AZƏrbaycan respublġkasinin prezġdentġ Ġlham əliyev məDƏNĠYYƏT, ƏDƏBĠyyat, tarġXĠ-MƏDƏNĠ Ġrs və MĠLLĠ-MƏNƏVĠ



Yüklə 2.78 Mb.
Pdf просмотр
səhifə1/46
tarix19.06.2017
ölçüsü2.78 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   46

 

AZƏRBAYCAN RESPUBLĠKASININ PREZĠDENTĠ ĠLHAM ƏLIYEV 



MƏDƏNĠYYƏT, ƏDƏBĠYYAT, TARĠXĠ-MƏDƏNĠ ĠRS VƏ MĠLLĠ-MƏNƏVĠ 

DƏYƏRLƏR HAQQINDA 

(Azərbaycan Prezidenti İlham Əliyevin 2009-2013-cü illər ərzində  



 nitqlərindən, çıxışlardan, müsahibələrindən və bəyanatlarından çıxarışlar) 

 

―Azərbaycanda  təhsil,  səhiyyə,  mədəniyyət,  idman  sahəsindəki  nailiyyətlər 

haqqında qürurla danıĢa bilərik. Bu sahədə, sözün əsl mənasında, böyük dönüĢ yarandı və 

artıq  əldə  edilmiĢ  nailiyyətlər  əsasında  biz  növbəti  illərdə  də  bu  siyasəti  davam 

etdirməliyik.‖ 

 

30 may 2009-cu il 



Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın  

yekunlarına həsr olunmuş iclasında  

Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən 

 

 

―Bütün Ġslam dünyasının özünü təqdim etməsi üçün atılan addımlar mədəniyyət 

sahəsində  də  özünü  büruzə  verməlidir.  Çünki  Ġslam  dünyasının  çox  zəngin  tarixi,  çox 

zəngin  mədəniyyəti  vardır.  Bizim  mədəniyyətimiz  dünya  birliyinə  olduğu  kimi  təqdim 

edilməlidir.‖ 

 

18 fevral 2009-cu il 

“Bakı - İslam mədəniyyətinin paytaxtı-2009”  

Mədəniyyət ilinin təntənəli açılışı mərasimdə  

Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən 

 

 

―Azərbaycanda demək olar ki, bütün tarixi abidələr bərpa edilir, yeni mədəniyyət 

ocaqları yaradılır, teatrlar, muzeylər bərpa olunur və ən müasir, gözəl səviyyədə yeniləri 

tikilir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.‖ 



 

18 fevral 2009-cu il 

“Bakı - İslam mədəniyyətinin paytaxtı-2009”  

Mədəniyyət ilinin təntənəli açılışı mərasimdə  

Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən 

 

 



―Biz  köklü  əsaslar  üzərində  -  tarixi  irsimizin,  zəngin  mədəni  irsimizin  əsasında 

müasir, güclü, dünyəvi, qüdrətli Azərbaycan qururuq və bu iĢdə artıq böyük nailiyyətlərə 

çatmıĢıq.  Azərbaycan  inkiĢaf  edir,  Azərbaycan  çiçəklənir,  iqtisadi,  siyasi  islahatlarla 

yanaĢı,  mədəniyyətlə  bağlı  məsələlərə  çox  böyük  diqqət  göstərilir.  Ġndiki  böhranlı 

günlərdə  mədəniyyət  sahəsinə  vəsaitin  ayrılması  və  onun  prioritet  kimi  dövlətin  diqqət 

mərkəzində  qalması  çox  Ģeyi  deyir,  çox  Ģey  ifadə  edir.  Ġlk  növbədə,  bizim  öz  mədəni 

irsimizə,  zəngin  mədəniyyətimizə,  tariximizə,  milli  ənənələrimizə  olan  münasibəti 

göstərir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuĢdur və bizim gələcək 

uğurlarımız da məhz bu amillərlə bağlıdır.‖ 


 

 



20 mart 2009-cu il 

Bakıda “Muğam aləmi” Beynəlxalq festivalının rəsmi açılış mərasimində  

Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən 

 

 

―Azərbaycanda rus dilinə və rus mədəniyyətinə münasibət həmiĢə çox xeyirxah, 

çox  səmimi  olmuĢdur  və  biz  Ģadıq  ki,  bu,  indi  də  davam  edir.  Xalqlarımız  arasında 

münasibətlər ölkələrimiz arasında münasibətlərin ayrılmaz tərkib hissəsidir.‖  



 

17 aprel 2009-cu il 

Rusiya Federasiyasına işgüzar səfəri zamanı mətbuat konfransında 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından 

 

 

―Mən  birmənalı  Ģəkildə  deyə  bilərəm  ki,  Heydər  Əliyev  Fondu  mədəniyyət 

sahəsində və digər sahələrdə, ölkə həyatında önəmli bir amilə çevrilibdir və əminəm ki, 

Fondu bundan sonrakı fəaliyyətində də ümumbəĢəri prinsipləri irəliyə aparacaqdır.‖ 

  

10 may  2009-cu il 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və  

Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə  

təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən 

 

 

―Biz dərin mədəniyyətə malik olan bir xalqıq və bununla haqlı olaraq qürur hissi 

keçiririk. Bizim çox dərin ənənələrimiz vardır.‖ 



 

6 iyul  2009-cu il 

Təzəpir məscid kompleksi əsaslı yenidənqurma və geniş tikinti işlərindən  

sonra istifadəyə verilməsi mərasimdə  

Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən 

 

 

―Bakı  Ģəhəri  2009-cu  ildə  Ġslam  mədəniyyətinin  paytaxtı  seçilmiĢdir.  Onu  da 

qeyd  etmək  istəyirəm  ki,  bu  Ģərəfli  ad  bir  neçə  il  bundan  əvvəl  verilməyə  baĢlamıĢdır. 

Azərbaycanın  paytaxtı  Bakı  ilk  Ġslam  Ģəhərlərindəndir  ki,  bu  Ģərəfli  ada  layiq  ola 

bilmiĢdir.‖ 

 

29 avqust  2009-cu il 



Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə verdiyi iftar mərasimində  

Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən 

 

 



―Naxçıvan qədim Azərbaycan torpağıdır, qədim tarixə və mədəniyyətə malikdir. 

Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının böyük istedadının nümunələridir.‖ 



 

 

3 oktyabr  2009-cu il 



Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 



―Humanitar  sahədə  də  çox  gözəl  perspektivlər  vardır.  Mədəniyyətlərimiz  bir-

birinə  çox  bağlı  olduğuna  görə  humanitar  sahədə  əməkdaĢlıq  daha  da  sürətlə  inkiĢaf 

etməlidir.  Bu  sahədə  TÜRKSOY  təĢkilatının  fəaliyyətini  mən  yüksək  qiymətləndirmək 

istəyirəm.‖ 



 

3 oktyabr  2009-cu il 

Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 



―Azərbaycanın çox zəngin tarixi, çox zəngin mədəniyyəti vardır. Biz 18 ildir ki, 

müstəqil  ölkə  kimi  yaĢayırıq.  Ancaq  müxtəlif  dövrlərdə  baĢqa  ölkələrin  tərkibində 

yaĢamağımıza  baxmayaraq,  öz  mədəni  irsimizi,  tarixi  irsimizi  saxlaya  bilmiĢik,  qoruya 

bilmiĢik.  Abidələri  qoruya  bilmiĢik,  ana  dilimizi  qoruya  bilmiĢik,  milli  və  dini  adət-

ənənələri qoruya bilmiĢik. Bu gün Azərbaycanın uğurlu inkiĢafı üçün bizim milli-mənəvi 

dəyərlərimiz çox böyük rol oynayır.‖ 

  

14  oktyabr  2009-cu il 

İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI 

Konfransının nümayəndələrini qəbulda 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 

―Azərbaycanda mədəniyyət sahəsində çox böyük iĢlər görülür. Bütün mədəniyyət 



ocaqları  təmir  olunur,  bərpa  edilir.  Yeni  muzeylər,  teatrlar  tikilir,  əvvəllər  tikilmiĢ 

mədəniyyət infrastrukturu yeniləĢir, müasirləĢir.‖  



14  oktyabr  2009-cu il 

İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin 

 VI Konfransının nümayəndələrini qəbulda 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 

―Lakin  biz  bir-birimizi  daha  yaxĢı  tanımalıyıq.  Daha  çox  təmaslar  və  səfərlər 

olmalıdır. Təbii ki, bir-birimizi daha yaxĢı tanımaq mədəniyyətdən keçir. Hər bir ölkə öz 

mədəni  və  tarixi  irsi  ilə  fəxr  edir.  Biz  müstəqil  ölkə  və  beynəlxalq  ictimaiyyətin  üzvü 

kimi  gənc  dövlətik.  Lakin  bizim  böyük  tariximiz,  ənənələrimiz,  mədəniyyətimiz  vardır. 

Biz özünəməxsusluğumuzu bunların sayəsində qoruyub saxlamıĢıq.‖ 



 

19  oktyabr  2009-cu il 

İsveçrədə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimində 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 


 

 



―AğdaĢda  bir  müddət  bundan  əvvəl  istifadəyə  verilmiĢ  musiqi  məktəbinin 

fəaliyyəti  ilə  bu  gün  tanıĢ  oldum.  Orada  gənclərimiz,  uĢaqlarımız  milli  ruhda  tərbiyə 

olunacaqlar,  milli  musiqi  mədəniyyətimizi  dərindən  öyrənəcəklər,  ölməz  musiqi 

əsərlərimizi yaĢadacaqlar.‖ 



 

12 fevral  2010-cu il 

Ağdaş rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 



―Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir. Dünyanın nadir 

ölkələrində  həm  gözəl  təbiət,  müxtəlif  iqlim  növlərinin  mövcudluğu,  qədim,  tarixi 

abidələr,  gözəl  meĢələr,  təbii  mənzərələr  -  nadir  hallarda  bütün  bu  amillər  cəm  Ģəkildə 

müĢahidə oluna bilər. Azərbaycan o ölkələrdəndir.‖ 

 

18  mart  2010-cu il 

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış 

“Azərbaycan” nəşrinin təqdimat mərasimində  

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 

―XoĢbəxt insanlarıq ki, bu gün müstəqil Azərbaycanın inkiĢafında iĢtirak edirik. 

Müstəqil  Azərbaycan  bizim  ən  böyük  sərvətimizdir,  ən  böyük  dəyərimizdir.  Biz  əsrlər 

boyu  baĢqa  ölkələrin,  imperiyaların  tərkibində  yaĢamıĢıq,  müstəqillikdən  məhrum 

olmuĢuq.  Buna  baxmayaraq,  öz  milli  ruhumuzu  qoruya  bilmiĢik.  Mədəni  abidələrimizi, 

ana dilimizi, mədəniyyətimizi qoruya bilmiĢik və bu gün də qoruyuruq.‖ 



 

18  mart  2010-cu il 

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış 

“Azərbaycan” nəşrinin təqdimat mərasimində  

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 



―Bu gün Azərbaycan bütün istiqamətlərdə ən sürətlə və çox böyük uğurla inkiĢaf 

edən  ölkədir.  Bizim  ən  böyük  sərvətimiz  bizim  müstəqilliyimizdir,  bizim  xalqımızdır, 

bizim mədəniyyətimizdir.‖ 

 

18  mart  2010-cu il 



Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış 

“Azərbaycan” nəşrinin təqdimat mərasimində  

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 

 



―Yaxın  zamanlarda  TÜRKSOY  Fondu  yaradılacaq  və  Azərbaycan  bu  Fondun 

fəaliyyəti  üçün  lazımi  maddi  dəstəyini  verəcəkdir.  Hesab  edirəm  ki,  bu  Fond  nəinki 



 

türkdilli dövlətlərdə, bütün türk ellərində mədəni abidələrin bərpası, qorunması iĢinə öz 



dəstəyini  verməlidir.  Tarixi,  mədəni  araĢdırmalar  aparmalıdır.  Mədəni  sahədə, 

ölkələrimiz, xalqlarımız arasında dostluq, qardaĢlıq əlaqələrinin inkiĢafı iĢinə böyük töhfə 

verməlidir. Bizi ortaq tarix, ortaq mədəniyyət birləĢdirir.‖ 

 

16 sentyabr  2010-cu il 

İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında  

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 



―Bu  gün  Heydər  Əliyevin  adını  daĢıyan  mədəniyyət  mərkəzinin  yeni  dövrü 

baĢlayır.  Bütün  bu  hadisələr  onu  göstərir  ki,  aramızda  olan  münasibətlərin  çox  dərin 

kökləri və çox mənalı məzmunu vardır.‖  

 

27 sentyabr  2010-cu il 

Daşkənddə ulu öndər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 

açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 



―Bölgələrimizdə  turizm  imkanları  çox  geniĢdir.  Bu  gün  artıq  gözəl  təbii 

Ģəraitimiz,  təbiətimiz  səviyyəsində  müasir  istirahət  və  mehmanxana  kompleksləri  tikilir 

ki, bu, Azərbaycanın turizm imkanlarını böyük dərəcədə artıracaqdır.‖  

 

20 oktyabr  2010-cu il 

Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının  

sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı  

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqindən 

 

 



―2011-ci ildə Bakıda 5 beĢulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, 

bu,  dünyada  analoqu  olmayan  bir  hadisədir.  Bir  ildə  bir  Ģəhərdə  5  beĢulduzlu 

mehmanxana  açılacaq,  mən  Bakını  nəzərdə  tuturam.  Ancaq  Bakıda  dördulduzlu, 

üçulduzlu  hotellər  də  tikilməkdədir.  Bölgələrdə  hotelçilik  ilə  bağlı  çox  böyük  iĢlər 

görülür, artıq Azərbaycanda turizmin inkiĢafı reallıqdır.‖ 

 

14 yanvar  2011-ci il 



Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və  

2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı 

 Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqindən 

 

―ġahdağ‖  kurort  mərkəzi  dünya  səviyyəli  mərkəzə  çevriləcəkdir.  Dünyada 

hazırda  mövcud  olan  ən  qabaqcıl,  ən  populyar  kurort  yerlərindən  geri  qalmamalıdır  və 

qalmayacaqdır.  Beləliklə, bu,  ölkəmizə  həm  yeni  investisiyalar  gətirəcək,  həm  də  Ģimal 

zonasında yaĢayan əhali üçün əlavə Ģərait yaradacaq, minlərlə, bəlkə də, on minlərlə yeni 

iĢ  yerləri  açılacaqdır.  Azərbaycana  gələn  turistlərin  sayı  daha  da  çox  olacaq  və 

Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir.‖ 

  


 

14 yanvar  2011-ci il 



Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və  

2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı 

 Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqindən 

 

 



―Turizmin  inkiĢafı  üçün  bizdə  çox  gözəl  Ģərait  var,  gözəl  imkanlar  var.  Hər  bir 

bölgədə müasir hotellər, turizm kompleksləri tikilməlidir və tikilir.‖ 

 

1  mart  2011-ci il 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi 

inkişafı 

Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş 

konfransda 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən 

 

―Vaxtilə  iĢlərin  düzgün  Ģəkildə  qurulmaması  ucbatından  milli  sərvətimiz  olan 



ĠçəriĢəhər YUNESKO-nun dünya mədəni irsi siyahısından silinirdi. Biz orada böyük iĢlər 

gördük, yeni qurum yaradıldı, ĠçəriĢəhərdə təmir-bərpa iĢləri aparıldı. Biz nail olduq ki, 

ĠçəriĢəhər dünya mədəniyyət incisi kimi YUNESKO-nun siyahısına yenidən daxil edilsin. 

Bu  gün  həm  Bakı  sakinləri,  həm  Ģəhərimizə  gələn  qonaqlar  ĠçəriĢəhərlə  tanıĢ  olarkən 

Azərbaycanın qədim mədəniyyətini, tarixini öz gözləri ilə görürlər. . Ġndi orada görülən 

iĢlər ən yüksək səviyyədədir. Özü də mən sizə deyim ki, dünyada köhnə Ģəhərlər, tarixi 

abidələr  o  qədər  də  çox  deyildir.  Onlar  daha  çox  Avropa  Ģəhərlərində  vardır.  Onların 

arasında  mən  deyə  bilərəm  ki,  ĠçəriĢəhər  öz  gözəlliyi,  səliqə-sahmanı  və  göstərilən 

xidmətləri  ilə  fərqlənir.  Bu,  bizim  tariximizə,  qədim  mədəniyyətimizə  olan 

münasibətimizdir.  Eyni  zamanda,  müasir  infrastrukturun  yaradılması  və  Ģəhərdə 

quruculuq-abadlıq  iĢlərinin  aparılması  gələcəyə  atılan  addımlardır.  Bakı  bu  iki  anlayıĢı 

özündə  birləĢdirir:  həm  qədim  tarix,  həm  də  ki,  müasirlik.  Eyni  qaydada  ölkəmiz  – 

Azərbaycan öz müstəqil həyatını yaĢayır. Dövlətimiz çox möhkəm milli mənəvi dəyərlər 

üzərində qurulubdur. Ancaq gələcəyə – müasirliyə, inkiĢafa, tərəqqiyə yönəldilibdir.‖  

 

9 mart  2011-ci il 

Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair 

müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən 

 

 



―Müstəqillik  dövründə  Azərbaycan  çox  böyük  və  uğurlu  yol  keçmiĢdir. 

Müstəqillikdən  əvvəlki  dövrdə  milli  mənsubiyyətimizi,  milli  xarakterimizi  qoruyub 

saxlamaq  üçün  bizim  tariximiz,  mədəniyyətimiz,  dilimiz,  dinimiz  müstəsna  rol 

oynamıĢdır.‖  



 

7 aprel  2011-ci il 

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış sessiyasında 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən 

 

 


 

―Biz  güclü  dövlət  qururuq.  Müasir  dövlət,  eyni  zamanda,  güclü  milli  dəyərlərə 



söykənən  dövlət  qururuq.  Biz,  əlbəttə  ki,  ümumbəĢəri  dəyərləri  bölüĢürük,  Avropa 

dəyərlərinə  də  hörmətlə  yanaĢırıq.  Ancaq  bizim  öz  dəyərlərimiz  var.  Bu,  bizim 

ənənələrimizdir, tariximizdir, bizim mədəniyyətimizdir, dilimizdir. Biz haqlı olaraq, fəxr 

edirik  ki,  biz  müstəqil  ölkə  kimi  öz  taleyimizi  özümüz  müəyyən  edirik.  Azərbaycanda 

tarixi keçmiĢə, mədəniyyətimizə, milli köklərimizə qayğıkeĢ münasibətə söykənən müasir 

dövlət  quruculuğu  prosesi  gedir  və  elə  etməliyik,  dövlətçiliyimizin  əsasları  sarsılmaz 

olsun.‖ 

 

22  aprel  2011-ci il 



Müxtəlif sahələrdə uğurlar qazanmış 

bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbulda  

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

 

 



―Heç  kimdə  Ģübhə  yoxdur  ki,  Nizami  Gəncəvi  dahi  Azərbaycan  Ģairidir.  Bunu 

bütün dünya bilir. Əgər belə ehtiyac yaranıbsa ki, bunu kiməsə sübut edək, biz bunu çox 

asanlıqla  sübut  edə  bilərik.  Nizaminin  xatirəsi  hər  bir  azərbaycanlı  üçün  əzizdir, 

doğmadır.  Nizaminin  əsərləri  əlbəttə  ki,  milli  Ģüurumuzun  tərkib  hissəsidir.  O  ki  qaldı 

hansısa  qüvvələr  tərəfindən  bu  əsərlərə  yiyə  çıxmaq,  yaxud  da  özünküləĢdirmək 

məsələsinə, əfsuslar olsun ki, biz belə hallarla dəfələrlə üzləĢirik. Bunun da əsas səbəbi 

ondadır ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, incəsənəti o qədər zəngindir 

ki, baĢqa tərəflərdən bizim milli sərvətimizi özünküləĢdirmək üçün cəhdlər göstərirlər.‖ 

 

26  aprel  2011-ci il 

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında 

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqindən  

 

 



―Azərbaycan  mədəniyyətlərarası  dialoqda  öz  rolunu oynamaqdadır.  Əsrlər boyu 

ölkəmiz elə bir məkan olub ki, orada müxtəlif etnik, dini köklərə malik xalqlar yan-yana, 

mehribanlıq Ģəraitində yaĢayıblar. Çox Ģadıq ki, bu müsbət meyillər müstəqillikdən sonra 

hətta  daha  da  güclənib.  Azərbaycan  cəmiyyəti  çoxmədəniyyətli  cəmiyyətdir,  çoxetnik 

cəmiyyətdir.‖ 

 

23 iyun  2011-ci il 



Brüsseldə Krans Montana Forumunun rəsmi açılış mərasimində  

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqindən  

 

 

―Eyni zamanda, biz indi xaricdə Azərbaycan mədəniyyət evlərinin yaradılmasına 



baĢlamıĢıq.  Bu  yeni  təĢəbbüsdür.  Aparıcı  ölkələrin  mərkəzi  Ģəhərlərində  Azərbaycan 

dövləti  mülkiyyət  almaq  niyyətindədir.  Orada  həm  Azərbaycan  mədəniyyət  evlərinin 

fəaliyyəti  təĢkil  edilməlidir,  eyni  zamanda,  Azərbaycan  ticarət  evləri  də  yaradılmalıdır. 

GöstəriĢ  verilmiĢdir  ki,  paytaxt  Ģəhərlərinin  mərkəzi  yerlərində,  mərkəzi  küçələrində 

Azərbaycan mərkəzləri yaradılmalıdır.‖ 

 


 

5  iyul  2011-ci il 



Dünya azərbaycanlılarının III qurultayında  

Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən  

 

―Qəbələ ölkəmizin turizm mərkəzlərindən birinə çevrilibdir.‖ 



 

12  iyul  2011-ci il 

Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının  

sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında  

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqindən  

 

 



―Deyə  bilərəm  ki,  bütövlükdə  Azərbaycanda  turizmin  inkiĢafı  prioritet 

məsələlərdən biridir.‖ 



 

26  iyul  2011-ci il 

Azərbaycan-Polşa biznes forumunda 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından  

 

 



―Muğam milli sərvətimizdir. Muğam milli Ģüurumuz, milli ruhumuzdur. Bu gün 

müstəqil Azərbaycan əlbəttə ki, milli irsini qorumağa qadirdir. O dövrdə - sovet dövründə 

simfonik  muğam  janrının  yaradıcısı  kimi,  Fikrət  Əmirov  həm  öz  yaradıcı  axtarıĢının 

nəticələrini görmüĢdü, eyni zamanda, doğma xalqına, xalq mədəniyyətinə olan duyğular 

bu gözəl janrı yaratmağı ona nəsib etmiĢdir.‖  

 

19 sentyabr  2011-ci il 

Bakıda görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin  

açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 

  

 

―Bizim  musiqimiz  bizim  milli  sərvətimizdir.  Biz  musiqi  irsimizi  həm 

qorumalıyıq, həm musiqimizi inkiĢaf etdirmək, yeni gənc musiqiçilərin uğurlu fəaliyyəti 

üçün daha da böyük iĢlər görməliyik.‖  



 

19 sentyabr  2011-ci il 

Bakıda görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin  

açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   46


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə