Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


 Kariyera məqsədlərinin müəyyən olunması



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

 

Kariyera məqsədlərinin müəyyən olunması 
 
Kariyera məqsədlərinin müəyyən edilməsində şəxsin özünü dəyərləndirməsi vacib amillərdən 
biridir. Şəxsin özünü dəyərləndirmə prosesində üç mərhələ vardır: 
1.
Bacarıq, maraq və dəyərlərin işlə əlaqədar ehtiyaclara uyğun olaraq təyin olunması - şəxs bu 
mərhələdə təhsil bazasını dəyərləndirməlidir. Zəif və güclü yönlərini aşkarlamalıdır. ən əvvəl şəxs 
özünü tanımalı, özünü ifadə etməli, ehtiyaclarına nəzər yetirməli və yaradıcılığını ölçməlidir. 
2.
Ümumi kariyera sahələri və müxtəlif məqsədli işlərin kəşf olunması - şəxs öz maraq, bacarıq, təhsil 
və potensiyalına əsasən özünə ən uyğun işə sahib olmağa qadir olacaqdır. Fərqli İşsahələri içindən 
seçdiyi işdə potensiyalından istifadə edərək ən üstə nail olmağa çalışacaqdır. 
3.
Cəmiyyət və mövcud bazar həqiqətlərini anlamaq – burada əsas öhdəlik insan resursları 
mütəxəssisləri və kariyera məsləhətçilərin üstünə düşür. Mütəxəssislər bilik və bacarıqlarını şəxsə 
çatdırır, buna əsasən onu yönləndirir. Şəxsin mütəxəssislərə güvənərək özünü inkişaf etdirməsi 
lazımdır. Şəxs təşkilatı və İşəhatəsini yaxından tanımağa məcburdur. 


39 
Şəxs kariyera məqsədlərini təyin edərkən ən əvvəl uzunmüddətli hədəflərini təyin etməli
hədəflərinin təşkilatın hədəfləriylə müqayisə etməli, məsuliyyəti tam dərk etmək məcburiyyətindədir. 
Kariyera məqsədlərinin təyin olunmasında əsas addımlar aşağıdakılardır: 
a)
Hədəfləri yeniləmək və təkrar təyin etmək – bu mərhələdə şəxs rəhbərlikdən, məsləhətçilərdən və 
ya İşyoldaşlarından kömək alır. Xüsusən, müəssisədə özündən daha çox təcrübəsi olan birindən 
alacağı məsləhətlər mümkün olan kariyera inkişaf yollarını və imkanlarını təyin etmədə faydalıdır. 
Əsas alınan hədəflər uzunmüddəti əhatə etməlidir. Mövcud hədəflərə çatmaq mümkünsüz 
olmamalıdır.
b)
Nəticəyə çatmaq – nəticələrin necə əldə edilməsi nəticənin özü qədər vacibdir. Bu səbəbdən daimi 
inkişaf naminə qısamüddətli nəticələrə yönəlmək doğru addım sayılmır.
c)
Bugünü həll et, gələcəyi özünə burax – şəxs prioritetlərini əsas götürməli, eyni zamanda rəhbərliyin 
ehtiyaclarıyla maraqlanmalı, departamentin öhdəliklərinə laqeyd yanaşmamalıdır. Gələcəkdə 
çatmaq istədiyi hədəfləri üçün hazırki işlərə məsuliyyətsizlik göstərməməlidir.
d)
Plan, qərar və bacarıq inkişaf etdirmə üsulları – planlı yaşamaq, planlarınızla hərəkət etmək
qərarlarınızı planlarınıza əsasən qurmaq və ünsiyyət bacarıqlarınızı bu yöndə inkişaf etdirmək 
məcburiyyətindəsiniz. 
e)
Dəyişiklikləri idarə etməyi öyrənin 
f)
Planlarınızı həyata keçirin 
g)
Zamanınızı düzgün idarə edin – zamanı idarə etmənin açarı fəaliyyətdir. Yalnış işləri səmərəli şəkildə 
etməkdənsə, düzgün işləri səmərəsiz də olsa etmək vacibdir. Zamanı düzgün idarə etmək üçün: 
1.
Qısa zamanları idarə etmək üçün məşqlər edin.
2.
Günün əm məhsuldar saatlarını ən lazımlı işlərə sərf edin. 
3.
Zamanınızı alacaq hərşeydən uzaq olun. 
4.
Çətin qərarları bacardığınız qədər tez verin. 
5.
Çətin problemləri həll etmək üçün nə lazmdırsa edin.
6.
Planınıza bağlı qalın. Beləcə, zamanınız ən vacib işlərin həyata keçməsi üçün istifadə olunacaqdır.
7.
Əylənin! – bütün bu mərhələrdən sonra yorğunluğunuzu çıxarmaq üçün əylənin.
3.2.2. Tələbələr üçün fəaliyyətlər 

“Bundan 5 il sonra harada olacağam?” sualına fərdi şəkildə cavab verin; 

Güclü və zəif yönlərinizi analiz edin və işinizdə sizə nə kimi qazanc, yaxud maneələr 
gətirəcəyini analiz edin

Hazırki ixtisasınızı niyə seçdiyinizi səbəbləri ilə birgə izah edin; 

Seçdiyiniz ixtisas üçün ən böyük kariyera hədəfiniz nədir?
3.2.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin