AZƏrbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix28.04.2017
ölçüsü0,58 Mb.
#16079
1   2   3   4   5   6   7

Bələdçi  it  (Dog  guide)  -  görmə  qabiliyyəti  məhdud  olan  insanlar  tərəfindən 

yardımçı heyvan kimi istifadə olunan, onları istiqamətləndirən, mövcud və yarana 

bilən  təhlükələr  haqqında  xəbərdarlıq  edən,  xüsusi  təlim  keçmiş  it.  Bələdçi  it 

əlilliyi  olan  şəxslər  tərəfındən  verilən  əmrləri  fərqləndirməli  və  onlara  riayət 

etməli, maneələrdən uzaqlaşdırmalı, ticarət-iaşə obyektlərində, liftlərdə  və  ictimai 

nəqliyyatda sahibini istiqamətləndirməlidir. 



Bərabərlik  (Equality)  -  əlilliyi  olan  şəxslərin  bütün  şəxslərə  göstərilən 

xidmətlərdən  faydalanmasını  və  istifadəsini  təmin  etmək  üçün  bərabər  şərtlər  və 

imkanlar yaradılması. 

Bərpaedici  terapiya  (müalicə)  (Restorative  treatment,  after-care)  -  insan 

orqanizminin  zədələnmiş  orqan  və  ya  sisteminin  funksiyalarının  bərpasına, 

xəstəliyin  sabitləşməsinə,  orqanizmin  kompensator  qabiliyyətinin  artırılmasına 

yönəlmiş  müalicə      tədbirlərinin      məcmusudur.      Bərpaedici  terapiya 

reabilitasiyanın tibbi aspektlərindən birini təşkil edir və dərmanla müalicəni, fıziki, 

mexaniki metodları, əmək terapiyasını və digər sahələri əhatə edir. 



Bioloji adaptasiya (Biological adaptation, biologic adaptation) - orqanizmin ətraf 

mühitin  sabit  və  dəyişkən  şəraitlərinə,  habelə  xəstəlik  və  zədə  səbəbindən 



orqanizmin  özündə  yaranan  dəyişikliklərə  uyğunlaşması.  Bioloji  adaptasiyanın 

nümunələri  sırasında  bəzi  psixofızioloji  reaksiyaları,  misal  üçün,  temperatur 

adaptasiyasını qeyd etmək olar. 

Birinci  qrup  əlillik  (Disability  of  Group  I)  -xəstəlik,  travma  və  ya  anadangəlmə 

məhdudiyyətlər  nəticəsində  orqanizmin  həyat  fəaliyyətinin  (təhsilalma,  ünsiyyət, 

uyğunlaşma,  öz  davranışına  nəzarətetmə,  hərəkətetmə,  özünə  xidmətetmə,  əmək 

fəaliyyəti) kəskin məhdudlaşmasıdır. Bununla əlaqədar xəstənin daimi olaraq kənar 

şəxsin yardım və ya qulluğuna ehtiyacı vardır. 

BMT-nın  Əlilüyi  olan  ġəxslərin  Hüquqları  haqqında  Konvensiyası  (UN 

Convention  on  the  Rights  of  Persons  with  Disabilities  )  -  BMT-nin  Baş 

Assambleyası  tərəfındən  13  dekabr  2006-cı  il  tarixində  qəbul  olunan  Beynəlxalq 

sənəddir.  Konvensiyanı  imzalamış  ölkələr  əlilliyi  olan  şəxslərin    insan  haqlarının 

tam  şəkildə  təmin olunmasını və bu şəxslərin ayrı-seçkiliklə qarşılaşmaması ilə 

bağlı  öhdəliklər  götürüb.  Konvensiya  əlilliyi  olan  uşaqlar  və  qadınlar,  əlilliklə 

bağlı məlumatlılıq səviyyəsinin artırılması,  müyəssərlik, müstəqil həyat, təhsil və 

səhiyyə xidmətlərinə çıxış, abilitasiya və reabilitasiya, işlə təmin olunma və s. kimi 

məsələləri əhatə edir. 



Brayl  əlifbası  (Braille,  Braille  script)  -  1821-ci  ildə  Luis  Brayl  tərəfindən  ciddi 

görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifbadır. 

 

 



 

Cəmiyyətin  həyatında  tam  və  səmərəli  iĢtiraka  mane  olan  sabit  fiziki,  psixi, 

əqli və ya hissiyyat məhdudiyyətləri (Long-term physical, mental, intellectual or 

sensory  impairment  hindering  full  and  effective  participation  of  persons  with 

disabilities  in  society)  -  şəxsin  müstəqil  yaşamaq,  özünəxidmət,  hərəkət, 

səmtlənmək,  ünsiyyət,  öz  davranışına  nəzarət,  habelə  təhsil  almaq  imkanlarının 

işləmək qabiliyyətinin tam və ya qismən itirilməsi. 

 

 



Ç 

 

ÇıxıĢ  maneələri  (Access  barriers)  -  əlilliyi  olan  insanların  standart  qurğu  və 

vasitələrdən,  avadanlıqlardan,  proseslərdən,  fəaliyyətlərdən  və  ya  ehtiyatlardan 

yararlanmasını məhdudlaşdıran faktor. Maneələr fıziki, institusional, infrastruktur, 

memarlıq, ayrı-seçkilik və s. kateqoriyalara aid ola bilər. 

 

 



 

 



 

DaĢıyıcı  (Carrier)  -  xəstəliyin  genetik  defektini  özündə  daşıyan  və  xəstəliyin 

klinik əlamətləri olmayan şəxs. 



Daun  sindiromu  (Down's  syndrome,  Down  syndrome,  trisomy  21  syndrome)  

xromosom  saylarında  olan  patoloji  dəyişikliklər  nəticəsində  əmələ  gələn 

xəstəliklərdən  ən  çox  təsadüf  edilən  patoloji  formadır.  Bu,  genetik  nizamsızlıq 

nəticəsində insanın 21 xromosom cütündə artıqdan bir xromosom olması vəziyyəti 

və bunun nəticəsi olaraq ortaya çıxan xəstəliyə verilən addır. Bu sindrom 1866-cı 

ildən  məlumdur.  İngilis  həkimi  Lanqdan  Daun  xarakter  xüsusiyyəti  olan  bu 

xəstəliyi  bir  qız  uşağında  müşahidə  edib  və  onu  "monqolizm"  adlandırıb.  Ancaq 

asiyalı  alimlərin  xəstəliyin  "monqolizm"  adlandırılmasına  təpgisindən  sonra  bu 

xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Daun sindromu 

ilə doğulanların zehni və psixi inkişafı zəif olur. 



Defektologiya (Defectology) - uşaqların fıziki, psixi inkişafinın məhdudiyyətlərini 

və onların təlim-tərbiyə metodlarını öyrənən elm sahəsidir. 



Dekompensasiya  (Decompensation,  incompensation)  -  orqanizmin  uyğunlaşma 

mexanizminin zədələnməsi və ya tükənməsi səbəbindən onun ümumi fəaliyyətinin 

və ya funksional sistem (yaxud orqanlar) fəaliyyətlərinin pozulmasıdır. 

Dezadaptasiya  (Misadaptation,  deconditioning,  disadaptation)  -  insan  orqanizmi 

ilə mühit arasında uyğunsuzluq. 



Diaqnostika  (Diagnostics,  diagnosis,  diacrisis)  -xəstəliyin,  əlilliyin  forma  və 

dərəcəsinin müəyyən edilmə metodlarının və üsullarının məcmusudur. 



Diskineziya (Dyskinesia, dyskinesis) - ətrafların, bədənin, üz əzələlərinin, dilin və 

udlağın qeyriiradi, davamlı, əlaqələndirilməmiş müxtəlif hərəkətləri. Yuxu zamanı 

bu hərəkətlər müşahidə olunmur. 

Diskriminasiya (bax ayrı-seçkilik). 

Disqrafiya (Dysgraphia) - yazı prosesinin qismən pozuntusudur. 

Disleksiya  (Dyslexia)  -  dinləmə,  danışma,  oxuma,  yazma,  fikir  yürütmə  ilə  bağlı 

riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə 

özünü  biruzə  verən  vəziyyətdir  (patologiya).  Oxu  prosesinin  qismən  pozuntusu 

deməkdir.  Hərflərin  tanınmaması,  hecalarda  və  hecaların  sözlərdə  birləşməsi  ilə 

bağlı  çətinliklər  oxunun  ləngiməsinə,  sözün  səs  formasının  səhv  əks  olunmasına, 

hətta ən sadə mətinin səhv başa düşülməsinə səbəb olur. 



Dispraksiya  (Dyspraxia)  -  uşaqlarda  əzələ  tonusu  və  iflic  olmadığı  halda  sadə 

hərəkət qabiliyyətinin (məsələn: geyinmək, yemək, danışmaq və s.) pozıılmasıdır. 



Distrofiya  (Dystrophy,  paratrophid)  -  orqan  və  (oxumalarda  maddələr 

mübadiləsinin pozulmasından baş verən xəstəlik halıdır. Səbəbi orqanizmə kifayət 

qədər qida maddələrinin daxil olmaması və onların yaxşı mənimsənilməməsidir. 

 

 

Ekran  böyüdücüsü  (Screen  enlargement,  screen    enlargement  hardware    or 

software)  -  ekranda  nümayiş  olunan  işarələri  və  ya  mətni  görmə  qabiliyyəti 

məhdud  olan  şəxslərin  oxuması  üçün  böyüdən  kompyuter  avadanlığı  və  ya 

proqram təminatı. 

Ekran  oxucusu  (skrinrider)  (Screen  reader)  -görmə  qabiliyyəti  və  məlumatın 

dərk  olunma  imkanları  məhdud  olan  şəxslər  üçün  kompyuter  ekranında  yazılan 

mətni səsləndirən proqram təminatı. 


Ekskluziya (Exclusion) - fiziki və əqli cəhətdən sosial həyatdan təcrid olunma. 

Ekzartikulyasiya  (Exarticulation,  amputation  in  contiguity,  disarticulation)  - 

bioloji cəhətdən insanın ətraflarının və ya onların hissələrinin oynaqdan kəsilməsi. 



Empatiya  (Empathy)  -  özünü  başqa  insanın  və  ya  canlının  yerində  hiss  etmə 

bacarığı, başqasının dərdinə şərik olma hissi. 



Epilepsiya (Epilepsy, falling sickness, sacred disease) - şüurun itməsi ilə müşayiət 

olunan qıcolma şəklində xəstəlik. Qıcolmalar tutmaşəkilli olur. 



Erkən  Diaqnoz  Xidmətləri  (Early  detection  services,  early  diagnosis,  early 

recognition,  preliminary  diagnosis)  -  0-6  yaş  arası  uşaqlarda,  yəni  uşaqlıq  və 

məktəbəqədər dövrdə meydana gələn fıziki və zehni inkişafında məhdudiyyətlərin 

erkən  diaqnoz  edilərək,  erkən  müdaxilə  ilə  əlilliyin  qarşısının  alınması  və  erkən 

başlanan reabilitasiya tədbirlərinin məcmusu. 



Erqoterapiya  (Ergotherapy,  occupational  therapy)  -  şəxsin  zəruri  həyat 

vərdişlərinin gündəlik həyatda inkişafı, bərpası və saxlanılması ilə bağlı məsələləri 

öyrənən  tibb  sahəsi.  Erqoterapiya  başlıca  olaraq  aşağıdakı  fəaliyyətlərin  həyata 

keçirilməsinə  təsir  göstərir:  1)  gündəlik  məişət;  2)  instrumental  məişət  (yeməyin 

hazırlanması, alış-satış, uşaqlara və ev heyvanlarına baxım); 3) istirahət və yuxu; 

4)  təlim;  5)  iş;  6)  oyun;  7)  asudə  vaxtın  təşkili.  Erqoterapiya  prosesi  şəxsin 

vəziyyətinin  qiymətləndirilməsi,  tibbi  müdaxilə  və  nəlicələrin  təhlili  sahələrini 

əhatə edir. 



EĢitmə  aparatları  (Hearing  apparatus)  -  eşitmə  funksiyasını  bu  və  ya  digər 

dərəcədə itirmiş şəxslərin eşitmə funksiyalarını nisbətən bərpa elmək üçün istifadə 

olunan cihaz. 

EĢitmə   qabiliyyəti   məhdud   olan   Ģəxs(Person with hearing impairment) - 

müxtəlif  dərəcələrdə  (tək  və  ya  hər  iki  qulağında,  tam  və  ya  qismən)  eşitmə 

qabiliyyətini itirən şəxs. Eşitmə cihazı istifadə edənlər də bu qrupa daxildir. 

EĢitmə  qabiliyyəti  məhdud  olan  Ģəxslərlə  ünsiyyətin  etik  prinsipləri  (Ethical 

principles  of  communication  with  persons  with  hearing  impairment)  -  eşitmə 

qabiliyyəti  məhdud  olan  insanlarla  ünsiyyətin  qurulmasının  qaydaları.  Buna 

əsasən, eşitmə qabiliyyəti məhdud olan insanla danışanda onun düz üzünə baxmaq 

lazımdır,  düzgün  ünsiyyət  üsülunun  seçilməsini  bilmədiyiniz  halda,  həmin  üsulu 

eşitmə  qabiliyyəti  məhdud  şəxsdən  soruşmaq  lazımdır;  belə  insanlarla  danışan 

zaman  onların  diqqətini  cəlb  etmək  üçün  onları  adı  ilə  çağırmaq  lazımdır;  əgər 

həmin  şəxs  sizdən  nəyinsə  təkrar  edilməsini  xahiş  edərsə,  o  zaman  həmin  sözləri 

təkrar edin; xəbərdarlıq etmədən söhbətin mövzusunu dəyişməyin və s. 



Evdə  qıılluq  xidməti  (At-home  services,  home  services,  visiting  services,  home 

attendant  services)  -  sosial  xidmət  işçisi  tərəfindən  ev  şəraitində  aparılan,  evin 

idarəsinə yönəldilmiş gündəlik fəaliyyətlərin məcmusu. 



Evdə  sosial  xidmət  (At-home  social  services)  -xüsusi  qayğıya  ehtiyacı  olan 

şəxslərə  sosial  xidmət  işçisi  tərəfindən  fərdi  qayğı  planı  çərçivəsində  davamlı 

olaraq ev şəraitində təqdim olunan sosial fəaliyyətlərin məcmusu. Xüsusi qayğıya 

ehtiyacı  olan  insanların  (yaşlılar,  əlilliyi  olan  şəxslər,  kəskin  və  xroniki  xəstələr) 

yaşadıqları,  mənimsədikləri  və  özlərini  rahat  hiss  etdikləri  məkanlarda  və  sosial 

mühitdə onların sosial qayğılarına yönəlmiş baxıcı ailə  üzvləri  tərəfındən  və  ya  

sosial  təminat xidmətləri göstərən müəssisə və təşkilatların peşəkar sosial xidmət 


mütəxəssisləri  tərəfindən  qısa  və  ya  uzun  müddətli  olaraq  aparılan  xidmətlərin 

məcmusu. 



Evdə  təhsil  (Homeschooling)  -  sağlamlıq  vəziyyətinə  görə  təhsil  müəssisəsində 

təhsil  almaq  imkanı  olmayan  şəxslərin  müvafıq  təhsil  müəssi-səsinin  pedaqoji 

işçilərinin köməyi ilə ümumtəhsil proqramlarını evdə mənimsəməsi. 

 

Ə 



 

Əqli inkiĢaf məhdudiyyəti olan Ģəxs (Mental (defectiveness, mental deficiency) - 

mərkəzi  sinir  sisteminin  zədələnməsi  nəticəsində  təfəkkürdə  və  yaddaşda  olan 

məhdudiyyətlər. 

Əlil  arabası  (təkərli  oturacaq)  (Wheelchair)  -əliliyi  olan  şəxslərin  hərəkətinin 

mobilliyini  təmin  edən,  onların  məkanda  hərəkət  etmələri  üçün  nəzərdə  tutulmuş 

vasitə. 

Əlillərin hüquqları haqqında BMT (Ümumi Bəyannaməsi (UN Declaration on 

the  rights  of  Disabled  Persons)  -  1975-ci  ildə  BMT-nin  Baş  Assambleyası 

tərəfındən  qəbul  olunmuş  sənəd.    Bəyannamənin  qəbulunun  əsas  məqsədi  əlilliyi 

olan  şəxslərin  həyat  səviyyəsinin  artırılması,  onların  məşğulluğunun  təmin 

olunması,  cəmiyyətin  iqtisadi  və  sosial  sahələrində  tərəqqi  və  inkişafın 

dəstəklənməsidir. 

Əlillərin  Bərpa  Mərkəzi  -  əlilliyi  olan  şəxslərə  kompleks  tibbi-sosial  və  peşə 

reabilitasiyas;nın aparılması üçün nəzərdə tutulan müəssisədir. 



Əlillik (tibbi model) (Disability (according to medical model) - şəxslərin müxtəlif 

maneələrlə  qarşılıqlı  təsir  zamanı  digərləri  ilə  bərabər  səviyyədə  cəmiyyətin 

həyatında  tam  və  səmərəli  iştirakına  maneə  olan  sabit  fiziki,  psixi,  əqli  və  ya 

hissiyyat pozuntusu. 



Əlillik        əlamətinə        görə        ayrı-seçkilik  (Discrimination  on  the  grounds  of 

disability) -siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya digər sahələrdə əlilliyi olan 

şəxslərin  bütün  insan  hüquqları  və  əsas  azadlıqlarının  digərləri  ilə  bərabər 

səviyyədə tanınmasının, həyata keçirilməsinin məhdudlaşdırılmasından və ya inkar 

olunmasından ibarət əlilliklə bağlı istənilən fərq qoyma, istisna və məhdudiyyətlər 

tətbiqetmə,  o  cümlədən  müyəssərliyə  nail  olmaq  üçün  qanunvericiliklə  nəzərdə 

tutulan ağlabatan uyğunlaşmadan imtina. 



Əlillik  riski  (Disability  risk)  -  hər  hansı  səbəbdən  insanın  hər  an  və  hər  yerdə 

əlillik qazana bilmə təhlükəsi. 



Əlillik  səviyyəsi  (Disability  rate)  -  əlilliyl  olan  şəxslərin  sayının  ümumi  əhaliyə 

nisbəti. 



Əlillik növləri (Disability types) - müxtəlif səbəblərdən əlilliklərini fərqli formada 

yaşayan  və  ya  hiss  edən  insanların  əlilliyinin  əlamətlərinə  görə  təsni- 

fatlaşdırılması.  Misal  üçün,  görmə  məhdudiyyətli,  fiziki  məhdudiyyətli,  eşitmə 

məhdudiyyətli, danışma məhdudiyyətli, mental məhdudiyyətli və s. 



Əlilik  vəsiqəsi  (Certificate  of  person  with  disability)  -  əlilliyi  olan  şəxslərə 

müəyyən sosial, mədəni və iqtisadi hüquqlardan daha rahat istifadə etmələri üçün 

verilən sənəd. 


Əlilliyə  görə  əmək  pensiyası  (Disability  retirement  pension,  disablernent 

attowance, disability working allowance)  - sığorta olunanın xəstəlik və ya xəsarət 

nəticəsində  yaranan  əqli  və  ya  liziki  məhdudiyyətlərə  görə  əmək  qabiliyyətinin 

məhdudlaşması  ilə  əlaqədar  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  təyin 

olunan sosial təminatın növü. 



Əlilliyi olan iqtisadi fəal Ģəxs (Economically active person with disability) - əmək 

fəaliyyətlə məşğul olmayan, lakin işləmək arzusunda olan, aktiv şəkildə iş axtaran 

əlilliyi olan insan. 

Əlilliyi      olan      qeyri-iqtisadi      fəal      Ģəxs  (Economically  inactive  person  with 

disability) -əmək qabiliyyətsiz və ya işləmək arzusunda olmayan əlilliyi olan insan. 

Əmək  qabiliyyətinə  qismən  malik  olmasına  baxmayaraq,  bir  çox  psixo-sosial, 

iqtisadi və  məhdud  ətraf-mühit  şərtlərinə görə  bacarıqlarını  göstərmək  iqtidarında 

olmayan insanlar qeyri-iqtisadi fəal əhali qrupuna aid edilir. 



Əliliyi  olan  Ģəxs  (tibbi  model)  (Person  with  disability  (according  to  medical 

model))  anadangəlmə,  xəstəlikdən  və  ya  xəsarətdən  doğan  əqli  və  ya  fiziki 

məhdudiyyətlər  nəticəsində  həyat  fəaliyyəti  məhdudlaşan,  sosial  yardıma  və 

müdafıəyə ehtiyacı olan insan. 

Əlilliyi      olan      Ģəxsi  uĢaq      (sosial      model)  (Person/child  with  disability 

(according to social model)) - müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı digərləri 

ilə  bərabər  səviyyədə  cəmiyyətin  həyatında  tam  və  səmərəli  iştiraka  mane  olan 

sabit  fiziki,  psixi,  əqli  və  ya  hissiyyat  məhdudiyyətləri  olan  insan,  o  cümlədən 

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. 



Əlilliyi olan Ģəxslər üçün xüsusi iĢ yerləri (Special workplaces for employment of 

persons  with  disabilities)  -  əlilliyi  olan  şəxsin  ehtiyaclarını  və  məhdudiyyətlərini 

nəzərə  alaraq  onların  əmək  fəaliyyətinin  yerinə  yetirilməsi  məqsədilə  əməyin 

təşkili  zamanı  əlavə  tədbirlərin,  o  cümlədən  əsas  və  yardımcı  avadanlığın 

uyğunlaşdırılması,  işıqlandırılma  sisteminin  sazlanması,  xüsusi  texniki  alətlərin 

təchizatının həyata keçirilməsı əsasında yaradılmış fərdi istehsal məkanı. 

Əlilliyi  olan  Ģəxslər  üçün  ixtisaslaĢdırılmıĢ  təhsil  müəssisələri  (Specialized 

edııcational  institutions  for  persons  with  disability)  müxtəlif  dərəcələrdə  və 

ölçülərdə  xüsusi  təhsilə  ehtiyacı  olan  insanlara  təhsil  xidmətləri  göstərən  məktəb 

və mərkəzlər. 

Əlilliyi  olan  Ģəxslərə  müyəssərlik  (Accessibilityy  to  persons  with  disabilities)  

əlilliyi olan şəxslər üçün digərləri ilə bərabər səviyyədə bütün insan hüquqlarının 

və əsas azadlıqların həyata keçirilməsini təmin etmək məqsədilə iş, təhsil, səhiyyə 

və digər sosial mühitin və infrastrukturun zəruri və ağlabatan uyğunlaşdırılması və 

modifıkasiyası. 

Əlilliyi olan Ģəxslərin hüquqları (Rights of the persons with disabilities) - əlilliyi 

olan  şəxslərin  cəmiyyətə  inteqrasiya  və  inklyuziyası  məqsədilə  onlar  üçün 

müəyyən edilən sosial, iqtisadi və mədəni haqlar. 

Əlilliyi    olan  Ģəxslərin  iĢsizlik  səviyyəsi  (Unemployment  rate  of  people  with 

disabilities)  -bir  ölkədə  (bölgədə)  işsiz  əliliyi  olan  şəxslərin  sayının  əlilliyi  olan 

şəxslərin ümumi sayına nisbəti. 



Əliliyi  olan  Ģəxslərin  məsləhət  mərkəzi(Consultation  centre  for  persons  with 

disabilities)  -əlilliyi  olan  şəxslərlə  bağlı  veriləcək  qərarlarda  onların  fıkrini  ifadə 

edə bilən və qərarlara təsir edə bilən qurum. 



Əlilliyi olan Ģəxslərin təhsili (Education of persons with disabilities) - əlilliyi olan 

şəxslərin  təhsil  ehtiyaclarını,  əlillik  dərəcələrinə  və  xüsusiyyətlərinə  uyğun  bir 

şəraitdə,  adətən  xüsusi  olaraq  yetişdirilmiş  sosial  pedaqoqlar  tərəfindən  aşılanan 

bilik və vərdişlərin mənimsənilməsi prosesi. 



Əlilliyi  olan  Ģəxslərin  və  sağlamlıq  imkanları  məhdud  uĢaqların  fərdi 

reabilitasiya  proqramı  (Individual  rehabilitation  program  of  persons  with 

disabilities and children with health limitations) - reabilitasiya tədbirlərini, habelə 

sosial  yardımın  növlərinin  konkret  həcmini,  növünü  və  icra  müddətini  ardıcıl 

qaydada müəyyən edən sənəd. 

Əlilliyi  olan  Ģəxslərin  və  sağlamlıq  imkanları      məhdud      uĢaqların   

reabilitasiyası (Rehabilitation of persons with disabilities and children with health 

limitations)    -  orqanizmin  funksiyasının  davamlı  pozulması  nəticəsində  baş  verən 

həyat 


fəaliyyətinin 

məhdudlaşmasının 

aradan 

qaklmlmasına, 



yaxud 

kompensasiyasına  yönəldilmiş  tibbi,  psixoloji,  pedaqoji,  idman,  sosial-iqlisadi  və 

digər  tədbirlər  sistemi.  Reabilitasiyanın  başlıca  məqsədi  əlilliyi  olan  şəxslərin  və 

sağlamlıq  imkanları  məhdud  uşaqların  sosial  adaptasiyası  və  sosial  statusunun 

bərpasıdır. 

Əlilliyi  olan  Ģəxslərin  və  sağlamlıq  imkanları  məhdud  uĢaqların  sosial 

müdafiəsi(Social protection of persons with disabilities and children with health 

limitations)  əlilliyi  olan  şəxslərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  həyat 

fəaliyyətinin  məhdudlaşmasının  aradan  qaldırılmasını,  kompensasiya  edilməsini, 

cəmiyyətin  həyatında  onlara  digər  vətəndaşlarla  bərabər  imkanlar  yaradılmasını 

nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları sistemi. 



Əlilliyi  olan  Ģəxslərin,  uĢaqların  sağlamlıq  imkanları  məhdudluğunun 

qarĢısının  alınması  (Prevention  of  impairment  of  persons  with  disability  and 

children  with  health  limitations)  əlilliyi  olan  şəxslərin,  uşaqların  sağlamlıq 

imkanları  məhdudluğunun baş verməsi və  ağırlaşması  hallarına  qarşı  yönəldilmiş 

tibbi, ekoloji, gigiyenik, texniki  təhlükəsizlik, idman və digər tədbirlər sıstemi. 

Əlilliyi  olan  Ģəxslərlə  ünsiyyətin  etik  prinsipləri  (Ethical  principles  of 

communication  with  people  wiih  disabilities)  -  əlilliyi  olan  insanlarla  ünsiyyət 

qurulmasının ümumi qaydaları. Əlilliyi olan şəxslə hətta müşahidə olunduğu halda 

belə söhbət edərkən birbaşa əlilliyi olan şəxsə müraciət etmək lazımdır; əsas diqqət 

şəxsin əlilliyinə deyil, ona və ya  müzakirə olunan problemə verilməlidir; düzgün 

səs tonu və ifadəni seçmək lazımdır və s. 

Əlilliyin bəsit modeli (Market model of disability) - əlilliyi olan şəxslər və onlarla 

əlaqədə  olan  insanlar  (əlilliyi  olan  şəxslərin  ailə  üzvləri,  yaxın  dostları, 

işəgötürənlər)  arasında  onların  əmək  fəaliyətinin  təşkili  və  bunun  nəticəsində 

gəlirin  əldə  edilməsi  zəminində  yaranmış  münasibətlər  sistemi  əks  etdirən 

konsepsiya.  Model  azlıq  haqlarının  qorunması  ilə  əlaqəli  konsyumerist  model 

sayılır.  Modelin  çərçivəsinə  görə,  əgər  hər  hansı  bir  demoqrafık  qrup  çəkisinə 

uyğun olaraq öz ehtiyac-əsaslı iqtisadi tələblərini irəli sürsə, o zaman şirkətlər və 


dövlət  həmin  tələbin  ödənilməsi  ilə  bağlı  müvafıq  tədbirlərin  həyata  keçirilməsi 

məcburiyyətində olacaqdır. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin