105
Herodot yazır ki, skiflər əti heyvanın qursağına doldurub bişirirlər
(Herodot, IV, 61). Bu adəti türk xa lqlarının ə ksəriyyətində və buryatlarda
müşahidə etmişlər.
Herodot skiflə rdə qardaşlaşma adətinin təsvirin i (Herodot, IV, 70)
vermişdir. Erkən orta əsrlərdə bu adət qıpçaqlarda da olmuşdur (141, 54).
Skiflərin qədim türklə r olduğunu göstərən faktlardan biri də onların
allah larının adlarıd ır (Herodot, IV, 59).
A p i
(Yer ilahəsi). İran mənşəli ad sayılır və fars dilindəki ab – ―su‖ sözü
ilə ə laqələndirilir. Türkcə
ebi, əbi
– ―ulu nənə‖ (―babanın nənəsi‖), ―böyük
ana‖, ‖ulu ana‖ (babanın anası, 166, I, 220, 224) sözündəndir. Qəd im türklərdə
aba
,
həm ―ana‖, hə m də ―əcdad‖, ―ulu ata‖ mənala rında idi (yenə orada). İ.Miziyevə
görə, Şimali Qafqazda yaşayan türk balkar – qaraçaylarda indi də Apisat (Api və
türkcə
sat
– ― müqəddəs‖ sözündən) allah ına sitayişin qalıq ları vard ır (141, 76).
P a p a y (Baş allah). İranmənşəli ad sayılır və fars mənşəli
papak
–
―qoruyucu‖ sözü ilə əlaqələndirilir. Əslində türkcə
baba
– ―ulu baba‖, ―babanın
babası‖, ―soybaşı‖ (166, II, 10- 11) sözündəndir. Qədim türklərin məişətində
əcdada sitayiş mühüm yer tuturdu. Herodot midiyalılarda, Strabon albanlarda
əcdadlara sitayişin olduğunu yazmışdır.
Q o y t o s i r (allah adı). İran mənşəli ad sayılır. Türkcə
qoy, qok
– ―göy‖,
―mav i səma‖ və
tesir, teşir
(teşmə k, deşmə k, yarmaq, yarıb keç mək felindən)
sözlərindəndir. Azərbaycanca ifadə etsək, bu ad ―göyü deşən‖, ―göyü yarıb gələn‖
(Günəş şuası) mənasındadır. İzahımızın doğruluğunu Herodotun belə bir məlu matı
təsdiq edir ki, skiflə rdə Qoytosir yunanlardakı Apollondur. Yunanlarda is ə Apollon
allah ı ―Günəş işığı‖, ―Günəş ziyası‖ mənasında idi.
A r q i m p a s (i lahə ad ı). Herodot qeyd edir ki, skiflə rdə bu ilahə
yunanlarda Afrodita – Uraniya ilahəsi ilə eynidir (IV; 59). Yunanlarda is ə hə min
ilahə məhsuldarlıq allahı id i. Türkcə
irk in
– ―bir neçə gün aramsız yağan yağış‖
(100, 212) və
baş
– ―başçı‖ sözlərindəndir. Bir neçə gün yağan yağış məhsuldarlığa
səbəb olur. De məli, Arqimpas ―yağış başçısı (ilahəsi)‖ mənasındadır.
Skiflərin türkmənşəli o lduğunu onların ş ə xs adları da göstərir.
Dostları ilə paylaş: