AZƏrbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ ƏDLİYYƏ naziRİ aslan bəy səFİKÜrdskiNİn həyati və FƏALİYYƏTİ Rauf rzayev



Yüklə 80.04 Kb.
Pdf просмотр
tarix10.06.2017
ölçüsü80.04 Kb.

“Qanunçuluq”.-2009.-№9.-S.26-31.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ 

ƏDLİYYƏ NAZİRİ ASLAN BƏY SƏFİKÜRDSKİNİN 

HƏYATI VƏ FƏALİYYƏTİ

Rauf RZAYEV, 

tarix elmləri namizədi

“Xalq məhkəməyə deyil

məhkəmə xalqa xidmət etməlidir”

A. Səfikürdski

Aslan bәy Ağalar bәy oğlu Sәfikurdski 1881-ci il sentyabr ayının 30-da Gәncә qәzasının Sәfikürd kәndindә

(indiki  Goranboy  bölgәsi)  anadan  olmuşdur.  Onun  atası Ağalar  bәy  1890-cı ildә  vәfat  etmiş  vә  Aslan  bәy  kiçik

yaşlarından anası Maytavan xanımın vә әmilәrinin himayәsindә böyümüşdür.

Aslan bәyin özündәn kiçik iki qardaşı vardı. Doğma kәndlәrindә mәktәb olmadığından Aslan bәy orta tәhsil

almaq üçün Gәncәyә gedir, qohumlarının evindә yaşayaraq onların himayәsilә  Gәncә  klassik  gimnaziyasına  daxil

olur  vә  orta  tәhsilini  1901-ci  ildә  başa  vurur.  Hәmin  ildә  Xarkov  Universitetinin  hüquq  fakültәsinә  qәbul  olunur.

1902-ci ildә öz xahişi ilә Rusiya Sankt-Peterburq universitetinә köçürülür. Ö, Sankt-Peterburqda keçirilәn inqilabi

tәlәbә tәtillәrinә qoşulur vә ona görә 1903-cü ilin mart ayında Universitetin professor-müәllimlәrdәn ibarәt  daxili

nizam-intizam  mәhkәmәsi  şurasının  qәrarına  әsasәn  yarım il  müddәtinә  oradan  xaric  edilir.  Onun  bәrpa  edilmәsi

1904-cü ilin yanvar ayının 20-dә mümkün olur

1

.



1907-ci  ildә  Sankt-Peterburq  Universitetini  bitirdikdәn  sonra  o,  Gәncәdә  әdliyyә  orqanlarında  andlı

müvәkkil  kömәkçisi  vәzifәsindә  işlәyir.  Eyni  zamanda,  Gәncә  xeyriyyә  cәmiyyәtindә  fәaliyyәt  göstәrirdi.  1911

-1917-ci  illәrdә  Aslan  bәy  Şuşa  qәzasında  әvvәlcә  şәhәr  dumasında  iclasçı,  sonralar  isә  andlı  müvәkkil

vәzifәlәrindә çalışır.

1915-ci ildә Kiyevdә keçirilәn Rus imperiyasının qeyri-rus millәtlәrinin qurultayında, Azәrbaycanın rәsmi

nümayәndәsi  kimi  iştirak  edir  vә  öz  çıxışında  ilk  dәfә  olaraq  Azәrbaycana  milli  muxtariyyәt  verilmәsi  haqqında

tәklif irәli sürmüşdü.

2

1917-ci  ildә  Rusiyada  fevral  burjua-demokratik  inqilabı  qәlәbә  çaldı.  Azәrbaycanın  bir  çox  bölgәlәrindә



müsәlman milli şuraları yaradıldı. Aslan bәy Sәfikürdski Gәncәdә müsәlman milli şurasının üzvü seçildi.

1917-ci  il  noyabr  ayının  11-dә  Tiflisdә  Zaqafqaziyanın  siyasi  partiya  vә  ictimai  tәşkilatlarının

nümayәndәlәrinin konfransı çağırıldı. Hәmin konfransın işindә A.B.Sәfikürdski dә iştirak etmişdi.

Hәmin ildә A.B.Sәfikürdski "Eser" partiyasının tәrkibindәn çıxaraq "Müsәlman sosialistlәri blokuna" daxil

oldu.

3

 Onun  başçılıq  etdiyi  blok  Rusiya  Müәssislәr  Mәclisinә  seçkilәrdә  üç  yer  qazanmışdı.  Rusiya  Müәssislәr



Mәclisi buraxılandan sonra yaradılan Zaqafqaziya Seyminin Müsәlman Fraksiyasının, sonra isә  Azәrbaycan  Milli

Şurasının  üzvü  idi.

4

 Seymin  Müsәlman  sosialistlәri  blokunun  lideri  kimi  A.B.Sәfikürdski  Bakıda  1918-ci  il  31



martda müsәlman әhaliyә qarşı vәhşiliklәrin qarşısının dәrhal alınmasını tәlәb etmişdi.

1918-ci  il  mayın  28-dә  Azәrbaycan  Demokratik  Respublikası  elan  olundu.  Yaranmış  Azәrbaycan  Milli

Şurasının  mәqsәd  vә  vәzifәlәrini  Zaqafqaziyanın  bütün  müsәlman  bölgәlәrindә  xalq  kütlәlәrinә  izah  etmәk  üçün

nümayәndәlәr göndәrmәk qәrara alındı. Bu nümayәndәlәr içәrisindә A.B.Sәfikürdski dә vardı.

İyunun әvvәllәrindә Tiflisdәn Gәncәyә köçәn Azәrbaycan hökumәti çox ciddi daxili vә xarici problemlәrlә

üzlәşdi. Bu vaxt artıq Nuru paşanın rәhbәrlik etdiyi türk hәrbi mütәxәssislәrindәn ibarәt 300 nәfәrlik qrup Gәncәdә

idi. Onların fikrincә, Milli Şura vә onun yaratdığı hökumәt hәddәn artıq sol vә inqilabi mövqelәrdә dururdu.

5

A.B.Sәfikürdski  türklәrin  hәrәkәtini  qәti  surәtdә  pislәdi  vә  qeyd  etdi  ki,  biz  sosialistlәr  hәmişә  türklәrin



tәrәfindә olmuşuq vә bu istiqamәtdә işlәmişik. "Mәnim bu istiqamәtdә fәaliyyәtim Sizin hamınıza yaxşı mәlumdur.

Lakin  türklәr  Azәrbaycana  daxil  olduqları  ilk  günlәrdәn,  özlәrinin  ilk  addımlarından  bizim  xalqın  mәnafeyinin

әksinә olduqlarını sübut etdilәr. Tәәssüf hissilә qeyd etmәli oluruq ki, türk paşası bizim Milli Şuranı vә Azәrbaycan

hökumәtini  buraxıb,  onun  yerindә  özünün  istәdiyi  yeni  hökumәt  yaratmaq  fikrinә  düşüb".

6

 Daha  sonra



A.B.Sәfikürdski  sözünә  davam  edәrәk  dedi:  "Mәn  qorxuram  ki,  bu  yol  xalqı xilasa  aparma-sın, biz  yeni  bәlalara

düçar  olaq  vә  xalqımızda  türklәrә  münasibәtdә  peşmançılıq  hissi  әmәlә  gәlsin  vә  onda  biz  bütün  bunların

nәticәsindә  Gürcüstanın  vә  Ermәnistanın  idarәsi  altına  düşә  bilәrik.  Bu  günә  qәdәr  bizi  inandırırdılar  ki,  türklәr

bizim müstәqilliyimizә tәrәfdardırlar. Lakin mәn bu gün görürәm ki, vәziyyәt tamam başqa cürdür.

7

 Belә olduqda



A.B.Sәfikürdski bәyan etdi ki, onun başçılıq etdiyi "Müsәlman sosialistlәri bloku" yeni hökumәtin tәrkibinә daxil

olmayacaqdır.

Bu hadisәlәrdәn sonra sol partiyalar öz fәaliyyәtlәrini faktiki olaraq dayandırmalı oldular. A.B.Sәfikürdski,

M.Ə.Rәsulzadә,  X.S.Xasmәmmәdov  aktiv  siyasi  fәaliyyәtdәn  uzaqlaşdırılaraq  danışıqlar  aparmaq  bәhanәsi  ilә

İstanbula göndәrildilәr.

8

1918-ci il dekabrın 7-dә Bakıda tәntәnәli surәtdә açılmış Azәrbaycan parlamentinin ilk deputatları sırasında



Qazax qәzasından seçilmiş A.B.Sәfikürdski dә vardı.

9

Parlamentin  ilk  iclasında  siyasi  mәhbuslara  әfv-ümumi  verilmәsi  haqqında  tәklif  irәli  sürüldü.



A.B.Sәfikürdski  hüquqşünas  kimi  hәmin  tәklifә  tәrәfdar  olduğunu  bildirdi  vә  öz  çıxışında  qeyd  etdi  ki,  "şükürlәr

olsun ki, biz burada şimdi yığılıb danışa bilәriz. O qanlar ki, tökülmәyi ilә bizi bu günә çıxartmışdır vә bayrağımızı

qaldırmışdır, onları unutmamalıyız. Mәn sosialistlәr adından bu tәklifi tәbrik edirәm. Arkadaşımız Mәmmәd Əmin

buyurduğu  kimi  bu  mәsәlәni  hamımız  istәdik.  Fәqәt  bizim  firqәmiz  bunu  bir  brilyant  kimi  pambıq  arasında

saxlayıb, tәntәnәli bir surәtdә araya çıxartmışdır. Millәt uğrunda, müqәddәs fikir yolunda çalışanlar müqәssir hesab

edilmәmәlidirlәr.  Bu  gün  kiçik  bir  türk  parlamanı açılıbdır.  Bizim  bu  parlamanımız gözlәrdә  bir  ağ kimidir.  Çox

imperialistlәr  onu  görmәk  belә  istәmirlәr.  Cümhuriyyәtimizә  türk  cümhuriyyәti  deyil,  Azәrbaycan  cümhuriyyәti

dedik  ki,  hamı  vәtәndaşlara  ümumi  bir  vәtәn  olsun.  Azәrbaycanda  hamı  hürr  yaşamalıdır,  heç  kәsә  fәrq

qoyulmamalıdır"

10

.  Aslan  bәy  siyasi  mәhbuslara  әfvi-ümumi  verilmәsi  üzrә  xüsusi  Komissiyanın  üzvü  seçildi.



Onun tәklifi ilә әfvi-ümuminin, kәnd yerlәrindәn olan siyasi mәhbuslara da tәtbiq edilmәsi qәbul olunmuşdu.

1918-ci ilin dekabrında A.B.Sәfikürdski Azәrbaycan Cümhuriyyәti 3-cü hökumәt kabinәsindә poçt-teleqraf

vә  әmәk  naziri  vәzifәsini  tutmuşdur."  Onun  tәşәbbüsü  ilә  respublikanın  ayrı-ayrı  bölgәlәrindәki  poçt-teleqraf

müәssisәlәrindә  әmәliyyat  vә  poçt  daşınmaları  işlәri  bәrpa  edilmiş,  telefon  danışıq  mәntәqәlәri  istismara

buraxılmışdı.  A.B.Sәfikürdski  rabitә  sahәsindә  kadr  hazırlanması işinә  dә  xüsusi  diqqәt  verirdi.  Mәhz  onun  sәyi

nәticәsindә 1919-cu ildә Bakıda xüsusi poçt-teleqraf mәktәbi fәaliyyәt göstәrmәyә başladı. Onun qonşu dövlәtlәrlә

rabitә  işlәrinin  qaydaya  salınmasında  vә  inkişaf  etdirilmәsindә  böyük  xidmәtlәri  olmuşdur.  Nazir  olduğu  dövrdә

üzәrindә Azәrbaycan dövlәtinin nişanları olan poçt markaları buraxılmağa başladı. Bun-dan әlavә, teleqraf blankları

rus dili ilә yanaşı, Azәrbaycan dilindә dә çap edilmәyә başladı. 

A.B.Sәfikürdski  bir  nazir  kimi,  Azәrbaycan  Respublikası ilә  qonşu dövlәtlәr  vә  ilk  növbәdә,  Zaqafqaziya

Respublikaları  arasında  rabitә  vasitәlәrinin,  poçt-teleqraf  işlәrinin  nizama  salınmasında  vә  daha  da  inkişaf

etdirilmәsindә  çox  böyük  xidmәtlәri  olmuşdur.  O,  1919-cu  ilin  yanvar  ayında  teleqraf  әlaqәlәrini  güclәndirmәk

üçün Tiflisdә çağırılan beynәlxalq konfransın işindә iştirak etmiş  vә  Zaqafqaziya  Respublikaları arasında teleqraf

xidmәtlәrinin  yaxşılaşdırılması  şәrtlәrinin  hazırlanmasında  böyük  әmәk  sәrf  etmişdi.  Hәmin  konfransın  qәrarına

müvafiq  olaraq  elә  1919-cu  ilin  yanvar  ayında  Azәrbaycan  vә  Gürcüstan  respublikalarının  iri  şәhәrlәri  arasında

daimi  teleqraf  әlaqәlәri  yaradılması  haqqında  10  maddәdәn  ibarәt  bәyannamә  imzalandı.  Bundan  әlavә  hәr  iki

respublika  arasında  poçt  vasitәsilә  әmanәtlәrin  göndәrilmәsi  xidmәtini  yaxşılaşdırmaq  mәqsәdilә  konvensiya

imzalandı.

12

Konvensiyanın  әsas  maddәlәrindәn  biri  ikitәrәfli  dәmir  yolu  vasitәsilә  Azәrbaycan  vә  Gürcüstan



respublikaları arasında poçt daşınması işlәrinin nizama salınmasına aid idi.

1919-cu ilin mart ayında F.X.Xoyskinin sәdrlik etdiyi hökumәt istefa verdi vә aprel ayının 14-dә yeni (IV)

kabinetin tәrkibi elan olundu. N.B.Yusifbәylinin sәdrlik etdiyi hәmin hökumәtdә әdliyyә vә әmәk naziri vәzifәsini

A.B.Sәfikürdski tutdu vә o, aprel ayının 16-dan öz vәzifәsini yerinә yetirmәyә başladı.

13

Geniş zәkaya vә dәrin hüquqi biliyә malik olan A.B.Sәfikürdski az bir müddәt әrzindә Ədliyyә Nazirliyinin



fәaliyyәtindә  böyük  islahatlar  aparılmasına  nail  oldu,  o,  nazirliyin  әsas  vәzifәsini  aşağıdakı  üç  problemin  hәlli

istiqamәtinә yönәldә bildi:

1)  Ədalәt  mәhkәmәlәrinin  işlәrinin  yenidәn  qurulması.  Burada  әsas  diqqәt  ölkәnin  bütün  vәtәndaşlarının

qanuni  hüquqlarının  müdafiәsinin  güclәndirilmәsinә,  әhalinin  әmin-amanlığının  vә  tәhlükәsizliyinin  tәmin

edilmәsinә yönәldilirdi.

2) Ədalәt mәhkәmәlәrinin işinә geniş ictimaiyyәtin, xalq kütlәlәrinin cәlb edilmәsi.

3) Seçkili mәhkәmә orqanlarının әhalinin yaşayış yerlәrinә yaxınlaşdırılması.

14

Ədliyyә  vә  mәhkәmә  orqanlarının  işindә  köklü  dәyişikliklәr  yaratmağa  çalışan  A.B.Sәfikürdski



respublikanın  müxtәlif  nazirlik,  idarә  vә  tәşkilatlarında,  ayrı-ayrı  müәssisәlәrindә  israfçılıqla  mübarizәni

güclәndirmәk,  rüşvәtxorluq  hallarını  aradan  qaldırmaq,  qanun  pozuntularının  qarşısını  almaq  mәqsәdilә  ciddi

tәdbirlәr  hәyata  keçirdi.  A.B.Sәfikürdskinin  rәhbәrliyi  ilә  qısa  bir  müddәt  әrzindә  yuxarıda  deyilәnlәrә  qarşı

mübarizәni  güclәndirmәk  mәqsәdilә  müstәqil  orqan  -  xüsusi  Tәftiş  İstintaq  Komissiyasının  yaradılması haqqında

qanun  layihәsi  hazırlanıb  parlamentә  tәqdim  edildi  vә  1919-cu  il  iyulun  27-dә  parlament  Tәftiş  İstintaq

Komissiyasının  yaradılması haqqında  qanun  qәbul  etdi.

15  

Öz  fәaliyyәtinә  mәsuliyyәtlә  başlayan  komissiya  az  bir



müddәt  әrzindә  respublikanın  әrzaq,  ticarәt  vә  sәnaye  nazirliklәrindә,  onların  tәşkilatlarında  vә  hәmçinin,  Bakı

polis idarәsinin işindә çox ciddi nöqsanlara, qanun pozuntularına yol verildiyini aşkar etdi vә bu işdә tәqsirkar olan

bir qrup yüksәk vәzifәli şәxslәr haqqında cinayәt işi qaldırıb onların mәsuliyyәtә alınmasına nail oldu.

16

Nazirlik  yanında  1919-cu  il  fevralın  11-dә  yaradılmış  mәhkәmә  hissәsinә  dair  qanun  layihәlәrinin



hazırlanması üzrә komissiyanın işinә dә diqqәt yetirilirdi. Çünki hәmin komissiya qәnaәtbәxş fәaliyyәt göstәrmirdi.

Onun dörd yarımkomissiyasından yalnız biri - "Cinayәt hüququ vә prosesi sahәsindә bәzi qanunların müddәalarına

yenidәn baxılması haqqında" yarımkomissiyası bir neçә dәfә yığışsa  da, bütövlükdә iş  lәng gedirdi.

17

 Ona görә dә



Komissiyaya  yenidәn  seçkilәr  keçirildi.  Aslan  bәy  Sәfikürdski  yarımkomissiyalara  hәftәdә  әn  azı  iki  dәfә  iclas

keçirmәyi,  ayda  iki  dәfә  isә  öz  fәaliyyәti  haqqında  hesabat  tәqdim  etmәyi  tapşırdı.  Komissiyanın  işindә  iştirak

etmәk  üçün  görkәmli  mәhkәmә  xadimlәri  ilә  yanaşı  andlı müvәkkillәr  vә  başqalarının  simasında  yerli  vәkillәrin

nümayәndәlәri  dә cәlb edilmişdilәr.  Əvvәllәr  seçilmiş  dörd  yarımkomissiyaya beşincisi dә  әlavә  edildi.  Nәticәdә,



yarımkomissiyalar  aşağıdakı  kimi  bölündülәr:  1)  "Ali  Mәhkәmәnin  tәsis  edilmәsi  haqqında"  -  N.K.Paseviçin

sәdrliyi  ilә;  2)  "Ədalәt  mühakimәsinin  aparılmasına  ictimaiyyәtin  nümayәndәlәrinin  cәlb  edilmәsi  haqqında"  -

Tiflis  Dairә  Mәhkәmәsinin  sabiq  sәdri  N.A.Tolpiqo-nun  sәdrliyi  ilә;  3)  "Yerli  mәhkәmә  haqqında"  -  yenә  onun

sәdrliyi  ilә;  4)  "Mülki  hüquq  vә  proses  sahәsindә  bәzi  qanun  müddәalarına  yenidәn  baxılması haqqında"  -  Bakı

Dairә Mәhkәmәsinin sәdri vәzifәsini icra edәn B.V.Perçixinin sәdrliyi ilә vә 5) yeni yaradılmış "Cinayәt hüququ vә

prosesi  sahәsindә  bәzi  qanun  müddәalarına  yenidәn  baxılması  haqqında"  -  Azәrbaycan  Mәhkәmә  Palatası

prokurorunun sәdrliyi ilә.

Sırf  idarә  xarakterli  mәsәlәlәrlә  yanaşı,  nazirlikdә  mühüm  ictimai-dövlәt  әhәmiyyәti  kәsb  edәn  müxtәlif

qanun  layihәlәri  hazırlanır  vә  mәsәlәlәr  hәll  edilirdi.  O  cümlәdәn,  hökumәtin  1919-cu  il  14  iyul  tarixli  iclasında

Ədliyyә  Nazirliyinin  Azәrbaycan  vәtәndaşlığı  haqqında  qәbul  edilәn  qanun  layihәsi  1919-cu  il  avqustun  11-dә

Azәrbaycan Parlamentinin iclasında tәsdiq edildi.

18

Bundan  әlavә  A.B.Sәfikürdski  andlı müvәkkillәr  şurasının  tәşkilinә  dә  böyük  әhәmiyyәt  verirdi.  Odur  ki,



bilavasitә onun tәşәbbüsü ilә mәhkәmә tәşkili qaydasının 359-cu maddәsinә müvafiq olaraq Azәrbaycan Mәhkәmә

Palatası nәzdindә andlı müvәkkillәr şurasının yaradılmasına başlandı.

19

Mәlumdur ki, işçilәrin, qulluqçuların işә qәbul qaydalarını nizama salmaq, yerlәrdәki әdliyyә vә mәhkәmә



orqanlarında  boş  vәzifәlәri  tutmaq  vә  yüksәk  ixtisaslı kadrların  hazırlanması vә  onların  düzgün  yerlәşdirilmәsinә

bilavasitә  nәzarәt  etmәk  Ədliyyә  Nazirliyinin  üzәrinә  düşәn  әn  ümdә  vәzifәlәrdәn  idi.  Nazirliyin  fәaliyyәt

göstәrdiyi  ilk  altı  ay  әrzindә  bu  sahәdә  müәyyәn  işlәr  görülmüş,  tәdbirlәr  hәyata  keçirilmişdi.  Belә  ki,  әdliyyә

sistemindә 149 adam işlә tәmin olunmuş, 23  nәfәr  işdәn  azad  edilmiş, 8  nәfәr  isә  bu  vә  ya  başqa sәbәbdәn  öz  iş

yerini dәyişmişdi.

20

 Bu qәbildәn olan tәdbirlәr içәrisindә 1919-cu il mayın 19-da İrәvan dairә mәhkәmәsinin üzvü



A.B.Atabababәyovun  Gәncә  Dairә  Mәhkәmәsinin  sәdri  vә  1919-cu  il  oktyabrın  22-dә  Azәrbaycan  Mәhkәmә

Palatasının üzvü F.B.Axundovun Bakı dairә mәhkәmәsinin sәdri tәyin edilmәsini göstәrmәk olar.

21

 Heç  şübhәsiz,



A.B.Sәfikürdski  mәhkәmә,  әdliyyә  orqanları vә  işçilәri  ilә  yerli  әhali  arasında  ünsiyyәt  yaradılması işinә  dә  çox

böyük qayğı vә diqqәt yetirirdi.

A.B.Sәfikürdskinin  әdliyyә  sisteminin  işinin  tәkmillәşdirilmәsi  sahәsindә  gördüyü  әn  vacib  tәdbirlәrdәn

biri mәhkәmә orqanlarına qәbul edilәn şәxslәrin dövlәt dilini - Azәrbaycan dilini bilmәsinin zәruriliyi idi. Görülәn

tәdbirlәr çox hallarda yerlәrdә mәhkәmә prosesinin Azәrbaycan dilindә aparılmasına şәrait yaratdı. Mәsәlәn, Gәncә

dairә  mәhkәmәsindә  bütün  mәhkәmә  danışıqları  vә  proseslәri  artıq  1919-cu  ildәn  Azәrbaycan  dilindә  aparılırdı.

Bunu da xalq çox böyük razılıq hissi ilә qarşılayırdı.

Yerli,  milli  kadrların  әdliyyә  sisteminә  daha  çox  cәlb  edilmәsi  dә  hәmişә  A.B.Sәfikürdskinin  diqqәt

mәrkәzindә idi. Onun ciddi sәyi nәticәsindә xarici ölkәlәrdә ali hüquqi tәhsil almağa  imkanı olmayan qabiliyyәtli,

istedadlı  azәrbaycanlı  gәnclәrin  sınaq  müddәti  keçmәk  şәrtilә  әdliууә  orqanlarına  işә  qәbul  edilmәlәrinә  geniş

imkan vә şәrait yaradılırdı.  Əlbәttә, bu gәnclәrin әdliyyә orqanlarında hazırlıq keçmәlәri üçün onların orta tәhsilә

malik  olmaları  zәruri  hesab  edilirdi.  Hәmin  gәnclәr  hakim,  müstәntiq  vә  prokurorların  yanında  lazımi  tәcrübә

keçdikdәn vә zәruri nәzәri bilik әldә etdikdәn sonra Azәrbaycan mәhkәmә palatası vә prokuroru tәrәfindәn xüsusi

yoxlamadan keçirilir vә yalnız bundan sonra әdliyyә orqanlarında hәm istintaq, hәm dә mülki işlәr üzrә işә qәbul

edilirdilәr. Yoxlama vә sınaq müddәti gәnclәrin qabiliyyәt vә istedadlarından asılı olaraq müәyyәn edilirdi.

A.B.Sәfikürdskinin rәhbәrliyi ilә mәhkәmә orqanlarında müәyyәn islahatlar aparılmış, mәhkәmә sisteminin

tәkmillәşdirilmәsi  üçün  bir  sıra  mühüm  tәdbirlәr  hәyata  keçirilmişdir.  Bunların  içәrisindә  Ədliyyә  Nazirliyi

tәrәfindәn  işlәnib  hazırlanmış  vә  Azәrbaycan  parlamentinә  tәqdim  edilmiş  bir  çox  qanun  layihәlәrini  göstәrmәk

olar: "İstintaq işlәrinin quruluşu vә onların daha da tәkmillәşdirilmәsi" haqqında 1919-cu il 18 avqust tarixli qanun

layihәsi,  "Mәhkәmә  idarәlәrindә  vәzifәlәr  üzrә  namizәdlәr  hazırlamaq  qaydaları" haqqında  1919-cu  il  1  sentyabr

tarixli qanun layihәsi, "Azәrbaycanda mәhkәmә iclasçılarının tәsis edilmәsi" haqqında 1919-cu il 5 noyabr tarixli

qanun  layihәsini  vә  s.  göstәrmәk  olar.  Görülәn  bu  tәdbirlәr  respublikada  әdliyyә  vә  mәhkәmә  orqanlarının işinin

tamamilә yenidәn qurulmasını sürәtlәndirmәyә, mәhkәmә idarәlәrindә işә qәbul olmaq qaydalarını sadәlәşdirmәyә,

işçilәrin  xidmәti  vә  maddi  vәziyyәtlәrinin  yaxşılaşdırılmasına  kömәk  etmәli  idi.  Bunlardan  başqa

A.B.Sәfikürdskinin  sәyi  nәticәsindә  respublikada  Ali  mәhkәmәnin  (senatın)  tәsis  edilmәsi,  Bakı cinayәt  axtarışı

polisi idarәsinin tәşkil edilmәsi vә Nuxa (Şәki), Şuşa  şәhәrlәrindә vә Kürdәmir qәsәbәsindә dairә mәhkәmәlәrinin

yaradılması haqqında qanun layihәlәri dә hazırlanıb respublika parlamentinin müzakirәsinә tәqdim edilmişdi.

22

"Xalq  mәhkәmәyә  deyil,  mәhkәmә  xalqa  xidmәt  etmәlidir"  -  deyәn  A.B.Sәfikürdski  yerli  dairә



mәhkәmәlәri  şәbәkәlәrinin  genişlәndirilmәsinә  çalışırdı.  Burada  da  әsas  mәqsәd  hәmin  mәhkәmәlәri  yaşayış

mәntәqәlәrinә yaxınlaşdırmaq idi. Mәhz bu mәqsәdlә A.B.Sәfikürdski respublikada yeni üç dairә mәhkәmәlәrinin

açılmasına nail olmuşdu. Belә ki, Nuxa vә Zaqatala qәzalarının әhalisinә xidmәt göstәrmәk üçün Nuxa şәhәrindә,

Qarabağ quberniyasının Şuşa, Zәngәzur vә Cәbrayıl qәzasının әhalisinә xidmәt göstәrmәk üçün Şuşa  şәhәrindә vә

Kürdәmir qәsәbәsinin dәmiryol xәttinә yaxın olmasını nәzәrә alaraq, Şamaxı, Cavad (Salyan) vә Göyçay qәzalarını

әhatә etmәklә Kürdәmir qәsәbәsindә dairә mәhkәmәlәri açılmışdı.

23

A.B.Sәfikürdski  әdliyyә  naziri  vәzifәsindә  çalışarkәn,  Azәrbaycan  hәlә  1909-cu  ildәn  qüvvәdә  olan  çar



Rusiyasının  Cinayәt  Mәcәllәsinin  bir  çox  maddәlәrinin  artıq  suveren,  müstәqil  Azәrbaycan  Respublikasının

hәyatına  uyğun  gәlmәdiyini  nәzәrә  alıb  onun  bir  çox  maddәlәrinә  әlavәlәr  vә  dәyişikliklәr  edilmәsinә,  bir  çox

maddәlәrinin  isә  tamamilә  lәğv  edilmәsinә  nail  olmuşdur.  Mәsәlәn,  hәmin  mәcәllәnin  üçüncü  fәslinin  99-cu


maddәsinin, yәni "Rusiya imperatorunun" hәyatına qәsd üçün nәzәrdә tutulan cәza tәdbirinin - ölüm cәzasının lәğv

edilmәsi  vә  onun  әvәzindә  suveren  Azәrbaycan  Respublikasının  prezidentinin,  parlamentinin  vә  hökumәtinin

sәdrinin, üzvlәrinin tәhqir edilmәsinin vә onların hәyatına qәsd edilmәsinin qarşısını ala bilәcәk cәza tәdbirlәrinin

müәyyәn edilmәsini göstәrmәk olar.

24

 Bu barәdә A.B.Sәfikürdski parlamentә ayrıca qanun layihәsi tәqdim etmiş vә



hәmin layihә parlament tәrәfindәn tәsdiq edilmişdi.

A.B.Sәfikürdskinin  fәaliyyәtindә  respublikada  cinayәtin  profilaktikası,  cinayәtkarlığa  qarşı  mübarizәnin

güclәndirilmәsi  sahәsindә  gördüyü  tәdbirlәr  xüsusi  yer  tuturdu.  Bu  mәqsәdlә  Ədliyyә  Nazirliyindә  10-a  qәdәr

qanun  layihәsi  hazırlanıb  parlamentә  tәqdim  edilmişdi.  Bunların  içәrisindә  1919-cu  il  mayın  1-dә  parlamentә

tәqdim  olunan  vә  hәmin  il  sentyabrın  29-da  parlament  tәrәfindәn  qәbul  edilәn  "Respublikada  rüşvәtxorluq,

müamilәçilik  vә  zorakılığa  qarşı  cәza  tәdbirlәrini  güclәndirmәk"  haqqında  qanunun  әhәmiyyәti  xüsusi  qeyd

edilmәlidir. Hәmin qanunda göstәrilirdi ki, son vaxtlar Azәrbaycanda digәr cinayәtlәrlә yanaşı dövlәt orqanlarında,

müәssisәlәrdә  vә  ictimai  tәşkilatlarda  xidmәtdә  olan  şәxslәr  tәrәfindәn  rüşvәtxorluq,  müamilәçilik  vә  zorla  pul

qoparmaq  hallarının  artdığı  hiss  edilir  vә  bu  hallar  tәbii  ki,  ölkәdә  sabitliyin,  qayda-qanunun  vә  qanunçuluğun

bәrqәrar  olmasına  maneçilik  törәdir,  әhali  arasında  hökumәti  hörmәtdәn  salır,  xalqın  öz  hökumәtinә  inamını

azaldır.  Bütün  bunları  nәzәrә  alaraq  hәmin  qanunla  rüşvәtxorluq  kimi  ictimai  bәlaya  qarşı  cәza  tәdbirlәri

güclәndirilir  vә  Cinayәt  Mәcәllәsinin  372,  373,  378-ci  maddәlәrinin  bir  çox  paraqraflarında  dәyişikliklәr  edilir.

Törәdilәn cinayәtlәrin xarakterindәn asılı olaraq, onu törәdәnlәrin әmlakı müsadirә olunmaq şәrti ilә  10  ilә  qәdәr

hәbs cәzasına mәhkum olunmalı, sürgünә göndәrilmәli vә ağır katorqa işlәrinә cәlb edilmәlidirlәr.

Mülki işlәri nizama salmaq sahәsindә dә ciddi addımlar atılmış, bir çox tәdbirlәr hәyata keçirilmişdi. Tәkcә

1919-cu  il  әrzindә  respublikada  mülki  işlәri  qaydaya  salmaq  üçün  15  qanun  layihәsi  hazırlanıb  parlamentin

müzakirәsinә tәqdim edilmişdi.

25

Mәlum olduğu kimi, hәr bir hüquqi dövlәtdә bütün dövlәt  hakimiyyәti aparatının  başında yüksәk hörmәtә



malik elә bir müәssisә durmalıdır ki, onun әsas vәzifәsi dövlәtin vә ictimai hәyatın bütün sahәlәrindә qanunçuluğun

yüksәk  dәrәcәdә  tәmin  edilmәsini  tәşkil  etmәyi  bacarsın.  O  dövrdә  hüquqi  dövlәt  quruculuğu  sahәsindә  özünün

yalnız  ilk,  kövrәk  addımlarını  atan  Azәrbaycan  Respublikasının  özünün  konstitusiyasının  mövcud  olmadığı  bir

dövrdә  yerli  şәraiti  vә  dövlәtin  siyasi  strukturunun  özünәmәxsus,  sәciyyәvi  xüsusiyyәtlәrini  nәzәrә  alan  belә  bir

idarә yalnız Azәrbaycan senatı ola bilәrdi.

A.B.Sәfikürdski  mәhz  bunu  nәzәrә  alaraq  respublika  parlamentinә  senatın  tәsis  edilmәsi  haqqında  tәklif

verdi. Hәmin tәklifdә senatın hüquq vә vәzifәlәri, tәşkili vә tәrkibi, fәaliyyәt göstәrәcәyi yer vә s. göstәrilirdi. Bir

sözlә,  A.B.Sәfikürdski  senatın  әsasnamәsini  tam  mәnası  ilә  işlәyib  hazırlamışdı.  Bakıda  yerlәşәcәk  Senatın  üç

departamentdәn: cinayәt, mülki vә әrzaq departamentindәn ibarәt olması nәzәrdә tutulurdu.

26

Mәlumdur ki, 1918-ci ilin mart ayında Bakıda törәdilәn daşnak-bolşevik faciәsi dövründә şәhәrin yüzlәrlә



azәrbaycanlı әhalisindәn  çoxlu  zinәt  şeylәri  alınmış,  qiymәtli  әşyaları qarәt  edilmişdi.  Mart  faciәsinin  ildönümü

münasibәtilә  A.B.Sәfikürdski  hәmin  әşyaların  vә  zinәt  şeylәrinin  öz  sahiblәrinә  qaytarılması  haqqında  tәdbirlәr

planı hazırlayıb, Azәrbaycan parlamentinә bu haqda xüsusi qanun layihәsi tәqdim etmişdi. Hәmin layihә әşyaların

qiymәtinin yalnız 5%-ni dövlәt bankına vermәk şәrtilә bütün әşyaların öz sahibinә qaytarılmasını nәzәrdә tuturdu.

Hәmin  әşyaların  sahiblәrini  dәqiq  müәyyәn  etmәk  üçün  A.B.Sәfikürdskinin  tәklifi  ilә  tәşkilatlararası  komissiya

yaradıldı.

27

 Bilavasitә  әdliyyә  naziri  müavininin  sәdrliyi  ilә  yaradılan  hәmin  komissiyanın  tәrkibinә  Dövlәt



Bankının  rәisi,  Maliyyә,  Daxili  İşlәr  nazirliklәrinin,  hәmçinin  Dövlәt  Nәzarәti  İdarәsinin  nümayәndәlәri  daxil

edildilәr.

28

 Komissiya  hәftәdә  iki  dәfә  toplanır  vә  әşya  sahiblәrinin  komissiyaya  tәqdim  etdiklәri  yazılı  әrizәlәri



müzakirә edirdilәr. Hәmin әrizәlәrdә әşyaların әlamәtlәri dәlil-sübutlarla tәsvir edilmәli vә şahidlәr göstәrilmәli idi.

Sonralar komissiyanın tәklifi qanun layihәsi kimi qәbul olunub parlamentә tәqdim edildi.

1919-cu  ildә  A.B.Sәfikürdskini  narahat  edәn  vacib  mәsәlәlәrdәn  biri  dә  Azәrbaycan  hәbsxanalarındakı

acınacaqlı şәrait, hәbsxana binalarının uçulub dağılmaq vәziyyәtindә olması, mәhbuslara münasibәtdә yolverilmәz

kobudluqlar, sәhiyyә xidmәtinin aşağı sәviyyәdә olması vә bunun da nәticәsindә iltihablı xәstәliklәrin yayılması vә

s.  idi.  Bütün  bunların  qarşısını  almaq  üçün  Ədliyyә  Nazirliyi  parlamentә  xüsusi  qanun  layihәsi,  hökumәtә  isә

tәdbirlәr planı hazırlayıb tәqdim etdi.

Yuxarıda  göstәrilәn  çatışmazlıqları  aradan  qaldırmaq  üçün  ilk  növbәdә  hәbsxanaların  Daxili  İşlәr

Nazirliyinin  tabeçiliyindәn  alınıb  Ədliyyә  Nazirliyinә  verilmәsinin,  hәbsxanalara  nәzarәt  etmәk  üçün  xüsusi

şöbәnin - hәbsxana inspeksiyasının yaradılmasının zәruri olduğu qeyd edilirdi. Hәbsxana müfәttişliyi mәhbusların

saxlanılmasında  vә  bütünlüklә  hәbsxana  tәsәrrüfatının  mәqsәdәuyğun  aparılması  işindә  lazımi  qayda-qanun

yaratmalı idi.  Hәbsxana  müfәttişliyinә,  yәni  hәmin  şöbәyә  bilavasitә  rәhbәrlik  baş  prokuror  kimi  nazirin  özünün

üzәrinә  düşürdü.  Bundan  әlavә  hәbsxanaların  sanitar  vәziyyәtinin  yaxşılaşmasına  xüsusi  diqqәt  yetirilәrәk,

hәbsxana  şöbәsindә  baş  hәbsxana  hәkimi  vә  onun  müavini  vәzifәlәri  tәsis  edildi.  Baş  hәbsxana  hәkimi  hәbsxana

xәstәxanaları,  ambulatoriyaları  vә  bir  sözlә,  hәbsxanalarda  baş  verә  bilәcәk  epidemiya  hallarının  qarşısının

alınmasına nәzarәt etmәli vә vaxtında tәdbirlәr görmәli idi.

Azәrbaycan parlamenti hәmin tәkliflәri bәyәnmiş vә hәbsxana müfәttişliyi haqqında qanunu qәbul etmişdir.

9  maddәdәn  ibarәt  olan  hәmin  qanunla  hәbsxanalara  birbaşa  nәzarәt  Ədliyyә  Nazirliyinә  tapşırılmış,  mәhkәmә

hökmlәrinin yerinә yetirilmәsi ilә әlaqәdar bütün işlәr Quberniya idarәlәrindәn alınaraq hәbsxana şöbәsinә hәvalә

edilmişdi. Quberniya idarәlәri bundan sonra yalnız hәbsxanaların tikintisi vә tәmiri işlәri ilә mәşğul olmalı idilәr.



Qüvvәdә olan Cinayәt  Mәcәllәsinә uyğun mәsәlәlәri hәll  etmәk üçün  hәbsxana  işlәri  şurası tәşkil edildi.  Ədliyyә

naziri  vә  ya  onun  müavini  bu  şuranın  sәdri  olmalı  idi.  Şuranın  üzvlәri  -  dәftәrxana  rәisi,  nazirliyin  hüquq

mәslәhәtçisi,  mәhkәmә  palatasının  prokuroru,  hәbsxana  müfәttişi,  baş  hәbsxana  hәkimi  vә  hәmçinin,  Sәhiyyә,

Ərzaq vә Dövlәt Nәzarәti Nazirliyinin nümayәndәlәrindәn ibarәt idi.

29

ƏDƏBİYYAT:

1. Azәrbaycan Xalq Cümhuriyyәti ensiklopediyası. Bakı, 2005, s. 334.

2. "Azәrbaycan " qәzeti, 28 may 1919-cu il, № 10.

3. "Odlar Yurdu" qәzeti, 1992-ci il, № 6, s. 3.

4. Azәrbaycan Xalq Cümhuriyyәti ensiklopediyası. Bakı, 2005, s. 334.

5. А.Балаев. Азербайджанское национально-демократическое  движение 1917-1920 гг.  Баку, 1990, с.

30.

6. ADRA, f 970, iş 1, siy. 1, v. 58.



7. Yenә orada, v. 60.

8. А.Балаев. Азербайджанское национально-демократическое  движение 1917-1920 гг.  Баку, 1990, с.

216.

9. Азербайджанская Демократическая Республика (1918-1920). Парламент. Баку, 1998, с. 28.



10. Azәrbaycan Xalq Cümhuriyyәti (1918-1920). Parlament I. Bakı, 1998, s. 46.

11. Азербайджанская Демократическая Республика. Баку, 1998, с. 117.

12. Yenә orada, s. 120.

13. Yenә orada, s. 127.

14. Ədliyyә Nazirliyi üzrә 1919-cu il 16 aprel tarixli әmr.

15. ARDA.f. 100, siy. 28/6, iş 84, v. 34.

16. Азербайджанская Демократическая Республика (1918-1920). Законодательстве акты. Баку, 1998,

с. 328.


17. ARDA.f. 100, siy. 2, iş 7, v. 170.

18. ARDA, f. 100, siy. 2, iş 7, v. 184.

19. ARDA.f. 699. siy.l, iş 63, v.129.

20. Azәrbaycan Respublikasının ünvan-tәqvimi. Bakı, 1920, s. 63.

21. ARDA.f. 100, siy. 2, iş 784, v. 116.

22. "Qanunçuluq" jurnalı, 2002-ci il, № 2, s. 51-52.

23. ARDA, f. 699, siy. 3, iş 1, v. 210.

24. ARDA, f. 895, siy. 3, iş 1, v. 1.

25. ARDA.f. 895, siy. 3, iş 115, v. 1-4.

26. ARDA.f. 100, siy. 2, iş 266, v. 41, 53-58, 59-60.

27. ARDA.f. 100, siy. 2, iş 304, v. 1-2.

28. ARDA, f. 100, siy. 2, iş 304, v. 3.



29. ARDA.f. 895, siy. 3, iş 167, v. 1-2.

: docs -> jurnal
jurnal -> Roza eyvazova
jurnal -> Naxçivan tariXİNƏ VƏ MƏDƏNİYYƏTİNƏ daiR Əlyazma mətnləRİ SƏbuhi İbrahimov
jurnal -> «Türkologiya».–2011.№1.–S. 69-75. TÜRk diLLƏRİNDƏ ortaq terminologiyanin yaradilmasi cəMİLƏ babayeva
jurnal -> İnsan qrupunu qəSDƏn məhv etmək siyasəTİ Nəsir Məmmədov, амеа-nın İnsan Hüquqları İnstitutu Açar sözlər
jurnal -> Türk xalqlarının ortaq dastanlarının yaranması və yayılması coğrafiyası Sədnik Paşa Pirsultanlı
jurnal -> DÜnya azərbaycanlilarinin III qurultayi: Güclü Azərbaycan üçün güclü diaspor Vüsalə Kərimova
jurnal -> Milli-mənəvi dəyərlərin şagird şəxsiyyətinin formalaşmasına təsiri İsfəndiyar Novruzlu
jurnal -> «Mədəni Maarif». 2011.№1. S. 24-26. Müzikl janrının tarixinə qısa baxış (1920-70-ci illər) Pikə FƏtullayeva
jurnal -> «Q a n u n ç u lu q». 2 0 1 № S. 3 2 3 7
jurnal -> “Qanun”. 2013.№11. S. 58-66. CİNayətkarliq haqqinda


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə