Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 57,91 Kb.
səhifə22/48
tarix26.12.2016
ölçüsü57,91 Kb.
#3546
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   48
iv) Zona Təlim Komissari tərəfindən tövsiyə olunmalı

İlkin işə cəlb olunmadan sonra namizəd üç təlim modulunu uğurla başa vurmalıdır.

  1. Şəxsin spesifik Taxta Nişanına (Bəcinə) sahib olub-olmamasından asılı olmyaraq, həmin şəxsin Skaut dəyərlərinin pedaqoji əhəmiyyətini anlamaq və Skaut metodlarının ASA-ın bütün yaş qruplarında necə tətbiq edilməsini qavramaq üçün təlim keçəcəyi ümumi təlim modulu. Bu modulun müddəti 2 təlim günüdür (20 təlim saatı). Bu modul qarışıq heyətə (bütün yaş qrupuna malik Taxta Nişanı (bəc) sahibləri təlimçiləri) malik olan Lider təlimçi tərəfindən aparılır.



  1. Növbəti modul Mauqli skaut, Skaut və Cəngavər skautnin metodları ilə bağlı spesifik təlimlər ilə əlaqdar şəxsin sahib olduğu Taxta Nişanının tipi ilə müəyyən edilir. Bu modulda əhəmiyyətli yaş qruplarına dair bütün spesifik məsələlər təhlil edilir və bacarıqlar standartlaşdırılır. Lider təlimçinin və onun bu yaş qrupundan təcrübəyə malik heyətinin apardığı bu iki günlük təlim modulundan iştirak etmək üçün şəxs öncəki təlim mərhələlərində uğurla iştirak etmiş olmalıdır .



  1. Təlimçilərə Təlim Keçirilməsi” modulunun növbəti hissəsi də digər adi mərhələdir (şəxsin sahib olduğu Taxta Nişanın tipi ilə bağlı). 1 təlim günü ərzində təşkil ediləcək və Təlimçi tərəfindən keçirilən bu təlim mərhələsində spesifik təlim texnikası, eləcə də kommunikasiya və təqdimat bacarıqları də tədris ediləcək.

Bütün üç mərhələni uğurla başa vurduqdan sonra milli təlim komitəsi milli Şuraya Taxta Nişanına malik olduğu yaş qrupunun Lideri üçün Təlimçi Köməkçisi vəzifəsi üçün 2 illik lisenziyaının verilməsini təklif edəcək.

Bütün təlimçi köməkçiləri ən azı iki formal təlim modulunda (İlkin, Baza və Xüsusi), eləcə də hər il Zona səviyyəsində təşkil edilən dörd davamlı təlim proqramında iştirak etməlidir.

Minimum 2 illik zaman və milli təlim komitəsi tərəfindən Təlimçi Köməkçisi vəzifəsini icra etmək üçün səlahiyyət verilmiş və eləcə də inkişaf etmək marağı nümayiş elətdirən şəxslər Lider Təlimçisi vəzifəsi üçün növbəti təlim səviyyəsində iştiraka dəvətlidir.

Əlavə olaraq, Təlimçi vəzifəsinə kimi irəliləmək üçün Təlimçi Köməkçisi Baza Təlimləri və ASA-ın bütün yaş qruplarının Düşərgə Rəhbərləri üçün nəzərdə tutulan təlimlərində uğurla iştiirak etmiş olmalıdır.

Bu modul sahib olduqları Taxta Nişanından asılı olmayaraq Təlimçi Köməkçiləri üçün ümumidir. Bu modulunun müddəti iki təlim günü təşkil edir və Milli Təlim Komissari tərəfindən aparılır. Lider Təlimçilərin apardıqları “Təlimçilərin Təlimi” modulu və təlimi Taxta nişanı istisna olmaqla bu modulun məqsədi iştirakçıların bütün Formal təlimlərdə və eləcə də ASA-ın davamlı təlim proqramlarında Lider rolunu əldə etmələri üçün onlar üçün bilik və bacarıqlar təqdim etməkdir.

Xüsusilə, belə təlimlərin mövzuları aşağıdakılardır:

  • Təlimdə iştirak edən şəxslərin təhsillə bağlı ehtiyaclarının aşkar edilməsi və onların həlli ilə bağlı yollardan istifadə

  • Formal və ya davamlı təlim proqramların təşkili

  • Təlimçi heyətinin seçilməsi və onlara təlimlərin keçilməsi, vəzifələrinin icrası

  • Təlimçi səviyyəsi ilə bağlı təlim modulunun icrası və qiymətləndirilməsi

  • Təlim moduluna dəstək hissənin təşili və təlim modulu ilə bağlı məsələlərin maliyyələşdirilməsi.

  • ASA-dakı vəzifələri ilə bağlı təlim keçirildikdən sonra qrup və komanda Liderlərinin daha yaxşı nəticə göstərmələrini təmin etmək üçün “keçilmiş dərslərin “ onlara ötürülməsi.

Təlim modullarını uğurla başa vurduqdan sonra, Milli Təlim Komitəsi Milli Şuraya Taxta Nişanına sahib olduğu yaş qrupunun Lideri üçün iki illik Təlim lisenziyasının verilməsi təklifini edəcək.

Bütün təlimçilər ən azı iki formal təlim modulunda (İlkin, Baza və Xüsusi), eləcə də hər il Zona səviyyəsində təşkil edilən dörd davamlı təlim proqramında iştirak etməlidir.

Minimum 2 illik zaman və milli təlim komitəsi tərəfindən Təlimçi vəzifəsini icra etmək üçün səlahiyyət verilmiş və eləcə də inkişaf etmək marağı nümayiş elətdirən şəxslər Lider Təlimçisi vəzifəsi üçün növbəti təlim səviyyəsində iştiraka dəvətlidir.

Əlavə olaraq, Lider Təlimçi vəzifəsinə irəliləmək üçün Təlimçi əlavə olaraq azı iki Taxta Nişanına malik olmalıdır.

Bu modul sahib olduqları Taxta Nişanından asılı olmayaraq Təlimçilər üçün ümumidir. Bu modulunun müddəti iki təlim günü təşkil edir və Milli Təlim Komissari tərəfindən aparılır. Lider Təlimçilərin apardıqları “Təlimçilərin Təlimi” modulu və təlimi Taxta nişanı istisna olmaqla bu modulun məqsədi iştirakçıların bütün Formal təlimlərdə və eləcə də ASA-ın davamlı təlim proqramlarında Lider rolunu əldə etmələri üçün onlar üçün bilik və bacarıqlar təqdim etməkdir.

Xüsusilə, belə təlimlərin mövzuları aşağıdakılardır:

  • Təlimdə iştirak edən şəxslərin Zona və Milli səviyyədə təhsillə bağlı ehtiyaclarının aşkar edilməsi və onların həlli ilə bağlı yollardan istifadə

  • ASA-ın Milli Təlim heyətinin seçilməsi və onlara təlimlərin keçilməsi, vəzifələrinin icrası (Təlimçi Köməkçisi, Təlimçi və Lider Təlimçi)

  • Zona və Milli səviyyədə təlim modulunun icrası və qiymətləndirilməsi

  • Təlim moduluna dəstək hissənin təşili və təlim modulu ilə bağlı məsələlərin maliyyələşdirilməsi.

  • ASA-dakı vəzifələri ilə bağlı təlim keçirildikdən sonra Təlimçi heyətin daha yaxşı nəticə göstərmələrini təmin etmək üçün “keçilmiş dərslərin “Milli təlim komitəsinə ötürülməsi

Təlim modullarını uğurla başa vurduqdan sonra, Milli Təlim Komitəsi Milli Şuraya Taxta Nişanına sahib olduğu yaş qrupunun Lideri üçün iki illik Lider Təlimi lisenziyasının verilməsi təklifini edəcək.


Yüklə 57,91 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin