
gənclə “Axın” Hərəkatını təsis edib. 1995-ci il doğumlu cənab Məmmədov Vətəndaş 
Həmrəyliyi Partiyasının da üzvüdür.  
Cənab  Məmmədov  2014-cü  il  yanvarın  20-də  axşam  saatlarında  Bakıya  qayıdıb  (o 
Şimali  Kipr  Türk  Respublikasında  yerləşən  Beynəlxalq  Kipr  Universitetinin 
tələbəsidir),  yanvarın  21-də  səhər  saatlarında  Baş  Mütəşəkkil  Cinayətkarlıqla 
Mübarizə  İdarəsinə  aparılıb,  onun  noutbukuna  baxış  keçirilib  və  sosial  şəbəkədəki 
fəaliyyətini bir daha yoxlayıblar, müəyyən ediblər ki, onun artıq heç bir fəal onlayn 
fəaliyyəti yoxdur və bundan sonra cənab Məmmədov sərbəst buraxılıb. Yanvarın 24-
də isə,  o,  mülki geyimli  şəxslər tərəfindən saxlanılaraq Baş  Narkotiklərlə Mübarizə 
İdarəsinə aparılıb, burada onun üzərindən 6 qram heroin aşkarlandığı iddia edilib və 
ona qarşı ittiham sürülüb. Həmin günü Nəsimi rayon Məhkəməsinin qərarı ilə blogger 
barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.    
2013-cü ilin noyabrında Facebook-da olan “Yaltaqlara dur deyək” səhifəsinin admini 
Əbdül Əbilov həbs edilən zaman cənab Məmmədov polis tərəfindən axtarılıb, onun 
                                                        
5
 
http://bit.ly/1gJG6nt
 
 
6
  
http://bit.ly/O5n8Lm
  
7
  
http://bit.ly/1gpkKdm
  
8
  
http://bit.ly/1o7W7rs
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
16 
Bakıda  olmadığı  müəyyən  edildikdən  sonra  bloggerin  atası  Baş  Mütəşəkkil 
Cinayətkarlıqla  Mübarizə  İdarəsinə  çağırılıb.  Bloggerin  Facebook-dakı  fəaliyyətinə 
görə  onun  atasına  təzyiqlər  edilib,  hətta  atasının  telefonu  ilə  Kiprdə  olan  cənab 
Məmmədovla  telefon  əlaqəsi  yaradılıb,  ondan  bütün  işlətdiyi  səhifələrdən 
uzaqlaşması tələb olunub. Cənab Məmmədov hazırda 7 üzvü saxta ittihamlarla həbsdə 
olan  “NİDA”  Hərəkatının  fəal  üzvlərindən  biri  olub,  özünə  və  yaxınlarına  edilən 
təzyiqlər nəticəsində bu təşkilatdan uzaqlaşsa da, həbs edildikdən sonra yenidən ora 
qayıtdığını  bəyan  edib.  Blogger  4  iyul  2014-cü  il  tarixdə  Bakı  Ağır  Cinayətlər 
Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.  
 
 
 
11.    Mirqədirov Rauf Həbibulla oğlu       
 
 
 
                                                                                    
 
Saxlanma tarixi: 19 aprel 2014-cü il 
İttiham: CM-nin 274 (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi,
  
 
ərazi  toxunulmazlığı,  dövlət  təhlükəsizliyi  və  ya  müdafiə  qabiliyyəti  zərərinə olaraq 
Azərbaycan  Respublikasının  vətəndaşı  tərəfindən  qəsdən  törədilən  əməl:  düşmən 
tərəfinə  keçmə,  casusluq,  dövlət  sirrini  xarici  dövlətə  vermə,  Azərbaycan 
Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya 
onların nümayəndələrinə kömək etmə) maddəsi 
Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanası 
İş  üzrə  qısa  arayış:  Uzun  illər  ərzində  rus  dilində  çap  edilən  “Zerkalo”  qəzetinin 
əməkdaşı olan cənab Mirqədirov  2010-cu ildən Türkiyədə bu qəzetin müxbiri kimi 
işləməyə  başlayıb.   Cənab Mirqədirov  regiondakı  vəziyyət,  Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ  münaqişəsi,  Rusiyanın  müdaxiləsi,  Azərbaycan  hakimiyyətinin 
mövqeyinin analiz edildiyi yazılarla tanınıb.          
Cənab  Mirqədirov  2014-cü  il  aprelin  19-da  “deportasiya”  adı  ilə  Türkiyədən 
çıxarılaraq  Azərbaycana  göndərilib.  Türkiyə  rəsmiləri  cənab  Mirqədirovun 
deportasiyasına  qərar  verməmişdən  bir  neçə  gün  əvvəl  jurnalistin  Türkiyədə 
akkreditasiyasını  ləğv  ediblər.  Cənab  Mirqədirov  Azərbaycana  çatan  kimi  Milli 
Təhlükəsizlik  Nazirliyinin  əməkdaşları  tərəfindən  həbs  edilib.  O,  2008-ci  ildən 
Ermənistana  casusluq  etməkdə  ittiham  edilərək  barəsində  3  aylıq  həbs  qətimkan 
tədbiri  seçilib.  MTN-in  istintaq  təcridxanasında  saxlanılan  cənab  Mirqədirov  bəyan 
edib ki, o, Sülh və Demokratiya İnstitutunun Azərbaycan-Ermənistan münaqişəsinin 
həlli  üzrə  xalq  diplomatiyası  layihələri  çərçivəsində  dəfələrlə  Ermənistanda  olub, 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
17 
həmişə  də  həmin  tədbirlərdə  Azərbaycanın  maraqlarını  müdafiə  edib  və  heç  vaxt 
Azərbaycanın  maraqlarına  qarşı  çıxmayıb,  eyni  zamanda  ona  qarşı  irəli  sürülmüş 
ittihamları  qondarma  adlandırıb.  Hakimiyyətin  həmişə  hədəfində  olan  Sülh  və 
Demokratiya İnstitutunun sədri Leyla Yunus da bu iş üzrə dindirilmək üçün faktiki 
olaraq ölkədən buraxılmayıb, onun və həyat yoldaşının pasportları əllərindən alınıb, 

Yüklə 4,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin