AZƏrbaycan respulikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 309.42 Kb.
Pdf просмотр
səhifə1/5
tarix10.07.2017
ölçüsü309.42 Kb.
  1   2   3   4   5

AZƏRBAYCAN RESPULİKASI TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATI KAFEDRASI 



 

İndeks UOT    801.6:7.031]:82.0                                  «Təsdiq edirəm» 

Dövlət qeyd.  0106AZ00520                                 Elmi işlər üzrə prorektor 

                                                                   ________ k.e.d., prof. İ.Ə.Əliyev 

                                                                   _____________ 2008-ci il 

 

 



 

FOLKLOR NƏZƏRİYYƏSİ 

(2006-2008-ci illərin tam hesabatı) 

 

 



 

ETH-nin rəisi 

b.e.d.,prof.                                                _________        İ.N.Əliyeva 

                                                                   _________           2008-ci il                                                                         

 

Elmi-tədqiqat işinin rəhbəri 



AMEA-nın m.ü., prof.                            __________       A.M.Nəbiyev 

                                                                  __________            2008-ci il                                                                         

 

 

 



 

 

 



 

 

 



 

 

BAKI – 2008 



 

 

MÜNDƏRİCAT: 



 

Referat…………………………………………………………3-4 

Giriş…………………………………………………………….5-6 

Folklor nəzəriyyəsi…………………………………………….7-44 

Nəticə…………………………………………………………..45-46 

Ədəbiyyat………………………………………………………47  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

REFERAT 


 

Təqdim  olunan  elmi  iş  folklorşünaslığın  nəzəri  məsələləri  və  onun  ayrı-ayrı  problemlərini  əhatə 

etmək məqsədi daşıyır. Problem ətrafında mövzular isə belədir: 

AMEA-nın müxbir üzvü, professor A.M.Nəbiyev: 

1) Azərbaycan dastan yaradıcılığ və onun təsnifi məsələlərinə dair 

2) Nağıl motivləri əsasında yaranan dastanlar 

3) Adi məhəbbət dastanları 

Dosent N.Q.Xəlilov: 

1) XIII-XV əsr aşıq poeziyası və yazılı ədəbiyyat 

2) XVI əsr aşıq poeziyası və yazılı ədəbiyyat 

3) XVII əsr aşıq poeziyası və yazılı ədəbiyyat 

Dosent E.Ə.Talıblı: 

1) Folklorşünaslığın təşəkkülü və mifoloji nəzəriyyə 

2) XIX əsrin ortalarında folklor nəzəriyyələri: iqtibas və antropoloji nəzəriyyələr 

3) XIX əsrin sonu – XX əsrin əvvəllərində nəzəriyyələr: tarixi və fin məktəbi 

Dosent S.H.Orucova: 

1) «Koroğlu» eposu rus mətbuatında 

2) «Koroğlu»nun rus dilindəki nəşrləri 

3) «Koroğlu»nun şeirləri rus dilində 

Dosent M.M.Məmmədov: 

1) Azərbaycan kosmoqonik mifləri mifoloji düşüncədə 

2) Etnoqonik miflərdə insan və təbiət münasibətləri 

3) Təqvim miflərində etnosun zaman kateqoriyasına münasibəti (kainatın dövrlülüyü) 

Dosent K.F.İslamzadə: 

1) «Ögey ana» beynəlxalq süjetinin Azərbaycanda və başqa xalqlarda variantı 

2) Nağıllarda vahid kompozisiya və süjet rəngarəngliyi 

3) Sehrli nağıllar yazılı ədəbiyyatda fantastika janrının ilkin özəyi kimi 

F.e.n. Ü.A.Nəbiyeva: 

1) «Dədə Qorqud» şifahi repertuarda 

İşlənən bu nəzəri problemdə folklor nəzəri fikrin qaynaqlarına istinad edərkən yeni tədqiq üslubu 

elmi  işin başlıca mahiyyətini təşkil  edir. Elmi iş müəlliflərin ilkin hesabatı tərtib prisiplərinə əsaslanmış, 

girişi, əsas hissə, nəticə, ədəbiyyat və əlavədər ibarətdir. 

 

 


 

 

GİRİŞ 



 

Təqdim  olunan  hesabat  kafedranın  2006-2008-ci  illər  Azərbaycan  folklorunun  aktual 

problemlərinin  araşdırılmasını  nəzərdə  tutur. Burada  elmi  işlərin  adı,  annotasiyası,  hər  bir elmi  işin  qısa 

məzmunu özünü əks etdirir. Əsas hissə  müəlliflərin hesabatları, çap etdirdiyi elmi  məqalələrdən,  məruzə 

və tezislərdən ibarətdir. 

Hesabatın  əsas  hissəsində  fəslində  icra  olunan  elmi-tədqiqat  işlərin  müasir  gün  üçün  aktuallığı, 

eləcə də Azərbaycan şifahi xalq ədəbiyyatı tarixinin öyrənilməsi üçün aktual olan məsələlərin elmi-nəzəri 

baxımdan araşdırılması,  bir sıra  yeni tezislərin  irəli sürülməsi, eləcə də onların  vaxtilə  irəli sürülmüş  bir 

sıra  yanlış,  yaxud  köhnə  elmi  təfəkkürə  əsaslanın  mülahizələr  çevrəsi,  həmin  məsələlərə  münasibət önə 

çəkilir. Elmi  hesabatda bu  baxımdan  Azərbaycan aşıq  yardıcılığının  yaranma tarixi  ilə  bağlı  məsələlərə 

yeni  baxış  diqqəti  xüsusilə  cəlb  edir.  Belə  ki,  indiyədək  Azərbaycan  aşıq  yaradıcılığının  XVI  əsrdə 

yaşamış  Qurbaninin  yaradıcılığından  başlanması  ideyasıəsas  götürülürdü.  Amma  kafedranın  son  illər 

ərzində  apardığı  elmi  işlərdə  bu  tarixi  dəqiqləşdirilərək  XIII  əsrlə  bağlanmışdır.  Yeni  materiallar 

Azərbaycan  aşıq  şeiri  tarixini  XIII  əsr  sənətkarı  Molla  Qasımla  başlaması  faktlarını  aşkarlayıb  üzə 

çıxarmış və beləliklə bu mühüm məsələ də dəqiqləşdirilmişdir. Bu isə nəticə etibarilə aşıq yaradıcılığının 

tarixini 300 il əvvələ çəkilməsinə iman vermişdir. 

Elmi  işdə  yenilik  kimi  nəzərə  çarpan bir  məsələ  qədim  türk  dastanları  ilə  bağlıdır.  Məlumdur  ki, 

sovetlər  dönəmində  türk  dastan  yaradıcılığı  «Kitabi-Dədə  Qorqud»  sonrakı  inkişaf  mərhələsi  ilə  bağlı 

araşdırılırdı. Türkün ən qədim dastanı «Alp Ər Tonqa», «Oğuz Xaqan», «Şu» və başqaları diqqət kənarda 

qalırdı.  Elmi-tədqiqat  hesabatında  Azərbaycan  dastançılığı  ümumi  kontekstdə  götürülməklə,  qədim  türk 

dastanları  dastan  yaradıcılığının  başlanğıcı  kimi  qəbul  edilmiş,  sonra  yaranan  milli  eposun  bu 

qaynaqlardan baş alıb gəldiyi müəyyənləşdirilir. Elmi işdə dastan yaradıcılığının təsnifi məsələləri, qədim 

türk  dastanlarının  tipləri  və  növləri,  aşıq  repertuarında  yeni  dastan  tipi  olan  məhəbbət  dastanlarının 

meydana gəlmə tarixi də  yeni  nəzəri  mülahizələr  əsasında öyrənilmiş  və  bu sahədəki  yanlışlıqlar  aradan 

qaldırılmışdır.  Elmi  hesabatda  Azərbaycan  folklorşünaslığının  tarixinin  yaranması  məsələlərinə,  onun 

inkişaf  mərəhələlərinə  nəzəri  fikirdə  kosmoqonik  mif  düşüncəsinə,  bir  sıra  beynəlxalq  süjetlərin 

Azərbaycan nağıl və dastanlarına transformasiya məsələlərinə toxunulmuşdur. Ümumlikdə 3 illik dövrün 

elmi işləri Azərbaycan folklorunun yenidən öyrənilməsində bir sıra faktların dəqiqləşdirilməsinə imkanlar 

açır. 

 

 



 

 


 

FOLKLOR NƏZƏRİYYƏSİ 

 

Aşıq  yaradıcılığının  ayrı-ayrı  məktəblər  əsasında  yaranıb  inkişaf  etməsi  şifahi  sözün  ifadə 



imkanlarını  genişləndirdi.  Canlı  danışıq  dilinin  cilalanmasında  xalq  şeirinin  müxtəlif  şəkillərinin 

yaranmasına,  aşıq  şeirinin  mövzu  və  məzmunca  zənginləşməsinə  əsaslı  təsir  göstərdi.  Sözün  ecazkar 

qüdrətinin  sirlərinə  zaman-zaman  daha  yaxından  bələd  olan  saz-söz  ustaları  özlərinin  repertuar 

zəngiliyinə daim ciddi cəhd göstərməkdə idilər. 

Aşıq  poeziyasının  geniş  və  çoxcəhətli  inkişafı  tərqqi  və  çiçəklənməsi  üçün  erkən  zəmin  kimi 

qədim  türk  şeirinin  hazır  modern  forması  mövcud  idi.  Aşıq  şeiri  türk  xalq  şeirinin  bu  ənənələrinə 

əsaslanaraq  özünün  yeni  forma,  məzmun  çevrəsini  formalaşdırmışdı.  Yunis  İmrə,  Molla  Qasım,  Aşıq 

Köçər, Dədə Kərəm, Qurbani, Abbas Tufarqanlı kimi sənətkarların şəxsində, həm də yaranıb formalaşan 

Anadolu,  Şirvan  və  Təbriz  aşıq  məktəbələrinin  ənənələri  zəminində  aşıq  şeiri  özünün  zəngin  forma 

müxtəlifliyini  yaratdı.  Bu  isə  orta  əsrlərin  aşıq  yaradıcılığı  şəkillərini  meydana  çıxarıb  onların  sıra 

düzümünü müəyyən etdi. 

Qədim türkün epik təfəkküründə daha qüdrətli bir yaradıcılıq ənənəsi – xalq nəsri formalaşmışdı. 

Onun  erkən  nümunələri  kimi  milli  yaddaşda  qədim  türk  dastanı  tipi  –  «Alp  Ər  Tonqa»,  «Şu»,  «Oğuz 

Xaqan», «Ərgənəkon» və b. qalmışdı. Yazılı qaynaqlarda isə «Onigin», «Tonikik», «Gül tigin» və «Bilgə 

xaqan» bizlərə gəlib çatmışdı. 

Tarixi  yaradıcılıq  ənənələrinin  çarpazlaşması,  alplıq  və  cəngavərlik  həyatı,  qəbilə  və  tayfa 

münasibətlərinin kəskinləşməsi dövrünün  bədii düşüncəsi  isə türkün epik  yaddaşında yeni  bir  hadisəni  – 

eposçuluğu formalşadırmışdı. 

Türk  xalqlarının  eposçuluq  ənənələri  məhdud  çərçivədə  qalmamışdı.  Bir  tərəfdən  qüdrətli  oğuz 

eposçuluğunu  yaradan  türklər,  eyni  zamanda  Altay  və  Mərkəzi  Asiyada  bu  yaradıcılıq ənənəsini  davam 

və inkişaf etdirərək «Manas», Alpamış», «Maaday Qara» və onların silsislə variantlarını yaratmışdılar. Bu 

eposların bir çoxunda türk xalqları üçün ənənəvi süjetlərdən olan övladsızlıq, qeyri-adi doğuluş, qeyri-adi 

nikah  və  toy,  ərin  öz  toyuna  gəlib  çıxması,  dağ  və  dağlarda  qəhrəmanlıq,  doğulan  uşağın  itirilməsi  və 

sonradan  tapılması,  övlad  əldə  etmənin  müxtəlif  formaları,  qız  arxasınca  getmə,  döyüş  meydanında 

doğmaların  üz-üzə  gəlməsi  və  bir-birini  tanıması  kimi  daha  bir  sıra  oxşar  motivlər  yeni  yaradıcılıq 

mərhələsi  keçmişdi.  Bununla  belə,  oğuz  eosu  ilə  qıpçaq  eposunu  bir-birindən  ayıran  və  fərqləndirən 

cəhətlər də az deyildir. Ən başlıca fərq yaradıcılıq ənənələrindəydi. Qıpçaq eposu, - Mərkəzi Asiya, Altay 

və Türküstan eposları da daxil olmaqla epik-romantik yaradıcılıq ənənəsinə əsaslanır. 

Oğuz  eposunda  isə  mənzərə  bir  qədər  fərqlidir.  Ozan  improvizatorçuluq  institutunun  süqutu  ilə 

onun  bir  çox  funksiyaları  aşıq  ifaçılığı  institutuna  transilə  edilmiş  və  «Dədə  Qorqud»  silsiləsi  bu 

yaradıcılığın  zirvəsi  kimi  yaddaşa  yazılmış,  orta  əsrlərin  başlanğıcında  isə  yazıya  alınıb  kitaba 

çevrilmişdir. Bütövlükdə «Dədə Qorqud» hafizədən silinmiş, onun ayrı-ayrı süjet, motiv və obrazları türk 



eposuna  səpələnmişdir.  «Dədə  Qorqud»un  sonrakı  dünya  səyahəti  yalnız  onun  yazılı  taleyi  ilə  bağlı 

olmuşdur. 

Erkən  orta  əsrlərin  başlanğıcında  ozan  improvizatorçuluq  instiutunun  süqutu  aşıq  yaradıcılığının 

meydana gəlməsini reallaşdırdığı bir zamanda aşıq repertuarında ozan ənənələri zəmininə əsaslanan, lakin 

onlan tamam fərqli bir yaradıcılıq hadisəsi olan dastan yaradıcılığı meydana çıxdı. «Aşıq» kimi «dastan» 

da  çoxmənalı  sözdür.  O,  sadə  bir  söz  olaraq  həm  bacarıq,  məharət,  hiylə  nümayiş  etdirən,  həm  də 

qəhrəmanlıq, sevgi macərasını əks etdirən əhvalat deməkdir. 

Dastan eyni zamanda bir istilahi kimi musiqi havası, melodiya və b. mənalarda da işlənməkdədir. 

Dastan  eyni  zamanda  «boy»,  qol,  hissə,  nağıl adları  ilə  adlandırılmış,  zaman  keçdikcə  onun  janr 

xüsusiyyəti başqa ədəbi nümunələrlə müqayisədə araşdırılıb öyrənildikcə o, spesifik xüsusiyyətlərə malik 

bədii  nümunə  kimi  xalq  ədəbiyyatında  elə  dastan  adı  ilə  sabitləşmişdir.  «Həmişə  olmuş  əhvalat,  baş 

vermiş hadisə, tarixi həqiqət kimi» qəbul edilmişdir. 

Azərbaycan  dastanları  ilk  dəfə  daha  mükəmməl  şəkildə  M.H.Təhmasib  tərəfindən  təsnif 

edilmişdir. Həmən təsnifat keçmiş sovet postməkanında yaşayan xalqların eposlarının tfsnifi prinsiplərinə 

əsaslansa da  hələ bizim dastan  yaradıcılığımız üçün öz elmi əhəmiyyətini titirməmişdir. M.H.Təhmasib 

dastanları belə təsnif edirdi: 

1.

 

Qəhrəmanlıq dastanları. 



2.

 

Məhəbbət dastanları. 



3.

 

Ailə-əxlaq dastanları. 



Öz dövrü, dastanlarımızın toplanma və tədqiqat səviyyəsi üçün qismən daha məqsədyönlü hesab 

edilən  bölgüyə  üç  istiqamətdə  münasibət  bildirməyə  ehtiyac  vardır.  Çünki  M.H.Təhmasib  həmin 

təsnifatda qəhrəmanlıq dastanlarının özünü də üç qrupa ayırır. 

1. Qədim bahadırlıq nağılları, sehrli nağıllar və əsatiri görüşlərlə səsləşən qəhrəmanlıq dastanları. 

2. Tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanları 

3. Adi qəhrəmanlıq dastanları. 

 

Dastanların son təsnifatı isə belədir: 



1. Qəhrəmanlıq eposu 

 

a) əsatir qalıqları, qədim alplıq və cəngavərlik görüşlərini əks etdirən süjetlər 



 

b) əski törəniş, birgə yaşayış və ibtidai dövlətçilik ənənələrini əks etdirən süjetlər 

 

v) qəbilə-tayfa dövrü məişət həyatını, tayfadaxili və tayfaxarici ziddiyyətləri əks etdirən süjetlər 



 

q) tarixi hadisələr və tarixi şəxsiyyətlərin adı ilə səsləşən süjetlər 

 

d) adi qəhrəmanlıq hadisələri ilə bağlı süjetlər 



2. Məhəbbət dastanları 

 

a) nağıl motivləri əsasında yaranan dastanlar 



 

b) adi məhəbbət dastanları 

 

v) avtobioqrafik dastanlar 



 

1. aşiq-məşuq dastanları 

 

2. butalanma yolu ilə yaranan dastanlar 



 

q) tacir-zadəgan həyatı və yazılı ədəbiyyatdan gəlmə süjetlər əsasında yaranan dastanlar. 

 

Aşıq  poeziyasının  XIII-XIV  əsrlərdəki  qaynaqları  Molla  Qasım  və  Yunis  İmrənin  adı  ilə  sıx 



bağlıdır.  Lakin  bu  qaynaqların  araşdırılmasında  biz  müəyyən  mənada  gecikmiş,  aşıq  poeziyasının 

meydana  gəlməsində  Molla  Qasım  və  Yunis  İmrə  həqiqətinə  əslində  göz  yummuş,  onların  Azərbaycan 

aşıq poeziyasının formalaşmasındakı çox əhəmiyyətli xidmətlərini kifayət qədər araşdırıb açıqlaya bilmə-

mişik. Bunun bir sıra obyektiv səbəbləri ilə yanaşı, subyektiv səbəbləri də vardır. Lakin bu bir həqiqətdir 

ki, tədqiqatçıların sırf Azərbaycan dili ləhcəsində yazdığı qənaətində olduqları Yunis İmrə eyni zamanda, 

Azərbaycan  aşıq  şerinin  yeni  mərhələyə  yüksəlməsində,  milli  aşıq  poeziyası  ənənələrinin 

formalaşmasında öncül və aparıcı mövqeyə malik olmuşdur. Təbii ki, bu barədə geniş və ətraflı tədqiqata 

ehtiyac vardır. Lakin bir məsələni də xatırlatmaq yerinə düşərdi ki, XIII – XIV əsrlərdən XVI əsrə qədər 

olan yüzilliklərdə onlarla, yüzlərlə el aşıqlarımız, şairlərimiz olmuşdur ki, onların şerləri ya itib batmış, ya 

da  başqa–başqa  aşıqların  şerlərinə  qarışaraq  bizə  ünvanı  ilə  gəlib  çatmamışdır.  Əgər  belə  olmasaydı 

Q.Bürhanəddin,  Nəsimi  kimi  şairlərin  yaradıcılığında  biz,  xalq  şerinin  üslub  və  əlamətlərini,  hətta  bəzi 

numunələrini  görə  bilməzdik.  Adı  çəkilən  və  bir  sıra  başqa  şairlərimiz  hətta  qəzəl  yazanda  belə,  xalq 

şerinin qüdrətinə arxalanmış və yeri gəldikcə ondan özlərinə məxsus şəkildə istifadə də etmişlər. Nəzərə 

alsaq  ki,  İzzəddin  Həsənoğlu  XIII  əsrdə  yaşamışdır  və  bu  günkü  dilimizin  gözəllikləri  hələ  Həsənoğlu 

dövründə geniş işlənmişdir, onda aşıq sənətinin həmin yüzilliklərdə mövcudluğuna inanmamaq olmur. Bu 

baxımdan o dövr haqqında ümumi bir mənzərə yaratmaqla bu həqiqətləri üzə çıxarmaq olar. 

Məlum olduğu kimi, hələ XIII əsrə qədər fars dili hakim bir dil kimi hökmranlıq edirdi. Təbii ki, 

bizim bir sıra görkəmli sənətkarlarımız da bu dildə yazıb yaradırdılar. Lakin fars dilini bütün təbəqə eyni 

şəkildə qavraya bilmirdi. Təbəqələşmə özünü açıq şəkildə gəstərirdi. Əgər belə demək mümkündürsə, az-

çox yazıb pozmağı bacaranlar, ziyalı təbəqə fars dilindən istifadə edirdisə, xalqın böyük bir hissəsi üçün 

isə bu dil anlaşılmaz idi. 

Digər tərəfdən XIII əsrin əvvəllərində monqolların hücumu, türk torpaqlarını öz nəzarətləri altına 

almaları  istər-istəməz  fars  dilinin  get-gedə  aradan  çıxmasına  səbəb  olmuşdur.  Çünki  «Çingiz  xandan 

başlayaraq, ilk monqol hakimləri fars katiblərinin qəliz və ibarəli yazı üslubunu xoşlamırdılar» (39,237). 

Elə  ona  görə  də  dil  faktoru  ozançılıqdan  aşıqlığa  keçid  mərhələsini  önə  çəkdi.  Daha  doğrusu  ozan  öz 

yerini aşığa verdi. 

Deməli,  XIII  əsrin  əvvəllərindən  başlayaraq  fars  dili  get-gedə  sıxışdırılırdı.  «Türklərin 

monqollarla  tarixi-mədəni  yaxınlığı,  həmçinin  müsəlmanlaşmış  Azərbaycan  türklərinin  monqollarla 

müqayisədə  daha  yüksək  mədəni  inkişaf  səviyyəsində  olması  nəticəsində  monqollar  tədricən  assimilya-

siyaya  uğrayaraq,  yerli  əhaliyə  qarışırlar.  Azərbaycanın  mədəni  həyatında  iranpərəst  siyasət  yürüdən 

Atabəylərin aradan getməsi öz növbəsində Azərbaycanda farsdilli ədəbiyyatın da tədricən tənəzzülə uğra-


masına səbəb oldu... Deməli, monqol işğalından sonra ölkəni bürüyən və farsdilli ədəbiyyatın tənəzzülünə 

səbəb olan böhran eyni zamanda ədəbiyyatın ana dilində inkişafına təkan vermişdir». 

Elə  bu  səbəblərdəndir  ki,  Azərbaycan  şairləri  get-gedə  öz  dillərinə  daha  çox  üstünlük  verməyə 

başladılar.  Təbii  ki,  həmin  dövrlərdə  el  şairləri,  aşıq  yaradıcılığı  da  tədricən  fəallaşmağa  başladı.  Əgər 

XIII-XV  əsrlərdə  yaşamış  və  bizə  gəlib çatmış şairlərin  yaradıcılıqlarına  nəzər  salsaq  bunu  açıq  şəkildə 

görmək  olar.  Heç  ola  bilməzdi  ki,  XIII  əsrdən  başlayaraq  anadilli  ədəbiyyatımız  get-gedə  güclənsin, 

ancaq  xalq  şeri,  aşıq  yaradıcılığımız  olmasın.  Lakin  XIII-XV  əsrlər  aşıq  yaradıcılığı  və  el  şairlərinin 

fəaliyyəti  araşdırılmadığından  bu  dövrlərdə  bir  boşluq  yaranmışdır.  Ona  görə  də  bu  həqiqətləri  üzə 

çıxarmaq üçün biz yazılı ədəbiyyata bir mənbə kimi müraciət etməliyik. Çünki şifahi ədəbiyyat nümunəsi 

yaranmasaydı,  onun  əlamətləri  yazılı  ədəbiyyatda  öz  əksini  tapa  bilməzdi.  Odur  ki,  XIII  əsrdə  yaşamış 

İ.Həsənoğlunun  azərbaycanca  yazdığı  «Necəsən,  gəl,  ey  üzü  ağım  bənim?»  şeirindən  bir  bəndə  nəzər 

salaq:  


     Necəsən, gəl, ey üzü ağım bənim,  

Sən əritdin odlara yağım bənim, 

And içirəm səndən artıq sevməyim, 

Sənin ilə xoş keçər canım bənim. 

Bizə  belə  gəlir  ki,  Həsənoğlu  və  ondan  sonra  Azəri  türkcəsində  yazan  sənətkarların  əsərlərindəki 

ədəbi  dilin  təmizliyi,  inkişafı  başqa  səbəblərlə  yanaşı,  bir  tərəfdən  də  aşıq  yaradıcılığı  və  el  şairlərinin 

xidməti  ilə  bağlı  idi. Çünki  köçəri  və  oturaq  Azərbaycan  əhalisinin əksəriyyəti  üçün  ərəb-fars dillərində 

yazılmış ədəbiyyat anlaşılmaz idi. Ona görə də həqiqi sənətkarlar xalqa yaxınlaşmaq üçün xalqın öz dilinə 

söykənirdilər. Əgər Q.Bürhanəddin və Nəsimi yaradıcılığına nəzər salsaq bu inkişafı, yaxınlığı daha aydın 

görmək mümkündür. 

Məsələn, Q.Bürhanəddinin yaradıcılığına diqqət edək: 

Özünü al şax görən sərdar bolur, 

Ənəlhəq dəvi qılan bərdar bolur, 

Ər oldur həq yoluna baş oynaya 

Döşəkdə ölən yikit murdar bolur. 

 

Həmişə aşiq könli büryan bolur, 



Hər nəfəs qərib gözi giryan bolur,  

Sufilərin diləki mehrab, namaz 

Ər kişilərin arzusu meydan bolur. 

 

Məlum olduğu kimi, türkdilli  xalqların şerində durğu variantları əsasən aşağıdakı kimidir: 6+5; 5+6; 



7+4; 4+7; 4+3+4; 3+4+4; 4+4+3. 

Q.Bürhanəddindən  gətirdiyimiz  nümunələrə  nəzər  salsaq  görərik  ki,  şerdəki  durğu  7+4  olmaqla  sona 

qədər  gözlənilmişdir.  Və  yaxud  şairin  başqa  bir  şerinə  nəzər  salaq.  Burada  isə  durğu  4+3+4  şəklində 

qurulmuşdur: 

Həqqa şükür, qoçlarün dövranıdur, Cümlə aləm bu dəmin heyranıdur. 

Künbatardan, gündoğən yerə dəkin

Eşq ərinin bir nəfəs seyranıdur. 

Q.Bürhanəddinin  yaradıcılığından  bəhs  edən  bir  çox  tədqiqatçılar,  ədəbiyyatşünaslar  şairin  xalq  şeri 

üslubunda yazdığını qeyd edirlər. Prof. Ə.Cəfər yazır: «Onun əsərlərində (Q.Bürhanəddinin –N.X.) əruz 

vəzninə  gəldikdə,  deməliyik  ki,  şair  bu  vəzndə  az  yazmışdır.  Bunun  da  səbəbləri  bəllidir.  Ədəbiyyat-

şünasların  fikrincə,  Qazi  Bürhanəddinin  yalnız  tuyuqları  və  rübailəri  deyil,  qəzəlləri  də  xalq  ədəbiyyatı 

üslubunda  yazılmışdır.  İsmayıl  Hikmət  yazır  ki,  «Qazi  Bürhanəddinin  yalnız  tuyuqları  və  rübailəri  deyil, 

qəzəlləri  də  xalq  ədəbiyyatı  üslubunda  yazılmışdır... Onun  sərkəşi  (məğrur  –  Ə.C.)  ruhu  İran  ənənəsinin  bu 

çənbərinə  də  boyun  verməmişdir.  Qazinin  qəzəlləri  daha  çox  əruzla  yazılmış  birər  «qoşma»,  birər  «di-

van»dır». 

Tərəfimizdən 2006-cı ildə “Folklorşünaslığın təşəkkülü və mifoloji nəzəriyyə”, 2007-ci ildə “XIX 

əsrin ortalarında folklor nəzəriyyələri: iqtibas və antropoloji nəzəriyyələr”, 2008-ci ildə “XIX əsrin sonu 

və XX əsrin  əvvəllərində  nəzəriyyələr: tarixi və fin məktəbləri”  mövzularında elmi  işlər  yazılmışdır. Bu 

mövzular  ümumilikdə  “Folklor  nəzəriyyələri  tarixi”  problemini  tədqiq  edən  konkret  mövzu  –  hissələr 

kimi düşünülmüşdür. 

 Ümumiyyətlə, elmin tarixinin araşdırılması, görkəmli folklorşünasların mühüm əsərlərinin müasir 

elmi-metodoloji səviyyədə dəyərləndirilməsi bu gün də aktual problemlərdəndir. Burada əhəmiyyət kəsb 

edən odur ki, elmin müasir problemlərinin həlli məhz yüz illər boyunca əldə edilmiş elmi-nəzəri təcrübəni 

ümumiləşdirməklə, sınaqda çıxmış qabaqcıl ideyaları nəzərə almaqla mümkündür. Araşdırmanın praktik 

əhəmiyyəti  isə  bundadır  ki,  folklorşünaslıq  ixtisası  üzrə  təhsilin  magistratura  pilləsində  gələcəkdə  dərs 

vəsaiti  kimi  istifadə  oluna  bilər.  Azərbaycan  folklorşünaslığında  bu  problemə  ayrılıqda  heç  bir  elmi 

tədqiqat  həsr  edilməmişdir.  Yalnız  ali  məktəb  tələbələri  üçün  yazılmış  bir  neçə  dərslikdə  çox  yığcam 

icmallar verilmişdir. 

“Folklorşünaslığın  təşəkkülü  və  mifoloji  nəzəriyyə”  mövzusunda  (2006)  qarşıya  qoyulan  əsas 

məqsəd  dünya  miqyasında  folklorşünaslıq  elmini  yaradan  zəmini,  şəraiti,  elmin  təşəkkülünə  gətirib 

çıxaran amilləri müəyyənləşdirmək və folklorşünaslıq tarixində ilk sistemli elmi nəzəriyyə olan mifoloji 

nəzəriyyəni və onun nümayəndələrinin yaradıcılığını araşdırmaqdan ibarət olmuşdur. 

Araşdırmada  əsaslandırılır  ki,  orta  əsrlərdə  ayrı-ayrı  yazıçı  və  sənətkarların  xalq  yaradıcılığı 

haqqında  qeydləri;  intibah  dövründə  nəğmə,  ballada,  eposların,  nağıl  və  miflərin  ədəbi  işlənməsi 

Avropada folklorşünaslıq elmini yaradan ilkin qaynaqlar olmuşdur. 



XVIII  əsrdə  folklora  elmi  marağın  yaranmasında  İtalyan  alimi  C.Vikonun  insan  cəmiyyətinin 

inkişafı  haqqında  təlimi  və  epos  haqqındakı  fikirləri  folklora  həm  elmi,  həm  də  kortəbii  yanaşma  cəhdi 

kimi qiymətləndirilmişdir, “xalq əsərlərinin səmimiliyi və müdrikliyi” müddəasına diqqət yönəldilmişdir. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə