Azərbaycan



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə241/252
tarix25.12.2016
ölçüsü3,44 Mb.
#3305
1   ...   237   238   239   240   241   242   243   244   ...   252
Ərzaq istehlakı 
 
8.
 
Ərzaq istehlakı üzrə məlumat 30  günlük  zaman  kəsiyində toplanmıĢdır. Ərzaqla bağlı  modulda 
orta  aylıq  istehlak,  alınmıĢ  mallar,  alınmamıĢ  (Ģəxsi  istehsal  edilmiĢ  və  hədiyyə  kimi  qəbul  edilmiĢ) 
mallar,  evdən  kənarda  yeyilmiĢ  yemək,  həmçinin  hesabat  dövründən  əvvəl  alınmıĢ  malların  siyahısı  və 
mümkün  daxil  edilməsi  ilə  əlaqədar  suallar  olmuĢdur.  Sualların  hər  biri  170-dən  artıq  müxtəlif  ərzaq 
məhsulunu  əhatə  etmiĢdir.  Ġstehlak  mallarının  alınması  və  ya  Ģəxsi  istehsaldan  olması  ilə  bağlı  suallara 
verilmiĢ  cavablar  arasında  məlumatların  uyğunluğunu  yoxlamaq  üçün  orta  aylıq  istehlakdan  istifadə 
edilmiĢdir.  Bir  neçə  halda  büdcədə  Ģübhə  doğuracaq  dərəcədə  yüksək  paya  malik  ərzaq  alt-qruplarının 
yoxlanmasından  sonra,  həmçinin  ev  təsərrüfatı  müəyyən  ərzaq  mallarının  adambaĢına  həddən  artıq 
istehlakı barədə məlumat verdiyi zaman anormal xərclər aĢkar edilmiĢdir. 
 
9.
 
Ev  təsərrüfatları  tərəfindən  alınmıĢ  və  Ģəxsi  istehlak  üçün  istehsal  edilmiĢ,  yaxud  hədiyyə  kimi 
qəbul edilmiĢ hər bir ərzaq məhsulunun bir vahidinin dəyəri və həcmi ümumi istehlak göstəricisinin ərzaq 
komponentinin  qurulmasında  istifadə  edilmiĢdir  (informasiya  artıq  YSQS  məlumatlarından  əldə  edilə 
bilər).  AlınmamıĢ  ərzağın  dəyəri  ev  təsərrüfatının  öz  qiymətləndirməsindən  istifadə  edilməklə  vahidin 
qiyməti  və  istehlak  edilmiĢ  həcm  əsasında,  ev  təsərrüfatı  bunu  edə  bilmədiyi  bəzi  hallarda  isə  sorğu 
aparanların geniĢ yayılmıĢ yerli qiymətlər üzrə qeydlərinə əsasən müəyyən edilmiĢdir. Hədiyyə kimi digər 
ev  təsərrüfatlarına  verilmiĢ  ərzaq  malları  ikiqat  hesablamaya  yol  verməmək  üçün  daxil  edilməmiĢdir, 
çünki onlar alan tərəfin istehlakına daxil edilməli idi. Alkoqollu içkilərə və tütünə çəkilən xərclər evdən 
kənarda/restoranda yemək xərcləri kimi ayrıca kateqoriyalar üzrə təsnifatlaĢdırılmıĢdır. 
 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin